Dollar, avro və qızıl qalxdı –Mərkəzi Bank + CƏDVƏL

dollaravro-e1455775165341

Azərbaycan Mərkəzi Bankı bu günə olan xarici valyuta və qiymətli metalların məzənnələrini açıqlayıb. Faktinfo.az Mərkəzi Banka istinadən xəbər verir ki, dolların rəsmi kursu ötən günlə müqayisədə qalxıb. Belə ki, 1 dollar 1,5576 manat civarında satılacaq.Bu gün avro və qızıl da qalxıb. Belə ki, 1 avro 1,7308 manata dəyişdiriləcək.Digər valyuta və qiymətli metalların qiyməti ilə isə aşağıdakı cədvəldən tanış ola bilərsiniz: 14.07.2016 tarixdən etibarən Valyuta Kod Kurs 1 ABŞ dolları USD 1.5576 1 Avro EUR 1.7308 1 Avstraliya dolları AUD 1.1856 1 Argentina pesosu ARS 0.1069 1 Belarus rublu BYN 0.7776 1 Braziliya rialı BRL 0.477 1 BƏƏ dirhəmi AED 0.4241 1 Cənubi Afrika randı ZAR 0.1077 100 Cənubi Korea vonu KRW 0.1368 1 Çexiya kronu CZK 0.064 100 Çili pesosu CLP 0.2367 1 Çin yuanı CNY 0.2329 1 Danimarka kronu DKK 0.2327 1 Gürcü larisi GEL 0.6613 1 Honq Konq dolları HKD 0.2008 1 Hindistan rupisi INR 0.0233 1 İngilis funt sterlinqi GBP 2.0563 100 İndoneziya rupiası IDR 0.0119 100 İran rialı IRR 0.0051 1 İsveç kronu SEK 0.1836 1 İsveçrə frankı CHF 1.5838 1 İsrail şekeli ILS 0.4033 1 Kanada dolları CAD 1.2031 1 Küveyt dinarı KWD 5.1538 1 Qazaxıstan tengəsi KZT 0.0046 1 Qırğız somu KGS 0.0231 100 Livan funtu LBP 0.1031 1 Malayziya rinqqiti MYR 0.3933 1 Meksika pesosu MXN 0.0849 1 Moldova leyi MDL 0.0788 1 Misir funtu EGP 0.1754 1 Norveç kronu NOK 0.1854 100 Özbək somu UZS 0.0527 1 Polşa zlotası PLN 0.3935 1 Rusiya rublu RUB 0.0243 1 Sinqapur dolları SGD 1.1563 1 Səudiyyə Ərəbistanı rialı SAR 0.4153 1 SDR (BVF-nun xüsusi borcalma hüquqları) SDR 2.1681 1 Türk lirəsi TRY 0.5371 1 Tayvan dolları TWD 0.0486 1 Tacik somonisi TJS 0.1987 1 Yeni türkmən manatı TMT 0.4636 1 Ukrayna qrivnası UAH 0.0629 100 Yapon yeni JPY 1.4882 1 Yeni Zelandiya dolları NZD 1.1216 Qızıl XAU 2091.4674 Gümüş XAG 31.571 Platin XPT 1699.3416 Palladium XPD 996.864

