Araz Ağalarovun milyonları hara gedir?

94589

Emin Ağalarov atasının pullarının yatırım istiqamətlərindən danışıb. Araz və Emin Ağalarovlara məxsus “Crocus Group” şirkəti Moskvada 600 milyon dollara yaxın sərmayə yatırmağa hazırlaşır. ANS PRESS-in məlumatına görə, bu barədə “Crocus Group”un birinci vitse-prezidenti Emin Ağalarov bildirib. Onun sözlərinə görə, pullar “Vegas-3” ticarət-əyləncə kompleksinin tikintisinə, həmçinin "Vegas-2"nin genişləndirilməsinə sərf ediləcək. "Kuntsevoda “Vegas-3” ticarət-əyləncə kompleksinin tikintisinə biz $500 mln. yatıracağıq, bu kompleks 2017-ci ildə açılacaq", - deyə E. Ağalarov vurğulayıb. Bu günə kimi kimi “Crocus Group” şirkəti Moskvada iki obyekt açıb. Bunun birincisi Kaşir şossesindəki 480 min kvadratmetrlik "Vegas-1", ikincisi isə "Vegas-2 Krokus Siti" (285 min kv. m) ticarət-əyləncə kompleksləridir. Moskvanın qərbində yerləşəcək üçüncü layihə yeni konseptual zonalarına görə fərqlənəcək. Kompleksdə interaktiv istirahət zonası nəzərdə tutulub. Buraya alpinistlərin dırmanması üçün süni qaya meydanı, iki mərtəbəli velosiped meydanı, buz meydanı, restoranlar, attraksion parkı və s. daxildir. "Vegas-2"nin genişlənməsi isə 1300 yerlik yeni “Vegas City Hall” transformer konsert zalının tikintisini nəzərdə tutur. Zalın tikinsinə 40 milyon dollar xərclənəcək və o, hazırda işləyən "Krokus Siti Holl" konsert meydançasını tamamlayacaq. 50 milyon dollar isə "Krokus Siti" ərazisində 12 min kv.m.-lik okeanarium yaradılmasına gedəcək. Emin Ağalarov deyib ki, okeanariumda Rusiyanın müxtəlif iqlim zonalarına xas olan balıqların akvariumları nümayiş olunacaq.   https://youtu.be/s629bHcWwwM

4 İyul 2015 6:15

Keçmiş polis zabiti baxımsızlıqdan şikayətlənir

1643D67D-DE02-42B1-B4FC-E900563FEB6E_w640_r1_s_cx0_cy1_cw79

Bir polis zabitinin qəmli həyat hekayəsi Onu doğmalarından savayı heç kəs arayıb-axtarmır. Nə bir tədbirə dəvət alır, nə telefonuna zəng gəlir. Hərdən taxta qapını poçtalyon döyür və “yuxarılara” etdiyi müraciətlərin cavabını gətirir. Qaranlıq gecədə sükutu bayırda çaqqal ulartısı, it hürüşü, içəridə isə daş, taxta gəmirən siçovulların civiltisi pozur. Hərdən üstünə “təcili yardım” gəlir... Bir vaxtlar polis mundirində keçmiş Sovet Ittifaqını qarış-qarış gəzən Qubad Vəliyev 1993-cü ildən bəri Imişli rayonunun Qaradonlu kəndində ötən əsrin 30-cu illərində hərbi zastava üçün tikilən anbar binasında ÿköçkünlük həyatı yaşayır.ÿBundan əvvəl isə 4 uşaq və ahıl yaşlı anası ilə birgə sallaqxanada məskunlaşıb. “Uşaqlıq illərimdən yadımda müharibə, aclıq, səfalət qalıb” “Mən 1941-ci ilin fevralında Füzuli rayonunun Saracıq kəndində doğulmuşam. Onda atam hərbi xidmətdə olub. Biz onun başına nə gəldiyini dəqiq bilmirik. Ailəmizə gələn cavab bu olub ki, atam Moskva ətrafında gedən döyüşdə itkin düşüb. Beləcə nə o mənim üzümü görüb, nə də mən onun”. “Qubad Vəliyevin həyat hekayəsini həyəcansız dinləmək mümkün deyil. Şirinli-acılı bütün xatirələri müharibədən, mübarizədən, ”laməkan"lıqdan keçir: “Uşaqlıq illərini xatırlamaq çox üzücüdür. Nə doyunca çörək tapırdıq, nə də adam içinə çıxmağa paltarımız vardı. Çətinliklə orta məktəbi bitirib Sumqayıta getdim, burada işə düzəldim. Işim dəmir boruları polietilen örtüklə sarımaqdan ibarət idi. Sonra əsgərliyə getdim. Hərbi xidmətim Qazaxıstanda, düz 3 il davam etdi”. Hüquq-mühafizə orqanlarının barəsində çıxardığı qərarlar ləğv olunur Qubad Vəliyev xidməti başa vurandan sonra bir müddət Qazaxıstanda yaşayır. Eyni vaxtda Alma-Ata milis məktəbinə daxil olub. Sonradan təhsilini Moldovanın Kişinyov şəhərində davam etdirib. O, 10 il Odessa-Kişinyov nəqliyyat milisində növbətçi müvəkkil işləyib:ÿ"O illərdə xidmət yerinin dəyişdirilməsi çətin məsələ idi. Gərək göndərən və qəbul edən orqanların hər ikisi buna razılıq verəydi. Azərbaycana qaytarılmağımda anamın sovet rəhbərlərinə müraciəti, ailəli, 2 övladımın olması ciddi rol oynadı. 1975-ci ildə Cəbrayıl rayon daxili işlər şöbəsində xidmətimi davam etdirdim". Qubad Vəliyev 1978-ci ildə SSRI DIN-in Kiyev Ali Milis Məktəbini bitirib. Lakin elə həmin il ona qarşı cinayət ittihamı irəli sürülüb və respublika prokurorluğunun təqdimatı ilə daxili işlər orqanından xaric edilib. O, işin ən yüksək səviyyədə araşdırılması üçün inadlı mübarizə aparır və buna nail olur. Nəticədə respublika hüquq-mühafizə orqanlarının barəsində çıxarılan qərarları ləğv edilir və zabit kimi əvvəlki işinə qaytarılır. Təqaüdə çıxmağı ilə köçkünlük başlayıb... Qubad Vəliyev xidmətinin son illərini Füzulidə keçirib. O deyir ki, Dağlıq Qarabağ ətrafında başlanan və sonradan miqyası genişlənən milli münaqişənin ilk vaxtlar əsas ağırlığı polisin üzərinə düşüb:ÿ"Düz 818 gün döyüş şəraitində, ön mövqedəki postlarda olmuşam. Təqaüdə çıxmağıma sayılı günlər qaldığı bir vaxtda - 1993-cü ilin avqustun 17-də doğma kəndim işğal olundu. Təzə ev tikmişdim, dam örtüyü ağ dəmirdən idi. Postlarda olduğumdan içərisindəki əşyaları başqa yerə apara bilməmişdim. Bütün əmlakı qoyub, əynimizdəki paltarla evdən çıxdıq". “Mənəvi zövq alası bir şey qalmayıb” Məcburi köçkünlərin “müvəqqəti məskunlaşma”sı 22 ildir ki, davam edir. Bu müddətdə Qubad kişinin övladları böyüyüb, ailə qurublar, anası vəfat edib. Sığındıqları anbar binasının ətrafında əkdiyi ağaclar boy verib, geniş qol-budaq atıb. Həyat yoldaşı ilə vaxtlarının çoxu bu ağacların altında keçir. Ağaclardan birinin “sinəsindən” güzgü, budaqlarından qayçı, daraq asılıb. Yaşları 70-i ötsə də, köçkün təqaüdçülər bekar oturmaq istəmirlər, iri və xırda buynuzlu heyvanlar, ev quşları saxlayırlar. Qubad kişi zabitlərə olan biganə münasibətdən narazılıq edir: “Bütün Avropa ölkələrində təqaüdə çıxan zabit qeydiyyatda olur. Onun həyat tərzi, məişət şəraiti ilə maraqlanırlar. Bizdə harada, necə yaşadığımızı, nə köməyə ehtiyac olduğunu soruşan yoxdur. Budurmu insana münasibət, humanizm? Mənim maddi yardımdan çox mənəvi dəstəyə ehtiyacım var. Eyni şeylərin təkrarı bezdiricidir. Kəsəsi, mənəvi zövq alası bir şey qalmayıb”. Təqaüdçü zabit keçmiş və indiki polislərin vəziyyətini baməzə şəkildə müqayisə edir: “Etiraf edim ki, cavanlıqda möhkəm ”vuran" olmuşam. O vaxt yemək bol idi. Hara getsən, üzünə çörək vardı - quzu kəsən kim, hinduşka, toyuq çığırtması bişirən kim. Polisin günü yeyib-içməkdə keçirdi. Indikilər acdır..." “Azadlıq” radiosu

