Bakıda film kimi quldurluq – FOTO/VİDEO

publika.az1470219397qd1

Bakıda İran vətəndaşı döyülərək qarət olunub. Faktinfo.az xəbər verir ki, Binəqədi rayonunun Fatmayi qəsəbəsində 3 şəxs İran vətəndaşı Murtəza Azərə və Bakı şəhər sakini Sədi Məmiyevə zor tətbiq edərək 750 manat pul alıblar.Binəqədi RPİ 4-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, futbol klublarının birinin üzvü olan Miqdar Məmmədov, Abşeron rayon sakinləri Orxan Atayev və Məhərrəm Məhərrəmov saxlanılıblar.İdarəyə gətirilən Məhərrəm, onun qayını Miqdar və tanışı Orxan törətdikləri əməli etiraf ediblər.17 gündür ki, ailə həyatı quran Məhərrəmin sözlərinə görə, kafedə çay içdikləri zaman 2 nəfər onlara yaxınlaşıb. Şəxslər Məhərrəmovun dostlarından onları tanıdıqları əyləncə klubuna aparmağı xahiş ediblər. Orxan taksi fəaliyyəti ilə məşğul olduğundan təkliflə razılaşıb. Avtomobilə müştəri kimi əyləşən şəxslər, Miqdar, Orxan və Məhərrəmdən onlarla birgə əylənmələrini istəyiblər, hesabı ödəyəcəklərini deyiblər. Ancaq sonda hesabın yüksək miqdarda gəlməsi şəxslərin verdikləri sözdən yayınması ilə nəticələnib. Məhərrəm Məhərrəmov - saxlanılan şəxs: "Şotu vermədilər, dedilər ki, bizlik deyil, biz ikimizin pulunu verəcəyik. Sonra bunları götürüb, evlərinə apardıq. Mən telefonu "zalok" qoydum ki, pulu verib götürərəm. Yolda dedim ki, maşını saxlasın. Düşdük, onlarla dalaşdıq. İranlı pulu qayınıma verdi, mən də ondan götürdüm". Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır. https://youtu.be/jOp3ezmbKNs  

3 Avqust 2016 3:52

Bakıda qızdan analığına qarşı film kimi – Cinayət

qad

Paytaxtın hüquq mühafizə orqanları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Yasamal rayonu ərazisində törədilmiş quldurluq cinayətinin üstü açılıb. Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğundan "Qafqazinfo"ya daxil olan məlumata görə, iyulun 27-də saat 11 radələrində Yalçın Ramazanov tanışı Nəzrin Əliyeva ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, sonuncunun analığı Tatyana Alimovanın yaşadığı Yasamal rayonunda yerləşən mənzilindən qızıl-zinət əşyalarını ələ keçirmək məqsədilə, özünü Qaz istismarı idarəsinin əməkdaşı kimi təqdim etməklə qanunsuz mənzilə daxil olaraq, hücuma məruz qalmış Tatyana Alimovanın həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq etməklə, sonuncunun əllərini və boğazını yapışqan lentlə bağlayıb yumruqla ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirməklə basqın edib evdə olan qızıl-zinət əşyalarını quldurluq yolu ilə ələ keçirmişlər. Faktla bağlı Yasamal rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 181.2.3-cü (quldurluq, yaşayış sahəsinə qanunsuz olaraq girməklə törədildikdə) maddəsi ilə cinayət işi başlanıb. Həyata keçirilmiş tədbirlər nəticəsində Yalçın Ramazanov və Nəzrin Əliyeva cinayəti törətməkdə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunublar. Onlar iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək Cinayət Məcəlləsinin qeyd olunan maddəsində nəzərdə tutulan ittiham elan edilməklə barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.  

