Tələbəsi Elza Seyidcahana haqsızlıq etdi

elza

“O səs Türkiyə” yarışmasında Azərbaycan xalq mahnısı “Sarı gəlin”i ifa edən Mehman Tağıyev Əməkdar artist, bəstəkar-müğənni Elza Seyidcahanın tələbəsidir. Bu barədə AzNews.az-a sənətçinin özü məlumat verib. Onun sözlərinə görə, sözü gedən müsabiqəyə bəstəkarın iki tələbəsi qatılıb: “Nofəl Aslanov da mənim tələbəmdir. Düzdür, o, müsabiqəyə İtaliyadan, Mehman Tağıyev isə Naxçıvandan qatılıb. Bu gün mən çox sevinirəm ki, tələbələrimin səsi “O səs Türkiyə” yarışmasından eşidilir. Mehmanın ifası xalq mahnısıdır, təbii, bu belə də səslənməliydi. Bu manhı Azərbaycana məxsusdur. Ona görə də bu ifa müsabiqənin münsiflər heyətini təsirləndirib. Sənət-musiqi üçün sərhəd yoxdur. Mehman Türkiyə səhnəsindən isbat elədi ki, “Sarı gəlin” Azərbaycanındır və ona heç kəs əl uzada bilməz.” Elza Seyidcahan hər iki tələbəsinə uğurlar arzuladı: “Mənə təbrik zəngləri gəlir. Deyirlər ki, tələbən sənə qarşı haqsızlıq elədi. Xeyir, mən bununla razılaşmıram. Canlı yayımdır, bir yandan da həyacan, özlərini itirirlər. Onlar ifaçı ola biləcəklərini sübut etdilər. Mən onu mühakimə etmirəm, hər zaman yanlarındayam, böyük layihələrimin iştirakçıları olacaq. Hər ikisinin gələcəyinə inanıram, çox istedadlıdırlar. Nofəl Aslanovun ünvanına deyirlər ki, İtaliya məktəbi özünü göstərir. O, iki aydır ki, İtaliyada təhsil alır. Gərək deyərdi ki, mən Azərbaycanda Elza Seyidcahanın tələbəsiyəm, üstündə haqqı olan şəxslərin adını çəkərdi. Mən həmişə gənclərin yanındayam. Kimlər ki mənim tələbəm olub, necə deyərlər “qılıncımın altından keçirsə” onlar uğurlu gələcəyə gedir.”

17 Dekabr 2016 3:50

Röya: “Bu sualı mənə verməyin, qorxuram”

