Dollar, avro və qızıl kəskin qalxdı

dollaravro-e1455775165341

  Azərbaycan Mərkəzi Bankı bu günə olan xarici valyuta və qiymətli metalların məzənnələrini açıqlayıb. Faktinfo.az Mərkəzi Banka istinadən xəbər verir ki, dolların rəsmi kursu ötən günlə müqayisədə xeyli qalxıb. Belə ki, 1 dollar 1,7707 manat civarında satılacaq. Bu gün avronun da rəsmi məzənnəsi kəskin qalxıb. Belə ki, 1 avro 1.8644 manata dəyişdiriləcək. Qızıl  da bu gün qalxıb. Digər valyuta və qiymətli metalların qiyməti ilə isə aşağıdakı cədvəldən tanış ola bilərsiniz: 30.12.2016 tarixdən etibarən Valyuta Kod Kurs 1 ABŞ dolları USD 1.7707 1 Avro EUR 1.8644 1 Avstraliya dolları AUD 1.281 1 Argentina pesosu ARS 0.1113 1 Belarus rublu BYN 0.9048 1 Braziliya rialı BRL 0.544 1 BƏƏ dirhəmi AED 0.4821 1 Cənubi Afrika randı ZAR 0.1299 100 Cənubi Korea vonu KRW 0.1468 1 Çexiya kronu CZK 0.069 100 Çili pesosu CLP 0.2651 1 Çin yuanı CNY 0.2548 1 Danimarka kronu DKK 0.2508 1 Gürcü larisi GEL 0.6663 1 Honq Konq dolları HKD 0.2283 1 Hindistan rupisi INR 0.0261 1 İngilis funt sterlinqi GBP 2.1745 100 İndoneziya rupiası IDR 0.0132 100 İran rialı IRR 0.0045 1 İsveç kronu SEK 0.1946 1 İsveçrə frankı CHF 1.7351 1 İsrail şekeli ILS 0.4613 1 Kanada dolları CAD 1.3136 1 Küveyt dinarı KWD 5.7838 1 Qazaxıstan tengəsi KZT 0.0053 1 Qırğız somu KGS 0.0256 100 Livan funtu LBP 0.1174 1 Malayziya rinqqiti MYR 0.3947 1 Meksika pesosu MXN 0.0855 1 Moldova leyi MDL 0.0891 1 Misir funtu EGP 0.0977 1 Norveç kronu NOK 0.2053 100 Özbək somu UZS 0.0552 1 Polşa zlotası PLN 0.4218 1 Rusiya rublu RUB 0.0293 1 Sinqapur dolları SGD 1.2242 1 Səudiyyə Ərəbistanı rialı SAR 0.4721 1 SDR (BVF-nun xüsusi borcalma hüquqları) SDR 2.3729 1 Türk lirəsi TRY 0.5023 1 Tayvan dolları TWD 0.0549 1 Tacik somonisi TJS 0.2248 1 Yeni türkmən manatı TMT 0.5066 1 Ukrayna qrivnası UAH 0.0653 100 Yapon yeni JPY 1.5168 1 Yeni Zelandiya dolları NZD 1.2322 Qızıl XAU 2029.0451 Gümüş XAG 28.7278 Platin XPT 1590.0886 Palladium XPD 1186.369

30 Dekabr 2016 11:34

“Büdcə kəsiri 1 milyarddan çox olacaq…” –Qubad İbadoğlundan 2017-cü illə bağlı proqnoz

