ABŞ mətbuatından maraqlı iddia: Tramp prezident olmaya da bilər

abs

  Yalan, yaxud doğru olduğunu bilmirəm, ancaq onu bilirəm ki, ABŞ-da prezident seçkilərini Donald Trampın qazandığı xəbəri yayılan kimi, sosial şəbəkələr maraqlı bir məlumatla alt-üst oldu. İddia edilirdi ki, guya bəzi məmurlar Trampın bu qələbəsinin şərəfinə Bakıda böyük bir şadyanalıq keçiriblər. Məşhur restoranların birində toplanan “Trampsevərlər” ABŞ-ın yeni prezidentinin sağlığına o ki var, “vurublar”. Həmin ziyafətin hələ bir ay davam edəcəyi belə, yayılan xəbərlər arasındaydı. Bu gün ABŞ mətbuatında verilən bir məlumat isə, “Trampsevərlər”in kefinə soğan doğrayacaq. Nədən ki, xəbərə inansaq, şadyanalıq üçün çəkilən xərclər bata bilər. Yox, yox, ABŞ mətbuatı konkret olaraq, Bakıdakı ziyafətdən bəhs etməyib. Sadəcə, Trampın prezident seçilməmə ethtimalından yazıb. Strateq.az xəbər verib ki, bəzilərinin kefinə soğan doğrayacaq həmin ehtimalı ABŞ-ın nüfuzlu nəşrlərindən hesab olunan “Newsweek” irəli sürüb. Ehtimal iki əsas versiyaya əsaslanır. İlk versiyaya görə, “Trampsevərləri” sevincdən məhrum edəcək bu ehtimal ona səs verəcəyi güman olunan nümayəndələrin milyarderə arxa çevirməsi ilə baş tuta bilər. Bildirilir ki, ABŞ Konstitusiyasına əsasən, prezidenti birbaşa xalq seçmir. Seçicilər sadəcə öz nümayəndələrini müəyyənləşdirirlər. Həmin nümayəndələr isə namizədlərdən birinə səs verirlər. Hazırkı göstəricilərə görə, seçicilər respublikaçı nümayəndələrə bu səlahiyyəti veriblər. Amma nümayəndələr “sədaqət” sözlərini tutmayıb, Klintona da yönələ bilərlər. Hardasa, bir aydan sonra öz vəzifə borclarını yerinə yetirəcək nümayəndələrin bu addımı Klitonu da prezidentlik kürsüsündə oturda bilər. Maraqlıdır ki, namizədinə xəyanət etmək faktı ABŞ siyasət tarixində, nə az-nə çox, düz 157 dəfə yaşanıb, hətta 1836-cı ildə Virciniya əyalətinin 23 nümayəndəsi bir yerdə sözlərinə xilaf çıxıblar. Lakin namizədlər arasında fərq böyük olduğu üçün bu "xəyanət" əks tərəfin xeyrinə nəticələnməyib. Mümkündür ki, eyni proses yenə təkrarlansın və Trampın sevinci gözündə qalsın. Qeyd edək ki, son seçkinin nəticələrindəki fərq də o qədər də ciddi deyil. Düzdür, Tramp 290, Klinton isə 228 nümayəndəyə sahibdir, amma 21 nəfər respublikaçı namizədin yanından ayrılsa, onun prezident seçilmə ehtimalı da aradan qalxmış olacaq. Deməli, ABŞ-da tarixdə ilk dəfə təkrar seçkiyə getmək durumu da istisna deyil. Klintonun prezident olması üçünsə 32 nümayəndənin Donalda xəyanət etməsi lazımdır. İkinci ehtimal isə ABŞ seçkilərindəki rəsmi nəticələrin hələ də açıqlanmamış olmasıdır. İndiki nəticələr sadəcə, bütün media qurumlarının “Associated Press” xəbər agentliyinin məlumatlarına güvənərək, Trampın 270 baryerini keçib prezident seçildiyini barədə proqnozundan ibarətdir. Üstəlik, bir çox əyalətdə iki namizəd arasında fərq o qədər az ki, rəsmi nəticələr tamamilə fərqli ola bilər…

13 Noyabr 2016 9:53

Hacı Tahir Elmar Vəliyevə qarşı korrupsiya iddiası irəli sürməyə hazırlaşır

tramp-44

Hacı Tahir Elmar Vəliyevə qarşı korrupsiya iddiası irəli sürməyə hazırlaşır Gəncənin icra başçısı Elmar Vəliyevlə İmamzadə Türbəsinin axundu Hacı Tahir Abbaszadə arasında qalmaqal davam edir. Bir neçə gün əvvəl xural.com saytı Hacı Tahir Abbaszadəyə istinadən məlumat yaymışdı ki, Elmar Vəliyev İmamzadə Türbəsinə hücum təşkil edib. Məqsəd axundu həbs etdirmək olub. Hacı Tahir Abbaszadə isə şərlənəcəyi təqdirdə intihara əl atacağını deyib. Gununsesi.info isə məlumat yayıb ki, hazırda Gəncədən kənarda olan Hacı Tahir Abbaszadə Elmar Vəliyevə qarşı korrupsiya iddiası irəli sürəcək. Məlumatda qeyd olunur ki, illərdir icra başçısı tərəfindən sıxışdırılan, hətta son zamanlar həbs edilmə təhlükəsi ilə üzləşən Hacı Tahir Abbaszadə əks-hücuma hazırlaşır. Belə ki, o, dövlət büdcəsindən və Prezidentin Ehtiyyat Fondundan Gəncə İmamzadə Kompleksinin təmiri üçün ayrılan on milyonlarla vəsaitin talan olunduğu iddiası ilə bağlı hüquq-mühafizə orqanlarına şikayətlərdə bulunacaq. Onun əlində kompleksin tikintisi zamanı məsrəflərin şişirdilməsi, habelə, podratçı şirkətlərin pullarının verilməməsi, çoxmilyonluq korrupsiya halları barədə məlumatlar olduğu bildirilir. İmamzadə Kompeksinin yenidən qurulması prosesini Gəncə İcra Hakimiyyəti həyata keçirib. Qafaqaz Müsəlmanları İdarəsi bu prosedən ilk gündən kənarda qalıb. Hacı Tahir Abbaszadə isə saytı bildirib ki, səhhətində ciddi problem var və hazırda sistem altındadır: “Vəziyyətim yaxşı deyil. Bu, birinci hal deyil ki, baş verir. Bu qədər də olmaz. Mən özüm sizinlə əlaqə saxlayıb, danışacam”. Elmar Vəliyevin baş verənlərə münasibətini öyrənmək mümkün olmayıb. İcra başçısının telefonuna cavab verən köməkçisi onun məşğul olduğunu əsas gətirib.

