“Azərsu”ASC-də dövlət vəsaiti şəxsi məqsədlər üçün necə istifadə edilib?

usa

Saytımıza Qorxmaz Hüseynovun özü və yaxın ətrafı ilə bağlı yeni məlumatlar daxil olub. Son məlumata görə,Q.Hüseynovun biznesini idarə edən qaynı Namiq artıq “Maybach” mercedesində şəhərdə meydan sulayır. Vəziyyət o dərəcəyə çatıb ki, “Azərsu” ASC şefinin qaynı dövlət başçılarına məxsus maşınlar sürür.  Qeyd edək ki, bu markalı mercedesdə əsasən prezidentlər gəzir. Bu həmin Namiqdir ki, vaxtilə “İstanbul” ləqəbli Akifin Xutordakı restoranında  ofisiant işləyirdi. Dövlət büdcəsindən indiyə qədər “Azərsu” ASC-yə ayrılan 3.5 milyard vəsaitin böyük hissəsi Q.Hüseynovun yaratdığı şirkətlər vasitəsilə həmin Namiq üzərindən  mənimsənilib. Bu qədər maliyyə vəsaiti ayrılmasına baxmayaraq, Bakı şəhərinin yağış sularının altında qalması əyani şəkildə sübut etdi ki, həmin pullarla istənilən səviyyədə iş görülməyib, “obnaliçka” olunaraq ehtimal ki,mənimsənilib. Son yağışlar göstərdi ki, onların əməlləri insanları əziyyətə düçar etdi,vətəndaşların hökumətdən narazı salınmasına səbəb oldu. Kimlərsə qiyməti milyonlarla ölçülən  bahalı avtomobillərdə gəzir,dövlət başçısını sevən, həmişə prezidenti dəstəkləyən sadə vətəndaşlarımız isə Bakıda suyun içində üzür. Bu adamlar o qədər “şişib”lər ki, onların ucbatından insanlar çıxılmaz vəziyyətə düşüb, hətta bir çox yerlərdə FHN-nin əməkdaşları insanları sudan xilas etməli olublar. “Azərsu” ASC-də isə köhnə metodlarla  büdcənin pullarının nəğdləşdirilməsi ilə məşğul olublar. Son yağıntılar zamanı zərərçəkmişlər “Azərsu” ASC-yə müraciət edən zaman heç bir məsul şəxs zənglərə cavab verməyib, həmin müraciətləri mətbuat xidmətinə yönəldiblər. Mətbuat xidmətinin  nümayəndəsi “Bu ,Allahın işidir, yağış həddindən artıq yağdığına görə bu vəziyyət yaranıb” cavabını verməklə kifayətlənib. Bu şəxsin yağışa görə Allahı günahlandırması nə dərəcədə düzgündür?! “Azərsu”ASC rəsmiləri çox gözəl bilirlər ki, Allah buyurduğuna görə, haram yemək günahdır. Bəs nədən “Azərsu” ASC-yə ayrılan pullar tam şəkildə təyinatı üzrə xərclənmək əvəzinə, Q.Hüseynov və KİV-də FETÖ-ya  bağlı olduğu bildirilən şəxslər tərəfindən mənimsənilib? Bəs bu,günah deyilmi?! Ümüd edirik ki,aidiyyatı dövlət qurumları xalqın çoxsaylı müraciətlərini nəzərə alacaq, büdcədən ayrılan vəsaitlərin hara xərclənməsinə aydınlıq gətirəcək. Faktinfo.az

24 Oktyabr 2016 10:57

Prezident İlham Əliyev:“Müstəqilliyimizin birinci dövrü faciəvi dövr idi” –TAM MƏTN

