Cənubi Koreya prezidenti prokurorluqda ifadə verəcək

img2245172

Cənubi Koreya prezidenti Pak Kın Xen yaxın rəfiqəsi Tsoy Sunn Sil ilə bağlı qalmaqalla əlaqədar ifadə verəcək. Faktinfo-nun APA-ya istinadən məlumatına görə, bu barədə NHK telekanalı prokurorluqdakı mənbəyə istinadən məlumat yayıb. Prokurorluq prezidentə noyabrın 15-də, yaxud 16-da ifadə verməsi üçün sorğu göndərib. Hələ ki, prokurorluğun dəvətinə prezident cavab verməyib. Xatırladaq ki, noyabrın 19-da hazırda həbsdə olan T. S. Silə qarşı ittiham irəli sürüləcək. Ölkə tarixində ilk dəfə fəaliyyətdə olan prezident ifadə verəcək. Bununla bərabər, dünən və bu gün “Hyundai Motor Company”, “Hanwha Group”, “SK Group”, “Samsung Electronics Co., Ltd.”, “Hanjin Group” və digər şirkətlərin rəhbəri korrupsiya qalmaqalı ilə bağlı prokurorluqda ifadə veriblər. Prokurorluq hesab edir ki, T. S. Sil prezident üzərində təsirindən istifadə edərək böyük şirkətlərdən pul alıb və şəxsi məqsədləri üçün istifadə edib. Söhbət T. S. Silin yaratdığı iki qeyri-kommersiya fondu üçün 52 şirkətdən toplanmış 70 milyon dollar vəsaitdən gedir. Məlumatlar var ki, bu məqsədlə 7 iri şirkətin rəhbərinə məhz prezident şəxsən təzyiq göstərib. Cənubi Koreya mətbuatı prezident P. K. Xenin 2018-ci ildə Pxyonçxanda keçiriləcək Qış Olimpiya Oyunları üzrə Təşkilat Komitəsinin sədri olan “Hanjin Group” şirkətinin rəhbərindən tikinti işlərini bir İsveç şirkətinə verməyi xahiş edib. Həmin şirkət də T. S. Sil ilə sıx əlaqəlidir. Ancaq “Hanjin Group” şirkətinin rəhbəri bu xahişi yerinə yetirmədiyi üçün P. K. Xen onun istefa verməsini tələb edib. Qeyd edək ki, dünən Cənubi Koreyada prezident və rəfiqəsi ilə bağlı qalmaqalla əlaqədar yüz minlərlə insanın qatıldığı aksiya keçirilib.

13 Noyabr 2016 7:07

Vladimir Putinlə bağlı şok iddia

tramp-44

Rusiyada prezident dəyişikliyi ola bilər. Faktinfo.az xəbər verir ki, bunu “Moskovski Komsomoleç” qəzetinə müsahibəsində rusiyalı politoloq Valeri Solovey söyləyib. Onun sözlərinə görə, bu ilin dekabrında bu məsələyə tam aydınlıq gətiriləcək: “Putinin nəsə problemləri var. 2017-ci ildə o bir neçə ay ictimaiyyət arasında ya görünməyəcək, ya da nadir hallarda ortaya çıxacaq. Gələn ilin yazında vaxtında əvvəl prezident seçkisi keçiriləcək və Putinin yerinə xələfi keçəcək. Bu seçki çox önəmlidir, çünki 2018-ci ildə hər şey daha pis olacaq. Putin artıq əmindir ki, onun hakimiyyəti zamanında Qərblə münasibətlərdə qəti dəyişikliklər olmayacaq. Xələfə gəlincə isə Putinin yerinə yenidən Dmitri Medvedyev gətirilə bilər. Onu hazırda bu vəzifəyə hazırlayırlar. Lakin Medvedyevin prezident seçilməsinə qarşı militaristlər qarşı çıxırlar. Digər namizəd isə xüsusi xidmət orqanlarının ürəyincədir. Bu, 2008-ci ildə olduğu kimi yenə də Sergey İvanovdur. O, hələ də öz nüfuzunu itirməyib”. Qeyd edək ki, bu müsahibənin yayımından bir müddət sonra “Moskovski Komsomoleç” yazını saytından silib. Qəzet rəhbərliyi bu addımını yazıda böyük səhvlərin olması ilə əlaqələndirib və onun bərpasının bir neçə gün vaxt alacağını söyləyib. Rusiya mətbuatı isə artıq Soloveyin təcili olaraq Moskvanı tərk etməsi haqqında informasiya yayıb.

12 Noyabr 2016 2:05

Səudiyyə Ərəbistanı XİN bəyant verdi

dollar-3

İran KİV-də bu ölkədə istehsal olunmuş "Zilzal" raketlərindən Yəməndə Husi yaraqlılarının  Səudiyyə Ərəbistanı sərhədlərinə etdikləri hücumlarda istifadə etmələri dərc edilmiş açıqlamalarla  bağlı Səudiyyə Ərəbistanı Krallığının Xarici İşlər Nazirliyi bəyanat yayıb. Faktinfo.az məlumatına görə, Səudiyyə Ərəbistanı Krallığı XİN bəyan edib ki, İran hələ də regionda ərəb ölkələrinin daxili işlərinə qarışır, orada gərginlik və qeyri-sabitlik yaradır: “Yəməndə baş verən xaos və qeyri-sabitlik İranın kobud surətdə Yəmənin daxili işlərinə qarışmasının davamından başqa bir şey deyil. Onun məqsədi Yəmənin əmin-amanlıq və sabitliyini alt-üst etmək, mənfur məzhəbçiliyə rəvac vermək,  BMT Təhlükəsizlik Şurasının (2015-ci ildə qəbul olunmuş) 2215-cı qərarına istinadən Yəmən böhranının həlli üçün sərf edilən beynəlxalq səyləri uğursuzluğa uğratmaqdır”. Krallığın nazirliyi çox təəssüflə qeyd edir ki, İranYəməndəki qiyamçılara dəstək verməkdə davam edərək, onları silah, hərbi mütəxəssis və "Zilzal" raketləri ilə təchiz edir.  Bunun nəticəsində də regionda qeyri-sabitlik yaranmış, gərginlik artıb. XİN iddia idir ki, İran rejiminin qiyamçılara dəstək verir, həvəsləndirir, Yəmənin daxili işlərinə qarışır. Buna görə Yəmən xalqının üzləşdiyi bəlalara səbə olub, qiyamçıların Səudiyyə Ərəbistanının sərhədlərinə təcavüz etməsi, onun şəhərlərini raket atəşinə tutmasına yol açıb. Onların bu təhrikləri artıq beynəlxalq dəniz gəmiçiliyinə təhlükə yaradır. Səudiyyə Ərəbistanı Krallığı öz suverenlik və təhlükəsizliyini qorumaq haqqını vurğulayaraq beynəlxalq ictimaiyyəti İrandakı rejimin regionda qeyri-sabitlik yaratmasına, oradakı dövlətlərə təcavüz etməsinə və onların daxili işlərinə qarışmasına qarşı öz üzərinə düşən rolu və məsuliyyəti yerinə yetirməyə çağırır.

11 Noyabr 2016 3:17

Fakt

Bizi izləyin