14 İyul 2016 11:24

Bağlanan bankların faiz problemi

20160714-093103link

Kreditlərdən yenə faiz tutulur, əmanətlərin faizləri isə dondurulur, ekspertlərin məsələdə fikirləri fərqlidir... Lisenziyası ləğv edilən banklarla bağlı problemlər səngimir.Problemlərdən biri də odur ki, bağlanan banklarda əmanətlərə verilən faizlər də dərhal dayandırılır və yalnız qoyulan əmanət əmanətçiyə geri qaytarılır.Ancaq bank müştəriyə verdiyi kreditə görə faiz hesablanmasını dayandırmır və sonadək krediti faizlə tələb edir. Bəs qanunvericilik nə deyir? Verilən kreditlərə görə lisenziyası ləğv edildikdən sonra banklara faiz hesablamağa hüquq verirmi? Ekspertlər musavat.com-a məsələni fərqli yöndən şərh ediblər.Ekspert Əkrəm Həsənov məsələ ilə bağlı musavat.com-a açıqlamasında bildirib ki, bankın ləğv olunması kredit üzrə faizlərin hesablanmasını dayandırmır: “Qanunda bu, yoxdur. Borclunun müqavilə müddəti ərzində faizlərin hesablanması necədirsə, o şəkildə faizlər üstünə gələcək. Amma əmanətçinin faizi də eyni məntiqlə üstünə gəlməlidir. Problem burada borclulara münasibətdə deyil. Problem məhz əmanətçilərə münasibətdədir ki, əmanətçilərə deyirlər, bank ləğv olundusa, əmanət dondurulur və onun üstünə daha faiz gəlmir. Qanun özü ədalətsizdir. Bank ləğv olunanda deyir ki, əmanətin üzərinə faiz gəlmir. Amma kredit üzrə bu, nəzərdə tutulmayıb. Qanun əmanətçiyə münasibətdə ədalətsizdir. Amma borcluya heç bir aidiyyəti yoxdur. Məqsəd də burada aydındır. Məqsəd budur ki, ləğv olunan banka ləğvetmə komissiyası təyin olunur. Ləğvetmə komissiyası bir neçə il faktiki olaraq bu bankın pulu ilə dolanır, verdiyi kreditlər üzrə faizlərlə, faizlərin hesabına dolanır. Əgər kredit üzrə faiz gələcəksə, onda əmanətlər üzrə də gəlsin, yaxud hər ikisində dayandırılsın. Bunu bir şəkildə həll etmək olar”.Qeyd edək ki, bəzi ekspertlər bildirirlər ki, ləğv olunmuş bank kredit ödəyən müştərilərdən faiz tutmalı deyil. Yəni bank ləğv olunub və Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADİF) əmanətçilərin hər birinə banka yerləşdirdikləri əmanətlərin qarşılığında maksimum 30 min manat həcmində (faiz verilmədən) ödəyib. İndi bankın heç kimə borcu yoxdur. Qanuna əsasən bankın digər borcları da silinib. Amma bank bağlanmamışdan öncə kredit götürmüş müştərinin kreditinə bank bağlanandan sonra da faizlər hesablanmaqda davam edir. Normal fəaliyyət göstərən bank kredit verərkən faizləri hesablayarkən əmanətçinin vəsaitini kreditə yönəltdiyi üçün, həmçinin bankın inkişafını təmin etməkdən ötrü qazanc əldə etmək məqsədi ilə, məsələn,18 faiz həcmində faiz formalaşdırır. Sadə dillə desək, əmanətçinin vəsaitini kreditə buraxan bank əmanətçiyə illik 12 faiz verməli idi. İndi (bankın lisenziyası ləğv olunduqdan sonra) bunu vermir. Yerdə qalan 6 faiz bankın inkişafına yönəldilməli idisə hazırda bank inkişaf etdirilmir, əksinə, ləğv edilir. İndi bankın depozit müştərisi yoxdur və ləğvedici bankın inkişaf etdirilməsini yox, ləğv edilməsini təmin etməlidirsə, bəs elə isə kreditlərə niyə faiz hesablanmalıdır? Bu fikirdə olan ekspertlər qeyd edirlər ki, Mülki Məcəlləyə görə, bankın ləğvedicisi kreditlərə faiz hesablanmasını dayandırmalıdır. Əgər bank bağlanan gündən kreditlərə görə faizlər hesablanırsa və müştəri faizləri ödəməkdə davam etmişdirsə, müştəri bank rəsmi bağlanan gündən etibarən banka ödədiyi faizləri məhkəmə yolu ilə bankdan geri ala bilər.Mülki Məcəllənin 439.3-cü bəndində bildirilir ki, qanuna və ya müqaviləyə əsasən borcun üstünə faizlər hesablanmalı olduqda, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, onlar iki faiz bəndi əlavə edilməklə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi miqdarında, lakin ildə azı beş faiz miqdarında hesablanır. 