“Bu aləmdə çox çirkablar gördüm…” – Günay İbrahimli

lrm_export_20161111_230709

“İstəmirəm ki, şou-biznesdə olan insanları pisləyim. Hər sahənin yaxşı və pisləri var. Demək istəyirəm ki, bu aləmdə çox yalan və çirkablar gördüm”. Bu sözləri “Qafqazinfo”ya açıqlamasında müğənni Günay İbrahimli deyib. Sənətçi şou-biznesdən uzaqlaşması barədə yayılan söz-söhbətlərə aydınlıq gətirib: “Azərbaycanda çalışqan müğənnilər sırasındayam. Səmimi etiraf edirəm ki, ildə iki klip çıxardıram. Bəzən layihələrim sayı artıq da olur. Mahnılarım işıq üzü görür. Mənə deyirlər ki, bu sənətdən uzaqlaqlaşmısan. Uzaqlaşmamışam, sadəcə olaraq getdiyim tədbirlərə, açılışlara, verilişlərə diqqət edirəm. Bu sahənin üzvləri ilə məsafəli olmağa çalışıram. Məni tanıyan insanlar, dostlarım bilir ki, çox ünsiyyətcil xanımam. Mənim daxilim belədir. İstəmirəm ki, şou arenasında olan insanları pisləyim. Hər sahənin yaxşı və pisləri var.Demək istəyirəm ki, bu aləmdə çox yalan və çirkablar gördüm. Bundan əlavə, Bakı balaca şəhərdir. Görürdüm ki, arxamca danışırlar, səhər gəlib üzümə gülürlər. Belə şeyləri götürə bilmədim. Mən onların üzünə onlar kimi gülə bilmirəm. Belə olduğu üçün şou aləmindən uzaq gəzməyə çalışıram. Belə bir sual verərlər ki, artıq özünü ulduz sayırsan? Xeyr, insan özünə hörmət edirsə, qazandığı hörməti də saxlamalıdır. Bu yaxınlarda bir tədbirə getmişdim, çox sıxıldım, oradan qaçmaq istəyirdim. Halbu ki, ətrafımdakılarn əksəriyyəti tanıdığım şəxslər idi. İnsan özünü harda rahat hiss edirsə, orada da olmalıdır. Ancaq bu sənəti sevirəm, yoldan keçən bu işlə məşğul ola bilməz. Allah tərəfindən verilən vergidir”. Sənətçi bildirib ki, şou insanlarından uzaqlaşmasının şəxsi həyatı ilə heç bir bağlılığı yoxdur: “Çox insan düşünür ki, şəxsi həyatımla bağlı şou dünyasından uzaqlaşıram, və yaxud həmin şəxs mənə icazə vermir. Belə deyil... Bu sənətdən getsəm hər kəsin məlumatı olacaq, etirafımı da edəcəm, müsahibə və açıqlamalarımda da deyəcəm. İndi başım sakitdir, söz-söhbətlərdən uzağam. İnsan üçün əsas rahat yaşamaqdır. Bəli, karyeramı davam edirəm. Mənə müğənni göstərin ki, daim çalışır, yeni mahnılar çıxardır? Var, amma azdır. Bu sahədə ancaq qeybət edirlər”.

