Eldar Mahmudovun şəriki olan şirkət rəhbəri ölkədən qaçdı

1454285779_1

"Körpü-Bina Tikinti" MMC rəhbəri Xəlil Göyüşovun Avropa ölkələrindən birində olduğu deyilir, qardaşı Ramiz Göyüşovla bağlı isə cinayət işi açıla bilər Artıq bir neçə gündür mətbuatda "Körpü-Bina Tikinti" MMC rəhbəri Xəlil Göyüşovla bağlı olduqca ciddi məlumatlar yayılmaqdadır. Həmin məlumatların əsasında isə onun ləğv edilmiş MTN-in sabiq rəhbəri Eldar Mahmudovla yaxın olması, onun biznesinin bir hissəsinə şəriklik etməsi və digər məqamlar dayanır. «Akula Akif»lə Paris görüşü JAM.AZ xəbər verir ki, Xəlil Göyüşovun "MTN işi" ilə bağlı ölkədən qaçan iş adamı "Akula" ləqəbli Akif Mustafayevlə ciddi əlaqələri olması çoxdan məlum olan məsələlərdəndir. Bu barədə mövcud olan məlumatlarda vurğulanır ki, «Akula» ölkədə keçirilən milyonluq layihələrin əksəriyyətinin başında durub. Və ona bu işdə Eldar Mahmudov yardımçı olub. Daha doğrusu, şərait yaradıb. İddia olunur ki, Xəlil Göyüşov ona məxsus olan "Körpü-Bina Tikinti" MMC-nin Bakı şəhərində həyata keçirtdiyi milyonluq layihələri də məhz "Akula"nın dəstəyi ilə əldə edib. Akif Mustafayevin ölkədən qaçmasından sonra onun izinə düşən Göyüşov qısa müddətdə «Aukla»nı Parisdə tapıb. Ötən ilin sonlarında Fransa paytaxtına səfər edən şirət rəhbəri orada Mustafayevlə görüşüb və onun Bakıdakı şirkətlərini şərikli şəkildə işlətməyə razılıq verib. Əslində, «Akula» ilə Xəlil Göyüşovun münasibətləri xeyli əvvəldən varmış. Və bunu təsdiq edən əsas amillərdən biri isə 2 il əvvələ təsadüf edir. JAM.AZ-a çatan məlumatlarda vurğulanır ki, Göyüşovun oğlu hərbi qulluğunu MTN-in hərbi hissəsində keçirib və ona bu şəraiti yaradan isə elə Akif Mustafayev olub. Adı əsgərlikdə, özü isə barlarda Göyüşovun oğlunun MTN-in hərbi hissədə adı gedib. Özü isə hərbi xidmət dövründə Bakının küçələrində 10 ZZ 040 dövlət nömrə nişanlı maşınla şütüyüb, gecələr də barlardan çıxmayıb. Hətta bir neçə il əvvəl oğul Göyüşovun şəhərin mərkəzində yol hərəkət qaydalarını kobud şəkildə pozduğuna görə, DYP əməkdaşları tərəfindən saxlanıldığı mətbuatda da yer almışdı. Məlum olmuşdu ki, hərbi xidmətdə olduğu halda şəhərdə mülki formada avtomobili darə edən Göyüşovun sənədləri də qaydasında deyil. Lakin Xəlil Göyüşovun işə qarışmasından sonra məsələ həllini tapmışdı. Hərçənd «Körpü Bina Tikinti» şirkətinin rəhbərinin oğlu indi də köhnə şakərindən əl çəkməyib. Bəzi iddialara görə, o, yenə də şəhərin mərkəzində «avtoşluq» etməkdən çəkinmir, hərəkət qaydalarını pozur, DYP əməkdaşlarının tələblərinə məhəl qoymur. Eldar Mahmudovla bank bağlılığı JAM.AZ bildirir ki, Göyüşovların Eldar Mahmudova bağlılıqları təkcə tikinti və digər işlərlə yekunlaşmır. Həmçinin sabiq nazirin əsas maliyyə qaynaqlarından biri olan «Muğan Bank»la da şərikliliyinin olduğu üzə çıxıb. Adı «MTN işi»ndə keçən bankın mərkəz filialının rəhbəri Xəlil Göyüşovun qardaşı, Binəqədinin «sahibi» kimi ad çıxarmış Ramiz Göyüşovun oğlu Rəşad Göyüşovdur. Göyüşovun Rövşən adlı qardaşının oğlu Urfan isə 2009-cu ildən “Muğanbank” ASC-nin Müşahidə Şurasının üzvü və bankda əsas söz