439.4-cü bənddə bildirilir ki, öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. 556.1-ci bənddə isə deyilir ki, icra mümkün olmadıqda, yəni icra edilməmə tərəflərin heç birinin cavabdeh olmadığı haldan irəli gəldikdə, öhdəliyə xitam verilir. Bu halda kreditor borcludan öhdəliyin icrasını tələb edə bilməz.Milli Məclisin deputatı Vahid Əhmədov isə axar.az-a açıqlamasında bankların verdikləri kredit müqabilində lisenziyası ləğv olunduqdan sonra faiz tələb etməyə hüququnun olmadığını bildirib: “Bankın fəaliyyəti dayandıqdan sonra əmanətlərə faiz hesablanmadığı üçün kreditlərə də faiz gəlməsi düzgün deyil. Çox təəssüf ki, banklar hazırda bundan sui-istifadə edirlər, bank bağlanan kimi əmanətlər üzrə faizlər saxlanılır, ancaq kreditlərə faizlər gəlməsi davam etdirilir. Bu, qanuni deyil və bankların özbaşınalığıdır. Ona görə də hesab edirəm ki, Maliyyə Bazarlarına Nəzarət Palatası bu məsələyə baxmalı və müəyyən qərar verməlidir. Palata hazırda bankların diaqnostikası üçün və yəqin ki, bu məsələ ilə əlaqədar da müəyyən müraciətlərə baxılacaq. Problemin həlli yolları barədə MBNP-nin Direktorlar Şurasının sədri ilə danışacağam. Hesab edirəm ki, lisenziyası ləğv edilən bank müştərilərindən kreditə görə faiz tələb etməməlidir”.Hüquqşünas Pərviz Məmmədov isə qeyd edib ki, bağlanan bankın kredit portfelinin başqa maliyyə təşkilatına satılma halını çıxmaqla, bütün hallarda lisenziyası ləğv edilən banklar tərəfindən kreditə faiz hesablanması dayanmalıdır: “Banklar haqqında qanunun 18.2-ci maddəsinə əsasən, bank lisenziyası və ya xarici bankın bölgə nümayəndəliyinin ləğvi haqqında qərar qüvvəyə mindiyi gündən bankın lisenziya üzrə öncəki fəaliyyət növləri qadağan edilir. Bankın fəaliyyət növlərinə isə kredit verilməsi və verilən kreditlərə faiz hesablanması aiddir. Deməli, ləğv olunan bankın verdiyi kreditlərə faiz hesablamaq ixtiyarı yoxdur. Bank ləğv edilmə prosesinə girdiyi andan etibarən yalnız Mərkəzi Bankın uçot dərəcəsinə uyğun olaraq illik 7 faiz həcmində faiz tələb edə bilər. Çünki bank cəlb etdiyi əmanətlərə faiz hesablamır. Necə ki banka depozitlərə görə faiz hesablamaq qadağan olunur, eləcə də verilən kreditlərə görə də faiz tələbi olmamalıdır”. P.Məmmədov hesab edir ki, vətəndaşlar bunu əsas götürməklə tam haqlı olaraq məhkəmədə həmin faizlərin ödənilməsinin dayandırılmasını tələb edə bilərlər: “Çox yaxşı olardı ki, prosesdə məhkəmə mühasibatlıq ekspertizası təyin olunsun. Ekspertizanın nəticələrindən sonra isə qalıq borca nə qədər faiz ödənilməli olduğu aydın olacaq. Bir sözlə, Mülki Məcəllənin 449-cu maddəsinə əsasən, vətəndaşlar ancaq Mərkəzi Bank tərəfindən müəyyənləşdirilən uçot dərəcəsinə əsasən faiz ödməlidirlər, yoxsa 30 və ya 40 faiz deyil”.Hüquqşünas bildirib ki, bank ləğv edilmə prosesinə girdiyi andan sonra vətəndaş borcu bağlayıbsa və faizləri ödəyibsə, məhkəməyə müraciət edərək indiyə qədər haqsız ödədiyi faizləri geri ala bilər: “Əgər borcun müəyyən bir hissəsi qalıbsa, onda vətəndaş tələb edə bilər ki, ödədiyi faizlərə görə ondan artıq alınan pul əsas məbləğdən çıxılsın”. (musavat.com)