4 İyul 2015 10:07

Hacı İbrahimi pulunu mənimsəməkdə ittiham edən sahibkardan ilginc müraciət… – “Ondan muğayat olun”…

1435909216_0001

DİA.AZ: - Az əvvəl tanınmış iş adamı, “Avesta” konserninin prezidenti, Hacı İbrahim Nehrəmlinin “Beynəlxalq Bank olayı” ilə bağlı ətrafında baş verən qalmaqalda ilginc gəlişmənin xəbəri yayıldı. Məlumatda deyilirdi ki, borcunu qaytara bilməyən iş adamı ona məxsus “Xəzər Adaları”nı borcunun bir hissəsi kimi banka təklif edib. Qeyd edək ki, onun Beynəlxalq Bankdan külli miqdarda (təxminən 57 milyon dollar) aldığı krediti geri qaytara bilməməsi barəsində həbs qətiimkan tədbiri seçilməsinə səbəb olmuşdu. Ölkə medıasının yaydığı xəbərlərdə iş adamının 2015-ci il 12 may-27 may tarixləri arasında DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin təcridxanasında saxlanıldığını bildirilirdi. May ayının 27-də isə Hacı İbrahim Nehrəmlinin azadlığa buraxıldığı məlum oldu. Biznesmen elə həmin gün mətbuata verdiyi açıqlamada bütün borcunu ödədiyini və ona görə də sərbəst buraxıldığını bildirmişdi. Sonradan məlum oldu ki, vəziyyət heç də Nehrəmlinin açıqladığı kimi deyil. Belə ki, o, Beynəlxaq Banka olan borcunu tam şəkildə ödəyə bilməyib və nəticədə Hacı İbrahim adalardan vaz keçəsi olub. DİA.AZ-a açıqlama verən qazaxlı iş adamı, Hacı İbrahim Nehrəmlinin fırıldaq yolu ilə yarım milyon manata yaxın vəsaitini mənimsədiyi Elşad Məmmədov isə qəribə bir müraciətdə bulundu. Haqqı tapdanan sahibkar deyir ki, o, bu gün Hacı İbrahimin taleyindən narahatdır: "Hər yerdə deyirdi ki, adalar onun həyatıdır, adalarla nəfəs alır. Hətta səhər-səhər adalara baxaraq konyak içdiyini, gecələr adalara baxaraq xısın-xısın ağladığnı da deyirdi". Bunları xatırladan qazaxlı sahibkar dia.az-a açıqlamasında əlavə edir: "İndi adamın adalarını əlindən alıblar. Başına hər cür iş gələ bilər. Xahiş edirəm, onu qorusunlar ki, mən də fırıldaq yolu ilə əlimdən aldığı pullarımı geri ala bilim".

