Bananın faydaları

bgbgffbbfbf

  Bananın insan orqanizimində faydalı təsirləri çoxdur Bu meyvə insanın əhval-ruhiyyəsini yüksək tutur. Uşaqlar tərəfindən də çox sevilən meyvə olan bananın 22 faydasını sizə təqdim edirik: 1. Banan insan orqanizimdə depressiyaya qarşı mübarizə aparan ən faydalı meyvədir. 2. Banan yeganə meyvədir ki, hətta yeniyetmələrdə də allergiya reaksiyası vermir. 3. Banan insan orqanizimində kalsium vitamini yaradır. Bu meyvə sidiklə xaric olunmur, orqanizimdə qalır və sümüklərin möhkəmlənməsinə kömək edir. Xüsusilə də bu qəhvə sevənlər üçün faydalıdır. Ona görə ki, qəhvənin yuyub apardığı vitaminlərin qarşısını banan alır. 4. Banan mədədə tez həll olunduğu üçün yediyimiz qidaların tez həzim olunmasına kömək edir. 5. Qəbizikdən əziyyət çəkən insanlar üçün banandan istifadə etmək çox xeyirlidir. 6. Mədədə qıcqırma baş verərsə, bananın müalicəvi əhəmiyyəti köməyinizə çatacaq. 7. Banan mədə xorası xəstəliyi olan insanlara daha çox xeyirlidir. Yemək yediyiniz zaman mədə divarlarını qidada olan turşuluqlar, ziyanlı maddələrdən qoruyur. Bu zaman mədədə gedən prosesləri asanlaşdırır. 8. İshal zamanı banandan istifadə etmək çox faydalıdır. Kim bu xəstəlikdən əziyyət çəkirsə, banandan istifadə etmək məsləhət görülür. 9. Bananda kalyum maddəsi çox olduğu üçün idmanla məşğul olan insanlar üçün əhəmiyyətlidir. 10. Şişkinlikdən əziyyət çəkən insanlar da banandan istifadə edərsə, şişkinliyi azalar. 11. Məşqdən əvvəl banandan istifadə edərkən, insan gec yorulur, qanda şəkər qalxması tezləşmir və məşqin axırına kimi yorğunluq hiss olunmur. 12. Banan toksin və başqa zərərli maddələri mədədən xaric edərək, qidanın yaxşı həzm olunmasına kömək edir. 13. Bananın tərkibində qadınlar üçün serotonin və başqa faydalı maddələr olduğu üçün qadınlara banandan istifadə etməkməsləhət görülür. 14. Qan azlığı zamanı bananın tərkibində dəmir elementi çox olduğuna görə banandan istifadə etmək əhəmiyyətlidir. 15. Ürək xəstəliyi olan insanlar, bananın tərkibində kalyum çox olduğu üçün ondan istifadə etdikdə ürəyin fəaliyyətini yaxşılaşdırır, insulit və infakt riskini azaldır, hipertaniya xəstəliyini sağaldır. 16. Bananın tərkibində antioksidanlar və amin turşusu olduğu üçün insan orqanizmini tənzimləyir və immuniteti qaldırır. 17. Banan insan böyrəklərinin iş prinsipini tənzimləyir, böyrəkdə olan daş və qumları xaric edir. 18. Qadınlarda hamiləlik zamanı banandan istifadə etmək xeyirli və çox faydalıdır. 19. Həşarat sancması zamanı qaşınarkən bananın qabığını soyub həmin qaşıntının üzərinə qoyub bir neçə dəqiqə saxlamaq lazımdır. Bu zaman şişlik və qaşıntını aradan qaldırır. 20. Banan insan temperaturunu aşağı salmaq xüsusiyyətinə malikdir. Baş verən hərarəti və qızdırmanı aşağı salır. 21. Siqareti tərgitmə zamanı banan yemək məsləhət görülür. Tərkibində çoxlu vitaminlər, kalyum, maqnezyum olduğu üçün orqanizimdən nikatini xaric etmək xüsusiyyətinə malikdir. 22. Banan zehni qabiliyyəti yüksəldir. Onun tərkibində kalyum cox olduğu üçün hətta imtahana hazırlıq zamanı banandan istifadə etmək çox faydalıdır. (musavat.com)