000

Azərbaycanın əməkdar artisti Röya Ayxan tədbirlərin birində Publika.az-ın suallarını cavablandırıb. - Mahnılarınızı ifa edəndə çox emosional olursunuz. Ümumiyyətlə, Röyanı biz həmişə çılğın və şıltaq görməyə alışmışıq. Bu gün isə çox sakit və mülayim görünürsünüz. - Elə də olmalıdır, çünki sakit oxumaq olmur. Mahnının uğurlu alınması üçün bütün duyğularını ona ötürmək vacibdir. - Sizin üçün musiqi qəlbinizdəki üsyanı ifadə etməyin bir üsuludur, yoxsa ki, ürəyinizi rahatlaşdırmaq üçün vasitə? - Nədənsə əksəriyyət insan elə düşünür ki, mahnılarımın çoxunu özüm haqqında oxumuşam. Amma heç kimin ağlına gəlmir ki, aktyor, yazıçı, şair başqalarının həyatından da nələrsə götürür. Belə hallar məndə də olur. Ətrafımda olan hər hansı insanın yaşadıqlarından təsirlənirəm və bu, mahnılarımda öz əksini tapır. - Ola bilməz ki, öz həyatınızda baş verənlər də yaradıcılığınıza təsir etməsin? - Əlbəttə, olar. Əgər əhval-ruhiyyəm yaxşıdırsa, bütün gün üzüm gülürsə, kədərli mahnını oxuya bilmərəm. Mahnıdakı kədəri hiss etməli və yaşamalıyam. - Bir dəfə Ülviyyə Könülüm “İstanbul tətili” filmində çəkilmisiniz. Özünüzü yenidən aktrisa kimi sınamaq istərdiniz? - Bəli, amma bu dəfə tamam başqa ampluada. Komediya janrında filmə çəkilmək istərdim. - İkinci dəfə ana olmağı düşünürsünüz? - Yaxınlarımla belə zarafatlar çox edirəm. Hətta toyuma çağırmadığım insanlar məni görəndə “Bizi niyə dəvət etməmisən?” deyə şikayət edirdilər. Mən də zarafatla cavab verirdim ki, “Narahat olmayın ikinci dəfə ərə gedəndə sizi mütləq dəvət edəcəyəm”. Deyib-gülməyi sevən insan olduğum üçün zarafatımdan qalmıram. Amma ikinci dəfə ana olmağı düşünmürəm. - Böyük məsuliyyət olduğu üçün? - İstəmirəm, Hüseyn bəsdir. Övlad dünyaya gətirmək asandır, ona tərbiyə vermək, böyütmək, layiqli şəxsiyyət və xeyirli övlad kimi yetişdirmək çox çətindir. Bütün gücümlə onun gələcəyi üçün çalışıram. Həm də mənim qardaşlarım var, onları düşünməliyəm. Nəsil-kök barəsində qayğılarım çoxdur. - Onları özünüzdən daha çox fikirlərşirsiniz? - Bəlkə də. Bacım uşaqları var, oğlumun tək olmasından narahat deyiləm. - “Həddən artıq uyğunluq” filminin təqdimatındayıq. Odur ki, iki insanın bir-birinə uyğunluğundan da söhbət edək. Vurulduğunuz insanın sizə uyğun olduğunu nəyə əsasən müəyyən edə bilirsiniz? - Bunu anlamaq mümkün deyil. Mən hər dəfə aşiq olanda elə bilirəm ki, o insanla ömrümün sonuna qədər yaşayacağam, amma yaşamıram. Sevgi onsuz da haradasa bitməlidir. Amma məndə sevginin sonu heç vaxt pis nəticələnməyib. Belə deyək, münasibətləri hər iki tərəfin razılığı ilə və hörmətlə bitirmişik. - İnsanların sizə qarşı məhəbbəti böyükdür. Bəs Röya bu qədər sevilməyə layiqdir? - Bəlkə də səmimi olduğumu hiss edirlər. Kiminsə sevimlisi olmağın əsas şərti də münasibətlərdə səmimiyyətdir. Hirslənəndə belə səmimi oluram. - İstənilən halda səmimi olmaq çətin deyil ki? - Səmimiyyət mənimlə birlikdə doğulub. Onu sonradan qazanmaq mümkün deyil.- Bu qədər populyarlıq əldə etmək və hamının sevimlisi olmaq asan deyil. Həyatın çətinliklərindən və sınaqlarından alnı açıq, üzü ağı çıxmaq üçün nə etməlisən. - Allah istənilən insanı qəfil qaldıra bilər və gözələnilmədən bütün qazandəıqlarını əlindən ala bilər. Bir də insanın özünün iradəsindən asılıdır. - Kənardan çox güclü görünürsünüz. Həqiqətən də güclüsünüz, yoxsa sadəcə insanlardan zəif tərəflərini gizlətməyə çalışan qadınsınız? - Hərdən mənə elə gəlir ki, güclü deyiləm. Amma ağlayıb sakitləşirəm, problemlərin öhdəsindən gələndən sonra güclü olduğunu başa düşürsən. Sözsüz ki, zəif tərəflərim də var və onları başqalarının görməsini istəmərəm. - 31 dekabrda Bakı Olimpiya Stadionunda keçirilən “Ən Yeni il” konsertinə hazırlıqlar necə gedir? - Çox yaxşı. Özüm üçün şuba tikdirirəm. - Açıq və soyuq havada toplaşan minlərlə insanı coşdura biləcəksiniz? - Elə sual verməyin, çox qorxuram. Bu barədə düşünəndə səhnəyə çıxmazdan əvvəl çox həyəcanlı oluram. - Hadisə, Murat Dalkılıç və Demet Akalının Bakıdakı konsertindən qazanacaqları məbləğ Türkiyə mətbuatında açıqlanıb. Həqiqətən də fantastik qiymətlərdir. Bu, sizi qıcıqlandırmır ki? - Qətiyyən. Öz qazancımı demək istəmirəm, amma heç də elə düşünməyin ki, onlardan az alacam.

