“”Bakcell” hesabımdan pul oğurlayır…” –”Azad İstehlakçılar” Birliyinin sədrindən şikayət

bakcell

"Bakcell” mobil operatorundan "Azad İstehlakçılar” İctimai Birliyinə (AİİB) şikayətlər davam edir. Faktinfo.az xəbər verir ki, bu barədə birliyin sədri Eyyib Hüseynov məlumat verib. Onun sözlərinə görə, mobil operatorların istehlakçı hüququnu pozması barədə AİİB-ə çoxsaylı müraciətlər var: "Sonuncu iki şikayət "Bakcell” mobil opearotoru ilə bağlıdır. Ərizənin məzmununu nəzərinizə çatdıraraq qeyd edirik ki, istehlakçı hüquqlarının pozulmasına dair AİİB-ə daxil olan şikayətlərin 80%-i AİİB tərəfindən danışıq yolu ilə həll olunsa da, mobil operatorlarla bu mümkün olmur. Təəssüf ki, istehlakçı hüquqlarını qorumağa cavabdeh olan dövlət qurumları da mobil operatorların bu əməllərinə sədd çəkə bilmir". Sonuncu şikayətlərlə bağlı AİİB İqtisadiyyat Nazirliyinə və Rabitə Nazirliyinə rəsmi müraciətlər ünvanlayıb. Həmin məktubu da təqdim edirik:   ""Azad İstehlakçılar” İctimai Birliyinin sədri cənab Eyyub Hüseynova, Binəqədi rayonu, 7-ci mkr, F.Məlikov küçəsi 31/24 ünvanda yaşayan Salehova Nəcibə tərəfindən Ərizə Yazıb Sizə bildirmək istəyirəm ki, təxminən 3 ay olar ki, yəni 2016-cı ilin oktyabr ayından Bakcell şirkəti tərəfindən gecələr mənim balansımdan 0.10 AZN, 0.07 AZN, 0.39 AZN pul çıxılır, daha doğrusu oğurlanır. Balansımda məbləğ çox olanda bunun fərqinə varmıram. Amma balansımdakı məbləğ az olanda səhər balansımdakı məbləğin azaldığını görürəm. Həm də telefonumun ekranında balansımdan pul çıxıldığı haqqında bildiriş də gəlir.  Artıq 2 dəfə Bakcellə bu barədə telefonla şikayət etmişəm. Onlar mənim ödənişli xidmətlə abunə olduğumu bildiriblər. Qisaca məni "yola veriblər”. Axı mən bilirəm ki, mən ödənişli xidmətlərə abunə deyiləm. 1 dəfə isə səhvlərini boyunlarına alıb, səhvən çıxıldığını bildiriblər, 1 həftədən sonra mesajla 0.07 AZN-in balansıma oturulduğunu bildiriblər. Artıq mən onlara şikayətimi bildirmək üçün 0.15 AZN kontur işlətmişdim. Və bu problemi yaşayandan bəri dəfələrlə, 5595-ə STOP yazıb göndərmişəm ki, əgər xəbərim olmadan Bakcell və ya Bakcellə müqavilə bağlayıb, insanların cibinə girən "şirkətlər” ödənişli xidmətlərə abunə ediblərsə də, nömrəm həmin mesajlardan deaktiv olunsun. Lakin yenə də, mənim balansımdan kontur silinir. Və hesablayanda ki, 3 aydan çoxdur ki, (mən fərqinə vardığım 3 aydır, bəlkə də ondan çox qabaq çıxılır) mənim balansımdan Bakcell pul oğurluyur, bu elə də az məbləğ etmir, mənim üçün. Xahiş edirəm, bu vaxta kimi mənim balansımdan oğurlanan məbləğ mənim balansıma qaytarılsın. Bu barədə müvafiq dövlət orqanlarına və KİV-ə məluma verilsin. İmza: Salehova Nəcibə".

10 Yanvar 2017 5:31

Lotu Quli jurnalistlərə səsləndi: – “Aldanmayın…”