8 Noyabr 2015 4:58

Dünyanın ən varlı kralı azərbaycanlı iş adamının otelində

119d0fdf2cdb

G-20 liderlərinin zirvə toplantısı üçün Türkiyəyə səfərə hazırlaşan Səudiyyə Ərəbistanı kralı son bir neçə günə qədər azərbaycanlı milyarderə məxsus olan oteldə qalacaq. "Qafqazinfo" anspress-ə istinadən xəbər verir ki, Salman Bin Əbdüləziz AST Telmana məxsus "Mardan Palace"da qalacaq. O, oteli 18 gün müddətinə bağladacaq. 1000 nəfərlik heyeətlə ottelə gələcək kral bu xidmətin müqabilində 18 milyon dollar ödəyəcək. Səudiyyə Ərəbistanı kralı zirvə toplantısından bir neçə gün öncə Antaliyaya gedəcək, toplantıdan bir neçə gün sonra da ölkəsinə qayıdacaq. Lakin onun təhlükəsizlik qüvvələri kraldan daha öancə "Mardan Palace"yə giriş edəcəklər. Dünyanın ən lüks otellərindən olan bu məkanda otaqlarda şərait kralın vərdişlərinə və istifadəsinə uyğun olaraq dəyişdiriləcək. Səudiyyə Ərəbistanı kralı bu ilin yay aylarında 700 nəfərlə birlikdə Fransanın Cote d’Azur bölgəsində istirahət edib. Onun qaldığı bölgədə çimərlik belə qapadılmışdı. Lakin kralın bu addımı fransızların qəzəbinə səbəb olub. İnternetlə keçirilən kampaniyada yüz minlərlə insan imza toplayaraq çimərliklərin ictimai yer olduğunu və hamının istifadəsinə açıq olmalı gərəkdiyini qeyd etmişdilər. Rusiyada yaşayan azərbaycanlı iş adamı Telman İsmayılova məxsus olan dünyanın ən dəbdəbəli otellərindən biri hesab edilən "Mardan Palace" bir neçə gün öncə satılıb. Milyard dollarlıq otelin yeni sahibi Halk Bankdır. 719 milyon lirəya (təqribən 257 milyon dollar) satışa çıxarılan otel üçün bank yarı qiyməti - 360 milyon 50 min lirə (129 milyon dollar) ödəniş edib. Bu 7 ulduzlu otel uzun müddət idiki maliyyə problemləri ilə üz-üzə idi.  

7 Noyabr 2015 10:33

İntihar edən ulduzun xanımı danışdı (FOTO)