iraq-felluca-300x169

Oktyabrın 17-də Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr olunmuş rəsmi qəbul təşkil edilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev rəsmi qəbulda iştirak edib. Prezident İlham Əliyev rəsmi qəbulda nitq söyləyib. Faktinfo.az çıxışın tam mətnini oxuculara təqdim edir: -Hörmətli xanımlar və cənablar. İyirmi beş il bundan əvvəl – 1991-ci il oktyabrın 18-də Azərbaycan Ali Soveti Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktını qəbul etmişdir. Beləliklə, Azərbaycan XX əsrdə ikinci dəfə müstəqilliyə qovuşurdu. 1918-ci ildə müsəlman aləmində ilk demokratik respublika Azərbaycanda qurulmuşdur. Haqlı olaraq fəxr edirik ki, biz müsəlman aləmində birinci idik. Bu dəfə – 1991-ci ildə isə Azərbaycan öz dövlət müstəqilliyini elan edən müttəfiq respublikalar arasında birincilər sırasında deyildi. Öz dövlət müstəqilliyini elan edən müttəfiq respublikalar arasında Azərbaycan sayca 13-cü idi. Bu, tarixdir. Biz tarixi bilməliyik, yaddan çıxarmamalıyıq. Hesab edirəm ki, Azərbaycan o vaxt öz dövlət müstəqilliyini daha əvvəl elan edə bilərdi. Bu qədər gözləmək lazım deyildi. Xüsusilə onu da yaddan çıxarmamalıyıq ki, Sovet İttifaqının özəyini təşkil edən Rusiya öz dövlət müstəqilliyini avqust ayında, bizdən iki ay əvvəl elan etmişdi. Onu da qeyd etməliyəm ki, hələ 1990-cı ildə ulu öndər Heydər Əliyev müstəqillik yolunda çox önəmli və ciddi addımlar atmışdır. 20 Yanvar faciəsindən sonra o, birinci şəxs idi ki, sovet rəhbərliyini pislədi, Qanlı Yanvar faciəsini törədənlərə qarşı öz iradlarını irəli sürdü, onları ittiham etdi, sovet hökumətini, onun rəhbərinin fəaliyyətini pislədi. Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk etdi və bu, müstəqillik uğrunda birinci addımlar idi. Ondan sonra, artıq Naxçıvan Muxtar Respublikasının rəhbəri kimi 1990-cı ilin noyabr ayında Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adını dəyişdirərək, “Sovet Sosialist” sözlərini oradan çıxardı. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı o vaxt Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvanın dövlət bayrağı kimi elan edilmişdir və Azərbaycan Ali Soveti qarşısında vəsatət qaldırılmışdır ki, burada da bu addım atılsın. Əfsuslar olsun ki, bunu etmədilər. 1991-ci ilin əvvəllərində Sovet İttifaqının saxlanılmasına dair Azərbaycanda referendum keçiriləndə Naxçıvanda Heydər Əliyevin təşəbbüsü ilə referendum keçirilməmişdir. Bütün bu addımlar müstəqillik yolunda atılan addımlardır. Digər tərəfdən bütün bu addımlar onu göstərir ki, ulu öndər Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyinin təşəbbüskarıdır, onun banisidir. Əfsuslar olsun ki, müstəqilliyimizin ilk illərində Heydər Əliyev hakimiyyətdə deyildi. Əgər olsaydı, biz böyük itkilərlə üzləşməzdik. Müstəqilliyimizin birinci dövrü faciəvi dövr idi. 1991-1993-cü illərdə Azərbaycan çox böyük problemlərlə, itkilərlə üzləşmişdir. Bu dövrü iki mərhələyə bölmək olar. Birinci mərhələ 1991-ci ilin oktyabr ayından 1992-ci ilin yay aylarına qədər olan dövrdür. Bu dövr itirilmiş imkanlar, itkilər dövrü idi. Ermənistan Azərbaycana qarşı təcavüzə başlamışdı, azərbaycanlılar Dağlıq Qarabağdan qovulurdular. 1992-ci ilin may ayında Şuşanın və Laçın rayonunun işğal altına düşməsi böyük itki, böyük faciə idi. O illərdə dövlətçiliyin əsasları qurulmamışdı, ekstremist elementlərə qarşı ciddi mübarizə aparılmamışdı, nizami ordu yaradılmamışdı, cəmiyyətdə milli həmrəylik, milli birlik yox idi. Bütün bu amillərdən, xüsusilə Şuşanın və Laçın rayonunun işğal altına düşməsindən istifadə edərək, – halbuki bu rayonların işğal altına düşməsində bilavasitə AXC-Müsavat qruplaşmasının rolu vardı, – bu qruplaşma hakimiyyəti qanunsuz olaraq zəbt etmişdi və birinci dövrün ikinci dəhşətli mərhələsi başlamışdı. 1992-ci ilin yay aylarından 1993-cü ilin iyun ayına qədərki dövr biabırçılıq, rüsvayçılıq, fəlakət dövrü idi. Hakimiyyəti qanunsuz olaraq zəbt etmiş AXC-Müsavat qruplaşması ölkəmizi uçuruma aparırdı. Kəlbəcər rayonunun 1993-cü ilin aprel ayında işğal altına düşməsindən sonra Dağlıq Qarabağla Ermənistan arasında coğrafi əlaqə yaradıldı. Azərbaycanın daxilində gedən proseslər ölkəmizi çökdürürdü. İqtisadi böhran yaşanırdı, sənaye demək olar ki, iflic vəziyyətə düşmüşdü. O vaxtkı hakimiyyət ancaq öz maraqlarını təmin etmək üçün çalışırdı. O vaxt korrupsiya, rüşvətxorluq son həddə çatmışdı. Ölkəmizdə qanunsuz silahlı birləşmələr meydan oxuyurdu, Bakının küçələrində əlisilahlı adamlar dəstə-dəstə gəzirdi, insanları incidirdi. Baxmayaraq ki, Ermənistan ilə qanlı döyüşlər gedirdi AXC-Müsavat qruplaşması Azərbaycanda öz hakimiyyətini saxlamaq üçün vətəndaş müharibəsinə başlamışdı. Gəncə şəhəri onlar tərəfindən bombalanmışdı, qardaş qanı axıdılmışdı və bunun nəticəsində biz daha da böyük itkilərlə üzləşdik. Cəmi bir il ərzində AXC-Müsavat qruplaşmasının yarıtmaz, xəyanətkar fəaliyyəti nəticəsində Azərbaycan öz dövlət müstəqilliyini itirmək ərəfəsində idi və tarix sanki təkrarlanırdı. 1918-ci ildə əldə edilmiş müstəqilliyi 1920-ci ildə itirdik – 2 il ərzində. Bu dəfə də 2 ildən sonra artıq buna çox yaxın idik. Əgər o vaxt xalqın tələbi ilə Heydər Əliyev hakimiyyətə gəlməsəydi, Azərbaycanın taleyi çox ağır, acınacaqlı ola bilərdi. Onu da qeyd etməliyəm ki, Heydər Əliyevi Naxçıvanda devirmək, o cümlədən silahlı desant göndərmək istəyən AXC-Müsavat qruplaşması özü də ağır vəziyyətə düşəndən sonra Heydər Əliyevə müraciət etdi, onu Bakıya dəvət etdi ki, onların canlarını qurtarsın. Naxçıvana üç dəfə təyyarə göndərmişdilər. Heydər Əliyev Bakıya gəlməklə, ilk növbədə, Azərbaycan xalqının iradəsinə öz hörmətini göstərdi. O, böyük dövlət adamı, vətənpərvər insan kimi o ağır anlarda Bakıya gəldi və ondan sonra Azərbaycanda inkişaf dövrü başlamışdır. 1993-cü il dönüş ili idi. İyun ayında Heydər Əliyev Ali Sovetin sədri seçilmişdir və vəziyyət yavaş-yavaş inkişafa doğru getməyə başlamışdır. İlk növbədə, qanunsuz silahlı birləşmələr tərk-silah edildi, ordu quruculuğunda ciddi addımlar atıldı, dövlətçiliyin əsasları qoyuldu, sabitlik təmin edildi. 1995-ci ildə müstəqil Azərbaycanın Konstitusiyası qəbul olundu. Ölkəmizdə çox ciddi siyasi islahatlar aparılmağa başlanmışdır. Onu da qeyd etməliyəm ki, əslində, müasir Azərbaycanda siyasi sistemin formalaşmasında Yeni Azərbaycan Partiyasının xüsusi yeri vardır. 1992-ci ildə Heydər Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası müxalifət partiyası kimi yaradılmışdır və siyasi mübarizə nümunəsini göstərmişdir. Azərbaycanda Heydər Əliyevin rəhbərliyi ilə aparılmış siyasi islahatlar demokratiyanın inkişafına, insan haqlarının qorunmasına hesablanmışdır. Azərbaycan o illərdə beynəlxalq təcriddən çıxa bilmişdir. Çünki ölkəmiz haqqında dünyada informasiya yox idi. Ermənistan erməni lobbisinin imkanlarından istifadə edərək bizə qarşı qarayaxma kampaniyası aparırdı. Bizim isə cavab vermək, reallığı dünya birliyinə çatdırmaq üçün imkanlarımız yox idi. Yəni, beynəlxalq təcridə, informasiya mühasirəsinə son qoyuldu. Azərbaycanda iqtisadi islahatlara start verildi və bazar iqtisadiyyatı prinsipləri bərqərar oldu. Xarici siyasət prioritetləri məhz o illərdə müəyyən edildi. Azərbaycan müasir dünyəvi dövlət kimi öz inkişafına başladı. Yəni, məhz o illərdə ölkəmizin gələcəyi ilə bağlı strateji addımlar atılmışdır. Bu gün tarix göstərir ki, bu, yeganə düzgün yol idi. Azərbaycan o vaxt çətin iqtisadi vəziyyətlə üzləşmişdi. Bizim sənayemiz demək olar ki, dağılmışdı, inflyasiya minlərlə faizlə ölçülürdü. Əlbəttə, belə vəziyyətdə xarici sərmayə olmadan ölkə iqtisadiyyatı inkişaf edə bilməzdi. İqtisadiyyat inkişaf edə bilməsə, təbii ki, ölkə müstəqil həyat sürə bilməzdi. Ona görə 1994-cü ildə Heydər Əliyevin təşəbbüsü ilə “Əsrin kontraktı” imzalanmışdır ki, artıq o vaxtdan 22 il ötür. Amma bu gün də “Əsrin kontraktı” ölkəmizin inkişafında, güclənməsində öz rolunu oynayır. Azərbaycan tarixdə ilk dəfə olaraq Xəzər dənizini xarici investorlara təqdim etdi. Azərbaycana milyardlarla dollar həcmində investisiya qoyuldu və ölkəmiz inkişaf etməyə başladı. 1996-cı ildə “Şahdəniz” qaz yatağının işlənilməsi üzrə kontrakt imzalanmışdır. Bu gün həm Azərbaycanın, həm regionun və müəyyən dərəcədə Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında “Şahdəniz” yatağının xüsusi yeri var. Azərbaycan 1993-2003-cü illərdə öz inkişaf və sabitlik dövrünü yaşayırdı. Bu, müstəqilliyimizin ikinci dövrü idi. Bir daha qayıdıram müstəqilliyimizin ilk illərinə. Əgər o vaxt Heydər Əliyev kimi dahi şəxsiyyət – millətə canı, qanı ilə bağlı olan insan hakimiyyətdə olsaydı, biz o bəlalarla üzləşməyəcəkdik. Ancaq tarix tarixdir. Biz tarixi dəyişdirə bilmərik. Bizim əsas vəzifəmiz ondan ibarətdir ki, ölkəmizi irəliyə aparaq, gücləndirək və müsbət meyillər əsasında inkişafı təmin edək. Bu baxımdan 2003-cü il, hesab edirəm ki, müstəqil tariximiz üçün də xüsusi əhəmiyyət daşıyır. Çünki 2003-cü ildə ölkənin bundan sonra hansı yolla gedəcəyi haqqında Azərbaycan xalqı öz qərarını verdi: Heydər Əliyev siyasətimi davam edəcək, yoxsa ki, yenə Azərbaycan bəlalarla, fəlakətlərlə üzləşəcək?! Azərbaycan xalqı həmişə olduğu kimi, müdrikliyini göstərərək Heydər Əliyev siyasətinə öz səsini verdi. Onu da qeyd etməliyəm ki, 1993-cü ildə AXC-Müsavat qruplaşmasının iflasının əsas mənbəyi Azərbaycan xalqının iradəsi olmuşdur. Cəmi bir il xalq bunların yarıtmaz fəaliyyətinə dözə bilmişdir və Azərbaycan xalqı bu ləkəni tariximizdən yumaq üçün o hakimiyyətə son qoydu. O vaxtdan bu günə qədər o hakimiyyət tarixin zibilxanasındadır. Qeyd etdiyim kimi, 2003-cü il seçim ili idi. Bugünkü Azərbaycan reallıqları onu göstərir ki, yenə də Azərbaycan xalqı düzgün seçim etmişdir. 2003-cü ildən bu günə qədər Azərbaycanda sürətli inkişaf dövrü yaşanır, Heydər Əliyev siyasəti davam etdirilir. Bu, müstəqilliyimizin üçüncü dövrüdür. Bu üçüncü dövr ikinci dövrün məntiqi davamıdır. Bu illər ərzində Azərbaycan bütün istiqamətlər üzrə çox böyük uğurlara imza atdı. Bizim beynəlxalq əlaqələrimiz genişləndi. Azərbaycan dünya miqyasında böyük rəğbətə malik olan bir ölkədir. İkitərəfli əlaqələr inkişaf edir, biz dünyada daha çox dostlar qazanırıq. Üzv olduğumuz bütün təşkilatlarda bizim sözümüzün böyük çəkisi var. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yolunda bizim prinsipial mövqeyimiz dəyişməz olaraq qalır. Bu mövqe daha çox beynəlxalq dəstək qazanır. Artıq dünya ictimaiyyəti bilir ki, reallıq nədən ibarətdir. Yəni, bizim torpaqlarımız işğal altındadır. BMT Təhlükəsizlik Şurasının, digər təşkilatların qətnamələri icra edilmir. Dağlıq Qarabağ münaqişəsinin ədalətli, beynəlxalq hüquq əsasında həll edilməsi bizim prinsipial mövqeyimizdir. Bütün dünya Azərbaycanın ərazi bütövlüyünü tanıyır və dəstəkləyir. Beynəlxalq münasibətlər istiqamətində bizim hörmətimizi əks etdirən tarixi hadisə bir neçə il bundan əvvəl baş vermişdir. Biz BMT Təhlükəsizlik Şurasına üzv seçildik. Bu hadisə təkcə ona görə önəmli deyil ki, biz dünyanın ali orqanına seçildik və orada iki dəfə sədrlik etdik. Ona görə önəmlidir ki, dünyanın 155 ölkəsi bizə səs verdi, özü də çox ağır mübarizə şəraitində. Bəzi qüvvələr bizə qarşı birləşmişdi və imkan vermək istəmirdilər ki, Azərbaycan seçilsin. Yəni, biz o yerə böyük çətinliklə sahib olduq. Bu, da daha bir göstəricidir. Yəni, dünya birliyi deyəndə biz bütün ölkələri nəzərdə tuturuq. Dünya birliyi bu gün bizi dəstəkləyir. Biz 2003-cü ildən bu günə qədər iqtisadi sahədə analoqu olmayan inkişaf dövrünü keçmişik və yaşayırıq. İqtisadiyyat üç dəfə artmışdır. Heç bir başqa ölkədə bu qısa müddət ərzində iqtisadiyyat üç dəfə artmayıb. Sənaye istehsalı da üç dəfə artmışdır. Biz yoxsulluğa son qoyduq. Təxminən 50 faiz səviyyəsində olan yoxsulluq 5 faizə düşüb. İşsizlik ilə çox ciddi mübarizə aparılır. İşsizlik çox aşağı səviyyədədir. Azərbaycan regionlarının inkişafına start verildi. Dövlət proqramları icra edilməyə başlamışdır və bunun nəticəsində bölgələrdə 1 milyon 300 mindən çox iş yeri yaradılmışdır. Bölgələr canlandı, şəhərlərimiz abadlaşdı, müasir infrastruktur layihələri icra edildi. Biz elektrik enerjisini, qazı idxal edən ölkədən ixrac edən ölkəyə çevrildik. Azərbaycanda sosial məsələlərin həllinə çox böyük diqqət göstərilirdi və göstərilir. Maaşlar, pensiyalar son 13 il ərzində dəfələrlə artmışdır. Sosial infrastruktur layihələri icra edilir. Üç mindən çox məktəb, 600-dən çox tibb ocağı, bölgələrdə 40-dan çox İdman Olimpiya Mərkəzi tikilmişdir. Bütün bunlar son illər ərzində əldə edilmiş nailiyyətlərdir. Biz texnoloji inkişafa doğru gedirik. Bu gün Azərbaycan kosmik klubun məhdud sayda üzvlərindən biridir. İki peykimiz var, üçüncü peyk də yaxın zamanlarda istifadəyə veriləcək. Regional əməkdaşlıq məsələlərinin həllində Azərbaycan çox önəmli bir ölkəyə çevrilibdir. Bizim təşəbbüsümüzlə icra edilən böyük enerji layihələri son illər ərzində daha da geniş miqyasa çıxıb. Artıq bu, qitələrarası enerji layihələridir. Xüsusilə “Cənub” qaz dəhlizini qeyd etməliyəm. Onu da qeyd etməliyəm ki, bu dəhliz 2006-cı ildə və 2007-ci ildə istifadəyə verilmiş Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin əsasında yaradılır. Əgər o kəmərlər yaradılmasaydı, “Cənub” qaz dəhlizi də yaradılmazdı. Bu gün dünyanın ən böyük enerji layihələrindən biri olan “Cənub” qaz dəhlizi uğurla icra edilir. Biz “Şahdəniz-2” layihəsinin icrasında artıq son mərhələyə yaxınlaşırıq. Layihənin icrası artıq 83 faiz təşkil edir. TANAP layihəsinin icrası təqribən 40 faizə yaxındır. Biz bu nəhəng enerji, iqtisadi layihəni uğurla icra edirik. Bu, bizə gələcəkdə çox böyük əlavə iqtisadi dividendlər gətirəcək. Biz zəngin qaz ehtiyatlarımızı etibarlı yollarla dünyanın ən böyük, bizim üçün ən yaxın bazarlarından biri olan Avropa bazarına çıxarırıq. Bizim enerji siyasətimiz dünya tərəfindən yüksək qiymətləndirilir. Biz beynəlxalq əməkdaşlıq formatını yaratmışıq və bu formatı genişləndiririk. “Cənub” qaz dəhlizi tarixi layihədir. Bu, bizim uğurlu gələcək inkişafımızı müəyyən edəcək. Bununla bərabər, biz iqtisadiyyatımızın digər sektorlarının inkişafı ilə bağlı çox ciddi addımlar atırıq. Xüsusilə son müddət ərzində Azərbaycanda sənayenin, kənd təsərrüfatının inkişafı artır. Baxmayaraq ki, dünyanın iqtisadi böhranı davam edir, biz bu istiqamətdə də çox ciddi addımlar atmışıq. Əminəm ki, yaxın illərdə qeyri-neft sektorunun inkişafı daha da sürətlə gedəcək. Bu gün iqtisadiyyatımızın təxminən 70 faizi qeyri-neft sektorunda formalaşır. Biz indi ixracın şaxələndirilməsi ilə ciddi məşğuluq. Elə etməliyik ki, neftdən, qazdan asılılıq minimum səviyyəyə endirilsin. Azərbaycanda idarəçilikdə ciddi islahatlar, xoşagəlməz hallara qarşı mübarizə aparılır. Korrupsiya, rüşvətxorluq bizim uğurlu inkişafımızı əngəlləyən əsas bəlalardır. Bu istiqamətdə də institusional tədbirlərin görülməsi öz gözəl nəticəsini verməkdədir. Biz artıq dünyaya intellektual məhsul təqdim edirik, hətta ixrac edirik. “ASAN xidmət” bizim məhsulumuzdur. Artıq bu xidmətə 12 milyon müraciət olmuşdur, 4 milyona yaxın insan bu imkanlardan istifadə edir və indi başqa ölkələrdə bu təcrübə öyrənilir. Biz gələcəkdə də dünya bazarlarına şaxələndirilmiş ixrac imkanlarımızı təqdim etməliyik. O cümlədən intellektual məhsulun ixracı xüsusi əhəmiyyət daşıyır. Azərbaycan bu gün dünyada çox etibarlı tərəfdaş kimi tanınır. Çünki bizim iştirak etdiyimiz bütün layihələr əməkdaşlığa hesablanıb. Biz hesab edirik və həyat göstərir, düz hesab edirik ki, ölkələr arasındakı əməkdaşlıq bəzi problemləri aradan götürə bilər. Enerji siyasətimiz xoşniyyətlidir. Bundan heç vaxt hansısa başqa məqsəd üçün istifadə etməmişik. Bütün digər regional təşəbbüslər də əməkdaşlığa hesablanır, o cümlədən nəqliyyat sahəsində. Biz bu gün “Şərq-Qərb” dəhlizinin yaradılmasında fəal rol oynayırıq. Bakı-Tbilisi-Qars dəmir yolu yaxın aylarda istismara veriləcək. Beləliklə, biz özümüzü daha da gözəl imkanlarla təmin etmək üçün Avropanı Asiya ilə birləşdiririk. Çünki bu dəhliz bizə çox böyük iqtisadi mənfəət gətirəcək. Bu dəhlizdən keçən yüklərin həcmi on milyonlarla ton səviyyəsində olacaq. Bununla bərabər, biz “Şimal-Cənub” dəhlizini də yaradırıq. Yenə də təşəbbüs göstərmişik, yenə də regional əməkdaşlıq formatını təqdim etmişik və bu, artıq yaradılıb. Bu da bizə əlavə on milyonlarla ton yük daşımaq imkanları verəcək. Bax, budur neft amilindən asılılığı azaltmaq, qeyri-neft sektorunun inkişafı. Coğrafi vəziyyətimizdən istifadə edərək biz bu layihələri ortaya qoyuruq və onları icra edirik. Qonşularla münasibətlər ən yüksək səviyyədədir. Heç bir problemimiz yoxdur. Belə də olmalıdır. Əgər hər bir ölkə bizim kimi qonşularla münasibətləri qura bilsəydi, dünyada heç bir müharibə baş verməzdi. Müharibələrin əsas səbəbi ondan ibarətdir ki, qonşular bir-biri ilə yola getmir. Yenə də deyirəm, əgər 1990-cı illərin əvvəllərində ulu öndər Heydər Əliyev hakimiyyətdə olsaydı, heç vaxt Ermənistan-Azərbaycan müharibəsi başlamazdı. Biz heç vaxt buna imkan verməzdik. Ancaq bu gün biz bu problemi həll etməliyik. Bunun həm diplomatik yolları var, həm digər yolları. Biz ordu quruculuğu istiqamətində çox böyük addımlar atmışıq. Bu gün beynəlxalq ekspertlər də qeyd edirlər ki, Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır. Biz bunu bilirdik, ancaq bu gün bunu bütün dünya bilir. Bu ilin aprelində təmas xəttində baş vermiş hadisələr Azərbaycan Ordusunun gücünü bir daha göstərdi. Bizim ordumuz əks-hücum əməliyyatı keçirərək Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının bir hissəsini işğalçılardan azad etdi. Orada indi Azərbaycan bayrağı dalğalanır. Bu, bizim gücümüzü göstərir. Biz gücümüzü bilirik, gücümüzə əminik və düşmənin istənilən hədəfini məhv edə bilərik. Sadəcə olaraq çalışırıq ki, məsələ sülh yolu ilə həll edilsin. Azərbaycan son illər ərzində dünya miqyasında multikulturalizm mərkəzinə çevrilib. Ölkəmizdə keçirilən beynəlxalq tədbirlər, dünya forumları, sivilizasiyalararası, humanitar, mədəniyyətlərarası dialoq forumları bunu göstərir. Biz nəinki ölkə daxilində bu məsələləri lazımi səviyyədə tənzimləyirik, eyni zamanda, bir çox ölkələr üçün yol göstəririk. Biz istəyirik ki, bu nümunədən istifadə etsinlər. Əgər etsələr yenə də gərginlik azalar. Çünki bir çox hallarda müharibələr dini və məzhəb zəminində aparılır. İndi yan-yörə, hər tərəf alovlanır, yanır. Azərbaycanda sabitlik hökm sürür, inkişaf dinamikası güclənir. Bizim ölkəmizdə yaşayan bütün xalqların nümayəndələri özlərini rahat hiss edirlər. Onlar hamısı bizim qardaşlarımızdır, dəyərli vətəndaşlarımızdır. Bu da bir nümunədir. Bu, böyük bir sərvətdir. Biz bu sərvəti qoruyuruq. Ümumiyyətlə, ölkəmizi bütün bəlalardan qoruyuruq. Heç kimin işinə qarışmırıq və qoymuruq ki, kimsə bizim işimizə qarışsın. Ancaq xoş niyyət göstəririk. Ancaq hər bir məsələ ilə, xüsusilə bizi maraqlandıran məsələ ilə bağlı prinsipial mövqeyimiz həmişə ifadə olunur. Bizim siyasətimiz güzəştsiz siyasətdir. Biz prinsipial məsələlərlə bağlı keç kimə güzəştə getməmişik və getməyəcəyik. Müstəqil, ləyaqətli siyasət aparırıq, öz gücümüzə, xalqın dəstəyinə güvənirik. Xalq da bizim siyasətimizə öz dəstəyini göstərir. Bu yaxınlarda – ötən ay keçirilmiş referendumda Azərbaycan xalqı bizim siyasətimizə öz dəstəyini bir daha ifadə etdi. Referendumun nəticələrinin əsas mahiyyəti bundan ibarətdir. Biz düzgün yoldayıq. Bu yol inkişaf yoludur, müstəqillik yoludur. Ötən 25 ilin 23 ili şanlı tarix illəridir. Bu gün Azərbaycan dünya miqyasında müasir, sürətlə inkişaf edən, gözəl, qonaqpərvər, ləyaqətli ölkə kimi tanınır. İyirmi beş il böyük tarixdir. Biz artıq bütün dünyaya sübut etmişik ki, müstəqil həyat yaşaya bilərik, uğurla yaşaya bilərik. Bizim gözəlləşən şəhərlər, abadlaşan regionlar və dünyanın ən gözəl şəhərlərindən biri olan Bakı bunun əyani sübutudur. Biz gələcəkdə bu yolla gedəcəyik, müstəqil siyasət aparacağıq. Xalqın iradəsi əsasında irəli gedəcəyik. Müstəqilliyimiz dönməzdir, əbədidir. Müstəqilliyimizin möhkəmlənməsində bütün Azərbaycan xalqına yeni uğurlar arzulayıram. Yaşasın müstəqil Azərbaycan Respublikası!