3 İyul 2015 3:52

İş axtaran müəllimlərə xoş xəbər

6793

Bu gündən müəllimlərin işə qəbulu üzrə elektron ərizələrin qəbuluna başlanır Bu gündən müəllimlərin işə qəbulu üzrə elektron ərizələrin qəbuluna başlanır. Təhsil Nazirliyinin məlumatına görə, ərizələrin qəbulu 1-15 iyul tarixlərində aparılacaq. Bu il ümumilikdə 3511 vakant yer müsabiqəyə çıxarılıb. Həmin yerlərin 3202-si (91 faizi) Azərbaycan bölməsi, 309-u (9 faizi) rus bölməsinə aiddir. Ən çox vakant yer kimya (449 yer, 13 faiz), ibtidai sinif (440 yer, 13 faiz), biologiya (387 yer, 11 faiz), fizika (359 yer, 10 faiz) və coğrafiya (341 yer, 10 faiz) fənləri üzrə elan edilib. Vakant yerlərin tutulması üçün imtahanların keçirilməsi iyulun 20-26 tarixlərinə planlaşdırlır. İmtahandan keçid balını toplayanlar müsahibələrdə iştirak edəcəklər. Proses avqustda başa çatacaq. Müsabiqədə iştirak etmək üçün www.edu.gov.az internet saytında “Müəllimlərin işə qəbulu üzrə müsabiqə” səhifəsinə daxil olub elektron ərizə doldurulmalıdır. Elektron ərizələrin qəbulu vaxtı hər il Təhsil Nazirliyi tərəfindən müəyyənləşdirilir və elan edilir. Hər bir namizəd ixtisası üzrə ən çoxu 8 vakant yer seçə bilər. Müəllimlərin işə qəbulu üzrə müsabiqənin ikinci mərhələsində test tapşırıqlarının 80 və daha yüksək faizinə, yəni 28 və daha çoxuna düzgün cavab vermiş namizədlər keçid balını toplamış hesab olunurlar.

1 İyul 2015 10:57

“Dostluq” parkındakı villalara görə yeni həbslər

скачанные файлы

ATV-nin binasının altındakı torpağı satan bələdiyyə sədrinin də istintaqa cəlb ediləcəyi gözlənilir Səbail rayonu ərazisindəki “Dostluq parkı”nın satılmasında adı keçən bir neçə şəxs həbs olunub. Həbs olunanlar Səbail bələdiyyəsinin keçmiş üzvləridir. Report.az xəbər verir ki, Bakı Şəhər Baş Polis Idarəsi (BŞBPI) əməkdaşlarının keçirdiyi növbəti əməliyyat zamanı 7 saylı Mənzil Kommunal Istismar Sahəsinin (MKIS) rəisi Quliyev Famil Əhməd oğlu və Səbail rayonu Bibiheybət bələdiyyəsinin baş memarı Etibar Məmmədov tutulub. Hər iki şəxs barəsində Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə cinayət işi başlanılıb və Xətai Rayon Məhkəməsinin qərarı ilə həbs-qətimkan qərarı qəbul edilib. E.Məmmədov və F.Quliyev istintaq təcridxanasına göndərilib. “Yeni Müsavat”a daxil olan məlumata görə tutulanlar vaxtilə ATV-nin binasının yerini satmış Səbail bələdiyyəsinin sədri Əhməd Hüseynovla işləyiblər, onun komandasının üzvləri olublar. Ə.Hüseynovun da istintaqa cəlb ediləcəyi gözlənilir. Qeyd edək ki, BŞBPI əməkdaşlarının iyunun 15-də keçirdiyi əməliyyat tədbirləri nəticəsində 1972-ci il təvəllüdlü Hüseynov Tərlan Kərim oğlu da tutularaq istintaqa cəlb edilib. T.Hüseynov barəsində BŞBPI-nin Istintaq Idarəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb. Xətai Rayon Məhkəməsinin qərarı ilə T.Hüseynov barəsində 3 ay müddətinə həbs-qətimkan qərarı çıxarılıb. O, Kürdəxanı qəsəbəsində yerləşən 1 saylı Bakı Istintaq Təcridxanasında saxlanılır. T.Hüseynovun hüquqi nümayəndələri onun barəsində Xətai Rayon Məhkəməsində çıxarılan həbs-qətimkan qərarının dəyişdirilməsi üçün Bakı Apelyasiya Məhkəməsinə şikayət ərizəsi ilə müraciət etsələr də, dünən keçirilən prosesdə onun həbsdə saxlanılması barədə qərar çıxarılıb. “Dostluq parkı”nda qanunsuz tikilən villaların sökülməsi ilə bağlı Prezident Ilham Əliyev ötən ay keçirdiyi müşavirədə Bakı Şəhər Icra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova tapşırıq vermişdi. Tapşırığa əsasən, həmin parkdakı villaların sökülməsinə başlanılıb. Qeyd edək ki, həbs olunan şəxslərdən biri T.Hüseynov tanınmış rejissor xalq artisti Tofiq Ismayılovun kürəkənidir.

1 İyul 2015 8:32

İyul ayında 6 rayonda əmək yarmarkaları keçiriləcək

4520af09-5b92-43ff-b533-a0b08496cee8_292

Bu ilin Dövlət Məşğulluq Xidməti 11 rayonda əmək yarmarkaları təşkil edib Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Məşğulluq Xidməti iyul ayında ölkənin 6 rayonunda işsiz və işaxtaran vətəndaşlar üçün əmək yarmarkaları təşkil etməyi nəzərdə tutub. Bu barədə "Report"a nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Nazirlikdən bildirilib ki, iyulun 15-də Qax, iyulun 22-də Şəki və Siyəzən, iyulun 24-də Quba və Gədəbəy, iyulun 30-da isə Xızı rayonlarında əmək yarmarkalarının keçirilməsi planlaşdırılır. Yarmarkaların keçirilmə tarixi dəyişdirildiyi halda, bu barədə ictimaiyyətə əlavə məlumat veriləcək. Yarmarkalarda həmin rayonlarda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlardakı boş (vakant) iş yerləri işsiz və işaxtaran şəxslərə təklif olunacaq. Tədbirlər zamanı sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslər üçün kvota üzrə iş yerləri də təqdim ediləcək, habelə peşə hazırlığı və əlavə təhsil kurslarına, ödənişli ictimai işlərə cəlb olunmaq istəyənlərin qeydiyyatı aparılacaq. Xatırladaq ki, bu ilin ötən dövründə Dövlət Məşğulluq Xidməti 11 rayonda əmək yarmarkaları keçirib və yarmarkalarda 766 nəfərə boş iş yerlərinə göndəriş verilib, 36 nəfər peşə hazırlığına, 39 nəfər ödənişli ictimai işlərə cəlb edilmək üçün qeydiyyata alınıb.

