Milli Məclis icra başçılarının, polis rəislərinin, məhkəmə sədrlərinin“tupoy” övladları ilə doldur…

1484195587_0001

“Bugünlərdə parlamentə, millət vəkillərindən biri ilə (o, həm də parlamentin müvafiq komitələrindən birinin sədr müavinir) müsahibəyə getmişdim. Müsahibə zamanı birdən həmin millət vəkilinin yadına nəsə düşdü, daha doğrusu, ona nəsə lazım oldu və daxili telefonla komitənin işçilərindən birinə onun yanına gəlməsini xahiş etdi”. Bunu Gununsesi.info-ya açıqlamasında tanınmış jurnalistlərdən biri deyib. Onun sözlərinə görə, bir necə dəqiqədən sonra deputatın aradığı işçi-komitənin əməkdaşı qapını döymədən, salam-kəlamsız içəri daxil olub və sadəcə, “məni çağırmısınız, eşidirəm…”, deyib. “Onun bu hərəkətindən, saymazyana davranışından da deputat “rəng verib, rəng aldı”, nə qədər büruzə verməməyə çalışsa da, alınmadı. Sonra isə “zəhmət olmasa, filan sənədi mənə gətirin”-dedi. Həmin şəxs yenə qapını açıq qoyaraq kabinetdən çıxdı. Bu isə deputatı əməlli-başlı özündən çıxardı. “Görürsünüz də…Nə etikası, nə mədəniyyəti var…Salamsız-kəlamsız içəri girdi, qapını açıq qoydu, gedəndə yenə qapını örtmədi…Mənə hörmət etmir, sizə hörmət qoysun, sizə hörmət qoymur, heç olmasa, mənə hörmət qoysun?! Hamısı belədir… Milli Məclis icra başçılarının, polis rəislərinin, məhkəmə sədrlərinin, digər vəzifəlilərin “tupoy” övladları ilə doldur…Bunlara söz də demək olmur… O saat aləmi qatıb-qarşıdırırlar… Bu da filankəsin oğludur…Özündən də o qədər razıdır ki…Amma mədəniyyət, etika deyilən şey yoxdur…Hamı deputatlara bəxtəvərlik verir, amma bilmirlər ki, biz belələrinin əlindən nələr çəkirik…”-dedi. Bir az sonra həmin işçi deputata lazım olan sənədi gətirib verib, heç nə olmamış kimi də otağı tərk etdi…Eyni hərəkətlərini də təkrarlamaqla, davam etdirməklə…”- deyə, o, daha sonra sözlərinə əlavə edib. Gununsesi.info P.S. Saytımıza açıqlama verən jurnalistin, adıçəkilən deputatın kimliyi bizə bəlli olsa da, bəzi səbəblərdən onların adlarını açıqlamırıq. Amma deyilən faktın da doğruluğuna yüzdəyüz əminik. Amma parlamentdən bu məlumatla bağlı kimin sözü olsa, onu da işıqlandırmağa hazırıq.

