Fərhad Əhmədov Yeni ili milyarderlərlə Karib dənizində, Sent Bart adasında qarşılayır

fe

Dünyanın ən varlı adamlarının bir qrupu Yeni ili qarşılamaq üçün öz dəbdəbəli yaxtaları ilə Karib dənizindəki Sent-Bart adasına toplaşıb. Onların arasında azərbaycanlı milyarder, Rusiya Federasiya Şurasının keçmiş üzvü Fərhad Əhmədov da var. Virtualaz.org xəbər verir ki, bu barədə nüfuzlu “Forbes” jurnalının adadan hazırladığı reportajda deyilir. Sent-Bart adası misilsiz təbiət mənzərələrinə, olduqca təmiz dəniz suyuna və çimərliklərə malik olmaqla milyonerlər adası kimi tanınır. “Forbes” yazır ki, Karib dənizindəki bu kiçik ada dövlətinin paytaxtı Qustavianın dəniz limanında dünya zənginlərinin “üzən sarayları lövbər salıb. Onların arasında məşhur kino ulduzları, oliqarxlar, neft maqnatları, digər zəngin iş adamları var. Hazırda limanda cəmi 43 superyaxta lövbər salıb. “Forbes” onların hər birinin fotolarını və kimə məxsus olduğunu təqdim edir: (http://www.forbes.com/pictures/ggdk45kejl/yacht-arete/#5a6a9f876d43) Əsasən dünya zənginlərinin istirahət məkanı olan, cənnətməkanı xatırladan Sent-Barts adasının qonaqlarının bir qismi oktyabr ayında istifadəyə verilən “Le Barthélemy Hotel & Spa” lüks otelində yerləşib. Oteldə cəmi 46 nömrə var, onların hamısı lüks sinifdəndir. Habelə otel özəl hovuza malik “Ocean Lux Suite”ə malikdir.  Adanın digər lüks məkanları arasında yeni Aux Amis restoranıdır, onun şef-aşbazı məşhur Qay Martindir. Habelə adada “İnn” brendinə məxsus “Francoise Plantation” oteli bir neçə illik fasilədən sonra “Villa Marie” adı altında yenidən açılıb. Bununla belə otelin restoranı yenə də “Francoise Plantation” adını daşıyır. Adanın əyləncə məkanlarında qonaqlar üçün müxtəlif proqramlar nəzərdə tutulur. Bura “John Legend” və  “DJ Jack-E” estrada qruplarının canlı ifaları, Sesilia Pellunun, Farel Uilyamsın və digər ulduzların, habelə  “Rolling Stones” və  U2 qrupunun konsertləri daxildir. Yeni il bayramı günlərdə adada moda ikonası “Dolce & Gabbana” nəhəng axşam ziyafəti verəcək, bir çox top-dizaynerlər, o cümlədən “Prada” və “Hermes” yeni mağazalarının açılışlarını edəcəklər. Adaya öz yaxtaları ilə yan alan milyarderlər istəsələr Sent Barsın ən dəbdəbəli villalarında , o cümlədən “Wimco Villas”da və 8 yataq otağı olan “Villa Kemp Devid”də də qala bilərlər. Bu villanı bir həftəlik tətil üçün 420 min dollara kirayələmək olar. Digər və daha ucuz villalar da var. Bunlarahəftəsi 140 min dollara olan “Villa Palm Beach” və 110 min dollara “Villa Olive” daxildir. “Forbes” hazırda adada lövbər salan yaxtalardan bir neçəsini və onların sahiblərini sadalayır. Bunların arasında Roman Abramoviçin 