Qarabağdan qayıdan erməni politoloq: “Azərbaycan qoşunları cəmləşir…

vv

Ötən gün Azərbaycanın işğal altındakı ərazilərindən İrəvana qayıdan erməni politoloq Tiqran Abramyan təmas xəttində apardığı müşahidələr haqda danışıb. virtualaz.org xəbər verir ki, Tiqran Abramyan "Aykakan Jamanax" qəzetinə açıqlamasında danışıqların dayandığı bir vaxtda təmas xəttində müşahidə edilənlər yeni müharibə hazırlığından xəbər verdiyini bildirib. Onun sözlərinə görə, Azərbaycan ordusu təmas xəttində fəallıq nümayiş etdirir və bu fəallıq təkcə mühəndis-istehkam işlərində və snayperlərin fəaliyyətində özünü göstərmir. “Təmas xəttinin müxtəlif istiqamətlərində qarşı tərəfin qoşunları intensiv yerdəyişməsi və cəmləşdirilməsi müşahidə olunur, kiçik miqyaslarda təlimlər keçirilir. Bütün bunlar özü gərginlik yaradır. Danışıqlar olmayanda avtomatik olaraq hərbi əməliyyatların bərpası ehtimalı artır. İstənilən halda Azərbaycan bu istiqamətdə intensiv hazırlıq işləri aparır”-Abramyan deyib. Xəbər verildiyi kimi bundan əvvəl prezident Serj Sərkisyan da Qarabağa üç günlük səfərinin nəticələri olaraq İrəvanda “erməni ordusun, xalqını, Dağlıq Qarabağın çətin dövrə hazır olmağa” çağırmışdı. Sərkisyanın bildirdiyinə görə, danışıqlar dayanıb və hazırda təmas xəttində “adi vəziyyət” hökm sürür, ancaq ordu, əhali çətin dövrdə hazır olmalıdır. Xatırladaq ki, danışıqları dayandıran tərəf Ermənistandır. Ermənistan tərəfi həm prezidentlər, həm xarici işlər nazirləri səviyyəsində danışıqlardan imtina edib.Bunu Azərbaycan tərəfinin hansısa absurd razılaşmaları yerinə yetirməkdən imtina etməsi ilə əsaslandırmağa çalışıb. Əgər Ermənistan danışıqlardan imtinanı seçirsə deməli doğrudan da Sərkisyanın dediyi kimi çətin dövrə hazır olmalıdır, çünki danışıqların alternativi gec-tez müharibədir...

13 Dekabr 2016 6:12

“Dayanmaq yoxdur, yola davam” deyirik” –Mövlud Çavuşoğlu

movlud

  "Moskva-Ankara əlaqələrində dialoq getdikcə genişlənir. Əlaqələrdəki çətin dövr artıq geridə qalıb". Faktinfo.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu "Sputnik"ə müsahibəsində bildirib. O, Türkiyə-Rusiya əlaqələrində olduqca mühüm yer tutan iqtisadi faktorlardan danışıb: "Ruslardan gözlədiklərimiz məlumdur. Vizasız rejimə yenidən qayıdaq, məhdudlaşdırıcı qaydalar ləğv edilsin. Hörmətli baş nazirimiz Moskva səfərində bu barədə açıq danışdı. Rusiya tərəfində müəyyən hərəkətlilik var. İnanıram ki, yaxın vaxtlarda konkret nəticəni görə biləcəyik. Hökumət başçımızın rusiyalı həmkarı Dmitri Medvedyevlə görüşündə təbii enerji məsələləri də müzakirə olunub. Xüsusilə "Türk axını" layihəsi və "Akkuyu" nüvə stansiyası ilə bağlı ətraflı danışıqlar aparılıb. Top artıq rusların tərəfindədir, çünki biz hər şeyə hazırıq. Türkiyə və Rusiya doğru yolda irəliləyir. Böyük hədəflərimiz var. Bu hədəflərə çatmaq üçün imkanlara da, iradəyə də sahibik. "Dayanmaq yoxdur, yola davam" deyirik. Təəssüf ki, bir ilimizi əbəs yerə itirdik. Qarşımızda görüləcək çox iş var. Hörmətli baş nazirimizin səfəri bu mənada çox məhsuldar keçdi, yeni bir səhifə açmaq prosesinin əhəmiyyətli bir mərhələsini təşkil etdi. Cənab prezident (Rəcəb Tayyib) Ərdoğanın gələn ilin əvvəlində reallaşdıracağı səfərlə yeni və uğurlu dövrə rəsmən girmiş olacağıq. Sizin vasitənizlə Rusiyanın dörd tərəfindəki qardaşlarımıza, bütün rus dostlarımıza ən səmimi salamlarımı çatdırır, hamısının yeni ilini indidən təbrik edirəm."

