Bu futbolçu İŞİD-ə qoşuldu, arvadı isə…

  Mayın 12-də 46 yaşlı Ainas Toreeva gəlini Mariadan mesaj alır. Bu, Qazaxıstanın şimal-qərbindəki Oral şəhəri yaxınlığında yaşayan Ainasın gəlinindən son 2 ildə aldığı ilk xəbər idi 2013-cü ilin iyulunda Ainasın 27 yaşlı oğlu Talgat həyat yoldaşı Maria və qızı Sofianı götürərək evi tərk edib. Həmin ilin axırlarında ölkənin Milli Təhlükəsizlik Komitəsi Ainasa bildirib ki, oğlu Suriyadadır. Marianın mesajı qaynanasının oğlunun nə vaxtsa evə dönəcəyi ümidlərini puça çıxarıb. Çünki mesajda Talgatın İŞİD-ə qarşı hava zərbələrində öldüyü yazılmışdı. Bəs Talgatı öz ailəsini Suriyaya aparıb İŞİD-ə qoşulmağa nə vadar etmişdi? Ainas deyir ki, oğlu futbolçu karyerasının uğursuzluğundan sonra depressiyaya düşmüşdü.​ Futboldan fanatizmə Yeniyetməlik dövründə Talgatın həyatı futboldan ibarət olub. Futbolçu kimi gələcəyi parlaq görünən Talgat əvvəl “Uralsk Zastar” klubuna seçilib. 2005-ci ildə ali məktəbə qəbul olunub. Lakin universitetlə futbol məşqlərini bir yerdə çatdıra bilmirmiş. Ona görə də Talgat tezliklə ali məktəbi yarımçıq tərk edir. Ancaq elə olur ki, futbolda da bəxti gətirmir. 2009-cu ildə Türkiyədəki təlim-məşq toplantısında uğursuz nəticə göstərir. Bundan sonra premyer liqada oynamaq şansını əldən qaçırır. Anası deyir ki, bu uğursuzluq Talgatı möhkəm sarsıdır. Sonradan müxtəlif sahələrdə - ticarət, neft və qaz sahələrində özünü sınamağa çalışır. Ancaq hər yerdən əli boş qayıdır. Sonra dinə meyl edir. Günlərin birində isə anasına ibadətə başladığını deyir. Talgat anası ilə kirayə mənzildə yaşayırmış. Amma getdikcə evdə az tapılır, vaxtının çox hissəsini məsciddə keçirir. Saqqal buraxır, anası ibadət etmədiyinə görə onun bişirdiyi yeməkləri də yemir. ​ Sonuncu mesaj - ölüm xəbəri Bütün bunlardan narahat olan Ainas kömək üçün əvvəl yerli imama, sonra isə Dini İşlər İdarəsinə müraciət edir. Orada Talgatla söhbət etdikdən sonra onun doğru yolda olduğunu bildirirlər. Nəhayət, Ainas Milli Təhlükəsizlik Komitəsinə baş vurur. Komitədən Talgatı yoxlayacaqlarını bildirirlər. Ana deyir ki, bəlkə yoxlayıb oğlunun radikallaşdığını aşkar ediblər: “Ancaq bu haqda mənə heç nə deməyiblər”. Talgat Maria ilə 2011-ci ildə ailə qurur. Maria da əri kimi qatı ibadət adamı olur. Bayıra çıxanda başını örtməkdən başqa üzünə də tibbi maska taxırmış. Talgat evə gələn qonaqların Maria ilə danışmasına icazə vermir. Qonaq gələndə Maria qızı Sofia ilə ayrı otaqda otururmuş. Talgat evi tərk etdikdən sonra anası onlar haqda 5 ay heç bir xəbər eşitmir. Günlərin birində isə Mariadan Türkiyədə olmaqları haqqında mesaj alır. 2014-cü il, yanvarın 20-də aldığı növbəti mesajdan isə onların Suriyaya keçdiyini öyrənir. Bundan sonra aldığı sonuncu mesaj oğlunun ölüm xəbəri olur. Ainas deyir ki, Qazaxıstan Milli Təhlükəsizlik Komitəsi Talgatın Suriyaya gedəcəyi haqqında azacıq bir ehtimal olduğunu belə söyləsəydi, oğlunun ölkəni tərk etməsinə heç vaxt imkan verməzdi. Zavallı ana indi gecə-gündüz heç olmasa gəlininin və nəvəsinin sağ-salamat evə qayıtması üçün Allaha dua edir (“Azadlıq” radiosu).