sahiblərindən biridir. Xəlilovun MTN-dəki adamı kimdir? Maraqlı məqamlardan biri də odur ki, Eldar Mahmudovla bağlılıq Göyüşovların vəzifə ilə mükafatlandırılmasına da yol açıb. Məsələn, ləğv olunmuş nazirliyin Nizami rayon şöbəsinin rəisi Fariz Göyüşov olub. Hal hazırda da vəzifəsini icra edən Fariz Göyüşovun yerində qalması üçün bir sıra cəhdlər edildiyi deyilir. İddia olunur ki, yeni yaradılmış DTX-da fəaliyyətini davam etdirməsi üçün Xəlil Göyüşov bir neçə nəfərə minnətçi düşüb. YAP-ı saya salmayan adam necə YAP-ın yerli təşkilatının sədri oldu? «Körpü Bina Tikinti» MMC-nin direktoru Xəlil Göyüşovun qardaşı Ramiz Göyüşovun işləri isə həddindən artıq çoxdur. Onun YAP-ın Binəqədi rayon təşkilatının sədri vəzifəsinə gətirilməsi də təsadüfi olmayıb. JAM.AZ xəbər verir ki, bu işdə E.Mahmudov “zəncirinin” digər başı - “Aztelekom” MMC-nin həbsdə olan Baş direktoru, YAP Nəzarət - Təşftiş Komissiyasının sədri Məhəmməd Məmmədovun dəstəyi də az olmayıb. M.Məmmədov keçmişı nazirlər - Əli Abbasov və Eldar Mahmudovun tapşırığı ilə R.Göyüşovun rayon təşkilatının sədrliyinə gətirilməsinə YAP-ın Mərkəzi Qərargahında dəstək verib. MTN keçmiş şefi Eldar Mahmudov isə vergilər naziri Fazil Məmmədov vasitəsilə Binəqədinin icra başçısı Xaləddin İsgəndərova təzyiq göstərib. Hətta vurğulanır ki, E.Mahmudov məhz R.Göyüşovun vasitəsilə Binəqədi rayonuna - xüsusən də Fazil Məmmədovun kadrı Xaləddin İsgəndərova nəzarət edirmiş. Qeyd olunur ki, YAP Binəqədi rayon təşkilatının əvvəlki sədri Nəbi Xəlilovu 2013-cü il iyulun 1-də Bakı şəhər Vergilər Departamenti Xidmət İdarəsinin rəis müavini vəzifəsinə “sürgün edən” X.İsgəndərov R.Göyüşov üçün bütün yollarda “yaşıl işıq” yandırıb. R.Göyüşov həmçinin 1997-ci ildə AXCP-dən YAP-a transfer edib. Adı həm Elşad Abdullayev, həm də nurçularla hallanan R.Göyüşovun 1992-ci ildə YAP-a dəvət olunduğu bildirilir: “Həmin çətin ictimai-siyasi vəziyyətdə Mingəçevirdə partiyanın rayon təşkilatının qurulmasında xüsusi xidmətləri olmuş Aydın Mirzəzadə R.Göyüşovu partiyanın qurulmasına dəstək olmağa dəvət edib. Maraqlı nüans ondan ibarətdir ki, R. Göyüşov həmin vaxt bir çox insanların yanında A.Mirzəzadəyə “Heydər Əliyevin bir ayağı o dünyadadır” deyərək partiyanın heç bir prespektivinin olmadığını bəyan edib. Xəlil Göyüşov ölkədən qaçıb? JAM.AZ-a daxil olan məlumata görə, «Körpü Bina Tikinti» MMC-nin direktoru Xəlil Göyüşov ötən gün ölkəni tərk edib. Onun Azərbaycandan qaçaraq, Avropa ölkələrindən birinə sığındığı deyilir. Qaçışının səbəbi kimi isə adının «MTN işi»ndə daha qabarıq şəkildə hallanması və Eldar Mahmudovla şərilikliyini təsdiq edən faktların üzə çıxmasıdır. Mənbə iddia edir ki, Xəlil Göyüşovdan fərqli olaraq, qardaşı Ramiz Göyüşovun işi isə çox çətindir. Buna səbəb onunla bağlı cinayət işinin açıla biləcəyidir. JAM.AZ-a verilən məlumata görə, Ramiz Göyüşovla bağlı artıq bütün materiallar yığılıb və istintaq orqanları tərəfindən araşdırılır. Güman edilir ki, Eldar Mahmudovla əlaqələrindən dolayı Göyüşovlardan daha bir neçə nəfər həbs oluna bilər. Qarşı tərəfi də dinləməyə hazırıq.