162.5 metrlik “Eclipse” adlı nəhəng yaxtası, Rusiyadan olan azərbaycanlı qaz milyarderi Fərhad Əhmədovun 115 metrlik “LUNA”adlı yaxtası, yenə də rusiyalı neft-qaz milyarderi Yevgeni Şvidlerin 113 metrlik “LE GRAND BLEU” yaxtası yer alır. Jurnal qeyd edir ki, həmin yaxtanı Şvidlerə dostu Roman Abramoviç hədiyyə edib. Sent-Bartsda yer alan yaxtalardan biri də fransalı milyarder, “Louis Vuitton” brendinin sahibi Bernar Arnonun 101.8 metr uzunluğunda olan “Simfoniya” yaxtasıdır. Habelə ABŞ-dan olan kazino maqnatı, milyarder Stiv Uinn də Yeni ili adada qarşılamağa hazırlaşanlar arasındadır. Onun 92 metrlik “AQUARIUS” yaxtası Sent-Bartsa yan alıb. Habelə ABŞ-dan olan geyim maqnatı, milyarder Lesli Veksnerin (“Victorias Secret” brendinin sahibi)  96.3 metr uzunluğunda olan “Limitless” yaxtası, yunan milyarder, investisiya fondunun sahibi Yelena Ambrosiadounun 88 metrlik “MALTESE FALCON” yaxtası Sent-Barts sahillərinə yan alıb. Adada Yeni ili qarşılamağa hazırlaşanlar arasında “Facebook”un sahibi Mark Zukeberq, məşhur musiqiçi Pol Makartni və digər məşhurlar da var. Bildirilir ki, adaya ümumi sərvəti 258 milyard dollar olan 54 milyarder toplaşıb. Bunların arasında yuxarıda sadalananlardan əlavə rusiyalı polad milyarderi Dmitri Pumpyanski, digər rusiyalı oliqarx-milyarder Dmitri Rıbolovlev, britaniyalı daşınmaz əmlak maqnatı Entoni Lyons, kanadalı polad boru maqnatı Barri Zekelman , Anqola prezidentinin qızı İzabel dos Santos və digərlər zənginlər yer alır. Xatırladaq ki, azərbaycanlı milyarder Fərhad Əhmədovun “Luna” yaxtası dünyanın ən böyük səyahət yaxtasıdır. Bu yaxta əslində  Almaniya tərsanələrindən birində Roman Abramoviçin sifarişi əsasında yığılırdı. Lakin yaxta hazır olanda Abramoviç onu dostu Fərhad Əhmədova satmaq qərarına gəlib. Daha doğrusu azərbaycanlı milyarder özünün dünya səyahəti xəyalını həyata keçirmək üçün Abramoviçdən yaxtanı ona satmağı xahiş etmişdi. “Luna” yaxtası istənilən hava şəraitində üzməyə qadirdir, əlavə yanacaq götürmədən Atlantik okeanını üç dəfə keçə bilər. Cəmi 7 mühərriki var və hər birinin gücü 5 min at gücünə bərabərdir. Yaxtanın generatorlarının hasil etdiyi elektrik enerjisi əhalisi 17 min nəfər olan kiçik Avropa şəhərini elektriklə təchiz etməyə imkan verərdi. Yaxta sutkada 45 ton dəniz suyunu içməli suya çevirə bilən qurğu ilə təchiz olunub. O, həmçinin dünyada ekoloji baxımdan ən təmiz gəmi hesab olunur. Yaxta praktiki olaraq bütün mümkün təhdidlərə qarşı təhlükəsizlik sistemlərinə malikdir. “Luna” Azərbaycan bayrağı altında üzür və F.Əhmədov onunla 2014-cü ildən dünya səyahətinə çıxıb. Azərbaycanlı milyarderin yaxtasının fotolarını təqdim edirik:

30 Dekabr 2016 5:06

2017-ci il üçün astroloji proqnoz

sebuhi

Artıq 2016-cı il – Meymun ili bitmək üzrədir. Bəs qarşıdan gələn Xoruz ili dünyaya və ölkəmizə nələr vəd edir? Bununla bağlı tanınmış astroloq Səbuhi Rəhimli öz proqnozlarını BAKU.WS-ə açıqlayıb: – Xoruz ili nə zamandan başlayır? – Od ünsürlü Qırmızı Xoruz ili 2017-ci ilin 28 yanvarında Bakı vaxtilə saat 04:06-da start götürəcək. – Bu il özündə hansı xüsusiyyətləri daşıyır? – İlk öncə bildirim ki, bu vaxta qədər heç bir Xoruz ili sakit və sülh şəraitində keçməyib: daima narahatçılıqlar, kütləvi etirazlar, siyasi çaxnaşmalar, məhəlli münaqişələr, çevrilişlər, sui-qəsdlər olub. Bu illərdə yeni-yeni liderlərin pərvəriş tapması, situasiyaların öz məcrasından çıxması, ictimai enerjinin gənclər üzərində cəmləşməsi həmişə labüd olub. Qədim Şərq astrologiyasına əsaslansaq, Xoruz təcavüzkar ildir. Kimdənsə mərhəmət gözləmək, ədalətin qələbə çalacağına inam bəsləmək boş xülyadır. Məqsədə çatmaq üçün bütün cəbhələrdə, sərt şəkildə mübarizə aparmaq lazımdır. Sükanı əldən buraxmaq, yaxud da kiməsə etibar etmək təhlükəli sonluqla bitə bilər. Hər kəs öz hüququnu bilməli, haqqını bütün instansiyalarda tələb etməlidir. Xoruz ilində pul qazanmaq, büdcəni rahat şəraitdə artırmaq olduqca çətindir. Bu dövrdə çoxları karyera zirvəsindən sürətlə aşağı düşür, nəticədə isə bəzən qarşıdurma meylləri də güclənir. Aşağılarla yuxarılar arasında mövcud olan sədd yırtılır. Belə hallar da xaosun meydan sulamasına rəvac verir. Hərbi sahələrdə baş verən neqativ hallar daha qabarıq şəkil alır. Qanunlar lazımi səviyyədə işləmir və ya onlara riayət olunmur. Bu illərdə pul və imkandan daha çox ağıl və analiz üstün olur. Yalnız böyük təcrübə sahibləri, taktikalı və zamanın nəbzini tutanlar qalib gəlir. – 2017-ci ildə dünya miqyasında və Azərbaycanda hansı hadisələr baş verəcək? – İlin xarakterinə görə il daha çox təyyarə qəzaları, sui-qəsdlər ilə yadda qalacaq. Bundan başqa, kosmik tədqiqatlarda, eləcə də tibb sahəsində unikal kəşflər meydana çıxacaq. – Ötən il demişdiniz ki, dollar heç vaxt 1.50 AZN-dən ucuz olmayacaq. 2017-ci il üçün proqnozlarınız nədir? Həmçinin neftin qiyməti ilə bağlı nə deyə bilərsiz? – Xatırladım ki, budəfəki Xoruz ilinin himayədar planeti Saturndur. Astrologiyada bu kosmik obyekt neft və qazı idarə edir. Bu səbəbdən neft qiymətlərinin kəskin şəkildə aşağı düşəcəyini gözləməməliyik. Hətta aprel-may aylarında və ya sentyabrdan sonra neft satışında nəzərəçarpacaq qədər qiymət artımını müşahidə edə bilərik. Bütün bunlara baxmayaraq Azərbaycanda dolların ucuzlaşacağı gözlənilmir. – Bu ilin ən uğurlu və uğursuz ayları hansı olacaq? – Göstəricilər dünyamız üçün yanvar-fevral aylarının uğurlu, iyul-avqust aylarının isə çətin keçəcəyini bildirir. – Hansı zodiak illər və bürclər üçün 2017-ci il uğurlu olacaq? – İlin aparıcı bürcləri Oğlaq və Sutökəndir, daha sonra Buğa, Əkizlər, Qız və Tərəzi bürcləridir. Şanslı Zodiak illəri isə Xoruz, Öküz və İlandır. – Hakimiyyətdə hansısa dəyişikliklər gözlənilir? – Sosial gərginlik artan xətt üzrə inkişaf etdiyi üçün il ərzində, xüsusən də fevraldan başlayaraq kiçik və orta məmurların silsilə istefasının şahidi olacağıq. Hətta bu siyahıya 5-ə qədər böyük məmurun da adı düşə bilər. – Bəziləri iddia edir ki, bu il bizim üçün heç də asan olmayacaq, bahalaşma daha da artacaq, ciddi sosial problemlər yaşanacaq. Siz nə deyə bilərsiz? – Bəzi hallarda doğru deyilir. Çünki 2017-ci ildə dünya gücləri arasında olduqca ciddi qarşıdurma yaranacaq. Bu da iqtisadi böhranın dərinləşməsinə, sosial partlayışlara və ciddi problemlərə yol açacaq. Belə olan halda isə bütün dünyada və dünyanın bir parçası olan Azərbaycanda da fəsadlar yaradacaq. Amma güman etmirəm ki, bu hal ilboyu davam edəcək, astroloji göstəricilər ən böyük gərginliyin ilin ilk yarısında olacağını bildirir. Lazımdır ki, ağıllı başlar problemin sürətli həllinə çalışsınlar.