12 Noyabr 2016 11:37

Rəfael Cəbrayılovun həyat yolundan ilginc faktlar: “cadugər…”, “atılmış pul” və baş prokurorla ziddiyyət

dollar-3

Son günlər deputat Rəfael Cəbrayılovla bağlı mediada ard-arda yazılar dərc olunur. Son olaraq sosial şəbəkədə növbəti ifşaedici kampaniya başlayıb. Ümumiyyətlə, biznesmen deputat kimi tanınan Rəfael Cəbrayılov xeyli vaxtdır medianın gündəmindədir. Onun tikinti şirkətinin payçıları aldatması barədə şikayətlər tirajlanır. Deputatın adına neçə dəfə səhifəlır açılıb, sildirib. Parlament seçkiləri bitər-bitməz adı ən çox qalmaqallarda hallanan deputat Rəfael Cəbrayılovdur. Şirvandan seçilən millət vəkili olan R.Cəbrayılov barəsində ittihamlar birbaşa müraciət sahibləri tərəfindən səslənir,deputatla bağlı ilginc məlumatlar daxil olub. R.Cəbrayılovun həyat yolu haqda tam bilgili olan mənbə onun hələ uşaqlıq və gənclik illərinə də nəzər salıb. Bununla bağlı ANAXEBER.AZ-a danışan mənbə bu şəxsin yeniyetmə dövrü haqda danışarkın indiki Şirvan, o zamankı Əlibayramlı şəhərində “cadugər Nazilə” kimi tanınan xanımın adını çəkmiş, bir İran vətəndaşını öldürərək 15 il həbs cəzası alan qohumdan danışmış, qarmonçu Aslanla qohumluq əlaqələrinə toxunmuşdur. Kifayət qədər şəxsi həyata bağlı olan bu məqamlar haqda daha ətraflı növbəti yazımızda bəhs edəcəyik. Mənbənin sözlərinə görə, R.Cəbrayılov prokurorluq sistemində Əli Ömərovun kadrı kimi tanınıb. Ə.Ömərovdan sonra pul hesabına prokurorluq sistemində yüksəlmək istəyən Cəbrayılov deyilənə görə bir akademikə Bakı şəhər rayonlarının birində prokuror olmaq üçün xeyli miqdarda rüşvət verib. Amma bu istək baş tutmayıb və R.Cəbrayılov Dəvəçi rayonuna prokuror köməkçisi təyin edilib. Mənbənin bildirdiyinə görə həmin dövrdə pulu batan Cəbrayılov xeyli adama borclu qalıb və bir müddət hamıdan gizlənib. Bunun ardınca R.Cəbrayılov Z.Qaralov tərəfindən Baş Prokurorluqdakı vəzifəsindən uzaqlaşdırılıb. Uzun müddət qovulmanın şokundan çıxa bilməyən Cəbrayılovun hər uğursuzluğunda baş prokuroru günahlandırıb. Eləcə də 2005-ci il parlament seçkilərində Şirvandan seçilə bilməməyin səbəbkarı olaraq da baş prokuroru görüb, hətta bir neçə yerdə hakimiyyətə qarşı narazılığını bildirib. Mənbənin iddiasına görə o vaxt R.Cəbrayılov 3 gün MTN-nin zirzəmisində saxlanılaraq “sakitləşdirilib”. Nəhəyət əvvəl Binəqədi, daha sonra isə Şirvan seçki dairəsindən mandat alan Cəbrayılovun sonrakı yüksəlişi də macəralarla dolu olub.

11 Noyabr 2016 12:47

Elşad Abdullayev Akif Çovdarovun oğluna cavab verdi

dollar-3

“Sənin atan qanlı banda başçısıdır – ictimai rəy budur... Bu, sizlərə məhkəmə deyil ki, satın alasız”   Sabiq ABU rektoru yeni adlar çəkdi ABU-nun sabiq rektoru, hazırda Fransada mühacir həyatı yaşayan Elşad Abdullayev Akif Çovdarovun oglu Ruslan Çovdarovun “Atama “qanlı general” deyilməsini qəbul etmirəm” başlıqlı müsahibəsinə etiraz edib.  “Yeni Müsavat”a yolladığı müraciətində E.Abdullayev bu müsahibəni təhli edərək, orada deyilənlərə münasibət bildirib. Musavat.com xəbər verir ki, E.Abdullayev müraciətində daha öncə A.Çovdarov barədə dəfələrlə prezidentə müraciətlər etdiyini xatırladıb: “Mən Akif Çovdarovun qılıncının dalı-qabagı kəsəndə, prezident fərmanına qədər Akif Çovdarovun qanlı banda başçısı olması haqqında prezidentə çoxsaylı şikayətlər yazmışam. Əgər mənim şikayətimə vaxtında baxılsa idi, bu qədər günahsız adamlar məkəmə məsuliyyətinə cəlb olunmazdı. Akif Çovdarov indi yox, Mahir kimiləri oğurlayıb bizdən quldurcasına külli miqdrada pul tələb edəndə fikirləşməliydi. Bizi şəxsi həbsxanasına gətizdirib təhdit edəndə fikirləşməliydi. Mən onunla ünsiyyətimə görə hesab edirəm ki, Akif Çovdarov qanlı banda başçısıdı – bu Azərbaycan xalqında formalaşmış bir ictimai rəydi, bunu dəyişmək olmaz. Bu sizlərə məhkəmə deyilki, satın alasız”. E.Abdullayev bildirib ki, “MTN işi” cinayətində əsas cinayətkar nazir müavini Hilal Əsədov olsa da, qurbanlıq keçi Akf Çovdarov olub. Sabiq ABU rektoru yazır ki, eyni ssenari “Qarabulaq işi”ndə də tətbiq olundu: “Onda da Hilal Əsədov kənarda qaldı Hacı Məmmədov qurbanlıq keçı kimi ömürlük həbs cəzasına məhkum olundu. Halbuki Hacı Məmmədov tələb edirdi ki, mənimlə yanaşı Hilal Əsədov da müttəhimlər kürsüsündə oturmalıdı. Hilal Əsədov ona görə həbs olunmur ki, cinayətin əsas rəhbəri hələlik prokurorluğun istintaqını, məhkəmələri yönəldə bilir.O dövrdə Nəsimi rayonu, 21-ci polis bölməsinin rəisi Əli Quliyevi həbs etdilər. Adlarını çəkdiyim digər şəxslər isə Daxili Işlər Nazirliyində oturduğuna görə onlar haqda heç bir tədbir görülmədi. Əli Quliyev Hacı Məmmədovun işində olmayan, başqa bir adam oğurluğuna – ”Qusar işi”nə görə 10 il iş aldı. Amma Nəsimi Rayon Polis Idarəsinin keçmiş rəisinin də bu işlərdə əli var”. Sabiq ABU rektoru eyni zamanda yazıb ki, M.Abdullayevin oğurlanması cinayətində KQB generalı Hilal Əsədovun, Akif Çovdarovun, Rəsul Rəsulovun, Teymur Quliyevin və mügənni Mətanət İsgəndərlinin izinə düşəndən sonra dövlət terroru ilə üz-üzə qalıb: “Adam oğurluğu cinayətlərində Hilal Əsədovun əməkdaşlarının – Akif Çovdarovun, Rəsul Rəsulov, Teymur Quliyev, Mövlam Şıxəliyev, Fkrət Əliyevin izinə düşəndən sonra həyatımın təhlükəsizliyini təmin etmək məqsədilə Fransaya mühacirət etdim.Nəsimi rayonu, 21-ci polis bölməsinin rəisi Əli Quliyev həmin vəzifəyə təyin ediənə qədər MTN İşi cinayətlərinin əsas fiqurantlarından biri olan general Hilal Əsədovun bilavasitə rəisi oldugu Bakı Şəhər Mütəşəkkil Cinayətkarlıga qarşı mübarizə Şöbəsinin (Banditizm Şöbəsinin) aktiv əməkdaşı olub. Bakı Şəhər Baş Polis İdarəsinin müavini Hilal Əsədovun təqdimatı ilə Əli Quliyev Nəsimi rayonu, 21-ci polis bölməsinin rəisi təyin edilib . Hilal Əsədovun rəhbərlik etdiyi Bakı ŞBPİ-in Banditizim İdarəsinin həmin dövrdə əməkdaşları Əli Quliyev, Fuad Abdullayev, Mirzə Həsənov olublar. Hilal Əsədovun rəhbərliyi ilə bir çox iş adamların oğurlanaraq qanunsuz gizli həbsxanalarda saxlanılıb, külli miqdarda pul alıb azad ediblər. Pul verməyənləri isə qətlə yetiriblər”. E.Abdullayev xatırladıb ki, məhkəmə Hilal Əsədovun işçisi Əli Quliyevi 22 adam oğurluğunda və qətlində mühakimə etmişdi. Onun yazdığına görə, Ə.Quliyev Bakı şəhərində şəxsi mənzili olmasına baxmayaraq adam oğurlayıb, onları gizlin saxlamaq məqsədilə şəhərin başqa yerdə kirayə gizlin həbsxana -mənzil saxlayıb: “Hamı bilirdi ki, bu dəstə zəngin iş adamlarını oğurlayıb, pul almaqla məşğul idilər. Hilal Əsədovun BŞPİ-in Banditizm Bölməsi 1995 -ci ildə OMON hadisələrindən sonra yaradılmışdı, başqa şöbələrə nisbətən sirr çıxmasın deyil əməkdaşları az idi.Biz MTN generalı Hilal Əsədovun Azərbaycanda adam oğurluğu ilə məşğul olan mütəşəkkil cinayətkar şəbəkəni Mahir Abdullayevin oğurlanması cinayətində ifşa etdik. Lakin bir hüquq professoru olaraq həyatım, özümün və ailəmin, qohum-əqrəbamın həyatı təhlükə altında qaldığı üçün Fransaya sığınmağa məcbur oldum. Akif Çovdarovun etdiyi bütün cinayətlərin təşkilatçısı Hilal Əsədov, Rəsul Rəsulov, Teymur Quliyev, Mövlam Şıxəliyev və Fikrət Əliyevdir”. Faktinfo.az