1484026905_0001

Bir neçə saat bundan öncə “Sputnik Azərbaycan” informasiya saytı anonim mənbələrə istinadən yanvarın 9-na keçən gecə Bakının Nərimanov rayonunda baş vermiş atışmanın yeni təfərrüatlarını yayımlayıb. Agentliyin anonim mənbələrə istinad edərək bildirdiyinə görə, atışmada iştirak edənlər kriminal avtoritetlər Rafiq Eyvazovun (Rafiq Masallinski) və Nadir Səlifovun (Lotu Quli) adamları olub. Nadir Səlifovun (Lotu Quli) vəkili Təranə Əliyeva virtualaz.org-a “Sputnik Azərbaycan” agentliyinin xəbərini şərh edib. “Bu məlumatı oxuyandan dərhal sonra müvəkkilimlə əlaqə saxladım. N.Səlifov qəti şəkildə bu məlumatı təkzib etdi. Son günlərdə bu, “Sputnik Azərbaycan” agentliyinin N.Səlifovla bağlı yaydığı ikinci təxribatçı yalan məlumatdır”, - T.Əliyeva virtualaz.org-a bildirib. Lotu Quli öz adamlarının Bakıdakı atışmada iştirakını qəti şəkildə təkzib edir. “Ümumiyyətlə, mənim Bakıda adamlarım yoxdur. Bütün yaxınlarım Azərbaycanın hüdudlarından kənardadır. Bu yalan məlumatların haradan qaynaqlandığını bilirəm və jurnalistlərə məsləhət görürəm ki, bəzi dairələrin mənə qarşı təxribatlarına aldanmasınlar”, - müvəkkilinin adından çıxış edən vəkilin bəyanatında deyilir. Qeyd edək ki, KİV-in məlumatına görə, bir neçə gün öncə Lotu Qulinin adamları kriminal avtoritet Rafiq Masallinskini qəddarcasına döyüblər və onun bir qulağını kəsiblər. Zorakılığa məruz qalmış R.Masallinskinin fotoşəkli sosial şəbəkələrdə və Azərbaycan KİV-də yayımlanmışdı.

10 Yanvar 2017 12:30

Tanrıverdi Mustafayev: “Elektriklə evi qızdıranların xərci təbii ki, çox olacaq”

111856

“Azərışıq” narazılara cavab verdi Son günlər sosial şəbəkələrdə elektrik enerjisindən sərfiyyatın həddindən artıq baha olması və bildirişlərin yanlış hesablanması ilə bağlı paylaşımlar artıb. Az qala hər kəs “Azərişıq” haqqında mənfi rəy yazır, bu qurumu yanlış hesablama aparmaqda qınayır. Həmçinin Tarif Şurasının qərarına etiraz edənlər də var. “Yeni Müsavat”a açıqlamasında “Azərişıq” haqqında deyilənlərə cavab verən qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bildirişlərdə heç bir yanlışlığa yol verilmədiyini vurğulayıb: ““Azərişıq” olaraq biz daxil olan zənglərə, müraciətlərin hamısına diqqətlə yanaşırıq və məsələni aydınlaşdırmağa çalışırıq. Sosial şəbəkədən əlavə mənə də zənglər olur. Biz onların problemini aydınlaşdırdıq, tam dəqiq şəkildə izah etdik ki, 300 kv/s-a qədər olan sərfiyyat köhnə tariflə, qalanı isə yeni tariflə hesablanıb toplanır. Sadəcə, abonentlərimizdə elə təəssürat yaranıb ki, yeni tariflər yanvar ayının 1-dən qüvvəyə minir. Halbuki Tarif Şurası dekabr ayının 1-dən etibarən yeni tariflərin tətbiq edilməsinə qərar verib. Hazırda əsas narahatlıq bundan ibarətdir. Biz mütəmadi olaraq həm müraciət edən abonentlərə, həm də sosial şəbəkədə müraciət edənlərə izahat veririk". Tanrıverdi Mustafayev onu da bildirdi ki, kimin problemi varsa, fərdi qaydada müraciət edə bilər: “Əmin olsun ki, problem operativ qaydada həllini tapacaq. Əməkdaşlarımızı mənzillərə qədər göndəririk. Elektrik hesabatını sistem özü çıxarır, 1 qəpik belə yanlışlığa yol verilə bilməz. Bizə müraciət edənlərin hər birinə aydınlıq gətirəndən sonra məlum olur ki, bizim əməkdaşlar düzgün hesablayıblar. Heç bir yanlışlığa yol verilməyib. Sayğaclarda hər hansı problemin olması mümkün deyil. Kimdə problem varsa, biz sayğacı dəyişdirə də bilərik, rəqəmlərin oxunmasında problem varsa, onu həll edirik. Abonentlərimiz çəkinmədən bizə müraciət etsinlər. Bu aydan etibarən artıq heç bir anlaşılmazlıq qalmayacaq, mübahisəli durum yaşanmayacaq. Çünki dekabr ayının 1-dən etibarən oxunan sayğaclarda heç bir problem olmayacaq. Ötən ay yeni kommunal xidmət açıldı və artıq bütün sayğacların quraşdırılması həmin kommunal xidmət vasitəsilə həyata keçiriləcək. Məcburi köçkünlərdə isə güzəştli olaraq verilən 150 kv/s , yəni 10 manat 50 qəpik avtomatik olaraq sistem tərəfindən silinir. Yerdə qalan məbləğ abonentə göndərilir". T.Mustafayev abonentləri elektrik enerjisindən qənaətlə istifadə etməyə çağırdı: “Tariflər qalxdığı üçün abonent daha çox ödəməli olur. Xərcin az olmağını istəyirsə bəzi məsələlərdə qənaət etməlidir.  Köhnə tariflər üçün qoyulan limit - 300 kv/s böyük bir rəqəmdir. Bu gün elə elektrik lampaları var ki, 6 vattla işləyir, 100 vattlıq lampa ilə eyni dərəcədə işıq saçır, ancaq 6 vatt istifadə edir. Buraya soyuducunu, paltaryuyan maşını, qabyuyan maşını, televizoru, işıqlandırmanı da əlavə etsək, aylıq sərfiyyat 300 kv/s-nı keçə bilməz.  Ancaq mənzildə digər istilik sistemləri yoxdursa, abonent elektrik enerjisini istilik enerjisinə çevirirsə, bu artıq normativ ehtiyacdan çıxır. Əvvəl insanlar 6 qəpikdən ödəyərkən bu xərci o qədər böyük hesab etmirdilər. Sonra qiymətlər artdı və 7 qəpik oldu, indi isə 11 qəpikdir.  O səbəbdən gələn bildirişlər əvvəlkindən çox yüksəkdir. Bu səbəbdən istehlakçı öz xərclərinə nəzarət etməlidir. Ölkədəki abonentlərin 80 faizinin elektrik sərfiyyatı ayda 300 v/s-ı keçmir. 6 vattla evi işıqlandıran lampa varsa, 100 vattlıq lampadan istifadə edən abonent təbii ki, qənaət edə bilməyəcək. Evi radiatorla qızdıranların elektrik sərfiyyatının çox olması da normaldır. Radiator gündə 10 saat işləyəndə 25 kv/s edir, bunu 30 günə vuranda 750 kv/s edir. Elektriklə ev qızdırılırsa, xərci təbii ki, çox olacaq. İstilik üçün mərkəzi istilik sistemindən və ya kombidən istifadə olunması xərclərə qənaət üçün çox önəmlidir”.

