ABŞ-da növbəti polis vəhşiliyi: iki övlad anası atəşə tutuldu

polis

ABŞ-da hüquq-mühafizə orqanları ilə bağlı daha bir qalmaqal yaşanır. Polis əməkdaşları iki övlad anasını, evdar qadını vurublar. Milli.az ABC-yə istinadən bildirir ki, olay ABŞ-ın Alabama ştatındakı Hanstvill şəhərində yaşanıb.İki övlad anası, evdar qadın Layza Skinner əri Bredli Skinnerdən boşanıbmış. 52 yaşlı Layzanın dediyinə görə, Bredli onu sürəkli döyür, ölümlə hədələyirmiş.Məhkəmə Bredliyə arvadına 300 metr məsafəyə yaxınlaşmağı da yasaqlayıbmış.59 yaşlı Bredli dünən içib sərxoş olub və sabiq arvadının yaşadığı məkana, qaynanasının evinə yollanıb.O, evin qapısını döyüb: "Qapını aç, fahişə! Aç, sənin başını kəsməyə gəlmişəm!" - deyə bağırıb. Layza qorxub və 911 xidmətinə zəng vuraraq yardım istəyib. Onun anası isə qonaq otağının pəncərəsindən həyətə atılaraq qonşulara qaçıb, kömək diləyib.Bu zaman Bredli Skinner qapını sındırıb və içəri girib. Onun əlində bıçaq olduğu deyilir. Gözü qızmış, sərxoş ərini qorxutmaq istəyən Layza Skinner ov tüfəngini götürərək: "Yaxın gəlmə, atəş açacağam!" - qışqırıb. Amma Bredli sabiq arvadını boğmağa çalışanda Layza tətiyi çəkib.Atəş açılıb və Bredli yerə yıxılıb. O, ağır yaralanıb.Olay yerinə gəlmiş polis Layzanı hədəfələ alaraq: "Silahı atın, əllərinizi qaldırın!" - əmri verib.Arxası polislərə tərəf olan Layza çaşqınlıq içində geriyə dönəndə tüfəngi yerə atmağı unudub.Polis əməkdaşları da ona atəş açıblar. Alabama ştatının polis idarəsindən verilən məlumata görə, Layza Skinner boşanandan sonra dəfələrlə polisə şikayətlənərək əri tərəfindən hədələndiyini, ölümlə təhdid olunduğunu təsdiqləyib.Polis onu da bildirib ki, Bredli Skinner tapança və böyük bıçaqla silahlanıbmış. Hospitala aparılmış Skinnerlərin hər ikisinin durumunun kritik olduğu vurğulanır.

21 Aprel 2015 3:44

Saakaşvilinin partiyası parlamenti boykot etdi

saas0

Gürcüstan parlamentinin bugünkü plenar iclası yetərsay olmadığı üçün baş tutmayıb Publika.az Gürcüstan mediasına istinadən xəbər verir ki, sabiq prezident Mixail Saakaşvilinin lideri olduğu “Vahid Milli Hərəkat” Partiyasının deputatları qeydiyyatda iştirak etməkdən imtina ediblər. Parlament sədri David Usupaşvili üç dəfə iclas zalında olan deputatların qeydiyyatını keçirib. Birinci halda 70, ikincidə 67, üçüncüdə isə 68 deputat qeydiyyatdan keçib. İclasın başlanması üçün ən azı 76 deputat qeydiyyatdan keçməlidir. Parlament azlığının üzvü Zurab Djaparidze bildirib ki, “Vahid Milli Hərəkat” Partiyasından olan deputatların etirazı Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı dəstəsinin keçmiş rəhbəri Kaxoy Nakaninin  qanunsuz həbsdə saxlanılması ilə bağlıdır. Qeyd edək ki, Gürcüstanın Daxili İşlər Nazirliyinin keçmiş əməkdaşları 3 fevral 2015-ci ildə saxlanılıb. Kaxoy Nakanindən başqa istintaq idarəsinin rəis müavini Levan Berodze, kriminal polis departamentinin müstəntiqi Georgi Qulbiani, Daxili İşlər Nazirliyinin baş idarəsinin xüsusi təyinatının dəstəsinin müdir müavini Georgi Saadze, kriminal polis departamentinin keçmiş direktor müavini Yason Miladze və müxtəlif vəzifələrdə işləyən Aleksandr Simakuridze, Zurab Djoxadze, David Alelişvili, Soso Çakvetaya və Aleksandr Sanikidze saxlanılıb. Hazırda xaricdə olan kriminal polis departamentinin keçmiş müstənqiti Qrigoru Kvinikadzeyə qarşı qiyabi ittiham irəli sürülüb. Daxili İşlər Nazirliyinin keçmiş əməkdaşları bir sıra dəlillərin saxtalaşdırılması, qanunsuz saxlanılma və həbslərdə, həmçinin bir sıra qətlləri gizlətməkdə ittiham olunur.

17 Aprel 2015 7:05

Fakt

Bizi izləyin