7 Noyabr 2016 11:56

“MTN işi” ilə bağlı daha bir dindirmə –“Şərurlu İsfəndiyar” ın istintaqa ifadəsi yayıldı

dollar-3

Bir müddət əvvəl ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrinə Nəzarət Baş İdarəsinin həbsdə olan rəisi Akif Çovdarov və digərlərinin cinayət işi üzrə şahid qismində ifadə verən şəxslər arasında iş adamı İsfəndiyar Axundovun da adı var. İş adamı, "Şərurlu İsfəndiyar" kimi tanınan İsfəndiyar Axundov ibtidai istintaq zamanı ifadəsində göstərib ki, iş adamı Quliyev Azər Cəlil oğlunu təxminən 2007-ci ildən tanıyır, sonuncu ilə ədavəti və düşmənçiliyi olmayıb. Quliyev Azər Cəlil oğlu "Azərtikinti ATF" MMC-nin direktoru olub. 22 may 2007-ci il tarixdə Azər Quliyevlə "Orxan" MMC-nin direktoru Əlizadə Alim Bəhro oğlu arasında birgə təsərrüfat fəaliyyəti haqqında müqavilə bağlanıb. Həmin müqaviləyə uyğun olaraq "Orxan" MMC Bakı şəhəri Telnov küçəsi 2347/48-ci məhəllədə çoxmərtəbəli binaların inşası üçün ayrılmış torpaq sahəsində olan tikintisi yarımçıq qalmış dörd ədəd 16 mərtəbəli binanın yerləşdiyi torpaq sahəsini və tikintiyə icazə verilməsi üçün nəzərdə tutulmuş bütün sənədləri qaydasına salmalı, "Azərtikinti ATF" MMC isə həmin yarımçıq binaların tikintisini tamamlayaraq təhvil verməli və bundan sonra əldə olunmuş mənfəət iki şirkət arasında bölünməli idi. Müqaviləyə əsasən, “Azərtikinti ATF” MMC-nin tikilmiş binada mənzil satmaq səlahiyyəti olmayıb. Buna baxmayaraq, “Azərtikinti ATF” MMC-nin direktoru Azər Quliyev "Orxan” MMC-nin məlumatı olmadan binanın tikilməmiş mənzillərini satıb. Azər Quliyev binada tikilməmiş eyni mənzilləri bir neçə nəfərə satıb. Bundan başqa, Azər Quliyev Bakı şəhərində "Babək-94" MTK-da da podratçı kimi bina tikintisi ilə məşğul olub. Həmin MTK-da da eyni qaydada mənzilləri bir neçə nəfərə satıb. Həmin faktlara görə zərərçəkmiş şəxslərin şikayəti əsasında DİN-də araşdırma aparılıb və cinayət işi başlanıb. İfadədə bildirilir ki, "Orxan" MMC tərəfindən müqavilədə nəzərdə tutulmuş öhdəliklər tam yerinə yetirildikdən sonra "Azərtikinti ATF" MMC tərəfindən həmin binalarda tikinti işlərinə başlanılıb. Müqaviləyə əsasən, “Azərtikinti ATF” MMC-nin tikilmiş binada mənzil satmaq səlahiyyəti olmayıb. Buna baxmayaraq, “Azərtikinti ATF” MMC-nin direktoru Azər Quliyev "Orxan” MMC-nin məlumatı olmadan binanın tikilməmiş mənzillərini satıb. Azər Quliyev binada tikilməmiş eyni mənzilləri bir neçə nəfərə satıb. Bundan başqa, Azər Quliyev Bakı şəhərində "Babək-94" MTK-da da podratçı kimi bina tikintisi ilə məşğul olub. Həmin MTK-da da eyni qaydada mənzilləri bir neçə nəfərə satıb. Həmin faktlara görə zərərçəkmiş şəxslərin şikayəti əsasında DİN-də araşdırma aparılıb və cinayət işi başlanıb. Həmin cinayət işinin istintaq zamanı Azər Quliyevin "Orxan" MMC-nin Bakı şəhəri Telnov küçəsi 2347/48-ci məhəllədə yerləşən tikintisi başa çatmamış binalarda yerləşən, tikilməmiş mənzilləri ayrı-ayrı şəxslərə satması faktları aşkara çıxıb. Bundan sonra həmin faktlara görə də istintaq orqanı tərəfindən araşdırmalar aparılıb. Təxminən 2008-ci ilin əvvəllərində "Orxan" MMC təsisçisi olduğu "Şaiq" MTK-ya qoşulub. Bundan sonra Azər Quliyevin qanunsuz olaraq vətəndaşlara satdığı mənzillərdən əldə etdiyi vəsait sonuncunun əvəzindən zərərçəkmiş şəxslərə ödənilib. Hətta tərəfindən ödənilmiş vəsait Azər Quliyevin binanın tikintisinə sərf etdiyi vəsaitdən təxminən 800.000 manat artıq olub. Bundan sonra binanın tikintisinə dair Azər Quliyevlə bağlanmış müqavilə ləğv edilib və Azər Quliyev tikintidən uzaqlaşdırılıb. "Şaiq" MTK tərəfindən həmin binalarda tikinti işləri davam etdirilərək tikinti başa çatdırılıb, Azər Quliyevin isə barəsində istintaq olunan cinayət işi üzrə barəsində həbs qətimkan tədbiri seçilib. Azər Quliyev barəsində cinayət işi üzrə istintaq başa çatdırıldıqdan sonra iş Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Məhkəmə Azər Quliyev törətmiş olduğu əməllərə görə təqsirli bilərək 10 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edib. "Orxan" MTK deyil, MMC olub. Həmin cəmiyyətin Milli Təhlükəsizlik Nazirliyinə heç bir aidiyyəti olmayıb. MMC Naxçıvan MR-da yaradılmaqla orada Ədliyyə Nazirliyində 21.11.2003-cü ildə qeydiyyatdan keçib. Cəmiyyətin təsisçisi Şərur rayonu Düdəngə kənd sakini İbrahimov Asəf Səfəralı oğlu olub. Cəmiyyətin başqa təsisçisi olmayıb, icraçı direktor isə Əlizadə Alim Bəhro oğlu təyin edilib. İ. Axundov bildirib ki, “Şaiq” MTK və “Orxan” MMC-nin MTN ilə heç bir əlaqəsi olmayıb. Həmin bina MTN-nin sifarişi ilə tikilməyib. Həmin binanın sifarişçisi “Orxan” MMC, podratçısı isə “Azərtikinti ATF” MMC olub. Azər Quliyev həmin tikintidə təxminən 1.300.000 manatlıq iş görüb. Həmin tikintinin Quliyev Azər Cəlil oğluna verəcəyi hansısa bir borcu yoxdur. Əksinə o, əlavə 800.000 manatlıq mənzili zərərçəkmiş şəxslərə verib. Faktinfo.az