29 Dekabr 2016 2:34

Proqramçı Feysbukda səhv tapdı –Beş min dollar mükafat qazandı

feys

  Amerikanın proqram tərtibatçısı Tommi DeVoss “Facebook” sosial şəbəkəsində istifadəçilərin elektron poçtlarının məxfi ünvanlarını ələ keçirməyə imkan verən boşluq aşkarlayıb. “SecurityLab” resursu xəbər verir ki, problem istənilən istifadəçiyə sosial şəbəkədə maraqlara görə qruplar yaratmağa imkan verən “Facebook Groups” funksiyası ilə əlaqədardır. Tərtibatçı birliklərdən birinin inzibatçısı kimi istifadəçilərə qrupda inzibatçılıq hüququ göstərərək, məlumatları redaktə edib və ya yeni istifadəçilər əlavə edib. Bütün müvafiq dəvətlər “Facebook” tərəfindən emal edilərək “Facebook Messages” şəxsi məlumatlar poçtuna, eləcə də dəvət edilənin hesabına qoşulan elektron ünvana göndərilir. Məlum olub ki, istifadəçilərin məxfilik funksiyalarını quraşdırmasına baxmayaraq istənilən sosial şəbəkə istifadəçisinin poçt ünvanını ələ keçirmək mümkündür. Proqram tərtibatçısı sosial şəbəkənin mobil versiyasında “Səhifələrin rolu” bölməsində dəvət ləğv edildikdə sorğunun göndərildiyi istifadəçinin tam elektron poçt ünvanının olduğu “URL” resurslu səhifəyə yönləndirmənin baş verməsini müəyyənləşdirib. Tədqiqatçının sözlərinə görə, cinayətkarlar məqsədli “fishing” hücumlarının və ya digər zərərli fəaliyyətin həyata keçirilməsi üçün boşluqdan yararlana bilərlər. T.DeVoss sosial şəbəkəni problem barədə məlumatlandırıb və hazırda boşluq aradan qaldırılıb. Şirkət buna görə eksperti 5 min dollar məbləğində mükafatlandırıb.

