İcra başçısı Eldar Mahmudovun şəriki çıxdı

1450776787_qaradag

Sahibkarlara maneə törədilməməsi, onların fəaliyyəti üçün daha yaxşı şəraitin yaradılması, əsassız yoxlamalara son verilməsi barədə ölkə prezidenti İlham Əliyevin xəbərdarlığını görməzdən gələn icra başçılarının sırasında Qaradağ rayonun icra başçısı Süleyman Mikayılov xüsusi yer tutur. Onun rəhbrliyi dönəmində rayondakı vəziyyətin getdikcə ağırlaşması, sahibkarların, xüsusilə də daş karхanalarının rəhbərlərinin hədəfə alınması, onların fəaliyyətinə maneə törədərək qazancalarına şərik olmaq kimi müxtəif qanunsuz əməllər imza atan icra başçısı prezidentin son xəbərdarlığından sonra da fəaliyyətini eyni qaydada davam etdirməkdə israrlıdır.Məlum olduğu kimi rayonun Güzdək, Qızıldaş qəsəbələrində, həmçinin Qızıl Qayada irili-xırdalı 100-dən artıq daş karхanası fəaliyyət göstərir. Bu isə Süleyman Mikayılovun ayda milyonlarla manat pul qazanması deməkdir. Təbii ki, Süleyman Mikayılov bu vəsaitdən asanlıqla imtina etməz və ən müxtəlif vasitələrlə gəlirlərini qouyub saxlamağa çalışır.Bizimxeber.az-a daxil olan məlumata görə, Süleyman Mikayılov fövqəladə hallar naziri Süleyman Mikayılovun kadrı hesab olunur və fəaliyyətində məhz ona güvənir. Ancaq maraqlı məqamlardan biri Süleyman Mikayılovun təhsil və iş fəaliyyətindəki “uğurlarının” real həyatla uyğunsuzluğudur ki, bunun da yaxın zamanda sənədlərlə ortaya çıxma ehtimal böyükdür.Belə ki, 2016 -ci ilin ilk aylarından etibarən Azərbaycanda məmurların diplomlarının yoxlanmasına start veriləcəyi barədə məlumatlar var. Bunu zəruri edən səbəb yüksək vəzifəli məmurlar da daxil olmaqla məmurların bir qismının ali təhsil haqqında sənədinin reallığa uyğun gəlməməsidir. Əksəriyyətinin diplomu ya saxtadir, ya da onların əvəvlki əmək fəaliyyətləri ilə hazirki işləri arasında heç bir bağlılıq yoxdur ki, bu da idarəetmədə də özünü açıq şəkildə biruzə verir.Süleyman Mikayılovun 2004-cü ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirdiyi barədə tərcümeyi-halında qeyd var. Ancaq bu rəsmi sənədlərdə olandır, əslində isə icra başçısının Dərdənddə adı bəlli olmayan bir ali ali məktəbə pul müqabilində daxil olduğu deyilir. 2001-ci ildə həmin ali məktəbdə tələbələr siyhısında Süleyman Mikayılovun da adı olub və düz 1 il müddətində həmin məktəbdə “təhsil alıb”. 1 il sonra isə köçürmə yolu ilə BDU-nun hüquq fakultəsinin tələbəsinə çevrilib. 42 yaşında BDU-nun məzunu olan icra başçısı hətta bir zamanlar tərcümeyi-halına elmlər namizədi olduğuna dair qeyd də yazdırmaq istəyib. Amma bu arzusunu hansısa səbəbdən reallaşdıra bilməyib və bu istiqamətdə çalışmalara hansısa səbəbdən yarımçıq buraxmalı olub.Bizimxeber.az bu mövzu ilə bağlı araşdırmaları davam etdirəcək. Hələlik isə bəlli olan odur ki, Süleyman Mikayılovun adı “yola salınacaq” icra başçıları sırasında yer alır.Onun da “MTN işi” çərçivəsində adı hallanan icra başçısının Eldar Mahmudovla əlaqələrinin olması sirr deyil. Bu münasibətlərin hansı yöndə inkişaf etdiyi diqqət cəkir. Daha dogrusu istintaqa bu barədə araşdırmalara artıq başlayıb və yəqin ki, istintaq çərçivəsində Qaradağ rayonun ərazisində Eldar Məhmudova yüksək imtiyazların nəyin müqabilində verilməsi üzə çıxacaq. Çünki bu rayon MTN-nin keçmiş rəhbərinin obyektlərinin çoxluğu ilə fərqlənən rayonlardan biri olub. Keçmiş nazirin Qaradağ rayonu ərazisində bir neçə obyekti və hətta Lokbatanda 2 boyuk marketi, bir avtosalonu fəaliyyət göstərib. Süleyman Mikayılov Eldar Mahmudovun qüdrəti qarşısında duruş gətirməməklə yanaşı, bu xidmətin müqabilində müəyyən qədər gəlir də əldə edib.Xüsusilə rayon daxilində yolların genişləndirilməsi planlarının icrası zamanı Eldar Mahmudovun obyeklərinə deyə biləcək zərərin qarşısının alınmasında da icra başçısı xüsusi canfəşanlıq göstərib. Belə ki, məhz Süleyman Mikayılovun tapşırığı ilə Eldar Mahmudovun obyeklərini yolların genişləndirilməsi planına düşməməsi təmin edilib.Beləliklə, Eldar Mahmudovun rəğbətini qazanan icra başçısı bundan daha sonrakı fəaliyyətində yararlanıb. MTN ətrafında cərəyan edən hadisələrin Süleyman Mikayılovdan da yan keçməyəcəyi artıq bəllidir. İndi icra başçısı üçün əsas məsələ istintaqdan maksimum az zərərlə çıxmaqdır.