7 Noyabr 2016 10:53

Taleh Ziyadov qara bazarda dollar alveri edir

1

Baş direktor Limanı əsasən Audit Xidmətinin rəisi Məftun Abbasova aid olan “Alternativ Group” şirkəti və Taleh Ziyadovun müşaviri Şahin Yusifova aid olan “Trans Kaspian Maintens” və “Trans Caspian HİT” şirkətəlri vasitəsi ilə talan edir   Taleh Ziyadov Limanın baş mühasibi Rafiq Rəfiyev vasitəsi ilə qara bazarda dollar alveri ilə də məşğul olur və hər gün qara bazarda külli miqdarda dollar satdırır. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı QSC-nin baş direktoru Taleh Ziyadov və onun əlaltılarının qanunsuz əməlləri ilə bağlı məlumatlar daxil olmaqda davam edir. Limandan daxil olan məlumata görə Taleh Ziyadov son zamanlar mətbuatda haqqında səsələndirilən korrupsiya və dövlət vəsaitlərini talan etməsi faktlarından ciddi narahat olsa da, talanını davam etdirməkdədir. Son bir ildə Limandan böyük pulların mənimsənildiyini qeyd edən mənbənin bildirdiyinə görə Taleh Ziyadov bu talanı Audit Xidmətinin rəisi Məftun Abbasova aid olan “Alternativ Group” şirkəti və Taleh Ziyadovun müşaviri Şahin Yusifova aid olan “Trans Kaspian Maintens” və “Trans Caspian HİT” şirkətəlri vasitəsi ilə həyata keçirir.  BUNU DA OXUYUN: Bakı Beynəlxalq Dəniz Ticarət Limanının baş direktorunun böyük korrupsiyası - Sənədlərdə Qeyd edək ki, Məftun Abbasov Gülən şəbəkəsi tərəfindən Bakı Beynəlxalq Dəniz Ticarət Limanına transfer olunmamışdan əvvəl Baş Prokurorluq yanıda Korrupsiyaya qarşı Mübarizə İdarəsində Xüsusi İşlər üzrə müstəntiq vəzifəsində çalışıb və iddilara görə o, Baş Prokurorluqda da çalışırkən də FETÖ terror təşkilatına qulluq edib və orda göstərdiyi xidmətlər hesabına Gülən şəbəkəsində önəmli fiqura çevrilib. Taleh Ziyadovun müşaviri Şahin Yusifova gəlincə isə bu şəxsin də FETÖ terror şəbəkəsində yer aldığı qeyd olunur. Qəribədir ki, Taleh Ziyadov 4 müşavirlə çalışır və bu müşavirlərin Liman üçün konkret olaraq hansı işlərlə məşğul olduqları belə məlum deyil.Məlum olan odur ki, bu müşavirlər əsasən Taleh Ziyadova Limanı talan etmək üçün çalışırlar. Misal üçün Şihin Yusifovun tabeçiliyində 3 mühasib çalışır. Bu mühasiblərin işi Limana daxil olan pulları “Trans Kaspian Maintens” və “Trans Caspian HİT” şirkətəlrinin hesabına transfer etmək və sonradan müxtəlif xidmətlər adı altında həmin pulları nəqdləşdirərək mənimsəməkdən ibarətdir.  BUNU DA OXUYUN: Bakı Beynəlxalq Dəniz Ticarət Limanının baş direktorunun böyük korrupsiyası sənədlərdə - II yazı Mənbə qeyd edir ki, əgər Hesablama Palatası və yaxud da Baş Prokurorluq yanıda Korrupsiyaya qarşı Mübarizə İdarəsi Limanda araşdırmalara başlasalar çox böyük yeyinti və mənimsəmə faktları ilə üzləşəcəklər. Və hal-hazırda Baş Prokurorluq yanıda Korrupsiyaya qarşı Mübarizə İdarəsinin mətbuatda yazılan faktları araşdırmaması da, liman işçiləri arasında təəccüblə qarşılanır. Mənbə qeyld edir ki, Liman işçiləri ona görə Baş Prokurorluq yanıda Korrupsiyaya qarşı Mübarizə İdarəsinə deyil, mətbuata üz tuturlar ki, onların adlarının Taleh Ziyadova verilməsindən qorxurlar. Bu halda Liman işçiləri Taleh Ziyadovun onlara qarşı hər cür repressiv hərəkətlərə əl atacağından qorxurlar. Qeyd edək ki, Məftun Abbasovun daha əvvəllər Baş Prokurorluq yanıda Korrupsiyaya qarşı Mübarizə İdarəsində Xüsusi İşlər üzrə müstəntiq işlədiyini nəzərə alarsaq, onda Liman işçilərinini qorxularını başa düşmək olar.  Taleh Ziyadov Limanın baş mühasibi Rafiq Rəfiyev vasitəsi ilə qara bazarda dollar alveri ilə də məşğul olur. Mənbə bildirir ki, bir qayda olaraq Limanının gündəlik ödəmələri dollarla həyata keçirilir. Əldə olunan vəsaitlər Mərkəzi Bankın kursu ilə manatla kassaya mədaxil edilir. Dollar isə qara bazara çıxarılaraq baha qiymətə satılır və ortada olan fərq mənimsənilir. Mənbə qeyd edir ki, bunun üçün Rafiq Rəfiyevin əlinin altında beş-altı adam çalışır. Onlar dolları Rafiq Rəfiyevdən alır, qara bazarda sataraq yenidən manatla Rafiq Rəfiyevə qaytarırlar.  BUNU DA OXUYUN: Taleh Ziyadovun korrupsiya ortaqlarından biri - Rafiq Rəfiyev kimdir? Qeyd edək ki, Anaxeber.az qeyd edir ki,bütün bu işlərdən Taleh Ziyadovun birbaşa xəbəri var və Limanda fəaliyyət göstərən böyük korrupsiya “çətəsi” talanlarını birbaşa Limanın baş direktornun rəhbərliyi  altında həyata keçirir. Taleh Ziyadovun məlumatı xariciqdə talançı “çətə” heç bir addım atmır. Buna görə də Limandı uzun müddət çalışan işçilər baş verən talana görə birbaşa Taleh Ziyadovun məsuliyyət daşıdığını vurğulayaraq, hüquq-mühafizə orqanlarından öz vəzifələrini yerinə yetirməyi istəyirlər. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. Faktinfo.az