27 Dekabr 2016 5:13

Nigeriyada yeniyetmə diri-diri divara hörülüb

ni

Sakinlər nə düşünəcəklərini bilmirdilər Nigeriyada qəribə, eyni zamanda olduqca dəhşətli hal baş verib. Ondro ştatındakı yaşayış məntəqələrindən birində binanın divarından  qəribə səslər və hönkürtü eşidilib. Sakinlər nə düşünəcəklərini bilmirdilər. Lakin yerli şaman nigeriyalıları sakitləşdirərək, bunun cəngəllik ruhlarının insanların yanına gəlməsi və ya ruhların onlara xoş münasibət bəsləməyən insanlar tərəfindən qara magiya vasitəsilə insanların üzərinə yönəldilməsi ilə əlaqələndirib.     Təbii ki, bu sözlərdən sonra insanlar səslərin gəldiyi divara yaxınlaşmağa ehtiyat ediblər. Ürək parçalayan hönkürtü səslərini eşitmək istəməyən sakinlər bu səbəbdən yollarını belə dəyişiblər. Üç gün belə davam etdikdən sonra səslər kəsilməyə başlayıb və nəhayət tam kəsilib. Bu hal insanlara qəribə gəlib. Onlar divarda canlı varlığın olduğunu və bu müddət ərzində taqətdən düşdüyünü ehtimal etməyə başlayıblar.     Bundan sonra kəndin özündə iradə toplayan kişiləri divarı dağıdıblar. Oradan 12 yaşlı oğlanın aşkarlanması təəccübə səbəb olub. Yeniyetmə sadəcə divara hörülüb. İnsanlardan üç sutka ərzində kömək gözləyən və ağlayan, daha sonra isə sadəcə taqətdən düşən bu uşaq imiş. Gec də olsa, xoşbəxtlikdən ona kömək göstərilib. Hazırda polis oğlanın kim tərəfindən və nəyə görə divara hörüldüyünü təyin edir. Oğlan xəstəxanaya aparılıb və hazırda həyatı üçün heç bir təhlükə yoxdur. Faktinfo.az

19 Dekabr 2016 7:30

Həyata nikbin baxmaq daha uzun yaşamağa kömək edirmiş – ARAŞDIRMA

109624

Nəticələri "American Journal of Epidemiology" jurnalında dərc olunmuş, Harvard Universitetinin alimləri tərəfindən aparılan araşdırmaya görə, nikbinlik xərçəng və ürək xəstəliklərindən ölüm riskini azaldır. Faktinfo.az xəbər verir ki, araşdırma çərçivəsində 1976-2004-cü illər arasındakı göstəricilər nəzərə alınmaqla, təxminən 70 min iştirakçıya nikbinlik səviyyələrini ölçmək məqsədilə 6 sual verilib. Əldə edilən cavablara görə dörd qrupa bölünən iştirakçıların 2006-2012 illəri arasında ölüm nisbətləri araşdırılarkən nikbinliyin bu ehtimalı əhəmiyyətli dərəcədə aşağı saldığı müəyyənləşib. Alimlər göstəricilər üzərində apardıqları araşdırmalarda müəyyən ediblər ki, həyata daha nikbin baxan insanların bədbin insanlara nisbətən ürək və xərçəngdən ölmə riski 31 faiz aşağıdır. Araşdırmanı aparan Erik Kim nikbin olmağın hər zaman şən olmaq anlamına gəlmədiyini, nikbin insanların gələcəklə bağlı ancaq gözəl düşündüyünü, hər şeyin yaxşı olacağına inanmaarını xatırladıb. Kim həyata nikbin və ya bədbin baxmağın xəstəliklərə təsir edən bir amil olduğunu vurğulayıb: "Yalnız həyata baxışımızı dəyişdirərək xəstəliklərdən xilas ola bilərik. Xəstə olmağımıza yol açacaq bir çox amil var. Aparılan tədqiqatlar sübut edib ki, nikbin insanların daha sağlam bir həyat tərzinə üstünlük verirlər. Həyata nikbin baxan insanlar adətən yaxşı bir yuxu rejiminə malikdirlər, daha çox məşq edirlər və stresslə baş etməyə daha meyllidirlər ". Araşdırmalar zamanı o da məlum olub ki, nikbinliyin 25 faizi irsidir.