22 Dekabr 2015 1:41

Bakıda orta məktəbdə dəhşət: Stalinsayağı rejim yaradılıb… – Şagirdi boykot edib, döydülər…

  Bakı sakini Bahar Nuriyeva ANAXEBER.az-a müraciət edib. Bahar Nuriyeva bildirir ki, 210 saylı məktəbin 3-cü sinif şagirdi olan oğlunu məktəbdə səbəbsiz yerə incidirlər: ”Məktəbdə tez-tez pul yığırdılar. Başqa valideynlər mən də pul verirdim. Son olaraq məndən printer pulu istənildi. Mən də yarısını verdim. Bu isə müəllimənin acığına gəldi. Səbəbsiz yerə uşağımı incitməyə başladı. İlk olaraq şər atdılar ki, guya uşaq pis-pis sözlər yazıb. Uşağı mənim xəbərim olmadan 1 saat saxlayıblar. Uşağa hədə-qorxu gəliblər ki, boynuna almasan səni polisə verəcəyik. Anandan pul istəyəcəyik, uşaq da qorxusundan boynuna alıb. Səhəri gün məktəbə getdim. Müəllimə ilə danışdım. Uşağın dediklərini doğru olduğunu təsdiqlədi. Nəticə olaraq həmin kağızda yazıldığı çirkin sözlərin mənim oğluma aid deyil, həmin sinifdə oxuyan başqa şagirdə aid olduğu açıqlandı. Ona baxmayaraq valideynlərin, hətta sinif yoldaşlarıının mənim oğluma qarşı münasibətləri sərtləşdi. Müəllimə onları sakitləşdirmək əvəzinə aranı qarışdırırdı. Oğlum sinif yoldaşları tərəfindən döyülüb “sən bu sinifə layiq deyilsən bu sinifdə oxuma çıx get” sözləri ilə təhqir olanda belə müəllimə susaraq baş verənlərə müdaxilə etməyib. Tam əksinə, baş verən hadisələrin mənim oğlumun uydurması olduğunu deyib. Oğlumda psixoloji problemlərin baş qaldırdığını deyərək məni buna məsuliyyətsiz yanaşmaqda günahlandırdı. Oğlumsa bunların tam əksini dedi”. Qarşı tərəfi də dinləməyə hazırıq.

