Oksana-Fatimə davası qızışdı: “Müsahibə verəcəm!“

  Rəqassələr Oksana Rəsulova və Fatimə Fətəliyeva arasında müharibə yenə alovlanıb Gecce.az xəbər verir ki, Oksana "ATV-maqazin" verlişində Fatimənin mahnı oxuyub klip çəkdirməsindən danışıb. Bu isə Fatiməyə xoş gəlməyib. Oksana deyib: "Oxumağa başlayıb, hər bir qeyri-peşəkar öz üzərində işləməlidir. Mən onun oxumağını görməmişəm. Rəqqasədən müğənni ola bilər, amma o şərtlə ki, onun həqiqətən səsi var. Mən ekranda onu görəndə kanalı çevirirəm. Münasibətlərimizin necə olması artıq hamıya bəllidir və bunu özümə möhür kimi vurmuşam. Mən başqa, o başqa planetin adamına çevrilmişik. Məni onunla müqayisə etmək lazım deyil. Məndən uzaq olsun. Sonra deyəcəklər ki, Oksana paxıllıq edir. Özünü mənimlə müqayisə etməsin. Hər zaman demişəm, hind rəqsləri üzrə Azərbaycanda mən nömrə birəm. Nəinki şou-biznesdə, ondan kənarda belə rəqibim yoxdur". Fatimə isə Oksananın efirdən barəsində dediklərinin cavabsız qoymayıb. Sosial şəbəkədə onun haqqında bunları yazıb: "Əzizlərim, xalgin gözü tərəzidir, məni onunla müqayisə etməyin. Nəyə güvənib haqqımda bunları deyir? Sənin nə 17 il peşəkar sənətdə əməyin, nə İncəsənət Universitetinin xoreoqrafiya fakültəsinin diplomu, nə mənim qədər nailliyyətlərin var. Sənin kimilər yadıma belə düşmür. Yaradıclıq və şəxsi həyatım o qədər məhsuldar və boldur ki, kiməsə efirə çıxıb söz atıb, sonradan "məndən uzaq olsun", deyəcək qədər boş vaxtım yoxdur. İnşallah, sizin də həyatınız övladlarınızla, bol işlərinizlə dolar ki, söz atmaq yadınıza düşməz. Kimin kimə söz atdığı bəlli oldu. Qaldı mənim mahnı ifa etməyimə, mən xınayaxdı mərasimlərində oxuyuram. Mahnılardan birinə də "rolik" çəkdirmişəm. O demək deyil ki, müğənni olacam. Əsla sənətimi atmaram. Heç vaxt yerimi layiqli olmayanlara buraxmaram! ATV kanalına müsahibə verəcəm, bunları bir daha orada səsləndirəcəm. Buradan çox danışanlara demək istəyirəm, "ağıllı olun!"

20 Sentyabr 2015 5:26

İlhamə Quliyevadan Elzaya: “O, millət vəkili ola bilməz!“

İlhamə Quliyeva Elza Seyidcahanı tənqid atəşinə tutub. ANS TV-də yayımlanan "Günəbaxan" tok-şousuna eksklüziv müsahibə verən xalq artisti İlhamə Quliyeva deputat olmaq arzusunda olan əməkdar artist Elza Seyidcahanın arqumentlərinə belə münasibət bildirib: “Səndən millət vəkili çıxar? Elza Seyidcahan çox gözəl musiqiçidir. Ancaq çox pis müğənnidir. O müğənni deyil, oxumağı bərbaddır, şairliyi isə fəlakətdir. Mən Yazıçılar İttifaqına müraciət etmişəm ki, onun haqqında bir ölçü götürsünlər. Mahnılarını yazsın və versin gənclər oxusun. O, millət vəkili ola bilməz!” İlhamə Quliyeva Elzanın deputat olma istəyinə isə belə münasibət bilidirb: “Məndən soruşdular ki, Elza millət vəkili ola bilər? Dedim ki, yox. Çünki, orada dəyərli insanlar əyləşməlidirlər. O, icra başçılarına hücum edib onlardan pul istəyir. Artıq icra başçıları onu görəndə qaçıb gizlənirlər. Bunu mənə nümayəndələrin özləri deyir. Belə millət vəkili olar?” Əməkdar artistin xeyriyyə konsertində afişalara icazəsiz İlhamə Quliyevanın adını yazması isə xalq artistinin narazılığına səbəb oldu: “Mən sənin üçün uşağam? Sənə kim icazə verib ki, məndən icazəsiz reklamalara yazırsan ki, konsertdə İlhamə Quliyeva da iştirak edəcək. Ayağlarımı amma yaxşı yuyursan. Elza dəfələrlə mənə zəng vurub ki, icazə verin gəlim bacımla sizin qulluğunuzda durum. Amma mən o şəraiti yaratmamışam. Onu heç vaxt yanımda görmək istəmirəm. Onun övladının birinci toyuna getdim. Amma sonra toya çağırdı, yalvardı getmədim. O, çox təhlükəli insandır”. İlhamə Quliyeva Elzanın hərəkətlərini və geyimini isə abırsız adlandırdı. Xanım Quliyeva, əgər "Elza ağzını yummasa" onun sübutla daha çox hərəktərini açacağını bildirdi. Bütün bu ittihamlara "Günəbaxan" verilişində bu gün qonaq olan Elza Seyidcahan cavab verməyəcəyini bildirib.