17 Oktyabr 2016 6:24

“Azəristiliktəchizat”la “Azəriqaz”ın borc QALMAQALI – Sakinlər bu il də soyuqdan donacaqlar

iraq-felluca-300x169

“Noyabrın 15-dən etibarən mənzillərə istilik verilməsinə başlanacaq”. Bu haqdaModern.az-a "Azəristiliktəchizat" ASC-nin abonent və müştəri xidmətlərinin rəisi Rafiq Əliyevbildirib. R.Əliyev ötən ilin payız-qış mövsümündə abonentlərin istiliklə təchiz olunmasında yaranan problemlərin olmayacağına ümid etdiyini bildirib:   “Hazırda təmsil etdiyim qurumla “Azəriqaz” arasında olan borc məsələsinin həll edilməsi istiqamətində işlər aparılır. Çalışacağıq ki, ötən ilki kimi yubanma olmasın. Amma konkret söz deyə bilmirəm. Onu deyə bilərəm ki, noyabrın 15-dən etibarən “Azəristiliktəchizat”ın bütün qazanxanaları payız-qış mövsümünə tam hazır olacaq”.     Azəriqaz" İstehsalat Birliyinin (İB) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi İbrahim Kərbəlayev məsələ ilə bağlı Modern.az-a açıqlama verib.   O bildirib ki, “Azəristiliktəchizat" ASC sərf etdiyi qaz üzrə təxminən 35-38% səviyyəsində ödəniş edir: “Respublikada 510 qazanxana mövcuddur ki, mövsüm başlayanda ilkin olaraq debutor borcu olmayanlara mavi qaz verilməsi təmin olunacaq. Yerdə qalanlarla bağlı aidiyyatı quruma dəfələrlə müraciət olunub. Biz gözləmə mövqeyindəyik”.   İ.Kərbalayev deyib ki, cari ilin 9 ayı ərzində "Azəristiliktəchizat" ASC-nin "Azəriqaz" İstehsalat Birliyi (İB) qarşısında əlavə olaraq 8 mln. 416 min manat həcmində debitor borcu yaranıb.   Onun sözlərinə görə, “Azəriqaz” İB payız-qış mövsümündə əhalinin fasiləsiz şəkildə təbii qazla təmin olunması üçün bütün zəruri tədbirləri görüb: "Payız-qış mövsümü ilə əlaqədar respublika üzrə 7 211 km qaz xətti quraşdırılıb, 321 km qaz xətti əsaslı təmir olunub. Qəza hadisələri istisna olmaqla əhali hətta qarlı-şaxtalı günlərdə də təbii qazla fasiləsiz, tələbata uyğun şəkildə qazla təmin olunacaq. Bu məsələ qurum rəhbərliyinin birbaşa nəzarətinə götürülüb".     Xatırladaq ki, 2015-2016-cı ilin payız-qış mövsümündə iki dövlət qurumu arasında yaranan borc probleminə görə, paytaxtdakı mənzillərin istiliklə təchizatı təxminən 1 aya yaxın gecikdirilmişdi.