22 Noyabr 2016 9:37

“O qadın mənim ailəmi dağıtmaq istəyir” – Namiq Qaraçuxurlu

1478503222_0001

"O qadın mənim ailəmi dağıtmaq istəyir" Meyxanaçı Namiq Qaraçuxurlu Axşam.az saytına geniş müsahibə verib. O, müsahibəsində yaradıcılığı, şəxsi həyatı və xalq artisti Aygün Kazımovanın ona qarşı irəli sürdüyü ittihamlarla bağlı bir sıra maraqlı məqamlara toxunub: - Son bir ildir şou-biznesdən uzaqlaşmısınız. Bu addımı atmağa nə səbəb oldu? - Şou-biznes xarakterli insanları sevmir. Burada nailiyyət qazanmaq üçün üzlü olmalısan, bir neçə simaya girməlisən. Bəzi şeylər var ki, gənclik dövrümdə qəbul edirdim, yaş ötdükcə bunlar məni narahat etməyə başladı. Haqqımda müzakirələr aparılanda narahatlıq keçirirəm. İndi kənarda durmağa, barəmdə danışılmamasına üstünlük verirəm. Şou-biznesin qapıları açıldı, redaktorlar, müxbirlər, aparıcılar gəldi. Üç-dörd gün efirə çıxan aparıcıların ulduzlaşmağı, öz qonağını aşağılaması ortaya çıxdı. Elə veriliş var ki, ürəyim istəyir gedirəm. İstəyirəm başım-qulağım dinc olsun. Haqqımda mənfi söhbət olanda, normal qarşılayıram. Amma nə qədər kənarda qalmaq istəsəm də, alınmır. "ƏZİYYƏTLƏRİMƏ HEYFİM GƏLİR" - Bir müddət əvvəl meyxanaçılarla qalmaqal yaşadınız. Sizin “bu meydanda təkəm” deməyiniz həmkarlarınızın narazıçılığına səbəb oldu. - Efiri izləmədim, saytlardan oxudum. Maqazin verilişlərinin belə bir xüsusiyyətləri var ki, deyilən sözü kəsib, bitişdirib, qalmaqal edirlər. Rəşad Dağlı, Mehman Əhmədli və Pərviz Bülbülə mənim dostlarımdır. İnanmıram haqqımda pis nəsə desinlər. Təcrübəm var, hər şeyi bilirəm. Gəlib səndən bir söz soruşurlar, gedib qarşı tərəfə ad çəkmədən başqa sual verirlər və bununla da söz-söhbət yaradırlar. Ona görə də belə hallara qarşı narazıçılığım olmur. Maqazin verilişinin də peşəkarlığı budur. Ancaq dediyim sözlərdə həqiqət var, meyxananın hazırki vəziyyəti məni qane etmir. Mənim meyxana üçün etdiyim işlər göz önündə idi. "Rəvayət" və başqa kliplər çəkdirdim, konsertlər verdim. Sonradan meyxanaçılar başladılar kliplər çəkdirməyə, konsertlər verməyə. Stadionda konsert verdim, amma heç kim gedib ora kimi çıxa bilmədi. Bu aləmdə bir rəqabət başlamışdı. Hətta xanımlar meyxananı sevdi. Elə bir vəziyyətə çatdım ki, böyük səhnələrdə çıxış edirdim, ən yüksək səviyyəli tədbirlərə gedirdim. İndi meyxana 1970-1980-ci illərdəki səviyyəyə düşüb. Toylarda meyxana deyilmir. Meyxanaçıları ancaq toy axşamlarına dəvət edirlər. Kliplər, konsertlər yoxdur. Bizim bəzi meyxanaçılar elə bilirlər ki, durdum getdim pul qazandım, hər şey bitdi. Xeyr, bununla meyxana inkişaf etmir. Buna görə də qərara gəlmişəm ki, ortada olan bir neçə gənc meyxanaçıya dəstək olum. Görüşüb yardım müraciətimi təklif edəcəm. Onlar hamısı istedadlı gənclərdir. Əziyyətlərimə heyfim