14 İyul 2016 10:12

Azərbaycana gətirilən qızılın ümumi gömrük dəyəri açıqlandı

20160713-011424link

Nazirlər Kabinetinin 2013-cü il 14 oktyabr tarixli 305 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş qaydaları”nda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 08 iyul 2016-ci il tarixli 267 nömrəli Qərarı ilə edilmiş dəyişikliklər “Gömrük sistemində islahatların davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 4 mart 2016-cı il tarixli 1853 nömrəli Sərəncamının 3.3-cü bəndinin icrasını təmin etmək məqsədilə Dövlət Gömrük Komitəsi tərəfindən verilən təkliflər əsasında hazırlanıb Bu barədə Dövlət Gömrük Komitəsindən məlumat verilib.Qaydalara edilmiş dəyişikliklərdən biri fiziki şəxslər tərəfindən gömrük ərazisinə gətirilən qiymətli metallar və qiymətli daşlarla bağlıdır.Dəyişikliyə əsasən hər bir fiziki şəxs ümumi gömrük dəyəri 1500 ABŞ dolları ekvivalenti məbləğindən (müşayiət edilən hər bir yetkinlik yaşına çatmamış fiziki şəxsə görə əlavə 500 ABŞ dolları ekvivalenti məbləğindən) artıq olmayan qaydaların 2.1.10-cu yarımbəndində nəzərdə tutulmuş 20 qram qızılı, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatlarını, emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş 0,5 karat almazı gömrük orqanına şifahi surətdə bəyan etməklə gömrük ərazisinə gətirə bilərlər.Malların ümumi gömrük dəyəri göstərilən məbləğlərdən artıq olduqda isə qaydaların 1 nömrəli əlavəsinə 5-ci bəndinə uyğun olaraq yazılı surətdə gömrük orqanlarına bəyan olunmaqla, ümumi gömrük dəyərindən yuxarıda göstərilən məbləğlər çıxılmaqla, bu malların gömrük rəsmiləşdirilməsi xarici-iqtisadi fəaliyyətin tarif və qeyri-tarif tənzimlənməsinə uyğun gömrük ödənişləri alınmaqla həmin malların sadələşdirilmiş qaydada gömrük rəsmiləşdirilməsi həyata keçirilir.Qaydalar dərc edildiyi gündən (12 iyul) 30 gün sonra qüvvəyə minəcək. (trend)