30 İyun 2015 12:52

Göyçay internat məktəbinin direktoru yetimlərə oruc tutdurur

1435423574_87722

Təhsil Nazirliyinin Göyçay rayonundakı internat tam orta məktəbinin dahi şairlərimizdən Səməd Vurğunun adını daşımasına, şəhərin Rəsul Rza küçəsində yerləşməsində görünür, bir əlamət varmış. Bu müssisədə məskunlaşmış uşaqlardan birinin valideyni internat-məktəbdə baş verənləri yazdığı şeirlə təsvir etməyə çalışıb. Doğrudur, S. Vurğunun, R. Rzanın poeziyası ilə müqayisəyə gəlməsə də, hər halda diqqətə layiqdir. Hələliksə, həmin şeiri təqdim etməzdən əvvəl hörmətli oxucularımızı məktəbin fəaliyyəti barədə bəzi həqiqətlərlə tanış etmək istəyirik. Əsasən kimsəsiz və əlil uşaqlar üçün nəzərdə tutulan və nüfuzlu ictimai təşkilatların himayəsində olan Göyçay internat-məktəbinə Mehman Salmanov rəhbərlik edir. Daha dəqiq desək, rəhbərlik etmir, çapıb-talayır. Aztəminatlı ailələrin uşaqları üçün dövlət tərəfindən verilən müavinətlər təyinatı üzrə çatmır. İnternat direktoru Salmanov bu işdə öz vasitəçilik funksiyasını yerinə yetirmir, əmanətə xəyanət edir. Kağız üzərində qeydiyyatda 350 uşaq olsa da, gün ərzində 80-100 nəfər, yay mövsümündə isə daha az uşaq məktəbdə olur və qidalanır. Bir vaxtlar ictimai iaşə xidməti sistemində (OPİT) işləyib kifayət qədər yeyinti təcrübəsinə yiyələnən Mehman Salmanov indi həmin təcrübəni uğurla tətbiq edir. Direktor bütün uşaqların dilindən yazılı iltizamnamə alır ki, guya onlar hər gündə dörd dəfə keyfiyyətli xörək yediklərini təsdiqləyirlər. Beləliklə, 350 nəfərin Nazirlər Kabinetinin müəyyən etdiyi normativlərə uyğun kəmiyyətdə ərzaq payının təxminən 4/3 hissəsi mənimsənilərək, direktor və onun korrupsiya ortaqları tərəfindən “həzm-rabe”dən keçirilir. Qalan guya çatdırılan ərzaq da mətbəxdəki vaxtı keçmiş, keyfiyyətsiz məhsullardır. Hələ ayrı-ayrı xeyriyyə təşkilatlarının, bələdiyyələrin uçota alınmayan yardımlarını, sahibkarların ianələrini, dini icmaların göndərdikləri ehsan paylarını demirik. Dini icmadan söz düşmüşkən, internatda baş alıb gedən qanunsuzluqlardan müxtəlif vaxtlarda həm aidiyyati dövlət qurumlarına, də qeyri-hökumət təşkilatlarına, o cümlədən, Əbu-Bəkr məscidinə şikayətlər olunub. Həmin şikayət direktorun gözünə dəyən kimi, uşaqlara “öyüd-nəsihət” verməyə başlayıb ki, bəs Allahın Evinə (bizim misalda məscidə) şikayətçi düşməyi haqq etmək üçün gərək namaz qılasan, yeməyib-içməyib oruc tutasan. Bu yolla Mehman Salmanov uşaqları həmin o dörddə bir pay keyfiyyətsiz qidadan da məhrum etmək istəyir. Əlbəttə, internat-məktəbin direktorunun ərzaq maxinasiyaları hələ lap ertədən – həmin məhsulların dövlət satınalınmasının keçirildiyi tenderlərdən başlayır. Nədənsə, həmin tender və kotirovka sorğularında həmişə eyni firmalar qalib gəlir ki, bu sırada qutudan adı daha tez-tez çıxan Mehmanın ən etibarlı maxinasiya tərəfdaşı “Çinar Ticarət – 1” MMC – dir. O da bildirilr ki, Samanovun haram gəlirlərini formalaşdıran daha bir mənbə əmək təlimi vəsaitlərinin aktla silinərək satılmasıdır. Dərs bölgüsü müstəvisində həyata keçirdiyi qanunsuzluqlar da direktor az gəlir gətirmir. Bir ara lap söz çıxdı ki, o, hətta məktəbin balansına aid torpaq sahəsinin də bir hissəsini satıb. Amma həmin məsələdə Göyçay RİH – nin baççısı cənab Mənsur Məmmədovun adı hallandığı üçün söz-söhbət çox uzun çəkmədi. Fərqli olaraq, internat-məktəbə qoşulmuş bu şeiri ömrü isə zənnimizcə uzun olacaq və zaman – zaman xatırlanacaq. Ey müsəlman imana gəl,fitrə ver Ramazandır ay qardaşlar,bacılar, Ayaq saxla,səmti dəyiş qulaq ver. Körpələrin azuqəsi qurtarıb, Ey müsəlman iman gətir,fitrə ver. ***************************** Keçmişindən belə deyib dədələr, Əməliylə hər bir insan ad eylər. Dərd eyləmə keçmişini föftə ver, Ey müsəlman iman gətir,fitrə ver. ***************************** Ac qalıbdır körpələrim dad eylər, Nalələri göyə dəyər çat eylər. Uzaq gəzmə,həmdəmim ol ümid ver, Ey müsəlman imana gəl,fitrə ver. ***************************** Anbarda qalmayıb nə öyünə yağ, Kefim kökdür,nəşəm artıq,damağ çağ. Ortağımla aramızdan əsməz yel, Ey müsəlman iman gətir,fitrə ver. ***************************** Coluğ-cocuq dərdi çəkən deyiləm, Elm öyrədib alim yetişdirmərəm. Lal ol – uşaq,açma qarşımda sən dil, Ey müsəlman iman gətir,fitrə ver. ***************************** Ərzağı mən bazarda satdıraram, “Yuxarı”nın hesabın çatdıraram. Qəmli durma körpəm,danış bir az gül, Ey müsəlman iman gətir,fitrə ver. ***************************** Yemək yoxdur,ümid ki,var ağlama, Tanrıya əl tut,mənə bel bağlama. Lal-kar ölsən,özgəsinə vermə sirr, Ey müsəlman iman gətir,fitrə ver. (aia.az)