13 Dekabr 2016 10:37

Sərkisyan:“Qarabağa dair heç bir danışıq aparılmır, ordu çətin dövrə hazır olmalıdır”

sark

  “Dağlıq Qarabağ münaqişəsinə dair heç bir danışıqlar aparılmır, ordu, əhali çətin dövrə hazır olmalıdır”. Bu barədə ötən həftə üç gün ərzində Azərbaycanın işğal altındakı ərazilərinə baş çəkib İrəvana geri qayıdan Ermənistan prezidenti Serj Sərkisyan bəyan edib. “Azadlıq” radiosunun erməni xidmətinin məlumatına əsasən İrəvanda mədəniyyət xadimləri qarşısında çıxış edən Sərkisyan bildirib ki, Dağlıq Qarabağa dair nəinki heç bir danışıqlar aparılmır, üstəlik bu məsələ ilə bağlı sonuncu dəfə avqustun 10-da ciddi söhbət olub. “Bundan sonra problemə dair heç bir ciddi müzakirələr aparılmayıb”-Sərkisyan bildirib. Ermənistan prezidentinin dediyinə görə, hazırda təmas xəttində xüsusi gərgin vəziyyət yoxdur. “Adi vəziyyətdir, belə demək olarsa bir il əvvəlkindən xeyli sakitdir”-Sərkisyan deyib. İrəvan Kukla Teatrının direktoru Ruben Babayan Sərkisyana Qarabağa niyə məhz bu günlərdə getdiyini sual edib. Sərkisyan bildirib ki, bu səfər onun üçün öhdəlikdir. “Bu, daxili öhdəlikdir. Çünki indi elə dövrdür ki, ordu, əhali, Dağlıq Qarabağın sakinləri artıq çətin dövrə hazır olmalıdır. Ordunun çoxlu tələbatı var və bu tələbatı dəyərləndirmək lazımdır. Çünki bizim imkanlarımız hüdudsuz deyil ki, bütün problemləri, bütün məsələlər həll edək. Ona görə də tələbatı qiymətləndirmək, hansı problemin ilk növbədə həll olunmalı olduğunu müəyyənləşdirmək və onları həll etmək lazımdır. Zamanın seçilməsi bununla bağlıdır”-Sərkisyan bildirib.