1 Fevral 2016 2:17

Çovdarova məxsus Zirə təcridxanasının iblisanə şöhrəti – “Lütsiferin iqamətgahı”

1454314607_0001

Saytımızda Zirədə sabiq MTN generalı Akif Çovdarova məxsus daha bir təcridxananın mövcudluğundan bəhs etmişdik. ( http://www.dia.az/1/98313-akif-chovdarovun-daha-bir-tecridxanasi-uze-chixdi.html ). Bugünlərdə məlum təcridxana ilə bağlı Moderator.az-a yeni informasiya daxil olub. Məlum informasiyada Zirə təcridxanasının mövcudluğu ilə bağlı informasiyanın bu vaxta qədər yalnız məhdud çevrəyə bəlli olduğu və “Lütsiferin iqamətgahı” adı ilə tanındığını bildirib: “A.Çovdarova məxsus Masazır təcridxanası kimi Zirə təcridxanasının də mövcudluğu Eldar Mahmudov komandasının bütün ölkədə at oynatdığı, öz pəncəsini respublikadan kənara belə uzatdığı dönəmlərdə çox az adama məlum idi. Yalnılz A.Çovdarovun yaxın adamlarından ibarət məhdud çevrə Zirə təcridxanası haqqında məlumatlı idi ki, bu da MTN generalının bu məsələdə məxfiçilik amilinə mühüm diqqət yetirməsi ilə əlaqədar idi. Maraqlıdır, ki, Masazır təcridxanasından böyük olan və zaman-zaman kifayət qədər “məşhur qonaqlara” şahidlik edən Zirə təcridxanası, Çovdarovun çevrəsində “Lütsiferin iqamətgahı” adı ilə tanınırdı. Zirə təcridxanasının bu cür iblisanə şöhrətə malik olmasına səbəb isə burada daha çox və daha mötəbər şəxslərin amansız işgəncələrə məruz qalması ilə bağlı idi. Zirə təcridxanası ilə tanış olan istənilən şəxsdə şübhə yeri qalmırdı ki, iblis belə cəhənnəmdə bundan daha mükəmməl işgəncə məkanı formalaşdıra bilməz”. Kamerası şitillərindən çox olan istixana... Mənbənin sözlərinə görə, A.Çovdarov istixana zirzəmisindəki təcridxananın etibarlı mühafizəsini təmin etmək, bu təcridxana ilə bağlı hər hansı məlumat sızıntısına yol verməmək üçün istixananın dörd bir yanını, habelə daxilli ərazisini də saysız-hesabsız müşahidə kameraları ilə əhatəyə alıb: “Zirə təcridxanasının daha bir özəlliyi burada müşahidə kameralarının hədsiz çoxluğu, habelə bu kameraların istixananın daxili hissəsində - korpuslar arası və korpuslar daxili hissəsində də yerləşdirilməsi ilə bağlıdır. İstixana və onun daxilindəki gizli təcridxananın mühafizəçilər tərəfindən etibarlı şəkildə qorunmasına baxmayaraq, MTN generalı ərazinin texniki vasitələr hesabına mühafizəsinə də xüsusi diqqət yetirib. Çovdarov komandasının üzvləri kameraların hədsiz çoxuğuna işarə edərək yarızarafat-yarıgerçək şəkildə bildirirdilər ki, bura bütün dünyada kameralarının sayı şitillərindən çox olan yeganə istixanadır”. İşsizlər məkanına gətirilən “özəl işçilər” Bilgili qaynağın sözlərinə görə, A.Çovdarova məxsus Zirə istixanası elə ilk dönəmdən kənd sakinlərində şübhəli, müəmmal təəssürat oyadıb. Bunun əsas səbəblərindən biri Zirə kəndindən kimsənin həmin istixanada işə alınmaması olub: “Bütün Bakı kəndləri kimi Zirə kəndində də işə tələbatın çox olmasına baxmayaraq, A.Çovdarovun inşa etdirdiyi istixana təsərrüfatında Zirə kəndindən bir nəfər də olsun şəxs işə götürülməyib. İş üçün müraciət edən kənd sakinlərinə bildirilib ki, burda şitillərə yüksək aqrotexniki səviyyədə qulluq etməyi bacaran “özəl işçilər” çalışır və onların əlavə işçi potensialına ehtiyacı yoxdur. Beləliklə də, nəhəng istixana kompleksində çalışan bütün şəxsləri tək-tək seçən, onların yaxın çevrəyə mənsubluğuna xüsusi diqqət yetirən Çovdarov komandası “yad adamların” istixanada çalışmasını özünəməxsus bacarıqla əngəlləyib. Məhz bunun sayəsində istixana daxilindəki təcridxana haqqında informasiyaların yayılmasının qarşısı alınıb”. Mənbə hesab edir ki, sabiq MTN komandasının ifşasından sonra Zirə təcridxanasına A.Çovdarova yaxın şəxslər tərəfindən “əl gəzdirildiyi”, izi itirmək üçün bəzi addımların atıldığı şübhəsiz olsa da, istər hüquq-mühafizə orqanlarının, istərsə də jurnalist və ya araşdırmaçılar qrupunun Zirə istixanasında aparacağı araşdırma bu təcridxana ilə bağlı maraqlı nüansları üzə çıxarda bilər. Habelə, Əmlak Məsələləri Dövlət Komitəsinə veriləcək sorğu və kənd sakinləri ilə aparılan söhbətin nəticəsi bu istixanaların A.Çovdarova məxsusluğunu təsdiqləyə bilər.

