32 yaşlı müəllimə şagirdlə qaçdı – Bakıda

Bakının Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən 301 saylı orta məktəbdə maraqlı hadisə baş verib. Faktinfo.az  xəbər verir ki, belə ki, məktəbin ingilis dili müəlliməsi 32 yaşlı Əminə müəllimə həmin məktəbin şagirdi 18 yaşlı Cəlil bəyə qoşulub qaçıb.Məlumata görə, ilk öncə tərəflərin ailə üzvləri bu birliyə razı olmayıb.Şagirdə qoşulub qaçan müəllimənin hərəkəti dərs dediyi məktəbin əməkdaşları tərəfindən də xoş qarşılanmayıb. Şagirdlərdən birinin verdiyi məlumata görə, bütün məktəb bu hadisədən danışır.Məlumata görə, gəlin müəllimə imkanlı ailənin övladıdır. Əminə müəllimənin anası qətiyyən bu nikaha “yox” deyir. Nə qardaşı var, nə bacısı. Evin tək qızıdır. Qızının qoşulub qaçdığını bilən atanın da səhhəti pisləşib. Şagird-müəllimə sevgisi 2 il imiş davam edirmiş.Digər mənbələrdən daxil olan məlumatda qeyd edilir ki, məktəbin drektoru da bu işə ilk əvvəldən “yox” deyib. Bu səbəbdən biz birbaşa direktor Məmməd müəllimlə əlaqə saxladıq. Direktor bu məsələni qətiyyətlə pislədiyini və bu işə qarşı çıxdığını bildirdi.Məmməd müəllim qeyd etdi ki, oğlanla təklikdə görüşməyib. Çünki məktəb vaxtı bu haqq-hesabdan heç kimin xəbəri olmayıb. Bu sevgi hekayəsi bəy məktəbi bitirib gedəndən sonra ortaya çıxıb.Hadisəyə Təhsil Nazirliyinin rəsmisi də münasibət bildirib.Toy Biləcəridəki “Ağ Saray” şadlıq evində baş tutub.

25 May 2016 10:10

Zaqatalada quduz it dişləyən 3 uşaq anası ölüm ayağında: Bakı sakinlərinə də təhlükə var