17 Oktyabr 2016 1:01

“Azərsu”ASC-də FETÖ qalmaqalı səngimir

dollar-300x169

Qardaş Türkiyədə  15 iyul dövlət çevrilişinə cəhddən sonra  “Azərsu”ASC-dəki  FETÖçular  “gizlənməyə”çalışsalar da ,ölkə mətbuatı hər şeyi çılpaqlığı ilə ortaya qoydu.Yazılanlardan belə çıxdı ki,”Azərsu”dakı FETÖçuların himayədarı elə Qorxmaz Hüseynov imiş. Elədirsə,sual olunur: Q. Hüseynov illər uzunu iki qardaş ölkə arasında nifaq salmağamı çalışıb?     Bir zamanlar ölkə başçısı çox hörmətli İlham Əliyev cənabları Ceyranbatan Təmizləyici Qurğusunun açılışını etdi. Bundan bir müddət sonra həmin qurğunun idarəetməsi “Azərsu” tərəfindən FETÖçulara verildi. Hazırda  orada  həm Türk FETÖçuları ,həm də azərbaycanlılar işləyirlər. İndi isə məlum olur ki,son vaxtlar şirkətdaxili münaqişələr bir az da şiddətlənib. Belə ki, Q.Hüseynovun rəhbərliyi ilə keçirilən axırıncı müşavirədə 1-ci müavin Teyyub Cabbarovla Satış və Nəzarət Departamentinin rəisi “Azərsu” da adı FETÖçu kimi hallanan Rövşən Kazımov  arasında mübahisə  əlbəyaxa davaya  çevrilib. O, həmin Rövşən Kazımovdur ki,”mənimsəmə” faktına görə Q.Hüseynov tərəfindən   işdən qovulmuşdu.Ancaq bir həftə sonra Q.Hüseynov  Türkiyəyə səfər etmiş,geri qayıdan kimi R.Kazımovu daha yüksək vəzifəyə təyin etmişdir. Hazırda R.Kazımov Departament  rəisi vəzifəsində işləməsinə baxmayaraq , Q.Hüseynovun müavinlərinə belə məhəl qoymur,ona görə də “Azərsu” ASC-də  daxili münaqişələr son həddə çatıb. Belə ki, Q.Hüseynov müavinlərindən biri Seymur Seyidovun səlahiyyətlərini   əlindən alaraq, özünə yaxın “ mafioz”a həvalə edib.Həmin “mafioz”un “Azərsu”nun  büdcəsinə vurduğu ziyan dəqiqləşdirilsə, hesablamalar müəyyən edər ki, həmin vəsait işğal olunmuş rayonlarımızın on illik  təminatıdır. Təəssüflər olsun ki, həmin “mafioz”da elə bir “gipnoz” etmə qabiliyyəti var ki, qarşısındakı şəxs onun təsirindən çıxa bilmir. Elə bu “bacarığı” sayəsində indiki mərtəbəyə yüksələ bilib. Araşdıran olsa o,heç də FETÖçulardan geri qalmayan təhlükəli bir şəxsdir. Onu da qeyd edək ki,sadalanan məlumatlar zaman-zaman “Azərsu”ASC-dəki mətbuata bağlı şəxslər tərəfindən KİV-ə ötürülüb. Faktinfo.az