15 Sentyabr 2015 6:49

Azərbaycan “Eurovision-2016“da iştirakın təstiqlədi

İctimai Televiziya və Radio Yayımları Şirkəti tərəfindən nümayəndələr arasında seçim aparılacaq Azərbaycan İsveçin paytaxtı Stokholmda keçiriləcək "Eurovision-2016" mahnı müsabiqəsində iştirak etməyə hazırlaşır. Faktinfo-nun məlumatına görə, Azərbaycanın milli yayım şirkəti - İctimai Televiziya və Radio Yayımları Şirkəti yaxın zamanda bu il mahnı müsabiqəsində ölkəni təmsil edəcək muğənninin seçimlərinə start verəcək.Ötən il Avstriyanın paytaxtı Vyana baş tutan "Eurovision-2015" mahnı müsabiqəsində İsveç təmsilçisi Mons Zalmerlov "Hero" mahnısı ilə qalib gəlib. Həmin il müsabiqədə Azərbaycanı "Hour of the wolf" mahnısı ilə Elnur Hüseynov təmsil edib və 12-ci yerə layiq görülüb.Azərbaycan Avroviziya Mahnı Müsabiqəsində 2008-ci ildən iştirak edir. Həmin il "Day After Day" mahnısı ilə ölkəni təmsil edən Elnur Hüseynov və Samir Cavadzadə dueti Azərbaycana 8-ci yeri gətirib.Almaniyanın Düsseldorf şəhərində Azərbaycanı təmsil edən Eldar Qasımov və Nigar Camal dueti "Running Scared" mahnısı ilə müsabiqənin qalibi olublar. Bununlada 2012-ci ildə Avroviziya mahnı müsabiqəsinə Bakı ev sahibliyi edib.Azərbaycan teleməkanında Avroviziya Mahnı Müsabiqəsi ilk dəfə 2006-cı ildə yayımlanıb. İctimai Televiziya və Radio Yayımları Şirkətinin efir fəaliyyətinin bir ili tamam olmamış onlar bu müsabiqənin yayımçısı hüququnu alır.