Aprelin əvvəlində sahibsiz itin dişlədiyi 47 yaşlı Zaqatala sakini Pəri Qasımovada  quduzluq xəstəliyi aşkarlanıb. Telekanalların yaydığı xəbərə görə Zaqatalanın Faldarlı kənd sakini, 1969-cu il təvəllüdlü, 3 uşaq anası Pəri Qasım qızı Turacovanın aprel ayının əvvəlləri yaşadığı kəndin ərazisində naməlum it dişləyib. İt dişləməsindən sonra Pəri Turacova hadisə barədə xəstəxanaya müraciət etməyib və buna əhəmiyyət verməyib. Bir müddətdən sonra vəziyyəti ağırlaşan qadın Rayon Mərkəzi Xəstəxanasına müraciət edib. Xəstəni “Quduzluq xəstəliyinə şübhəli” diaqnozu ilə ətraflı müayinə və müalicə etmək üçün təcili mütəxəssis həkimlər çağrılıb və xəstə RMX-nın Yolxucu Xəstəliklər Şöbəsinə yerləşdirilib. Hadisə ilə bağlı rayona ezam olunan ixtisaslaşmış həkim xəstəni müayinə edərək, onun xüsusi rejimli palatada saxlanılaraq simptomatik müalicəsinin davam etdirilməsini tövsiyyə edib. Hazırda Pəri Turacovanın müalicəsi Zaqatala RMX-nın yolxucu xəstəliklər şöbəsində davam etdirilir. Xəstəxanadan bildirildiyinə görə qadında quduzluq əlamətləri get-gedə şiddətlənir, o sudan və havadan qorxur, tənəffüs çatışmamazlığı müşahidə edilir, arqessivliyi artır.  Rayon xəstəxanasının həkimləri deyirlər ki, ilk dəfədir quduzluğa yoluxmuş xəstə ilə qarşılaşırlar. Respublika Taun Əleyhinə Stansiyanın şöbə müdiri Rita İsmayılovanın virtualaz.org-a bildirdiyinə görə, bu xəstəlikdən  sağalmaq  mümkün deyil və xəstəliyin inkubasiya dövrü 14 gündən başlayaraq 1 ilə qədər çəkə bilər. “Bu itin dişləmə yerindən asılıdır. İt insanı aşağı ətraflardan dişləyərsə, o zaman ölüm 1 ilin tamamında da ola bilər. Bu müddətdə xəstəlik gizli qalır. Amma it dişləyən yer əl, barmaq və ya üzdürsə, bu zaman ölüm daha tez olur. Ölənə kimi isə belə xəstələr infeksion-yoluxucu reanimasiya şöbələrində saxlanılır. Onlarda havadan, sudan, işıqdan qorxma simptomları olduğundan xüsusi şərait yaradılır, çox hava axını olmayan otaqda saxlanılırlar. Belə xəstələr öldürülmür, çünki ölümcül xəstələrin evtanaziyası Azərbaycanda qadağandır. Xəstəlik özü ölümlə nəticələnir”. Şöbə müdirinin sözlərinə görə, vaxtında peyvənd vurulsa, heç də heyvan dişləmələri ölümlə nəticələnməz. Çox zaman insanlarda dişləmə adi sıyrıq kimi olduğundan onu ciddi qəbul etmirlər və bu da ölümlə nəticələnir. Əslində bu it dişləməsi ilə bağlı ilk belə hal deyil. Heyvan dişləməsini çox zaman qulaqardına vurduqlarından bəlli nəticə ilə sonuclanır. Zaqataladakı hadisə diqqəti bir daha paytaxt Bakıda və digər yaşayış məntəqələrində sürüylə dolaşan sahibsiz itlər probleminə yönəldir. Ümumiyyətlə, hər il dünyada 50 mindən artıq insan heyvan, xüsusən də it dişləməsi nəticəsində quduzluğa yoluxur.  Azərbaycanda ötən il heyvan dişləməsi nəticəsində 15 mindən artıq insan xəstəxanalara müraciət edib. Bu il də ötən ilin müvafiq dövrü ilə müqayisədə heyvan dişləməsi ilə bağlı müraciət edənlərin sayı 5 faiz artıb. Sahibsiz itlərin Bakı və ətraf rayonları bürüdüyünə görə paytaxt sakinləri də hər gün quduz it dişləməsi təhlükəsi ilə qarşılaşmış olurlar. Redaksiyamıza sahibsiz küçə itləri ilə bağlı gələn şikayətlərin çoxu Bakının Suraxanı, Binəqədi, Xəzər, Sabunçu rayonları ərazisinə aiddir. Suraxanı rayonunda 316 saylı məktəbin ətrafındakı qəssabxanaların dövrəsində, 7-ci mikrorayon ərazisində, Pirallahı və Masazır qəsəbələrində sahibsiz itlərin sürü ilə gəzdiyi məhəllələr var. Xüsusən də gecə saatlarında və səhərə yaxın onlar daha təhlükəli olurlar. Valideynlər uşaqlarını tək məktəbə getməyə və ya küçədə oynamağa qoymurlar. Əvvəllər belə itlərin güllələndiyini deyən sakinlərin sözlərinə görə, indi onları öldürməyə icazə verilmədiyindən toplayıb aparmalıdırlar. Amma əksər hallarda sahibsiz heyvanlarla mübarizə idarəsinə olunan müraciətlər nəticə vermir.  