12 Yanvar 2017 10:47

“Qorxuram ki, ermənilər gəlib bizi Bakıda öldürsünlər” -Hafiz Hacıyev

30720

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev ermənilərdə olan hərbiçimizin cəsədini geri qaytarmaması ilə bağlı danışıb. Xəbər verdiyimiz kimi dekabrın 29-da Azərbaycan Respublikası dövlət sərhəddini pozmağa cəhd göstərən Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat qrupunun təxribat-pozuculuq fəaliyyətinin qarşısını alarkən baş vermiş döyüşdə Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu əsgər Qurbanov Çingiz Salman oğlu itkin düşdü. Sonradan məlum oldu ki, hərbiçimiz həlak olub və ermənilər hərbiçimizin cəsədin götürüblər. Beynəlxalq Qırmızı Xaç Komitəsi də erməni tərəfinə müraciət edərək dekabrın 29-da Ermənistanla sərhəddə baş vermiş toqquşmalar zamanı həlak olan və cəsədi düşmənin nəzarətindəki ərazidə qalan Azərbaycan əsgəri Çingiz Qurbanovun cəsədinin qaytarılmasını istəyib. Lakin erməni tərəfi bildirib ki, sərhəddə baş verənlərlə bağlı hansısa istintaq aparılır və bu səbəbdən cəsədin ekspertizası həyata keçirilir. Ekspertiza başa çatmadan cəsədin qaytarılmasından söhbət gedə bilməz. Hafiz Hacıyev: “ATƏT-in Minsk Qrupu heç vaxt Azərbaycanın xeyrinə heç bir məsələni həll etməyib və bundan sonra da etməyəcək”. Mövzu ilə bağlı partiya sədri qeyd edib ki, Ermənistan dünya qanunlarını, ATƏT-in Minsk Qrupun saya salmır və özünü müstəqil, hegemon dövlət kimi aparır. Ermənsitanın özünü bu cür aparmasının axır nəticəsi də bu oldu ki, hərbiçimizin cəsədin qaytarmırlar: “Həlak olmuş Azərbaycan hərbçisinin cəsədinin geri qaytarılmaması ATƏT-in Minsk Qrupunun bacarıqsızlığıdır. ATƏT-in Minsk Qrupu 24 ildir Azərbaycan hakimiyyətinin başının altına yastıq qoyub, pulların alıb, yeyib-içib gedirlər. Buna görə də ATƏT-in Minsk Qrupu heç vaxt Azərbaycanı müdafiə etməyib. Əksinə bu qurum həmişə Azərbaycanın başın qatmaqla məşğuldur. Onlar istəyirlər ki, Dağlıq Qarabağda ermənilərin sayı çoxalsın və Qarabağdan departasiya olan insanların yaddaşlarından Qarabağı silsinlər. Onlar məqsədlərinə nail olurlar. Çünki Dağlıq Qarabağı axtarıb-arayan yoxdur. Qarabağlılar da Qarabağı unudurlar. ATƏT-in Minsk Qrupu da bunların hamısın bilir və bildiyi halda da belə bir ögey münasibət bəsləyir. Bizim əsgərimizin cəsədinin qaytarılması üçün çox ciddi cəhd göstərmək lazımdır. Cəsəd niyə verilmir araşdırlmalıdır. Ermənistan dünya qanunlarını, ATƏT-in Minsk Qrupun saya salmır və özünü müstəqil, hegemon dövlət kimi aparır. Ermənsitanın özünü bu cür aparmasının axır nəticəsi də bu oldu ki, hərbiçimizin cəsədin qaytarmırlar. ATƏT-in Minsk Qrupu da heç vaxt Azərbaycanın xeyrinə heç bir məsələni həll etməyib və bundan sonra da etməyəcək. Biz də bütün bunları deyirik, amma Azərbaycanda ictimai rəy nəzərə alınmır. Əgər biz bir hərbiçimizin cəsədin düşməndən ala bilmiriksə, onda bizim Xarici İşlər Nazirliyimiz və digər güc strukturları nəyə lazımdır? Hafiz Hacıyev: “Görünən odur ki, Qarabağın qaytarılması hələ ki, hansısa güclərin, qrupların mənafeyinə uyğun deyil”. Mən düşünürəm ki, biz artıq Dağlıq Qarabağı işğaldan azad etmək üçün nə Minsk Qrupuna, nə də ATƏT-ə baxmalıyıq. Biz gücümüz varsa, gedib Qarabağı almalıyıq, gücümüz yoxdursa da səmimi etiraf etməliyik ki, yalandan özümüzü aldatmayaq. Qarabağ məsələsində biz təkcə öz xalqımıza arxayın olmalıyıq. ATƏT-in Minsk Qrupu heç vaxt Azərbaycanın məsələlərinə ciddi şəkildə yanaşmayıb və məsələlərə prinsipial mövqe sərgiləməyib. Ermənistanın Xarici İşlər Nazirliyi də ATƏT-in Minsk Qrupunun bu mövqeyin bilir. Buna görə də əsgərimizin cəsədin qaytarmırlar. ATƏT-in Minsk Qrupundan Azərbaycan hökuməti niyə qurtara bilmir bu bizim üçün çox maraqlıdır. Dağlıq Qarabağın azad olunması üçün milli birlik əldə edib, gücümüzü ortaya qoymalıyıq. Biz Qarabağımızı, İrəvanı, Zəngəzuru da ala bilərik. Sadəcə ciddi iradə və o iradəni ortaya qoyan bir insan lazımdır. Amma bizdə elə bir iradə yoxdur. Görünən odur ki, Qarabağın qaytarılması hələ ki, hansısa güclərin, qrupların mənafeyinə uyğun deyil. Bu yaxınlarda bizim rəhbərliyin biri dedi ki, Dağlıq Qarabağdan ancaq biznes üçün istifadə edirlər. Əgər dövlətdə ən yüksək vəzifə tutan məmur bunu deyirsə, demək ki, hər şey bəllidir. Başqa söz deməyə ehtiyac yoxdur. Nə qədər ki, bizim özümüzdə milli qürur olmayacaq elə belə də davam edəcək. Bir zamanlar ağacın qırılmasına görə milyonlarla insan küçələrə çıxırdı, amma indi hər şey unudulub. Dağlıq Qarabağın açarı islahatlardan keçir. Azərbaycanda siyasi, iqtisadi islahatlar nə qədər ki, keçirilməyib daha pis vəziyyət yaranacaq. Hələ qorxuram ki, ermənilər gəlib bizi Bakıda öldürsünlər”(pia.az)

