“Toydan sonra məni vurdular”

20160331-132023link

Əməkdar artistlər Cavanşir Məmmədov və Firuzə İbadovanın toyda başına iş gəlib. “Qafqazinfo”ya daxil olan məlumata görə, Cavanşir Məmmədovun toydan çıxan zaman döyüldüyü iddia olunub.Məsələ ilə bağlı müğənni Firuzə İbadova ilə əlaqə saxladıq. Əməkdar artist açıqlamasında böyük bir hadisənin baş vermədiyini bildirib: “Bilmirəm bu xəbərləri kim yayır. Belə bir dava baş tutmayıb. Ancaq onu deyə bilərəm ki, şişirdiləsi bir şey olmayıb. Cavanşir müəllimlə əlaqə saxlayın”.Bu məqamda qeyd etmək istərdik ki, Cavanşir Məmmədov məsələ ilə bağlı unikal.org-a açıqlama verib.Müğənni restoranda arxadan vurulduğunu söyləyib: ““Movida Plaza”da bizim xalq artısti Firuzə İbadova ilə yarım saatlıq çıxışımız var idi. Biz axşam 21:30-da proqramda çıxış etdik. Çıxanda bir nəfər yoldaş bizə yaxınlaşdı ki, yarım saaat da qalıb çıxış etməlisiniz. Elə müğənnilər var ki, onları döyüb qovurlar. Yarım saat əlavə qalmaq üçün bizimlə mübahisə etdi. Mən də bildirdim ki, bizim başqa yerdə çıxışımız var. Gedib sonra qayıdarıq. Biz qapıdan çıxanda məni arxadan vurdu. Bununla bağlı toy sahibləri həmin şəxsi tənbeh etdilər. Bir neçə dəqiqə keçəndən sonra məlum odu ki, biz çıxandan sonra bu şəxs özünü bıçaqlayıb”.Cavanşir Məmmədov onu da bildirib ki, onu arxadan vuran "Cəbo” ləqəbi ilə tanınan Cəmil adlı şəxsdir: "Şəxsin adı Cəmildi, "Cəbo” ləqəbi ilə çağırırlar. Məni döyməyib arxadan vurub. Həmişə hörmətli kişiləri arxadan vururlar. Zərəçəkən şəxslər Cavanşir Məmmədov, Firuzə İbadovadırsa xəbəri yayan zaman bu şəxslərlə əlaqə saxlamaq lazım idi. Yalandan xəbər yaymaq düzgün deyil”.

31 Mart 2016 2:45

Azərbaycanın ən varlı müğənnisi kimdir? – SORĞU

1459339406_997

Şou-biznes nümayəndələri zaman-zaman ev, maşın və dəbdəbəli həyat tərzi ilə diqqət mərkəzinə gəlirlər. Teleqraf.com məşhurlara “Şou-biznesin varlı müğənnisi kimdir və özünüzü varlı sənətçi hesab edirsinizmi” sualı ilə müraciət edib. Dia.az sorğunun nəticələrini təqdim edir. Fatimə Fətəliyeva: “Mən özümü varlı hesab etmirəm. Amma deyərdim ki, şou-biznesin ən varlı müğənnisi Manaf Ağayevdir”. Elçin Hüseynov: “Maddi cəhətdən varlı deyiləm. Var-dövlətim mənim dostlarımdır. Bu cəhətdən özümü zəngin insan hesab edirəm. Şou-biznes nümayəndələrindın heç kim varlı olduğunu deməz. Müğənnilərin qazanc yerləri toylardır. 5-3 manat qazanıb, balalarımızı saxlayırıq. Biz də sadə insanlarıq”. Rəqqasə Aytən: “Şou-biznesdə kimin varlı, yaxud da kasıb olması haqqında fikirləşməmişəm. Ona görə də suala cavab vermək çətindir. Özümə gəlincə, nə varlıyam, nə də kasıb. Allaha şükürlər olsun, arzularımı gec də olsa, həyata keçirirəm. Varlı olmağım gələcəkdə mümkündür. Ayaqqabı mağazası açmağa hazırlaşıram, görək necə olacaq? “Oriental” brendi altında biznesə başlayıram”. Vüsalə Əlizadə: “Bacı, məni çətin vəziyyətə salma! Heç kimin pulunu saymıram və ona görə də şou-biznesdə kimin varlı olduğunu deyə bilməyəcəm”. Rəşad İlyasov: “Mənim üçün maddi deyil, mənəvi zənginlik vacibdir. Rəhmətlik Rəşid Behbudov deyirdi ki, pul bu gün var, sabah yoxdur. Bəzən elə məclislərə gedirdik ki, musiqiçiyə çox pul verirdilər. Amma bir neçə ay keçəndən sonra görürsən ki, həmin insan müflis oldu. Bu gündən sabaha güvən yoxdur. Amma səs, mənəvi zənginlik itmir. Özümü mənən zəngin hiss edirəm. Allaha şükür, madiyyatla bağlı problemim də yoxdur. Amma həm maddi, həm də mənəvi cəhətdən Zeynəb Xanlarovanı varlı sənətçi hesab edirəm”. Emil Bədəlov: “Heç vaxt kiminsə pulunu saymamışam. Kimin nəyi var, onu da bilmirəm. Özümün də maddi imkanlarım normaldır. Allah nə nəsib edibsə, şükür edirəm. Maddiyyata görə kiməsə dəyər vermirəm deyə şou-biznesdə kimin varlı olduğuna fikir verməmişəm. Hamı normal geyinir, maşını var”. Lətafət Ələkbərova: “Mən camaatın pulunu saymıram ki...Əslində şou-biznesdəki insanlar ətrafdan varlı görsənirlər. Və hər kəs elə bilir ki, şou-biznes əhli çox varlıdır. Amma elə deyil, çünki qazandığımızın çox hissəsini özümüzə və sənətimizə xərcləyirik. Manaf Ağayev özünü kənardan varlı müğənni kimi göstərir və düşünürəm ki, şou-biznesin də varlı müğənnisi odur”. Nurkan və Lalə cütlüyü: “Şou-biznesdə qəlbləri zəngin olan insanlar tanıyırıq. Varlı müğənnilər də çoxdur. Amma bizim onlarla işimiz yoxdur. Düşünürəm ki, varlı müğənni Aygün Kazımovadır. Bizim üçün madiyyat deyil, daxili zənginlik önəmlidir”.