gəlir. Gənc idim, sevilirdim, başımı aşağı salıb ancaq pul qazana bilərdim. Amma başa düşdüm ki, istedad varsa, sənət üçün də nəsə etməliyəm. Onlara klip və başqa nələrsə təklif edəcəm. - Dediniz insanlar toyda meyxana oxunmasını istəmir. Niyə görə? - Bu sahədən uzaqlaşmağımın səbəblərindən biri artıq toylarda meyxanaçılardan başqa şeylərin istənilməsi idi. Müxtəlif janrlar əmələ gəldi. Özümə yaraşdırmadım və qaçdım. Bəzi meyxanaçıların isə çörəyi ordan çıxır, nə istənilir, onu da edir. Söyüşlü meyxanalar yarandı. Meyxanaya ancaq gülmək üçün qulaq asırdılar. İndi meyxana sevənlər yeniyetmələrdir. Məktəb uşağının meyxana sifarişi də ona uyğun olacaq. Məndən əvvəl Nizami Rəmzi klip çəkdirirdi, saraylarda konsertlər verirdi, xanımları bu sahəyə cəlb etmişdi. Sonra mən başladım. İndi isə fasilədir. Düşünürəm ki, gənclər mənə dəstək olar və bu sahəni yenidən qaldırarıq. Meyxana böyük səhnələrdə yoxdur. İçi mən qarışıq heç kim konsert vermir. "KONSERTLƏRDƏN QONORARLARIMI ALA BİLMƏDİM" - Hər il konsertlə bağlı dinləyicilərinizə söz verirsiniz, amma reallaşmır... - Konsert verməyi çox istəyirəm, içimdə o enerji də var. Amma təşkilatçılarla bağlı problem yaranır. Onların başıma açdıqları oyundan sonra konsert fikrindən uzaqlaşdım. Son illərdə verdiyim konsertlərin heç birinin qonorarını ala bilmədim. Heydər Əliyev Sarayındakı konsert zamanı başıma çox iş gəldi. Səhnə dekorasiyasının pulunu da özüm ödədim. Təşkilatçı işi yarımçıq qoyub getdi. Gələn il Moskvada konsert vermək istəyirəm. Azərbaycanda o qədər konsert vermək istəyən müğənni var ki... Təşkil etsələr, hamı razılaşar. İndi konsert üçün gərək bütün var-dövlətini satasan. Ona da mənim gücüm çatmır. - Bəs sponsorlardan dəstək istəmirsiniz? - Sponsorlar ancaq xanımlara kömək edir. Bizdə hələ sponsor anlayışı formalaşmayıb. Elə şirkət rəhbərləri var ki, müğənni ilə arasında sevgi-məhəbbət olmadan sponsorluq edir. Amma bu, çox nadir vaxtlarda baş verir. Mən "Natiq" ritm qrupu ilə duetimə klip çəkdirmək üçün sponsor tapmadım. Utandığımdan çox da axtara bilmədim. Cavan uşaqlar görür yeni müğənni çıxır, çağırırlar yanlarına, deyirlər, gəl, "dost" olaq. Artıq o müğənninin gözəl günləri başlayır, maddi vəziyyəti düzəlir, bütün layihəsi də uğurlu alınır (gülür). Bu, Azərbaycan reallığıdır. - Söz düşmüşkən, "Natiq" ritm qrupu ilə duetiniz heç gündəmə gəlmədi... - Dediyim kimi, sponsor tapmadım. Bu iş üçün 10 min pul lazım idi. Amma heç kim vətənpərvərlik mövzusunda işə vəsait ayırmaq istəmir. Azərbaycan haqqında olan klipi cılız formada çəkmək mümkün deyil. Bununla belə, yəqin, klip olacaq. - Meyxanaya qayıtmağı düşünürsünüz? - Düşünürdüm, amma sonra gördüm ki, xeyri olmayacaq. Mən tək heç nə edə bilməyəcəm. Ən yaxşısı gənclərə dəstək olmaqdır. Bu gün estrada