qubad-3

"2017-ci il büdcəsi 2005-ci ildən sonra ilk dəfə büdcə gəlirlərinin yarıdan çoxunu qeyri-neft sektorundan daxil olmalar hesabına təmin etməyi nəzərdə tutur. Bu isə xüsusilə də vergi orqanlarının qarşısında ciddi vəzifələr qoyur". Faktinfo.az xəbər verir ki, bunu iqtisadçı Qubad İbadoğlu deyib.Q.İbadoğlunun sözlərinə görə, gələn ilin dövlət büdcəsinin gəlirləri 16 milyard 255 milyon manat, xərcləri 16 milyard 900 milyon manat manat məbləğində təsdiq olunub: "Hesablamalar göstərir ki, yeni təsdiq edilmiş dövlət büdcəsi 2008-ci il də daxil olmaqla, indiyə qədər formalaşan dövlət büdcələri arasında dollar ifadəsində ən kiçiyi olacaq. Eyni zamanda, müqayisələr də göstərir ki, yeni büdcənin dollar ifadəsində adambaşına düşən xərcləri qonşu Qafqaz ölkələrindən belə aşağıdır.Növbəti il üçün dövlət büdcəsi hətta proqnozlarla kiçilsə də, onun reallığı da şübhə doğurur. Çünki 2017-ci il büdcəsi 2005-ci ildən sonra ilk dəfə olaraq büdcə gəlirlərinin yarıdan çoxunu qeyri-neft sektorundan daxil olmalar hesabına təmin etməyi nəzərdə tutur. Bu isə xüsusilə də vergi orqanlarının qarşısında ciddi vəzifələr qoyur.Nəzərə alaq ki, artıq ilin sonudur. Yaxın günlərdə cari ilin büdcəsi tam xərclənərək boşalacaq, bundan əlavə bu ilin sonuna büdcədə kəsir yaranacaq. Gözləntilərə görə, 2016-cı ilin büdcə kəsirinin məbləği 1 milyard manatdan çox olacaq ki, bu da Azərbaycanın büdcə tarixində ən böyük kəsir hesab oluna bilər”. İqtisadçının sözlərinə görə, prezidentin ehtiyat fondları istisna olmaqla, yeni ilə sıfırlanan büdcənin mədaxilinin təminatı əsas yükü üzərinə götürən qeyri-neft bölməsinin durumundan asılı olacaq: "Milli iqtisadiyyatın da ən çox problemləri bu sektorda müşahidə olunur. Qeyri- neft ÜDM-nin tənəzzülü artıq 6 faizə yaxınlaşır, bu il ərzində qeyri-neft ixracat potensialı ötən ilin eyni dövrü ilə müqayisədə dördən üçünü saxlaya bilib. İdxal da ötən illə müqayisədə azalıb, mədaxilin 14 faizini təşkil edən hüquqi şəxslərin mənfəət vergisi 228 milyon manat azalıb, digər daxilolmalar üzrə azalma isə 1 milyard 960 milyon manat olub.Bununla yanaşı, növbəti il ərzində iş yerlərinin ixtisarının çoxalması, əmək haqlarının aşağı salınması hesabına fiziki şəxsləri gəlir vergisi, zərərlə işləyən müəssələrin sayının artması və rentabelli müəssisələrdə mənfəətin azalmasına görə hüquqi şəxslərin mənfəət vergisi, idxalın azalmasına görə ƏDV və gömrük rüsumları, neft hasilatında azalmaya görə, ARDNŞ-nin və ABƏŞ-in ödənişlərində azalmaların qeydə alınması büdcə mədaxilinin formalaşmasında ciddi çətinlik yaradacaq". İqtisadçının sözlərinə görə, bu, xüsusilə ilin 1-ci rübündə müşahidə olunacaq: "Odur ki, yeganə umid vergi amnistiyası adı ilə 2017-ci ilə qədər olan borcların 70 faizə qədərinin yığılmasınadır. Amma unutmayaq ki, mövcud vergi borcların böyük hissəsi dövlət şirkətlərinə məxsusdur, özəl şirkətlərə məxsus olan borcları müxtəlif məhdudiyyətlər (ölkədən çıxışa qadağa, əmlakın müsadirəsi, inzibati həbs və s.) geri almaqda çətinlik çəkən Vergilər Nazirliyinə könüllü borc toplanması o qədər də asan olmayacaq”.