1 Fevral 2016 1:14

Nazir oğlunun Londondakı bahalı mülkü

0777

  “Nə üçün ziyaların, anarların oğurladıqları pulların pulların bədəlini ödəməlidir …” “Bu günlərdə daha bir dəhşətli məlumatla rastlaşdım.  Belə ki, 2009-cu ildə Londonun ən bahalı hissəsində 1.15 milyard funt sterlinq (təxminən 1.7 milyard ABŞ dolları) dəyərində dünyaca məşhur ‪”‎One Hyde Park”‬ dəbdəbəli yaşayış kompleksi inşa edilib. Həmin kompleksdə olan ən ucuz mənzilin dəyəri 20 milyon funt sterlinqdən (29 milyon ABŞ dolları) başlayır. Mənzil sahibləri arasında Ukraynanın ən varlı adamı sayılan Rinat Axmetov, Qazaxıstanın Prezidenti Nursultan Nazarbayev, ərəb şeyxləri və tanınmış iş adamlarının adlarına rast gəlmək olar. Sahiblər arasında diqqətimi çəkən isə Azərbaycan büdcəsini dədə malı kimi talayan Ziya Məmmədovun oliqarx oğlu ‎Anar Məmmədov‬ oldu”. “AzPolitika”nın məlumatına görə, bunları tanınmış vəkil Aslan İsmayılov özünün Feysbuk səhifəsində yazıb. Vəkil deyir ki, Anar Məmmədovun adı həmin siyahıda görkəmli sahiblər arasında xüsusi yer tutur. “Yəni ölkəyə gələn milyardlarla pulu mənimsədikdən sonra vətəndaşlarımızı borc burulğanına salan hakimiyyət nümayəndələrinin bundan xəbəri yoxdur?! Nə üçün Azərbaycan vətəndaşları ziyaların, anarların oğurladıqları pulların bədəlini ödəməlidir və bu azmış kimi hələ gələcək nəsillər indi götürüləcək kreditlərə cavabdeh olmalıdırlar?! Heç olmasa vicdanları ola oğurladıqlarının az bir qismini qaytarıb gələcək nəsli borclandırmayalar. Ancaq bir şeyə əminəm, bu günə qədər haramı sona qədər rahat yeyən görməmişəm!” Vəkil sonda araşdırmaçı jurnalistlərdən bu məsələ ilə bağlı araşdırma aparmağı xahiş edir: “Anar Məmmədovun həmin kompleksdə hansı dəyərdə, neçə mənzilə sahib olduğunu ictimailəşdirsinlər. Xalq onu bu günə salanları tanımalıdır!”  

30 Yanvar 2016 11:16

“Ver sayta, mən də onun anasını ağladım”… – Ağdamın icra başçısından şok sözlər…

1454063761_0001

Xəbər verdiyimiz kimi, Ağdam rayon Qeydiyyat Şöbəsinin rəisi Zöhrab Zeynalovun Ağdam rayonundan məcburi köçkün olan vətəndaşdan övladına doğum haqqında şəhadətnamə almaq üçün 50 manat rüşvət alması ilə bağlı əməkdaşımız tərəfindən lentə alınaraq həmin video görüntüdən götürülən foto şəkillər tərəfimizdən ictimailəşdirildi. Qeyd edək ki, Z.Zeynalovun rüşvət almasını və xoruz döyüşdürməsini əks etdirən video çəkiliş hazırda texniki səbəblərdən hazır olmadığı üçün onu sabah yerləşdirməyi məqsədəuyğun bildik. Bu gün isə bəhs etdiyimiz mövzu ilə əlaqədar olaraq əməkdaşımız tərəfindən telefon vasitəsilə münasibət öyrəndiyimiz Ağdam RİH-nin başçısı Raqub Məmmədovun fikrirlərini video roliklə diqqətinizə çatdırırıq. Yəqin ki, ölkə rəhbərliyi adi bir etik davranış qaydalarını bilməyən, belə demək mümkünsə “ağzının danışığını bilməyən” bu şəxslə yollarını ayıracaqdır. Çünki bu rüsvayçılıqdır. Bir rayonun icra hakimiyyətinin başçısı tabeçiliyindəki dövlət məmurunun ünvanına “onun anasını ağladacam, onu mələdəcəm” kimi ifadələr işlətməsi hesab edirik ki, Cənab Prezidentimiz İlham Əliyev siyasətinə zidd olmaqla, bu hakimiyyətdə təmsil olunması sadəcə utanc duyucu bir faktdır. Yəqin ki, Ağdamda geninə-boyuna hər kəsin yanında adından istifadə etdiyi və arxasında dayandığını iddia etdiyi PA rəsmisi Zeynal Nağdəliyev də belə bir dostunun olmasından dediyi ifadələrlə fəxr etməyəcəkdir. (azer.press) https://youtu.be/hItNuYS5_kI

29 Yanvar 2016 6:21

AŞPA Ermənistanın işğalçı kimi tanınmasını nəzərdə tutan layihəni qəbul etmədi – Yenilənib