22 Dekabr 2015 11:47

Cahangir Hacıyev “ev dustağı” edilmədi – Qərar

скачанные файлы

Bu gün Bakı Apelyasiya Məhkəməsində Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin həbsdə olan sabiq sədri Cahangir Hacıyevin “ev dustağı”edilməsi barədə təqdim etdiyi ərizənin rədd edilməsilə bağlı Nərimanov rayon Məhkəməsinin qərarından verdiyi apelyasiya şikayətinə baxılıb. Bu barədə Trend-ə Cahangir Hacıyevin vəkili Aqil Layicov məlumat verib. Hakim Camal Ramazanovun sədrliyi ilə keçirilən prosesdə şikayət araşdırılsa da, təmin edilməyib. Qeyd edək ki, prosesə dekabrın 18-də baxılmalı olsa da, C.Hacıyev qeyri-müəyyən səbəblərdən prosesə gəlmədiyindən şikayətin araşdırılması təxirə salınmışdı. Xatırladaq ki, C.Hacıyev Cinayət Məcəlləsinin 179.3.2 (külli-miqdarda mənimsəmə), 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə; ağır nəticələrə səbəb olduqda), 178-ci (dələduzluq), 178.3.2 (külli miqdarda ziyan vurmaqla törədildikdə), 179 (Mənimsəmə və ya israf etmə),179.2.3. (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 179.3.2 (külli-miqdarda mənimsəmə), 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə; ağır nəticələrə səbəb olduqda), 309 (Vəzifə səlahiyyətlərini aşma), 312. (Rüşvət vermə (aktiv rüşvətxorluq)) maddələri ilə ittiham olunaraq barəsində Nərimanov rayon məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

21 Dekabr 2015 4:59

Özünü öldürən MTN polkovnikinin – FOTOSU

ilqar aliyev

  Dünən Bakı İstintaq Təcridaxnasında özünü asan MTN-in Antiterror Mərkəzinin keçmiş rəis müavini, polkovnik İlqar Əliyev dəfn edilib. Criminal.az-ın əməkdaşı bu gün İ.Əliyevin yas mərasimində olub. Mərhumun yaxınları hər hansı informasiya vermək istəməyiblər. Bildiriblər ki, İ.Əliyevin ölümü ilə bağlı ancaq rəsmi məlumatlarla kifayətlənsinlər. Qeyd edək ki, dekabrın 20-də saat 15:55 radələrində Cinayət Məcəlləsinin 302.2; 308.2 və 309.1-ci maddələri ilə təqsirləndirilən və barəsində həbs qətimkan tədbiri seçilmiş, Bakı istintaq təcridxanasının ikinəfərlik kamerasında saxlanılan Əliyev İlqar Mustafa oğlu intihar edib. Kamera yoldaşı telefon danışığı hüququndan istifadə etmək üçün kameranı tərk etdiyi qısa müddət ərzində orada tək qalmış İ.Əliyev mələfəni ip formasına salaraq pəncərədəki dəmir barmaqlığa bağlayaraq özünü asıb. Kamera yoldaşı qayıtdıqdan sonra hadisə ilə bağlı dərhal müəssisənin əməkdaşlarına məlumat verib və tibb heyətinin iştirakı ilə təxirəsalınmadan İ.Əliyevin həyatının xilas edilməsinə yönələn tədbirlər görülməsinə baxmayaraq, həmin anda ölüm halı artıq baş verdiyindən ona göstərilən tibbi yardım nəticəsiz qalıb. Fakt üzrə Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi başlanılıb və istintaq aparılır.

