Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyunları keçiriləcək

Hər iki görüş paytaxtda baş tutacaq Bu gün futbol üzrə Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyunları keçiriləcək. Faktinfo-nun məlumatına görə, qarşılaşmaların hər ikisi paytaxtda baş tutacaq.İlk olaraq Bakının "İnter" klubu "Qarabağ"ı qəbul edəcək. Rəhim Həsənovun idarə edəcəyi oyun "İnter Arena"da keçiriləcək. Komandalar bugünədək Kubok oyunlarında 5 dəfə qarşılaşıb. Hərəyə iki dəfə qələbə qazanan yarımfinalçılar bir dəfə meydanı sülhlə tərk ediblər. Kubokda 3 dəfə yolları kəsişən komandalar 5 oyunda qüvvələrini sınayıblar. 1/8 və 1/4 finala təsadüf edən duellərdə iki oyunun yekununda "İnter" qalib gəlib. Yeganə final matçında isə "Qarabağ" üstün olub. 7 ildən sonra bu yarışda üz-üzə gələn komandalar ilk dəfə yarımfinalda münasibətlərini aydınlaşdıracaq. Əvvəlki oyunlara nəzər salsaq, "İnter" evdə "quru" hesablı qələbə qazanıb, "Qarabağ" isə öz meydanını qolsuz tərk etməyib. Qol fərqində "İnter" öndədir - 5:4. Günün son matçında isə "Neftçi" və "Qəbələ" komandaları münasibətlərinə aydınlıq gətirəcək. Qarşılaşmanın ədalət təmsilçisi Əliyar Ağayev olacaq. Komandalar bugünədək Azərbaycan Kubokunda cəmi bir dəfə üz-üzə gəlib. İki il əvvəl finalda görüşən komandalar meydanı bərabərliklə tərk edib - 1:1. Oyunun taleyini penaltilər seriyası həll edib və daha dəqiq olan "Neftçi" kuboka sahib çıxıb. 27 aprel 16:00. "İnter" – "Qarabağ" Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Vaqif Musayev, Mehman Mahmudov Əlavə köməkçi hakimlər: Ömər Paşayev, Ramil Diniyev AFFA nümayəndəsi: Maşallah Əhmədov Hakim-inspektor: Vüsal Əliyev Bakı. "İnter Arena" 19:00. "Neftçi" – "Qəbələ" Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Akif Əmirəli, Yaşar Abbasov Əlavə köməkçi hakimlər: Orxan Məmmədov, Ramil Əhmədov AFFA nümayəndəsi: Şaiq Həmidov Hakim-inspektor: Xaqani Məmmədov Bakı. "Bakcell Arena" Qeyd edək ki, cavab görüşləri mayın 4-də keçiriləcək.

27 Aprel 2016 9:49

“Bakıda təhlükəzislik tədbirləri gücləndiriləcək”

"Formula 1 yarışı zamanı Bakıda təhlükəzislik tədbirləri gücləndiriləcək". Bunu Bakıda Formula 1 yarışını təşkil edəcək "Baku Grand Prix" şirkətinin milli mətbuat katibi və marketinq və kommunikasiyalar şöbəsinin rəhbəri Nigar Arpadarai Britaniyalı ailənin "Formula-1" rəhbərliyinə etdiyi müraciyətə cavab olaraq ANS PRESS-ə açıqlamasında bildirib. Nigar Arpadarainin sözlərinə görə, "Baku Grand Prix" şirkəti təhlükəsilik ilə bağlı bütün aidiyyatı qurumlarla iş birliyi qurub. "Biz İcra Hakimiyyəti, Dövlət Yol Xidməti, Daxili İşlər Nazirliyi həm də Fövqəlada İşlər Nazirliyi ilə yaxınnan əməkdaşlaıq edirik. Bütün təhlükəsizlik tədbirləri görüləcək ki, heç bir problem olmasın. Ümumiyyətlə bu tək bizim arzumuz deyil, təhlükəsizlik ilə bağlı işlər Beynəlxalq Avtomobil Federasiyasının standartlarına uyğun olmalıdır. Adətən Formula 1 həftəsi ərzində bütün təhlükəsizlik tədbirləri yüksək səviyyədə olur. Təəsüf ki, heç bir qurum belə xoşagəlməz hadisələrlən sığortalanmayıb. İstənilən ölkədə təəsüfki xoşagəlməz qəza baş verə bilər. Biz öz tərəfimizdən təhlükəsizliyi qorumaq üçün tədbirlər görürük". 20 müxtəlif çətinlikli döngəsi və 6 km-lik uzunluğu ilə 51 dövrədə tamamlanacaq, bu arada maksimal 340 km saat sürət toplamağa imkan verəcək Bakı Şəhər Halqası cari F1 təqvimində ən sürətli şəhər treki statusuna imza atacağı gözlənilir.Şəhər treki pilotlardan xüsusi dəqiqlik tələb edən İçəri-şəhər ətrafı dar yoxuş hissəsi, inanılmaz sürət əldə etməyə imkan verən 2.2 km dənizkənarı hamar hissəsi və s. bir sıra özəllikəri ilə yarışı canlı olaraq tribunalarda və ya televiziya qarşısında izləyən F1 azarkeşləri üçün əsrarəngiz bir şouya ev sahibliyi edəcək.