etm

AŞPA-nın Siyasi məsələlər komitəsinin keçmiş məruzəçisi, britaniyalı parlamentar Robert Valterin hazırladığı “Dağlıq Qarabağ və Azərbaycanın işğal olunmuş digər ərazilərində zorakılıq hallarının artması” adlı hesabat qəbul olunmayıb Avropa Şurası Parlament Assambleyasının sessiyasında Militsa Markoviçin “Azərbaycanın sərhədyanı rayonlarının sakinlərinin qəsdlə içməli sudan məhrum edilməsi” adlı məruzəsi qəbul edilib. PİA.AZ APA-ya istinadən xəbər verir ki, məruzə üzrə əlavə və dəyişikliklər müzakirə olunaraq səsə qoyulub. Məruzəyə ümumilikdə 21 əlavə və dəyişiklik təklif olunub. Əlavə və dəyişikliklərin çoxu ermənilər tərəfindən təklif edilib. Erməni tərəfi hər cür vasitələrlə məruzənin məzmununu dəyişdirərək, sənədi öz xeyirlərinə yumşaltmağa çalışıblar. Ancaq onların təklif etdikləri əlavə və dəyişikliklər keçməyib. Sona yaxın Ermənistan nümayəndə heyətinin üzvü Armen Rustamyan hesabatın yenidən komitəyə qaytarılmasını təklif etsə də, nə komitə, nə də məruzəçi bu təklifi qəbul edib. Erməni tərəf hətta məruzənin hesabatın adını da dəyişməyə cəhd edib, amma bu cəhd də uğursuzluqla nəticələnib. Sonda məruzə səsə qoyulub, 98 deputat lehinə, 71 deputat əleyhinə olmaqla qəbul edilib. *** Bu gün Avropa Şurası Parlament Assambleyasının plenar iclasında Azərbaycanla bağlı iki hesabatın müzakirəsinə başlanıb. PİA.AZ saytı APA-ya istinadla xəbər verir ki, sənədlərdən biri AŞPA-nın Siyasi məsələlər komitəsi tərəfindən britaniyalı parlamentar Robert Valterin hazırladığı “Dağlıq Qarabağ və Azərbaycanın işğal olunmuş digər ərazilərində zorakılıq hallarının artması”, digəri isə Sosial məsələlər komitəsi adından Bosniya və Herseqovinadan olanı parlamentar Militsa Markoviçin hazırladığı “Azərbaycanın sərhədyanı rayonlarının sakinlərinin qəsdən içməli sudan məhrum edilməsi” adlı hesabatlardır. Məruzəçi Robert Valterin deputat mandatının vaxtı bitdiyindən, o, hazırda assambleyada təmsil olunmur və hesabatı prosedura uyğun olaraq komitənin sədri, Sosialist qrupunun üzvü, danimarkalı Mogen Yensen təqdim edib. Erməni tərəfi bu hesabatın təsdiqlənməsinə müqavimət göstərir və sənədin baxılması üçün yenidən komitəyə qaytarılmasını istəyir. Onların əsas arqumentləri məruzəçi R.Valterin assambleyada olmaması, hesabatı hazırlayarkən onun Ermənistan və Dağlıq Qarabağa səfər etməməsi və sənədin bir tərəfin mövqeyini əks etdirməsidir. Eyni zamanda, ermənilər və onların assambleyadakı tərəfdarları ATƏT-in Minsk Qrupunun bu yaxınlarda verdikləri bəyanatı xatırladaraq hesabatın assambleyada müzakirə edilməsinə öz etirazlarını bildiriblər. Sonra xanım Militsa Markoviç “Azərbaycanın sərhədyanı rayonlarının sakinlərinin qəsdən içməli sudan məhrum edilməsi” adlı məruzəsini təqdim edib. Hər iki məruzəçi ilk olaraq bu sənədlərin erməni tərəfinin etirazlarına baxmayaraq, komitələrdə qəbul olunduğunu söyləyiblər. M.Markoviç çıxışında deyib ki, 2014-cü ildə hesabatı hazırlayanda Ermənistana və Sərsəng su anbarı yerləşən bölgəyə səfər etmək istəyib, lakin erməni tərəfi onun bu səfərinin reallaşmasına əngəl yaradıb: “Onlar bu və ya digər bəhanələr gətirərək məni qəbul etməkdən imtina edirdilər. Bundan başqa, məndən Dağlıq Qarabağın hökumət nümayəndələrinə müraciət etməyimi istəyirdilər. Yəni, heç cür məni əraziyə buraxmaq istəmirdilər”. Daha sonra hər iki hesabat ətrafında müzakirələr başlayıb. İspaniyalı deputat Yordi Çukla hər iki hesabatın qəbul edilməsinə çağırıb. O, AŞPA məruzəçilərinin Ermənistana və Dağlıq Qarabağa buraxılmamasının yolverilməz olduğunu vurğulayıb: “Biz burada Dağlıq Qarabağın öz müqəddəratını təyin etməsi ilə bağlı danışmırıq. Burada spesifik mövzu barədə, şiddətin artması mövzusundan, onun siyasi, sosial nəticələrindən danışırıq. Bu müzakirədə əsas mövzu orada yaşayan insanların sudan məhrum edilməsidir. Bəzən suyun Afrikada, Orta Asiyada müharibə səbəbi olmasından danışırıq. Şəxsən deməliyəm ki, Minsk Qrupunun məktubunu alanda çox təəccübləndim. Bu məktubun zarafat və ya saxta bir məktub olduğunu fikirləşdim. Bu, AŞPA-nın çalışmalarını nəzərə almayan bir məktubdur”. Bəzi deputatlar isə hesabatların qəbulunun əleyhinə çıxıblar. Bunlar əsasən sol qrupların üzvləridir. Deputatların çıxışlarından sonra söz alan məruzəçi Militsa Markoviç ermənilərin arqumentlərinə cavab verərək, onların hesabatda "Dağlıq Qarabağın işğal edilməsi" termininə etirazlarının əsassız olduğunu bildirib və Azərbaycan ərazilərinin işğal edilməsi faktı ilə bağlı AŞPA tərəfindən qətnamə qəbul olunduğunu deyib. AŞPA-nın Siyasi məsələlər komitəsinin keçmiş məruzəçisi, britaniyalı parlamentar Robert Valterin hazırladığı “Dağlıq Qarabağ və Azərbaycanın işğal olunmuş digər ərazilərində zorakılıq hallarının artması” adlı hesabat qəbul olunmayıb. Bu gün AŞPA-nın plenar iclasında keçirilən müzakirənin sonunda hesabat tam şəkildə səsə qoyulub. Lehinə 66, əleyhinə 70 nəfər olmaqla, sənəd keçməyib