4 Noyabr 2016 12:01

“Qalmaqallar kralı” Cəbrayılovun şübhəli keçmişi

1

Deputatın MTN əlaqələri, dələduzluqla bağlı qalmaqallar və 3 milyon manatlıq mandat…   Rəfael Cəbrayılovla bağlı son dövrlərdə üç хoşagəlməz хəbər yayılıb. Hər üçündə də deputat və qardaşı başqalarının pulunu mənimsəməkdə ittiham olunur. V çağırış Azərbaycan Respublikası Milli Məclisinə seçkilərininin bir ili yaxınlaşır. Ötən bir il ərzində parlament üzvlərinin və ümumiyyətlə ilk dəfə deputat seçilən şəxslərin fəaliyyəti ilə bağlı mətbuatda yazılar yayımlanmaqdadır. Bəzi deputatlar açıqlamaları, müsahibləri ilə gündəmə gəlsələr də, mətbuata ümumiyyətlə çıxışı olmayan, haqqında barmaqla sayılacaq qədər az yazı çıxan millət vəkilləri də var. Belə deputatlardan biri də 46 saylı Şirvan şəhər Seçki Dairəsindən qalib elan olunaraq mandat almış Rafael Cəbrayılovdur. R.Cəbrayılovun ilə bağlı AzToday.az olaraq media üzərindən apardığımız araşdırmalarda maraqlı məqamlarla rastlaşdıq. Sən demə parlamentin passiv deputatlarından olan bu şəxsi parlamentin “qalmaqallar kralı” adlandırmaq olar. Beləliklə, mandat sahibləri haqda silsilə yazılarımız ilk olaraq 46 saylı Şirvan şəhər Seçki Dairəsindən qalib elan olunaraq mandat almış Rafael Cəbrayılov haqdadır. Onu da qeyd edək ki, bu şəxsin adı mediada ən müxtəlif qalmaqallarla hallanıb və media üzərindən araşdırmalarımız sayənsində əldə etdiyimiz faktları sizin də diqqətinizə çatdırmağı vacib bildik. Gördüklərimizi, bildiklərimizi və başqalarının fikirlərini təqdim edəcəyik. Amma ilk öncə qısa Tərcümeyi-hal: Cəbrayılov Rafael Kamil oğlu 28 dekabr 1958-ci ildə anadan olmuşdur. 1976-cı ildə Şirvan şəhər 9 saylı orta məktəbi bitirmişdir. 1985-1992-ci illərdə Sabirabad rayon prokurorluğunun müstəntiqi və baş müstəntiqi, 1992-ci ildən isə Azərbaycan Respublikası Baş Prokurorluğunda müxtəlif məsul vəzifələrdə çalışmışdır. Rütbəsi Ədliyyə müşaviridir (ədliyyə polkovnik-leytenantıdır). III çağırış Azərbaycan Milli Məclisində 9 saylı Binəqədi ikinci seçki dairəsindən, son parlament seçkilərində isə 46 saylı Şirvan şəhər Seçki Dairəsindən deputat seçilmişdir. Bitərəfdir. Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvüdür. Rus və ingilis dillərini bilir. 50-dən artıq elmi-publisitik məqalənin müəllifidir. Ailəlidir, iki övladı var. Bu yalnız rəsmi məlumatdır. Amma AzToday.az olaraq mediadan topladığımız məlumatlarda maraqlı və ilginc faktlar yer alır. 3 milyonluq mandat alveri Rəfael Cəbrayılovla bağlı iddialardan birinin yaranmasına səbəb keçən seçkilərlə bağlıdır. Hələ bir neçə il əvvəl keçmiş ABU rektoru Elşad Abdullayev bəyan etmişdi ki, o, daha bir deputatın ifşasına həsr edilən video yaya bilər. Elşad Abdullayevlə seçki müzakirələrini əks etdirən videogörüntülərdə sabiq YAP-çı deputat Gülər Əhmədova Rafael Cəbrayılovu da öz gücü ilə deputat seçdirdiyini demişdi. E.Abdullayevə mandat vəd edən G.Əhmədova bildirmişdi ki, onun gücü kifayət qədərdir: “Rafael qalmışdı kənarda, bilmirdi nə etsin… Mən onun işini həll elədim. Rafael Cəbrayılov gətirib pulunu verdi, işi də həll olundu…”. Bu məqamda onu da xatırladaq ki, R.Cəbrayılovun deputat mandatını rüşvətlə aldığı barədə indiyə qədər mediada bir neçə dəfə informasiyalar yayılıb. Hələ 2010-cu ildə mediada yayılan məlumatlarda 9 saylı Binəqədi seçki dairəsindən deputat seçilmək üçün R.Cəbrayılovun 3 milyondan çox pul xərclədiyi bildirilirdi. Lakin həmin informasiyada R.Cəbrayılovun deputat seçilməsinə köməkliyi G.Əhmədovanın deyil, spiker Oqtay Əsədovun etdiyi qeyd olunmuşdu. Biznesi qorumaq üçün “deputat qalxanı” Milli Məclis tarixində “həm pulundan, həm də sağlamlığından” oldu deyə biləcəyimiz şəxslərdən biri olan R.Cəbrayılovun yaxın çevrəsi deputatın həmin ərəfələrdə güclü stres keçirtdiyini deyirlər. R.Cəbrayılovun bir neçə dəfə məlum hadisələrdən sonra yaşadığı stresə görə müalicə olunduğu iddia olunur. Belə ki, media üzərindən araşdırmalar zamanı o məlumatı da əldə edilib ki, Gülər Əhmədova söhbətindən özünü xilas edə bilən deputatın biznesinin çöküşü indi onun qarşısında duran ən böyük problemlərdən birinə çevrilib. İş ortaqlarının kənara çəkilməsindən sonra çıxılmaz vəziyyətdə qalan R.Cəbrayılov üçün bu dəfə deputatlıq qalxanına daha çox ehtiyyac yaranıb. Qeyd edirlər ki, seçkidən seçkiyə seçiciləri yada salan R.Cəbrayılov nə parlamentdə Şirvanın problemlərini dilə gətirib, nə də verdiyi vədlərə əməl edib. “Prorab” namizədin başıbəlalı platforması R.Cəbrayılov ötən seçki platformasını də təkrar açıqlayıb. Hərçənd, köhnə vədlər və yerinə yetirilməyən məsələlər yenə də bu platformada yer alıb. Bu azmış kimi, deputat savadsızlığını nümayiş etdirib. Demək olar ki, platformanın hər cümləsində səhvlər var. Millət vəkili olan bir siyasətçinin geniş həcmli olmayan yazıda ardıcıl səhvlər buraxması sadəcə, biabırçılıq adlana bilər. Seçkini başlı-başına buraxmış Rəfael Cəbrayılovun əhali ilə görüşləri də bərbad səviyyədə keçirdi. Belə ki, verilən məlumata görə, sözügedən şəxs əslən Şirvanlı olsa da, əhalinin heç də rəğbətini qazana bilməyib. Elə bu səbəbdəndir ki, deputat seçiciləri ilə görüşü inzibati qurumların imkanlarından yararlanmaqla təşkil edir. Bəzi iddialara görə isə Cəbrayılov bu zaman maddi imkanlarından da yararlanır. Onun seçki kampaniyasındakı digər bir biabırçı cəhəti yazdığı platformasında qəribə iddialar irəli sürməsidir. Məsələn, həmin platformada yazılıb: “Sovet dövründə inşa edilmiş cox mərtəbəli yaşayış binalarının əsaslı təmir olunması da məqsədimdir”. Əvvəla bir deputatın vəzifəsi tikinti işləri ilə məşğul olmaq deyil. Həmçinin millət vəkili yol çəkmək, qaz xəttinin çəkilməsini təmin etmək və digər bu kimi işlərlər məşğul olan şəxs deyil. Bunlarla dövlət qurumları məşğul olmalıdır və onların bilavasitə vəzifələridir. Görünür, Rəfael Cəbrayılov həqiqətən də “prorab”lıqla deputatlığı səhv salıb. Geniş biznes şəbəkəsinə sahib Rəfael Cəbrayılovla bağlı qalmaqallar bununla yekunlaşmır. Bildirək ki, R.Cəbrayılovla bağlı son dövrlərdə üç хoşagəlməz хəbər yayılıb. Hər üçündə də deputat və qardaşı başqalarının pulunu mənimsəməkdə ittiham olunur. “Sinəsində gəzdirdiyi deputat nişana hörmət”, yaxud ev fırıldağı Bakı şəhərində yerləşən “Lombard”da işləyən Osman Hacıyevin müəssisənin daimi müştərisi Mirəhməd Abbasovla dostluq əlaqəsi yaranıb. M. Abbasov övladları üçün ev almaq istəyən O.Hacıyevə deputat Rafael Cəbrayılovla şərik olduğunu və ona çox münasib qiymətə ev ala biləcəyini söyləyib. Evin kvadrat metrində çox böyük endirim etdirən Mirəhməd