16 Dekabr 2016 1:00

Müğənnilərdən deputata cavab: “Çingiz Qənizadə kimdir ki,…”

eee

“Çingiz Qənizadə kimdir ki, bizim toylardan artıq BMT danışır.” Bunu News.az-a açıqlamasında müğənni Nüşabə Ələsgərli Millət vəkili Çingiz Qənizadənin Milli Məclisdə büdcə müzakirələri zamanı bir sıra müğənnilərin toylara dollarla getməsi ilə bağlı fikirinə münasibətində deyib: “Hamıda dollar aşıb-daşır. Heç dollar var ki? O, deputatdan soruşun ki, dolları harada tapmaq olar? Müğənni dollar istəməklə deyil. Toy sahibi onu hardan alacaq? Banklarda və valyuta dəyişmə məntəqələrində dollar tapılmır. Müğənni dolları havadan alacaq? Biz toya barmaqarası baxırdıq. Çingiz Qənizadə kimdir ki, artıq bizim toylardan BMT danışır. Sözüm yoxdur daha. Getsin şadlıq evlərinə baxsın, hamısı boşdur. Camaatın imkanı yoxdur toy etməyə.” “N-Brothers” qrupunun rəhbəri Namiq Qafarov isə qeyd edib ki, Azərbaycanda barmaqla sayılası sənətçi var ki, onlar toya dollar müqabilində gedir: “Mən şəxsən manatla gedirəm. Ətrafımdakılar da manatla danışır. Qarşıma hələ dollar çıxmayıb. Əgər kimsə dollardan qiymət danışırsa, toy sahibi etiraz etsin. Desin ki, verə bilmərəm. Dollar qalxıb, düşüb, bunda sənətçiyə nə var?! Niyə, biz öz pulumuzla işləmirik? Adam tanıyıram ki, evdə axırıncı 200 manatını da dollara çevirib. Tutaq ki, dollarla danışır, nə fərqi var, sən onu alıb manata çevirəcəksən də. Ev sahibi gecə vaxtı dolları hardan alsın?” Millət vəkili Çingiz Qənizadə Milli Məclisdə büdcə müzakirələri zamanı “qara bazar” problemində danışarkən sənətçilərin məclislərə dollarla getməsinə etiraz edib: “İş o yerə çatıb ki, hətta müğənnilərdən biri deyib ki, "biz toya dollarla gedirik". Milli valyutamız manatdırsa, niyə dollarla gedirlər? İstənilən halda biz manatın dəyərinin özünə qayıtmasına çalışmalıyıq.”

