“Əli Abbasov onu Vidadi Zeynalovun yanına göndərib” – “Rabitə işi”

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. APA-nın məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib. Emil İbrahimov ifadəsində deyib ki, “Elor-İC” MMC-nin rəhbəri vəzifəsində çalışıb. O, ibtidai istintaqa ifadəsini təsdiq edib. İfadəyə əsasən, E. İbrahimov işlə bağlı nazir Əli Abbasovun qəbulunda olub. Nazir xahişə müsbət cavab verib və onu Vidadi Zeynalovun yanına göndərib. Vidadi Zeynalov isə ona deyib ki, nazirliyin qurumlarında aparılacaq təmir-tikinti işlərinin bir hissəsini ona həvalə edəcək. Bir müddət sonra İbrahimov “Azərpoçt” MMC-nin təmir-tikinti işlərinə nəzarət edən Abdulla Qeybullayevlə görüşüb və ona Göyçay Poçt Filialının 3 şöbə binasının tikilməsi tapşırılıb. Tikintilər üçün keçirilən “kodirovka” sorğusunda onun təşkilatı formal olaraq qalib elan edilib. İbrahimova şərt qoyulub ki, tikinti üçün ayrılan vəsaitdən ƏDV çıxılmaqla, ümumi məbləğin 35 faizini onlara nağd şəkildə verməlidir. O, da razılaşıb. Mirbaba Babayev Yasamal telefon qovşağının rəisi vəzifəsində işlədiyini deyib. O, ibtidai istintaqa ifadəsini təsdiq edib. İfadəyə əsasən, qovşaqda keçirilən kotirovka sorğuları formal xarakter daşıyıb və bu sorğularda Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin baş direktoru Beytulla Hüseynovun özünə və tanışı Bayram Vəliyevə məxsus tikinti şirkətləri əvvəlcədən qalib elan olunub. Digər şahid Elman Səfərov bildirib ki, Yevlaxda poçt filialının müdiri vəzifəsində çalışıb. O da ibtidai istintaqa ifadəsini təsdiq edib. Şahid qismində ifadə verən Yasin Fərzəliyev isə qeyd edib ki, Nizami telefon qovşağının baş mühəndisi işləyib. O da ibtidai istintaqa ifadəsini təsdiq edib. Proses fevralın 3-də davam etdiriləcək. Qeyd edək ki, həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri ilə Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin baş direktoru Beytulla Hüseynovun 2009-2015-ci illərdə arvadının təsisçisi olduğu “Bakı Rabitə Təmir Tikinti” və “Təmir Təchizat Servis” MMC-lərinin direktoru Bayram Vəliyev, yaxın münasibətlərdə olduğu “3 nömrəli Rabitə Təmir Tikinti”, “Rabitə Mülki Tikinti” MMC-lərinin direktoru Emin Məmmədov və birliyin baş mühasibi Anar Mustafayevlə qabaqcadan əlbir olub yeni rabitə xətlərinin çəkilməsi, binaların, qurğuların təmiri-tikintisi və sair işlərin yerinə yetirilməsi üçün onların hesablaşma hesablarına köçürüləcək pul vəsaitlərinin işlərin həcmindən asılı olaraq 35-45% həcmində hissəsinin nağdlaşdırılaraq B. Hüseynovun özünə verilməsi barədə razılığa gəliblər. B. Hüseynov tabeliyində olan qovşaqların formal olaraq keçirdikləri tenderlərdə vəzifə saxtakarlığı ilə həmin məhdud məsuliyyətli cəmiyyətlərin qalib elan olunaraq müqavilələr bağlanmaqla və faktiki işlərin tam icra olunmadığı halda, o cümlədən internet xidmətinin təmin edilməsi üçün fiber-optik kabel xətlərinin çəkilişi zamanı işlərin faktiki olaraq telefon qovşaqları tərəfindən aparıldığı halda guya həmin işlərin faktiki özünə məxsus olan müəssisələr tərəfindən görülməsi və işlərin həcminin artırılması barədə saxta sənədlərin tərtib edilməsi yolu ilə adıçəkilən MMC-lərin hesabına köçürülmüş ümumilikdə 71 milyon 263 min manat məbləğində vəsaitin 21 milyon 379 min manatını mənimsəməklə dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan zərər vurmalarında şübhələr üçün əsaslar müəyyənləşib. Nazirliyin Aparat rəhbəri Vidadi Zeynalovun qulluq mövqeyindən sui-istifadə edərək nazirliyin strukturuna daxil olan ayrı-ayrı qurumların vəzifəli şəxsləri ilə qabaqcadan razılaşmaqla həmin strukturlar tərəfindən işlərin görülmədiyi, tam yerinə yetirilmədiyi, avadanlıqlar alınmadığı, istifadə olunan avadanlıqların, xidmətlərin qiymətlərinin isə 4-5 qat şişirdilməsi və digər üsullarla işlərin və xidmətlərin guya yerinə yetirilməsini özlərinin himayə etdikləri, yaxın münasibətdə olduqları şəxslərin adına olan özəl şirkətlər tərəfindən saxta sənədlər əsasında rəsmiləşdirməsini təmin etməklə müvafiq müəssisələrin ayrı-ayrı banklardakı hesabına köçürülmüş 73 milyon 590 min manat vəsaitin nağdlaşdırılmaqla mənimsənilməsini və israf edilməsini təşkil etməsində şübhələr üçün əsaslar müəyyən edilib. Cinayət işi üzrə nazirliyin strukturuna daxil olan “Aztelekom” MMC, “AzİnTelekom” MMC, “Azərpoçt” MMC, Məlumat Hesablama Mərkəzi və özəl şirkət “Optik Rabitə Tikinti və Quraşdırma” MMC-nin fəaliyyətində də mənimsəmə və israf etmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı faktları müəyyənləşib. İş üzrə Beytulla Hüseynov, Anar Mustafayev, Emin Məmmədov, Bayram Vəliyevə və “Aztelekom” MMC-nin baş mühasibi Oktay Rüstəmova Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı), Vidadi Zeynalova, həmçinin “AzİnTelekom” MMC-nin baş direktoru Cəlil Cəfərova, “Azərpoçt” MMC-nin baş direktoru Qəmbər Bəybalayevə və “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin direktoru Namazalı Məmmədova həmin məcəllənin 179.3.2 və 308.2-ci, MMC-nin baş mühasibi Səhrab Hümbətova isə 179.3.2, 308.2 və 313-cü maddələrdə nəzərdə tutulan ittiham elan edilməklə barələrində məhkəmənin müvafiq qərarları ilə həbs qətimkan tədbiri seçilib. Faktinfo.az

1 Fevral 2017 1:34

“Azneft” İstehsalat Birliyində işçilərin vəzifə dərəcələri aşağı salınır – ŞİKAYƏT VAR

““Azneft” İstehsalat Birliyinin strukturuna daxil olan idarə və müəssisələrdə çalışan işçilərə tutduqları vəzifə dərəcələrinin aşağı salınması ilə əlaqədar ərizə yazdırırlar”. Bu haqda Modern.az-a Neftçilərin Hüquqlarının Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı məlumat verib. O deyib ki, işçiləri narahat edən dərəcələrin aşağı salınması ilə yanaşı, əmək haqlarının da azaldılmasıdır:“Məsələn, 5-ci dərəcəli çilingər 3-dərəcəyə keçirilməsi üçün ərizə yazır. Yaxud 12-ci dərəcəli mühəndisə 10-11-ci dərəcəyə keçirilməsi ilə əlaqədar ərizə yazdırılır”. “Azneft” İstehsalat Birliyinin İcitmaiyyətlə əlaqələr üzrə təmsilçisi Vurğun Həsənli Modern.az-a açıqlamasında faktı təsdiq edib. O bildirib ki, bu barədə qərar 1 yanvar 2015-ci il üçün verilib: “Lakin qərarın icrası 1 il müddətinə təxirə salınmışdı. Səbəb də müşahidələrin daha da genişləndirilməsi üçün idi. Əmrə əsasən, işçilərə fərdi keyfiyyətlərinə görə yeni dərəcələrin verilməsi nəzərdə tutulub”. V.Həsənli əmək haqlarının azaldılması məsələsinə də aydınlıq gətirib: “Yeni qaydaya görə, bəzi işçilərin dərəcəsi aşağı salınıb, bəzilərininki artırılıb. Əksəriyyət isə əvvəlki dərəcəsində saxlanılıb. SOCAR-ın əmrinə əsasən, əməyin ölçülməsi beynəlxalq standartlara uyğunlaşdırılır və yeni dərəcləndirilməyə keçilib. Dərəcələri azaldılanların yeni maaş sistemi, dərəcə maaşı və əvvəlki dərəcəsinin maaşı əlavə formasında veriləcək. Məsələn, işçinin əvvəlki dərəcəsi 12 idi, indi 10-a endirilib. Yeni maaşı 10-cu dərəcə ilə alacaq. Aradakı 2 dərəcə fərqi isə əlavə formasında ödəniləcək. Dərəcə artırılanların əmək haqları təbii olaraq artırılıb. Yəni, maaşların azaldılmasından söhbət getmir”.    