28 Dekabr 2016 3:29

“Dollara qarşı lirə, rubl, yuan və manat koalisiyası nəyisə dəyişmək gücündə deyil” –Qubad İbadoğlu

2

"Bu günlərdə Türkiyə prezidentinin "valyuta spekulyasiyaları ilə kimlərsə iqtisadiyyatımıza mənfi təsir etməkdədir. Lakin bunun arxasında iqtisadi səbəb durmur. Məqsəd siyasi əməliyyatlara hazırlamaqdır. Bu cür spekulyasiyalara qonşu ölkələr, konkret desəm, Çin, Rusiya, Azərbaycan da məruz qalır. Amma biz bu oyunlara son qoyacağıq. Bunun üçün milli valyutaya inamı artırmalıyıq. İdxal-ixrac əməliyyatlarında milli valyutalardan istifadə olunmalıdır" fikirləri xarici ticarət əməliyyatlarnda milli valyutalarla hesablaşmaları yenidən gündəmə gətirib". Strateq.az xəbər verir ki, bunu iqtisadçı Qubad İbadoğlu deyib.Onun sözlərinə görə, Prezident Ərdoğanın son bəyanatında "idxal-ixrac əməliyyatlarında milli valyutadan istifadə olunmalıdır" fikrinin qəti səsləndirilməsi və hazırkı durumdan əziyyət çəkən ölkələrin siyahısında Azərbaycanın da adını hallandırması, bir daha bu məsələyə münasibət açıqlamaq zərurəti yaradıb: "İlk növbədə onu qeyd edim ki, bu ilin 11 ayının gömrük məlumatlarına görə, Azərbaycanda xarici iqtisadi fəaliyyət iştirakçılarının sayı 13244 olub ki, onun da 8018-i fiziki şəxslər, 5226-ı hüququ şəxslərdir. Hüquqi şəxslərin yalnız 240-ı dövlət, 4986-ı isə özəl bölməni təmsil edib.Belə olan halda xarici ticarətdə milli valyuta ilə hesablaşmalara keçid qərarı mərkəzləşdirilmiş halda dövlət şirkətlərinə şamil oluna bilər. Özəl bölmə və fiizki şəxslər xaricə çıxartdığı mal və xidmətləri hansı valyutada saxlamaq qərarını özü verir.Ona görə də neftdən kənarda idxal və ixrac əməliyyatlarının böyük hissəsinin özəl bölmə və fiziki şəxslər tərəfindən həyata keçirilməsi inzibati qaydada qəbul edilmiş bu tip qərarların icrasını çətinləşdirir. Onlara sərbəstik verilərkən Türkiyə və Rusiya ilə sərhəd bölgələrində yaşayan bir qrup əhali istisna olmaqla böyük əksəriyyət sahibkar Türkiyə, Rusiya və Çinə ixraca göndərdiyi malın və xidmətin dəyərinin qeyri-sabit vəziyyətdə olan və son vaxtlar sürətlə dəyər itirən lirə, rubl və yuanla ödənilməsində maraqlı olmayacaq.Digər tərəfdən də, hələ də gerçək nəzənnəsi, tarazlı kursu olmayan manata qarşı tərəfdən olan sahibkarların da marağınının formalaşması inandırıcı görsənmir.İkincisi, bu ilin aylıq statistikasına görə, Türkiyə, Rusiya və Çinin birlikdə Azərbaycana göndərdikləri malın həcmi 4 milyard dollardan çoxdur.Bu o deməkdir ki, həmin ölkələrdən əvvəlki səviyyədə mal gətirmək üçün Azərbaycan sahibkarlarına 4 milyard dollarlıq lirə. rubl və yuan lazımdır. Bu ilin 11 ayında Azərbaycanın isə həmin 3 ölkəyə ixracatı 2 milyard dollardan çox olmayıb. Bu isə o deməkdir ki, bizim sahibkarlar 2 milyard dollarlıq lirə, rubl və yuan qazanacaq və yalnız o qədər də ölkəyə mal gətirə biləcək, yerdə qalan 2 milyard dollarlıq fərqi isə yenə də dollarla örtmək məcburiyyətində qalacaq. Belə hesablaşmalar isə qarşı tərəfin xeyrinə işləyəcək, onların milli valyutasını möhkəmlədəcək, bizim manatı isə bir az da zəiflədəcək.Nəhayət onu da qeyd edim ki, Azərbaycanın əsas ixrac məhsulu xam neftdir, onun da satışı dollarla həyata keçirilir. Biz tərəfdən neftin və neft məhsullarının, eləcə də qazın dollara deyil, həmin 3 ölkənin milli valyutalarına satılması manatı dəyərdən daha da sala bilər. Odur ki, iqtisadi qiymətləndirmələr və mülahizələr Azərbaycanın bu tip siyasi layihələrdə yer almasının əleyhinədir". Q.İbadoğli son olaraq onu da bildirib ki, getdikcə hökmran mövqeyi güclənən dollara qarşı lirə, rubl, yuan və manat koalisiyası nəyisə dəyişmək gücündə deyildir: "Əksinə, belə birlik həmin ölkələrin milli valyutasının daha da dəyərsizləşməsinə gətirib çıxaracaq".