22 Aprel 2016 5:16

“Barselona” və “Real”ın futbolçuları Bakıya gəlir

17 yaşadək futbolçular arasında Bakıda keçiriləcək Avropa çempionatında Azərbaycan millisi ilə eyni qrupda yer alan Şotlandiya və Portuqaliya yığmalarının heyəti məlum olub.   Publika.az xəbər verir ki, Şotlandiya millisinin baş məşqçi Skot Qemmil Bakıya 18 oyunçu gətirəcək. Yekun siyahıda 2 qapıçı, 5 müdafiəçi, 6 yarımmüdafiəçi və 5 hücumçu yer alıb:   Qapıçılar: Aydan MakAdams (Seltik), Kiran Rayt (Reyncers);   Müdafiəçilər: Daniel Baur (Harts), Den Meredit (Vest Bromviç, İngiltərə), Toni Qallaxer (Falkirk), Liam Heqarti (Middlsbro, İngiltərə) Aydan Uilson (Reyncers);   Yarımmüdafiəçilər: Freyser Hornbi (Everton, İngiltərə), Liam Bart (Reyncers), Kayl MakAllister (Sent Mirren), Cordan Holsqrouv (Ridinq, İngiltərə), Cek Tomson (Reyncers), Brok Vatson (Seltik);   Hücumçular: Zak Rudden (Reyncers), Cek Aytçison (Seltik), Lüis Morrison (Kilmarnok), Konnor MakLennan (Aberdin), Cek Adamson (Reyncers).   Portuqaliya millisi isə Bakıdakı yarışa 23 oyunçu ilə hazırlaşacaq. Baş məşqçi Eliu Souzanın güvənəcəyi futbolçular arasında “Barselona” və “Real”ın üzvləri də var.   Azərbaycan yığması ilə eyni qrupda yer alan komandaya Joao Virginya (Arsenal, Fransa), Ruben Vinaqre (Monako, Fransa), Florentino, Gedson Fernandes, Filipe Soares, Joze Qomes; Joao Filipe, Mesaq Dju, Nunu Santuş (hamısı - Benfika), Domingos Quina (Vest Hem, İngiltərə), Dioqo Koşta, Dioqo Dalot, Dioqo Leyte, Dioqo Keyruş, Lameyra (hamısı - Portu), Mikael Almeyda (Lion, Fransa), Luiş Maksimiliano, Migel Luiş, Joao Oliveyra, Tyerri Korreya, Rafael Leao (hamısı - Sportinq), Luiş Silva (Stok Siti, İngiltərə), Romen Korreya (Vitoriya) çağırılıb.   Portuqaliya millisi aprelin 25-də bir araya gələcək. Bir həftəlik məşqlərin ardından mayın 2-də Bakıya gətiriləcək 18 nəfərlik heyət müəyyənləşdiriləcək.