üslubunda oxuyuram. Amma meyxanadan tam uzaqlaşmamışam. Hərdən yaxın ətrafımla yığışıb meyxana deyirik. Telefonumun yaddaşı meyxana ilə doludur. - Siz duetlərinizlə də tez-tez gündəmə gəlirdiniz. Amma bir müddətdir fasilə vermişdiniz. Bu yaxınlarda Sevil-Sevinc bacıları ilə duet oxuduğunuzu eşitdik. Sizi necə yola gətirdilər? - Sevillə Sevincin əkiz olmaları marağıma səbəb oldu. Sevda Yahyayeva ilə də duetim olacaq. Hər şey öz-özünə yaranır. Bu ayın sonunda Almaniyaya gedəcəm. Yeni çıxan "Soyuqdur" mahnıma klip çəkdirəcəm. Sevil-Sevinc bacılarıyla duet ortaqlığım davam olunacaq. Əvvəl həmkarlarım söz yazmağımı istəyirdi, kömək edirdim. Brilliant Dadaşova bir dəfə dedi ki, gözləyirəm mahnı yazsın, oxuyum. Bəzən istəyirəm yazım verim kimsə səsləndirsin. Amma görürəm yaxşıdı, paxıllıq edirəm, deyirəm, qoy elə özüm oxuyum. Amsterdamda yaşayan dostum deyir ki, Namiqin istiqaməti bəstəkarlığa doğru gedir. Görürəm, düz deyir. Ola bilər tam uzaqlaşım, yalnız bəstəkar kimi fəaliyyət göstərim. Düşünürəm ki, bir neçə ildən sonra uzaqlaşacam. İldə bir dəfə konsertlə tamaşaçı qarşısına çıxacam. "AYGÜN KAZIMOVADAN ÇOX ŞEY ÖYRƏNDİM" - Bəzi insanlar sizin Aygün Kazımova ilə duetdən sonra daha da parladığınızı deyir. Bu fikirlər sizi incidir? Və ya bunu özünüzə qarşı haqsızlıq hesab edirsiniz? - Bu cümlələrdə haqsızlıq yoxdur və məni qıcıqlandırmır. Dəfələrlə demişəm ki, Aygün xanımla çalışandan sonra üslubum dəyişdi, özümdə yeni tapıntılar etdim, ondan çox şey öyrəndim. Ən azından prodüser fəaliyyətini öyrəndim. Düzdür, öyrəndiklərimdən çox istifadə etmirəm. Bəzən yeni mahnı çıxmazdan əvvəl qalmaqal salırlar, bu cür piarı özümə yaraşdırmıram. Özümə lazım olan hər şeyi götürmüşəm. Mənim Aygün Kazımova ilə çox böyük uğurlarım olub. Bunu heç vaxt danmıram. Məni əsəbiləşdirən bir məqam var: deyirlər, Aygün xanımın hesabına tanındı. Bu, doğru deyil. Mənim "Rəvayət"im, Könül Kərimova ilə duetim, "Papanın gül balası" var idi, şeirlərim dillər əzbəri idi. Ona qədər mən "Şəfa" stadionunda iki dəfə konsert vermişdim. Haqqımda pis yazanları başa düşürəm. Məni çox istəmirlər yazırlar. Bunu da normal qəbul edirəm. - Aygün Kazımova olmasaydı, meyxana Kremldə səslənə bilərdi? - Bu mənim ağlımdan keçmirdi. Ola bilərdi ki, Aygün xanımla duet oxumasam, gedib Kremldə səhnəyə çıxmayacaqdım. Eyni zamanda da, ola bilərdi başqa yolla ora gedərdim. Burada hər şey tək mən yox, Aygün xanım üçün də uğurlu oldu. İllərin sənətkarı idi, amma Kremldə konserti olmamışdı. Eləcə də mənim. O zamanlar Kremlin səhnəsinə Polad Bülbüloğlu və Zeynəb Xanlarova çıxmışdı. Ona görə də biz bu işi var gücümüzlə gördük və birlikdə getdik. Bu Azərbaycan estradası və meyxanası üçün böyük uğur idi. - Hər kəsin çox sevdiyi və hər iki sənətçini daha da