30 Yanvar 2017 5:17

“Dəyanət Rzayev öldürülüb…” – Şok iddia

Xəbər verdiyimiz kimi, tanınmış psixoloq Dəyanət Rzayevin özünü yaşadığı evdə kəmərlə asaraq, intihar etdiyi bildirilir. Psixoloqun cəsədini onun yaşadığı evdə anası aşkarlayıb. D.Rzayev intihardan öncə məktub yazıb. O, məktubunda intiharında heç kimin günahı olmadığını, bunun "özünün şəxsi qərarı olduğunu” qeyd edib. Hadisə yerinə Yasamal rayon Polis İdarəsinin və prokurorluq orqanlarının əməkdaşları araşdırma aparıb. Yasamal rayon Prokurorluğunda isə faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib. Hazırda hadisənin baş vermə səbəblərinin müəyyənləşdirilməsi istiqamətində istintaq tədbirləri davam etdirilir. Onlar D. Rzayevin telefonlarını və son məktubu da araşdırma üçün götürüblər. Tanınmış psixoterapevt Elmir Əkbər isə fərqli düşünür. Elmir Əkbər Modern.az saytına açıqlamasında deyib ki, bu hadisədə intihardan söhbət belə, gedə bilməz. “Birmənalı olaraq, burada heç bir intihardan söhbət gedə bilməz. Çünki Dəyanətin həyatının mənası var idi, o nə üçün yaşadığını bilirdi. Yüz faiz əminəm ki, bu hadisədə özünəqəsddən söhbət gedə bilməz. Gah dedilər ki, özünü binadan atıb, gah da dedilər ki, özünü kəmərlə asıb. Belə təəssürat yaratdılar ki, ilk olaraq onun ölümü haqqında nə deməyin lazım olduğunu dəqiq bilmirdilər. Əvvəl dedilər ki, özünü atıb, sonra isə qeyd etdilər ki, yox, kəməri ilə özünü asıb. Dərindən analiz edən insanlar üçün bu versiyalar təbii ki, gülüncdür. Yaxşı ki, yazıq Dəyanətin üstünə benzin töküb yandırandan sonra “o özünü yandırdı deməyiblər”,-deyə E. Əkbər bildirib. Psixoloqun sözlərinə görə, D. Rzayevlə yaxın münasibətdə olan insanlar və məsələni soyuqqanlı analiz edənlər başa düşür ki, o, intihar etməyib. “Hadisə olan kimi, o dəqiqə onun intihar etdiyini söylədilər. Mən həkiməm, patoloji anatomiyanı da bilərəm, məhkəmə-tibbi ekspertiza haqqında da kifayət qədər məlumatlıyam. Rəy vermək üçün kifayət qədər vaxt lazımdır. Nə oldu, belə tezliklə hamı durub Dəyanətin özünü intihar etdiyi qənaətinə gəldi? Dəyanətin kolleqaları çıxıb dedilər ki, onlar Dəyanətin belə bir şey edə biləcəyini gözləyirdilər. Dəyanət heç zaman özünə qəsd etməzdi! Hələ psevdodindarlar da çıxıb deyir ki, intihar günahdır. Bunlar hamısı çox iyrənc və eybəcər söhbətlərdir”. E.Əkbər bildirib ki, mərhum həmkarı özü də inanclı bir insan olub. “Ən azından inancı imkan verməzdi ki, o, intihar etsin. Dəyanətin xətrini istəyənlər, ona həqiqətən də yaxın olanlarla söhbət etdim. Onlar belə deyir: “Dəyanətdən zəhləsi gedən, daim onun arxasınca danışanlar, ona şəbədə qoşanlar, indi özlərini elə göstərirlər ki, guya Dəyanətin xətrini istəyirlər. Onlar öz daxili problemlərini Dəyanətin üzərinə sirayət etdirmək istəyirlər. Bəli, Dəyanət boşanıb. O, başqalarından fərqli olaraq, yalançı, saxta ailə obrazını yaratmırdı. Bəli, Dəyanət belə ikiüzlülüklər etmirdi, necə var idisə, elə də görünürdü. Lakin bu, heç vaxt onun intiharına səbəb ola bilməz. Dəyanətin yeganə səhvi bu idi ki, o, vətəndaş mövqeyini sənətinin, peşəsinin dəyər və çərçivələrindən üstün tuturdu. O bəzi şeyləri insanlarla bölüşürdü, bu isə psixoloq üçün yolverilməzdir. Ancaq vətəndaş olaraq haqlı idi. O, hansısa cinayətlərdən, cinayətkarlardan danışırdı. Burada vətəndaş Dəyanət psixoloq Dəyanəti üstələyirdi. Onun belə mövqeyi öz başına cəncəl açdı. O, emosional idi, danışanda fikirləşmirdi ki, bunun qarşılığında ona nələrsə edə bilərlər. O, hansısa hadisənin cinayət olduğunu bilirdi və bunu açıq şəkildə deyirdi. Özü də qeyd edirdi ki, bu cinayət bəzən böyük adamlarla – ya məmur, ya da biznesmenlərlə - bağlıdır, bunu çox gözəl başa düşürdü. Həmişə başa salırdıq ki, belə şeylər lazım deyil. Deyirdik ki, özünü və yaxınlarını düşün. Lakin, o susmurdu, hər şeyi necə görürdüsə, elə də danışırdı, etiraz edirdi. Onda aşırı dərəcədə ədalət hissi var idi. Necə lazımdır, hər şeyi çılpaqlığı ilə deyirdi, tərs şilləni vurur”. Psixoterapevtin fikrincə, istintaq aparanlar, D.Rzayevlə bağlı bütün məsələləri araşdırmalıdırlar və ədalətli rəy verilməlidir. “Bu, dünyada psixoloqların, psixoterapevtlərin birinci qətli deyil ki! Qafqaz ölkəsiyik. Bir də görürsən ki, hansısa belisilahlılar gəlir və psixoloqdan soruşurlar ki, filan adamlarla münaqişələri var. Bildirirlər ki, psixoloqun da rəyini öyrənmək istəyirlər. Belə bir məqamda optimal mövqe tapıb vəziyyətdən çıxmaq çətindir. Bizim işin bir tərəfi də yaddan çıxarmayın ki, təhlükəli insanlarla da bağlı olur. Mənim yanıma terrorçu da gəlsə, ixtiyarım yoxdur ki, hüquq-mühafizə orqanlarına məlumat verim. Bu, peşə konfidensiallığıdır. Çalışmaq lazımdır ki, həm o potensial cinayətkarı cinayətdən uzaqlaşdıraq, həm də öz başımız ağrımasın. Bütün psixoloqlar belə məqamlarla rastlaşır. Bir insanı həyata bağlayan çox səbəb varsa, onun intiharından danışmaq yersizdir. Dəyanətdə bu səbəblər çox idi. Görün bizdə nə deyirlər? “Ay Dəyanət əvvəldən belə idi, ay elə idi”. Mən Dəyanəti 2007-ci ildən tanımışam. Dəyanət o zaman da danışırdı, şikayətlənirdi, etiraz edirdi. Amma bu, onun temperamentindən irəli gəlirdi. Buna görə, durub onun əvvəl də özünü öldürmək istəməsini demək yersizdir.. Əllərində Dəyanətin dediklərini bayraq ediblər və bu qənaətə gəlirlər ki, Dəyanət əvvəllər də intihara meylli idi. Bu, çox gülünc, absurd, qeyri-peşəkar yanaşmadır. Dəyanət bilirsiniz nə qədər adama çörək verirdi?! Sonra hamısı bir nəfər kimi Dəyanətə düşmən kəsildi, üzünə durdular. Çünki, hamısı saxtakar idi. Dəyanətin də onların saxtakarlıqlarından xəbəri var idi. Onlar Dəyanətin yanında gözü kölgəli idilər. İndi azadlığa çıxa bilərlər, artıq Dəyanət yoxdur”. E. Əkbər qeyd edib ki, psixoloqlar, psixoterapevtlər özləri hər il neçə dəfə şəxsi terapiyalarını keçirdir.   “Düzdür, psixoloq da insandır, onun da problemləri var. Amma bizdə bir qayda var ki, hər il şəxsi terapiyamızı keçiririk. Özü də bu, vacib qaydalardan biridir. İndi Dəyanət bunları bilmirdimi?! Ola bilərmi ki, Dəyanət bu testlərdən keçməsin?! Rəy yaratmağa çalışırlar ki, Dəyanət həqiqətən də intihar edib. Hələ bəziləri də durub deyir ki, intihar edənlərə cənnətdə yer yoxdur. Ayıb olsun! Dəyanət sağlığında çox savab işlər görüb. Düzdür, yanında xəstə mənəviyyatlı, zəhərli insanlar olub”.

26 Yanvar 2017 5:22

MTN-in həbsdə olan generalları ifadə verdilər

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. APA-nın məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hazırda həbsdə olan ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Transmilli Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general Sübahir Qurbanov şahid ifadəsi verib. O bildirib ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq aparat rəhbəri Vidadi Zeynalovdan aylıq 50 min manat pul alması haqda deyilənlər yalandır: "Vidadi Zeynalov da istintaqda bu barədə danışıb. Amma mən pul ondan almamışam". Prokuror Fərid Nağıyev isə qeyd edib ki, S. Qurbanovun sürücüsü məhkəmədə hər ay nazirlikdən pul aldığını təsdiqləyib. S. Qurbanov buna cavab olaraq deyib ki, sürücüsünün Vidadi Zeynalovdan pul almasından da xəbərsizdir: "Bəzən Vidadi Zeynalova tədbirlərə görə hədiyyələrin alınması üçün müraciət etmişəm". Təqsirləndirilən Vidadi Zeynalov şahidin ifadəsinə münasibət bildirib: "Mən Sübahir Qurbanovu 1983-cü ildən tanıyıram. Ona şəxsən pul verməmişəm, pulun ona çatacağını da bilməmişəm. Sürücü gəlib, pulu nazirliyə göndərmişəm. Amma sürücünün kim olduğunu istintaqda üzləşmə zamanı tanımışam və Sübahir Qurbanovun sürücüsü olduğunu bilmişəm". Daha sonra hazırda həbsdə olan MTN-nin Monitorinq Mərkəzinin rəisi, general Teymur Quliyev şahid kimi dindirilib. T. Quliyev də ifadəsində Vidadi Zeynalovdan aylıq 50 min manat alması haqda deyilənlərin həqiqətə uyğun olmadığını bildirib. O, ibtidai istintaqa ifadəsini təsdiqləyib. V. Zeynalov T. Quliyevin ifadəsinə münasibət bildirib: "MTN-ə aylıq 50 min manat göndərmək rəhbərliyin göstərişi olub. Rəhbərlik deyib, mən də göndərmişəm. Dövlət əhəmiyyətli işlər üçün bu pul lazım olduğu deyilirdi. Mən nə Sübahir Qurbanova, nə də Teymur Quliyevə vermişəm. Nazirliyə göndərmişəm". T. Quliyev isə bildirib ki, Vidadi Zeynalovdan pul alsaydı, bunun üçün sürücü göndərməzdi: "Biz Vidadi Zeynalovla qonşuyuq. Lazım olsa, pulu özüm alardım. Sürücünü bu işə qoşmazdım". Sonra şahid qismində "Azərpoçt"un Azad Həmkarlar İttifaqının sədri Eldar Qasımov ifadə verib. O, ibtidai istintaqa ifadəsini təsdiqləyib. Digər şahid Qurban Rüstəmov isə bildirib ki, Qəbələ telefon qovşağında mühasib işləyib. O, təqsirləndirilən Oqtay Rüstəmova pul verdiyini təsdiqləyib: "Amma pulun məbləği yadımda deyil". Təqsirləndirilən Oqtay Rüstəmov isə şahidi tanımadığını, ondan pul almadığını deyib. Proses yanvarın 27-də davam etdiriləcək. Qeyd edək ki, həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri ilə Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin baş direktoru Beytulla Hüseynovun 2009-2015-ci illərdə arvadının təsisçisi olduğu “Bakı Rabitə Təmir Tikinti” və “Təmir Təchizat Servis” MMC-lərinin direktoru Bayram Vəliyev, yaxın münasibətlərdə olduğu “3 nömrəli Rabitə Təmir Tikinti”, “Rabitə Mülki Tikinti” MMC-lərinin direktoru Emin Məmmədov və birliyin baş mühasibi Anar Mustafayevlə qabaqcadan əlbir olub yeni rabitə xətlərinin çəkilməsi, binaların, qurğuların təmiri-tikintisi və sair işlərin yerinə yetirilməsi üçün onların hesablaşma hesablarına köçürüləcək pul vəsaitlərinin işlərin həcmindən asılı olaraq 35-45% həcmində hissəsinin nağdlaşdırılaraq B. Hüseynovun özünə verilməsi barədə razılığa gəliblər. B. Hüseynov tabeliyində olan qovşaqların formal olaraq keçirdikləri tenderlərdə vəzifə saxtakarlığı ilə həmin məhdud məsuliyyətli cəmiyyətlərin qalib elan olunaraq müqavilələr bağlanmaqla və faktiki işlərin tam icra olunmadığı halda, o cümlədən internet xidmətinin təmin edilməsi üçün fiber-optik kabel xətlərinin çəkilişi zamanı işlərin faktiki olaraq telefon qovşaqları tərəfindən aparıldığı halda guya həmin işlərin faktiki özünə məxsus olan müəssisələr tərəfindən görülməsi və işlərin həcminin artırılması barədə saxta sənədlərin tərtib edilməsi yolu ilə adıçəkilən MMC-lərin hesabına köçürülmüş ümumilikdə 71 milyon 263 min manat məbləğində vəsaitin 21 milyon 379 min manatını mənimsəməklə dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan zərər vurmalarında şübhələr üçün əsaslar müəyyənləşib.   Nazirliyin Aparat rəhbəri Vidadi Zeynalovun qulluq mövqeyindən sui-istifadə edərək nazirliyin strukturuna daxil olan ayrı-ayrı qurumların vəzifəli şəxsləri ilə qabaqcadan razılaşmaqla həmin strukturlar tərəfindən işlərin görülmədiyi, tam yerinə yetirilmədiyi, avadanlıqlar alınmadığı, istifadə olunan avadanlıqların, xidmətlərin qiymətlərinin isə 4-5 qat şişirdilməsi və digər üsullarla işlərin və xidmətlərin guya yerinə yetirilməsini özlərinin himayə etdikləri, yaxın münasibətdə olduqları şəxslərin adına olan özəl şirkətlər tərəfindən saxta sənədlər əsasında rəsmiləşdirməsini təmin etməklə müvafiq müəssisələrin ayrı-ayrı banklardakı hesabına köçürülmüş 73 milyon 590 min manat vəsaitin nağdlaşdırılmaqla mənimsənilməsini və israf edilməsini təşkil etməsində şübhələr üçün əsaslar müəyyən edilib. Cinayət işi üzrə nazirliyin strukturuna daxil olan “Aztelekom” MMC, “AzİnTelekom” MMC, “Azərpoçt” MMC, Məlumat Hesablama Mərkəzi və özəl şirkət “Optik Rabitə Tikinti və Quraşdırma” MMC-nin fəaliyyətində də mənimsəmə və israf etmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı faktları müəyyənləşib. İş üzrə Beytulla Hüseynov, Anar Mustafayev, Emin Məmmədov, Bayram Vəliyevə və “Aztelekom” MMC-nin baş mühasibi Oktay Rüstəmova Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı), Vidadi Zeynalova, həmçinin “AzİnTelekom” MMC-nin baş direktoru Cəlil Cəfərova, “Azərpoçt” MMC-nin baş direktoru Qəmbər Bəybalayevə və “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin direktoru Namazalı Məmmədova həmin məcəllənin 179.3.2 və 308.2-ci, MMC-nin baş mühasibi Səhrab Hümbətova isə 179.3.2, 308.2 və 313-cü maddələrdə nəzərdə tutulan ittiham elan edilməklə barələrində məhkəmənin müvafiq qərarları ilə həbs qətimkan tədbiri seçilib.  