29 İyun 2015 3:23

Bağlanışa gedənlərin nəzərinə

9364

Bu qaydalara əməl edin "Bu gün baş tutacaq Avropa Oyunlarının bağlanış mərasimi ilə əlaqədar zəruri olan bütün təhlükəsizlik tədbirləri həyata keçirilib". Bu barədə APA-ya açıqlamasında Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini, Milli Stadion Qərargahının rəhbəri Səhlab Bağırov bildirib. S. Bağırovun sözlərinə görə, mərasimə gələn tamaşaçılar bir əlində bilet, bir əlində şəxsiyyət vəsiqəsini yoxlama aparatının üzərinə qoyacaqlar: “Burada tamaşaçılar hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən xüsusi avadanlıqlar vasitəsilə yoxlanılaraq stadiona buraxılacaqlar. Əlavə sıxlığın yaranmaması üçün tamaşaçılardan Bakı Olimpiya Stadionunun ərazisinə vaxtında, yəni saat 17:00-dan etibarən gəlmək tövsiyə olunur. Tamaşaçılar avtobuslara minərkən onların şəxsiyyət vəsiqələri və biletləri vizual qaydada yoxlanılacaq”. S. Bağırov həmçinin qeyd edib ki, açılış mərasimində olduğu kimi bağlanış törəninə də stadiona gələn şəxslər üçün qadağan edilmiş davranışların siyahısı hazırlanıb. Belə ki tamaşaçılara a) sosial, irqi, cinsi, dini , milli, dövlətlərarası nifrət oyandırmaq məqsədi daşıyan istənilən hərəkət etmək; b) müəyyən edilmiş sahələrdən kənarda siqaret çəkmək; c) yol nəqliyyatı qaydalarına və yol nəqliyyatı nizamlayıcılarının tələblərinə tabe olmamaq; d) icazə verilməmiş aksiyalar təşkil etmək, vərəqlər, bukletlər və nəşrlər, təşviqat materiallarını və geyim əşyalarını qanunsuz paylamaq qadağandır. Açılış mərasiminə gələn tamaşaçılara bəzi əşyaları özləri ilə götürmək yasaqlanıb. Qadağan olunmuş əşyaların siyahısı buraxılış və yoxlamanın həyata keçirildiyi girişlərdə qoyulacaq. S. Bağırov bildirib ki, tamaşaçılar özləri ilə kiçik dəsmal və kiçik bayraqlar götürə bilər: “Həcmi 30 sm-dən böyük olan çantalar götürmək olmaz. Elə çanta götürmək lazımdır ki, öz yanında saxlaya biləsən 100 milli qramdan artıq ətir qabları götürmək olmaz. Kəsici, deşici alət, silah kimi istifadə olunan hər hansısa əşya, eləcə də dərman topluları götürmək qadağandır”. P, stadiona partlayıcı maddələr, silah və hərbi sursatlar, qazlar, tezalışan mayelər, zəhərli maddələr, şüşə qablar, velosipedlər, skuterlər, lazer şüalı cihazlar, lisenziyasız simsiz cihazlar, heyvanlar, çətirlər, bayraqları saxlamaq üçün sərt dirəklər, dini, siyasi, təxribat xarakterli və əxlaqa zidd məzmunlu çap materialları və istənilən növ reklam materialları, spirtli içkilər gətirməyin də qadağan olduğunu bildirib. S. Bağırovun sözlərinə görə, stadion ərazisində su satışı təşkil olunacaq, buna görə də, tamaşaçılar özləri ilə su gətirməyə bilərlər. "16 yaşı tamam olmayan uşaqlar tək buraxılmayacaq. Onlar heç avtobusa da buraxılmayacaq. Ona görə də uşaqlar stadiona böyüklərin müşayiəti ilə gəlməlidirlər, - deyə S. Bağırov qeyd edib. Rəis müavini bildirib ki, bağlanış mərasimində təhlükəsizliyin qorunması üçün bütün xüsusi xidmət orqanlarından əməkdaşlar cəlb olunub.

28 İyun 2015 4:39

Bakı 2015 Avropa Oyunlarından əlillərə sayğısızlıq

80098

Əlillərə pulsuz bilet verilmir 1-ci Avropa Oyunları başa çatır. Azərbaycan xalqı bu oyunlardan nə gözləyirdi, nəyi əldə etdi... bunu söyləməkdən uzağıq. Biz sadəcə, təşkilatçıların hamıya bərabər imkanlar yaratmaları barədə dediklərinin yalan olmasından danışacağıq. Bakı 2015-in saytında da yazıldığı kimi, əlillərin bütün idman sessiyalarına pulsuz bilet almaları təsbit olunsa da, yalnız açılış və bağlanış mərasimlərinə pulsuz bilet verilməyəcəyi göstərilib. Bunun özünü də ayrı-seçkilik olmasından yazmışıq. İndi isə məlum olur ki, əlillərə heç pulla da yarışlara bilet verilmir. Onda qala açılış-bağlanış mərasimi ola. 26 iyun 2015-ci ildə “Kristal” zalında keçirilən voleybol yarışlarına bilet almaq istəyən Qarabağ əlilinin istəyi gözündə qalıb. ”Könüllülər” əlili “28 Mall”dakı bilet kassalarına, oradan da “Krisatal” zala ünvanlayıblar. Hər iki kassada cavab eyni olub. Qadınlar arasında 27.06.2015-də keçiriləcək Türkiyə-Polşa final oyununa bilet qalmayıb və hazırda keçirilən oyunlara bilet əldə etmək olar. Qarabağ əlili əlilliyini təsdiq edən sənədi verəndə isə pulsuz bilet verilməsindən imtina edilib. ”Kristal” zaldakı gənc xanım bunu “acsess” olmaması ilə, gənc bəy isə əlillərin sayının çox olması ilə izah edib. Bəs qanun-qayda, saytda verilən bilgi? Kassadakılar bunun gözdən pərdə asmadan başqa bir şey olmadığını açıq göstəriblər. 102 xidmətinə edilən zəng də Silahlı Qüvvələr günündə Qarabağ əlilinin yardımına çatmayıb. Bakı 2015-in saytına elektron müraciət qəbul edilsə də, hələ də cavablandırılmayıb. Bir sözlə, 1-ci Avropa Oyunları da belə başa çatdı. Bu Oyunlardan əlillər elə oyunçuluq dərsi aldılar. Heç demə, Bakı 2015 də “qazıya qaç, tazıya tut” deyibmiş... Məğrur Bədəlsoy P.S.Yazı çapa gedərkən Bakı 2015-in Əməliyyat Komitəsindən elekron müraciətə cavab gəlib ki, voleybol yarışlarına maraq böyük olduğundan, əlillərə bilet qalmayıb. Fikrimizcə, əlavə izaha ehtiyac yoxdur.