21 Dekabr 2015 4:39

Süleyman Mikayılov Eldar Mahmudovu tanıyırdımı? – Lokbatandakı obyektlər bağlanır

1450695622_0001

Süleyman Mikayılov Eldar Mahmudovu tanıyırdımı? Sahibkarlara maneə törədilməməsi, onların fəaliyyəti üçün daha yaxşı şəraitin yaradılması, əsassız yoxlamalara son verilməsi barədə ölkə prezidenti İlham Əliyevin xəbərdarlığını görməzdən gələn icra başçılarının sırasında Qaradağ rayonun icra başçısı Süleyman Mikayılov xüsusi yer tutur. Onun rəhbrliyi dönəmində rayondakı vəziyyətin getdikcə ağırlaşması, sahibkarların, xüsusilə də daş karхanalarının rəhbərlərinin hədəfə alınması, onların fəaliyyətinə maneə törədərək qazancalarına şərik olmaq kimi müxtəif qanunsuz əməllər imza atan icra başçısı prezidentin son xəbərdarlığından sonra da fəaliyyətini eyni qaydada davam etdirməkdə israrlıdır. Məlum olduğu kimi rayonun Güzdək, Qızıldaş qəsəbələrində, həmçinin Qızıl Qayada irili-xırdalı 100-dən artıq daş karхanası fəaliyyət göstərir. Bu isə Süleyman Mikayılovun ayda milyonlarla manat pul qazanması deməkdir. Təbii ki, Süleyman Mikayılov bu vəsaitdən asanlıqla imtina etməz və ən müxtəlif vasitələrlə gəlirlərini qouyub saxlamağa çalışır. Bizimxeber.az-a daxil olan məlumata görə, Süleyman Mikayılov fövqəladə hallar naziri Süleyman Mikayılovun kadrı hesab olunur və fəaliyyətində məhz ona güvənir. Ancaq maraqlı məqamlardan biri Süleyman Mikayılovun təhsil və iş fəaliyyətindəki “uğurlarının” real həyatla uyğunsuzluğudur ki, bunun da yaxın zamanda sənədlərlə ortaya çıxma ehtimal böyükdür. Belə ki, 2016 -ci ilin ilk aylarından etibarən Azərbaycanda məmurların diplomlarının yoxlanmasına start veriləcəyi barədə məlumatlar var. Bunu zəruri edən səbəb yüksək vəzifəli məmurlar da daxil olmaqla məmurların bir qismının ali təhsil haqqında sənədinin reallığa uyğun gəlməməsidir. Əksəriyyətinin diplomu ya saxtadir, ya da onların əvəvlki əmək fəaliyyətləri ilə hazirki işləri arasında heç bir bağlılıq yoxdur ki, bu da idarəetmədə də özünü açıq şəkildə biruzə verir. Süleyman Mikayılovun 2004-cü ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirdiyi barədə tərcümeyi-halında qeyd var. Ancaq bu rəsmi sənədlərdə olandır, əslində isə icra başçısının Dərdənddə adı bəlli olmayan bir ali ali məktəbə pul müqabilində daxil olduğu deyilir. 2001-ci ildə həmin ali məktəbdə tələbələr siyhısında Süleyman Mikayılovun da adı olub və düz 1 il müddətində həmin məktəbdə “təhsil alıb”. 1 il sonra isə köçürmə yolu ilə BDU-nun hüquq fakultəsinin tələbəsinə çevrilib. 42 yaşında BDU-nun məzunu olan icra başçısı hətta bir zamanlar tərcümeyi-halına elmlər namizədi olduğuna dair qeyd də yazdırmaq istəyib. Amma bu arzusunu hansısa səbəbdən reallaşdıra bilməyib və bu istiqamətdə çalışmalara hansısa səbəbdən yarımçıq buraxmalı olub. Bizimxeber.az bu mövzu ilə bağlı araşdırmaları davam etdirəcək. Hələlik isə bəlli olan odur ki, Süleyman Mikayılovun adı “yola salınacaq” icra başçıları sırasında yer alır. Onun da “MTN işi” çərçivəsində adı hallanan icra başçısının Eldar Mahmudovla əlaqələrinin olması sirr deyil. Bu münasibətlərin hansı yöndə inkişaf etdiyi diqqət cəkir. Daha dogrusu istintaqa bu barədə araşdırmalara artıq başlayıb və yəqin ki, istintaq çərçivəsində Qaradağ rayonun ərazisində Eldar Məhmudova yüksək imtiyazların nəyin müqabilində verilməsi üzə çıxacaq. Çünki bu rayon MTN-nin keçmiş rəhbərinin obyektlərinin çoxluğu ilə fərqlənən rayonlardan biri olub. Keçmiş nazirin Qaradağ rayonu ərazisində bir neçə obyekti və hətta Lokbatanda 2 boyuk marketi, bir avtosalonu fəaliyyət göstərib. Süleyman Mikayılov Eldar Mahmudovun qüdrəti qarşısında duruş gətirməməklə yanaşı, bu xidmətin müqabilində müəyyən qədər gəlir də əldə edib. Xüsusilə rayon daxilində yolların genişləndirilməsi planlarının icrası zamanı Eldar Mahmudovun obyeklərinə deyə biləcək zərərin qarşısının alınmasında da icra başçısı xüsusi canfəşanlıq göstərib. Belə ki, məhz Süleyman Mikayılovun tapşırığı ilə Eldar Mahmudovun obyeklərini yolların genişləndirilməsi planına düşməməsi təmin edilib. Beləliklə, Eldar Mahmudovun rəğbətini qazanan icra başçısı bundan daha sonrakı fəaliyyətində yararlanıb. MTN ətrafında cərəyan edən hadisələrin Süleyman Mikayılovdan da yan keçməyəcəyi artıq bəllidir. İndi icra başçısı üçün əsas məsələ istintaqdan maksimum az zərərlə çıxmaqdır.