12 Dekabr 2016 6:08

Azərbaycan XİN – dən həmsədrlərin bəyanatına – Münasibət

xin-2

  “ATƏT-in Minsk qrupu həmsədrlərinin bəyanatında bir daha mövcud vəziyyətin qəbuledilməz və təhlükəli olması və hər zaman gərginləşə biləcəyi öz əksini tapıb”. Bu sözləri ATƏT-in Minsk qrupu həmsədrlərinin bəyanatını şərh edən Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib. H. Hacıyev bildirib ki, bəyanatda münaqişənin mərhələli yolla həlli üçün atılmalı olan addımlar sadalanır və burada ilk addım Azərbaycanın Dağlıq Qarabağ regionu ətrafında olan ərazilərin işğaldan azad edilməsi, məcburi köçkünlərin geri qayıtmasının təmin olunmasıdır: “Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərində qanunsuz mövcudluğu münaqişə zonasında gərginliyin əsas səbəbi və münaqişənin siyasi həllinə başlıca maneə olaraq qalır. Aprel ayında qoşunların təmas xətti boyunca mülki Azərbaycan əhalisinin, şəxsi və dövlət mülkiyyət obyektlərinin Ermənistan silahlı qüvvələri tərəfindən ağır silahlardan hədəfə alınması və nəticə etibarilə, Ermənistanın təhriki və təxribatı ilə başlayan gərginlik bir daha mövcud status-kvonun qəbuledilməz olduğunu sübut etdi. Bütün beynəlxalq ictimaiyyət, o cümlədən ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində status-kvonun qəbuledilməz və qeyri-davamlı olduğunu dəfələrlə bəyan ediblər. Status-kvonun dəyişdirilməsi üçün ilk addım Ermənistan qoşunlarının işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmasıdır. Azərbaycan Vyana və xüsusilə Sankt-Peterburqdakı yüksək səviyyəli substantiv müzakirələri doğru istiqamətdə atılmış müsbət addımlar kimi qiymətləndirir. Həmsədrlərin bəyanatında qeyd olunduğu kimi, Azərbaycan tərəfi hal-hazırda gündəlikdə olan işçi təkliflər əsasında substantiv danışıqlar vasitəsilə münaqişənin həllinin və regionda davamlı sülhün bərqərar olmasının tərəfdarıdır. Amma Ermənistan tərəfi substantiv danışıqlardan yayınmaq üçün şərtlər və bəhanələr irəli sürür, görüşlərdən yayınır, Vyana və Sankt-Peterburq razılaşmalarına zərbə vurur, cəbhədə gərginlik yaradır və açıq şəkildə sülh prosesini pozmaq siyasəti yürüdür. Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində hərbi quruculuğunu möhkəmləndirmək, bu ərazilərin demoqrafik, mədəni və fiziki xarakterini qanunsuz olaraq dəyişmək cəhdlərini davam etdirməsi Ermənistan tərəfinin əsl niyyətini ortaya qoyur. ATƏT-in Minsk qrupunun həmsədrləri də Ermənistanın bu kimi addımlarına adekvat münasibət bildirməli, Ermənistanın danışıqlar prosesində konstruktiv və xoş niyyətlə iştirakını təmin etmək üçün zəruri addımlar atmalıdırlar”. (APA)

9 Dekabr 2016 5:56

Ermənilər bütün müsəlman abidələrini dağıdıblar – Əli Həsənov

sam

Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında “Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və təcavüzkarlıq siyasətinin mərhələləri haqqında beynəlxalq ictimaiyyətin məlumatlandırılması” mövzusunda beynəlxalq konfrans keçirilir. Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov konfransda iştirak edir. ABŞ-ın aparıcı ali məktəblərinin 45 tələbə və doktorantının, Amerika-İsrail akademik təşkilatının – KIVUNIM-ın nümayəndələrinin iştirakı ilə keçirilən konfransı Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və “Qarabağ Araşdırmalar Mərkəzi” İctimai Birliyi təşkil ediblər. Konfransı açan Dövlət İdarəçilik Akademiyasının dosenti, “Qarabağ Araşdırmalar Mərkəzi” İctimai Birliyinin sədri Elçin Əhmədov tədbirin önəmi, rəhbərlik etdiyi Mərkəzin fəaliyyət istiqamətləri barədə məlumat verib. Sonra Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov çıxış edərək akademiyanın fəaliyyəti, həmçinin ölkəmizin ötən illərdə müxtəlif sahələrdə əldə etdiyi uğurlardan bəhs edib. Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov konfransda çıxış edərək ölkəmiz haqqında məlumat verib. Əli Həsənov Azərbaycanın siyasi, iqtisadi, humanitar göstəricilərə görə regionun lider dövləti olduğunu söyləyib. Azərbaycandakı multikultural və tolerant mühit barədə danışan Prezidentin köməkçisi ölkəmizdə müsəlmanlarla yanaşı, digər dinlərin və millətlərin nümayəndələrinin mehriban şəkildə yaşadığını, onların öz ibadətlərini sərbəst şəkildə yerinə yetirmələri üçün hər cür şərait yaradıldığını deyib. Əli Həsənov vurğulayıb ki, bu gün Azərbaycan multikulturalizmi bütün dünyada nümunə göstərilir. Azərbaycanda digər dinlərə ibadət edənlərə hörmətlə yanaşılır. Bu da Azərbaycan cəmiyyətindəki multikultural ənənələrə söykənir. Əli Həsənov Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətindən, işğal olunmuş ərazilərimizdə törətdiyi vəhşiliklərdən söhbət açıb. Qeyd edib ki, ermənilər Azərbaycanın işğal olunmuş ərazilərində bütün müsəlman abidələrini, mədəni, sosial obyektləri dağıdıblar.