25 Yanvar 2017 7:29

Göyçayda küçələr süpürülmür,zibil daşınmır-Fotolar

Göyçay rayon sakinləri tərəfindən Faktinfo.az-a  şikayət məktubu ünvanlanıb. Narazı vətəndaşlar yazır: "Bu şikayət məktubunda yazıb sizə bildiririk ki, Göyçay Kommunal Təsərrüfat İdarəsinin müdiri Loğman Əliyevin başı korrupsiya əmələrinə qarışdığından Göyçay şəhərinin küçələrini zibillik basıb.Buna görə Göyçay şəhəri zibilliyə qərq olub sakinlərin həyat və sağlamlıqları ciddi təhlükədədir.Antisanitariya baş alıb gedir.Azyaşlı uşaqlar zibillikdə oynayır, küçə itləri çoxalıb.Göyçay Kommnal Təsərrüfat İdarəsinin müdiri Loğman Əliyevin saxtakarlığı ilə dövlət büdcəsidə talan edilir. Adı Göyçay rayon Kommunal Təsərrüfat İdarəsində gedən ancaq maaş kartları Loğman Əliyevin cibində olan 40 yaxın işçi var .Hər ay Göyçay rayon sakinlərindən hər evdən ayda zibil pulu adı ilə 1 manat pul yığılır ki, buda ayda 15.000 manatdan çox pul edir.Çünki Göyçay şəhərində 15-20 000 arası ev var". Daha sonra dia.az-a yazan göyçaylılar bildirir: "Loğman Əliyev həttda işə qəbul adı ilə Sevda adlı rayon sakinin sənədlərini alıb işçi kimi qəbul edib onun xəbəri olmadan maaşını özü alıb mənimsəyib.Həmin qadına isə bildirib ki, sizi işə götürmək mümkün olmadı.Bundan sonra həmin qadının ünvanlı sosial yardım almaq üçün sənədlərini "VEMTAS" sistemi ilə qəbul edirlər.3 ay sosial yardım alandan sonra müəyyən edilir ki, Sevda adlı qadının adı Göyçay rayon Kommunal Təsəsrrüfat İdarəsində işdə gedir və hər ay maaş alır.Bu məlumat "VEMTAS" sistemində əldə olunan kimi Sevda xanıma verilən sosial yardım dayandırılır. Sevda xanım Göyçay Kommunal Təsərrüfat İdarəsinin müdiri Loğman Əliyevin bu cinayət əməli barədə şikayət etsə də, heç bir tədbir görülmür.Çünki Loğman Əliyev belə cinayət əməllərindən sığortalanmağın mahir ustasıdır.O, dəfələrlə məhkum edilib.Həttda axrıncı dəfə 6 il müdətində azadlıqdan məhrum etmə cəzasına görə Ali Məhkəməyə 100.000 rüşvət verib bəraət alıb azadlığa çıxa bilmişdir.Fakt isə budur ki, cinayət əməlləri ilə məşğul olan Loğman Əliyevin yarıtmaz fəaliyyəti nəticəsində Göyçay şəhər küçələri zibilliyə qərq olub anitisanitariya baş alıb gedir.Loğman Əliyevin yeri Göyçay Kommunal Təsərrüfatı İdarəsi yox həbsxana olmalıdır".

24 Yanvar 2017 11:25

İcra başçısı 25 min hektar torpağı ələ keçirib – Sahibkarlardan Prezidentə müraciət/ FOTO

Biləsuvar rayonunda kənd təsərrüfatı ilə məşğul olan bir neçə sahibkar, eləcə də rayonun ziyalıları və mədəniyyət xadimləri icra başçısı Mahir Quliyevdən prezident İlham Əliyevə şikayət ediblər. Buna səbəb icra başçısının sakinlərin torpaq sahələrini alaraq, özünə yaxın şəxslərə verməsidir. BakiPost.az-ın məlumatına görə, 46 nəfərin imzaladığı şikayət məktubunda bildirilir ki, M.Quliyev əkinçilik, heyvandarlıqla məşğul olan sakinlərin torpaq sahələrini qanunsuz şəkildə mənimsəyir, buna etiraz edənləri isə "mən dövlətin göstərişi ilə edirəm” cavabını verir. "Biləsuvar rayonu aqrar rayon olduğu üçün rayonun əhalisi 10 illərdir ki, torpaq sahələrini əkinçilik və heyvandarlıq məqsədi ilə səmərəli istifadə edirlər. Keçmiş illərdə rayon əkinçilik və heyvandarlıq sahəsində qabaqcıl rayonlardan biri olub. Bu gün də biz biləsuvarlılar dövlətin hər-hansı bitkiçilik məhsulu əkilməsi barədə göstərişinin icrasına hazır olduğumuza baxmayaraq, rayon icra hakimiyyətinin başçısı Mahir Quliyev biləsuvarlıların uzun illər istifadə etdiyi torpaq sahələrini bütün mövcud olan qanunları pozaraq, öz şəxsi mənafeyinə xidmət məqsədi ilə bizlərdən alır. Bununla da o, bizi yeganə dolanışıq mənbəyi olan əkinçilik və heyvandarlıq fəaliyyətimizdən məhrum edir”, - deyə müraciətdə bildirilir. Sakinlərin sözlərinə görə, icra başçısı 25 min hektar ərazini sakinlərin istifadəsindən alıb: "Torpaqları əlimizdən alaraq, bizə deyir ki, hər şeyi bəzi məmur-oliqarxların göstərişi və dövlət layihəsi adı altında aparır. Bu məsələyə etiraz edənlərə Mahir Quliyev bildirir ki, hara şikayət etsəz də Prezident Aparatında bu məsələnin baxılmasına imkan verilməyəcək. Mahir Quliyevin bu "lahiyəsi” nəticəsində 25 min hektara yaxın əkin və otlaq sahələri biləsuvarlılardan alınaraq, Biləsuvar rayonu ilə heç bir əlaqəsi olmayan bir neçə özünə yaxın adamlar arasında bölüşdürülür. Prezidentin verdiyi göstərişə əsasən növbəti əkin ili üçün 12000 hektar pambıq, 3000 hektar çuğundur əkilməsi məqsədi ilə boş olan sahələr ayrılmasına baxmayaraq, bu ad altında biləsuvarlıların əkin və heyvandarlıq məqsədi ilə istifadə etdiyi əkin və otlaq sahələri Mahir Quliyev tərəfindən alınır. Bizdən qanunsuz alınmış bu torpaqlardan 800 hektar sahədə Mahir Quliyev artıq özü üçün taxıl əkdirib. Hal-hazırda bu işlər davam etdirilir”. Şikayətçilər iddia edir ki, Mahir Quliyev büdcənin pullarını mənimsəməklə, həmçinin, sakinlərin dolanışıq mənbəyini kəsərək, sosial vəziyyətdən əziyyət çəkən narazı kütlə hazırlayır.

23 Yanvar 2017 4:58

Səfər Mehdiyev sahibkarlara necə mane olur? – Şikayət var

Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük generalı Səfər Mehdiyevin Hindistandan ölkəmizə gətirilən bütün ət məhsullarını inhisara alması hələ də davam edir. Qeyri-ərzaq və bəzi ərzaq növlərinin idxalı üzrə monopoliya aradan götürülsə, əsas ərzaq növləri üzrə monopoliya qalmaqdadır. DİA.AZ xəbər verir ki, bu barədə monopoliyadan əziyyət çəkən iş adamlarından biri məlumat verib. Mənbənin məlumatına görə, hazırda bazarda Hindistandan mal ətinin idxalı və satışı ilə S.Mediyevin yaxın adamı – bacanağı Gündüz adlı şəxs məşğul olur. “Babək” və “Orxan” şirkətlərinin sahibi olan Gündüz adlı bacanaq Hindistandan ölkəmizə idxal olunan ətlərinin monopolistidir. Bu gün Gündüzdən başqa heç kim Azərbaycana dondurulmuş ət və ət məhsulları gətirə bilməz. Onu da bildirək ki, hər ay ölkəyə Hindistandan 1000 tona yaxın ət idxal edilir. Bu, ildə 12 min ton ət deməkdir. Hər kiloqramdan 2,1 manat gəlir götürülürsə, bu, ildə milyonlarla manat gəlir deməkdir. Mənbənin bildirdiyinə görə, gömrükdə idxalın xeyli dərəcədə liberallaşmasına rəğmən, S.Mehdiyevin binezsi hələ də himayə olunmaqda davam edir: Bu məsələ ilə bağlı Prezident Administrasiyası və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə müraciət etmişik, cavab gözləyirik. S.Mehdiyevin adı həm də komitə sədrliyinə namizədlər arasında ilk üçlükdə çəkilir. Aydın Əliyev ilə rəqabət apardığı deyilən nazir müavini digər rəqiblərindən şanslı sayılır.