Abbasov Osman Hacıyevin etimadını qazanıb. Osman Hacıyev Rafael Cəbrayılovun qardaşı Elşən Cəbrayılovun adına olan “Dərhal” MMC tərəfindən Mehdiabad qəsəbəsində inşa edilmiş Binəqədi Gənclər Şəhərciyində yerləşən kompleksdəki 2-ci bina, 1-ci blok, 3-cü mərtəbədə yerləşən 117 kv.metrlik mənzili alıb. Bunun üçün Mirəhməd Abbasova 52 min manat ödəyərək, mənzilin müqaviləsini və ödəmə çekini təhvil alıb. 14 sentyabr 2012-ci ildə Elşən Cəbrayılovla bağladığı müqavilə ilə ev sahibi olduğunu düşünən Osman Hacıyev binanın başa çatmasını gözləməyə başlayıb. Lakin bu yaxınlarda bina ilə bağlı şikayətlər artınca, o, da narahat olaraq, 52 min manat (O zamanın kursu ilə 66 min dollar) ödədiyi evin taleyi ilə maraqlanmağa başlayıb. Lakin gözləmədiyi bir münasibətlə qarşılaşıb. “Dərhal” MMC-dən bildirilib ki, “sənin müqavilən ləğv edilib və ev-filan yoxdur”. Osman Hacıyev haqlı olaraq, pulunu istədikdə isə, “Get məsələni Mirəhmədlə həll et” deyə, kobud cavab alıb. Daha sonra isə Mirəhməd Abbasov R.Cəbrayılovla anlaşaraq, bütün pulları guya deputatın sürücüsünün mənimsədiyi yalanını ortaya atıb: “İddia etdilər ki, guya mən də pulu sürücüyə vermişəm. Halbuki müqaviləni mənimlə imzalayan Elşən Cəbrayılovdur, qəbzi də təqdim edən Mirəhməd Abbasov.Mən tanımadığım və aylıq maaşla çalışan şəxsə necə bu qədər pulu əmanət edə bilərdim? Bütüm bunlar Azərbaycan millət vəkili adına yaraşmayan dələduzluqdan başqa bir şey deyil. Əgər deputat yaxınında olanlardan xəbərsizdirsə, lütfən sinəsində gəzdirdiyi deputat nişana hörmət əlaməti olaraq, bu özbaşınalığa çarə qılsın”. Məhkəmə deputat, iki qardaşını və yeznəsini sökə-sökə pul ödətdirib Qeyd edək ki, Osman Hacıyev Cəbrayılovların ilk qurbanı deyil. Artıq neçənci şəxsdir ki, Rafael Cəbrayılov və qardaşlarının aldatmasından şikayət edir. Belə ki, AzToday.az araşdırma zamanı mediada yer alan digər bir faktı da aşkarlayıb ki, Cəbrayılovların “Nikoil” Bank ilə də analoji problemi yaranmışdı. O zaman millət vəkili “Dərhal” MMC-yə zamin durduğu üçün məhkəməyə verilmişdi. Belə ki, “Nikoil Bank” deputat Rəfael Cəbrayılov, qardaşları Elşən Cəbrayılov, Rauf Cəbrayılov və bacılarının yoldaşı Nurəddin Bünyatova məhkəmədə qələbə qazanmışdı. Bank Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, kredit müqaviləsindən irəli gələn ödənilməmiş 790.390 manat əsas borc, 58.094 manat faiz borcu, gecikdirməyə görə hesablanmış 7.722 manat dəbbə pulu və iddia qaldırılması üçün 20 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının , cəmi 856.256 manat məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada tutulmasına, tutulacaq məbləğin kredit təminatı kimi Rauf Cəbrayılovun xüsusi mülkiyyətində olan Nərimanov rayonunda yerləşən 5 otaqlı mənzilə və “Dərhal” MMC ilə bağlanmış 10.01.2009-cu il tarixli müqaviləyə əsasən, Rauf Cəbrayılovun xüsusi mülkiyyətində olan Binəqədi rayonunda yerləşən 580 kvadrat metr sahədən ibarət olan ofisə məxsus bütün hüquqlara yönəldilməsinə , həmin mənzil və ofis sahəsinə məxsus bütün hüquqların açıq hərracda satış yolu ilə realizə edilməsinə və satışdan əldə ediləcək məbləğin iddia tələbi həcmində olan hissəsinin iddiaçıya ödənilməsinə , ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslərin mənzil açıq hərracda satıldıqdan sonra ən geci bir ay ərzində həmin mənzildən çıxarılmasına dair qətnamə qəbul etməsini məhkəmədən xahiş edib. Məhkəmə həmin iddianı qismən təmin edərək, borcun cavabdehlərdən müştərək qaydada tutulması, Binəqədi rayonunda yerləşən ofis sahəsinə dair hüquqların yönəldilməsi və 5 otaqlı mənzilin hərracda satıldıqdan sonra mənzilin ən geci bir ay ərzində boşaldılması barədə qətnamə qəbul edib. Həmin qətnamədən narazı qalan qarşı tərəf isə apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi isə apellyasiya şikayətini qismən təmin edib. Belə ki, mənzilin satılması və boşaldılması ilə bağlı hissə ləğv edilib. Digər hissələr isə dəyişdirilməyib. Göründüyü kimi, “Nikoil” Bank güclü olduğu üçün öz haqqını Cəbrayılov qardaşlarından sökə-sökə alıb. Bu qərarla Azərbaycanda ilk dəfə məhkəmə millət vəkili əleyhinə qərar çıxarıb. Ancaq o zaman da məhkəməyə ağır təzyiqlərin olduğu bildirilirdi. Deputat qadının belə pulunu mənimsəyib? İş bununla da bitmir. Eyni dərddə olan onlarla insandan biri də onun çalışdığı “Lombard”ın müdiri Məlahət Qurbanovadır. M.Qurbanova Cəbrayılov və şəriki Mirəhməd Abbasova verdiyi nə 165 min manatı, nə də bu pulun qarşılığında təqdim olunan 300 minlik mülkü ala bilir. İki ilə yaxındır ki, döymədiyi dövlət dairəsi qalmasa da, heç bir qurum Rafael Cəbrayılovun özbaşınalığı qarşısında səsini çıxarmaq istəmir. Əvəzində isə Cəbrayılov illərdən bəri Yeni Azərbaycan Partiyasının aparıcı funksionerlərinə qarşı istifadə etdiyi reket mətbuatında M.Qurbanovanı ağır şəkildə təhqir etdirir. Yəni, bir deputat düşünün, Azərbaycan qadınının pulunu mənimsəyib, özünü isə ləkələməklə məşğuldur. Doğrudan da, rüsvayçı bir durumla qarşı-qarşıyayıq. Bu isə qeyd olunan kimi R.Cəbrayılovun ilk işi deyil. MTN əlaqələri: “xanımlarının başlarına açdıqları oyunlar” Rafael Cəbrayılovla bağlı ortada olan iddialardan biri də onun MTN bağlantıları ilə bağlıdı. Bununla bağlı Müasir Müsavat partiyasının sədri Hafiz Hacıyevin fikirlərini olduğu kimi dərc etmək yerinə düşər: “ Mən Rəfael Cəbrayılov kimi nə qadınları aldatmamışam, nə də onların pulunu yeməmişəm. Rəfael Cəbrayılov onu yaxşı bilməlidir. Rəfael Cəbrayılov cinayət məsuliyyətinə cəlb olunmalı və o hüquq mühafizə orqanları qarşısında cavab verməlidir. Bu şəxsin keçmişi də mənə bəllidir. Səviyyəsi olmayan bir insandır. Özü də xalqı aldatmaqla məşğul olan bir adamdır. R. Cəbrayılovun vaxtilə Akif Covdarovla birgə gördükləri iş, ölkəmizin namuslu, qeyrətli xanımlarının başlarına açdıqları oyunların hamısı üzə çıxacaq. Hər halda R. Cəbrayılov burcutmasın. Etdiyi cinayətlərə görə cavab verəcək”. Eldar Mahmudovdan Əli Həsənova gedən yol Bəs illərdən bəri insanları aldadan, vəzifəli şəxslər haqqında yalan informasiyaları mətbuata ötürən Cəbrayılov kimə arxalanır? Ötən ilin son aylarına qədər sabiq deputat Çingiz Əsədullayevlə yediyi-içdiyi ayrı olmayan Cəbrayılovun şəriki Mirəhməd Abbasov söhbətlərində sabiq nazir Eldar Mahmudovun adından istifadə edirdi. İndi isə başqa bir vəzifəli şəxsin adından istifadə edilir. Lakin R.Cəbrayılovun həm də baş nazirin müavini Əli Həsənovla yaxın münasibətinin olduğu və “Qaçqınkom” sədrinin onun gizli şəriklərindən olduğu vurğulanır. Mənbə: AzToday.az (Elmidar Əliyev)

