Pul hazırlayan dəstə tutuldu

saxta-pul-253x300

Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları ölkənin maliyyə sisteminə ciddi təhlükə yaradan saxta pulların hazırlanması və dövriyyəyə buraxılmasının qarşısının alınması istiqamətində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirib. Nazirliyin mətbuat xidmətindən Fins.az-a verilən məlumata görə, Baş İdarəyə Cəlilabad rayon sakini İsmayıl Quliyevin həmyerlisi Əli Abbasov,Ağdam rayon sakini Təbriz Quliyev, Bakı şəhər sakini Xəyal Rəhimov və Abşeron rayon sakini İlahə Bayramova ilə birlikdə mütəşəkkil cinayətkar dəstə yaradaraq saxta pullar hazırlaması və satış ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olub. Dəstə üzvləri sonuncu dəfə külli miqdarda saxta manatın satışını həyata keçirən zamanı xüsusi əməliyyat nəticəsində cinayət başında yaxalanıblar. Saxlanılan şəxslərin üzərindən və Bakı şəhərində kirayə qaldıqları mənzildən külli miqdarda – 10 min manatdan artıq saxta pul əsginasları, onların hazırlanması üçün istifadə olunan xüsusi avadanlıqlar və digər maddi sübutlar aşkar olunaraq götürülüb. Ekspert rəyi ilə müəyyən edilib ki, pul əsginaslarının müdafiə texnikası saxlanılan şəxslər tərəfindən ustalıqla saxtalaşdırılıb. Dəstə üzvləri bildiriblər ki, saxta pul əsginaslarını paytaxt ərazisində və respublikanın rayonlarında fəaliyyət göstərən ticarət mərkəzlərində, əhalinin sıx olduğu yerlərdə istifadə etmək niyyəti ilə hazırlayıblar. Qeyd edilən faktla bağlı Baş İdarənin İstintaq Şöbəsində cinayət işi başlanıb. Araşdırmalar davam etdirilir.

29 Yanvar 2016 6:12

Qadına 15 bıçaq vuraraq öldürən şəxsə AĞIR CƏZA

1454070443_0001

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qadına 15 bıçaq vuraraq öldürməkdə təqsirli bilinən Əmri Süleymanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Lent.az-ın məlumatına görə, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmünə əsasən Əmri Süleymanov 19 il müddətə azadlıqdan məhrum edilib. Qeyd edək ki, keçən il fevralın 14-də Buzovnada "dəniz qırağı" adlanan ərazidən Oğuz rayonunda qeydiyyatda olan, 1968-ci il təvəllüdlü Xatirə Saməddin qızı Rzayevanın meyiti tapılıb. Meyitin üzərində 15 bıçaq zərbəsi aşkarlanıb. Qətlə yetirilən qadının "Mercedes" markalı avtomobili isə meyitin atıldığı ərazidən Şağan qəsəbəsi ərazisində tapılıb. İstintaqla müəyyən olunub ki, Xatirə Rzayeva yüngül həyat tərzi keçirib. Əməliyyat-istintaq qrupu cinayəti törədən Əmri Süleymanovun kimliyini müəyyənləşdirənə qədər o, ölkədən qaçmağa müvəffəq olub. Əmri Süleymanov qətli törətdikdən sonra Azərbaycandan qaçıb, ayın 17-də isə Moskvada qatardan düşən kimi saxlanılıb. onu da qeyd edək ki, Əmri Süleymanov evlidir və övladları var. O, bir müddət əvvəl ailəsini ataraq Xatirə Rzayeva ilə yaşayıb. Xatirə Rzayeva öz borclarını ödəmək üçün Əmri Süleymanovu öz maşınını satmağa məcbur edib. Daha sonra tərəflər arasında mübahisə baş verib və Əmri Süleymanov qadını 15 bıçaq zərbəsi ilə öldürüb.

29 Yanvar 2016 4:48

Ağcabədi sakini borca görə özünü asdı – FOTO

Ağcabədidə intihar hadisəsi baş verib. Hadisə ötən gün rayonun Səməd Vurgun küçəsində qeydə alınıb.ANS PRESS-in məlumatına görə, 237 saylı evdə yaşayan rayon sakini Zeynal Namazov özünü asıb. 40 yaşlı Zeynal Namazov Səlim oğlunun meyiti ailə üzvləri tərəfindən aşkar edilib. Qonşuların sözlərinə görə, Zeynal Namazov borcu olduğuna görə həyatına qəsd edib. Onun üç övladı var. Hazırda faktla bağlı Ağcabədi rayon prokurorluğunda araşdırma aparılır. İntiharın dəqiq səbəbləri də araşdırmalardan sonra məlum olacaq. Bənzər hadisə son bir neçə dəfə baş verib. Bir neçə gün öncə Gəncədə intihar hadisəsi baş verib. Şəhər sakini 1983-cü il təvəllüdlü Kamal Hüseyn oğlu Yaqubov özünü yaşadığı evin həyətindəki ağacdan asıb. Kamal Yaqubovun külli miqdarda borcu olduğu və bu səbəbdən intihar etdiyi ehtimal edilir.İntihar edən şəxsin iki azyaşlı övladı var və o, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin inspektoru olub. Kamal Yaqubov - özünü asan şəxs Yanvar ayının 6-da Pirallahıda 1966-cı il təvəllüdlü Ələmdar Oruc oğlu Salamov özünü yaşadığı evin həyətindəki yarımtikilidən asıb. İlkin ehtimal kimi Ələmdar Salamovun külli-miqdarda borcu olduğu, buna görə belə bir addıma əl atdığı bildirilir.Özünü asan kişi ailəli olub və heç bir psixi problemləri olmayıb.  

26 Yanvar 2016 2:38

Fakt

Bizi izləyin