14 Oktyabr 2016 6:00

ELDAR MAHMUDOVUN GİZLİN QALAN CİNAYƏTLƏRİ – Elmar Hüseynovun qətli…

dollar-300x169

Ötən il oktyabrın 17-də Eldar Mahmudov milli təhlükəsizlik naziri vəzifəsindən çıxarılandan və komandasının üzvləri həbs ediləndən sonra MTN-in (artıq ləğv edilib) apardığı bir çox qondarma cinayət işlərinin yenidən araşdırılacağına ümidlər yaranmışdı: “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun qətli işi, “Qara Kəmər” əməliyyatı, “Səidin dəstəsi”nin işi, Azərbaycan Beynəlxalq Universitetinin (ABU) prorektoru Mahir Abdullayevin oğurlanması məsələsi, gənc memar-dizayner Muxtar Vəliyevin, “Samir Sanıyevin dəstəsi”nin üzvü kimi tutulan Nəriman Abbasoğlunun və digər çoxsaylı qondarma cinayət işlərinin təkrar istintaq ediləcəyi gözlənilirdi. Artıq bu ümidlər puç olmaq üzrədir. “Qara kəmər” əməliyyatında Azərbaycanda adamları oğurlayan, sifarişlə qətllər törədən Hacı Məmmədovun dəstəsi ifşa olunmuşdu. Eldar Mahmudovun milli təhlükəsizlik naziri postunda ilk və uğurlu əməliyyatı məhkəməyə göndəriləndən sonra bir çox uyğunsuzluqlar üzə çıxdı. Məhkəmənin sonuna qədər də həmin uyğunsuzluqlara aydınlıq gətirilmədi. Dəstə başçısı Hacı Məmmədovun bir-birinə zidd ifadələri üzrə araşdırmalar aparılmadı, qiymət verilmədi. Məhkəməsindən sonra ömürlük həbs cəzası almış Hacı Məmmədovun özünü E.Mahmudov vəzifədən qovulana qədər heç bir qanuni əsas olmadan MTN təcridxanasında saxladılar. E.Mahmudov vəzifədən qovulandan sonra Hacı Məmmədov vəkili vasitəsilə bəyan etdi ki, onu illərlə MTN-də təzyiq altında saxlayıblar, vaxtilə birbaşa rəisi olmuş DİN-in Baş Cinayət Axtarış İdarəsinin rəisi, bu işə görə ömürlük məhkum olunan Zakir Nəsirovun əleyhinə yalan ifadələr verməyə məcbur ediblər. H.Məmmədov özünə vəkil tutub yenidən məhkəməyə müraciət etdi, işinin yenidən araşdırılmasını istədi. Amma ona gözlənilənlərin əksinə olaraq “yox” dedilər… “Qara kəmər” əməliyyatından 8 gün əvvəl, 2005-ci il martın 2-də, yaşadığı binanın blokunda “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynov qətlə yetirilmişdi. 2005-ci ildən bu yana cinayət işinin cildləri arxivlərdə toz qatının altında itib-batmaqdadır. Halbuki Elmar Hüseynovun qətlində birbaşa iştirak etmiş icraçıların, killer dəstəsi üzvlərinin adları, yaşadıqları ünvanlara qədər bəllidir. Killer dəstəsində Gürcüstan vətəndaşları – Tahir Xubanov, Teymuraz Əliyev, Serqo Davrişov, Nuqzar Bolkvadze və Arçil Kasiya olublar. Eldar Mahmudovun nazirliyi dövründə bu şəxslərin həbs edilmələri üçün hər hansı bir addım atılmayıb. Gürcüstan hüquq-mühafizə orqanları dəfələrlə bu şəxsləri Azərbaycana ekstradisiya edə biləcəklərini bəyan etsələr də, zəruri sənədlər təqdim edilmədiyindən həmin şəxslər istintaqdan kənarda saxlanılıblar. Eldar Mahmudovun nazirliyinin ilk ilində başlanmış cinayət işlərində saxtakarlıqlara yol verilməsi halları sonrakı 10 il müddətində daha aşkar şəkildə davam etdirilib. MTN generallarına uzanan cinayətlərin açıq-aşkar araşdırlmaması da adi hala çevrilmişdi. Məsələ ondadır ki, Elmar Hüseynovun qətlində hazırda həbsdə olan MTN generalı Akif Çovdarovun iştirakına dair iddialar var. İllərdir bu barədə danışılıb. O, həbs olunanda Elmar Hüseynovun qətlinin açılacağına ümid edilirdi. Lakin bu məsələnin üzərindən də sükutla keçilir… Mahir Abdullayev ABU prorektoru Mahir Abdullayevin itkin düşməsi-oğurlanması işi də bu qəbildən olan işlərdəndir. Eldar Mahmudov qovulanda MTN generallarının adı qarışan bu cinayət işinin də yenidən araşdırılacağı ümidləri vardı. M.Abdullayevin qardaşı, hazırda Fransada mühacir həyatı yaşayan Elşad Abdullayev illərdir ki, yorulmadan bu cinayətin araşdırılmasını tələb edir. O, MTN generallarının, müxtəlif ranqlı vəzifə daşıyıcılarının, onların sözçülərinin ona qardaşının oğurlanması ilə bağlı pul tələbləri dilə gətirilən videoları da yayıb. Amma Mahir Abdullayevin oğurlanması bu günə qədər araşdırılmamış qalıb. Mahmudov getdi, adını “Səidin dəstəsi” qoyub həbs etdirdiyi 10 günahsız gənci də azad etmədilər “MTN çetesi”nin 2007-ci il, yanvarın 13-də imza atdığı cinayətlərdən biri də “Səidin dəstəsi” adı ilə ictimaiyyətə təqdim olunan cinayət işi oldu. Həmin gün MTN-in Antiterror Mərkəzi 10 gənci restoranda, əyləncə mərkəzində, çayxanada, bəzilərini də öz evlərində həbs etmişdi. MTN-in təcridxanasına aparılan Səid Dadaşbəyli, Emil Mehbalıyev, Fərid Ağayev, Mikayıl İdrisov, Cahangir Kərimov, Samir Qocayev, Rəşad Əliyev, Ceyhun Əliyev, Bəybala Quliyev və Rasim Kərimova dəhşətli işgəncələr verib onları Cinayət Məcəlləsinin 278-ci və digər maddələri ilə ittiham etdilər. Gənclərə qarşı dövlətə xəyanət, hakimiyyəti zorakı yolla ələ keçirmə, qanunsuz silah-sursat və narkotik maddə saxlama ilə bağlı şahidsiz, sübutsuz, əsassız olaraq işgəncə verdilər. Gənclərdən toyuna bir ay qalan Emin Məmmədov işgəncələrlə MTN təcridxanasında öldürüldü. Sağ qalan gənclər əsassız ittihamlarla məhkəmə qarşısına çıxarıldılar və 12-14 il müddətinə azadlıqdan məhrum olundular. Ötən illər ərzində gənclərin bir çoxunun valideynləri stressdən, üzləşdikləri ədalətsizliklərin sonucu olaraq tapdıqları xəstəliklərdən dünyalarını dəyişdilər. MTN-də təmizləmələr başladılandan və qurum ləğv ediləndən sonra bu cinayət işinin də araşdırlacağı böyük ümidlə gözlənilirdi. Amma olmadı… Hazırda Qobustan Qapalı Həbsxanasında cəza çəkən “Üns” teatrının redaktoru Nəriman Abbasoğlu da “MTN çetesi”nin qurbanlarındandır. Ondan texniki işlərinə nəzarət etdiyi teatrın daxili şəbəkəsinə giriş üçün izn verməsi istənilib. MTN-çilər “yox” cavabını alandan sonra N.Abbasoğlu həbsə alınıb. Bu, onun ailəsinin dağılmasına, anasının ağır yataq xəstəsinə çevirilməsinə, 2 azyaşlı övladının psixoloji durumlarının pozulmasına, özünün şikəst olunaraq 10 il müddətinə azadlıqdan məhrum edilməsinə səbəb olub. 2015-ci il oktyabrın 17-də Eldar Mahmudov vəzifədən çıxarılandan sonra N.Abbasoğlu prezidentə ünvanladığı müraciətində şərlənərək həbs edildiyini bildirərək, işinin yenidən araşdırılmasını xahiş edib. Lakin bu işi də istintaq təkrarən araşdırmaqdan vaz keçib… Ötən ilin oktyabrında N.Abbasoğlunun ümidlərini bölüşənlərdən biri də MTN çetesinin qanunsuz olaraq həbsə yolladığı gənc memar-dizayner Muxtar Vəliyev idi. Babası və atası da memar olan Muxtar Vəliyev 25 yaşından bir çox dövlət əhəmiyyətli layihələrə qol qoyub. Şirkət yaradıb, Avropada təhsil almış, inşaat və memarlıq sahəsində xüsusi təkmilləşmə kursları keçmiş gənc memarları şirkətə cəlb edib. Sumqayıtdakı Heydər Əliyev Muzeyinin, Tarix muzeyinin, Dənizkənarı Parkın, MTN-in yerli şöbəsinin inzibati binasının rekonstruksiya və dizayn layihələrini gerçəkləşdirib. Habelə Heydər Əliyev Fondunun xətti ilə həyata keçirilən Bakı Rəssamlar İttifaqının və onlarla belə binaların layihəsini hazırlayıb. Sahibi olduğu şirkətin layihələri beynəlxalq sərgilərdə uğurlar qazanıb. Şirkətin işlərini genişləndirdikcə, sifarişlər, uğurlar artdıqca, keçmiş MTN-in işçilərinin də diqqətini cəlb etməyə başlayıb və qondarma ittihamla üz-üzə qalıb. 2009-cu il dekabrın 5-də onun ofisinə basqın edən MTN-çilər oranın altını-üstünə çeviriblər. Bir neçə gün sonra isə Müxtar Vəliyev və daha 11 işçisi həbs edilib. 1 il 3 aylıq dəhşətli işgəncələr M.Vəliyev və digərlərinin dələduzluq ittihamı ilə müxtəlif müddətlərə azadlıqdan məhrum edilmələri ilə sona çatıb… 3 gün sonra Eldar Mahmudovun vəzifədən qovulmasının 1 ili tamamlanır. Artıq Mahmudov “vurulan” günlərdə yaranan illüziya pərdəsi aradan qalxmaqdadır. Yerdə qalan isə onun çetesinin törətdiklərinə görə tam olaraq cavab verməyəcəyini yəqin edən acı gerçəklikdir.(musavat.com)