12 İyul 2015 5:08

Azərbaycan öz komandasını yaradır

Azərbaycan gələn il Bakıda keçiriləcək Formula 1 yarışlarına öz komandası ilə qatılacaq Faktinfo anspres-ə istinadən xəbər verir ki, bunu "F1Life.ru" portalı öz mənbələrinə istinadən yayıb. Mənbənin bildirdiyinə görə Azərbaycan ya F-1 komandalarından birinə sponsorluq etməklə və ya ümumiyyətlə milli komanda yaratmaqla gələn ilki yarışlara daha bir ilk qatacaq. Sayt onu da qeyd edir ki, dünya şöhrətli yol arxitektoru German Tilkenin trasın layihələndirilməsi üçün dəvət edilməsi Azərbaycanın yarışlara ciddi hazırlaşmasından xəbər verir. Qeyd edək ki, Bakıda “Formula 1” Qran-prisinin keçirilməsi üçün trassın hazırlanması üzrə işlər gələn həftədən başlayacaq. Bu barədə tanınmış arxitektor German Tilke bildirib. Tilke deyib ki, yolun bir hissəsi Bakının qədim küçələrindən (İçəri şəhər) keçəcək. “Biz qeyri adi bir şey ərsəyə gətiririk. Bu tras şəhərin qədim hissəsində olacaq” - deyə Tilke bildirib. Gələn il Bakıda “Formula 1”in debut yarışları keçiriləcək. Gənclər və idman naziri Azad Rəhimovun sözlərinə görə, yarışla bağlı Bakıya 11 min xarici azarkeşin gəlişi gözlənilir. O bildirib ki, debüt Qran Prisinin xərcləri 66-86 milyon dollar arasında dəyişəcək. Formula-1, yaxud F1 bir nəfərlik, açıq təkərli avtomobil yarışları üzrə dünya çempionatıdır. Rəsmi adı ingiliscə FIA Formula One World Championship sözlərindən götürülüb.1950-ci ildən etibarən müntəzəm olaraq keçirilir. Rəsmi qəbul edilməsə də, bir çox hallarda Formula-1 sürücüləri pilot, avtomobillər isə bolid adlandırılırlar. Hər il keçirilən Formula-1 yarışları mövsüm adlanır və ayrıca mərhələlərdən, qran-prilərdən ibarət olur. Qran-pri sözü fransızca "Grands Prix", yəni böyük mükafat sözündən götürülür. İlin sonunda həm pilotlar, həm də komandalar arasında qaliblər müəyyən edilir. Pilotlar dünya çempionu adı, komandalar isə Konstruktorlar kuboku uğrunda yarışırlar.

1 İyul 2015 11:02

“Bakı-2015”: Boks yığmamızdan 3-cü qızıl medal

Bu gün "Bakı-2015" I Avropa Oyunlarında boks yarışlarının daha 10 çəki dərəcəsində döyüşlər olacaq.Piasport.az xəbər verir ki, kişi boksçular 7, qadın idmançılar 3 çəkidə mübarizəni davam etdirəcək. 10 çəki dərəcəsinin 5-də yarımfinal, 5-də final qarşılaşmaları keçiriləcək. Aktivində 1 qızıl və 3 bürünc medal olan yığmamızın bu gün daha 8 boksçusu rinqə çıxacaq. Onlardan 5-i yarımfinal, 2-si isə final görüşündə qüvvəsini sınayacaq. Kişilər 60 kq Təcrübəli boksçumuz Albert Səlimov yarımfinalda gənc rəqibi Sin Makkombu (İrlandiya) sınağa çəkib. 1/4 finalda bolqarıstanlı Elian Dimitrovu mübarizədən kənarlaşdıran idmançımız finala gedən yolda da qarşısı alınmaz olub. 3:0 (29:28, 30:27, 29:28) hesablı qələbə qazanan Səlimov "qızıl" şansını saxlayıb. Onun finaldakı rəqibi Sofiane Oumiha (Fransa) olacaq. Sabah keçiriləcək döyüş saat 18.15-də başlayacaq. 69 kq Daha bir qızıl medal ümidimiz Pərviz Bağırov da finala vəsiqə üçün döyüşüb. Onun yarımfinaldakı rəqibi böyük britaniyalı Joş Kelli olub. Avropa çempionumuz bu dueldən də qalib ayrılıb. Rəqibinə heç bir şans verməyərək, 3:0 (29:28; 30:27; 30:27) hesabı ilə qələbə qazanan Bağırov finala vəsiqəni təmin edib. Həmyerlimiz çempionluq üçün rusiyalı Aleksandr Besputinlə üz-üzə gələcək. Bu döyüş sabah saat 18.45-də olacaq. 75 kq Millimizin aparıcı üzvlərindən Xaybula Musalov yarımfinalda Macarıstan təmsilçisi Zoltan Harksa ilə münasibətlərinə aydınlıq gətirib. Boksçumuzun üstünlüyü şəraitində keçən qarşılama növbəti qələbəmizlə başa çatıb. Rəqibini 2:1 (29:28; 29:28; 27:30) hesabı ilə məğlub edən Musalov da finala yüksəlib. Onun finaldaklı Mixael O Reylli (İrlandiya) rəqibi olacaq. Döyüş sabah saat 19.15-də başlayacaq. 91 kq Azərbaycanın daha bir təmsilçisi Abdulqadir Abdullayev də bu gün finala vəsiqə qazanıb. O, çempionluq yoluna davam etmək üçün rusiyalı Sadam Maqomedovlə qarşılaşıb və 3:0 (29:28, 29:28, 29:28) hesablı qələbə qazanıb. Abdulqadir finalda erməni əsilli ukraynalı Qevorq Manukyanla qarşılacaq. Döüş sabah saat 19.45-də start götürəcək. Final 52 kq Boks yığmamıza ikinci qızıl medalı Elvin Məmişzadə qazandırıb. 23 yaşlı idmançımız həlledici döyüşdə özündən 8 yaş böyük olan italiyalı Vinçenzo Pikkardi ilə qarşılaşıb və 3:0 (30:27, 30:27, 30:27) hesabı ilə qalib gəlib. 64 kq Finala qədər döyüşdüyü 4 rəqibini də böyük hesabla üstələyən Lorenzo Sotomayoru həlledici görüşdə güclü rəqib gözləyir. O, London-2012-nin bürünc medalçısı Vinçenzo Manqiakapre ilə qüvvəsini sınayacaq. Həlledici döyüş saat 19.15-də baş tutacaq. Qadınlar 60 kq Bu çəkidə inamla irəliləyən Yana Alekseyevna yarımfinalda olduqca çətin rəqiblə qarşılaşıb. Təmsilçimiz London Olimpiadasının qalibi Keti Teylorla döyüşüb və 1:2 hesabı ilə uduzub. Buna baxmayaraq Yana bürünc medalı təmin edib. Bu Azərbaycanın 47-ci medalı olub.

26 İyun 2015 8:31

Fakt

Bizi izləyin