19 Yanvar 2017 10:57

Mədət Quliyev əsgər Qurbanovun cəsədinin qaytarılması üçün danışıqlar apardı: “İlham Əliyev tapşırıq verib…”

Azərbaycan prezidentinin göstərişi ilə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-leytenant Mədət Quliyev 2016-cı il dekabrın 29-da həlak olmuş Azərbaycan əsgəri Qurbanov Çingiz Salman oğlunun meyitinin qaytarılması ilə bağlı Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəliyinin rəhbəri xanım Elena Aymone Sessera ilə görüşüb. Dövlət Komissiyasından virtualaz.org-a daxil olmuş rəsmi məlumata əsasən Komissiya sədri M.Quliyev Azərbaycan-Ermənistan sərhədində baş vermiş silahlı insidentdə şəhid olmuş hərbçimizin meyitinin alınması ilə bağlı məsələnin prezident İlham Əliyevin daim diqqət mərkəzində olduğunu və bununla əlaqədar dövlət başçısı tərəfindən zəruri göstəriş və tapşırıqların verildiyini qeyd edib. M.Quliyev bildirib ki, Dövlət Komissiyası Çingiz Qurbanovun meyitinin qaytarılması ilə bağlı BQXK-nın və ATƏT-in Minsk qrupu həmsədrlərinin səylərini yüksək qiymətləndirir. Eyni zamanda, meyitlərin verilməsi mexanizminin və prosedurlarının kifayət qədər aydın və açıq olmasına baxmayaraq, əsgərimizin meyitinin bu günə kimi qaytarılmaması Ermənistan tərəfindən beynəlxalq humanitar hüquq normalarının, insan hüquqlarının, həmçinin Ermənistanın özünün də qoşulduğu 12 avqust 1949-cu il tarixli Cenevrə Konvensiyalarının öhdəliklərinin kobud şəkildə pozulmasıdır. Əvvəllər də belə hallara yol verildiyini və meyitləri uzun müddət saxlamaq kimi qeyri-humanist hərəkətin bu ölkə tərəfindən artıq tendensiyaya çevrildiyini nəzərə alaraq, Dövlət Komissiyası aidiyyəti beynəlxalq təşkilatları bu cür halların qarşısının alınmasına və Cenevrə Konvensiyalarına əməl olunmasını Ermənistandan ciddi şəkildə tələb etməyə çağırır. M.Quliyev Dövlət Komissiyası və BQXK-nın qarşılıqlı fəaliyyətinin ümumən konstruktiv olduğunu və konkret nəticələr verdiyini vurğulayaraq, səmərəli əməkdaşlıq əlaqələrinin bundan sonra da inkişaf edəcəyinə ümidvar olduğunu bildirib. Xanım E.Sessera BQXK-nın Azərbaycandakı nümayəndəliyinin Ç.Qurbanovun meyitinin tezliklə geri qaytarılması üçün BQXK-nın Ermənistandakı nümayəndəliyi ilə birlikdə səylərini davam etdirdiyini söyləyib. 2016-cı ildə BQXK-nın Azərbaycandakı nümayəndəliyi və Dövlət Komissiyasının İşçi qrupu tərəfindən həyata keçirilmiş işləri diqqətə çatdıran E.Sessera 2017-ci il üçün planlaşdırılan birgə layihələr barədə də ətraflı məlumat verib. Qarşılıqlı anlaşma şəraitində keçən görüşdə maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

17 Yanvar 2017 5:38

Kapitalbankın Bərdə filialında RƏZALƏT – Şəhid anasının başına gətirilənlər

Hərdən mənə elə gəlir ki, bolluca vətənpərvərlikdən danışıb, yoxa çıxan bizlər də həmən danışdığımızdan az əlamət görünür. Yəni vətənpərvər olanlarımız elə də çox deyil. Getdikcə də bu say azalır. Bir az keçəndən sonra bizim vətənpərvərliyimizdən ümumiyyətlə, heç nə qalmayacaq. Ümumiyyətlə, vətənpərvərliyi necə başa düşürük.Vətənpərvərlik tək hərbi xidmətə münasibətləmi ölçülür? Əsgər olub vətəni qorumaqdırmı, vətənpərvərlik? Fikrimcə vətənpərvərlik tək bu demək deyil. Vətənpərvərlik həm də hər kəsin olduğu yerdə vəzifəsinə məsuliyyətlə yanaşması deməkdir. Məktəb direktoru uşağa keçiləsi dərsi əlqap edib, tanışının adına saat yazıb bir kəsəyən kimi xırtıldadıb yeyirsə, o dərsi keçmirsə, o uşağın gələcəyinə zərbə vurursa, o uşağın gələcəyi də vətənin gələcəyidirsə, həmən direktora biz vətənpərvər deyə bilərikmi? Ya doğum evində doğuşa hazırlaşan anadan pul almadan əməliyyata həkim qəbul eləmirsə, vətənin gələcəyini dünyaya gətirən anadan pul alan həkim vətənpərvər ola bilərmi? Bütün sahələrdə misallarımızı genişləndirə bilərik. Fəqət, Kapitalbankın bir filialından aldığımız təəssüratda bir daha hansı yerimizin zəif, kimliyimizin kodunu anlatdı bizə sanki... Şəhid təqaüdünün yeyilməsi Miq.Az olaraq, Kapitalbankın Bərdə filialında şəhid anasının başına gətirilənlər barəsində hansı qanunsuzluqların törədilməsindən, hansı oyunlardan çıxıb, şəhid təqaüdünün yeyilməsindən kifayət qədər yazılıb... Sonda da məlum oldu ki, fakt üzrə olan bütün sənədlər, ödəmə cədvəlləri yoxa çıxıb. Guya ki sunami baş veribmiş. Bankı su basıbmış. 2011-ci ildə təqaüdçü Əsli Muradova banka müraciət edib kredit götürüb, iki il müddətinədə banka olan borcunu bağlayıb. Arxayınlaşıb ki, daha borcum yoxdu. Nikoyl banka müraciət edib kredit istəyəndə soruşublar ki, kreditiniz varmı? Xeyr deyə cavab verən təqaüdçü anaya bildiriblər ki, hazırda onun adına Kapitalbankda kredit var. Cavabdan sarsıntı keçirən ana azından onun bank mütəxəsisinə yalan danışmaq kimi ağbirçəyinə yaraşmayan günaha girməyin xəcalətini çəkib. Kapitlbankdan soruşanda ki, borcun ödənişi olduğu halda, kredit reysterində təqaüdçü ananın adının qalması nə ilə bağlıdı? Bankdan bunun yanlışdıq olduğunu Muradova Əsli Yaqub qızının götürdüyü krediti səhvən Muradova Əsli Həmid qızının hesabına işləndiyi bildirilib. Təqaüdçü Muradova Əsli Həmid qızına səhvin dərhal düzəlməsi və bu barədə üzülüşmə arayışı verilib. Digər borclu Muradova Əsli Yaqub qızının kredit gecikməsi olanda Kapitalbankdan Muradova Əsli Həmid qızının oğluna zəng edirlər. Ananızın kreditində gecikmə var. Deyin ödəsin. Anamın adını tam ata adı ilə deyin, zəhmət olmasa. Kapitalbankdan telefonun o başından deyəndə ki, Muradova Əsli Yaqub qızı, bildirilir ki, mənim anamın atasının adı Yaqub yox, Həmiddir. Ondan sonra zəng eliyən ünvanını səhv saldığını bilir. Görün ki, Kapitalbank hansı gündədir. Əlinin papağını Vəlinin,Vəlinin papağını Əlinin başına qoyur. Papağıdakı elə günə qoymuşuq ki, daha deyiləsi deyil...necə deyərləe uşaq-muşağın əlində oyuncağa dönüb. Kredit şöbəsində altı masadan üçündə əməkdaş əyləşib Miq.Az-ın əldə etdiyi məlumata görə, təqaüdçü Əsli Muradova iki il əvvəl aldığı kreditin sonuncu ayını ödəmək üçün 05.01.2016-cı il tarixdə Kapitalbankın Bərdə filialına gəlib ki, borcunu ödəyib bankla üzülüşsün. İki saat növbə gözləntisindən sonra mütəxəsis E.Quliyevə yaxınlaşanda bildirilib ki, gedin sonra gələrsiniz. Xəstə, yaşlı olduğuna görə gələ bilmədiyindən bankla üzülüşməyi ana oğluna həvalə edib. 09.01.2016-cı ildə Ə.Muradovanın oğlu Kapitalbankın Bərdə filialına gələndə birinci qaydaya uyğun növbə götürüb gözləməyə dayanıb. Lakin bankdakı əməkdaşların arxayınçılığı, astagəlliyi növbələrin axımını lal axan sulara döndərib. Kredit şöbəsində altı masadan üçündə əməkdaş əyləşib. İkisi getdi nahara, biridə ki, arxayınçılığını əldən qoymur. Sanki xidmətə dayan millət bunların vecinə deyil. Kassanın qarşısında basabas, ayaqaltında qalan kim, əzilən kim, işindən avara olan kim. Tələbə oğluna Bakıya pul köçürməsi eləmək istəyən İsrafil Paşabəyli kassadakı əməliyyatın əlçatmaz olduğunu görüb bankla pul köçürmək fikrindən vaz keçir. Pulu bankdaca sabah Bakıya gedəcək dostuna verir ki, Mustafakamal gəlib orda səndən götürər. Üç masadan yalnız birində xidmət aparılır Vəziyyət barədə reportaj yazılar FASEBOOK statusunda yer alır. Aradan az keçmir ki, bankda canlanma başlayır. Artıq kredit ödənişində altı masanın hamısında əməkdaş var. Əsli Muradovanın son ödəniş qəbzi də yazılır. Kassaya növbə verib yönəldirlər. Kassada da bir əməkdaşı artırıblar. Günün birinci yarısında üç masadan yalnız birində xidmət aparılırdı. Və son təəssürat... Səhər saat 11-də xidmətə müraciət edən vətəndaşın 16:40 da xidmət alması o deməkdir ki, Kapitalbankda hər bir müştəriyə göstərilən xidmətin statistik göstəricisi altı saat təşkil edir. O da sosial şəbəkədə Kapitalbankdan gedən xəbərlərdən sonra bankçıların əl ayağa düşməsindən, "operativ"liklərini artırandan sonra.Yoxsa bu xidmətin vaxtı uzana da bilər. Ola bilər ki, bir çox müştəri həmin gün ümumiyyətlə xidmət almasın. Təəssüratın digər tərəfi də burda "dərə xəlvət tülkü bəy" prinsipiylə işləməkdir. Nə qədər ki, Bərdə bankçıları onlardan yuxarı təşkilatlarının, ya yuxarıların xəbəri yoxdur, belə bilirlər, sözün əsl mənasında nə gələni, nə gedəni veclərinə almırlar. Görünən budur ki, özlərinə nəzarət hiss edəndə işləyirlər. Xəstənin bankda nə işi var deyən Kapitalbankçılar Yazının əvvəlində bir vətənpərvərlik sözü gəlmişdi ağlıma.Yazının sonunda da görün ki, Kapitalbankdakı kimi bizim nə qədər "vətənpərvər"lərimiz var. Sırada dayanan təqaüdçü analar, atalar, xəstələr onlara möhtac qalıb. Biri xəstə gətirdiyini, onun tez yola salmalarını xahiş edir. Bank əməkdaşı cavan oğlan xəstənin burda nə işi var deyir.

13 Yanvar 2017 8:18

Şahid: “Qovşağa ayrılan pulların 90 faizi “Aztelekom”a qaytarılıb”