14 Oktyabr 2016 12:39

Azərbaycan Dəmir Yolu dinamik inkişaf mərhələsində

1476275840_aaaaaa

ˆ 13 oktyabr Dəmir yolu işçilərinin peşə bayramı günüdür "Xalq Qəzet"nin 12 oktyabr tarixli sayında fəxri dəmiryolçu, iqtisadçı-ekspert   Məhərrəm Məmmədovun "Azərbaycan Dəmir Yolu inkişaf mərhələsində"başlıqlı məqaləsi dərc olunub.Son bir ildə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində aparılan köklü islahatları,texniki tərəqqi və hərtərəfli inkişafı nəzərə alaraq "Faktinfo.az"saytı məqaləni olduğu kimi oxuculara təqdim edir: Azərbaycanın nəqliyyat şəbəkəsində önəmli yer tutan dəmir yolunun 136 illik tarixində 13 oktyabr unudulmaz bir gündür. Rusiya imperiyasının polad magistrallarının tərkib hissəsi kimi yaranan, sovet dövründə isə bir neçə dəfə Ümumittifaq və Zaqafqaziya dəmir yolu qurumlarına birləşdirilən Azərbaycan dəmir yolları 1955-ci ilin həmin günündən respublika iqtisadiyyatına daxil olan ayrıca nəqliyyat idarəsi kimi fəaliyyət göstərmişdir. Müstəqilliyin ilk 17 ilində Azərbaycan Dövlət Dəmir Yolları adlanan bu qurum Azərbaycan Respublikası Prezidentinin 20 iyul 2009-cu il tarixli sərəncamı ilə yenidən təşkil olunaraq səhmləri dövlətə məxsus “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinə çevrilmişdir. Azərbaycan dəmir yollarının müstəqil fəaliyyət göstərməyə baş- ladığı 13 oktyabr günü isə Prezident İlham Əliyevin 7 oktyabr 2005-ci il tarixli sərəncamı ilə 12 ildir ki, dəmir yolu işçilərinin peşə bayramı kimi qeyd edilir. Ümummilli lider Heydər Əliyevin Azərbaycana başçılıq etdiyi 1969-1982-ci illər, eləcə də onun sovet dövlətinin rəhbərlərindən biri kimi SSRİ-nin nəqliyyat sferasını da idarə etdiyi sonrakı 5 il respublika həyatının bütün sahələrində olduğu kimi, Azərbaycan dəmir yollarının da tarixinə texniki tərəqqi və hərtərəfli inkişaf dövrü kimi yazılmışdır. Ulu öndərin gərgin və məqsədyönlü fəaliyyəti sayəsində dəmir yolu nəqliyyatında da əsaslı dəyişikliklərə nail olunmuş, şəbəkə genişlənmiş və güclənmişdir. Azərbaycanın polad magistralında mühüm obyektlərin əksəriyyəti bilavasitə onun təşəbbüsü və rəhbərliyi ilə həyata vəsiqə almışdır. Təkcə bir faktı deyək ki, Heydər Əliyevin Azərbaycana rəhbərliyinin hər iki dövründə dəmir yolunun bütün sahələrini əhatə edən 14300 texniki yeniləşmə tədbiri qeydə alınmışdır. O dövrdə bu böyük qurucu insanın rəhbərliyi altında Sovet İttifaqında ən bö- yük çeşidləyici qovşaqlardan olan Şirvan stansiyası, YevlaxBalakən və Güzdək-Qaradağ dəmir yolu xətləri, Azərbaycan Dəmir Yolunun öz fəaliyyətini uğurla həyata keçirməsində çox mühüm əhəmiyyət daşıyan digər dəmir yolu obyektləri istismara verilmişdir. Görülən işlərin nəticəsində o dövrdə dəmir yolu vasitəsilə daşınan yüklərin illik həcmi 80-90 milyon tona çatmışdır. Yeri gəlmişkən deyək ki, istər Sibirdə inşa edilən Baykal-Amur Magistralı, istərsə də “Azərbaycan BAM-ı” adlanan Yevlax-Balakən yolu da ulu öndərin gərgin əməyinin bəhrəsi idi. Təsadüfi deyil ki, 2008- ci ildə sovet dövlətinin əfsanəvi rəhbərlərindən biri, Azərbaycan xalqının ümummilli lideri, BAM- ın baş qurucusu Heydər Əliyevin şərəfinə bu yolun Anqoya stansiyasında onun adını daşıyan vağzalın təntənəli açılışı olmuşdur. Böyük rəhbərin qayğısı və təşəbbüsü ilə həmin illərdə azərbaycanlı gənclər keçmiş SSRİ-nin müxtəlif ali məktəblərində oxumağa göndərilmiş, onların bir çoxu məhz dəmir yolu mühəndisi ixtisasına yiyələnmişdir və bu gün də müxtəlif sahələrdə mühüm vəzifələrdə çalışırlar. Yeri gəlmişkən, bir tarixi hadisəni də xatırlatmaq istərdim. 1998-ci il yanvarın 4-də Dübəndi terminalının və stansiyasının açılış mərasimində müstəqil dövlətimizin başçısı olaraq Heydər Əliyev Azərbaycan dəmir yollarının son 30 illik tarixinə nəzər salaraq demişdi: “Mən bu gün burada verilən məlumatları çox məmnuniyyət hissi ilə qəbul edirəm ki, Azərbaycan Dövlət Dəmir Yolu İdarəsi buraxılmış səhvləri artıq aradan qaldırır və öz işinin keyfiyyətini yaxşılaşdırır, yaxşı iqtisadi nəticələr əldə edir. Bu, çox vacib məsələdir. Çünki dəmir yolu Azərbaycan iqtisadiyyatının böyük bir hissəsidir. Azərbaycan dəmir yolunu on illərlə yaratmışıq, onun maddi texniki bazasını qurmuşuq. Təəssüflər olsun ki,1990-cı ildən başlayaraq Azərbaycan Dövlət Dəmir Yolunda da çox şeylər dağılıbdır, itirilibdir. Yaxşı ki, indi bunların qarşısı alınır. Mən indi Azərbaycan Dövlət Dəmir Yolunda inkişafı hiss edirəm”. Göründüyü kimi, ölkəmizin qurucu rəhbəri Heydər Əliyev dəmir yolu təsərrüfatının inkişafına daim qayğı göstərmiş, bu sahədə problemlərin aradan qaldırılmasını təmin etmişdir. Ümummilli liderin ən layiqli davamçısı Prezident İlham Əliyev də respublika iqtisadiyyatının digər sahələri ilə yanaşı, dəmir yolu nəqliyyatının da modernləşdirilməsini ardıcıl diqqətdə saxlayır, onun dünya nəqliyyat şəbəkəsinə qoşularaq beynəlxalq çəkisinin artmasına çalışır. Son dövdə Azərbaycanın dəmir yolu təsərrüfatında hərtərəfli və əsaslı canlanma nəzərə çarpır. Bu da təsadüfi deyil. Belə ki, ötən il fevralın 9-da Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə ölkənin nəqliyyat quruculu- ğunda təşəbbüskarlığı və işgüzarlığı ilə seçilən Cavid Qurbanov “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinə rəis təyin olunmuşdur. Qısa müddətdə sistemdə köklü dəyişikliklər baş vermiş, mühüm işlər görülmüşdür. Dəmir yolunda baş verən son mühüm yeniliklərə nəzər salmaq istərdim. 2015-ci il sentyabrın 18-də “Azərbaycan Dövlət Dəmir Yolları” QSC Nəqliyyat Nazirliyinin tabeliyindən çıxarılaraq müstəqil qurum elan edilib. Belə bir qərar iqtisadiyyatın böhranlı günlərində “Azərbaycan Dövlət Dəmir Yolları”nın daha operativlik, çeviklik nümayiş etdirməsinə, səmərəli qərarlar çıxarmasına şərait yaradıb. Vurğulamaq istərdim ki, “Azərbaycan Dəmir Yolları” QSCdə əsaslı islahatlar dönməz xarakter alıb. Bu isə çoxminli kollektiv tərəfindən böyük razılıq hissi ilə qarşılanıb. Artıq dəmiryolçularda qarşılaşdıqları hər hansı problemin tezliklə həll ediləcəyinə böyük inam yaranıb. Bütün bunlar ölkə başçısı İlham Əliyevin“Azərbaycan Dəmir Yolları” QSC-nin inkişafı- na, müasirləşməsinə və mövcud problemlərinin həllinə böyük həssaslıqla, diqqətlə yanaşmasının bəhrəsidir. Son bir il ərzində xüsusilə sərnişin daşınmasının yüksək səviyyədə təşkili ilə bağlı təsirli tədbirlər görülmüşdür. Daxili imkanlar hesabına sərnişin vaqonlarının təmirinə başlanılmış və yüksək standartlara cavab verən qatarlar hazırlanaraq istismara verilmişdir. Qısa müddətdə 84 kilometrə yaxın Bakı--Sumqayıt yolu bərpa edilmişdir. Bir ilin içində 40 kilometrə yaxın yol yenilənmiş, təzə platformalar tikilmişdir. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin idarə binası əsaslı təmir olunmuşdur, Bakı sərnişin vağzalının binasına müasir görkəm verilir, burada yüksək xidmət şəraiti yaradılır. Bundan başqa, texnika parkı- na 4 yeni elektrovoz, 10-a yaxın teplovoz, 3 minə yaxın vaqon gətirilmişdir. 