7 Dekabr 2016 7:50

Siyavuş Novruzov deputat həmkarlarını ittiham etdi:“Bəziləri tənqidə keçiblər”

r

“Aztəminatlı ailələr nəzərə alınmalı və onlara ayrılan vəsait azaldılmamalıdır. Bura şəhid ailələri, müharibə veteranları da daxildir. Büdcədə sosial sahəyə ayrılan vəsaitin dəyişməməsi çox yaxşı haldır. Sosial sahə ilə bağlı gedən proseslər davamlı şəkildə həyata keçirilir”. APA-nın məlumatına görə, bunu Milli Məclisinin bu gün keçirilən növbəti plenar iclasında 2017-ci il üzrə büdcə zərfinin müzakirəsi zamanı millət vəkili Siyavuş Novruzov deyib.Onun sözlərinə görə, 2017-ci ilin büdcəsi hazırlanarkən bütün imkanlar nəzərə alınıb: “Büdcə layihəsi qanunvericiliyin tələblərinə uyğun olaraq təqdim olunub”. 2016-cı ildə Milli Məclisin qəbul etdiyi qanun və dəyişikliklərin iqtisadiyyatın inkişafına, vergi, maliyyə- kredit sisteminin formalaşmasına və sosial sahələrə həsr olunduğunu deyən S.Novruzov bildirib ki, bu müddət ərzində qəbul olunan qanunlar nəticəsində Azərbaycan iqtisadiyyatı daha da inkişaf edəcək. Bununla belə millət vəkili vurğulayıb ki, digər sahələrdə islahatlar aparılmalıdır: “İlk növbədə kiçik və orta sahibkarlığa yaşıl işıq yandırılmalı, bəzi hallarda kiçik sahibkarlar vergidən azad edilməli, orta sahibkarlıq üçün isə vergi dərəcələri aşağı salınmalıdır. Bu, növbəti il üçün yeni gəlirlərin əldə olunmasına imkan yarada bilər”. S.Novruzov əlavə edib ki, Azərbaycan neft strategiyasından ən uğurlu istifadə edən ölkələrdən biri olub: “Neftin qiyməti baha olan zaman bir qrup insan hesab edirdi ki, neft gələcək nəsillərə, bir qismi isə düşünürdü ki, Dövlət Neft Fonduna yığılmalıdır. Lakin Azərbaycan dövləti ölkə başçısının rəhbərliyi ilə neft strategiyasını düzgün həyata keçirərək, sosial sahəyə diqqət ayırdı, nəticə etibarı ilə ölkədə 3 mindən artıq məktəb, 600 xəstəxana və diaqnostika mərkəzi, 100-ə yaxın idman obyekti tikildi, yollar, körpülər salındı. Burada oturan insanlar həmişə bunu uğurlu siyasət kimi tərif edirdilər, lakin indi görürəm ki, bəziləri tənqidə keçiblər. Məsələn, həmkarlarımızdan biri 7 il öncə olan məsələni araşdıraraq idman obyektləri və tədbirləri ilə bağlı fikirlər səsləndirməyə başlayıb. İdman Azərbaycanın təbliğidir. Olimpiadada Azərbaycan bayrağının qaldırılması ölkəmizin maraqlarını təmsil edir. Bu təmsilçiliyə də maliyyə ayrılmalıdır. Maliyyə ayrılmadıqda hansı işləri görülə bilər? Tacikistanda cəmi 1 nəfər medal aldı, az qaldılar ona milli qəhrəman adı versinlər. Lakin Azərbaycanda kifayət qədər idmançı ölkəmizi təbliğ edir. Bu baxımdan ölkəmizdə keçirilən I Avropa Oyunları, Formula-1, İslam Həmrəylik Oyunlarına diqqət ayırmalıyıq”. S.Novruzov diplomatik korpusların bağlanması məsələsinə də toxunub. O bu məsələyə xüsusi diqqət yetirilməsinin vacibliyini qeyd edib: “Bu yaxınlarda biz Özbəkistanda səfərdə olduq. Özbəkistan Azərbaycanın strateji tərəfdaşıdır və az sayda ölkələrdəndir ki, Ermənistanda səfirlik açmayıb. Lakin Özbəkistanda hərbi attaşe vəzifəsi ixtisara salınıb. Biz indi deməliyik ki, vəsaitimiz çatmadığına görə bu vəzifəni ixtisara salmışıq? Bunu Müdafiə Nazirliyi ölçüb-biçməli, ixtisara diqqət etməlidir. O cümlədən, Xarici İşlər Nazirliyi də bu sahəyə diqqət ayırmalıdır”. Millət vəkili dövlət strukturlarında islahatının aparılmasını da təklif edib: “Artıq strukturlar ləğv olunmalı, onlara yönələn vəsait digər sahələrə xərclənməlidir. Bundan əlavə, oxşar strukturlar birləşdirilməlidir. Biz az vəsaitlə daha çox iş görməliyik”.