27 İyun 2015 4:47

“Azadlıq” çapını dayandırmaq təhlükəsi qarşısında…

azadliq_qezeti

    Azərbaycanda söz azadlığını səmimi şəkildə müdafiə edənləri qəzetin xilası kampaniyasında yaxından iştiraka çağırırıq!  “Azadlıq” qəzetinin artıq uzun müddətdir ağır olan maliyyə durumu kritik həddə çatıb. Heç kimə sirr deyil ki, bu durum illərdir Azərbaycan hakimiyyətinin “Azadlıq”ı susdurmaq üçün müxtəlif vasitələrlə həyata keçirdiyi təzyiqlərin nəticəsidir. “Azadlıq”a qarşı təzyiqlərə gəlincə, xatırlatladaq ki, YAP-çı deputat Mirkazım Kazımovun rəhbərlik etdiyi “Qasid” yayım firması “Azadlıq”ın satılmış nüsxələrinin pulu olan 69 min manatı mənimsəyərək, redaksiyaya ödəməkdən imtina edir. Kütləvi Informasiya Vasitələrinə Dəstək Fondu “Azadlıq”la əməkdaşlığı dayandırdı. Metro stansiyalarında qəzet və jurnal satışının dayandırılması məhz “Azadlıq”ın yayımının qarşısını almaq üçün atılmış addım idi. Üstəlik, paytaxtda əldə qəzet satışı da qadağan edildi. Bundan başqa, hakimiyyətin “Azadlıq”a qarşı aqressiv kampaniyası iş adamlarını bu qəzetə reklam verməməyə məcbur edir. Son aylarda hakimiyyətin nəzarətində olan Kütləvi Informasiya Vasitələri “Azadlıq” qəzetinə qarşı səlib yürüşünə yenidən start veriblər. Demək olar ki, hər gün siyasi sifarişlə “Azadlıq”a qarşı əsassız, heç bir məntiqə sığmayan, qarayaxma xarakterli ittihamlar irəli sürülür. Bütün bunlar hakimiyyətin qəzetlə bağlı ciddi narahatlığının göstəricisi kimi qiymətləndirilməlidir. Son aylar ərzində qəzetin fəaliyyətini davam etdirməsinin başlıca səbəbi kollektivin hədsiz fədakarlığıdır. Təsəvvür edin ki, kollektiv son beş ayın maaşını hələ də almayıb. Təəssüf ki, bütün problemləri fədakarlıq hesabına həll etmək mümkün deyil. Redaksiyanın ağır maliyyə vəziyyəti artıq gələn həftə qəzetin nəşrini davam etdirməsini sual altında qoyur. Iş o həddə çatıb ki, kağız, çap və kommunal xərclər üzrə faktiki ödəniş etmək imkanı yoxdur. Ən qısa müddət ərzində bu problemlərin aradan qaldırılmaması “Azadlıq”ın nəşrini mümkünsüz edəcək. Biz bir daha “Azadlıq”sevərləri - Azərbaycanda söz azadlığını səmimi şəkildə müdafiə edənləri qəzetin xilası kampaniyasında yaxından iştiraka çağırırıq! Hesab edirik ki, Azərbaycanın ictimai-siyasi həyatının misilsiz fenomeninə çevrilmiş “Azadlıq” qəzetini xilas etmək demokratik düşüncəli bütün vətəndaşların mühüm işinə çevrilməlidir! “Azadlıq”