22 Aprel 2016 12:45

Bu gün Azərbaycan Premyer Liqasında XXXI tura start veriləcək

Açılış oyununda Qarabağ doğma azarkeşlər önündə Bakının İnter klubunu qəbul edəcək Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXXI tura start veriləcək.Faktinfo-nun məlumatına görə, turun açılış oyununda "Qarabağ" doğma azarkeşlər önündə Bakının "İnter" klubunu qəbul edəcək.Turnir cədvəlinin vahid lideri "Qarabağ" evdə paytaxt klubu üzərində qələbə qazanacağı təqdirdə ən yaxın qonşusu "Zirə" ilə xal fərqini 12-yə yüksəldəcək. UEFA tərəfindən bir il müddətinə avrokuboklardan kənarlaşdırılan "İnter" isə cari mövsümdə yüksək pillələrdə qərarlaşaraq cəza müddətini başa vurmağa çalışır. Səfərdə əldə olunan 3 xal "bankirlər"i 3-cü pillədə möhkəmləndirəcək.Komandalar bu günədək 46 oyun keçirib. Bu görüşlərin 20-si "Qarabağ", 10-u isə "İnter"in qələbəsi ilə başa çatıb. Qalan 16 oyunda bərabərlik qeydə alınıb. Qurban Qurbanovun rəhbərlik etdiyi komanda 9 ildir öz meydanında "İnter"ə uduzmur. Paytaxt klubu isə son 14 səfər qarşılaşmasında qalib gəlməyib və "bakılılar" son 22 matçda yalnız 1 qələbə qazanıb. Azərbaycan Premyer Liqası, XXXI tur 19:00. "Qarabağ" – "İnter" Hakimlər: Rəvan Həmzəzadə, Yaşar Abbasov, Mehman Mahmudov, Mahir Məmmədov AFFA nümayəndəsi: Əsgər Əmirəliyev Hakim-inspektor: Xaqani Məmmədov Bakı. "Azersun Arena" Qeyd edək ki, turun digər oyunlar 23-24 apreldə keçiriləcək.

22 Aprel 2016 9:25

“Formula 1″ə görə viza qaydaları dəyişdi

İyun ayında Bakıda keçiriləcək "Formula 1" yarışları üçün media nümayəndələri, FOM/FIA/Komanda heyətləri və xarici azarkeşlər üçün nəzərdə tutulan viza və gömrük prosedurlarına yeniliklər edilib. Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) ANS PRESS-ə verilən məlumata görə, 17-19 iyun tarixində baş tutacaq "Formula 1" Avropa Qran Prisində iştirak etmək üçün Bakıya gələcək daimi akkreditasiyası olan media nümayəndələrinin, FOM/FIA/Komanda heyətlərinin və xarici azarkeşlərin viza rəsmiləşdirilməsi qaydalarına edilmiş yeniliklər haqqında məlumat yayıb. Daimi Akkreditasiyası olan media nümayəndələri, FOM/FIA/Komanda heyətləri və xarici azarkeşlər üçün Hava Limanında vizaların verilməsi Adıçəkilən şəxslər üçün vizaların verilməsi qaydaları əhəmiyyətli dərəcədə sadələşdirilib. Pasport və Formula 1 Avropa Qran Prisi üçün daimi "Formula 1" media buraxılış vəsiqəsi və daimi akkreditasiya ilə təmin olunmuş bütün daimi akkreditasiyası olan media nümayəndələri və FIA/FOM/Komanda heyətləri artıq viza üçün Heydər Əliyev adına Bakı Beynəlxalq Hava Limanında xidmət göstərən bir neçə viza məntəqəsinə passport və daimi akkreditasiya sənədi ilə müraciət edə bilərlər. Bu sadələşdirilmiş qaydalar, o cümlədən, Avropa Qran Prisini izləmək üçün ölkəmizə səfər etmək istəyən, pasport və bileti, yaxud biletin alınması haqqında təsdiq sənədi olan azarkeşlərinə də şamil edilir. Belə ki, həmin şəxslər Azərbaycana daxil olmaq üçün vizanı Bakı Hava Limanındakı Viza məntəqəsinə müraciət edərək əldə edə bilərlər. BŞH-nin bu məqsədlə hava limanında təşkil edəcəyi viza məntəqəsi iyunun 1-də fəaliyyətə başlayacaq. Hava limanında viza rəsmiləşdirilməsi üçün 35 avro məbləğində birdəfəlik rüsum ödənilməlidir. Bir yarışlıq akkreditasiyası olan beynəlxalq media üçün viza müraciət qaydaları Azərbaycan Hökuməti və BŞH, Bakıya səfər etmək və iyun ayında baş tutacaq yarışları işıqlandırmaq niyyətində olan bir yarışlıq akkreditasiyası olan beynəlxalq media nümayəndələri üçün sadələşdirilmiş və asan viza müraciət qaydaları hazırlayıb. Bir yarışlıq akkreditasiyaya sahib beynəlxalq media nümayəndələri akkreditasiyanın təsdiqini yarışa az müddət qalmış alacağı üçün, BŞH bu müraciətçilərin nəzərinə çatdırmaq istəyir ki, Azərbaycan vizası üçün müraciət prosesinə səfərdən kifayət qədər əvvəl başlasınlar. Vizaya müraciət etmək üçün, BŞH bütün bir yarışlıq akkreditasiyası olan beynəlxalq media nümayəndələrinə müraciət edərək bildirir ki, aşağıda qeyd olunmuş məlumatları 30 may tarixindən gec [email protected] göndərsinlər. • Tam doldurulmuş Viza müraciət forması (FIA/FOM saytında əldə edə və/və yaxud email [email protected] müraciət edərək əldə edə bilərsiniz) • Pasportunuzun aydın və rəngli şəkildə skan olunmuş surəti (hər iki səhifəsi) • Pasport üçün aydın və rəngli 3x4 ölçülü rəqəmsal fotoşəkil • Təyyarə biletiniz və otel bronu haqqında məlumat (Viza üçün müraciət etməzdən əvvəl əldə etmək tələb olunur) Viza üçün edilən müraciətə müsbət cavab verilmiş hər bir şəxs üçün birdəfəlik ödəniş haqqı 70 ABŞ dolları təşkil edəcək. Mayın 30-dan sonra viza üçün müraciət edəcək şəxslər üçün əlavə qiymətə təklif olunan xüsusi “son dəqiqə” Viza xidməti mövcuddur. Bu cür müraciətlərə tam ərizə paketi göndərildikdən sonra üç iş günü ərzində baxılacaq. https://youtu.be/X3W4L6-j3FE