Ötən il sahibsiz heyvanların vaksinasiyasını həyata keçirən Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəhbəri Yolçu Xanvəlininvirtualaz.org-a bildirdiyinə görə, bu il vaksinasiya maddi çatışmazlıq səbəbindən yalnız qeydiyyatda olan itlərə şamil edilib: “Bu il 250 min qeydiyyatda olan itdə vaksinasiya aparılıb. Amma təəssüflər olsun ki, sahibi olmayan və vəhşi itlərdə bu tədbir həyata keçirilməyib. Bu da vaksinin olmaması səbəbindəndir. Əgər vaksin üçün hər hansı sponsor tapılarsa və bu vaksin gətirilərsə, vaksinasiya da həyata keçiriləcək”. Yolçu Xanvəli deyir ki, ötən il ilkin layihə kimi  Zaqatala, Qax, Şəki, Balakən rayonlarında  meşəlik ərazilərdə və Bakı və Abşeron ərazisində sahibsiz heyvanların məskunlaşdığı ərazilərdə aldadıcı yemlərin daxilində  bu tədbir həyata keçirilib. Onun sözlərinə görə, peyvəndləmə baha başa gəldiyindən hələ ki, yalnız qeydiyyatda olan heyvanlara aid edilib. Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin  Xüsusi təhlükəli infeksiyalar şöbəsinin müdiri Elmira Əliyevanın virtualaz.org-a bildirdiyinə görə, bütün heyvan dişləmələri ilə bağlı tibb məntəqələrinə olunan müraciətlər qeydə alınır və mərkəzə təqdim olunur. Müraciət edən şəxslərə dişləyən heyvanın məlum və ya naməlum olmasından asılı olaraq 3 və ya 5 iynə təyin olunur. Elmira Əliyeva onu da bildirdi ki, quduzluqla bağlı bütün vaksinlər Səhiyyə Nazirliyi tərəfindən pulsuz verilir: “Ötən ilin ilk 4 ayı ilə müqayisədə bu il heyvan dişləmələri ilə bağlı daxil olan müraciətlərdə 5,1 faiz artım var. Bura təkcə it dişləmələri deyil, həm də pişik və digər gəmiricilərin dişləmələri də aiddir. Heyvan dişləmələri ilə bağlı müraciət edənlərə vaksinasiya pulsuz aparılır. Bəzən xəstələr müraciət etmirlər və bunun nəticəsi də ölüm olur”. Əslində Bakıda sahibsiz küçə itlərini tutaraq zərərsizləşdirən Sahibsiz Heyvanlarla Müdbarizə İdarəsi adlı bir qurum da var. İdarənin rəisi Əhməd Məmmədovu hələ indiyə kimi otağında tapa bilməmişik, həmişə ərazidə olub. Elə bu gün də Əhməd müəllim ərazidə olduğundan idarənin əməkdaşından suallarımızın az bir hissəsinə cavab ala bildik. Məlumata görə, sahibsiz heyvanlarla bağlı olunan bütün müraciətlər telefon vasitəsilə qəbul olunur və həmin əraziyə xüsusi adamlar göndərilir. İndiyə kimi olunan müraciətlər əsasında göstərilən ünvanlarda olan itlərin sayını azaldılıb. Əllə bir-bir tutulan belə heyvanlar idarəyə gətirilir. Onların sonrakı taleyi ilə bağlı onu öyrənə bildik ki, bu itlər idarənin həyətində təşkil olunan xüsusi yerdə saxlanılır. Orada nə qədər itin saxlandığına isə məlum deyil. “Bu barədə məndə məlumat yoxdur. Düzdür, ərazimiz kiçikdir, amma biz bütün tutduğumuz sahibsiz heyvanları burada saxlayırıq”-idarənin adını açıqlamayan əməkdaşı telefon zəngimizə cavab olaraq bildirir. Məlumat üçün bildirək ki, ölkəmizdə son illərdə sahibsiz heyvanları qoruyan bəzi sığnacaqlar yaradılıb və burada şəhərin müxtəlif yerlərindən yığılmış sahibsiz heyvanlar saxlanılır, onlara peyvəndlər, xüsusi dərmanlar vurulur. Doğrudur, heyvana qorxmadan, sevgi ilə yanaşanda o da eyni reaksiyanı göstərir, yəni dişləmir deyirlər. Amma buna kim təminat verir? Həm də kim təminat verir ki, küçədə hər addım başı qarşılaşdığımız it sürüsündə quduzluq xəstəliyi yoxdur. Əslində dünyanın hər yerində sahibsiz küçə heyvanlarına rast gəlinir. Amma əksər hallarda parklarda və ya səkilərdə uzanıb yatan heyvanların çoxunun qulağında xüsusi düymə olur. Bu da onu göstərir ki, it nəzarətdədir və ondan sənə heç bir təhlükə gəlməyəcək.