21 Dekabr 2015 3:24

MTN-in Antiterror Mərkəzinin sabiq rəis müavininin meyiti ailəsinə təhvil verilib

a7b7fc41-e83b-44b8-87fe-e080072320c9_292

İlqar Əliyev bu gün dəfn ediləcək 1 saylı Bakı İstintaq Təcridxanasında intihar edən Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Antiterror Mərkəzinin sabiq rəis müavini, polkovnik İlqar Əliyevin meyiti ailəsinə təhvil verilib. Bu barədə “Report”a İ.Əliyevin vəkili Rəşad Mirmehdizadə bildirib. O, İ.Əliyevin bu gün dəfn ediləcəyini bildirib.Qeyd edək ki, Penitensiar Xidmətin yaydığı məlumata görə, dekabrın 20-də saat 15:55 radələrində Cinayət Məcəlləsinin 302.2; 308.2 və 309.1-ci maddələri ilə təqsirləndirilən və barəsində həbs qətimkan tədbiri seçilmiş, Bakı İstintaq Təcridxanasının ikinəfərlik kamerasında saxlanılan Əliyev İlqar Mustafa oğlu intihar edib. Məlumata görə, kamera yoldaşı telefon danışığı hüququndan istifadə etmək üçün kameranı tərk etdiyi qısa müddət ərzində orada tək qalmış İ.Əliyev mələfəni ip formasına salaraq və pəncərədəki dəmir barmaqlığa bağlayaraq özünü asıb. Kamera yoldaşı qayıtdıqdan sonra hadisə ilə bağlı dərhal müəssisənin əməkdaşlarına məlumat verib və tibb heyətinin iştirakı ilə təxirəsalınmadan İ.Əliyevin həyatının xilas edilməsinə yönələn tədbirlər görülməsinə baxmayaraq, həmin anda ölüm halı artıq baş verdiyindən ona göstərilən tibbi yardım nəticəsiz qalıb.Hadisə barədə dərhal aidiyyəti istintaq orqanlarına, İ.Əliyevin qohumlarına və müdafiəçisinə məlumat verilib. Hadisə yeri Bakı şəhər prokurorluğunun əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə müayinə edilib.Fakt üzrə Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi başlanılıb və istintaq aparılır.