26 Yanvar 2016 4:03

Azərbaycanlı girovların işi ilə bağlı Putinə müraciət ediləcək

126601_res_01

“Ümumrusiya Azərbaycanlıları Konqresi (ÜAK) 2014-cü ilin iyul ayında Kəlbəcərdə Ermənistan hərbçiləri tərəfindən girov götürülən Rusiya vətəndaşı olan soydaşımız Dilqəm Əsgərov və onun həmyerlisi Şahbaz Quliyevlə bağlı yanvarın 25 və ya 26-da Rusiya prezidenti Vladimir Putinə müraciət ünvanlayacaq”. Bu barədə modern.az-a açıqlamasında ÜAK-ın icraçı direktoru İlqar Hacıyev deyib. O qeyd edib ki, bununla bağlı qurumun daxili toplantısında qərar verilib. “Konqresin daxili görüşü keçirildi və qərara gəlindi ki, girovların azadlığa buraxılması üçün müraciətimizi yeniləyək. Gələn həftənin 1 və ya 2-ci gününə qədər gözləyəcəyik. Bizim əvvəlki müraciətimizə o vaxta qədər cavab verilməsə, biz yenidən Rusiyada yaşayan azərbaycanlıların adından dövlət başçısına müraciət ünvanlayacayıq”. Qeyd edək ki, girovların azad edilməsi üçün indiyədək bir neçə dəfə Azərbaycandan Rusiya tərəfinə müraciət ünvanlanıb. Dilqəm Əsgərov və Şahbaz Quliyev 2014-cü ilin iyul ayında Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal edilmiş bölgəsinə - öz doğma torpaqlarına səfər edərkən Kəlbəcər rayonu ərazisində Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülüb. Onlarla birgə getmiş digər azərbaycanlı Həsən Həsənov isə qətlə yetirildikdən sonra meyiti Azərbaycana qaytarılıb. İşğal altındakı Dağlıq Qarabağda D.Əsgərov və Ş.Quliyev üzərində “məhkəmə” qurublar. “Məhkəmə”nin qərarı ilə D.Əsgərov ömürlük, Ş.Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum olunub.

22 Yanvar 2016 5:33

Əli Abbasov ən yaxın adamını şantajda günahlandırdı -Narahat deyilsə, niyə…

  Sabiq nazir hələ İqtisad Universitetindən birgə işlədikləri işçisi haqda danışdı: “Vidadi Zeynalovdan belə bir şey gözləmirdim” Ötən ilin oktyabr ayının 17-də milli təhlükəsizlik naziri Eldar Mahmudovun işdən çıxarılmasından sonra paralel olaraq Rabitə və Yüksək Texnologiyalar Nazirliyində (RYTN) də həbslər həyata keçirildi. Nazirliyin yüksək rütbəli əməkdaşları, o cümlədən aparat rəhbəri Vidadi Zeynalov, Beynəlxalq Əlaqələr və Hesablaşmalar Mərkəzinin direktoru Cəlil Cəfərov, “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin baş direktoru Beytulla Hüseynov və digərləri həbs olundular.Hələ o zaman nazir vəzifəsində işləyən Əli Abbasovun israrla həbs edilənləri müdafiə etməsinə baxmayaraq, tezliklə saxlanılanların çevrəsi daha da genişləndi. İlkin araşdırmalar göstərdi ki, RYTN-də rüşvətxorluq, korrupsiya, dövlət əmlakının mənimsənilməsi geniş vüsət alıbmış.Noyabrın 12-də dövlət başçısının sərəncamına əsasən, YAP Siyasi Şurasının üzvü olan Əli Abbasov da vəzifəsindən kənarlaşdırıldı. Artıq bir neçə aydır ki, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi, eləcə də Vergilər Nazirliyi RYTN-də yoxlamalar aparır. Aşkarlanmış korrupsiya faktları ilə bağlı Baş Prokurorluqda bir neçə cinayət işi başlanıb. Prezident İlham Əliyev yanvarın 10-da Nazirlər Kabinetinin toplantısında RYTN-də baş verən korrupsiya faktlarından danışıb. Dövlət başçısı deyib ki, yoxlamalar göstərib ki, burada böyük cinayətdən söhbət gedir: “İndi prokurorluq ciddi məşğuldur. Bir malın qiyməti bir neçə dəfə şişirdilir - 3 dəfə, 4 dəfə. Bu, cinayətdir, vicdansızlıqdır, dövlətə xəyanətdir”. Prezidentin bu mövqeyindən sonra sabiq nazirin tezliklə həbs edilə biləcəyi barədə xəbərlər yayılmışdı.  Əli Abbasov ötən gün unikal.org. saytına qısa müsahibə verib. Müsahibəni təqdim edirik.   - Əli müəllim, salam, necəsiz? Hazırda hardasınız? - Hazırda şəhərdəki evimdəyəm, istirahət edirəm. - Məlum olaylarla bağlı istintaqa ifadə vermisiz, ümumiyyətlə, bununla bağlı istintaq orqanlarına gedib-gəlirsizmi? - Heç yerə getməmişəm. Evdə oturmuşam. İstintaqa da çağırılmamışam. - Belə çıxır ki, cinayət törədənlər tutulan şəxslər olub... - Verdiyiniz qiymətə və ədalətli mövqeyinizə görə çox sağ olun. - Nazirliyin keçmiş aparat rəhbəri Vidadi Zeynalov deyib ki, oranın naziri mən deyiləm ki, bütün məsuliyyət mənim üzərimdə olsun. Bu barədə nə deyə bilərsiniz? - Mən çox təəssüf edirəm ki, Vidadi Zeynalov belə bir fikir səsləndirib. Ondan belə bir şey gözləmirdim. Bu, əslində şantajdır. Qeyd edək ki, V.Zeynalovla Ə. Abbasov hələ İqtisad Universitetində bir yerdə işləyiblər.Belə ki, Əli Abbasov İqtisad Universitetinin rektoru olanda  prorektor vəzifəsini Vidadi Zeynalov tutub. Əli Abbasov nazir  getdikdən sonra o da aparat rəhbəri postuna yerləşib. Əli Abbasov müsahibəsində ürəkli görünməyə çalışsa da, V.Zeynalovu şantajda ittiham etməsi onun narahatlığından xəbər verir.(musavat.com)