30 Mart 2016 5:28

Elza Mətanəti pərt etdi: “Niyə övladımı bədbəxt etmisən? “

75481

Əməkdar artist Elza Seyidcahanla Mətanət İsgəndərli arasında mahnı qalmaqalı yaşanıb. Axşam.az-a açıqlama verən E.Seyidcahan bəstələrindən birini həmkarına satıb. Üstündən uzun müddət keçməsinə baxmayaraq M.İsgəndərli bəstəni hələ də təqdim etmir. Bu da qarşı tərəfi özündən çıxarıb.E.Seyidcahan əməkdaşımızla söhbətində müğənnidən incidiyini etiraf edib: “Mahnını məndən 5 min manata alıb və çox bəyənib. Sadəcə, özündə kompleks yaradıb ki, işlənməsi yaxşı deyil. Onu başa düşürəm, Azərbaycanda yaxşı aranjimançılar yoxdur. Amma bir bəstəni bu qədər evdə saxlamaq olmaz. Mətanət xanım hər zaman yaxşı mahnılar oxuyub, onları sevdirib. Amma son zamanlar bir-iki mahnısını gördüm bəyənmədim. Bilirəm ki, bu kütlənin tələbidir. Belə bəstələr oxuyurlar ki, kütlə onları qəbul etsin. Amma başqa ifaçı da bunu görüb, onun arxasınca gedir axı. “Gözlərin bana çox uzaq” adlanan mahnının sözləri Ayşe Birgül Yılmaza aiddir. O qədər gözəl bəstədir ki, hətta Türkiyədən də onu istəyənlər var. Mahnını oxuyub, qoyub başının altına, üzə çıxarmır”. E.Seyidcahan bu kimi hallara görə müğənnilik etdiyini deyib: “Mən belələrini görüb müğənni oldum. Çünki bizimkilər bəstəni yaşatmırlar. Mətanət xanım onu oxuyanda bütün müğənnilər zəng vurdu ki, nə gözəldi. Orada bir şeir deyib, dinləyəndə ağladım. Mətanət xanımı çox istəyirəm, amma incidiyimi də gizlətmirəm. Onu da deyim ki, bu yaxınlarda radioda qonaq idi, deyirdi həmin bəstəni səsləndirəcəm. Amma nə qədər etdi, diski tapmadı. Mahnıma göz dəyib, gedib üzərlik yandırsın”.E.Seyidcahan M.İsgəndərliyə ismarış göndərib: “Mahnılarım mənim övladımdır. İnsan qızını ərə verəndə, onun getdiyi evdə xoş gün görməsini istəyir. Mən də mahnılarımı verdiyim insanların onu yaşatmasını istəyirəm. Mətanət İsgəndərli də mənim övladımı alıb, evdə çərlədir. Ona həyat vermir. Buna görə mən çox narahatam. Niyə övladımı bədbəxt emisən? Ona demək istəyirəm ki, mənim "qızımı" çərlətməsin”.