2 Avqust 2016 5:45

Yasamalda mənzilə basqın edilib, qızıl-zinət əşyaları oğurlanıb

oru

Bakı Şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğu paytaxtda quldurluq cinayəti ilə bağlı birgə məlumat yayıb. Baş Prokurorluqdan verilən məlumatda bildirilir ki, paytaxtın hüquq mühafizə orqanları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Yasamal rayonu ərazisində törədilmiş quldurluq cinayətinin üstü açılıb.Belə ki, iyulun 27-də saat 11 radələrində Yalçın Ramazanov tanışı Nəzrin Əliyeva ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, sonuncunun analığı Tatyana Alimovanın yaşadığı Yasamal rayonunda yerləşən mənzilindən qızıl-zinət əşyalarını ələ keçirmək məqsədilə özünü Qaz İstismarı İdarəsinin əməkdaşı kimi təqdim etməklə qanunsuz mənzilə daxil olaraq, hücuma məruz qalmış Tatyana Alimovanın həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq etməklə, sonuncunun əllərini və boğazını yapışqan lentlə bağlayıb yumruqla ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirməklə basqın edib evdə olan qızıl-zinət əşyalarını quldurluq yolu ilə ələ keçiriblər.Faktla bağlı Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 181.2.3-cü (quldurluq, yaşayış sahəsinə qanunsuz olaraq girməklə törədildikdə) maddəsi ilə cinayət işi başlanıb. Həyata keçirilmiş tədbirlər nəticəsində Yalçın Ramazanov və Nəzrin Əliyeva cinayəti törətməkdə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunublar. Onlar iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək Cinayət Məcəlləsinin qeyd olunan maddəsində nəzərdə tutulan ittiham elan edilməklə barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

2 Avqust 2016 4:18

Tovuzda 12 nəfər qurban ətindənzəhərlənib

zeher

Avqustun 1-də Tovuz rayonunun Azaflı kəndində qurban ətindən zəhərlənmə ilə bağlı 7 nəfər hələ də xəstəxanada müalicə alır. Bu barədə Trend-ə Tovuz rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.Məlumatda bildirilir ki, həmin gün zəhərlənmə ilə bağlı 12 nəfər xəstəxanaya gətirilib. Onlardan 5-ə ilkin tibbi yardım göstərildikdən sonra ambulator müayinəyə buraxılıb, 7 xəstə isə xəstəxananın infeksiya şöbəsinə yerləşdirilib. Hazırda xəstəxanada müalicə olunanların vəziyyətləri orta-ağır, stabil qiymətləndirilir. Xəstəxanadan bildiriblər ki, zəhərlənmə hadisəsi Azaflı kəndində Musayevlər ailəsinin qurban kəsdiyi heyvanın ətindən baş verib. Ailə qurban ətindən qonşulara da paylayıb. Əti yeyən ailə üzvləri və qonşular zəhərləniblər. Hazırda qurban kəsən ailənin 4 üzvü xəstəxanadadır.1994-cü il təvəllüdlü Musayeva Lalə Nizami qızı, 2013-cü il təvəllüdlü Abdullayev Ömər Qabil oğlu, 1981-ci il təvəllüdlü Həsənova Samirə Məhəmmədəli qızı, 1995-ci il təvəllüdlü Musayev Rövşən Nizami oğlu, 1996-cı il təvəllüdlü Hüseynov Hikmət Mehman oğlu, 1975-ci il təvəllüdlü Əhmədova Zərifə Valeh qızı hazırda srasionar müalicə alırlar. Müalicə alanlardan 1994-cü il təvəllüdlü Musayeva Lalə Nizami qızının mədəsində kəskin ağrılar olduğundan onun vəziyyəti ağır qiymətləndirilir. Digər xəstələrin vəziyyəti artıq stabilləşib.