25 İyun 2015 6:07

İrana bazarlığa getmək daha sərf etmir

91F3A673-2900-416E-BEF5-240099604AD5_w640_r1_s

«İrana gedənlərin sayı həddindən çox azalıb. Əvvəllər hər gün İrana minə yaxın adam gedirdi. İndi düşüb 100-ə, 150-yə. Alverə gedənlər azalıb». Astara sərhəd-keçid məntəqəsinin önündə duran nəzarətçi belə deyir. Səhər saatları olmasına baxmayaraq sakitlik idi. Nəzarətçi deyir ki, İrana getmək istəyənlər çoxdan gediblər. Məntəqənin önündə yalnız İrana yük göndərmək istəyən işbazlar var-gəl edirdilər. Sərhədyanı ərazilərdə olan mağazaların sahibləri də alverin zəifliyindən şikayət edirlər. Deyirlər ki, gündə 5-6 manat alver ola, olmaya. «İRANDA DA BAHALAŞMA GEDİR» Sərhəddə yerləşən terminalın qarşısı da boş idi. Yük maşınları gözə dəymir. Terminaldan öyrəndik ki, yük maşınları əvvəlki aylara nisbətən azalıb. Yük maşının sürücüsü Vidadi Abbasov deyir ki, İranda yük azdır. Elə gün olur ki, 10-15 yük maşın mal vura bilir: «Yay aylarında, ümumiyyətlə, yük az olur. Bu yay isə hiss olunur ki, yükün az olmasının başqa səbəbləri də var. Axı İranda da bahalaşma gedir». QİYMƏT FƏRQİ MONOPOLİYAYA ALINAN MƏHSULLARDADIR... Astara şəhər sakini Elçin İbrahimli deyir ki, Azərbaycan manatının ucuzlaşması sərhədyanı ticarətə mənfi təsirini göstərib. İş adamları manatın dəyərindən faydalanırdılar. İndi İranda malların qiyməti Azərbaycandakından heç də ucuz deyil: «Zəruri ərzaq məhsullarının qiymətində cüzi fərq var. Hər birində 20-30 qəpik. Ona görə də İrana gedib alver etmək əvvəlki kimi sərf etmir. O taya əsasən bazarlığa, alverə gedirdilər, indi sərf etmir. Bir neçə məhsul var ki, fərq böyükdür. O da monopoliyadadır. Məsələn, bananın bir kilosu İranda 70-80 qəpiyədir. Bizdə 2 manatdan yuxarıdır. Siqaret də həmçinin. Bu malları monopolistlər buraxmırlar. Bir kilonu da adamların əllərindən alırlar. Dərman, tikinti materiallarını İrandan hər kəs gətirə bilməz. Əllərindən alırlar və ya əlavə pul tələb edirlər». Elçin İbrahimlinin bildirdiyinə görə, İran tərəfi vizanı birtərəfli qaydada ləğv etsə də, sərhəddə məhdudiyyətlər var. Hər bir Azərbaycan vətəndaşı İrana həftədə bir dəfə gedə bilər. Bütün bunlar İrana gedənlərin sayının azalmasına səbəb olub. YERLİ MƏHSULLAR YETİŞİB... Kiçik sahibkarlıqla məşğul olan Asən Həşimli isə deyir ki, İrandan ən çox kənd təsərrüfatı məhsulları gətirilirdi. Qış aylarında kartofa, pomidora, xiyara və meyvələrə ehtiyac var idi: «İndi buna bir o qədərdə ehtiyac yoxdur. Özümüzünkü yetişib. Yerli məhsullar artıq var. Buna baxmayaraq, İranda qiymət bizdəkinə nisbətən yenə ucuzdur». Elçin İbrahimli deyir ki, İran Astarasında ABŞ dollarına qadağa hiss olunmur. Burada acıq şəkildə dollar satılır və alınır. İqtisadçı Vidadi Mirzəyev də deyir ki, Azərbaycan İranla viza qaydasını saxlayır. Əvvəllər İranlılar sadələşdirilmiş qaydada Azərbaycana keçə bilirdilər. İndi o qaydanı da ləğv ediblər: «Naxçıvanın Şahtaxtı və Culfa keçid məntəqələrində İran vətəndaşları viza ala bilirlər. Bizdə isə o yoxdur. Burda da yaratmaq istəyirlər. Ən vacib iş isə sərhəd-keçid məntəqələrində 24 saat iş rejiminin təmin olunmasıdır. Onda insanlar üçün də yaxşı olardı». AZƏRBAYCAN VASİTƏSİLƏ İRAN - RUSİYA TİCARƏT ƏLAQƏLƏRİ... İqtisadçının dediyinə görə, Azərbaycana məxsus yük maşınları İran ərazisində sərbəst hərəkət edə bilmirlər. Bu maşınlar İran gömrüyündən kənara buraxılmırlar. Biləsuvardan Naxçıvana gedən nəqliyyat vasitələrindən başqa. Əksinə, İran maşınları Azərbaycan ərazisində sərbəst hərəkət edə bilirlər: «Bundan əlavə Azərbaycan tərəfi İrandan Rusiyaya və Gürcüstana yük daşıyan 20 min maşınını rüsumdan azad edib. Azərbaycan tərəfi sürücü işləyən vətəndaşların maraqlarını nəzərə almalıdır. Sərhəddə gediş-gəlişin və alverin zəifləməsi gözləniləndir. Rusiya-İran yükdaşımaları əsasən Xəzər dənizi vasitəsilə həyata keçirilir. Çünki Azərbaycanda problemlər çoxdur. Tranzit yükləri sənədləşməyə görə günlərlə gömrük postlarında gözləməli olurlar». (azadliq.org)

25 İyun 2015 6:04

“Dostluq” parkı ərazisinin alqı-satqısı ilə məşqul olan iş adamı ilə bağlı daha bir məhkəmə prosesi keçirilib

b7fb2a1b-51d3-4725-85ba-02a46b9935c9_292

Həbs olunan şəxs xalq artistinin kürəkənidir Bakının Səbail rayonu, Bibiheybət qəsəbəsində yerləşən "Dostluq" parkının ərazisindəki torpaq sahəsinin qanunsuz olaraq alqı-satqısını həyata keçirməkdə şübhəli bilinən iş adamı - 1972-ci il təvəllüdlü Hüseynov Tərlan Kərim oğlunun şikayəti əsasında Bakı Apellyasiya Məhkəməsində keçirilən məhkəmə prosesi başa çatıb.Məhkəmə T.Hüseynov barəsində 16 iyun 2016-cı il tarixində Xətai Rayon Məhkəməsinin çıxardığı həbs qətimkan qərarını qüvvədə saxlayıb. Qeyd edək ki, Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) əməkdaşlarının iyunun 15-də keçirdiyi əməliyyat tədbirləri nəticəsində 1972-ci il təvəllüdlü Hüseynov Tərlan Kərim oğlu tutularaq istintaqa cəlb edilib. T.Hüseynov barəsində BŞBPİ-nin İstintaq İdarəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb. Xətai rayon Məhkəməsinin qərarı ilə T.Hüseynov barəsində 3 ay müddətinə həbs qətimkan qərarı çıxarılıb. O, Kürdəxanı qəsəbəsində yerləşən 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılır. T.Hüseynovun hüquqi nümayəndələri onun barəsində Xətai Rayon Məhkəməsində çıxarılan həbs qətimkan qərarının dəyişdirilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə şikayət ərizəsi ilə müraciət ediblər. Məlum olduğu kimi, "Dostluq" parkında qanunsuz tikilən villaların sökülməsi ilə bağlı Prezident İlham Əliyev ötən ay keçirdiyi müşavirədə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova tapşırıq vermişdi. Tapşırığa əsasən, həmin parkdakı villaların sökülməsinə başlanılıb. Qeyd edək ki, həbs olunan T.Hüseynov tanınmış rejissor xalq artisti Tofiq İsmayılovun kürəkənidir.