1 Noyabr 2016 10:49

“O dəhşətli gecənin ağrı-acısını birlikdə yaşadıq” – Əliyevdən Ərdoğana

filippin-preezidenti

Azərbaycan prezidenti İlham Əliyev Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana məktub ünvanlayıb. Məktubda deyilir: “Hörmətli cənab Prezident, Əziz Qardaşım, Qardaş Türkiyənin milli bayramı – Respublika günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm. Türkiyə Respublikası iyulun 15-də Konstitusiyasına, dövlətçiliyinə və demokratiyasına qarşı yönəlmiş çevriliş cəhdinin sınağından mərdliklə çıxaraq müstəqillik və demokratiya yoluna sadiq olduğunu bir daha parlaq şəkildə nümayiş etdirdi və qəhrəmanlıqlarla zəngin olan tarixinin ən şərəfli səhifələrindən birini yazdı. Həmişə Türkiyənin yanında olan Azərbaycan o dəhşətli gecənin bütün ağrı-acısını da, qardaş xalqın zəfərini də Sizinlə birlikdə yaşadı. Əminəm ki, daim möhkəmlənən Azərbaycan-Türkiyə müttəfiqliyi və tərəfdaşlığı, qardaşlıq münasibətlərimiz bundan sonra da ölkələrimizin tərəqqisinə, xalqlarımızın rifahına, regionumuzda sülhün və sabitliyin bərqərar olmasına xidmət edəcəkdir. Belə bir əlamətdar gündə Sizə bir daha təbriklərimi yetirir, möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Türkiyə xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm”.