21 Dekabr 2015 9:40

Səttar Mehbalıyevin vitse-prezidenti necə milyonçu oldu? – İlginc TƏFSİLAT

1450441487_0001

Azərbaycan Respublikası Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) rəhbəri Səttar Mehbalıyevin müavini statusunda olan vitse-prezident, eyni zamanda “Xidmət-İş” HİF-nın prezidenti olan İlyas Əliyev bu gün Azərbaycan həmkarlar ittifaqlarının vətəndaş cəmiyyətinin tərkib hissəsi kimi üzərinə düşən vəzifələri yerinə yetirməkçün göstərdiyi səyləri heçə endirir, əməkçilərin hüquqlarının və mənafelərinin müdafiəsində real işlər görmür. Dia.az-ın məlumatına görə, bu barədə Nyus.az saytının məqaləsində bildirilir. Məqalədə daha sonra yazılıb: “Azərbaycan Respublikası Ticarət, İctimai-iaşə, Kooperasiya, Sağlamlıq Ocaqları, Turizm, İdman, Otelçilik, Balıqçılıq və Digər Xidmət Sahələri işçiləri Həmkarlar İttifaqları Federasiyasının (qısaldılmış adı : “Xidmət –iş” həmkarlar ittifaqları federasiyası-red.) Nizamnaməsində bildirilir ki, Federasiya dövlət və təsərrüfat orqanlarından, siyasi və digər təşkilatlardan asılı deyil, onlara hesabat vermir. Lakin bu o demək deyildir ki, Federasiya fəaliyyətində ictimai hesabatlılığı təmin etməməlidir. Federasiya rəhbərinin şəffaflıqdan qaçması isə səbəbsiz deyildir Bildirilir ki, 90-100 manat təşkil edən göndəriş vərəqləri (putyovkalar) əsasən HİK üzvü olmayan şəxslərə 350 manatdan satılır. Zəhmətkeş insanları sanatoriya və müalicəxanalara göndərmək hüququndan “təyinatı üzrə və səmərəli” istifadə edən İlyas bəy, onun mühasibi və onların qohumları ölçüyəgəlməz pula-sərvətə, mala-mülkə yiyələniblər. Bütün bunlar və sadalamadığımız digər qanunsuzluqlar səbəbindəndir ki, İlyas Əliyevin haram yolla əldə etdiyi kapital milyonlarla dollar həcmindədir. Onun paytaxtın izdihamlı yerlərində, xüsusən də Bakı metropoliteninin “Elmlər Akademiyası”, “Azadlıq” stansiyalarının həndəvərində və digər yerlərdə gəlirli iaşə və ticarət obyektləri “şıdırğı” fəaliyyətdədir. Bildirilir ki, İlyas Əliyev öz işçilərinə məhrəm məclislərdə “yolka bileti sata-sata” var-dövlətini bu səviyyəyə gətirib çıxardığını etiraf edib. Görünür, ona ilk uğurları qazandıran bu köhnə alverin dadı damağında qaldığından, indinin özündə də dəyəri 6 manat təşkil edən “yolka biletləri”ni klöçürmə yolu ilə alaraq sonra təşkilatlara 3 manatdan “sırıyır”. Prosesin həm birinci, həm də ikinci mərhələsində özünəməxsus gedişlər edərək, qazanc əldə edir. Adam hətta körpələrə düşən paya da göz dikir, buna etiraz edən valideynlərini isə böhtanla, şərlə ləkələmək istəyir. İlyas Əliyev özü barəsində AHİK prezidentinə ünvanlanan şikayətlərin də ünvanına çatmasını əngəlləyən bürokratik maneə mexanizmi qurub. Yəqin ki, çox hörmətli millət vəkili Səttar Mehbalıyev nəhayət İlyas Əliyevlə yollarını ayırmağa, vitse-prezidentdən rəvac verdiyi bütün qanunsuzluqlara görə məsulliyyət tələb etməyə qərar verəcəkdir”. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