70730

“O, həyatımda tanıdığım ən cəsur insanlardan biridir". Robin Uilyamsın həyat yoldaşı Syuzan Şnayder maraqlı açıqlama verib. Faktinfo.az-ın məlumatına görə, mərhum aktyorun həyat yoldaşı Syuzan Şnayder bildirib ki, Robin intihar etməsəydi xəstəlikləri səbəbindən üç il içində öləcəkdi. Syuzan qeyd edib ki, son zamanlar onların həyatları kabusa dönmüşdü. Onun sözlərinə görə, Robin son günlər göz qabağında əriyirdi. Syuzan aktyorun tərpənə bilmədiyini və dərin depressiyadan əziyyət çəkdiyini deyib. “O, bir anlıq yaxşı olurdu 5 dəqiqədən sonra başa düşülməyən sadə sözlər danışırdı”, Syuzan yadına salaraq deyib. Onun sözlərinə görə, həyat yoldaşının bu addımını mühakimə etmir: “O, həyatımda tanıdığım ən cəsur insanlardan biridir" Syuzan Şnayder və Robin Uilyams Keçən il 63 yaşlı amerikalı komediya aktyoru Robin Uilyams Şimali Kaliforniyadakı evində ölü tapılıb. Aktyorun həyat yoldaşı Syuzan Şnayder onun ölümü ilə bağlı yazılı bəyanatında deyib: "Bu səhər mən həyat yoldaşımı, ən yaxşı dostumu, dünya isə ən sevimli aktyor və yaxşı insanını itirdim”. Tanınmış Hollivud ulduzu 1951-ci ildə Çikaqoda doğulub. Atası vaxtilə "Ford" korporasiyasının rəhbərliyinə daxil olub. Lakin oğlu onun yolunu seçməyərək aktyor kimi fəaliyyət göstərməyə üstünlük verib. O, "Missis Dautfayr", "Qudzon üzərində Moskva", "Cumanci" bədii filmləri və çoxsaylı cizgi filmlərinin səsləndirilməsi ilə məşhurdur. R.Uilyams 1997-ci ildə "Ağıllı Uill Hantinq" filmindəki ikinci plandakı roluna görə "Oskar" mükafatı alıb.

4 Noyabr 2015 10:23

Feyxoanın faydaları

frfrfrg

  Əgər orqanizminizdə yod çatışmazlığı varsa, maddələr mübadiləsi pozulubsa, təzyiqinizlə bağlı problem yaşayırsınızsa, qastritdən əziyyət çəkirsinizsə, o zaman dərhal dərman qəbul etməyə tələsməyin Bir çox xəstəlikləri təbii yolla sağaltmaq mümkündür. Yetər ki, yemək menyunuzun tərkibinə feyxoa əlavə edəsiniz. Feyxoa - ekzotik meyvədir. Bir kq təzə feyxoada 2 mq-dan 10-mq-a qədər yod var. Ona görə də orqanizmdə yod çatışmazlığı nəticəsində yaranan xəstəliklərdə xüsusilə faydalıdır. Adətən noyabr ayının ortaları və yanvar ayının sonu ən məhsuldar dövrüdür. Feyxoa XIX əsrdən tanınıb. Həmişəyaşıl ağaclar sinifinə aiddir. Bu meyvə Braziliya təbiətşünası "Joao da Silva Feyxo" nun şərəfinə feyxoa adlandırılıb. Feyxoanın tam tərkibinin müəyyən edilməsində bu şəxsin əvəzsiz rolu olub.Yetişmiş meyvələrində orta hesabla 6,9 faizə qədər şəkər, 2,5 qədər üzvi turşular, C vitamini var. Feyxoa yeganə meyvədir ki, orqanizmi yodla təmin etməsinə görə onu dəniz məhsulları ilə müqayisə etmək olar. Ortaya maraqlı bir sual çıxır. Bəs nə üçün yod bizim orqanizmimizə lazımdır? Cavab çox sadədir. Çünki yod insanın yaddaşını gücləndirir,eyni zamanda düşünmə qabiliyyətinin fəal inkişafına səbəb olur, habelə insanı psixi pozğunluqlardan tamamilə uzaqlaşdırır. Əgər orqanizminizdə yod yeterincədirsə,o zaman əmin olun ki, siz özünüzü gümrah, şən, əks halda siz daim özünüzü yorğun, gücdən düşmüş və sanki heç nəyə həvəsiniz olmamış kimi hiss edəcəksiniz.Yodla bərabər feyxoa özündə 93 mineral maddələri cəmləşdirir. Feyxoanın tərkibində zəngin vitaminlərdən ibarət makro və mikro elementlər, habelə təbiətin ona bəxş etdiyi alma turşusu da var. Bu da insanın simasına xüsusilə gözəllik verir. Feyxoa eyni zamanda qalxanvari vəzini, ateroskleroz, pielonefrit ( böyrək problemi) , mədə-bağırsaqda qastrit, kolit və s. kimi xəstəliklərin müalicəsində böyük əhəmiyyətə malikdir.Əgər sizin dəri ilə probleminiz varsa o zaman feyxoa yağı istifadə edə bilərsiniz. Yaxud dərinizdəki ləkələri aparmaq üçün feyxoanı şirə çəkən maşından keçirin, yaxın dərinizə. Tərkibindəki bolluca C vitamini ləkələrin təmizlənməsinə kömək edəcək. Həmçinin soyuducunun buz dolabına töküb daim üzünüzə çəkə bilərsiniz. Nəticənin mükəmməl olacağından əmin ola bilərsiniz. Xəstəliklərdə istifadə etmək üçün 1:1 şəkərlə feyxoa götürülür, bura qabıqlı halda limon və portağal da çəkə bilərsiniz . Daim soyuducuda saxlanılır. Bundan səhər və axşam 1 xörək qaşığı qəbul etmək lazımdır. 10 gün qəbul edib, 10 gün istirahət etmək məsləhətdir. Feyxoa həmçinin, stenokardiya xəstəliyinin müalicəsinə də kömək edir. Həmçinin uşaqlarda boğaz ağrısına qarşı, qan artmasına, immun siteminin artmasına yardımçı olacaq. (atv.az)

