IƏT dünya ictimaiyyətini Somaliyə yardıma səsləyir

Faktinfo.az xəbər verir ki, İslam Əməkdaşlıq Təşkilatı beynəlxalq ictimaiyyəti Somalidə baş alıb gedən quraqlığın səbəb olduğu aclığa təcili şəkildə çarə tapmağa çağırıb. İƏT-dən verilən açıqlamada şiddətli quraqlıq səbəbindən ölüm hallarının çoxaldığı Somalidə vəziyyətin daha da pisləşmədən müdaxilə etməyin vacibliyi vurğulanıb. Somalidə baş verənlərdən dərin narahatlıq duyulduğu ifadə edilən açıqlamada aclıqdan əziyyət çəkən ailələrə yardımların çatdırılması üçün daha çox çalışmaq lazım olduğu bildirilib. Cibuti, Eritreya, Efiopiya, Keniya, Somali, Cənubi Sudan, Sudan və Uqandada quraqlığın olduğu və bu vəziyyətin 17 milyondan çox insanın həyatını təhlükəyə atdığı qeyd edilib. Xatırladaq ki, Somali prezidenti Məhəmməd Abdullah Fermacu keçən həftə insani böhranla mübarizə aparmaq üçün ölkədə "milli fəlakət" elan etmişdi. Fermacu Somalidə yaşana biləcək insani faciənin qarşısının alınması və quraqlıqdan əziyyət çəkən ailələrə kömək edilməsi məqsədilə beynəlxalq ictimaiyyətdən yardım istəmişdi. Baş nazir Həsən Əli Hayri də şənbə günü Milli Quraqlıq Komitəsi ilə təşkil etdiyi yığıncaqda quraqlıq səbəbilə son 2 gündə 110 adamın öldüyünü açıqlamışdı. Qeyd edək ki, BMT ölkə əhalisinin az qala yarısını təşkil edən 6,2 milyon nəfərin qida yardımına ehtiyac duyduğunu, 2,9 milyon nəfərin isə "təcili yardıma möhtac" olduğunu bildirmişdi.

9 Mart 2017 11:57

İsrail azan oxunmasına qadağa qoydu

İsraildə azanın müəyyən saatlarda səsucaldıcı ilə oxunmasının qadağan edilməsinə dair qanun layihəsi məclisdə ilk səsvermədə qəbul edilib. Layihənin qanuni qüvvəyə minməsi üçün iki ayrı iclasda daha təsdiqlənməsi lazımdır. Faktinfo.az xəbər verir ki, İsrail məclisi azanın gecə saat 23.00 və səhər 07.00 arasında səsucaldıcı ilə oxunmasına qadağa qoyan qanun layihəsinin qəbul edilməsi məqsədilə Knessetdə keçirilən səsvermə zamanı 55 millət vəkili lehinə, 48 millət vəkili əleyhinə səs verib. Knessetdəki ərəb millət vəkilləri səsvermə nəticəsinin açıqlanması zamanı “təkbir” gətirərək reaksiyalarını bildiriblər. Layihənin qanuni qüvvəyə minməsi və həyata keçirilməsi üçün Knessetdə iki ayrı iclasda qəbul edilməsi lazımdır. Ictimai rəydə  "azan qadağası" olaraq adlandırılan qanun layihəsinin beş vaxt azanı əhatə etməsi şəkilində qəbul edilməsi nəzərdə tutulurdu. Lakin İsrailli siyasətçilər yəhudilərin Müqəddəs Şənbə günlərində və digər bəzi rituallarına da qadağa qoyulma riskinin mövcudluğu səbəbindən qanuna qarşı çıxmışdılar. Baş nazir Binyamin Netanyahu İsrailli siyasətçilərin bu narahatlığını aradan qaldırmaq üçün qanunun yenidən işlənib hazırlanmasına qərar vermişdi. Qanun layihəsi Netanyahunun təlimatına əsasən   azanın saat 23.00-7.00 saatları arasında səsucaldıcılardan oxunmasını qadağan edilməsi şəkilində yenidən təşkil edildi. Layihənin qanuni qüvvəyə minməsindən sonra  "səhər azanının səsucaldıcılar vasitəsilə oxunması qadağasına" məhəl qoymayan məscidlər haqqında 1200 -2600 dollar civarında cərimə  tətbiq ediləcəyi bildirilir.

9 Mart 2017 11:54

Fakt

Bizi izləyin