Azərbaycanda uşaq “yumurta”dan zəhərləndi – FOTO

Azərbaycanda "Kinder Joy" şokoladlı yumurtası yeyən uşaq zəhələnib. Bu haqda Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov məlumat verib. O qeyd edib ki, Babayev Xəyyam Əmrulla oğlu məsələ ilə bağlı Birliyə müraciət şikayət göndərib: “Bu şikayət 3 gündür bizə daxil olub. Heç bir dövlət orqanı bu təhlükəli malı yığışdırmağa maraq göstərmir. Bu malı idxal edən "Hengen" şirkətinə də məlumat verdim, heç bir əməli iş görmür. Bu fakt bir daha sübut edir ki, ölkə Prezidentinin "Qida Təhlükəsizliyi Agentliyi"nin yaradılmasına dair fərman vaxtında verilmiş və zəruri bir sənəddir”. E.Hüseynov deyib ki, şikayətçi 11 fevral 2017-ci ildə Xətai metrosu yaxınlığında yerləşən “Metro market” dükanından uşaq üçün “Kinder joy” şokoladlı yumurta alıb: “Evə gətirdikdən sonra yumurtanın üzərində yararlılıq və buraxılma tarixinin qırmızı skoçla örtüldüyünü görüb. Skoçu açdıqda altdan 04.03.16 və 15.09.16 tarixini görüb. Yəni malın yararlılıq tarixi artıq 16-cı ildə bitmişdi. Alıcı kassa çeki olması üçün 12.02.17 tarixdə müxtəlif vaxtlarda həmin dükana gedib yenə eyni maldan alıb. Həmin mallarda vəziyyət eyni olub və kassa çekinin üzərində VÖEN olmayıb (kassa çekinin surəti ərizəyə əlavə olunur).   X.Babayev öz ərizəsində övladının zəhərləndiyini deyib: “Düşünürəm ki, bu kimi vaxtı keçmiş maldan uşaqlar zəhərlənə bilər, necə ki, mənim uşağım zəhərləndi və çətinliklə onu xilas etdik. Çünki uşaq “kinder”in birini yemişdi. Xahiş edirəm bu təhlükəli malların əmtəə bazarından yığışdırılması üçün fəal iş aparasınız, dövlət orqanlarına və KİV -ə bu barədə məlumat verəsiniz ki, insanlar zəhərlənməsinlər”.  

15 Fevral 2017 3:39

Böyükşor gölünün təmizlənməsi Fransa şirkətinə həvalə olunub (FOTO)

Bakıya səfəri çərçivəsində Fransanın Baş naziri yanında dövlət islahatları və asanlaşdırma məsələləri üzrə dövlət katibi, hökumətin üzvü və Ekologist Partiyasının sədri Jean-Vincent Plasenin başçılıq etdiyi nümayəndə heyəti ilə “Təmiz Şəhər” ASC-də görüş keçirilib. ASC-dən Trend-ə verilən məlumata görə, İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov Fransa-Azərbaycan əməkdaşlığının inkişaf etdiyini vurğulayıb, Fransa şirkətlərinin ölkəmizdə müxtəlif sahələrdə, eləcə də ətraf mühit layihələrində uğurla iştirak etdiyini diqqətə çatdırıb. Bildirilib ki, Bakı Bərk Məişət Tullantılarının Yandırılması Zavodunun yaradılmasında Fransanın CNİM şirkəti ilə uğurlu əməkdaşlıq həyata keçirilib və bu müəssisə 4-cü nəsil texnologiyaya əsaslanır. Fransanın dövlət katibi Jean-Vincent Fransa ilə Azərbaycan şirkətləri arasındakı əlaqələrdən məmnunluğunu ifadə edərək, əməkdaşlığın daha da genişləndirilməsi üçün potensialın olduğunu bildirib. "Təmiz Şəhər" ASC-nin İdarə heyətinin sədri Etibar Abbasov Azərbaycanda tullantıların idarə olunması sahəsində cəmiyyətin fəaliyyəti, o cümlədən Abşeron yarımadasının ən böyük gölü olan Böyükşor gölünün sağlamlaşdırılması sahəsində görülən işlər haqqında ətraflı məlumat verib. Bildirilib ki, gölün bərpası layihəsinin 1-ci mərhələsində 300 hektar ərazi təmizlənib, neftlə çirklənmiş dib çökünütəri çıxarılıb, gölün kənarında 15 hektara yaxın ərazidə Böyükşor Parkı və Bulvarı salınaraq Bakı sakinlərinin istifadəsinə verilib. Fransanın Azərbaycandakı səfiri xanım Orelia Buşez Azərbaycanda xarici investorlar, o cümlədən Fransa şirkətləri ilə əməkdaşlıq üçün yaradılmış əlverişli şəraiti vurğulayaraq, “Təmiz Şəhər” ASC tərəfindən həyata keçirilən layihələrdə Fransa şirkətlərinin iştirak etdiyini və bu layihələrin böyük əhəmiyyət kəsb etdiyini bildirib. Görüşdə iştirak edən “Suez Azərbaycan” şirkətinin rəhbəri Alan Karbonel Böyükşor gölünün 130 hektardan artıq hissəsində şimal sahilinin təmizlənməsinin texniki-iqtisadi əsaslandırılmasının bu şirkətə həvalə olunduğunu və layihənin həyata keçirilməsində iştirakdan məmnunluğunu ifadə edib. (daha&helliip;)

13 Fevral 2017 2:42

Fakt

Bizi izləyin