24 May 2016 6:03

Azərbaycandan aparılan 18 ton süd saxlanıldı

Azərbaycandan Rusiyaya aparılan 18 tondan çox süd və süd məhsulu saxlanılıb. Bu barədə Rusiyanın fitosanitariya və baytarlığa nəzarət xidməti - “Rosselxoznadzor” idarəsinin rəsmi saytında məlumat yayılıb. Bildirilir ki, "Rosselxoznadzor"un Moskva şəhəri üzrə idarəsinin əməkdaşları paytaxt, eləcədə Moskva və Tula vilayətlərində sertifikatı yanlış rəsmiləşdirilmiş 18 tondan çox süd məhsulunu Tula ərazisində saxlayıb. "Moskva şəhəri Federal Xidmətin İdarəsi Azərbaycandan daxil olan 18.7 ton dəyərində süd məhsullarının rəsmiləşdirilməsi prosesini dayandırıb", - deyə məlumatda deyilir.Məlumatda o da qeyd edilib ki, baytarlıq yoxlamasının keçirilməsi vaxtı təyin edilib ki, məhsulları saxlanılan şəxsin təqdim etdiyi sənədlər xüsusi blankda yox, adi kağızda "rəsmiləşdirilir". Onun üzərində xüsusi nişanlar da yoxdur.Hazırda həmin məhsullar saxlanma kamerasına yerləşdirilib.Mart ayında Rusiya Federasiyasının “Rosselxoznadzor”u Azərbaycan məhsullarına qarşı "müharibəni" davam etdirib. Federal Xidmətin Dağıstan Respublikası üzrə idarə heyəti Azərbaycandan Rusiya ərazisinə aparılan, ümumi çəkisi 58 ton olan qoz, alma və pomidor məhsullarını saxlayıb.Bundan öncə də Rusiya Azərbayacan tərəfini qadağan edilən türk məhsullarını öz adı ilə ölkəyə gətirməkdə ittiham etmişdi. Hələ yanvar ayında Azərbaycanın 1 ay ərzində ixracatı 5 dəfə artırması Rusiyada şübhə yaradıb. “Rosselxoznadzor”un rəhbəri Sergey Dankvert “İnterfaks” agentliyinə açıqlamasında bildirib ki, Türkiyə bitki məhsullarının Rusiyaya idxalına qoyulan qadağaya riayət edilməsi ilə bağlı Azərbaycan və İranın öhdəliklərinin yoxlanılması zamanı müəyyən olunub ki, yanvar ayında Azərbaycan Rusiyaya pomidor ixracının səviyyəsini 5 dəfə artırıb”. (anspress)