10 Yanvar 2017 11:18

İtkin düşən neftçilərin axtarışı davam edir – FOTO

81068739-0d77-4e59-a49a-86608161a737

Azərbaycan Dövlət Dəniz Admnistrasiyasının (ARDDA) Gəmilərin Hərəkətinin İdarəolunması Milli Mərkəzində Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Dəniz Administrasiyası, SOCAR və “Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin aparıcı mütəxəssislərindən ibarət tərkibdə yaradılan Qərargah tərəfindən təsdiq edilən plana uyğun olaraq, müəyyən edilən sektorlar üzrə axtarış-xilasetmə əməliyyatları davam etdirilir. Faktinfo.az xəbər verir ki, qərargahdan “APA-Economics”ə verilən məlumata görə, hazırda axtarış-xilasetmə əməliyyatlarının aparıldığı ərazidə küləyin sürətinin güclənməsi, dalğanın hündürlüyünün artmasına baxmayaraq, əməliyyatlar dənizdə və sahilboyu ərazilərdə fasiləsiz olaraq həyata keçirlir: “Pis hava şəraiti kiçik həcmli gəmilərin hərəkətinə ciddi maneələr törətdiyindən, qeyd olunan hava şəraitində texniki göstəriciləri axtarış xilasetmə əməliyyatlarını həyata keçirməyə imkan verən gəmilər axtarış rayonlarına cəlb edilib. Sahilboyu ərazilərdə axtarış-xilasetmə tədbirləri intensiv şəkildə davam etdirilir”. Qeyd edək ki, dekabrın 15-də səhər saat 05:00 radələrində Xəzər dənizində 41 metr/saniyə sürəti ilə əsən güclü külək “Azneft” İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın uzunluğu təqribən 150 metr olan hissəsini dənizə uçurub. Estakadanın həmin hissəsi özü ilə birlikdə ona bitişik olan meydançanı və üzərindəki yaşayış budkasını da uçurub. Qəza nəticəsində bir nəfər ölüb, 9 nəfər itkin düşüb. Hadisənin araşdırılması məqsədi ilə birgə xüsusi komissiya yaradılıb.

