Qızı öpən şəxsə HƏBS: AĞLAGƏLMƏZ CƏZALAR

rape3

Bir müddət öncə amerikalı tələbə Broka Ternerin təcavüz cinayəti işlədiyi üçün 6 aylıq həbslə cəzalandırılması çoxlarının ciddi qəzəbinə səbəb oldu. Qəzəbli kütlə hesab edirdi ki, bu cəza təcavüzçü üçün çox azdır. Əgər ABŞ-da zorlamaya görə 8-10 il həbs cəzasının tətbiq olunduğunu nəzərə alsaq, etirazçılara haqlı saya bilərik. Biz də bu faktın fonunda dünya ölkələrində belə cinayətlərə qarşı hansı cəza növünün tətbiq edilməsini araşdırdıq.Faktinfo.az təcavüzə görə ən ağır və ən yüngül cəzaların tətbiq olunduğu ölkələri təqdim edir. 1. Çin Təcavüzçün dərhal edam olunur və ya kişilikdən məhrum edilir. Bunu onunla izah edirlər ki, cinayəti nə ilə törədibsə, ondan da məhrum olunmalıdır. 2. Şimalı Koreya Cinayətkarı güllələnməyə göndərirlər, zərər çəkmiş isə onu güllələyənlər arasında ola bilər. 3. Əfqanistan Bu ölkədə də təcavüzçü ölüm hökmü ilə cəzalandırılır. 4. Rusiya Burada cinayətkarı 3 ildən 30 ilə kimi həbs gözləyir. 5. Misir Burada çox qəribə cəza sistemi var. Digərlərinə dərs olsun deyə təcavüzçünü hər kəsin gözü önündə asırlar. 6. Niderland Təcavüzçüləri 4 ildən 15 ilə kimi cəza gözləyir. Ancaq Niderlandda nəinki zorlama, hətta zorla öpüşmək belə cinayət sayılır. 7. İran Bu ölkə öz qəddar cəzaları ilə məşhurdur. Təcavüzdə günahkar bilinən şəxslər ya asılır, ya da güllələnir. Əgər məhkum öldürülməkdən boyun qaçıra bilibsə o, ömür boyu həbsdə işgəncəyə məruz qalacaq. 8. Səudiyyə Ərəbistanı Burada təcavüzçünü məhkəmədən dərhal sonra güllələyirlər. 9. İsrail Cəzalar nisbətən yüngüldür. Təcavüz edən şəxs 4 ildən 16 ilə kimi həbs oluna bilər. 10. Birləşmiş Ərəb Əmirlikləri Təcavüzçüyə öz yaxınları ilə sağollaşmaq üçün 7 gün vaxt verirlər. Daha sonra isə cəzasını həyatı ilə ödəyir.Qeyd edək ki, ölkəmizdə zorlamaya görə 4 ildən 8 ilədək həbs cəzası tətbiq edilir.

16 Noyabr 2016 12:08

Səhər saatlarında bunları etmək olmaz!

