Mübariz Qurbanlı: “Azərbaycan xalqı bölünmüş xalqdır”

"Portuqaliyadan Vyetnama qədər 16 ölkədən olan gənclər Multikulturalizm Qış Məktəbinin müdavimidir. Bu, Multikulturalizm Qış Məktəbinin əhəmiyyətinin göstəricisidir. APA-nın məlumatına görə, bunu bu gün Beynəlxalq Multikulturalizm Qış Məktəbinin 16 ölkədən olan müdavimləri ilə görüşdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib. M. Qurbanlı deyib ki, hər hansı ölkəyə getməzdən öncə internetdə öllkə haqqında məlumatlar axtarılır: "Ölkələr haqqında internet resurslarında yanlış məlumatlar da olur Siz Azərbaycanın bölgələrində, Bakıda olmusunuz. Artıq internetdə hansı yanlış məlumatların olduğunu görürsünüz. Bizim ölkəmiz haqqında yanlış məlumatların yayılmasında maraqlı olan qüvvələr var". Komitə sədri qeyd edib ki, torpaqlarımızın 20 faizini Ermənistan işğal edib: "Erməni lobbisi internetdə yanlış məlumatlar yaymaqla təcavüzü ört-basdır etmək istəyir. Ona görə də xarici ölkələrdən sizin kimi gənclər qruplarının ölkəmizə gəlməsi çox əhəmiyyətlidir. İnsan bir ölkə barədə məlumatı internetdən, mətbuatdan alırsa, bu, tam məlumat sayıla bilməz. Əsas informasiya mənbəyi insanın öz gözü ilə gördükləridir". M. Qurbanlı nəzərə çatdırıb ki, dünyada azərbaycanlıların sayı 50 milyondan çoxdur: "Azərbaycanlıların 10 milyon nəfəri şimalda yaşayır. Azərbaycan xalqı bölünmüş xalqdır. 19-cu əsrdə çar Rusiyası və İran arasında imzalanmış müqavilə ilə Azərbaycan iki yerə bölünüb. İran əhalisinin yarısı azərbaycanlıdır. İranın dövlət orqanlarında, parlamentdə azərbaycanlılar təmsil olunur. Bu ölkənin ali dini lideri də milliyətcə azərbaycanlıdır. Azərbaycan dedikdə təkcə şimalı yox, bütün Azərbaycanı nəzərdə tuturuq. Azərbaycan dili türkdilli xalqlar qrupuna aiddir, biz Türkiyədə, İranda, İraqda türkdilli xalqlarla rahat ünsiyyət qura bilirik". Onin sözlərinə görə, Azərbaycan əhalisinin 96 faizi islam dininə sitayiş edir: "Konstitusiyaya görə Azərbaycan dünyəvi dövlətdir. Azərbaycanda islam dini ilə bərabər xristian, yəhudi və digər dinlərin konfessiyaları fəaliyyət göstərir. Ən qədim dinlərdən olan zərdüştlüyün məbədlərindən biri Azərbaycan ərazisindədir. SSRİ ateist dövlət olduğu üçün Azərbaycanda din təzyiq altında olub, çoxlu sayda məscid, kilsə, sinaqoq dağıdılıb. Yalnız müstəqillikdən sonra dini azadlıq təmin edilib. Bu gün ölkədə 2000 mindən çox məscid var, kilsələr, sinaqoqlar fəaliyyət göstərir. Məscidlər Qafqaz Müsəlmanları İdarəsi tərəfindən idarə olunur, Dövlət Komitəsi ilə dövlət-din münasibətlərini tənzimləyir".

18 Fevral 2017 2:13

Biz ilk olaraq Türkiyəni təchiz edirik – İlham Əliyev

Türkiyə və Azərbaycanın dostluğu nəinki regional, hətta qlobal əhəmiyyətə malik olan amildir. Çünki Azərbaycanın enerji resursları birinci olaraq Türkiyəni əlavə enerji ilə təchiz edir, eyni zamanda, bu enerji resursları Türkiyə vasitəsilə beynəlxalq bazarlara çatdırılır. Bu sözləri Prezident İlham Əliyev “Əl-Cəzirə” televiziyasına müsahibəsində deyib. "Biz enerji və nəqliyyat layihələrimizi Türkiyə ilə sıx əməkdaşlıq şəraitində həyata keçiririk. Türkiyə bizim üçün qardaş ölkədir. Bizim çox sıx münasibətlərimiz var. Türkiyə və Azərbaycan, o cümlədən bizim dostluğumuz, nəinki regional, hətta qlobal əhəmiyyətə malik olan amildir. Çünki Azərbaycanın enerji resursları birinci olaraq Türkiyəni əlavə enerji ilə təchiz edir, eyni zamanda, bu enerji resursları Türkiyə vasitəsilə beynəlxalq bazarlara çatdırılır. Bizim əsas neft boru kəmərimiz Ceyhanda, Aralıq dənizinin sahilində bitir. Eyni zamanda, TANAP–Trans-Anadolu kəməri. Bu ad artıq özlüyündə kəmərin mahiyyətindən xəbər verir. Buna görə də nəqliyyat və enerji sahəsində Türkiyə-Azərbaycan tərəfdaşlığı bu nəhəng layihələrin icrası üçün çox önəmlidir və ölkələrimiz arasında yüksək səviyyəli siyasi əlaqələr və xalqlarımız arasındakı qardaşlıq münasibətləri bu layihənin uğurlu icrası üçün əsas amildir", - İlham Əliyev vurğulayıb. Faktinfo.az

18 Fevral 2017 12:23

“Ukrayna Azərbaycanın etibarlı tərəfdaşıdır” –İlham Əliyev

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Münxendə Kiyev şəhərinin meri, Ukrayna İslahatlar naminə Demokratik Alyansının sədri Vitali Kliçko ilə görüşü olub. Faktinfo.az Azərtac-a istinadən xəbər verir ki, Vitali Kliçko ölkələrimiz arasında qədim tarixə malik dostluq münasibətlərinin olduğunu dedi. Ukraynada çoxlu sayda Azərbaycan diasporunun nümayəndələrinin yaşadığını deyən Kiyevin meri mütəmadi olaraq onlarla görüşlərin keçirildiyini diqqətə çatdırıb. Ölkələrimiz arasında münasibətlərin inkişaf etdiyini, qarşılıqlı biznes maraqlarının olduğunu deyən Vitali Kliçko SOCAR-ın Ukraynada uğurlu fəaliyyətini vurğuladı, şirkətin və Azərbaycan diasporunun nümayəndələrinin Ukraynanın inkişafına mühüm töhfə verdiyini bildirdi. Mer Kiyevdə ulu öndər Heydər Əliyevin adını daşıyan parkın şəhərin ən nümunəvi məkanlarından birinə çevrildiyini deyib. Prezident İlham Əliyev Kiyevin dünyanın ən gözəl şəhərlərindən biri olduğunu, onun tarixi hissəsinin qorunmasının və şəhərin inkişafının böyük diqqət tələb etdiyini vurğulayıb, Bakı və Kiyev meriyaları arasında münasibətlərin möhkəmləndirilməsinin və qarşılıqlı səfərlərin təşkilinin əhəmiyyətindən danışıb. Azərbaycan diasporunun Ukraynanın inkişafına töhfə verdiyini bildirən dövlət başçısı ölkələrimiz arasındakı dostluq münasibətlərinin möhkəmləndiyini, Ukraynanın Azərbaycanın etibarlı tərəfdaşı olduğunu qeyd edib.

17 Fevral 2017 1:21

Fakt

Bizi izləyin