sevdirən bu işbirliyi niyə bitdi? - Lazımsız söz-söhbətlər yarandı, bitdi. Bitməliydi... Bu haqda gec-gec düşünürəm, üstündən illər keçib. "BUNA HEÇ BİR ŞEY SON QOYA BİLMƏZ" - Ayrılmağınızdan illər keçsə də, bu münasibətlə bağlı hər söz bir qalmaqal yaradır. Sizcə, buna nə son qoya bilər? - Buna heç bir şey son qoya bilməz. Təsəvvür edin, duetimizin xitam verilməsindən uzun illər keçib, amma elə danışırıq ki, sanki dünən olub. Bəzi insanlar deyir, onlar bir yerdə oxumamalıydılar. Nəticə odur ki, çox uğurlu iş oldu. Heç bir insan söz-söhbətin qarşısını ala bilməyəcək. Bu gün hər şeyi açıqlaya bilərəm, amma bilirəm ki, bunla bitmir. Bunu yoxlamışam və görmüşəm. Ona görə də artıq danışmıram. Aygün-Namiq duetindən indiyədək olmayıb. Heç kim inciməsin, heç olmayacaq da. Gözəl duetlər yaranıb, amma bizimki qədər maraq kəsb etməyib. - Bəlkə, uzun müddətdir duetə fasilə verməyinizə də bu səbəbdir... - Bəli, ehtiyat edirəm. İstəmirəm sabah desinlər ki, alınmadı. Əvvəl yaratdığım duetlərə xələl gətirmək istəmirəm. Ona görə də çox götür-qoy edirəm. Düşünürəm ki, Aygün xanımın da ən uğurlu dueti mənlə olub. Eləcə də mənim... - Aygün Kazımova dedi ki, sizə yenidən duet təklifi gəlib, amma razılaşmamısınız. - Bu, duet yox, reklam idi. Mənə reklam şirkətindən söylədilər ki, bir yerdə oxuyub, reklama çəkilin. Mən də imtina etdim. Duetə “yox” demirəm. Sadəcə, bir məsələ var. Lazımsız söz-söhbətlərin yaranmasını istəmirəm. Eləcə də verilişdə bir görünmək istəmirəm. "FƏXR EDƏRƏM Kİ, AYGÜN XANIMLA YENİDƏN DUET OXUYUM" - Onda yenidən duet oxumaq istəyərsiniz... - Əgər maraqlı layihə olsa, oxuyaram. Mənim danışmağım hörmətsizlik kimi çıxar. Elə başa düşülməsin ki, Aygün xanımın ürəyi gedir, mən istəmirəm. Xeyr... Mən sadəcə müəyyən söhbətlərə görə dayanmışam. Fəxr edərəm ki, Aygün xanımla yenidən duet oxuyum. Bəzi insanlar min vəchlə aramıza girmək istəyir. İndi onlar deyəcək ki, Namiqin reklamı azaldı, sənətdə zəiflədi, başladı Aygünü tərifləməyə. Aygün xanım haqda danışmaq istəməyəndə isə deyirlər, çörək kəsdiyi adamı saymır. Bu mövzulara o qədər məntiqsiz insanlar qarışıblar ki... Hətta bilirəm ki, o insanlardan bir neçəsi aramızdadır. Çünki bu söhbətlər boş yerə çıxmır. Hansısa insanların məqsədinə xidmət edir. İstəyirlər Aygün xanımla bir-birimizə pis sözlər deyək, oxuduğumuz duetlər gözdən düşsün. İnşallah, düşmənləri istəklərinə çatdırmayacam. - Bəs, toy məclislərinə birlikdə getməyi niyə qəbul edirsiniz? - Azərbaycandan kənarda olan toylara razılaşıram. Ölkə daxilində dəvətlərə razılaşmırıq. Əvvəl Azərbaycandakı toylara çox dəvət olurdu, indi olmur. Elə başa düşülməsin ki, Aygün xanım istəyir, mən yox. Bu cür danışmağım doğru olmaz. O böyüklükdə xalq artistini özümə yaraşdırmıram kimi anlaşılmasın. Mövcud