14 Sentyabr 2015 2:42

İlhamədən Elza barədə ilginc açıqlamalar

  İlhamə Quliyeva: "Sənin zibillərin çoxdur və deyəcəklərimin ardı var" Xalq artisti İlhamə Quliyeva ölkə.az-a açıqlamasında əməkdar artist Elza Seyidcahan barədə ilginc açıqlamalar edib. Sənətkarın əməkdaşımızla söhbətində dediklərini olduğu kimi və şərhsiz təqdim edirik: "Qudurmuş, itə, siçana, pişiyə xidmət edən Elza ağzının danışığını bilməyib və dünən özündə olmayıb. Ona görə də ağzından çox tərbiyəsiz sözlər çıxarıb. Yəqin ki, Elza bu gün ayılıb. Sən dələduzsan, parlamentdə otura bilməzsən. Çünki Azərbaycanın bir çox bölgələrində zinət əşyaları dükanlarına borclusan və buna sübutum da var. Sənə bir sual vermək istəyirəm. Səndə mənim mükafatlarım olsaydı, iki dövlətin xalq artisti olsaydın, nə edərdin? Əməkdar artistsən, lap yaxşı. Başımızda oturacaqsan? İldə bir dəfə toy edirsən. Sənin toyların hələ qarşıdadır. Toylarına gəlmirəm, ona görə yanırsan? Çünki səninlə yaxın olmaq istəmirəm. Oğlunun ikinci toyunda da, qızının toyunda da yalvarmısan, gəlməmişəm. Evimə də gəlmək, bacınla qulluğumda durmaq istəyirsən və o şəraiti səninçün yaratmamışam. Düz deyirsən, ayaqlarımı yumusan. Gözəl ayaq yumağın var. Ona sözüm yox, ayaq yumağın əladır, oxumağın bərbaddır, şeir yazmağın fəlakətdir. Yazıçılar İttifaqı sənə bir ölçü götürsün, ay bədbəxt, savadsız, yazıq. Mənim pişiyim səndən abırlıdır, paltar geyinir. Səndə abır adında bir şey yoxdur. İlhamə haqda danışdığın sözün hər kəlməsi məhkəməlikdir. Cavan oğlanları, üç övlad atasını əlinə keçirib barmağında o yana, bu yana fırladırsan, borclarını ödətdirirsən. Niyə məni danışdırırsan? Utanmadan özündən iyirmi yaş cavan oğlanla münasibət qurur, utanmadan cəmiyyətdə onunla görünür, şəkillər çəkdirir. Onun övladının atası da mənə bu barədə şikayət edib. Yığışdır özünü də, nə istəyirsən camaatdan? Get, qızıl dükanlarına olan borclarını qaytar. Ay abırsız, sənin ağzın haradan cırılıb ki, İlhamənin ünvanına bu sözləri deyirsən. Mən dünya sülh səfiriyəm. Qabağımda dura biləcəksən? Rəhmətlik Zeki Mürenin oxuduğu mahnıya dəyərli millət vəkilimiz Qənirə Paşayevanın sözlərini qoşub öz adına çıxarıb. Bu mahnının musiqisi Zeki Mürenindir. Musiqi oğurluğu edirsən, rayonlara gedib icra başçılarını əldən salıb onlardan nəsə istəyirsən. Yazıqlar özlərinə yer tapmırlar, sənin adın gələndə gizlənirlər. Bazarkomların üstünə gedirsən, maşınının yük yerini havayı kartof soğanla doldurursan. Utanmırsan dilənçilik edirsən? Sənin haqqın var ki, mənim barəmdə danışasan? Mənə etdiyin hədiyyənin birinin adını çək. Sənin pulun var? Qəpiyə güllə atırsan, cibində siçan oynayır. İldə toy edirsən ki, pul yığasan, hər dəfə də restoranlara borclu qalırsan. Oğlunun birinci toyundan indiyə kimi restorana borclusan. Hər kəlmən məhkəmədir. Mən ölkəmin əsgəriyəm, millət vəkili qədər hörmətim, imkanlarım var. Nə zaman istəsəm, millət vəkilliyinə namizədliyimi irəli sürərəm. Ancaq bunu zamanında etmişəm. Günorta saatlarında təbriklər alırdım və deputat seçilmişdim. Lakin mənim haqqıma girdilər və sonra cəzalarını çəkdilər, çəkirlər də. Biz başqa-başqa rayonların sakinləriyik. Harda gördün ki, qapıları gəzib özümə səs istəyirdim? Yalansa, sənin iki gözün çıxıb ovcuna düşsün. Mənim qarğışım çox ağırdır. Sənin zibillərin çoxdur və deyəcəklərimin ardı var. Çoxlu qəzetlər yığmışam. Göndərəcəm, özünə paltar tikərsən. Bir ayağında qaloş, bir ayağında ev başmağı efirə çıxan kəssən sən. Oturuşunu, duruşunu, danışığını bilməyənsən. Hər dediyim sözə sübutum var, ay şərəfsiz. Sən başına qəlyanı qoyub deyirsən ki, bu da mənim məşəlimdir, ay şərəfsiz. O məşəli əllərinə mən, dövlət nümayəndələri götürüb. Sən isə məşəli qəlyanla əvəz etmisən. Şəkillər sübutlar var. Sənə axırıncı sözüm budur və ardı olacaq. Başından böyük qələt etmisən, çərənləmisən. Ay bədbəxt, Allah səni vurub. Boynunun ardını görəndə millət vəkili olarsan". Qey edək ki, ötən gün İlhamə Quliyeva Elza Seyidcahanın deputat olmaq iddiasına belə münasibət bildirmişdi: "Çox ayıb olsun ona. Heç nə demirəm. Getsin, onun heyvanları, qoşunları var, onlara konsert versin. Başına məşəl yerinə qəlyan qoyub. Meymun oynadan kəslər millət vəkili olmaq istəyirlərsə, vay o Milli Məclisin, deputatların halına. Elzanın bu fikrini pisləyirəm. Getsin mahnılarını yazsın, heç oxumasın. Oxumağı da ayıbdır. Savadlı musiqiçidir, bəstəkardır, buna sözüm yoxdur". Bundan sonra isə Elza Seyidcahan axsam.az-a açıqlamasında sənətkar barədə xoşagəlməz fikirlər səsləndirmişdi.

11 Sentyabr 2015 2:37

Fakt

Bizi izləyin