22 Yanvar 2016 10:55

Deputat 700 min pulunun oğurlanmasından danışdı…

64590

Bir təhsil müəssisəsində 700 min manat necə ola bilər? Məgər kassirəm? Tamamilə yalan məlumat yayıblar. Özü də otağım elə bir mərtəbədə yerləşir ki, oğrunun ora daxil olması qeyri-mümkündür. Bu sözləri deputat, Odlar Yurdu Universitetinin rəhbəri və İdarəetmə Şurasının üzvü Əhməd Vəliyev iş otağındakı seyfindən 700 min manat oğurlanması xəbərindən danışarkən deyib. Ə.Vəliyev il ərzində toplanan təhsil haqlarının ancaq 700 min manatı keçə bildiyini qeyd edib: “İndiki iqtisadi vəziyyətdə ali məktəbdə bu qədər pul olması mümkün deyil. Bu saat banklardan kredit götürüb maaşları ödəyirik. Tələbələrin cəmi 20-30 faizi təhsil haqlarını ödəyə bilib. Nə zavodumuz, nə fabrikimiz var. Belə vəziyyətdə universitetdə 700 min manat nə gəzir? Hətta belə bir oğurluq faktı olsa belə, bu cinayəti edən yaşaya bilməz. Çünki banklardan kredit götürüb maaşları veririk, tələbələr təhsil haqqını ödəyə bilmir və o pulu yemək olmaz. Tələbələri də başa düşürəm.Valideynlərlə də görüşüm olub və təhsil haqlarının artırılmayacağını demişəm. Eyni zamanda, müəllimləri də ixtisar etməmişik. Bu gün yaranan iqtisadi şəraitdə müəllimi ixtisar etmək onu öldürməkdir”.Deputat bildirib ki, seyfindən pul oğurlanması xəbərini yayanlar onu sevməyənlər ola bilər: “Dünyanın heç bir dövlətində mətbuat bu xəbərləri dəqiqləşdirmədən yaymır. Kimisə sevməmək olar, amma bir təhsil müəssisəsini nüfuzdan salmaq doğru deyil.Bu universitet tələbələrin, valideynlərindir. Rəhmətlik Heydər Əliyevin xeyir-duası ilə bu ali məktəbi təsis etmişəm və indi 70 yaşımda da işləyirəm, təhsil üçün hamballıq edirəm”.Qeyd edək ki, “Criminal.az” saytı Ə.Vəliyevin seyfindən 700 min oğurlandığını və 12 gündür cinayəti edənlərin tapılmadığını yazıb. Nərimanov rayon Polis İdarəsindən bildirilib ki, saxlanılan yoxdur. (Axar.az)

21 Yanvar 2016 12:17

Oqtay Əsədov: “Camaat üçün ağlayanda bir az da banklar üçün ağlayaq”