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində Fərzəli Fərzəliyev ifadə verib. Sabirabad rayon telekommunikasiya qovşağında şöbə rəisi olmuş F. Fərzəliyev ibtidai istintaqa verdiyi ifadəni təsdiqləyib. F. Fərzəliyev bildirib ki, materialların alınması zamanı sənədlərə qol çəkib, lakin onların alınmasında iştirak etməyib. Vəkillər onun istintaq zamanı verdiyi ifadəsinin elan olunmasını istəyiblər. Bu zaman F. Fərzəliyev özünü pis hiss edib və huşunu itirib. İclasda fasilə elan edilib. Fasilədən sonra şahid qismində Əkbər Əsgərov dindirilib. Şirvan telekommunikasiya qovşağında baş mühasib olan şahid bildirib ki, ayrılan pulların 90 faizi yenidən “Aztelekom”a qaytarılıb: “Bizim qovşağa 5 ildə 12 milyon 350 min manat pul köçürülüb. Həmin pulun 10 faizi bizə qalırdı. Qalan hissəsini Oqtay Rüstəmova vermişəm”. Təqsirləndirilən şəxs Oqtay Rüstəmov isə Əkbər Əsgərovdan heç zaman pul götürmədiyini və dediklərini doğru olmadığını deyib. Vidadi Zeynalov da şahidin ifadəsinə münasibət bildirib: “Şahid deyir ki, pullar geri qaytarılıb. O zaman orada işlər necə görülüb?” Hakim bildirib ki, şahid ifadəsində qeyd edib ki, pulun 10 faizi ilə bu işlər görülüb. İclasda təqsirləndirilən Namazalı Məmmədovun vəkili vəsatətlə çıxış edib. O, müdafiə etdiyi şəxsin qardaşının vəfat etdiyini bildirib. Vəkil Namazalı Məmmədovun dəfn mərasimində iştirakının təmin olunmasını istəyib. Hakim bildirib ki, onların bununla bağlı qərar vermək ixtiyarları yoxdur. Şirvan telekommunikasiya qovşağında xəzinədar olmuş Əsəd Əsədullayev ifadəsində “Aztelekom” tərəfindən göndərilən pulların 90 faizinin geri qaytarıldığını deyib. Sabirabad rayon telekommunikasiya qovşağında baş mühasib olmuş şahid Yaşar Babayev istintaqa verdiyi ifadəni təsdiqləyib. Məhkəmədə bildirib ki, “Aztelekom” gələn pulların bir hissəsi yenidən qaytarılıb: “Pulun niyə qaytarıldığını bilmirəm. Rəis nə deyirdi, onu eləyirdim. Sadəcə biz sənədləşdirirdik. Rəis maaşımdan əlavə bayramda, toya gedəndə 50-100 manat mənə pul verirdi”. Onun istintaqa ifadəsi elan edilib. İstintaq ifadəsində ona rəis tərəfindən 1000 manat pul verildiyini bildirilib. Şahid isə bu təkzib edib: “Hər ay o boyda pul alsaydım, 3 banka borcum qalmazdı. Ola bilər ki, mexaniki səhv ola bilər. Rəis yalnız bayramda, toyda 100 manat pul verib”. “Aztelekom”un maliyyə şöbəsinin rəisi olmuş Faiq Cəfərov bildirib ki, şöbənin işi maliyyə hesabatların proqnozlaşdırılması və statistikasına hazırlanması olub. Prokurorun suallını cavablandıran Faiq Cəfərov qeyd edib ki, Namazalı Məmmədovun gördüyü işlərdə problem olmayıb: “Yalnız Namazalı müəllim Gəncədə çalışan zaman problem yarandı. Biz statistik hesabatlar hazırladıq. Gördük alınan materiallar bazar qiymətindən baha olub. Bununla bağlı hesabat hazırlandı və rəhbərliyə məruzə elədik. Ümumiyyətlə, görülən işlərin qiymətləndirilməsi ilə bağlı Məhəmməd Məmmədova məruzə eləmişəm”. Şahidin istintaqa verdiyi ifadə elan olub. İstintaq ifadəsində bildirilib ki, Namazalı Məmmədovun işlərində nöqsanlar çox olub: “Nöqsanlara görə Namazalı Məmmədovla bağlanan müqavilə dayandırıldı. Yalnız Rabitə Nazirliyinin rəhbəri tərəfindən tapşırıq verib, ona himayədarlıq edilərək müqavilə yenidən imzalanıb. Buna görə “Aztelekom”a külli miqdarda ziyan dəyib”. Şahid isə i deyib ki, onun ifadəsi düz başa düşülmədiyindən başqa istiqamətə yönəldilib. Faiq Cəfərov vəkillərin sualına cavab olaraq bildirib ki, 200 min manatlıq işi 4 yerə bölərək, 50 min manatlıq tenderlər keçirilib. Bununsa səbəbini izah edə bilməyib. Sahibkar Yaşar Əliyev isə bildirib ki, razılaşma yolu ilə “Aztelekom”dan iş götürüb. Şahid köçürülən pulun 35 faizini baş mühasib Oqtay Rüstəmova verdiyini deyib. Oqtay Rüstəmov isə şahidin dediklərinin yalan olduğunu və ondan heç zaman pul almadığını deyib. Prosesdə şahid qismində “Aztelekom” sabiq sədri Məhəmməd Məmmədovun bacısı oğlu Sahib Əliyev da dindirilib. O, istintaqa verdiyi ifadəni təsdiqləyib. Məhkəmə prosesi yanvarın 18-də davam edəcək.

13 Yanvar 2017 4:01

Deputat keçmişindən utanır? – İddia

Masallıdan millət vəkili olan Nəriman Əliyev bioqrafiyasının üstündən xətt çəkib Deputat Vikipediyada özü haqda informasiyanı sildirib. İnternetdə axtarış verməklə N.Əliyevin bioqrafiyası barəsində xəbər əldə etmək olmur. Onun harada anadan olduğu, təhsil aldığı, hərbi xidmətini başa vurduğu, ictimai fəaliyyəti tamamilə oxucuların üzünə qıfıllanıb. Əvəzində isə N.Əliyev haqda istənilən xəbərlə rastlaşmaq olar: diplomu saxtadır, hərbi xidmətdən yayınıb, “Ştutqart” mağazası MTN generalı Akif Çovdarovla şərik olub, Masallının icra hakimi Rafil Hüseynovla yola getmir, narkotik alverində adı keçir və s. ilaxır... Bir deputatın nə qədər neqativ əməlləri varmış və bir fakt çıxmır ki, seçicilərin, sahibkarların probleminin həllində vasitəçilik edib. Bu azmış kimi, vikipedik məlumatları da yoxa çıxıb. Masallının deputatı internetdən istifadə edə bilmir. O, haqqında yazıları oxumaq üçün texniki bilikləri olan köməkçisindən yararlanır, elektron poçtla məktub göndərməyi bacarmır, Feysbuka qoşulmur və yeganə vikipedik məlumat idi ki, onu da sildirib. Məlumatlara görə, ölkəyə İran İslam Respublikasından idxal olunan xurma və kişmişlə yanaşı düyü məhsulu da Nəriman Əliyevin vasitəsi ilə gətirilir. Vaxtilə bu biznesdə deputat İrandan olan şəriki ilə çalışıb. Lakin günlərin birində şəriki ilə birlikdə deputat həbs edilib. Onlar dəbdəbəli ofislərdən başlarında qara maska ilə çıxarılıb. Deyilənə görə, onların vasitəsilə Azərbaycana gətirilən düyülərin içindən narkotik maddələr aşkarlanıb. Bu narkotiki düyü kisələrinin içinə deputat ortağının qoyduğunu bildirsə də, buna inanan olmayıb. Külli miqdarda pulun müqabilində deputatın ortağı azad olunub və İrana keçəndən sonra orada müəmmalı şəkildə dünyasını dəyişib. Şəriksiz qalan deputat bir müddət biznesindən də əlini üzüb. Deyilənə görə, sonradan Nəriman Əliyev Akif Çovdarova çıxış tapıb və onunla yaxınlaşıb. Nəticədə generala hər ay haqq vermək şərtilə biznesini davam etdirib. regionxeber

13 Yanvar 2017 11:05

“MTN-də Samir Şərifovun əleyhinə ifadə almaq istəyiblər” – Əhəd Abıyev

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin ikinci dəstə generalları – Sübahir Qurbanov, Teymur Quliyev, Natavan Mürvətova və əməkdaşlarının cinayət işləri üzrə məhkəmə prosesi başlamaq ərəfəsindədir. “Qafqazinfo”nun cinayət işinin materiallarından əldə etdiyi məlumata görə, bu qruplaşmanın cinayət əməllərinin sahibkarlıqdan dövlət strukturlarına qədər uzandığı bəlli olub. Belə ki, 2014-cü ildə dövlət büdcəsindən Daşkəsən rayon icra hakimiyyətinə ayrılan pula MTN generalları “qonublar”. Onlar icra hakimiyyətinin memarını idarəyə aparıb maliyyə naziri Samir Şərifovun əleyhinə ifadə verməyə məcbur ediblər. Bunu istintaqa şahid qismində ifadə verən rayonun icra başçısı Əhəd Abıyev deyib. Ə.Abıyev bildirib ki, 2014-cü ildə Daşkəsən-Xoşbulaq-Astav avtomobil yolunun və Astav kəndinə gedən hissəsində körpülərin tikintisi üçün dövlət büdcəsindən 2 milyon manat pul ayrılıb: “Həmin pul Nazirlər Kabinetinin qərarı əsasında Maliyyə Nazirliyinin əmri ilə ayrılmışdı. Tikinti işlərinin görülməsi üçün açıq tender keçirildi və “Dizayn Construction” MMC tenderdə qalib gəldi. Əvvəllər də Daşkəsəndə təbii fəlakət nəticəsində ziyan dəyən yaşayış evlərinin və sosial obyektlərin təmirini həyata keçirən bu şirkətə yarım milyon manat ödənilib. Sentyabrın 17-də ayrılan vəsait şirkətin hesabına köçürülüb. Şifahi razılığa gəldik ki, icra hakimiyyətinin memarı Elman Məmmədov inşaat materiallarının alınması üçün pulun bir hissəsini çıxarsın. Elmana tapşırdım ki, yük dolu maşınlar saat 16-ya kimi Dərnəgüldə onu gözləyəcəklər. Həmin vaxt pulu ödəsin və maşınları rayona yola salsın. Saat 4-də Elmana neçə dəfə zəng etdim, zəng çatmadı, narahat oldum. Evindən də, şirkətdən də bir xəbər öyrənə bilmədim. Yarım saat sonra şirkətdən bir nəfər zəng edib Elman Məmmədovun MTN tərəfindən tutulduğunu dedi. Dərhal Bakıya gəldim, saat 20 radələrində MTN-nin binasının qarşında idim. Özümü təqdim etdim, amma məni içəri buraxmadılar, yarım saat sonra dedilər ki, Elman burdadı. Məni içəri buraxmadıqları üçün əsəbləşib kobud danışdım, onu kimin tutduğunu soruşdum. Dedilər 4-cü İdarənin əməkdaşları tutub. Öz tanışlarımdan idarə rəisi Sübahir Qurbanovun nömrəsini tapıb zəng etdim. Ondan Elmanı dərhal buraxmalarını tələb etdim, Sübahir Qurbanov isə hay-küy saldığıma görə narazılıq edib, sakit olmağımı tələb etdi. Dedim ki, Elman buraxılmayana qədər heç yerə getməyəcəyəm. Sonra nazir Eldar Mahmudovun məni qəbul etməsini istədim, ona da icazə vermədilər. “AGbank”ın sahibi Çingiz Əsədullayevə zəng etdim, o da kömək edə bilməyəcəyini dedi. Gecə saat 24 radələrində Elman Məmmədvu buraxdılar, çıxanda gördüm ki, qollarında qandal izi var. Elman dedi ki, MTN-in icra hakimiyyəti tərəfindən görülən bütün işlərdən məlumatı var. O dedi ki, izahat verərkən pul vəsaitinin ələ keçirilməsində maliyyə naziri Samir Şərifovun və mənim iştirakımın olduğunu yazmasını tələb ediblər, lakin bundan imtina edib. Elmanı və onunla işləyən əməkdaşları həbs edəcəkləri ilə hədələyib 1 milyon manat pul tələb ediblər. Eldar Mahmudov “Əhəd Abıyevlə işiniz olmasın” dedi Elman Məmmədovu mənə təhvil verən MTN əməkdaşı dedi ki, sabah saat 10-da Eldar Mahmudov məni qəbul edəcək. Biz Elmanın üzərində olan və onların ələ keçirdiyi pulu tələb etdik, rədd cavabı verdilər. Səhərisi gün Eldar Mahmudovla görüşdüm, söhbət başlayan kimi o, mənim söyüş söyməyimdən narazı olduğumu dedi. Mən də “söyüş söymüşəm, çünki əməkdaşlarınız quldurluq edib pul ələ keçirirlər” dedim. Bundan sonra söhbətimiz sülh şəraitində davam etdi. Nazirə hər şeyi, bizdən 1 milyon pul tələb edildiyini dedim. Bundan sonra Eldar Mahmudov daxili telefonla kiməsə zəng edərək “Əhəd Abıyevlə işiniz olmasın” dedi. Sonra məni yola saldı, amma Elmandan aldıqları 680 min manatı qaytarmadılar. Bizi yola salan əməkdaşdan pulları tələb etdim, o bizə “sizə hörmət edirik, ona görə də 1 milyon manatı almırıq. Elmandan alınan pulların geri qaytarılması isə mümkün deyil” dedi. Məcbur olub tikinti işlərini öz pulumuzla gördük”. Qeyd edək ki, MTN-in bu dəstəsinin işi Bakı Hərbi Məhkəməsinə göndərilib. İş məhkəmənin sədri Həbib Həsənovun icraatına verilib. Hazırlıq iclası yaxın günlərdə təyin ediləcək.

