“Yeni mövsümdə daha iddialı olacam” – Milad Beiqi Harçeqani

d44c10e07c1b8abc613fb6ee8a114dc3

Azərbaycan millisinin taekvondoçusu Milad Beiqi Harçeqaninin (80 kq) apasport.az saytına müsahibəsi   - Daha bir il tarixin yaddaşına qovuşdu. 2016-ci ilə boylansaz, nəticələrinizi necə qiymətləndirərdiz? - 2016-cı il mənim üçün uğurlu alındı. İştirak etdiyim yarışlarda nəticələrim yaxşı oldu. Bütün turnirlərdən qızıl medal götürdüm. Bu siyahıda yalnız Rio-de-Janeyro Olimpiadası istisna təşkil etdi ki, həmin yarışda da 3-cü yeri tutdum. Ümid edirəm ki, yeni mövsümdə daha iddialı olacam.   - Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Nağı Səfərov “apasport”a müsahibəsində bildirmişdi ki, Harçeqani səviyyəsindən asılı olmayaraq bütün yarışlarda çempionluğa köklənir. Sizin üçün beynəlxalq turnirlə dünya çempionatı eynidi? - Bəli. Mən hər bir yarış üçün əziyyət çəkib, hazırlaşıram. Bu səbəbdən də nəticə istəyirəm. Səviyyəsindən asılı olmayaraq, hər bir turnirə medal üçün yollanıram.   - Bəs arxada qalan ili taekvondoçularımız üçün necə qiymətləndirərdiz? Bu qələbələrində baş məşqçi Reza Mehmandostun rolu barədə nə deyə bilərsiz? - İl komandamız üçün da uğurla başa çatdı. Olimpiadada, komandalararası dünya çempionatında gözəl nəticələr qazandıq. Təbii ki, bu uğurlarda Reza Mehmandostun payı böyükdü. O, ən yaxşı məşqçidi və bizə çox kömək edir. Bu səbəbdən də nəticələrimiz də yaxşı olur. Olimpiadadan sonra bir qədər yorğunluq var. İlin sonunda Bakıda keçirilən Qran-pridə də bu özünü göstərdi. Məşqçimiz hər bir idmançıdan nəticə gəzləyirdi. Yalnız mən qızıl medal götürdüm. Bu yorğunluq bütün komandalarda olur.   - Bəlkə hansısa çəkilərdə dəyişikliyə ehtiyac var? - Yığmada bütün çəkilərdə güclü idmançılar var. İnşallah, bir qədər vaxt keçdikdən hər biri lazımı təcrübə toplayıb, öz sözünü deyəcək.   - Yanvarın 20-21-də Azərbaycan çempionatı keçiriləcək. Maraqlıdı, bu yarışda çəki dərəcənizdə sizlə döyüşməyə hazır olan rəqib görürsüzmü? - Bəli. Amma adlarını dəqiq deyə bilməyəcəm.   - Yəqin ki, bu çempionatda olmayacaqsız. Çünki Olimpiya mükafatçılarına yarış öncəsi istirahət veriləcəyi bildirilirdi... - Əgər Reza Mehmandost məsləhət bilsə, çıxıb döyüşərəm. Bunda hansısa problem görmürəm. Hər şey müəllimimin istəyindən asılıdı.   - Yeni ildən gözləntiləriniz nədi? - Əvvəlcədən nəsə deməyi xoşlamıram. Deyə bilərəm ki, ən yaxşı nəticələri göstərməyə çalışacağıq.

3 Yanvar 2017 4:22

Kim gəlir, kim gedir? – YENİLƏNİR

f660ba239796c1283be9a44aa9f1a79d

Azərbaycan çempionatında fasilə yaranan kimi, klublar transfer çalışmalarına start veriblər. Faktinfo.az saytının məlumatına görə, Topaz Premyer Liqası təmsilçiləri öncə heyətlərində “təmizləmə işləri” aparmaqla məşğuldular.   Qış fasiləsi yaranmamış 5 əcnəbi oyunçu ilə yollarını ayıran “Neftçi” ilk günlərdən xüsusi fəallığı ilə seçilir. Artıq 8 futbolçusunu yola salan bakılılar hələlik 2 transferlə qış dönəminin ən fəal komandasıdı.   “Qarabağ” Gələn: Elşən Abdullayev (“Neftçi”) Gedən: Namiq Ələsgərov (“Neftçi”) Müqavilə müddətini artıran: Yoxdu   “Qəbələ” Gələn: Araz Abdullayev ("Neftçi") Gedən: Yoxdu Müqavilə müddətini artıran: Dmitri Bezotosnı   “İnter” Gələn: Yoxdu Gedən: Yoxdu Müqavilə müddətini artıran: Yoxdu   “Sumqayıt” Gələn: Yoxdu Gedənlər: Afşin İsmailzadə, İbrahim Abednejad, Vaqif Cavadov Müqavilə müddətini artıran: Yoxdu   “Zirə” Gələn: Ayxan Abbasov (baş məşqçi) Gedənlər: Adil Şükürov (baş məşqçi), Cəmil Hacıyev (“Şəmkir”) Müqavilə müddətini artıran: Yoxdu    “Kəpəz” Gələn: Yoxdu Gedən: Yoxdu Müqavilə müddətini artıran: Yoxdu   “Neftçi” Gələnlər: Namiq Ələsgərov (“Qarabağ”), Georgi Navalovski (“Veria”, Yunanıstan), Zdenek Folprext (“Slovan”, Çexiya: icarəyə) Gedənlər: Eltun Yaqublu (“Səbail”: icarəyə), Elşən Abdullayev (“Qarabağ”), Araz Abdullayev ("Qəbələ"), Jonas Pesalli, Krşevan Santini, Katalin Tira, Denilson Pereyra, Dario Melnyak, Vançe Şikov Müqavilə müddətini artıran: Boban Baykoviç   AZAL Gələn: Yoxdu Gedənlər: Brayan Fok, Adan Koronado, Mirzağa Hüseynpur, David Canelidze, Tagim Novruzov, Qvanzav Maqomedov Müqavilə müddətini artıran: Yoxdu   Hüseynli Əliabbas

3 Yanvar 2017 2:39

Fakt

Bizi izləyin