18 Dekabr 2015 6:22

Suraxanı RPİ Azərbaycan Gənclər Fondunun tədbirində

DSCN1951

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun elan etdiyi müsabiqənin qalibi Ayaz Əhmədzadənin rəhbərliyi ilə "Sağlam vərdişlər sağlam gəncliyin əsasıdır” adlı layihə həyata keçirilir. Layihə haqqında məlumat verən Ayaz Əhmədzadə bildirmişdir ki, gənclər arasında zərərli vərdişlərin qarşısının alınması və sağlam həyat tərzi keçirmələri məqsədilə müəyyən edilmiş prioritet tədbirlər sistemi dövlətin gənclər siyasətinin strateji fəaliyyət istiqamətlərindəndir. Bir çox gənclər dövlətin və ictimai həyatın bütün sferalarında aktiv fəaliyyəti ilə seçilsə də, rəsmi statistikalardan aydın olur ki, zərəli vərdişlərə aludə olan, bunun nəticəsində cinayət törədən gənclərın sayı çoxluq təşkil edir. Cəza çəkən gənclərin əksəriyyəti narkotik maddələrin istifadəsinə və sərxoş vəziyyətdə cinayət törətdiklərinə görə azadlıqdan məhrum edilirlər. Bəzi hallarda gənclərin qaydaları və qanunu pozmaqları qanunvericilikdə təsbit olunmuş hüquq və vəzifələrdən xəbərsiz olmaqları səbəbindən baş verir, nəticədə ciddi cəzalarla üzləşirlər. Zərərli vərdişlər kimi neqativ hallara həm orta, həm də ali təhsil ocaqlarında oxuyan gənclər arasında təsadüf olunduğu, bəzi gənclərin zərərli vərdişlərə erkən yaşlardan, məktəb illərindən aludə olmağa başladığı səbəbindən təlimləri həm ali, həm də orta təhsil müəssisələrində keçirməyə qərar vermişdik. Layihənin icra planna uyğun olaraq Xəzər Universitetində, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında, Suraxanı rayonundakı 279 və 275 saylı orta məktəblərdə keçirdiyimiz maarifləndirmə təlimləri böyük maraqla qarşılanmışdır. Suraxanı rayonundakı 275 saylı orta məktəblərdə keçirdiyimiz son tədbirdə Bakı şəhəri Suraxanı RPİ-nin Yetkinlik Yaşına Çatmayanların işləri üzrə bölmənin rəisi, polis mayoru Namiq Abbasov, həmin bölmənin baş inspektoru, polis mayoru Seymur Bayramov, Narkotiklərlə Mübarizə Bölməsinin əməliyyat müvəkkili polis baş leytenantı Asif Şıxəliyev çıxış edərək zərərli vərdişlərin acı nəticələri, təqsirləndirilən şəxslərlə bağlı statistik göstəricilər, narkotik və psixotrop maddələrin ziyanlı təsirləri barədə ətrafl məlumat veriblər. Sonda çıxış edən Ayaz Əhmədzadə gənclər siyasəti ilə bağlı layihə təklifini dəyərləndirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fonduna, tədbirin keçirilməsində göstərilmiş diqqətə görə Suraxanı RPİ-nin rəhbərliyinə, tədbirdə iştirak edən polis əməkdaşlarına və məktəbin direktoru Elmira xanım İsmayılovaya xüsusi təşəkkürünü bildirmişdir. Faktinfo.az