30 Mart 2016 2:13

Şəbnəm Tapdığın yalanı üzə çıxdı

ser

Müəllif Hüquqları Agentliyi əməkdar artist Şəbnəm Tapdığın adı ilə bağlı qoyduğu qadağa ilə bağlı açıqlama verib. Qurumdan AzVision.az-a verilən məlumata görə, Şəbnəm Tapdığın adı heç bir halda Agentlikdə qeydiyyata götürülə bilməz. O, yalnız əsəri ilə bağlı quruma müraciət edib: “Şəbnəm xanım adını qeydiyyatdan keçirməyib. Onun iki şeri Müəllif Hüquqları Agentliyində qeydiyyata götürülüb. Əsər isə qeydiyyata götürüləndə əsərin müəllifi, adı, atasının adı, təxəllüsü varsa təxəllüsü qeyd olunur. Şəbnəm Tabdıq isə hər iki əsərini “İlk Şəbnəm” təxəllüsü ilə yazıb, məhz bu səbəbdən bizə müraciət edib. Odur ki, ad yox, əsər qeyiyyatdan keçirilib. Bir sözlə, Şəbnəm Tapdıq məsələnin mahiyyətini səhv başa düşüb. Onun əsəri “İlk Şəbnəm" təxəllüsü ilə qeydiyyata götürülüb, adı yox.” - deyə Müəllif Hüquqları Agentliyindən bildiriblər. Qeyd edək ki, əməkdar artist Şəbnəm Tapdıq “Alın yazısı” verilişinin aparıcısı Şəbnəm Xeyrullaya qeyri-adi tələb qoyub. Belə ki, əməkdar artist aparıcıya bildirib ki, adını Müəllif Hüquqları Agentliyində qeydiyyatdan keçirib və bu o deməkdir ki, "Şəbnəm" adının bütün hüquqları ona aiddir: “Sizə təklif edirəm, adınızı dəyişəsiniz. Demirəm, tam dəyişin. Sizə variantlar da təklif edə bilərəm: Şəbnəmnur və ya Şəbnəmtac”.

28 Mart 2016 4:58

​Eros Ramazzotti aprelin 27-də Bakıda konsert proqramı ilə çıxış edəcək

b57b66a6-82ca-49e9-b83c-ee3d35731522_292

Konsertin biletləri martın 26-dan şəhərin kassalarında satışdadır Məşhur italyan müğənni Eros Ramazzotti Bakıda ilk dəfə konsert proqramı ilə çıxış edəcək.Heydər Əliyev Fondunun dəstəyi ilə təşkil olunacaq konsert aprelin 27-də Bakı Kristal Zalında keçiriləcək. Şou proqramda milyonların sevimlisi Eros Ramazzotti məşhur mahnıları ilə izləyicilərin qarşısına çıxacaq.Bu barədə  Fondunun mətbuat xidmətindən məlumat verilib.Romantik balladaları özünəməxsus ifa tərzi ilə seçilən Eros Ramazzottinin Bakı konserti “Rerfetto” dünya turu çərçivəsində təşkil olunur.Qeyd edək ki, musiqi albomları dünyada milyonlarla tirajda satılan Eros Ramazzottinin 2015-ci ildə çıxan 13-cü “Perfetto” adlı musiqi albomu 38 ölkədə “ən yaxşı 20-lər” sırasına daxil olub.Özünəməxsus vokal imkanları, ifa tərzi Eros Ramazzottini uzun illər milyonlarla insanın sevimlisi kimi məşhur edib. Bu günədək 13 musiqi albomu işıq üzü görən Eros Ramazzotti 30 ildən çoxdur ki, İtaliyanın ən məşhur müğənniləri sırasındadır. Onun mahnıları İtaliya, Almaniya, Avstriya və Avropanın bir sıra ölkələrində musiqi hitlərinə liderlik edib.1982-ci ildə ilk mahnısını təqdim edən bəstəkar-müğənni Eros Ramazzotti iki il sonra San-Remo festivalında çıxış edib. Festivalın “Debütantlar” nominasiyasında qalib olan Ramazzotti karyerasına dünyada məşhur müğənni kimi imza ata bilib.Eros Ramazzottinin konsertləri hər bir zaman gözəl musiqi, zövq və unikal şou ilə seçilir.Aprelin 27-də Bakı Kristal Zalında keçiriləcək konsertin biletləri martın 26-dan şəhərin kassalarında satışdadır.

26 Mart 2016 6:28

Fakt

Bizi izləyin