29 Dekabr 2016 1:28

Əli Abbasov:”Eldar Mahmudovdan qorxduğum üçün MTN-ə pul verirdim”

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin ikinci dəstə generalları – Sübahir Qurbanov, Teymur Quliyev, Natavan Mürvətova və əməkdaşlarının cinayət işləri üzrə məhkəmə prosesi başlamaq ərəfəsindədir. Generalların ittiham olunduğu Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yüksək vəzifəli şəxslərindən hər ay külli miqdarda rüşvət alınması epizodu üzrə keçmiş nazir Əli Abbasov ifadə verib.Ə.Abbasov şahid qismində dindirilərək MTN generalları S.Qurbanov və T.Quliyevə hər ay “paket” verdiklərini etiraf edib, bunun səbəbi kimi isə sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovdan qorxduğunu deyib.Əli Abbasov E.Mahmudovla 2002-ci ildən tanış olduğunu bildirib: “Mən İqtisad Universitetinin rektoru vəzifəsində işlədiyim vaxt Eldar Mahmudov bacısı qızının bizim universitetdəki təhsil problemi ilə bağlı mənə müraciət etmişdi. Ondan sonra şəxsən tanış olduq. 2004-cü ildə Eldar Mahmudov Milli Təhlükəsizlik naziri təyin olunduqdan sonra bir dəfə onun təşəbbüsü ilə xidməti otağında görüşüb daxili və xarici rabitənin təhlükəsizliyinin təmin edilməsi, rabitə kanallarının yenidən qurulması məsələlərini müzakirə edib razılığa gəldik. Təxminən 2006-2007-ci illərdə yenə onun xahişi ilə xidməti otağında görüşüb beynəlxalq rabitə kanallarının təhlükəsizliyi ilə bağlı müzakirələr apardıq. Müzakirənin əsas predmeti ölkəyə daxil olan və çıxan danışıqların təhlükəsizliyinin qorunması, eyni zamanda zərurət yaranacağı təqdirdə danışıqlara MTN tərəfindən qulaq asılmasının mümkün olması təşkil etdi. Eldar Mahmudovla bir neçə dəfə görüşüb birlikdə müəyyən məsələləri müzakirə etsək də, onun mənim işlərimə müdaxilə etmək cəhdlərini görüb yaxın münasibət saxlamamağa çalışdım”. Ə.Abbasov özünün təyin etdiyi adamı E.Mahmudovun “müxalifətçi” elan etdiyini və məcburən geri addım atdığını deyib: “Mən 2004-cü ildə Rabitə və Yüksək Texnologiyalar naziri vəzifəsinə təyin olunduqdan sonra Bakı telefon rabitəsi istehsalat birliyinin baş direktoru vəzifəsinə Nəriman Salmanovu təyin etdim. Bundan sonra Eldar Mahmudovla görüşlərim zamanı bir neçə dəfə bu təyinatdan narazılığını bildirdi. Mənə dedi ki, Nəriman Salmanov onların əməliyyat təminatı üçün müəyyən çətinliklər yaradır. Sonradan Eldar Mahmudovun ölkə rəhbərliyinə Nəriman Salmanovun guya hansısa müxalifət liderləri ilə yaxın əlaqələrinin olması ilə bağlı məlumat çatdırdığını bildim. Mən də məcburiyyət qarşısında qalıb 2005-ci ildə Nəriman Salmanovu vəzifədən azad etdim”. Bundan sonra isə rabitə naziri baş çekistin əmrlərini icra etməyə başlayıb: “Ardıyca da Eldar Mahmudovun təkidi ilə Beytulla Hüseynovu Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin baş direktoru vəzifəsinə təyin edilməsi ilə bağlı əmr verdim. Təxminən 6 ay sonra Beytulla Hüseynovun təşkilatçılığı ilə Eldar Mahmudovla ona məxsus “Kristal Plazada” yerləşən restoranda görüşüb birlikdə yemək yedik. Daha sonra Eldar Mahmudovun xahişi ilə əmisi oğlu Mahmud Mahmudovu 2008-ci ildə “Azərpoçt MMC”-nin tərkibində olan “Mərkəzi xüsusi rabitə idarəsinin” direktoru vəzifəsinə təyin etdim. Eyni zamanda beynəlxalq rabitə kanalları ilə əlaqənin bilavasitə Eldar Mahmudovun xahişi ilə onun təklif etdiyi “Catburg” şirkəti vasitəsilə həyata keçirildi”. Sabiq MTN nazirinin növbəti tələbi isə aylıq xərac ödənilməsi olub: “2012-ci ildə Eldar Mahmudovun xahişi ilə beynəlxalq rabitənin təhlükəsizliyinin təminatı ilə əlaqədar xərclərinin bir qisminin ödənilməsi üçün həmin vaxtdan 2015-ci ilin oktyabr ayınadək MTN-nin baş idarə rəisi Sübahir Qurbanova hər ay 100.000 ABŞ dolları məbləğində pul verilməsi barədə nazirliyin aparat rəhbəri Vidadi Zeynalova göstəriş verdim. Vidadi Zeynalov da hər ay Sübahir Qurbanovun sürücüsünə 100 min dollar verirdi. 2013-cü ilin ortalarında Vidadi Zeynalov mənə dedi ki, MTN-nin baş idarə rəisi Teymur Quliyevə də xərclərinin qarşılanması üçün aylıq pul verməliyik. Teymur Quliyevə hər ay 50.000 dollar verilməsinə razılıq verdim.Hər ay nazirliyin tabeliyində olan müxtəlif təşkilatlardan aylıq 800-900 min manat pul yığılırdı, həmin pullar hamısı Vidadi Zeynalovda toplanırdı, Sübahir Qurbanov və Teymur Quliyevə də həmin vəsaitlərdən pul verilirdi. Sübahir Qurbanovu 2012-ci ildə sabiq nazir Eldar Mahmudovun xahişi ilə xidməti otağımda qəbul etdikdən sonra tanımışam, onunla cəmi bir dəfə görüşmüşəm. Rabitə və Yüksək Texnologiyalar Nazirliyində əməliyyat təminatı onun rəhbərlik etdiyi baş idarənin kuratorluğunda idi. Teymur Quliyevin idarəsi ilə bizim nazirlik arasında ümumi fəaliyyət olmasa da, gələcəkdə bizim işimizə ciddi problemlər yaratmamaları üçün ona da pul verilməsinə razılıq verdik”. Əli Abbasov Eldar Mahmudovdan qorxduğu üçün xərac verməyə razı olduğunu etiraf edib: “Eldar Mahmudovun tələb etdiyi pul vəsaitini verməməklə özümüzə əlavə, lüzumsuz intriqa yaradacağımızı düşündük. Eldar Mahmudov mənim və rəhbərlik etdiyim nazirliyin fəaliyyəti ilə əlaqədar süni şəkildə nöqsanlar yaradıb ölkə rəhbərliyinə məruzə edə bilməsindən və ya mövcud olan hər hansı xırda nöqsanı ictimailəşdirməklə nüfuzuma xələl gətirə bilməsindən ehtiyat etdiyim üçün onunla prinsip, qarşıdurma yaratmaq istəmədim və hər ay MTN-ə pul verməyə məcbur oldum.MTN əməkdaşları bizə müraciət etmədən də avtomatlaşdırılmış telefon şəbəkələrində danışıqlara qulaq asa bilirdilər. Amma paytaxtın təxminən 60 faizi avtomatlaşdırıldığı üçün digər şəbəkələrdəki telefon danışıqlarına qulaq asılması üçün mütləq ATS əməkdaşları fiziki müdaxilə etməli idi. Amma bununla bağlı iki nazirlik arasında rəsmi müqavilə imzalanmamışdı. Qovşaqların “Kross” sexində MTN əməkdaşları tərəfindən danışıqlara qulaq asılması haqda məlumatım yoxdur. Beytulla Hüseynovun xidməti otağında 34 ədəd telefon yuvasının olmasından xəbərsizəm. Onun otağındakı yuvalar ATS-lərin “Kross”una birləşdirilibsə, istənilən şəxsi dinləyə bilib”. Qeyd edək ki, E.Mahmudov 2015-ci il oktyabrın 17-də, Ə.Abbasov isə həmin ilin noyabrın 12-də tutduqları vəzifədən azad olunublar. Ə.Abbasovun barəsində danışdığı “Cartburg” şirkəti E.Mahmudovun oğlu Anar Mahmudova məxsus olub.