seher

Səhər saatlarında bunları etmək olmaz! Hər səhər oyandığımızda, bəlkə də, fərqində olmadan sağlamlığımızı təhdid edən səhvlər edirik. Yaxşı, bu səhvlər nələrdir və necə qarşısını ala bilərik?Bu səhvlər gün içində özümüzü kefsiz hiss etməmizə, daha yorğun olmamıza və gecələri daha çətin yatmağımıza səbəb olur. İndi bu səhvləri tək-tək araşdıraq. 1. Səhər qalxınca dərhal idman etmək Maddələr mübadiləsini işlətmək üçün oyandıqdan 30 dəqiqə sonra nahar etmək lazımdır. Ancaq səhər idmanlarına görə nahar etmirik. Belə olanda, bütün gecə ac qalan bədənimiz boşalan enerji anbarlarını doldurmaq üçün daha çox karbonhidrata ehtiyac duyur. Təklif: İdmandan əvvəl zəngin bir nahar etmək yerinə bir ovuc quru ərik və ya yarım banan yeyə bilərsiniz. Ayrıca bədəniniz gecə boyunca susuz qalır buna görə mütləq bir stəkan su içməlisiniz. 2. Yataqdan sürətli qalxmaq Günə bir an əvvəl başlaya bilmək üçün bəzən yataqdan sürətlicə qalxırıq. Bu hərəkət gecə boyunca sərtləşən kürək əzələlərimdə artıq təzyiqə və spazmlara səbəb olur. Sürətli qalxma nəticəsində bel ağrısı, disk sürüşməsi ya da qopması belə görülə bilir. Uzun müddət yatdıqdan sonra birdən yataqdan qalxanda damarlardakı qan, qıçlara hücum etdiyindən keylik hiss edilə bilir. Buna ortostatik hipotəzyiq adı verilir. Təklif: Oyandığınızda dizlərinizi sırayla qarınınıza doğru çəkin. Bu hərəkət əzələlərinizin istiləşməsini, eyni zamanda qanın bədəninizə yayılmasını təmin edəcək. Beləcə, özünüzü daha balanslı hiss edəcəksiniz. 3. Diş fırçalamadan su içmək Bütün gecə ağzımızda toksinlər yığılır. Dişlərimizi fırçalamadan su içmək ya da başqa bir şey yemək bu toksinlərin bağırsaqlarımıza enməsinə səbəb olur. Təklif: Qalxar-qalxmaz dərhal dişlərinizi və dilinizi fırçalayın. Çünki ağzımız xüsusilə də dilimiz ən çox toksin saxlayan bölgələrdəndir. 4. Həyəcanı təxirə salmaq Səhərlər həyəcan çaldığında, siqnalizasiyanı təxirə salaraq bir neçə dəqiqə daha yatmağı hər kəs istəyir. Ancaq həyəcanı təxirə salaraq bir neçə dəqiqə daha yatmaq bədənimizin işləyişini pozur. Bunun nəticəsində gecələri yuxuya dalmaq daha çətin bir hal alır. Yuxu mütəxəssisləri həyəcan çaldığında təxirə salmamağı təklif edir.Təklif: Siqnal çaldıqdan 10 ya da 20 dəqiqə sonra deyil, dərhal yataqdan qalxın. 5. İstilik dəyişmələrini yox saymaq Səhər yataqdan çıxdığımız üçün bədən istiliyimizlə evin istiliyinin fərqli olması çox normaldır. Bədən hərarəti hər zaman evin istiliyindən daha yüksək olduğundan üzərimizə bir şey almadan gəzmək xəstəliklərə dəvətnamə çıxardır. Təklif: Səhər yataqdan qalxarkən xalat ya da jaket geyərək istilik dəyişmələrindən təsirlənmənizi minimuma endirə bilərsiniz. 6. Özünüzə ayırdığınız zamanı günortaya təxirə salmaq Səhərlər zövqlə etdiyimiz bəzi şeyləri, iş şərtləri səbəbiylə nahar saatına təxirə salırıq. Minnesota Universitetinin etdiyi araşdırmaya görə işçilərin müsbət ruh halı günə zövq aldıqları şeyləri edərək başlamalarıyla birbaşa əlaqəlidir. Günə kədərli və bədbin başlasanız, gün içində bu duyğular daha çox artacaq. Günə zövq aldıqları şeyləri edərək başlayanlar, iş yoldaşlarıyla daha müsbət ünsiyyət qururlar. Təklif: Müsbət bir ruh halında olmaq üçün işə başlamadan əvvəl qəhvənizi için, ailənizlə, yoldaşlarınızla danışın ya da zövq aldığınız başqa şeylər varsa, onları edin. 7. Oyandıqdan sonra pərdələri açmaq Pərdələri bağlamaq yuxuya dalmaq üçün gözəl, qaranlıq bir mühit təmin edir ancaq bu qaranlıq mühitin faydası yalnız yatana qədər çəkir. Bioloji saatımızın çaşmaması və günə müsbət enerjiylə başlamağımız üçün günəş işığına ehtiyacımız var. Ayrıca araşdırmaçılara görə səhər şüalarından faydalanmaq kilomuza nəzarət etməmizə də köməkçi olur. Təklif: Gün işığından faydalanmaq üçün sabah qalxdığınızda dərhal pərdələrinizi açın.

7 Noyabr 2016 10:01

Fakt

Bizi izləyin