11 Yanvar 2017 5:20

İstehsal gücü 100 milyon olan zavod 20 milyon butulka şərab istehsal edir-Prezident zavodlar yoxlanılsın dedi

176265_res_01

Azərbaycan prezidenti İlham Əliyev ötən gün Nazirlər Kabinetini iclasındakı yekun nitqində şərabçılıq sahəsindəki vəziyyətə və ölkədən şərab idxalının çox cüzi səviyyədə olmasına da toxunub. Prezident Azərbaycanda il ərzində cəmi 20 milyon butulka şərab istehsal oldunduğunu deyib. “İxrac isə çox azdır”-İlham Əliyev vurğulayıb. “Bizim sahibkarlar şərab ixracından cəmi 2-3 milyon dollar pul əldə edirlər. Ona görə, Azərbaycan şərabını dünya bazarlarına çıxarmaq üçün çox ciddi addımlar atılıb. Biz bir neçə beynəlxalq sərgidə iştirak etmişik, kontraktlar bağlanıbdır. Dost, tərəfdaş ölkələrlə biz birbaşa bu danışıqları aparırıq ki, onlar öz bazarlarında bizim şərabımız üçün kvota ayırsınlar, biz öz şərabımızı ixrac edə bilək. Sahibkarlar da burada daha da fəal olmalıdırlar, onların marağındadır”-prezident çıxışında deyib. İlham Əliyev əlavə edib ki, şərabçılıqla bağlı vəziyyət ciddi təhlil edilməlidir. Və bunu həm iqtisadi strukturlar, həm hüquq-mühafizə, həm vergi orqanları həyata keçirməlidir. Sitat: “Çünki burada çox qəribə bir mənzərə üzə çıxır. Bizim mövcud şərab zavodlarımızın illik istehsal gücü 100 milyon butulkadır. Bu zavodların böyük əksəriyyəti son illər ərzində tikilib, oraya böyük vəsait də qoyulub və müasir avadanlıq quraşdırılıb. Necə ola bilər ki, 100 milyon butulka istehsal gücü olan zavodlarda cəmi 20 milyon butulka şərab istehsal olunur. Ya bu pulu qoyan sahibkar pulunun qədrini bilmir, ya da ki, orada istehsal daha da böyükdür, o qeydiyyata düşmür. Necə deyərlər, orada qanunsuz istehsal baş verir. Ona görə, bu məsələ ciddi araşdırılmalıdır və qeyd etdiyim kimi, bütün müvafiq qurumlar mənə arayış hazırlasınlar və bu sahədə də qayda-qanun yaradılmalıdır.” Prezident qeyd edib ki, şərabçılıq böyük gəlir gətirə biləcək sahədir. Onun sözlərinə görə, Vaxtilə Ulu Öndərin dövründə, 1970-ci illərdə 2 milyon ton üzüm yığılırdı. Kəndlilər böyük vəsait əldə etmişdilər. “Əfsuslar olsun ki, sonra həm sovet rəhbərliyi, həm də ki, sovet rəhbərliyinin xoşuna gəlmək istəyən yerli rəhbərlər üzüm bağlarının bir hissəsini qırmışlar. Ancaq biz indi bərpa edirik. Bərpa edərkən biz gərək bütün zənciri nəzərə alaq, yoxsa üzüm bağlarını salacağıq, sonra hara satacağıq, harada emal olunacaq, harada satılacaq? Bax, bu vahid kompleks tədbirlər görülməlidir və burada aydınlıq olmalıdır”-İlham Əliyev şərabçılıq barədə fikirlərini belə yekunlaşdırıb.