28 Dekabr 2016 11:28

Müğdət Həşimovun tələb edir, şeyxin yaxın adamı Hacı Mazan məhkəməyə çağrılsın

Şeyxülislam Hacı Allahşükür Paşazadə və onun deputat qardaşı Cavanşir Paşazadənin şəriki olmuş Müğdət Həşimovun məhkəmə prosesi davam edib. Əvvəlki məhkəmə proseslərində olduğu kimi M.Həşimov bu dəfə də Allahşükür Paşazadənin qardaşı Cavanşir Paşazadənin sifarişi ilə həbs edildiyini deyib. Məhkəmədə qərara alınıb ki, şeyxin yaxın adamı, onun əmrlərini icra etdiyi bildirilən, adı bir çox qalmaqallı məlumatlarda hallanan və Hacı Mazan kimi tanınan Ramazan Zeynalov növbəti dəfə məhkəməyə çağırılsın. M.Həşimovun vəkili Elçin Sadıqov bir neçə nəfərin də əlavə şahid qismində məhkəməyə gətirilməsini istəyib. Məhkəmə müşavirədən sonra vəkil Elçin Sadıqovun vəsatətinin təmin edildiyini açıqlayıb. Paşazadələr ailəsi ilə tibb müəssisəsində şərik olan M.Həşimov 2015-ci ildə Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə) maddəsi ilə təqsirli bilinərək həbs olunub. Sonradan onun barəsində 178.3.2 (dələduzluq) və 213.1(vergidən yayınma) maddələr ilə də ittiham irəli sürülüb. Müğdət Həşimov məhkəmədə bir daha günahsız yerə, Allahşükür Paşazadənin qardaşı deputat Cavanşir Paşazadənin sifarişi ilə həbs edildiyini deyib. Deputat C.Paşazadənin himayəsində olan “Aygün-C” MMC-nin təsisçiləri ilə 2012-ci ilin 6 dekabrında rəsmi qaydada “Birgə fəaliyyət haqda” müqavilə bağlayan Müğdət Həşimov müqavilənin heç bir şərtini pozmadığını deyir. Müqavilənin şərtlərinə görə, M.Həşimovla iş birliyində Allahşükür Paşazadənin həyat yoldaşı və oğlu, Cavanşir Paşazadənin qızı və kürəkəni olub. Hakim M.Həşimova xatırladıb ki, zərərçəkmiş kimi tanınan Ramazan Zeynalov şərik olduqları klinikaya alınan avadanlıqların keyfiyyətsiz və köhnə olması ilə bağlı məhkəmədə fikir bildirib. Hakim M.Həşimovdan bu iddiaları rədd edən sübutları məhkəməyə təqdim etməsini istəyib: “Siz ittiham üzrə danışın. Ramazan Zeynalov avadanlıqların köhnə və keyfiyyətsiz olduğunu, buna görə hətta bir nəfərin öldüyünü deyir. Siz həmin klinikanın təsisçisi olmusunuz. Avadanlıqların köhnə olmadığını, keyfiyyətli olduğunu sübut edən sertifikatı, sənədləri məhkəməyə təqdim edin. Bunu sizə 20 dəfə demişəm”. Müğdət Həşimov hakimin qeyd etdiyi sənədləri məhkəmənin növbəti iclasınadək təqdim etməyə çalışacağını bildirib. Təqsirləndirilən M.Həşimov Hacı Mazanın klinikadakı ölüm hadisəsi ilə bağlı dediklərinə də toxunub: “Möhtərəm hakim, Hacı Mazan bir nəfərin öldüyünü deyir. Həmin hadisədən sonra Baş Prokurorluqdan, Səhiyyə Nazirliyindən yoxlama gəldi. Araşdırma aparıldı, sertifikatlar yoxlanıldı. Bu ölüm hadisəsindən əvvəl belə sertifikat olmasaydı, klinikanın 1 saat işləməsinə icazə verilməzdi. Bunu deməkdə məqsədim budur ki, avadanlıqlar nə keyfiyyətsiz, nə də köhnə olub. Mən Cavanşir Paşazadənin sifarişi ilə həbs edilmişəm. Bunu hamı bilir. Klinikada olan avadanlıqlarla bağlı deyilənlər yalandır. İşi aparan müstəntiq mənə dedi ki, ”mən qələməm, yaz deyirlər, yazıram". Ölkənin dini lideri məni və ailəmi bu ağır vəziyyətə salıb. Özüm günahsız yerə aylardır həbsdəyəm. Aydın məsələdir ki, bu iş mülki işdir və mən sifarişlə həbs edilmişəm". Hakim növbəti dəfə Müğdət Həşimova ona aid olan ittiham üzrə danışması ilə bağlı xəbərdarlıq edib: “Ayrı-ayrı şəxslər haqda ittihamlar səsləndirməyə ehtiyac yoxdur. Kiminsə sizi şərləyərək həbs etdirdiyini iddia edirsinizsə, bunu sübut edən faktları ortaya qoyun. Prokurorluğa müraciət edin. Siz mənim üçün sadəcə olaraq vətəndaşsınız”. M.Həşimov deyib ki, tərəflər arasında şərikliyin şərtinə görə Bank “VTB”dən 700 min manat götürülüb. Həmin pulun banka qaytarılması isə 2018-ci ilə qədər M.Həşimovun öhdəliyində olub. M.Həşimov klinikadan qazandığı pulla həmin borcu ödəməli imiş. Bankın pulu ödənilib bitdikdən sonra əldə olunan qazanc Cavanşir Paşazadə ilə M.Həşimov arasında bölünməli imiş. Klinika üçün ayrılan, bankdan götürülən ümumi 840 min manatın nəyə və hara xərclənməsi ilə bağlı istintaqa siyahı təqdim etmişəm. Bir məsələni də diqqətinizə çatdırım ki, Paşazadələrlə imzalanan müqavilədə mənim öhdəliyim avadanlıqların təzə olması deyildi. Bankdan götürülən 700 min manatı ödəmək idi. Bu öhdəliyi də yerinə yetirirdim. Müqavilə də 2018-ci ilə qədər idi. Aylıq 20 min manat kredit ödəyirdim. Amma razılığı onlar pozdular. Dəfələrlə danışığa getdim. Bu işi sülh yolu ilə həll etməyə çalışdım. Danışıqlar müddətində işləmədiyim halda 3 ay 20 min, cəmi 60 min manat krediti cibimdən ödədim. Ailəm pis vəziyyətə düşdü, bütün əmlakım əlimdən çıxdı. Özüm həbs edildim. Bəs, indi başıma gələnləri necə danışmayım? Bu işi kimlərin etdiyini necə deməyim?" Məhkəmənin növbəti iclası dekabrın 26-na təyin edilib. Qeyd edək ki, klinika C.Paşazadənin adına olan 1255 kv.metrlik qeyri-yaşayış sahəsində açılıb. Şəriklik əsasında M.Həşimov “Medi-Sina” MMC-nin təsisçisi olaraq, fəaliyyətə başlayıb. Onun sözlərinə görə, Paşazadələrin sifarişi ilə Hacı Mazan onu klinikadan çıxarıb və barəsində hüquq-mühafizə orqanlarına müraciət edib.

24 Dekabr 2016 2:55

Qovşaq rəisi: “Beytulla Hüseynov görülən işlərlə bağlı qiymətləri şişirdirdi…” –Rabitəçilərin məhkəməsi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Hakim Əfqan Hacıyevin sədrliyi ilə prosesdə şahidlər ifadə verib.Nigar Əlizadə ifadəsində deyib ki, "Akey" MMC-də baş mühasib vəzifəsində çalışıb.Onun sözlərinə görə, şirkətin "Carburq" şirkəti ilə müqaviləsi olub: "Şirkətə Ayaz Kərimov rəhbərlik edirdi və biz yalnız xidməti fəaliyyət göstərirdik. Aylıq 10 min dollar bizim hesabımıza "Carburq" şirkətindən pul göndərilirdi. Bizim şirkətdə MTN-ə aid avadanlıqlar vardı". Nəriman Salmanov ifadəsində deyib ki, Sabunçu Telefon Qovşağının rəisi vəzifəsində çalışıb.Onun sözlərinə görə, tenderlərin keçirilməsi ilə bağlı sorğular formal təşkil edilirdi və siyahılar əvvəlcədən hazırlanırdı: "Ayrılan vəsaitlər bəzi hallarda geri qaytarıldı. Mən bunu eşitmişəm ki, tenderlər formal keçirilirdi. Bu barədə rəhbərlik göstəriş verirdi. Rəqəmlər şişirdilirdi. Tenderlərə ayrılan vəsaitin 2,5 faizi bizə çatırdı. Bizə hər ay maaşdan əlavə vəsait ayrılırdı və bu məbləğ işçilər arasından da bölünürdü. Bu məbləğin 500 manatı mənə çatırdı". Vəkillərin tələbi ilə N. Salmanovun ibtidai istintaqa verdiyi ifadə elan olunub. İfadəyə əsasən, Beytulla Hüseynovun adından hər ay 1200 dollar pul baş mühasibə verilib: "2009-2015-ci ildə rəhbəri olduğum telefon qovşağında 13 milyon manat pul ayrılıb. Baş mühasib Anar Mustafayev tərəfindən Beytulla Hüseynov görülən işlərlə bağlı qiymətləri şişirdib, ancaq bu məbləğin sayını dəqiq deyə bilmərəm". Məhkəmədə şahid qismində təqsirləndirilən Vidadi Zeynalovun sürücüsü Elçin Əliyev də ifadə verib. Onun sözlərinə görə, V. Zeynalov onun adına şirkət təsis edib: "O vaxt Vidadi Zeynalov məsləhət verdi ki, mənim yaşayışımı yaxşılaşdırmaq üçün adıma bir şirkət təsis edək. Ona görə TLC şirkətini yaratdı. Buradan gələn gəlirlərin bir hissəsi mənə çatırdı. Amma mən o şirkətin fəaliyyəti ilə bağlı məlumatsızam". Nəsimi Musayev deyib ki, “AzİnTelekom” MMC-də iqtisadçı vəzifəsində çalışıb. O qeyd edib ki, maaşından əlavə ayda 1000 manat maaş alırdı.Müzəffər Rüstəmov deyib ki, "Azintelekom" MMC-də çalışıb. Onun sözlərinə görə, sabiq nazir Əli Abbasovun göstərişi ilə "Carburq" şirkəti ilə müqavilə imzalanıb. Proses dekabrın 28-də davam etdiriləcək(APA). Qeyd edək ki, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin baş direktoru Beytulla Hüseynovun 2009-2015-ci illərdə arvadının təsisçisi olduğu “Bakı Rabitə Təmir Tikinti” və “Təmir Təchizat Servis” MMC-lərinin direktoru Bayram Vəliyev, yaxın münasibətlərdə olduğu “3 nömrəli Rabitə Təmir Tikinti”, “Rabitə Mülki Tikinti” MMC-lərinin direktoru Emin Məmmədov və birliyin baş mühasibi Anar Mustafayevlə qabaqcadan əlbir olub yeni rabitə xətlərinin çəkilməsi, binaların, qurğuların təmiri-tikintisi və sair işlərin yerinə yetirilməsi üçün onların hesablaşma hesablarına köçürüləcək pul vəsaitlərinin işlərin həcmindən asılı olaraq 35-45% həcmində hissəsinin nağdlaşdırılaraq B. Hüseynovun özünə verilməsi barədə razılığa gəliblər. B. Hüseynov tabeliyində olan qovşaqların formal olaraq keçirdikləri tenderlərdə vəzifə saxtakarlığı ilə həmin məhdud məsuliyyətli cəmiyyətlərin qalib elan olunaraq müqavilələr bağlanmaqla və faktiki işlərin tam icra olunmadığı halda, o cümlədən internet xidmətinin təmin edilməsi üçün fiber-optik kabel xətlərinin çəkilişi zamanı işlərin faktiki olaraq telefon qovşaqları tərəfindən aparıldığı halda guya həmin işlərin faktiki özünə məxsus olan müəssisələr tərəfindən görülməsi və işlərin həcminin artırılması barədə saxta sənədlərin tərtib edilməsi yolu ilə adıçəkilən MMC-lərin hesabına köçürülmüş ümumilikdə 71 milyon 263 min manat məbləğində vəsaitin 21 milyon 379 min manatını mənimsəməklə dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan zərər vurmalarında şübhələr üçün əsaslar müəyyən edilib.Nazirliyin Aparat rəhbəri Vidadi Zeynalov qulluq mövqeyindən sui-istifadə edərək nazirliyin strukturuna daxil olan ayrı-ayrı qurumların vəzifəli şəxsləri ilə qabaqcadan razılaşmaqla həmin strukturlar tərəfindən işlərin görülmədiyi, tam yerinə yetirilmədiyi, avadanlıqlar alınmadığı, istifadə olunan avadanlıqların, xidmətlərin qiymətlərinin isə 4-5 qat şişirdilməsi və digər üsullarla işlərin və xidmətlərin guya yerinə yetirilməsini özlərinin himayə etdikləri, yaxın münasibətdə olduqları şəxslərin adına olan özəl şirkətlər tərəfindən saxta sənədlər əsasında rəsmiləşdirməsini təmin etməklə müvafiq müəssisələrin ayrı-ayrı banklardakı hesabına köçürülmüş 73 milyon 590 min manat vəsaitin nağdlaşdırılmaqla mənimsənilməsini və israf edilməsini təşkil etməsində şübhələr üçün əsaslar müəyyənləşib.Cinayət işi üzrə nazirliyin strukturuna daxil olan “Aztelekom” MMC, “AzİnTelekom” MMC, “Azərpoçt” MMC, Məlumat Hesablama Mərkəzi və özəl şirkət “Optik Rabitə Tikinti və Quraşdırma” MMC-nin fəaliyyətində də mənimsəmə və israf etmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı faktları müəyyənləşib.İş üzrə Beytulla Hüseynov, Anar Mustafayev, Emin Məmmədov, Bayram Vəliyevə və “Aztelekom” MMC-nin baş mühasibi Oktay Rüstəmova Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı), Vidadi Zeynalova, həmçinin “AzİnTelekom” MMC-nin baş direktoru Cəlil Cəfərova, “Azərpoçt” MMC-nin baş direktoru Qəmbər Bəybalayevə və “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin direktoru Namazalı Məmmədova həmin məcəllənin 179.3.2 və 308.2-ci, MMC-nin baş mühasibi Səhrab Hümbətova isə 179.3.2, 308.2 və 313-cü maddələrdə nəzərdə tutulan ittiham elan edilməklə barələrində məhkəmənin müvafiq qərarları ilə həbs qətimkan tədbiri seçilib.