25 İyun 2015 3:19

Gələn ildən ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu modelinə dəyişiklik ediləcək

77d8debd-b7fb-4489-955f-29e0f732ef95_292

Buraxılış və qəbul imtahanlarının yeni modelləri hazırlanaraq Təhsil Nazirliyinə təqdim olunacaq Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) Kollegiyasının növbəti iclası keçirilib. TQDK-dan "Report"a verilən xəbərə görə, iclasda 2014/2015-ci tədris ili üzrə keçirilmiş buraxılış imtahanlarının nəticələri müzakirə edilib. Bundan əlavə, 2016-cı ildən etibarən tətbiq edilməsi planlaşdırılan ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu modeli geniş müzakirə olunub. Belə ki, 2016-cı ildən etibarən abituriyentlərə buraxılış imtahanının nəticələrinə əsasən ali təhsil müəssisələrinin bir sıra xüsusi qabiliyyət tələb edən ixtisasları və orta ixtisas təhsili müəssisələrinin ixtisasları üzrə müsabiqədə həm imtahan verdikləri ildə, həm də növbəti ildə iştirak etmək imkanının verilməsi nəzərdə tutulur. Eyni qayda rus bölməsinin ixtisasları üzrə müsabiqədə iştirak etmək üçün “Azərbaycan dili” fənnindən imtahan verən abituriyentlərə də tətbiq ediləcək. Belə ki, “Azərbaycan dili” fənnindən imtahan verən və “məqbul” alan abituriyentə növbəti ildə də ali və orta ixtisas təhsili müəssisələrinin ixtisasları üzrə müsabiqədə “Azərbaycan dili” fənnindən imtahan vermədən iştirak etmək imkanı veriləcək. İclasda, həmçinin buraxılış imtahanlarının məzmununda dəyişikliklərin edilməsi, ali təhsili müəssisələrinə keçirilən qəbul imtahanlarında fənlərin azaldılması məsələləri də təhlil olunub. Müzakirələrdə buraxılış və qəbul imtahanlarının yeni modellərinin hazırlanıb geniş ictimaiyyətə və Təhsil Nazirliyinə təqdim edilməsi nəzərdə tutulub.

24 İyun 2015 2:51

Süleyman İsmayılov: “Dövlət qulluğunda 65 və yuxarı yaşda olanların sayı cəmi 1,2 faiz təşkil edir”

0df63fa7-2e3a-40bf-8a92-47276c1dd742_292

“Azərbaycanda dövlət qulluqçularının yaş tərkibi də get-gedə cavanlaşır” “Hazırda Azərbaycan Respublikasının dövlət qurumlarında 30 min 108 nəfər dövlət qulluqçusu çalışır və onların 28,5 faizi qadınlardır. Dövlət qulluqçularının sayı əvvəlki ilə nisbətən bir qədər artıb ki, bu da yeni idarəetmə strukturlarının yaradılması və bəzi qurumların yenidən təşkil olunması ilə bağlıdır”. Faktinfo-nun məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidenti Administrasiyasının şöbə müdiri, Dövlət Qulluğunu İdarəetmə Şurasının üzvü Süleyman İsmayılov özünün “Dövlət qulluqçusunun ən vacib keyfiyyəti məsuliyyət hissidir” başlıqlı məqaləsində yazıb. O bildirib ki, Azərbaycanda dövlət qulluqçularının yaş tərkibi də get-gedə cavanlaşır: “Daha təcrübəli işçilərlə yanaşı, gənclərə də geniş yer verilir ki, bu da öz müsbət nəticəsini göstərir. Dövlət qulluğunda 30 yaşına qədər olanlar 16,7 faiz, 30-34 yaşda olanlar 14,5 faiz, 35-44 yaşda olanlar 25,8 faiz, 55-62 yaşda olanlar 16,9 faiz, 63-64 yaşda olanlar 2,6 faiz, 65 və yuxarı yaşda olanların sayı isə cəmi 1,2 faiz təşkil edir. Dövlət qulluqçularının tərkibinin keyfiyyət dəyişikliklərindən danışarkən qeyd etməliyik ki, onların böyük əksəriyyəti, xüsusilə inzibati vəzifələrdə çalışanların hamısı ali təhsillidir və onların bir çoxunun 2-ci və 3-cü ali təhsilləri də var. Müsbət hal kimi qeyd etməliyik ki, dövlət qulluqçularının sayında qadınların faizi əvvəlki illərə nisbətən get-gedə artır”.

23 İyun 2015 1:56

Bakıda 9 nəfəri gün vurdu

vurduu

Bu ilin iyun ayında 9 günvurma, 14 ilansancma hadisəsi baş verib İyunda Bakı şəhər Təcili və Təxirəsalınmaz Yardım Stansiyasına günvurma halları ilə bağlı 9 müraciət daxil olub. Bu barədə stansiyanın baş həkimi Rauf Nağıyev Ans press-ə məlumat verib. Onun sözlərnə görə, günvurma ilə əlaqədar müraciət edənlərin əksəriyyəti orta yaşlı insanlardır. Bundan başqa, bu il ilansancma ilə bağlı təcili yardıma müraciət edənlərin sayı 14 nəfər olub. İlkin tibbi yardım göstərildikdən sonra onları xəstəxanaya yerləşdiriblər. Qeyd edək ki ötən illə müqayisədə bu il Azərbaycanda ilan və həşərat sancma hallarının sayı azalıb. Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri, baş toksikoloq Azər Maqsudovun ANS PRESS-ə verdiyi məlumata görə, ötən il ilan və həşərat sancma ilə bağlı müraciətlər aprel ayından başlamışdı. Onun sözlərinə görə, müraciətlərin sayı da bu ilkinə nisbətən çox olub. "Hadisələr əsasən Hacıqabul, Bərdə, Yevlax, Qəbələ, Samux ərazilərində qeydə alınıb. Bakı ətrafı ərazilərdə də belə hallar baş verir. Əsasən daş karxanaları ərazilərində həşərat sancma halları olur", - deyə Azər Maqsudov bildirib. Azər Maqsudov ilan və həşərat sancma zamanı ilkin olaraq xəsarət alan adamın hərkətsiz uzadılmalı olduğunu bildirib: “İlan və həşərat sancan adamı heç vaxt tərpətməz olmaz. Yara spirtlə təmizlənməli və yod vurulmalıdır. Ona çay vermək lazımdır. Qatıq, sarımsaq vermək, yaranı sovurmaq, yandırmaq və s. kimi türkəçarə etmək məsləhət görülmür. Xəstəni təcili olaraq həkimə çatdırmaq lazımdır”.

23 İyun 2015 1:46

Fakt

Bizi izləyin