2 Avqust 2016 4:16

Ayağı səhvən kəsilən qadın vəfat etdi

sehf

Cərrahiyyə əməliyyatı zamanı sol ayağının əvəzinə sağ ayağı amputasiya olunmuş 87 yaşlı Tərlan Həsən qızı Məmmədova iyulun 31-də dünyasını dəyişib Faktinfo.az  xəbər veirr ki, faktı Meydan TV-yə nəvəsi Könül Rzayeva təsdiqləyib. Onun sözlərinə görə, nənəsi bazar günü səhərə yaxın – saat 4 radələrində dünyasını dəyişib, günorta dəfn edilib. Xatırladaq ki, iyunun 24-də uzun müddət diabet xəstəliyindən əziyyət çəkən Bakı şəhər sakini, 1929-cu il təvəllüdlü Tərlan Məmmədova Səhiyyə Nazirliyinin Xüsusiləşdirilmiş Angioloji Mərkəzində həkim-cərrah Valeh Ağalələ oğlu Kərimov tərəfindən cərrahiyyə əməliyyatı olunarkən sol ayağı amputasiya edilməli olduğu halda, sağ ayağı amputasiya edilib. Sonradan onun sol ayağı da kəsilib.Valeh Kərimov işindən müvəqqəti uzaqlaşdırılsa da, Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin baş direktoru, professor Ədalət Həsənov qadının hər iki ayağında amputasiyaya ehtiyac olduğunu əsas gətirərək, həkimə bəraət qazandırıb: “Sol ayağının əvəzinə səhvən sağ ayağı kəsilən xəstənin hər iki kəsilmiş ayağına baxılıb, yəni onların makroskopik müayinəsi aparılıb. Damarların, dərialtı toxumaların, barmaqların vəziyyətinə baxılıb. Məlum olub ki, hər iki ayaq xəstə idi. Onların hər ikisi kəsilməli idi”.

2 Avqust 2016 9:41

“Araz” zavodunun ərazisində 467 ədəd partlamamış hərbi sursat aşkarlanıb – FOTO

anama

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) avqustun 1-də Ağdam, Tərtər rayonları və Şirvan şəhərlərində partlamamış hərbi sursatlar haqqında hesabat yayıb. ANAMA-dan Publika.az-a daxil olan məlumata görə, Ağdam rayonunun Əfətli kəndində 1 əkin sahəsində 4 partlayış yerinə baxış keçirilib, partlamış hərbi sursatların qalıqları aşkar edilərək götürülüb, nəticə etibarilə 7 000 kv.m ərazi yoxlanılıb.Tərtər rayonunun Həsənqaya kəndində 4 partlayış yerinə baxış keçirilib, partlamış hərbi sursatların qalıqları aşkar edilərək götürülüb, nəticə etibarilə 5 000 kv.m ərazi yoxlanılıb.Bir avqust tarixində 1 əkin sahəsi, kənd yolu, 8 partlayış yerinə baxış keçirilib, partlamış hərbi sursatların qalıqları aşkar edilərək götürülüb, nəticə etibarilə 12 000 kv.m ərazi yoxlanılıb.Ümumilikdə agentlik tərəfindən 7 Aprel – 01 avqust 2016-cı il tarixlərində Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Goranboy, Tovuz, Qazax, Ağstafa, Samux, Göygöl, Şəmkir, Cəlilabad, Ucar, Astara rayonlarında, Mingəçevir, Sumqayıt, Gəncə, Şirvan və Bakı şəhərlərində 641 ev və həyətyanı sahə, 2 hərbi hissə, 2 kənd qəbiristanlığı, 5 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 1 metal anbarı, 30 ferma, əkin sahələri, 1 çaxır zavodu və 1 çınqıl karxanası ərazisinə baxış keçirilib, 3 468 ədəd partlamamış hərbi sursat, 15 ədəd piyada əleyhinə mina (PMN), 3 ədəd piyada əleyhinə mina (POMZ-2), 1 ədəd piyada əleyhinə mina (OZM-72) və 24 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.Şirvan şəhəri Müdafiə Sənayesi Nazirliyinə məxsus “Araz” zavodunda baş vermiş partlayışla əlaqədar zavod və ətraf ərazilərdə davam edən təmizləmə əməliyyatları barədə: 1 avqust 2016-cı il tarixində 400 000 kv.m ərazi təmizlənib və 467 ədəd müxtəlif növ və çaplı partlamamış hərbi sursat aşkar olunub və zərərsizləşdiriməsi üçün götürülüb. Ümumiyyətlə, 6 gün ərzində 1 972 100 kv. m ərazi təmizlənib və 3 236 ədəd müxtəlif növ və çaplı partlamamış hərbi sursat aşkar olunub və zərərsizləşdiriməsi üçün götürülüb. Bununla yanaşı, 117 ev və şəhər ərazisində 1 256 nəfər yerli sakin arasında mina təhlukəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.Hazırda agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir. * Fotoları təqdim edirik  

2 Avqust 2016 8:31

Fakt

Bizi izləyin