1 Noyabr 2015 11:13

Türkiyəni göz yaşına boğan son PKK əleyhinə klipdə Azərbaycan izi

klip

Türkiyə 1 noyabrda seçkilərə hazırlaşır Hər dəfə təsirli reklam kampaniyaları ilə diqqəti çəkən Ədalət və İnkişaf Partiyasının (AK Partiya) bu dəfə Şanlı Urfa namizədi Faruk Çelik “bombanı partladıb”. PKK-nın kürd-türk ayırımı etmədən bölgə insanının düşməni olduğuna diqqət çəkən reklam filmi Türkiyədə şok effekti yaradıb. “Oyuna gəlmə, qardaşım” adlanan reklam filmi qısa zamanda Türkiyədə böyük səs salıb. Sosial mediada, xüsusilə, türklərin üstünlük təşkil etdiyi “Twitter”də birinci olan #oyunagelmekardeşim haştağı ilə paylaşılan reklam filmi insanları göz yaşına boğub.Yenicag.az xəbər verir ki, Ədalət və İnkişaf Partiyasının Şanlı Urfa namizədi Faruk Çelikin çəkdirdiyi klipin ideya müəlliflərindən biri Azərbaycanda tanınan iş adamı Hüseyn Büyükfıratdır. Ssenarisi isə H.Büyükfıratın başçılıq etdiyi “Büyükfırat” Qrupun marka danışmanı olan Taylan Doğana aiddir.Qeyd edək ki, Ədalət və İnkişaf Partiyasının məşhur Türk bayrağı reklamının müəllifi də Taylan Doğan idi.Türkiyənin məşhur reklamçılarından olan Taylan Doğan 20 ildən çoxdur ki, PR kampaniyalarının təşkili və qurulması ilə məşğuldur. Baş nazir Rəcəb Tayyib Ərdoğanla hələ İstanbul meri olduğu zamandan isti münasibət quran T.Doğan 2010-cu ildə Azərbaycana gələn və müxtəlif media və QHT rəhbərləri ilə görüşlər keçirən türk media heyətində yer almışdı.Xatırladaq ki, Azərbaycandakı ilk türk şirkətlərindən olan “Büyükfırat”ın sahibi olan Hüseyn Büyükfırat Ədalət və İnkişaf Partiyasının Şanlı Urfadakı təbliğatında yaxından iştirak edir. Hətta Şanlı Urfadakı restoranını da AK Partiyaya seçim bürosu olaraq, bağışlayıb.

22 Oktyabr 2015 11:46

Fakt

Bizi izləyin