Qadın daxili orqanında qızıl keçirmək istədi – FOTO

dgk_291216_1

Gömrük əməkdaşları zərgərlik məmulatının qanunsuz yolla ölkə ərazisinə gətirilməsinə cəhdin qarşısını alıblar. Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Publika.az-a bildirilib ki, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumata əsasən, İstanbul-Bakı aviareysi ilə gələn xanım sərnişin, Azərbaycan vətəndaşı nəzarətə götürülüb. Vətəndaş gömrük nəzarəti zonasını tərk etdikdən sonra saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb.Yoxlama başlamazdan əvvəl vətəndaşdan üzərində gömrüyə bəyan edilməli hər hansı bir əşyanın olub-olmadığı soruşulub və o, belə bir əşyanın olmadığını bildirib. Lakin gömrük əməkdaşının onu bədən üzvlərinin yoxlanılması üçün tibb işçisi dəvət olunacağı barədə xəbərdar etməsindən sonra həmin şəxs buna ehtiyac olmadığını və daxili orqanında gizlətdiyi əşyaları könüllü təqdim edəcəyini bildirib.Daha sonra, yoxlama otağına dəvət olunmuş hal şahidlərinin iştirakı ilə vətəndaş daxili orqanında gizlətdiyi sellofan bükümün içərisindəki qızıl-zinət əşyalarını, bəzilərinin üzəri qaşlarla bəzədilmiş - 18 ədəd kulon, 22 ədəd üzük, 17 ədəd sırğa cütü, 5 ədəd tək sırğa, 3 ədəd boyunbağı, 3 ədəd sırğa-üzük dəsti, 4 ədəd boyunbağı-qolbaq-sırğa-üzük dəsti və 3 ədəd qolbağı çıxararaq gömrük nəzarətinə təqdim edib.Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin arayışına əsasən, sözügedən predmetlər ümumi çəkisi 254,26 qram olan və 583/585 əyarlı qızıldan hazırlanan zərgərlik məmulatıdır. Faktla bağlı araşdırma aparılır.

29 Dekabr 2016 12:58

Bakıda yol verməmək üstündə avtobus sürücüsünü döydülər – VİDEO

3385a9

Bakıda minik avtomobilinin sürücüsü və onun yanındakı sərnişin yol verməmək üstündə avtobus sürücüsünü döyüb. Hadisə dekabrın 26-da, saat 12.40 radələrində Yasamal rayonu ərazisində baş verib.Avtosfer.az-ın əldə etdiyi məlumata görə, döyülən avtobus sürücüsü "Xaliq Faiqoğlu" MMC-yə məxsus 96 saylı marşrutda çalışır. Belə ki, 96 saylı manşrut üzrə hərəkət edən 10-TG-042 dövlət nömrə nişanlı avtobusun yolunu kəsərək qəza şəraiti yaradan "KİA" markalı, 90-RG-545 dövlət nömrə nişanlı avtomobilin sürücüsü avtobusun qarşısına keçərək müxtəlif hərəkətlərlə yolu kəsib və avtobus sürücüsünü qıcıqlandırıb. Təqdim olunan videodan da göründüyü kimi, avtobus sürücüsü onlara irad bildirdikdə söyüşlə üzləşib və avtobusu saxlayaraq onlarla söhbət etmək üçün yerə düşüb. Bu zaman "KİA"-nın sürücüsü və yanındakı sərnişin avtobus sürücüsünə hücum çəkərək onu döyməyə başlayıblar. Onları sərnişinlər sakitləşdirib. Dava nəticəsində avtobus sürücüsünün alnı partlayıb və qan içində avtobusa qayıdaraq yoluna davam edib.Şahidlər bildirib ki, həmin avtobus dayanacaqdan tərpənəndən az müddət sonra irəlidə yolun hərəkət hissəsində şəxsi avtomobilini saxlayan tanımadığı şəxs avtobus sürücüsünün avtobusu guya onun avtomobilinə çox yaxın sürdüyünü, az qala onun avtomobilini “sürtdüyünü” əsas gətirərək, avobus sürücüsünü “çoban” və sair ifadələrlə təhqir edib. Bu təhqiri eşidən avtobus sürücüsü avtobusu yolun kənarında saxlayıb məsələyə aydınlıq gətirmək üçün aşağı düşdükdə isə döyülüb.Artıq "Xaliq Faiqoğlu" MMC-nin rəhbərliyi Daxili işlər naziri, general-polkovnik Ramil Usubova müraciət edərək həmin sürücünün və yanındakı şəxsin tapılıb cəzalandırılmasını xahiş edib. https://youtu.be/bRCKUeZggIU