26 Dekabr 2016 12:34

Dollar “durdu”, avro qalxdı, qızıl isə endi –Mərkəzi Bank + CƏDVƏL

dollaravro-e1455775165341

Azərbaycan Mərkəzi Bankı bu günə olan xarici valyuta və qiymətli metalların məzənnələrini açıqlayıb. Faktinfo.az Mərkəzi Banka istinadən xəbər verir ki, dolların rəsmi kursu ötən günlə müqayisədə dəyişməyib. Belə ki, 1 dollar 1,7622 manat civarında satılacaq.Bu gün avronun rəsmi məzənnəsi isə qalxıb. Belə ki, 1 avro 1,8438 manata dəyişdiriləcək. Qızıl isə bu gün ucuzlaşıb.Digər valyuta və qiymətli metalların qiyməti ilə isə aşağıdakı cədvəldən tanış ola bilərsiniz: 26.12.2016 tarixdən etibarən Valyuta Kod Kurs 1 ABŞ dolları USD 1.7622 1 Avro EUR 1.8438 1 Avstraliya dolları AUD 1.2673 1 Argentina pesosu ARS 0.1138 1 Belarus rublu BYN 0.9035 1 Braziliya rialı BRL 0.5387 1 BƏƏ dirhəmi AED 0.4798 1 Cənubi Afrika randı ZAR 0.126 100 Cənubi Korea vonu KRW 0.1469 1 Çexiya kronu CZK 0.0682 100 Çili pesosu CLP 0.2614 1 Çin yuanı CNY 0.2536 1 Danimarka kronu DKK 0.248 1 Gürcü larisi GEL 0.6437 1 Honq Konq dolları HKD 0.2271 1 Hindistan rupisi INR 0.026 1 İngilis funt sterlinqi GBP 2.1637 100 İndoneziya rupiası IDR 0.0131 100 İran rialı IRR 0.0049 1 İsveç kronu SEK 0.1914 1 İsveçrə frankı CHF 1.7179 1 İsrail şekeli ILS 0.4603 1 Kanada dolları CAD 1.304 1 Küveyt dinarı KWD 5.7588 1 Qazaxıstan tengəsi KZT 0.0053 1 Qırğız somu KGS 0.0254 100 Livan funtu LBP 0.1168 1 Malayziya rinqqiti MYR 0.3939 1 Meksika pesosu MXN 0.0856 1 Moldova leyi MDL 0.0877 1 Misir funtu EGP 0.0937 1 Norveç kronu NOK 0.2028 100 Özbək somu UZS 0.055 1 Polşa zlotası PLN 0.4181 1 Rusiya rublu RUB 0.0289 1 Sinqapur dolları SGD 1.2177 1 Səudiyyə Ərəbistanı rialı SAR 0.4698 1 SDR (BVF-nun xüsusi borcalma hüquqları) SDR 2.3608 1 Türk lirəsi TRY 0.5014 1 Tayvan dolları TWD 0.0549 1 Tacik somonisi TJS 0.2242 1 Yeni türkmən manatı TMT 0.5042 1 Ukrayna qrivnası UAH 0.067 100 Yapon yeni JPY 1.5038 1 Yeni Zelandiya dolları NZD 1.2143 Qızıl XAU 1993.0482 Gümüş XAG 27.6842 Platin XPT 1594.791 Palladium XPD 1152.4788

26 Dekabr 2016 11:33

Fakt

Bizi izləyin