18 Dekabr 2015 6:07

Şəhərin mərkəzində 4 obyekti bağlanan sahibkar dərdini DANIŞDI

1450435490_0001

Son aylar Bakıda bir sıra dükan və ticarət mərkəzləri qapadılır. Şəhərin kənarında yerləşən obyektlərlə yanaşı, artıq paytaxtın mərkəzində yerləşən və həmişə çoxlu sayda müştəriləri olan kafe və mağazaların bir neçəsi artıq işləmir. Nizami küçəsində qapadılan obyektlərdən birində ofisiant kimi işləyən, hazırda işsiz qalan Bakı sakini hafta.az-a açıqlama verərək bildirdi ki, baş verənlərə səbəb müştərilərin azalmasıdır: “Mən keçən ildən Cafe Centralda ofisiant kimi işləyirdim. Müştərilərlə bağlı heç bir problem yaşamırdıq. Son aylar demək olar ki, gələnlərin sayı yarıya qədər azaldı. “Çayevoy” pulumuzda da azalma müşahidə olunub. Mən uzun müddətdir ki, ofisiant işi ilə məşğul oluram. Hazırda peşəmə uyğun iş tapmaqda çətinliklərlə üzləşməkdəyəm”.Əməkdaşımız obyekt ətrafında gəzişən Bakı sakinləri ilə də həmsöhbət oldu. Bakı sakini Quliyev Nailin sözlərinə görə, o, Nizami (keçmiş Torqovı) küçəsində yaşayır. Əvvəllər Cafe Central, Violeta kafelərinə hərdən baş çəkirmiş: “Mən özüm burada yaxınlıqda qalıram. Keçmiş Azərbaycan Kinoteatrına paralel olan küçədə birdən-birə 3 obyekt bağlandı. Əvvəl buraların müştəriləri çox olardı. Son zamanlar isə müştəri sayında azalma müşahidə olunmağa başlandı. Mənim özüm də bu kafelərin müştərisi olmuşam”.Hafta.az-ın əməkdaşı kafenin rəhbərliyi ilə əlaqə saxlayaraq obyektlərin bağlanma səbəblərinə aydınlıq gətirməyə çalışdı. Obyekt rəhbərliyinin sözlərinə görə, kafelərin bağlanmasına səbəb yanğındır: “Qeyd olunan binanın birinci mərtəbəsində bizim bir neçə obyektimiz var. Onları bölüb, hissələrlə icarəyə vermişdik. Amma icarədar binada yanğın törətdiyinə görə, onları kafedən çıxartdıq. Hazırda obyektlərimizi icarəyə çıxarmışıq. 153 kvadratmetr olan Cafe Centralın bir aylıq icarə haqqı 12 min manatdır”.İcarəyə çıxarılan digər obyekt isə Bakı Bulvarı ilə kəsişən küçədə yerləşir. Əvvəllər bahalı brend paltarlarının satışı ilə məşğul olan dükan bir ilə yaxındır ki, fəaliyyətini dondurub.

18 Dekabr 2015 3:32

Nardaranda yeni əməliyyat: 5 nəfər saxlandı

1450427575_ass

Bakının Nardaran qəsəbəsində hüquq-mühafizə orqanları əməkdaşları növbəti əməliyyat keçirib. Trend-in məlumatına görə, bu gün səhər saatlarında Daxili İşlər nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi, Bakı Şəhər Baş Polis İdarəsi və Sabunçu rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qəsəbə ərazisindən silah-sursat, narkotik maddələr aşkar edilib. Əməliyyat zamanı hadisədə təqsirli bilinən daha 5 nəfərin saxlanıldığı bildirilir. Sabunçu rayon Polis İdarəsindən Trend-ə faktı təstiqləyiblər. İdarədən bildiriblər ki, hazırda əməliyyat qrupu Nardaran qəsəbəsindədir və əməliyyat davam edir. Nardaran sakini Məşədi Natiq Kərimov isə Trend-ə bildirib ki, qəsəbədə əməliyyat dünən axşam saatlarından başlanıb və bir neçə nəfər saxlanılıb. Saxlanılan şəxslərdən birinin adı Rəşiddir. Saxlanılan şəxslər Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılıb. Xatırladaq ki, Nardaran qəsəbəsində əməliyyat noyabrın 26-da başlanıb. Sabunçu rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat zamanı "Müsəlman Birliyi" adı ilə tanınan təşkilatın 14 üzvü saxlanılıb. Hadisə nəticəsində baş verən qarşıdurma zamanı ikisi polis əməkdaşı olmaqla 7 nəfər həlak olub. Həmin əməliyyatdan sonra hüquq mühafizə orqanları əməkdaşları Nardaran qəsəbəsini nəzarətə götürüb.

18 Dekabr 2015 2:17

Fakt

Bizi izləyin