19 Dekabr 2016 3:05

Xalq təbabəti xəzinəmizdən:narın faydaları

alma

Son illərdə elm adamlarının “punica granatum” dedikləri narın hər gün yeni bir xüsusiyyəti kəşf edilir. Narın sağlamlığa elə faydaları var ki, bunu öyrənəndə narı mətbəxinizdən bir daha əksik etməyəcəksiniz. Möcüzəvi şəfa qaynağı narın içi də, qabığı da insan sağlamlığına son dərəcədə faydalıdır. Narın qabığı dərini yumşaldır və infeksiyalardan qoruyur, şirəsi bir çox xəstəliklərə şəfadır, mədəni təmizləyir, xoraya və öskürəyə çox yaxşı təsir edir, ağciyəri gücləndirir, qəbizliyi, ürək və mədə ağrılarını aradan qaldırır. Narın şəfasından maksimum dərəcədə faydalanmaq üçün nar təzə yeyilməli və şirəsi təzə sıxılmış halda içilməlidir. Əhəmiyyətli xüsusiyyətlərindən biri də qan damar sistemini qoruması və ürək sağlamlığına yardım etməsidir. Xüsusilə damar tutulmalarına səbəb olan ACE (angiotenzin) adlı fermentə mane olur. Bütün bu xüsusiyyətlərinə görə süfrəmizdən əksik etməməli olduğumuz narın digər faydası da damar sərtliklərini aradan qaldırması, qanı artırmaq və təzyiqi endirmək xüsusiyyətlərinə malik olmasıdır. Nardan son zamanlarda xüsusilə prostat xərçəngin müalicəsində istifadə olunur. Ürək və damarlara faydası Nar bir növ təbii antibiotik olduğu üçün ürək və damarlardakı zərərli maddələri təmizləyir, mikrobları öldürür. Hər gün bir stəkan təzə nar şirəsi ürək və damarlarınıza yaxşı təsir edəcək. Qrip infeksiyalarına qarşı faydaları Narın tərkibindəki antioksidantlar qripə səbəb olan mikrob və virusları zərərsiz hala gətirir. Bununla birlikdə nar şirəsinin bakteriyalardan qaynaqlanan infeksiya xəstəliklərinin qarşısını almaqda ciddi təsiri var. Xüsusilə qış aylarında artan qrip infeksiyalarına qarşı öncədən qəbul edilməsi edilməsində faydalıdır. Çünki narın tərkibindəki C vitamini bədənin soyuq havalara müqavimətini artırır. Prostat xərçənginə qarşı faydaları Nar xüsusilə prostat xərçənginə qarşı təsirlidir. Bir çox elmi araşdırma nəticəsində narın prostat xərçənginə tutulma riskini azaltdığı aşkarlanmışdır. Bununla birlikdə prostat xərçəngi müalicəsində narın xərçəng hüceyrələrinin çoxalmasının qarşısını aldığı məlum olub. Buna görə də elm adamları nar şirəsini müntəzəm şəkildə içməyi tövsiyə ediridlər. İshala qarşı faydaları Narın tərkibində və dənələrindəki damar kimi görünən olan ağ pərdə mədəni gücləndirir. Qabıqları da eyni şəkildə ishala qarşı təsirlidir. Nar qabığı qaynadıldıqdan sonra soyudulur və bir az bal qatılaraq yeyilir. Narın qabığından hazırlanan bu qarışıq ishalı sağaldır. Mədəyə faydaları Yuxarıda qeyd etdiyimiz kimi, narın içərisində olan ağ təbəqə mədənin qüvvətləndirilməsinə şərait yaradır. Turş nar bəhməzi bal qarışdırılaraq adavamlı olaraq qəbul edildikdə mədə iltihabının qarşısını alır. Lakin bu qarışıq acqarnına qəbul edilməlidir.Yeməkdən sonra bir dənə nar yemək yeyilmiş qidaların həzmini asanlaşdırır. Turş nar mədədəki dəyişikliklərdən qaynaqlanan öymə hissinə də təsir edir. İnfeksiya, iltihab və yaralara qarşı faydaları Ümumi mənada insan sağlamlığına faydası olan narın ayrıca təbii antibiotik təsiri olduğunu söyləmişdik. Bədənimizin içərisində olan