24 May 2016 11:34

Baş həkim içib, pilləkənlərdən yıxıldı – Salyanda

Hüseynağa Həsənov başına gələnlərdən dolayı tibbi yardım alıb və bir müddət həkim müşahidəsi altında saxlanılıb Salyan Mərkəzi Xəstəxanasının baş həkimi Hüseynağa Həsənov barəsində bir müddət əvvəl məlumat vermişdik.Bildirmişdik ki, sözügedən şəxs işdə yol verdiyi ciddi nöqsanlardan dolayı rayon rəhbərliyi tərəfindən tənbeh olunduğundan, vəziyyətdən çıxmaq üçün orjinal vasitəyə əl atıb.Faktinfo.az bildirir ki, Jam.az-a verilən məlumatlarda vurğulanırdı ki, Həsənov Azərbaycan Silahlı Qüvvələrinə yardım məqsədiylə 5 ədəd «NİVA» markalı maşın alaraq, hədiyyə etməyi planlaşdırıb. Ki, buna görə, onu işdən çıxarmasınlar.Həmin məlumatlara görə, Salyanın baş həkimi avtomobillərin pulunu heç də cibindən qoymaq fikrində deyil. Əksinə, o, Mərkəzi Xəstəxananın işçilərindən mütəmadi olaraq pul toplatdırır. Bundan başqa, onun bir sıra yeyintilərə yol verdiyi, hətta Şirvan şəhərinə, yaşadığı evinə ambulansla gedib-gəldiyi də verilən məlumatlar sırasındaydı.Redaksiyaya daxil olan yeni məlumatlarda isə vurğulanır ki, Hüseynağa Həsənov təkcə həkim fəaliyyəti ilə məşğul olmur. Həmçinin rayonda yeyib-içməsi ilə də ad çıxarıb. Belə ki, o, mütəmadi olaraq spirtli içkilər qəbul etməklə, günü başa vurmağa üstünlük verir. Hətta o da deyilir ki, baş həkim günortadan sonra yeyib-içməyə başını qatır, günortaya qədər isə «poxmel» gəzir.Elə bu səbəbdəndir ki, bir neçə gün qabaq Hüseynağa Həsənov yeyib-içməyinin bəlasını çəkib. Məlumatlara görə, baş həkim içkili vəziyyətdə işdən çıxarkən pilləkənlərdən yıxılıb. Nəticədə, müxtəlif bədən xəsarətləri alan baş həkim Salyan Xəstəxanasında ilkin tibbi yardım alıb. Daha sonra isə həkim müşahidəsi altında saxlanılıb. Bir qədər sonra evə buraxılıb. Qarşı tərəfi də dinləməyə hazırıq.