7 Yanvar 2017 1:32

Akademik Ramiz Mehdiyev sərəncam verdi, plan təsdiqləndi –20 yanvar faciəsi ilə bağlı

ramiz-mehdiyev

Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin Sərəncamı ilə “20 Yanvar faciəsinin iyirmi yeddinci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı” təsdiq edilib. Sənəddə respublikanın şəhər və rayonlarında, o cümlədən idarə və təşkilatlarda 20 Yanvar hadisələri ilə bağlı konfrans, toplantı və mühazirələrin təşkili, mədəniyyət ocaqlarında faciəyə həsr olunmuş tamaşaların göstərilməsi, bədii və sənədli filmlərin nümayiş etdirilməsi, bu tədbirlərin kütləvi informasiya vasitələrində geniş işıqlandırılması, dünya ictimaiyyətinin diqqətini faciəyə yönəltmək məqsədilə Azərbaycanın xarici ölkələrdəki səfirlikləri, diplomatik nümayəndəlikləri və icmaları vasitəsilə müvafiq tədbirlərin keçirilməsi, dünyanın aparıcı kütləvi informasiya vasitələrində, eləcə də televiziya kanallarında və internet şəbəkələrində 20 Yanvar faciəsi barədə materialların verilməsi nəzərdə tutulub. Tədbirlər planına əsasən, respublikanın bütün tədris müəssisələrində faciəyə həsr edilmiş xüsusi dərs keçiriləcək, 20 Yanvar hadisələri zamanı şəhid olanların ailələrinə humanitar yardım veriləcək, Şəhidlər xiyabanı ərazisində lazımi işlər aparılacaq, Azərbaycanda fəaliyyət göstərən əsas dini konfessiya və qurumlar tərəfindən faciə qurbanlarının xatirəsinə dini mərasimlər təşkil ediləcək. Bundan başqa, Sərəncamda paytaxt ictimaiyyətinin yanvarın 20-də Şəhidlər xiyabanına ziyarətinin təşkili, saat 12.00-da bütün ölkə ərazisində şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, gəmilər, avtomobillər və qatarlar vasitəsilə səs siqnallarının verilməsi, gün ərzində Şəhidlər xiyabanında matəm musiqisinin səsləndirilməsi, respublikanın şəhər və rayonlarında, kənd və qəsəbələrində hüzn əlaməti olaraq dövlət bayraqlarının endirilməsi və digər tədbirlər nəzərdə tutulub.

6 Yanvar 2017 7:35

Bacısını öldürən şəxs: Qəbiri açdım və bacımın sümüklərini dənizə atdım – YENİLƏNİB + VİDEO

2925141_1200_675

Lənkəranda 4 il əvvəl bacısı Təranə Ağayevanı öldürərək Nərimanabad 1 qəsəbəsi ərazisində basdırdığını deyən Ağayev Fuad Polad oğlunun göstərdiyi yerdə qazıntı işləri aparılıb və meytin qalıqları tapılmayıb. Faktinfo.az Report-a istinadən xəbər verir ki, Lənkəran Rayon Prokurorluğu meyitin ekskumasiya olunması haqda qərar verib. Ekskumasiyada Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinin ekspertləri, hüquq-mühafizə orqanlarının əməkdaşları iştirak edib. Amma F.Ağayevin göstərdiyi yerdən T.Ağayevaya aid heç bir qalıntı tapılmayıb. F.Ağayev hadisə yerində hüquq-mühafizə orqanların əməkdaşlarına bildirib ki, meyiti həmin ərazidə basdırıb. Amma iki il keçəndən sonra qəbiri təkrar açaraq sümükləri oradan çıxarıb və dənizə atıb. Faktla bağlı araşdırmalar davam edir. 16:20 Daxili İşlər Nazirliyi Lənkəranda 4 il əvvəl baş vermiş cinayətlə bağlı məlumat yayıb. Faktinfo.az DİN-in rəsmi saytına istinadən xəbər verir ki,  məlumata görə, 2012-ci iyun ayının 17-də Lənkəran rayon sakini Təranə Ağayeva yaşadığı Nərimanabad qəsəbəsindəki evdən çıxmış və geri qayıtmayıb. Lənkəran ŞRPŞ-yə daxil olmuş məlumat əsasında T.Ağayevanın həmin gün qəsəbə ərazisində qardaşı Fuad tərəfindən daşla döyülərək qətlə yetirilməsi və cəsədinin evinin yaxınlığında basdırılması müəyyən edilib. Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində F.Ağayev tutulub. O, hadisəni törətdiyini etiraf edib. Təranənin cəsədinin qalıqlarının eksqumasiya edilməsi üçün tədbirlər görülür. Araşdırma aparılır.

4 Yanvar 2017 11:28

Fakt

Bizi izləyin