13 İyul 2016 9:19

“Bank Of Baku”dan iyrənc addım: şəhid ailəsi hədələnir

bank

  “Bank Of Baku” şəhid ailəsini hədələyib. Publika.az xəbər verir ki, bu ilin aprel döyüşlərində şəhid olan Seymur Baxışovun ailəsi “Bank Of Baku”dan 2000 dollar kredit götürüb. Krediti ödəyə bilmədiyinə görə şəhid ailəsi bank tərəfindən hədələnir. Qeyd edək ki, məsələ ilə bağlı bankla əlaqə saxlamağa cəhd etdik. Lakin nahar fasiləsinə 1 saat qalmasına baxmayaraq, bankın mərkəzi ofisinin əməkdaşlarını yerinə tapa bilmədik. Məlumat üçün bildirək ki, ölkədə fəaliyyət göstərən əksər banklar aprel döyüşlərində şəhid olan əsgərlərimizin ailələrinin kredit borclarını siliblər. Belə bir vəziyyətdə “Bank of Baku”nun şəhid ailəsini bu qədər sıxışdırması anlaşılan deyil. Əgər məsələ problemli kreditdirsə, əslində “Bank of Baku” daha çox qazanmaq “həvəsinin” bəlasına düşüb. Belə ki, bank illərdir müştərilərə 29-30 faizlə kredit təklif edir. Bu gün yüksək faizlə verdiyi kreditlərin bir hissəsinin geri qayıtmamasının acısını yaşayır. Bankın özünün hesabatına görə, 2015-ci ilin 9 ayına müştərilərə verilən kreditlər və lizinqlər üzrə vaxtı keçmiş kreditlərin məbləği 94 512.1 min manat olub. Onun 78 743.4 min manatı fiziki şəxslərin payına düşüb. Söhbət hələ əhalinin kreditləri ödəmə qabiliyyətinin aşağı düşmədiyi dövrdən gedir. Nəzərə alsaq ki, bu ilin 3 ayında bankın iri kreditlərinin cəmi 10 000.00 min manat (məcmu kapitala nisbəti 0,12 faiz olub.) təşkil edib. Vəziyyəti özünüz düşünün… Bankın özünün öhdəliklərinə gəlincə, burada da durum yaxşı deyil. Bankın öhdəlikləri 518 822.22 min manat təşkil edib. Bunun cəmi 328 759.91 min manatı müştəri depozitləridir. Bank 3 ayda Mərkəzi Bankdan 40 000.00 min manat kredit alib. Müqayisə üçün qeyd edək ki, 2015-ci ilin sonuna bankın müştəri depozitləri 429 960.77 min manat olub. 2016-ci ilin 3 ayında bankın cəmi aktivləri 591 354.33 min manat, 2015-cü ilin dördüncü rübündə 734 848.69 min manat təşkil edib. Nəhayət sonda: “Bank of Baku”nun rəsmi internet ünvanında uzun-uzadı maliyyə qrumunun korporativ sosial məsuliyyət siyasətindən bəhs edilir. Lakin şəhid ailəsinə güzəşt tanımaması bankın KSM- siyasətinin də hansı vəziyyətdə olduğunu göstərir.

12 İyul 2016 2:06

“Azərişıq” ASC-yə 750 milyon dollarlıq kreditin ayrılması təsdiqləndi –Açıqlama

azerisiq

Asiya İnkişaf Bankı (ADB) Azərbaycanda elektrik enerjisinin paylanmasının inkişafına dair təklif olunan İnvestisiya Proqramı üzrə 750 mln. ABŞ dolları məbləğində kreditin ayrılmasını təsdiqləyib. Bank xəbər verir ki, ayrılan vəsait hesabına görülən işlər nəticəsində 1,4 milyondan çox istehlakçı elektrik enerjisi ilə təchiz olunacaq."ADB-nin bu proqramı Azərbaycanın digər iri şəhərlərində və ucqar rayonlarında elektrik enerjisi təminatındakı problemlərin həllinə və ev təsərrüfatlarının gün boyu elektrik enerjisi ilə təchizatına gətirib çıxaracaq. Bundan başqa, ayrılan kredit sayəsində inklüziv iqtisadi artıma nail olunacaq, kiçik və orta sahibkarlıq imkanları daha da güclənəcək", – deyə ADB-nin Mərkəzi və Qərbi Asiya departamentinin baş direktoru Şon M. O'Salivan bildirib.Kredit Azərbaycana 2022-ci ilədək 3 tranşla ayrılacaq. Birinci tranşın həcmi 250 mln. dollardır.Qeyd edək ki, Azərbaycan hökuməti ilə ADB arasında elektrik enerjisinin paylanmasının inkişafına dair təklif olunan İnvestisiya Proqramı üzrə kreditin ayrılmasına dair ilkin niyyət protokolu 2015-ci ilin may ayında Bakıda keçirilən ADB-nin Rəhbərlər Şurasının 48-ci illik Toplantısı çərçivəsində imzalanıb. Protokolu Azərbaycanın maliyyə naziri Samir Şərifov, “Azərişıq” ASC-nin sədri Baba Rzayev və AİB-in vitse-prezidenti Vençay Jangin imzalayıblar.ADB 1999-cu ildən etibarən Azərbaycanın iqtisadi imkanlarının şaxələndirilməsi və genişləndirilməsinə dəstək məqsədilə mühüm hissəsi infrastruktur sektoruna yönəlməklə təxminən 2,1 mlrd. ABŞ dolları məbləğində vəsait ayırıb. APA