24 May 2016 10:43

Qusarda DƏHŞƏT: Qayınata gəlininin başını kəsdi

Gəlinini xüsusi amansızlıqla qətlə yetirməkdə təqsirli bilinən Qusar rayon sakini, 1938-ci il təvəllüdlü AmaxanNəcərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Publika.Az xəbər verir ki, qətl hadisəsi Qusar rayonu, Avaran kəndində qeydə alınıb. Amaxan Nəcərov 25 iyul 2015-ci il tarixdə, saat 00:20 radələrində yaşadığı Qusar rayonunun Avaran kəndindəki evə gəlib. O, evin ikinci mərtəbəsindəki otaqda uzanıb. Qayınata və gəlinin davası Bu zaman əvvəllər mütəmadi olaraq onunla mübahisə etmiş gəlini, 1977-ci il təvəllüdlü Sevinc Məmmədovadan gün ərzində harada olmasını soruşub. Sevinc əsəbi halda cavab verərək onu nalayiq söyüşlərlə söyüb. Amaxan Nəcərov gəlinindən evdən atası evinə getməyi və bir daha geri qayıtmamağı tələb edib. Gəlin-qaynata arasında başlamış mübahisənin gedişatında evin birinci mərtəbəsində olan təqsirləndirilən şəxs Amaxan Nəcərovun nəvəsi və zərərçəkmiş şəxs Sevinc Məmmədovanın qızı, 12 yaşlı Məryəm Nəcərova və Amaxan Nəcərovun oğlu, mərhumun həyat yoldaşı Sevinc Məmmədovanın əri Valeh Nəcərov mübahisə olan həmin otağa gəlib. Gəlindən qayınataya hədə Valeh Nəcərov həyat yoldaşını sakitləşdirməyə çalışsa da, Sevinc Məmmədova onun sözlərinə əhəmiyyət verməyib. Sevinc ərinə işarə etməklə Amaxan Nəcərova divanın altında qanunsuz tüfəng saxladığını deyib. O, bu haqda polisə şikayət edəcəyini bildirib. Sevinc Məmmədova daha sonra evdən getməsi üçün əşyalarını toplamağa başlayıb. Bundan sonra AmaxanNəcərov gəlini Sevinc Məmmədovanın davranışından qəzəblənərək qisas alaraq onu öldürmək qərarına gəlib. O, bu məqsədlə öz otağında, divanın altında saxladığı ov tüfəngini götürüb və tüfəngin yanında olan patrondaşdan iki ədəd atəş üçün yararlı olan dolu patronları çıxararaq tüfəngin lüləsinə yerləşdirməklə atəşə hazır vəziyyətə gətirib. O, daha sonra tüfəngi həmin otaqda olan stulların arasında gizlədib. Sevinc Məmmədova yenidən Amaxanınolduğu otağa qayıdıb və şkafda olan məişət əşyalarını toplayıb. Bu zaman Amaxan Nəcərov stulların arasında gizlətdiyi tüfəngi götürərək oğlu Valeh Nəcərovun və nəvəsi, azyaşlı Məryəm Nəcərovanın gözləriqarşısında gəlininə tərəf atəş açıb. Qətl Həmin vaxt Sevinc Məmmədova birinci dəfə açılan atəşdən döş qəfəsindən xəsarət alıb. Bu zaman Valeh Nəcərov onun əlindəki tüfəngi almaq istəyib. Buna baxmayaraq, o, ikinci dəfə atəş açıb. Lakin Amaxan Nəcərovun açdığı ikinci atəş hadisə yerində evin divarına dəyib. Yalnız bundan sonra Valeh Nəcərov atasının əlindən cinayətin aləti olan tüfəngi alıb və atası ilə birlikdə hadisə baş verdiyi otaqdan çıxıb. Valeh Nəcərov atasından aldığı tüfəngi sındırıb və həyətə atıb. Daha sonra Valeh evin birinci mərtəbəsinə düşərək kömək çağırmağa gedib. Bu vaxt Amaxan Nəcərov oğlu Valeh Nəcərovun kömək çağırmağa getdiyini görüb və o, Sevinc Məmmədovanın hələ də ölmədiyini güman edərək, yenidən hadisə olan otağa qayıdıb. NəvəsininN yalvarışlarına baxmayaraq... Amaxan Nəcərov otaqda masanın üzərində olan bıçağı götürərək Sevinc Məmmədovanın yanında dayanıb. Amaxan bu zaman orada ağlayan və anasına qarşı başqa hərəkətlər etməmsi üçün babasına yalvaran nəvəsi Məryəm Nəcərovanın gözləri qarşısında əlindəki bıçaqla Sevinc Məmmədovanın boğazını kəsib. Sevinc Məmmədova hadisə yerində ölüb. 18 il 6 ay həbs cəzası Amaxan Nəcərov Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla adam öldürmə) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən tullayıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə) maddələri ilə ittiham edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Amaxan Nəcərov 18 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Amaxan Nəcərovun vəkili Şirin Atayev apelyasiya şikayəti verib. Vəkil qeyd edib ki, Amaxan Nəcərovun əməli Cinayət Məcəlləsinin 122.1-ci (zərərçəkmiş şəxs tərəfindən edilən zorakılıq, ağır təhqir və ya sair qanunsuz və ya əxlaqsız hərəkətlər (hərəkətsizlik) nəticəsində, habelə zərərçəkmiş şəxsin mütəmadi qanunsuz və ya əxlaqsız davranışı ilə əlaqədar yaranmış uzun sürən dözülməz psixi şərait nəticəsində qəflətən baş vermiş güclü ruhi həyəcan (affekt) vəziyyətində qəsdən adam öldürmə) maddəsinə tövsüf edilərək, ona yüngül cəza təyin edilməlidir. Vəkilin şikayəti araşdırılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilib. Şikayət hakim Vidadi Cəfərovun sədrlik etdiyi kollegiyada araşdırılıb. Cəzadan 1 il çıxıldı Məhkəmədə çıxış edən vəkil bildirib ki, Sevinc Məmmədova Amaxan Nəcərovun oğlu iləboşansa da, sonuncuya məxsus evdən köçməyib: “Amaxan Nəcərovun oğlu Valeh Nəcərov dörduşağına aliment ödəyə bilməyib, onları dolandıra bilməyib. Buna görə ailədə həmişə söz-söhbət olub. Sevinc Məmmədova evlərə gedərək təmizlik işləri görüb, dəfələrlə səhər tezdən evdən çıxıb. Sevinc evə gec qayıdıb və bəzən gecələr evə gəlməyib. O, öz hərəkətləri barədə nə həyat yoldaşına, nə dəqaynatasına heç bir məlumat verməyib. Bu səbəbdən azyaşlı uşaqlar çox vaxt babalarının ümidinə qalıblar. Sevinc Məmmədova özünü qaynatasına qarşı nalayiq aparıb, həmişə onu təhqir edib. Valeh Nəcərov da Sevinclə bacarmayıb”. Müdafiəçi apelyasiya şikayətinin təmin edilməsini hakim kollegiyasından xahiş edib. Hakimlər tərəflərin fikirlərini öyrənəndən sonda qərar elan ediblər. Qərara görə, Amaxan Nəcərovun cəzasından 1 il çıxılıb və ona qəti olaraq 17 il cəza təyin olunub.