orqanlarda meydana gələ biləcək iltihab və yaralara faydası olduğu kimi, dərimizdə meydana gələn yara və iltihablara da önləyici təsiri vardır. Dərinizin hər hansı bir yerində meydana gələn yara və ya iltihablara da nar qabığını sürtərək sağalmasını təmin edə bilərsiniz. Nar gənclik iksiri kimi Narın ehtiva etdiyi maddələrin kosmetik məhsullarda da istifadə edildiyini bilirdinizmi? Xüsusilə Amerika və Çində aparılan araşdırmaların nəticəsi kosmetik şirkətlərin də diqqətini çəkib. Hətta artıq bəzi kosmetik məhsullarda narın tərkibindəki bəzi elementlərdən istifadə etməyə başlayıblar. Narın tərkibindəki olan antioksidantlar kosmetik məhsullarında istifadə edilir. Buna görə üz maskaları hazırlarkən narın suyu və qaynadılmış nar qabıqlarından faydalana bilərsiniz. Buraya qədər narın ümumi mənada faydalarından bəhs etdik. İndi isə digər növlərinin və fərqli tətbiqlərinin faydalarından bəhs edəcəyik: Qüdrət narı və ya acı qovun Afrika və Asiyada yetişir. Tərkibində xeyli dərəcədə E, C vitaminləri və zülallar var. 1.Qəbzliyi aradan qaldırır. 2.Hüceyrələrin yenilənməsinə kömək edir. 3.Xərçəng hüceyrələrinin yayılma sürətini azaldır. 4.Maddələr mübadiləsini sürətləndirir və immunitet sistemini gücləndirir. 5.Yarpaqlarından dəmlənən çay qaraciyərə faydalıdır, qanda şəkəri tənzimləyir. 6.Ekzema və sədəf xəstəliklərinə yaxşı təsir edir. Nar şirəsinin faydaları Ümumi mənada narın faydalarını artıq bilirik. Lakin nar şirəsinin insan sağlamlığına faydasının özel bir yeri vardır. Qısaca faydalarını sıralayaq: 1.Qrip viruslarını yox edir, qrip infeksiyalarına qarşı çox təsirlidir. 2.Qanda oksidləşnməyə mane olur, bunu ehtiva etdiyi antioksidantlar sayəsində edir. 3.Nar antibioktiklərlə birlikdə istifadədə güclü bakteriyaları məhv edir. 4.Ürək və damar sağlamlığının qorunmasını təmin edir. Damar tıxanıqlığının qarşısını alma təsiri var. 5.Xolesterol və şəkəri tarazlaşdırır 6.Yel xəstəliyi və oynaq ağırlarının olduğu bölgələrə tətbiq etdikdə ağrıkəsici təsir göstərir. 7.Başgicəllənmələrinə qarşı nar şirəsi içilə bilər. Nar şirəsi çəkilərkən ümumi bir səhv buraxılır: şirə yalnız nar dənəsindən alınır. Halbuki qabıq daxil olmaqla meyvənin bütün hissələrindən istifadə olunmalıdır. Lakin nar qabığının təsiri çox güclü olduğu üçün zəhərlənmə baş verə bilər. Buna görə qabığın hamısı deyil bir qisimi və yaxud cuzi qismindən istifadə olunmalıdır. Narın zərərləri Nar çox yüksək miqdarda vitamin ehtiva etdiyi üçün hamilə qadınların, mədə və bağırsaq xəstələrinin, uşaqların həddindən artıq istifadə etməyi ziyanlıdır. Çox tezliklə həzm edilsə də bəzi insanlarda şişkinlik meydana gətirə bilər. Qızdırmalı xəstələrin diqqətli olmağı lazımdır. Tövsiyələr Nar qış aylarında yetişdiyi üçün ilin bu vaxtında təzə narı tapmaq mümkündür. Qış aylarında qrip kimi epidemiya xəstəlikləridə artım olur. Xüsusilə müxtəlif infeksiyaların səbəb olduğu və yoluxucu bir xəstəlik olan qripə qarşı son dərəcə təsirli bir meyvədir. Bu cür xəstəliklərə əvvəldən tədbir almağın ən məntiqli yollarından biri mövsümi qida maddələrini davamlı olaraq qəbul etməyiniz məsləhətdir.

15 Dekabr 2016 2:57

Fakt

Bizi izləyin