10 Dekabr 2016 3:25

Elton Brilliant Dadaşovanı yenə tənqid etdi

maq

"Brilliant Dadaşova bir çox insanları səhnədə gözlətdirir, onlara mikrofon verməyib" Axşam.az-ın məlumatına görə, bu sözləri müğənni Elton Hüseynəliyev "10-dan sonra" verilişində deyib. İfaçı ilə xalq artisti Brilliant Dadaşova arasındakı qalmaqal yenidən böyüyüb. B.Dadaşovanı paxıl adlandıran E.Hüseynəliyev ondan danışıb və bunları deyib: "Bizim aramızdakı qalmaqal da bu məsələyə görə yaranıb. Bir neçə gün əvvəl isə mənə duet oxumaq istədiyim insanlarla bağlı sual verdilər, cavablandırdım ki, arzum olub Brilliant Dadaşovayla duet oxuyum. Sonra eşitdim ki, ondan soruşanda qayıdıb ki, "İstəyər də". Ona demək istəyirəm ki, bu istəyim illər əvvəl olub. İndi belə bir istəyim yoxdur. Dostlarıma görə özümü pis etməyi bacarıram. Çünki mən hər zaman düz danışıram. Onunla bağlı bu sözü çoxları demək istəyərdi, amma onun adına görə çəkinirlər. Eybi yox mən deyib, pis olaram”. E.Hüseynəliyev şou-biznesdəki qalmaqallardan da söz açıb: “Qalmaqal əhvalı korlayır, amma qarşısın almaq mümkün deyil. Sənət aləmi elədir ki, söz-söhbətlər yaranır, sulallar verirlər cavablandırırsan, səmimi olmaq istəyirsən, o da qalmaqala gətirib çıxarır. Anar Mədətovla işbirliyimiz bitəndə aramızı vurmağa çalışdılar. Həqiqətləri bilirəm. İndi münasibətlərimiz normaldır, Anarın da işi avand olsun".

7 Dekabr 2016 6:03

“Kamran Həsənlinin işi ilə bağlı istintaq dayandırlıb”

ist9

  Müğənni Samir Piriyevin şoumen Kamran Həsənli ilə məhkəmə işi davam edir İfaçının vəkili Ceyhun Yusifov Axşam.az-a açıqlamasında məsələnin hələ də uzandığını, həllini tapmadığını bildirib. Vəkil deyib ki, müstəntiq müxtəlif bəhanələr gətirərək, istintaqın işini təxirə salıb: “Bu məsələ ilə bağlı bütün səbr kasamız dolub. Azərbaycan Respublikasının Baş Prokurorluğunun qaynar xəttinə şikayət bildirmişik. Həm Azərbaycan Respublikasının Baş Prokurorluğu, həm də Daxili İşlər Nazirliyinin rəhbər şəxslərinin qəbuluna düşmək üçün bütün gücümüzdən istifadə edəcəyik. Kamran Həsənlinin işi ilə bağlı istintaq müvəqqəti dayandırlıb. Səbəbini isə bilmirik. Deyirlər ki, guya Türkiyəyə sorğu göndərilib, cavab gözləyirlər. Samirin verdiyi puldan Kamran ölkədən bir qəpik çıxarmadığı halda, Türkiyədən hansı sorğuya cavab gözlənilir? Müstəntiq əvvəlcə Kamran Həsənlinin ölkədən pul çıxarıb-çıxarmadığını sübut etsin. Bunlar hamısı istintaqın işinə mane olmaq üçün bəhanələrdir. Guya qanuna uyğun qaydada araşdırmaq istəyirlər. Ondansa qanun yolu ilə müstəntiq Türkiyəyə ezam olunsun, maraqlansın ki, Samirin oradakı şirkətdə səhmi var? Axı yoxdur, heç bir işə pul qoyulmayıb. Bir məktuba cavaba görə, cinayət işini dayandırmaq ixtiyarını hardan alıblar? Bütün səs yazıları istintaqa təqdim olunub, Kamran Həsənli pulu aldığını etiraf edib, pul qarşılığında 15 minlik maşınını Samirə verib, 10 min dollar qaytarıb. Bunlar da sübutdur, bəs istintaqa qaranlıq qalan məqam nədir?”. Qeyd edək ki, Samir Piriyev hüquq-mühafizə orqanlarına müraciət edərək Kamran Həsənlinin ona qarşı 80 min dollar məbləğində dələduzluq etdiyini, onun bacısı Gülər Həsənlinin istintaqdan yayındığını bildirib. Hazırda faktla bağlı Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi üzrə cinayət işi başlanıb.

30 Noyabr 2016 2:15

Fakt

Bizi izləyin