23 May 2016 5:34

Lənkəranda hamilə gəlindən İNANILMAZ CİNAYƏT

  Lənkəranda bir neçə gün evlərindən oğurluq edilən hamilə gəlin itkin düşüb. ANS PRESS-in məlumatına görə, 19 yaşlı Ülviyyə Ağayeva naməlum şəraitdə yoxa çıxıb. Qəribə hadisə də elə Lənkəranda baş verib. Polisə gənc gəlinin itkin düşməsi barədə məlumat mayın 21-də daxil olub. Əsas narahatalığa səbəb isə itkin düşən qadının hamilə olması, ona qarşı may ayının 8-də quldurluq hadisəsinin törədilməsi və başlanan istintaqın yekunlaşmaması idi. Qadını tapmaq üçün bütün əməliyyat qrupu axtarışlara başlayıb və çox maraqlı məqamlar ortaya çıxıb. Əməliyyat tədbirləri zamanı məlum olur ki, itkin qadın mayın 20-də Bakı-Astara qatarına bilet alaraq paytaxta gedib. İtkin sayıldığı müddətdə də dalbadal həyat yoldaşının, baldızının telefonlarına gizli nömrələrdən mesajlar göndərilib. Girov kimi saxlanılan hamilə qadına görə 80 min manat pul istənilib. Bildirilib ki, həmin pul ödənilməsə "patron”un sifarişi ilə hamilə qadın öldürüləcək. Mesajların izi ilə gedən Lənkəran polisi itkin gəlini Bakıda yaxalayıb və hadisələrin düyünü də burdan açılmağa başlayıb. Sən demə, bütün Lənkəranı şoka salan hadisənin - hamilə qadına qarşı quldurluq törədilməsinin ssenari müəllifi və icraçısı əslən Beyləqan rayonundan olan 19 yaşlı Ülviyyə Ağayeva özü olub. Mayın 8-də hicablı hamilə qadına heç də dediyi kimi özünü "Azərsu" əməkdaşları kimi təqdim edən naməlum şəxslər hücum etməyib. Qadın evdəki qızıl-zinət əşyalarını yığışdırandan sonra özü özünə küt alətlə xəsarətlər yetirib, əl qolunu və ayaqlarını da skoçla bağlayaraq cinayətin quldurlar tərəfindən törədilməsi effektini yaradıb. Ən pisi də budur ki, o, bətnindəki körpəsinə zərər vurub. Xoşbəxtlikdən körpə tələf olmasa da gənc ananın bu oyunları nə səbəbə qurması hələ ki, bəlli deyil. İndi Lənkəranın hüquq mühafizə orqanları yoldaşının xalasına məxsus evdə kirayənişin kimi qalan Ülviyyə Ağayevanın bütün törətdiklərini - qızıl oğurluğunu, yoldaşından 80 min manat istəməsini, körpəsinə xəsarət yetirməsini, polisi aldatmasının səbəblərini araşdırır. Artıq Lənkəran rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi də başlanıb

23 May 2016 4:43

Fakt

Bizi izləyin