durum var ki, ondan ehtiyat edirik. - Aygün Kazımovanın bu yaxınlarda verdiyi bir açıqlama çox danışıldı. Məlum oldu ki, müğənninin bağ evini əlindən almısınız. - Aygün xanımla birlikdə çox işlər gördük. Birgə çalışdığımız vaxtlar bizə qarşı o qədər düşmənçiliklər olub... O qədər çətinliklər yaradıblar ki, çiyin-çiyinə bunlara sinə gərmişik. Uzun yol getdik, nailiyyətlərimiz də oldu. Bu gün bəzi insanlar gözləyirlər ki, saytları açacağıq, Namiq Aygün haqda nəsə pis sözlər deyəcək. Mən o insanlara elə zövq yaşatmayacam. Susmağıma səbəb odur ki, münasibətimizə kənar insanlar tərəfindən rişxənd olunmasını istəmirəm. Bu münasibəti tapdalamaq istəmirəm. Ona görə də danışmıram. Deyilən ittihamlara kim inanırsa, canı sağ olsun. İnanmayan da sağ olsun. Həmişə deyirəm, mənim haqqımda mənfi söz deyiləndə, inanmaq istəyənlər inanacaq. Məndən xoşu gələn insan isə müsbətlərimi görəcək. - Müğənninin bağ evinin və royalının sizdə olması nə dərəcədə doğrudur? - Bu, həddindən artıq iyrənc məsələlərdir. Bu mövzuya toxunmağımı, danışmağımı təsəvvür edə bilmərəm. İstəsəm də, danışa bilmərəm. Sadəcə təəssüflənirəm ki, bunlar mediada yazıldı. Bunu da Aygün xanımla, media özü bilər. Bu məsələni xırdalamağa çox pis baxıram. Heç bir fikir söyləmirəm. "DANIŞACAQLARIM MƏNƏ HÖRMƏT QAZANDIRMAYACAQ" - Bunları eşidəndə nə hisslər keçirdiniz? - Çox təəssüfləndim... Bu gün artıq bizim Aygün xanımla aramıza nifaq salmaq istəyən insanlar hardasa istəklərinə çatdılar. Münasibətimizlə bağlı fikirlərim də dəyişdi. Bizim hər zaman dost münasibətimiz olub. Bunu var gücümlə, nəyin bahasına olursa- olsun saxlamağa çalışmısam. Hansısa sözü udmaq bahasına olsa da, susmuşam. Mən xaraktercə belə insanam. Muğamatla (rejissor Muğamat Əzizov – red.) işbirliyini bitirəndə qarşıma məqsəd qoydum ki, münasibəti korlamayacam. Haqqımda mənfi söz desə belə, udmalıyam. Ataşla (keçmiş prodüseri Ataş Hüseyn – red.) uzaqlaşanda da, eyni qərarı verdim. - Bu sözlər sizə qarşı yönəlmiş ağır ittihamlardır. Amma heç demirsiniz ki, "mənə şər atılır"... Bu tərəfdən də danışmırsınız... - Bununla nə dəyişəcək? Desəm şərdi, qarşı tərəf deyəcək yalan danışırsan. Danışacaqlarım axı mənə də hörmət qazandırmayacaq... Sadəcə, düşünürəm ki, bunu açıqlamaq lazım deyildi. Bu məsələ mənə təsir etmir. Çünki itirəcəyim heç nə yoxdur. Mən tamaşaçımı itirməyəcəm. - Doğrudan da royal sizdədir? Nə vaxt qaytaracaqsınız royalı? - (gülür) Çox şəxsi söhbətlərdi bunlar... "UTANIRAM..." - Hətta belə bir xəbər də yazıldı ki, torpaq şəxsi torpağınız olub, amma bağ evi Aygün Kazımova ilə ortaq tikilib. - Siz danışdıqca, mən utanıram, bu məsələlər danışıldığı üçün utanıram. Hədsiz təəssüf edirəm... Məktəb uşaqlarının söhbətinə bənzəyir. Mən belə insan deyiləm. Bu məsələyə aydınlıq