28 Oktyabr 2016 8:22

“Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”də dəyişiklik –Fərman

filippin-preezidenti

Bu gün Prezident İlham Əliyev fərman verib. Faktinfo.az xəbər verir ki,Fərmana əsasən, “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanını “Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında”Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 29 mart tarixli 1932 nömrəli Sərəncamına uyğunlaşdırmaq məqsədi ilə aşğıdakı qərar verilib: Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 6, maddə 542; 2013, № 1, maddə 29, № 2, maddə 117, № 3, maddə 246, № 8, maddə 909, № 10, maddə 1155, № 12, maddə 1514; 2014, № 5, maddələr 477, 487, № 9, maddə 1027, № 12, maddə 1577; 2015, № 3, maddə 271, № 9, maddə 1005, № 11, maddə 1322, № 12, maddə 1448; 2016, № 2 (II kitab), maddə 273, № 5, maddələr 859, 864, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 sentyabr tarixli 1027 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin: 1. 4.12.7-ci yarımbənd ləğv edilsin. 2. “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”yə Əlavə”nin 1-ci bəndindən“Mədəniyyət və Turizm Nazirliyinin,” sözləri çıxarılsın.

28 Oktyabr 2016 7:03

Bir neçə Rusiya vətəndaşı terror planlaşdırmada ittiham edildi –Serbiyadan kəskin qərar

maskalilar-1

Bir neçə Rusiya vətəndaşı qonşu Monteneqroda terror aktı planlaşdırdığı üçün Serbiyadan deportasiya olunub. "Kommersant” qəzetinin verdiyi məlumata görə, Serbiya ilə münasibətlərdə qalmaqala yol verməmək üçün məsələyə Rusiya Təhlükəsizlik Şurasının sədri Nikolay Patruşev qarışıb. Deportasiya barədə ilk olaraq oktyabrın 27-də Serbiyanın "Danas” qəzeti hakimiyyətə yaxın mənbəyə istinadən xəbər yayıb. Rəsmi Belqrad xəbəri təkzib etməyib. Bu məlumat Nikolay Partuşevin oktyabrın 26-da Serbiyaya əvvəldən elan olunmamış səfəri ilə üst-üstə düşüb. O, Serbiya rəhbərliyi ilə qapalı danışıqlar aparıb. Səfərin məqsədi kimi təhlükəsizlik sahəsində qarşılıqlı anlaşma memorandumunun imzalanmasına hazırlıq göstərilib. Serbiyalı ekspertlər isə bildiriblər ki, səfər iki ölkə arasında diplomatik qalmaqalın qarşısının alınması məqsədilə həyata keçirilib. "Kommersant"ın mənbələri deyib ki, rəsmi Belqrad münasibətlərin gərginləşməsində maraqlı olmayıb, lakin Avropa İttifaqına daxil olmağa hazırlaşan ölkə kimi qonşu dövlətdəki cinayət aktları ilə əlaqəli görünmək də istəməyib. Xatırladaq ki, oktyabrın 16-da Monteneqroda terror aktları hazırladıqları şübhəsi ilə 20 Serbiya vətəndaşı yaxalanıb. İstintaqın məlumatına əsasən onlar müxalifətin mitinqinə atəş açmaq və müxalifətçiləri Monteneqro parlamentini ələ keçirməyə sövq etməyi planlaşdırıbmış. Baş nazir Aleksandr Vuçiç bu informasiyanı təsdiqləyərək bildirib ki, Serbiya hüquq-mühafizə orqanları planın reallaşdırılmasına cəlb olunmuş və arxasında çox ciddi adamların dayandığı daha bir neçə təhlükəli qrupu aşkarlayıb. O, saxlanılanların əcnəbilərlə əlaqəli şəkildə fəaliyyət göstərdiyini söyləsə də, hər hansı dövlətin adını çəkməyib. Qeyd edək ki, Monteneqro NATO-ya daxil olmaq ərəfəsindədir, Rusiya isə buna qarşı çıxır. Faktinfo.az

28 Oktyabr 2016 12:33

Azərbaycan prezidenti:“Dərman müəssisələrin yaradılması faydalı olar”

usa

“Xorvatiya prezidentinin Azərbaycana səfərinin nəticələri olduqca müsbət olub”. Bunu bu gün Azərbaycan prezidenti İlham Əliyev Bakıda  keçirilən Azərbaycan-Xorvatiya biznes forumunda çıxışında deyib. Dövlət başçısı bildirib ki, görüşlərdə çox mühüm məsələlər müzakirə olunub:“Müzakirələrdə iqtisadi əməkdaşlığa xüsusi diqqət yetirilib. Çox məmnunuq ki, bir qrup xorvat iş adamı Xorvatiya prezidentini müşayiət edir və bu gün bu biznes foruma qatılıb. Səfər çox uğurlu olub. Biz strateji tərəfdaşlığımızı bir daha vurğuladıq, əməkdaşlığımızın əsas istiqamətlərini müəyyən etdik. Biz dost, tərəfdaşıq. İş adamları bu gözəl imkanlardan istifadə edərək əlaqələri genişləndirməlidir. Çünki sərmayə qoyuluşu, birgə fəaliyyət böyük əhəmiyyət kəsb edir. Bizim keçmişdə də birgə layihələrimiz olub. Artıq vaxt gəlib ki, idxal-ixrac əməliyyatlarımızı genişləndirək”. Prezident İlham Əliyev bildirib ki, dünən müxtəlif formatlarda görüşlər keçirilib:“Azərbaycanın iqlim şəraitindən istifadə və Xorvatiyadan müəyyən məhsulların idxal olunması təklifləri vat. Əminəm ki, bu gün burada daha geniş müzakirələr aparılacaq. Burada qarşılıqlı faydalı əməkdaşlıqdan söhbət gedir. Biz Xorvatiyanın ixracından xəbərdarıq. Siz də bilirsiniz ki, Azərbaycan hansı məhsulları ixrac edir. Bu forumda bu istiqamətlərə diqqət yetirilməlidir”. Dövlət başçısı qeyd edib ki, forumda qarşılıqlı sərmayə qoyuluşu da nəzərdən qaçmamalıdır: “Biz ölkəmizdə yeni sənaye sahələrinin yaradılmasında maraqlıyıq. Burada əczaçılıqdan söhbət gedir. Xorvatiyanın bu sahədə böyük təcrübəsi var. Bu baxımdan idxaldan asılı ölkəyik. Düşünürəm ki, dərman istehsalı sahəsində birgə müəssisələrin yaradılması bizim üçün faydalı olar. Çünki əhalimizin sayı artıq 10 milyon nəfərə çatır”.

25 Oktyabr 2016 4:33

Fakt

Bizi izləyin