23 Dekabr 2016 2:04

Pulu olmadı,anasını dəfn edə bilmədi

“Qəbiristanlığa 230 manat gətir, dəfn edək” Bu günlərdə Bakıda tükürpədici və rüsvayçı olay yaşanıb. Üç gün əvvəl dünyasını dəyişmiş şəxsin dəfn olunmasına icazə verilmir. Buna səbəb qəbiristanlıq rəhbərliyinin ölü sahibindən rüşvət istəməsidir. Nəticədə yuyulmuş və kəfənlənmiş cənazə üç gündür ki, ortalıqda qalıb. Belə ki, dekabrın 20-də Yasamal rayon sakini, 60 yaşlı Umxanım Məmməd qızı Babayev onkoloji xəstəlikdən dünyasını dəyişib. Həyatını itirən şəxs II Alatava 86 ünvanında qeydiyyatındadır. Lakin o, kirayə qaldığı Yasamal rayonu Mirzə Cavad Məmmədzadə (II Yasamal) 253 ünvanda dünyasını dəyişib. Mərhumu dekabrın 21-də Yasamal rayon qəbiristanlığında öz həyat yoldaşının yanında dəfn etmək istəyiblər. Hətta dəfn üçün Yasamal rayon qəbiristanlığı tərəfindən qəbir qazılıb və hörülüb. Amma cənazənin dəfn edilməsinə qəbiristanlıq rəhbərliyi tərəfindən imkan verilməyib. 21 yaşlı oğlu Yusif Babayevin verdiyi məlumata görə, ona anasını torpağa tapşırmağa icazə verilməyib. Qəbiristanlığın rəhbərliyindən bildirilib ki, qəbrin qazılması və hörülməsi müqabilində mərhumun yaxınları 230 manat pul ödəməlidir. Umxanım Babayevanın oğlu bu qədər pulun olmadığını bildirdikdə ondan anasının cənazəsini geri qaytarmaq tələb olunub. Halbuki oğlu əvvəlcədən qəbirstanlıqda onların ailəsinə məxsus sahənin olduğunu nəzərə çatdırıb. Şikayətçi deyir ki, dəfn üçün yeni torpaq sahəsi almadıqlarına görə bu qədər yüksək məbləğin ödənilməsinə də ehtiyac yoxdur. Buna baxmayaraq Yasamal qəbiristanlığının məsul şəxsləri ölü sahibinə heç bir güzəştə getməyib. Ona bildirilib ki, anasının cənazəsini aparıb morqa qoysun və vəsaiti ödəmək imkanı olanda gətirib dəfn edə bilər. Çarəsiz qalan Yusif Babayev Umxanım Babayevanın yuyulub kəfənlənmiş cənazəsini “Təzə Pir” Məscidinin morquna yerləşdirmək məcburiyyətində qalıb. Umxanım Babayevanın vəfat etdiyi və cənazəsinin götürüldüyü ünvandan aldığımız məlumata görə, hazırda onun nəşi kəfənlənmiş vəziyyətdə morqda saxlanılır. “Təzə Pir” Məscidinin rəhbərliyi də meyitin saxlandığı hər gün üçün 20 manat ödəniş istəyir. Anasını itirmiş Yusif Babayev kimsəsiz vəziyyətdə və maddi imkanı həddindən artıq aşağı olduğundan gündəlik 20 manatı da morqa ödəməkdə çətinlik çəkir. Çox təssüf ki, məscidin ərazisində yerləşən Qafqaz Müsəlmanları İdarəsi də ağılasığmaz və biabırçı olaya göz yumub. Bu gün isə Yusif Babayev Yasamal rayon qəbiristanlığı rəhbərliyinə anasının dəfn olunması üçün vəsaitin 160 manatını ödəyib: “Qəbiristanlığın girişində qəbir daşları düzəldilən sexin müdiri Məhərrəm Əliyev yerdə qalan 90 manatı gətirməyincə, ölünün basdırılmayacağını bildirib”. Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin baş mühəndisi Sabir Həsənov cebhe.info-ya açıqlamasında deyib ki, dəfn üçün bu qədər pul istənilməsi düzgün deyil və bu mümkünsüzdür: “Bu söhbətlər yalandır, ola bilməz. Elə şey olmaz axı… Vətəndaş mənə zəng etsin, tapşırım. Məzar qazılması üçün tikinti materiallarını ya alıb gətirsin biz hörək, ya da pulunu versin. Bir də 63 manat rüsum keçirməlidir. Başqa heç bir şey lazım deyil. Qəbirstanlıqda əgər yeri varsa, rüsum pulunu və yenə də tikinti xərcini ödəməlidir”. Sabir Həsənovun sözlərinə görə Yasamal rayon qəbiristanlığı 230 manat məbləğində pul istəyə bilməz: “Yalan söhbətdir. Çünki rüsum və tikinti xərci birlikdə təxminən 150 manat pul tutur. O tikinti materialları alınmalı və qəbirin yanına daşınmalıdır. Qəbir elə yerdədir ki, daşınması üçün heç 50 manat pul tutmaz. O işə biz qarışmırıq. Sadəcə vətəndaşa deyirik ki, 63 manat rüsumla, materialları gətir, biz dəfn edək. Tikinti üçün isə 50 daş, bir kisə sement və qum alınmalı və daşınmalıdır. Yəni qeyd etdiyiniz o məbləq bizim məbləğin içərisində yoxdur”. Faktinfo.az

22 Dekabr 2016 7:01

Vidadi Zeynalov: “Nazir nə deyirdi, onu icra edirdik”

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov, “Aztelekom” MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədov, “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynov, “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin baş mühasibi Anar Mustafayev, “AzİnTelekom” MMC-nin sabiq baş direktoru Cəlil Cəfərov, “Azərpoçt” MMC-nin sabiq baş direktoru Qəmbər Bəybalayev, “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin baş mühasibi Səhrab Hümbətov, Emin Məmmədov və digərlərinin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Virtualaz.org saytının xəbərinə görə, prosesə hakim Əfqan Hacıyev sədrlik edib. Prosesdə şahidlər dindirilib. İlk olaraq şahid qismində Adil Qasımov ifadə verib. O, ifadəsində "Yeni Həyat" MMC-nin direktoru olduğunu, təqsirləndirilən şəxslərdən heç birini tanımadığını, istintaqa verdiyi ifadəsini təsdiq etdiyini deyib: "Müqavilə bağlayıb, iş görmüşük. Tikinti üçün 80 min manat ayrılmışdı, 40 faizini "Aztelekom"un rəhbərliyinə qaytarırdıq. Bunlar Həsənalı adlı şəxs vasitəsilə həll olunurdu. Konkret olaraq pulun kimə verildiyini bilmirəm. Biz heç nə qazanmırdıq, hamballıq edirdik". Təqsirləndirilən Oqtay Rüstəmov məhkəməyə bildirib ki, A.Qasımov bütün işləri Vidadi Zeynalovun özü ilə həll edib. Şahidin istintaqa verdiyi ifadəsi ilə məhkəmədəki ifadəsi arasında ziddiyyətlər yarandığından onun istintaqdakı ifadəsi elan olunub. İstintaqa verdiyi ifadəsində o, Oqtay Rüstəmovu tanıdığını, geri qaytarılan məbləğin ona çatdırıldığını göstərib. A.Qasımov məhkəməyə verdiyi ifadəni təsdiq etdiyini bildirib. BTRİB-in baş direktor müavini Əhməd Mehdiyev şahid qismində dindirilərkən deyib ki, Avropa Oyunları ilə bağlı kabelləşmənin 200 km məsafəsini qovşaqlar, qalan hissəsini isə özəl şirkətlər çəkib: "Müqavilə özəl şirkətlərlə bağlanmışdı, amma onlar çatdıra bilmirdi deyə qovşaqlara tapşırmışdıq. Şirkətlər Bayram müəllimin idi. Bizə siyahı verilirdi, onlarla işləməli olduğumuz tapşırılırdı". Təqsirləndirilən Beytulla Hüseynov bildirib ki, Avropa Oyunları ilə bağlı işlərin görülməsi üçün 10 milyon manat vəsait müəyyən olunub: "Əvvəl 5 milyon köçürdülər, materialları aldıq. Sonra Maliyyə Nazirliyinə müraciət etdik, əlavə pul ayırmadılar, məbləği öz cibimizdən ödədik". Şahid qismində təqsirləndirilən Namazalı Məmmədovun bacısı oğlu Rəşad Məmmədov ifadə verib. O, istintaqa ifadəsini təsdiq etdiyini, "Optik Tikinti Montaj" MMC-nin rəhbəri olduğunu deyib. Şahid qismində məhkəmədə ifadə verən "Qafqaz İnşaat" MMC-nin rəhbəri Qorxmaz Həziyev rayonlarda tikinti işləri ilə məşğul olduqlarını deyib: "Şirkətin gördüyü işlərin ümumi həcmi təxminən 20 milyon manat olub. Onun nə qədərinin gəlir olduğunu dəqiq deyə bilmirəm". Vəkil Ceyhun Yusifovun " Elçin İbrahimov kimdir? Onun Rabitə Nazirliyi ilə nə əlaqəsi var? "Qafqaz S" şirkətində rolu nədən ibarətdir?"suallarına şahid belə cavab verib: "Elçin İbrahimov dostum olub. Onu 2001-ci ildən tanımışam. Hamı bilir ki, Elçin İbrahimov rabitə nazirinin qaynıdır". Daha sonra Vidadi Zeynalov məhkəməyə bildirib ki, "Qafqaz S" İnşaat MMC-yə nazirin göstərişi ilə vəsaitlər göndərilib, bu işlərə özləri nəzarət edib: “Nazir nə deyirdi, onu icra edirdik. Şişirdilmiş rəqəmlər də göndərilirdi. Nə qədər deyirdi, o qədər göndərirdik. Hər şey onlara aidiydi". Proses fasilədən sonra davam etdiriləcək. Qeyd edək ki, cinayət işi üzrə nazirliyin strukturuna daxil olan “Aztelekom” MMC, “AzİnTelekom” MMC, “Azərpoçt” MMC, Məlumat Hesablama Mərkəzi və özəl şirkət “Optik Rabitə Tikinti və Quraşdırma” MMC-nin fəaliyyətində də mənimsəmə və israf etmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı faktları müəyyənləşib. İş üzrə Beytulla Hüseynov, Anar Mustafayev, Emin Məmmədov, Bayram Vəliyevə və “Aztelekom” MMC-nin baş mühasibi Oktay Rüstəmova Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı), Vidadi Zeynalova, həmçinin “AzİnTelekom” MMC-nin baş direktoru Cəlil Cəfərova, “Azərpoçt” MMC-nin baş direktoru Qəmbər Bəybalayevə və “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin direktoru Namazalı Məmmədova həmin məcəllənin 179.3.2 və 308.2-ci, MMC-nin baş mühasibi Səhrab Hümbətova isə 179.3.2, 308.2 və 313-cü maddələrdə nəzərdə tutulan ittiham elan edilməklə barələrində məhkəmənin müvafiq qərarları ilə həbs qətimkan tədbiri seçilib. Sabiq Aparat rəhbəri Vidadi Zeynalov və qeyriləri BTRİB üzrə 43.367.598,22 manat, “Aztelekom” MMC üzrə – 51.233.428 manat, “Optik Rabitə Tikinti və Quraşdırma” MMC, “Optik Tikinti Montaj” MMC və “Rabitə-Tikinti” ATSC üzrə - 12.224.746 manat, “Azərpoçt” MMC üzrə 23.846.373,79 manat və “Azintelekom” üzrə 22.471.562 manat olmaqla, ümumilikdə 153.143.708 (yüz əlli üç milyon yüz üç qırx üç min yeddi yüz səkkiz) manat məbləğində dövlət əmlakını mənimsəmə və israf etmə yolu ilə talamaqda ittiham olunurlar. Qeyd edilən pul vəsaiti müvafiq olaraq həmin təşkilatların vəzifəli şəxsləri, Vidadi Zeynalov və qeyriləri tərəfindən öz aralarında müəyyən edilmiş razılıq əsasında bölüşdürülüb. Məhkəməyə göndərilən 517 cildlik cinayət işində 205 şahid qeydə alınıb. Cinayət işi üzrə 11 təqsirləndirilən şəxs, 1 zərərçəkmiş şəxsin nümayəndəsi, 1 nəfər isə mülki iddiaçının nümayəndəsi var.

21 Dekabr 2016 2:06

Fakt

Bizi izləyin