Gömrükdə əməliyyat: qızıl-zinət əşyalarının ölkədən çıxarılmasının qarşısı alındı

gold_albom_240512

Külli miqdarda qızıl-zinət əşyalarının ölkədən qanunsuz çıxarılmasına cəhdin qarşısı alınıb. Bu barədə Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən məlumat verilib.Bildirilir ki, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda qızıl-zinət əşyalarının ölkədən qanunsuz çıxarılmasına cəhdin qarşısını alıblar. Bakı-İstanbul aviareysi ilə getmək üçün Heydər Əliyev Beynəlxalq Aeroportuna gələn Tacikistan vətəndaşı Boltaeva Matluba Umarovna bəyan etməli olduğu malları əvvəlcədən gömrük orqanına bəyan etməyib.Ona məxsus olan qara rəngli kiçik həcmli çamadana rentgen aparatı vasitəsi ilə baxış keçirilərkən monitorda külli miqdarda olan qızıl-zinət əşyalarının təsvirləri görülüb. M.U.Boltaeva gömrük əməkdaşı tərəfindən saxlanılmış və yoxlama otağına dəvət olunub. Şəxsi yoxlama zamanı M.U.Boltaevanın üzərindən 1 ədəd qadın qol saatı, 1 ədəd qolbaq, 1 cüt sırğa, 1 ədəd üzük, 1 ədəd kolye-sırğa cütü dəsti, əl çantasından isə 2 ədəd kulon aşkar edilib. Əl baqajının yoxlanılması zamanı isə 5 ədəd üzük-sırğa cütü dəsti, 2 ədəd kulon-üzük-sırğa cütü dəsti, 5 ədəd üzük, 3 ədəd qolbaq, 1 ədəd boyunbağı, 1 ədəd kulon, 1 ədəd qadın qol saatı və 5 ədəd qadın qol saatının qolbaqları aşkar edilib. Aşkar olunan zərgərlik məmulatları hal şahidlərinin iştirakı ilə protokol əsasında götürülüb.Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin arayışına əsasən, tədqiqata təqdim edilmiş zərgərlik məmulatlarının ümumi çəkisi 470.25 qramdır. Faktla bağlı araşdırma aparılır.

23 Dekabr 2016 3:08

Bakıda 2 qadın maşının altında qalıb öldü – BİRİ YOLU TƏMİZLƏYİRMİŞ

qa

Daxili İşlər Nazirliyi Bakıda piyadaların ölümü ilə nəticələnən yol qəzaları ilə bağlı məlumat yayıb. Lent.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, dekabrın 20-də saat 15 radələrində Binəqədi qəsəbəsində Bakı şəhər sakini Knyaz Abbasov idarə etdiyi "İveco" markalı avtomobili ilə yolu keçən qəsəbə sakini Kəmalə Tahirovanı vurub və nəticədə piyada hadisə yerində ölüb. Binəqədi RPİ tərəfindən araşdırma aparılır. Bundan başqa dekabrın 20-də saat 07 radələrində paytaxtın Nizami rayonu ərazisində Bakı şəhər sakini Seyran Ağayev idarə etdiyi "Mercedes" markalı avtomobillə yolun hərəkət hissəsində təmizlik işləri aparan Yardımlı rayon sakini Minarə Abıyevanı vurub. Nəticədə M.Abıyeva hadisə yerində ölüb. Nizami RPİ tərəfindən araşdırma aparılır. ***** 10:49 Bakıda ölümlə nəticələnən yol qəzaları baş verib. Lent.az-ın məlumatına görə, Binəqədi rayonu ərazisində, Mehdiabada gedən yolda "İveco" markalı, 99 BO 494 dövlət qeydiyyat nişanlı yük maşını 61 yaşlı qadını vurub. Ağır xəsarətlər alan qadının həyatını xilas etmək mümkün olmayıb. Oxşar hadisə Nizami rayonu ərazisində - Mikayıl Əliyev küçəsində də baş verib. Burada "Mercedes" markalı minik avtomobili, 59 yaşlı qadını vurub. Piyada aldığı xəsarətlərdən vəfat edib. Hər iki faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

21 Dekabr 2016 12:26

16 yaşlı azərbaycanlı Almaniyada dalbadal yeddi soyğun törətdi

alm

Almaniya polisi bu ölkədə bir-birinin ardınca yeddi soyğunçuluq hadisəsi törədən, otelləri və supermarketləri yaran azərbaycanlı yeniyetməni yaxalayıb. Virtualaz.org Almaniya KİV-lərinə istinadən xəbər verir ki, Azərbaycandan bu ölkəyə getmiş 16 yaşlı yeniyetmə 10 gün ərzində Hamburq şəhərinin qərb hissəsində beş otelə və iki supermarketə quldur basqınları həyata keçirib. Və hər dəfə eyni sxemlə hərəkət edib. O, qara maska taxaraq otellərə və supermarketlərə basqın edib, əməkdaşları və kassrləri bıçaqla hədələyib, pulları tələb edib. Beş soyğunçuluq hadisəsində həmin azərbaycanlı “orta məbləğlərdə” pul aparmağa nail olub, ikisində isə əliboş dönüb. Hamburq polisinin mətbuat katibi Tanja fon der Axe belə deyib. Polisin bildirdiyinə görə, ilk soyğunçuluq hadisəsi dekabrın 5-də törədilib. Həmin hadisədən sonra polis soyğunçunun izinə düşsə də onun bir-birinin ardınca yeni soyğun hadisələri törətməsinin qarşısını ala bilməyib. Nəhayət ötən həftə sonu polis soyğunçunun kimliyini müəyyən edib və qaldığı yeri təsbit edib. Məhkəmənin çıxardığı həbs orderi əsasında polis əməliyyat keçirərək gənc soyğunçunu həbs edib. Xatırladaq ki, Almaniyada cinayətkarlıq son vaxtlar miqrantların bu ölkəyə axını ilə bağlı kəskin artıb. Habelə miqrantlar arasından çıxan terrorçular dəfələrlə terror hücumları törədib. Ötən gün Berlində Yeni il yarmarkasının keçirildiyi bazara TIR-la daxil olub qarşısına keçənləri tapdalayan terrorçunun da Pakistandan ötən ilin sonunda Almaniyaya gedən miqrant olduğu müəyyənləşib. Bundan əvvəl isə ərəb mənşəli miqrant pilləkənlərdən düşən alman qızın arxasından güclü təpik zərbəsi endirərək ona ağır xəsarət yetirmişdi, bu hadisə ölkədə geniş rezonansa səbəb olmuşdu. Alman mediası yazır ki, bu ölkənin iri şəhərlərində ərəblərdən ibarət cinayətkar dəstələr at oynadır və polis onlarla bacarmır. Ölkənin qapılarını ərəb, pakistanlı və afrikalı miqrantların üzünə açan kansler Merkel getdikcə daha çox reytinq itirir və onun siyasətindən narazıların sayı artır. Almaniya hazırda qaçqınlar üçün ən yüksək sosial müavinət ödəyən və onları ən çox qayğı ilə əhatə edən ölkədir.

20 Dekabr 2016 5:30

Fakt

Bizi izləyin