11 Yanvar 2017 12:24

“Azəriqaz”ın qərarı etiraz doğurdu

qaz-2

Yanvarın 1-dən etibarən istifadə etdikləri qaza görə borcunu ödəmək istəyən, köhnə sayğaclarını yeni smart tipli sayğaclarla əvəz etmək istəyən sakinlər “sürprizlə” qarşılaşıblar. Belə ki, borclarını ödəmək üçün “Azəriqaz” İstehsalat Birliyinin Babək prospektində yerləşən «Azqazservis»-ə yollanan sakinlərdən bir neçə ay və ya il bundan əvvəl istifadə etdikləri qaza görə ödəməni yeni tariflə (istifada olunan qazın 1700 kubmetri 10 qəpikdan qalanı isə 20 qəpik olmaqla) ödəmək tələb olunub. Məsələ ilə bağlı Aznews.az-a açıqlama verən “Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbəlayev bu məsələdə heç bir qanun pozuntusunun olmadığını bəyan edib: “Söhbət ondan gedir ki, nə vaxt istifadə olunmasından asılı olmayaraq istehlakçının ödəmə etdiyi tarixdən satış həyata keçirilir. Yəni, istehlakçı istifadə etdiyi qaza görə borcunu dekabr ayında ödəsəydi köhnə tariflə hesablanacaqdı. Ödəməni gecikdirib yanvar ayında etdikləri üçün yeni tariflə ödəməyə məcburdurlar”. Hüquq müdafiəçisi Adəm Məmmədov belə bir faktla “Azəriqaz”-ın abunəçinin hüquqlarını kobud şəkildə pozuduğunu qeyd edib: “Azərbaycan qanunvericiliyində belə bir bənd yoxdur. Borc yığılan illərdə hansı qanunvericilik qüvvədə olubsa, abunəçi də həmin qanunun tələbinə uyğun ödəmə aparmalıdır. Belə halla rastlaşan vətəndaşlar mütləq məhkəməyə müraciət etməlidirlər.”

10 Yanvar 2017 2:00

Fuad Qəhrəmanlı və Taleh Bağırova bəraət istənildi

fuad1483973664

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Nardaran hadisələrinə görə həbs edilən “Müsəlman Birliyi” adlı təşkilatın sədri Taleh Bağırov, Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Fuad Qəhrəmanlı və başqa 16 nəfərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.   Modern.az-ın məlumatına görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən F.Qəhrəmanlının vəkili Nemət Kərimli, Ş.Abduləliyevin vəkili Zibeydə Sadıqova və T.Bağırovun vəkili Yalçın İmanov müdafiə çıxışı ediblər. Vəkillər hüquqlarını müdafiə etdikləri şəxslərin barəsində irəli sürülmüş ittihamın əsasasız olduğunu deyiblər. Vəkillər bildiriblər ki, həmin ittihamlar sübuta yetirlməyib və təqsirləndirilən şəxslərin əməllərində cinayət təqibi yoxdur. Onlar müdafiə etdikləri şəxslərin barəsində bəraət hökmünün çıxarılmasını istəyiblər.   Məhkəmənin növbəti iclası yanvarın 11-nə təyin edilib. Xatırladaq ki, ötən məhkəmə iclasında dövlət ittihamçısı çıxışında T.Bağırovun ömürlük, F.Qəhrəmanlının 11 il, A.Hüseynovun 20 il, C.Cabbarovun 19 il, R.Cəbrayılovun 17 il, R.Yarıyevin 10 il, Ş.Abduləliyevin, Z.Mustafayevin, C.Babakişizadənin, A.Quliyevin, İ.Xudaverdiyevin, E.İsmayılovun, B.Quliyevin, Ə.Nuriyevin, Ə.Vəliyevin, F.Balayevin, A.Tağıyevin hər birinin 15 il müddətinə azadlıqdan məhrum edilmələrini istəyib.

9 Yanvar 2017 7:25

Fakt

Bizi izləyin