12 İyul 2016 11:22

Dollar, avro və qızıl xeyli qalxdı –Mərkəzi Bank + CƏDVƏL

dollaravro-e1455775165341

Azərbaycan Mərkəzi Bankı bu günə olan xarici valyuta və qiymətli metalların məzənnələrini açıqlayıb. Faktinfo.az Mərkəzi Banka istinadən xəbər verir ki, dolların rəsmi kursu ötən günlə müqayisədə qalxıb. Belə ki, 1 dollar 1,5518 manat civarında satılacaq.Bu gün avro qalxıb. Belə ki, 1 avro 1,7191 manata dəyişdiriləcək. Qızıl da xeyli bahalaşıb…Digər valyuta və qiymətli metalların qiyməti ilə isə aşağıdakı cədvəldən tanış ola bilərsiniz: 12.07.2016 tarixdən etibarən Valyuta Kod Kurs 1 ABŞ dolları USD 1.5518 1 Avro EUR 1.7191 1 Avstraliya dolları AUD 1.1767 1 Argentina pesosu ARS 0.1055 1 Belarus rublu BYN 0.7722 1 Braziliya rialı BRL 0.4688 1 BƏƏ dirhəmi AED 0.4225 1 Cənubi Afrika randı ZAR 0.1077 100 Cənubi Korea vonu KRW 0.1352 1 Çexiya kronu CZK 0.0636 100 Çili pesosu CLP 0.2346 1 Çin yuanı CNY 0.232 1 Danimarka kronu DKK 0.2312 1 Gürcü larisi GEL 0.6617 1 Honq Konq dolları HKD 0.2 1 Hindistan rupisi INR 0.0231 1 İngilis funt sterlinqi GBP 2.0284 100 İndoneziya rupiası IDR 0.0118 100 İran rialı IRR 0.0051 1 İsveç kronu SEK 0.1813 1 İsveçrə frankı CHF 1.5782 1 İsrail şekeli ILS 0.3997 1 Kanada dolları CAD 1.1839 1 Küveyt dinarı KWD 5.1384 1 Qazaxıstan tengəsi KZT 0.0046 1 Qırğız somu KGS 0.0231 100 Livan funtu LBP 0.103 1 Malayziya rinqqiti MYR 0.3879 1 Meksika pesosu MXN 0.0843 1 Moldova leyi MDL 0.0784 1 Misir funtu EGP 0.1748 1 Norveç kronu NOK 0.183 100 Özbək somu UZS 0.0527 1 Polşa zlotası PLN 0.3882 1 Rusiya rublu RUB 0.0242 1 Sinqapur dolları SGD 1.1492 1 Səudiyyə Ərəbistanı rialı SAR 0.4137 1 SDR (BVF-nun xüsusi borcalma hüquqları) SDR 2.1564 1 Türk lirəsi TRY 0.5346 1 Tayvan dolları TWD 0.0482 1 Tacik somonisi TJS 0.1979 1 Yeni türkmən manatı TMT 0.4618 1 Ukrayna qrivnası UAH 0.0624 100 Yapon yeni JPY 1.5061 1 Yeni Zelandiya dolları NZD 1.1272 Qızıl XAU 2105.9478 Gümüş XAG 31.5171 Platin XPT 1686.8066 Palladium XPD 963.6678

12 İyul 2016 11:01

Fakt

Bizi izləyin