gətirə bilmərəm. Bəlkə 70 yaşımda qocalaram, iradəm zəifləyər, oturub bu barədə danışaram. Onda şok olar. İçimdə o qədər sirlər yatır ki, hər cümləsi insanın gözünü bərəldər. İradəm hələ güclüdür, susuram. - Sualdan yayınmağa çalışırsınız. Royal doğrudan da sizdədir? - Siz məndən royalı soruşursunuz, digər müxbir də zəng edib hansısa əşyanı soruşacaq. Mən sizə cavab verib, başqasına verməməzlik etmək istəmirəm. - Belə deyək, Aygün Kazımovadan sizdə nələrsə qalıb? Xatirə kimi də olsa, hansısa hədiyyəsini saxlayırsınız? - Olmamış olmaz (gülür)... Bilmirəm, yadımda deyil... Nə bilim... - İndən sonra yəqin xaricdə birgə çıxış etməkdən də imtina edərsiniz. - Bu söz-söhbət dostluğumuza çox təsir etdi. Ümid edirəm ki, qarşısı alınacaq. - İlk həyat yoldaşınızla bağlı da qalmaqallı xəbərləriniz yayılmışdı. Birinci evlilikdən olan oğullarınızla görüşürsünüz? - Şəxsi həyatımla bağlı danışmayacam. Kimlə münasibətim necədir, hansı yöndədir, nə var, özümə aiddir. - Bir çoxları indiki evliliyinizi “saxta” adlandırır. Səbəb kimi də həyat yoldaşınızı ortaya çıxarmamağınız göstərilir. - Normal bir haldır. “Kişi toyu” etdim, xanımımı da heç kim görməyib. Buna görə əsəbiləşmirəm. Saxta deyirlərsə, hörmətlə yanaşıram. Bir-iki müğənni ailə qurdu, camaat dedi "yalan danışır". Gətirib efirdə nikah kağızlarını göstərdilər. Mənim üçün bu hərəkətlər gülməlidir. - Deyilənə görə, əslində toyunuz Bakıdakı məclisdən bir il əvvəl Türkiyədə olub. - Orada fotosessiya etmişdik. Bu xəbərlər ordan qaynaqlandı. Hətta sizə bir sirr də açım: orada bir məclis də etmişik. - Toyunuzda ölkənin nüfuzlu adamlarının iştirak etdiyi bildirilirdi. Çəkilişə icazə verməməyinizə də səbəb bu imiş… - Hətta yazdılar ki, Rövnəq Abdullayev iştirak edib. Nüfuzlu qonaqlarım az deyildi. Bəylik kürsüsündə oturanda qonaqlara baxdım və düşündüm: mən həyatımı çox gözəl yaşamışam. Bir çox dövlət adamı gəlmişdi, amma Rövnəq müəllim yox idi. - Xanımınızla necə tanış olmusunuz? - Siz artıq “mətbəximizə” girirsiniz... (gülür) Öz seçimim idi. - Ailədə qısqanclıq olur? - Heç bir qısqanclıq yoxdur. 36 yaşımda ailə qurdum. Düşünürəm ki, bu vaxta qədər gözləməyimin bir səbəbi var idi. Hər şey yaxşıdır. NAMİQ QARAÇUXURLUNUN XANIMI KİMDİR? - Bir neçə gün öncə redaksiyamıza bir məlumat daxil oldu: Namiq Qaraçuxurlunun həyat yoldaşı bir vaxtlar model-aktrisa kimi fəaliyyət göstərib. Şou-biznesdə "Qaqa" ləqəbi ilə tanınan, Leyla adlı xanımdır. Hətta Rüfət Axundovun "Qəlb evimdən vurdu getdi" klipində də rol alıb. - Mən bilirəm bu xəbərləri kim uydurur. O xanım ailəmi dağıtmaq istəyir. Amma arzusu ürəyində qalacaq. Əgər o xanımdan gələn böhtan, şantaj, davam etsə, aidiyyatı qurumlara müraciət edəcəm. O zaman həmin xanımın da kimliyini biləcəksiniz. - Xanımınızın şou-biznesə