21 Aprel 2016 2:00

​Bu gün Premyer Liqada 30-cu turun daha iki oyunu keçiriləcək

Qarşılaşmalar Gəncə və Bakıda oynanılacaq Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXX turun daha iki oyunu keçiriləcək. Faktinfo-nun məlumatına görə, matçlar Gəncə və Bakıda oynanılacaq. Günə "Kəpəz" - "İnter" oyunu ilə start veriləcək. Hazırda 45 xalla 5-ci pillədə qərarlaşan Gəncə təmsilçisi qələbə qazanacağı təqdirdə, "Qəbələ"ni geridə qoyacaq və "İnter"lə xallarını bərabərləşdirərək 3-cü pilləni bölüşəcək. Xal itirəcəyi halda isə "Kəpəz" hazırkı mövqeyini dəyişməyəcək. Avrokuboklara vəsiqə qazanmaq istəyən Şahin Diniyevin yetirmələri yola davam etmək üçün mütləq qələbə qazanmalıdırlar. "İnter" isə mövqeyini qorumaq üçün səfərdən xalla dönməlidir. Qələbə paytaxt təmsilçisi ilə ikinci pillənin sahibi "Zirə" arasında olan fərqi 5-ə endirəcək. Komandalar bu günədək 21 dəfə üz-üzə gəlib. Üstünlüyə malik olan "İnter" 14, "Kəpəz" isə 4 qələbə qazanıb. Qalan 3 matç bərabərliklə yekunlaşıb.İkinci oyun gününün mərkəzi görüşünə "Bakcell Arena"da yekun vurulacaq. İstədiyi nəticəni qazana bilməyən "Neftçi" turnir cədvəlinin vahid lideri "Qarabağ"ı qəbul edəcək. "Qarabağ" qalib gələrsə, ən yaxın izləyicisi "Zirə" ilə xal fərqini 13-ə yüksəldəcək. "Neftçi" isə "Zirə" və "İnter"in avrokuboklara qatılmayacağını nəzərə alaraq, beynəlxalq arenada çıxış etmək üçün ən yaxın qonşusu AZAL-ı geridə qoymalıdır. Bu komandalar arasında keçirilmiş 63 oyundan 18-i "Neftçi"nin, 21-i isə "Qarabağ"ın qələbəsi ilə yekunlaşıb. 24 oyunda bərabərlik qeydə alınıb. Turun son oyunları aprelin 17-də keçiriləcək. Azərbaycan Premyer Liqası, XXX tur 13:30. "Kəpəz" – "İnter" Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Mahir Məmmədov AFFA nümayəndəsi: Abas Hüseynov Hakim-inspektor: Əhmədağa Cabbarov Gəncə. Gəncə şəhər stadionu 16:00. "Neftçi" – "Qarabağ" Hakimlər: Ramil Diniyev, Mehman Mahmudov, Knyaz Əmiraslanov, Orxan Məmmədov AFFA nümayəndəsi: Ramiz Mustafayev Hakim-inspektor: Rövşən Əhmədov Bakı. "Bakcell Arena" Qeyd edək ki, turun açılış oyunu Qəbələdə keçirilib. "Qəbələ" Bakının "Rəvan" klubunu 2:0 hesabı ilə məğlub edib.

16 Aprel 2016 10:52

Fakt

Bizi izləyin