3 “Ştadler” tipli sərnişin qatarı istifadəyə verilmiş- dir. Buğda, neft daşınmaları üçün 3 mindən çox yeni yük vaqonu alınmışdır. Uzun illərdən sonra, nəhayət, elektrik təsərrüfatı ilə bağlı yeniliklərə də start verilmişdir. Daxili sərnişin daşımaları üçün ölkəyə 5 yeni elektrik qatarı gətirilmiş, bunun biri Yalama istiqamətində xəttə buraxılmışdır. Bakı kəndlərinə yenidən sürət qatarlarının işləməsi ilə bağlı məsələ də diqqətdə saxlanılır. Bununla bağlı araşdırmalar, təhlillər aparılır. Heydər Əliyev Beynəlxalq Hava Limanına yeni dəmir yolu xəttinin çəkilməsi planlaşdırılır. Yaxın gələcəkdə Gəncə istiqamətində xəttə saatda 100 kilometr məsafə qət edən qatarların buraxılması nəzərdə tutulur. Başqa sözlə, gələn ilin ortalarına və yaxud sonuna yaxın bu yolda ən azı 100 km/saat sürətlə hərəkət edən qatarların hərəkəti gözlənilir. Bununla da Gəncəyə 3-3,5 saata çatmaq məsələsi həll ediləcək. Bu məqsədlə “Stadler Rail Group” şirkətindən yeni ikimərtəbəli qatarların alınması və istifadəyə verilməsi gündəlikdədir. Hazırda dəmir yolu sistemində biletlərin satışı eletron onlayn sistemi ilə həyata keçirilir. İstənilən şəxs internet vasitəsi ilə harada yaşamağından və olmasından asılı olmayaraq istədiyi yerə bileti sifariş edə bilir. Dəmir yolu sistemində idarəetmənin daha da effektli həyata keçirilməsi üçün tədbirlər planının icrası davam etdirilir. Tezliklə yük vaqonlarının idarə olunmasında CPRS sistemindən istifadə ediləcəyi gözlənilir. Bu qayda reallaşandan sonra yük vaqonlarının yeri müəyyən ediləcək, başqa sözlə, elektrovozların hansı stansiyada və yaxud, hansı yolda hərəkətdə olması aydınlaşacaq. Gecikmənin səbəbləri bilinəcək, yanacaq, elektrik enerjisi sərfi müəyyənləşəcək. Bu gün Bakı-Böyük Kəsik istiqamətində elektrik təchizatı sisteminin 25 kilovoltluq dəyişən cərəyanlı dartı sisteminə keçirilməsi mərhələlərlə icra olunur. Layihənin birinci mərhələsi Böyük KəsikGəncə, ikinci mərhələsi Gəncə-- Ucar, üçüncü mərhələsi Ucar-Hacıqabul, dördüncü mərhələsi isə Hacıqabul-Bakı sahələrini əhatə edir. Həmin sahələr üzrə artıq 12 yeni yarımstansiya tikilib. İndi tamamlama işləri görülür. Eyni zamanda, kontakt şəbəkəsində dayaqların quraşdırılması, naqillərin çəkilməsi davam etdirilir. Müvafiq dövlət proqramı çərçivəsində dəmir yollarının avtomatlaşdırılmış işarəvermə sisteminin mikroprosessor əsasında vahid dispetçer mərkəzindən idarə olunması üçün tədbirlər həyata keçirilir. Bu sistemə qatarların hərəkətinə monitorlar vasitəsilə texniki və vizual nəzarət olunması, hərəkət heyəti ilə birbaşa rabitə əlaqəsinin yaradılması, nasazlığı dərhal aşkara çıxaran təhlükəsizlik cihazlarının quraşdırılması, dəmir yolu--avtomobil keçidlərinin tam avtomatlaşdırılması daxildir. Dəmiryolçuların sosial şəraitinin yaxşılaşdırılmasına da önəm verilir. Son bir ildə bu istiqamətdə bir sıra tədbirlər görülüb. Dəmir yolu işçilərinin sosial problemlərinin həlli, əmək kollektivlərində sosial gərginliyin azaldılması və əmək şəraitinin yax- şılaşdırılması üçün uğurlu addımlar atılıb. Uzun müddət növbədə olan işçilərin yeni mənzillərlə təmin edilməsi barədə QSC rəhbərliyinin qərarı hamını sevindirib. Ötən ilin sonunda 78 dəmiryolçu ailəsi yeni mənzilə köçüb. “Azərbaycan Dəmir Yolları” QSC rəisinin əmri ilə dəmir yolunda çalışanların orta aylıq əmək haqqı 30 faizə qədər artırılarq 263 manatdan 342 manata qaldırılıb. Dəmiryolçuların sağlamlığının qorunması, təhlükəsizliyinin təmin edilməsi, istehsalatda zədəalma hallarının aradan qaldırılması, onlara sağlam iş və istirahət şəraitinin yaradılması, bununla da əməyin mühafizəsi sahəsində işçilərin hü- quqlarının müdafiə olunması daim diqqət mərkəzində saxlanılır. Mən bir mühüm məsələyə də toxunmağı vacib bilirəm. Şərqlə Qərbin, Şimalla Cənubun qovşağında yerləşən Azərbaycan dünyanın nəqliyyat sektorunda baş verən proseslərdən kənarda qala bilməz. Əksər hallarda bu proseslərin təşəbbüskarı elə Azərbaycandır. Qloballaşan dünyada ölkəmizin bu sahədə rolu artaraq strateji əhəmiyyət kəsb edir. Prezident İlham Əliyevin siyasi dəstəyi ilə bu sahədə dövlət maraqlarını təmin edəcək irimiqyaslı işlər görülür. Respublikamızda tranzit yükdaşımaların stimullaşdırılmasına dair dövlət başçısının imzaladığı çoxsaylı sənədlər, yüksək səviyyədə apardığı danışıqlar da bu sahənin inkişafını sürətləndirir. Azərbaycan Dəmir Yolları” QSC-nin beynəlxalq nəqliyyat dəhlizlərində fəal iştirakını, tranzit daşımaların artırılması və müvafiq infrastrukturun inkişaf etdirilməsini diqqət mərkəzində saxlaması və gündəliyə gətirməsi strateji baxımdan olduqca mühüm addımdır. Ölkəmizin nəqliyyat qurumları “Şərq-Qərb” və “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizlərinin fəaliyyətində fəal iştirak edir. Hazırda Azərbaycan dəmir yolları respublikamızın polad magistralları ilə bağlı tranzit potensialının artırılması istiqamətində bütün imkanları səfərbər edib. Əsas vəzifələrdən biri odur ki, Azərbaycan üzərindən yük daşımağın daha sərfəli olduğunu bütün dünyaya sübut etməliyik. Azərbaycan üçün hazırda prioritet olan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu və Beynəlxalq “Şimal-Cənub” nəqliyyat dəhlizi ilə yanaşı, “Cənub-Qərb” və Vikinq layihələrinin işləməsi üçün səylər göstərilir. Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM) məqsədi Çin, Mərkəzi Asiya, Xəzər və Qara dənizləri hövzələri və Avropa ölkələrindən yük daşı- malarını Azərbaycan üzərindən keçməklə, hər iki istiqamətdə artıraraq, dövriyyə dinamikasının rəqabətliyini gücləndirməkdir. TBNM dəhlizinin iqtisadi əsaslandırılması və potensialın müəyyən edilməsi üçün Avropa İttifaqı və Çin arasındakı 106 milyon tondan artıq və dəyəri 520 milyard avrodan çox ticarət dövriyyəsini qeyd etmək lazımdır. TBNM vasitəsilə yükdaşımalar 12 gün ərzində həyata keçirilir və multimodal daşımanı bu marşrut üzrə əlverişli edir. Artıq TBNM vasitəsi ilə 3 yük qatarı Çindən Avropa istiqamətində nəql edilib. Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi yekunlaşdırılandan sonra, minimum gündə 1 qatarın bu marş- rutla nəql edilməsi planlaşdırılır. Şərq-Qərb nəqliyyat dəhlizində Azərbaycanın logistik imkanları- nın artırılması istigamətində vacib addımlar atılır. Hazırda məhz Azərbaycanın təşəbbüsü ilə Türkiyə və Gürcüstanın da iştirak etdiyi Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi, demək olar ki, tamamlanıb. Bu yolun istismara verilməsi ilə Azərbaycan ilk dəfə Avropanın dəmir yolu şəbəkəsinə çıxış əldə edəcək. Paralel olaraq Azərbaycanın özündə zəruri infrastruktur seqmentləri yaradılmaqdadır. Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kompleksinin bərə terminalının fəaliyyətə başlaması dəmir yolu vasitəsilə yükdaşımaların əhəmiyyətini artıracaq. Eyni zamanda, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ərazisində azad iqtisadı zona da yaradılacaq, bununla əlaqədar artıq bir çox xarici şirkətlərlə müqavilələr bağlanıb. Bu əməkdaşlıq nəticəsində regionda ilk dəfə sürücüsüz daşıma, yəni öz- özünü idarə edən və süni intellektə sahib nəqliyyat vasitələrinin istifadəsi tətbiq olunacaq. Görülən işlər, həyata keçirilən tədbirlər deməyə əsas verir ki, dəmiryolçular əldə olunan uğurları bundan sonra da artıracaq, dövlətin və hökumətin irəli sürdüyü vəzifələrin uğurla yerinə yetirilməsi üçün bütün imkanlardan səmərəli istifadə edəcək, göstərilən etimadı əməli işlərlə doğruldacaqlar. Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi inkişaf strategiyası nəticəsində “Azərbaycan Dəmir Yolları” QSC dünyanın inkişaf etmiş ölkələrinin dəmir yolları sırasında öz layiqli yerini tutacaq. Məhərrəm Məmmədov, Fəxri dəmiryolçu, iqtisadçı-ekspert  

12 Oktyabr 2016 10:28

Fakt

Bizi izləyin