28 Dekabr 2016 2:28

Azərbaycanlı “qanuni oğru”nu vəhşicəsinə döydülər – FOTOLAR

ogru

Azərbaycanlı  “qanuni oğru” Rafiq Eyvazov Türkiyədə döyülüb. Faktinfo.az musavat.com-a istinadən xəbər verir ki, R.Eyvazovun döyülməsinin dəqiq səbəbi məlum  deyil, amma böyük ehtimalla buna səbəb azərbaycanlı kriminallar arasında son aylar qızışan “razborka”dır. R.Eyvazov  kriminal aləmdə  “Masallı Rafiq” kimi tanınır. O, bir neçə il bundan əvvəl həbsxanada serrozdan vəfat etmiş “qanuni oğru” Məmməd  Hüseynovun (“Masallı  Mamed”) uzaq qohumudur. 2013-cü ildə R.Eyvazov Bakıda silahla tutulub. O zaman Rusiyanın “Praym kraym” nəşri bu həbslə bağlı sensasion bir xəbər yayıb. Xəbərdə bildirilib ki,  R.Eyvazovun  “taclandırılması” müəyyən şərt daxilində həyata keçirilib. Bu şərt isə ondan ibarət imiş ki, R.Eyvazov “qanuni oğru” adı aldıqdan sonra həbsxanaya girməli, burada isə “Lotu Quli” ləqəbli Nadir Səlifova “problem yaratmalı” imiş. İddia edilib ki, R.Eyvazov həbsxanaya qəsdən göndərilir ki, “zon”da “qanuni oğru”nun “Quli” nin deyil, onun olduğu sübuta yetirilsin. 2013-cü ilin martında həbs edilən R.Eyvazov haqda bundan sonra heç bir məlumat olmayıb. Onun hansı cəza aldığı, harada cəza çəkdiyi barədə xəbər ictimailləşməyib. Amma göründüyü kimi,  R.Eyvazov hazırda azadlıqdadır və Türkiyəyə yerləşib. Onun məhz Türkiyədə döyülməsi də diqqət çəkir. Bu ilin avqustunda Rövşən Canıyev (“Rövşən Lənkəranski”) Türkiyədə qətlə yetirdikdən sonra bir-birlərini qəbul etməyən azərbaycanlılar arasında kriminal “razborka” daha da qızışıb. “Lənkəranski” nin Türkiyədəki obyektləri  uğrunda da ciddi mübarizə gedir. “Quli” tərəfdarları hələ ki, “Lənkəranski”nin buradakı nəzarət etdiyi obyektlərə öz iddialarını ortaya qoymayıblar. Amma sirr deyil ki, “Quli”nin qardaşı - “qanuni oğru” Namiq Səlifov bir neçə ildir Türkiyədə yaşayır. “Lənkəranski”nin qətli günü yanında olan “qanuni oğru” “Hacı Beyləqanski” kimi tanınan Hacı Talıbxanlı da hadisədən bir müddət sonra azadlığa buraxılıb.  Son illərdə H.Talıbxanlı Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində yaşayıb.

25 Dekabr 2016 8:13

Fakt

Bizi izləyin