126087_res_01

Milli Məclisin növbədənkənar iclasında iqtisadi qanunvericiliyə dəyişikliklərin müzakirəsi zamanı deputatlar tərəfindən bir sıra irad və təkliflər səsləndirilib. APA-nın məlumatına görə, Fazil Mustafa bildirib ki, prezidentin son çıxışına qədər xalqda problemlərin həllinə inam yox idi, çıxışdan sonra isə xalqda inam yaranıb... Əli Məsimli isə ölkə başçısının müşavirəsindən sonra hazırladığı təklifləri açıqlayıb: “Hazırda 14 təklifim var. Təxirəsalınmaz proqramlar, orta müddətli proqramlar hazırlamaq üçün bu təkliflər çox önəmlidir. Təqdim etməyə hazıram. Beş min dollara qədər olan vəsaitlərin kompensasiyasını aparmaq, digərlərini isə başqa formatda mexanizm təqdim etməklə yumşaltmaq olar. Çünki 10 min dollara qədər krediti olan şəxs devalvasiyadan sonra bu məbləğin 2-3 qat artığını qaytarmalıdır, bu isə mümkün olmayacaq. Odur ki, ortaq addımların atılması vacibdir”. Milli Məclisin sədri Oqtay Əsədov isə xatırladıb ki, komitənin toplantısında kiçik kreditlər məsələsi qaldırılıb: “Lakin bunların hamısını birdən həll etmək olmaz. Gəlin, qanunları qəbul edək, banklar normal işləsin. Kredit məsələsinə yenidən baxmaq olar”. Fəzail Ağamalı çıxışında ölkədə dollarla kredit verilməsini tənqid edib: “Bu gün xalq soruşur ki, kreditlər niyə milli manatla deyil, dollarla verilir? Bu, birbaşa Konstitusiya pozuntusudur”. F. Ağamalının sözlərinə görə, kreditlər, xüsusilə də istehlak kreditləri dollarla verilə bilməz: “Bunu edənlər həm İnzibati Xətalar Məcəlləsi, həm də Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cəzalandırılmalıdır. Hətta bununla bağlı İnzibati Xətalar Məcəlləsinə yeni müddəa əlavə edilməlidir”. Sədr Oqtay Əsədov isə cavabında deyib ki, heç kimə məcburən dollarla kredit verilmir: “Heç kim məcbur edilmir ki, dollarla kredit götürsün. Dollarla kredit ona görə verilir ki, sahibkarlar xarici partnyorları ilə münasibətlərində bundan istifadə edə bilsinlər. Camaat üçün ağlayanda, bir az da banklar üçün ağlayaq”.

19 Yanvar 2016 2:32

Daha bir deputatın adı “MTN qalmaqalı”nda – Hacı Salayev kimin adamı olub?

1453112078_0001

Daha bir deputatın adı "MTN qalmaqalı"nda Eldar Mahmudovun hakimiyyətdəki dəstəsi "deşifrə" olunduqdan sonra bir sıra deputatların da adı gündəmə gəldi. Belə ki, biznesmen deputat kimi tanınan "AG Bank"ın Müşahidə Şurasının sədri Çingiz Əsədullayev mandatdan məhrum edildi. Onunla bağlı yayılan iddialar isə bir müddət ölkə gündəmini zəbt etdi. Məlumatlarda bildirilirdi ki, Mahmudovun Milli Məclisdəki adamları təkcə Əsədullayevlə kifayətlənmir, bu prosesin uzun müddət davam edəcəyi və başqa deputatların da hədəfə gəlməsi qaçılmaz olacaq. Arqument.Az-a daxil olan ilginc məlumata görə, adı "MTN işi" hallanan deputatlardan biri də Hacı Salayevdir: "Onun Eldar Mahmudovla yaxın əlaqələri olduğu müzakirə mövzusudur. Hazırda həbsdə olan Akif Çovdarovla isə ciddi bağlılığı olub. Hətta deputatın Çovdarov və bir müddət öncə təcridxanada intihar edən ləğv edilmiş MTN-nin Anti-terror Mərkəzinin rəis müavini İlqar Əliyevlə yaxınlığı çoxlarına bəllidir". Mənbə iddia edir ki, əslində, Əsədullayevlə eyni vaxtda Hacı Salayevin də mandatdan məhrum edilməsi gündəmdə olub, lakin hansısa çevrələr Salayevi qoruya bilib. Amma buna baxmayaraq, deputatla bağlı narazılıq və iddialar aktuallğını itirməyib. Onun Mahmudovun şəbəkəsi ilə əlaqələrinin olması hakimiyyətin yuxarı dairələrinin diqqətindədir: "Ola bilsin ki, istintaq zamanı çox şelər üzə çıxacaq və yaxın zamanlarda bu məsələ də gündəmə gələcək. Çünki deputatın əvvəllər MTN-də işləməsi və sonradan da Milli Məclisə mandat alması ciddi şübhələr yaradıb, onunla bağlı suallar doğurub". Qeyd edək ki, ötən ilin noyabr ayının 1-də Parlamentə keçirilmiş seçkilər zamanı Hacı Salayev 44 saylı Sumqayıt-Xızı seçki dairəsindən deputat seçilib. Məsələ ilə bağlı deputatla əlaqə saxlamaq cəhdlərimiz baş tutmadı. Mövzunu gündəmdə saxlayacağıq. Yazıdakı iddialarla bağlı adıçəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.

18 Yanvar 2016 6:35

Fakt

Bizi izləyin