aidiyyatı var? - Xeyr. - Ayaqqabı biznesinizin aqibəti necə oldu? - Bağlandı. Hər şey xaricdən gəlirdi. Devalvasiya problem yaratdı. Hələ ki biznes barədə düşünmürəm. - Son günlər bütün şou-biznes nümayəndələri toysuzluqdan şikayətlənir. - Heç vaxt toylarımı hesablamamışam. Azlıq mənə təsir etmir. Səbəb odur ki, özümü toya kökləməmişəm. Bu günə kimi bilmirəm ki, toy mövsümü nə vaxt başlayır, nə vaxt bitir. İş görürəm, mahnı səsləndirirəm, həyatımı yaşayıram. Toyun olub-olmamasının fərqinə varmıram. Azərbaycanda da, kənarda da toy zəifləyib. Mənim də tək gəlir yerim toylardır. Amma nəfsim böyük deyil. Sürdüyüm maşın adımla yan-yana qoyulsa, daha baha olmalıydı. Yaşadığım ev adımla müqayisədə daha böyük, bahalı olmalı idi. O vaxt narahat olaram ki, səhər oyananda evimdə çörəyim olmasın. Himayəmdə olan insanlara kömək edirəm, dostumla haradasa oturub çörək yeyə bilirəm. Bu mənə bəsdir. - Rəşad Dağlı ilə küsülüsünüz? - Məni böyük kimi qəbul edir, harda görür görüşür. Mən də onu həmişə dəstəkləmişəm. Bizdən sonra gələn meyxanaçılar içərisində Rəşadı lider sayıram, qabiliyyəti də, istedadı da var. - Nə vaxtsa adınızdan istifadə edib, kimdənsə nəsə istəmisiniz? - Bu gün Azərbaycanda rahat yaşamağım adımdan irəli gəlir. İnanın, mənim ehtiyacım başqalarından çoxdur. Çıxıb problemim var deyib ağlamıram. Bir dəfə soruşdular ki, borcun var, dedim "hə". Müğənnilərin o qədər problemi olur ki... Tək deyiləm, himayəmdə o qədər adam var... Gün olur 100 manat mənə böyük pul kimi gəlir. Onu heç kimə demirəm. Məndən o qədər şey istəyirlər ki... Borc istəyirlər, deyəndə yoxdu, qınayırlar ki, bunun 300 manatı yoxdur? Ya da gəlirlər ki, "filankəsə de, məni işə düzəltsin". Mən kiməsə ağız açıb, nəsə istəyən deyiləm. O qədər borc vermişəm, heç kim qaytarmır. Sənətə yeni gələndə müğənnilər deyirdi, Namiq, özün üçün nəsə et. Fikir vermirdim, indi görürəm düz deyirmişlər. Mən bazarda işlədim, sonra meyxanaçılarla haralardasa meyxana dedim və çox ətraf qazandım. Məşhur olanda qarşıma məqsəd qoydum ki, mənə ağız açana bir dəfə köməklik edəcəm. Etmişəm də... Mənim verdiyim pulların heç biri qayıtmayıb. Zamanında külli miqdarda pul qazanmışam. Mənim əvvəldən xasiyyətim belədir: səhər oyanıram, hansısa insan çağırır gedib onun problemini dinləyirəm, sonda öz işimlə məşğul oluram. Dəfələrlə başını itirmiş, yolunu azmış qadınların, kişilərin dərdlərini dinləmişəm. Göz yaşlarını töküblər, kömək etmişəm. Bir-iki ilimi ona həsr edib, ayağa qaldımışam. Kişidirsə ayağa qalxıb, həyatı yoluna düşüb, nəsə inciyib, mənlə düşmənçiliyə başlayıb. Qadındırsa, şantaj, şər atmaqla məşğul olub. İndi də hardasa pis vəziyyətdə qadın görəndə düşünürəm ki, kaş imkanım olardı, bir ilimi ona sərf edərdim.

7 Noyabr 2016 3:22

Fakt

Bizi izləyin