7 Dekabr 2016 4:24

Qaçqın və məcburi köçkünlərin kommunal xərcləri ilə bağlı yeni təklif –Deputatdan açıqlama

cingiz-qeni

“Qaçqın və məcburi köçkünlərin fərdi qaydada istifadə etdiyi kommunal xərclərə görə vəsait ünvanlı şəkildə onların özlərinə ayrılmalı, onlar da bu vəsaiti xidmət təşkilatlarına ödəməlidirlər". Bu təkliflə millət vəkili Çingiz Qənizadə çıxış edib(APA). Qeyd edək ki, 1990-cı illərdə qaçqın və məcburi köçkünlərə müvafiq güzəştlərin tətbiqinə başlanılıb, onlar kommunal xidmətlərdən azad edilib və aylıq yemək xərci ilə təmin olunublar. Sonrakı illərdə bu kateqoriyaya aid insanların problemlərinin kompleks şəkildə həlli, habelə müxtəlif güzəştlər vasitəsilə onların maliyyə yükünün azaldılması üçün zəruri tədbirlər davam etdirilib.Azərbaycan prezidentinin "Kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin müavinətlərlə əvəz olunmasının təmin edilməsi haqqında” 2001-ci il 26 dekabr tarixli fərmanına uyğun olaraq qaçqınlara və məcburi köçkünlərə istifadə etdikləri kommunal, nəqliyyat və digər xidmətlərin əvəzində müavinət ödənilməsi qərara alındı. Nazirlər Kabinetinin 2002-ci il 22 yanvar tarixli qərarı ilə təsdiq edilmiş “Məskunlaşmamış qaçqınlara və məcburi köçkünlərə güzəştlərin müavinətlə əvəz olunması ilə əlaqədar onların ödənilməsi Qaydası”na əsasən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən bu kateqoriyanın istifadə etdiyi kommunal, nəqliyyat və digər xidmətlərin, o cümlədən elektrik enerjisinin dəyəri mərkəzləşdirilmiş qaydada xidmət təşkilatlarına ödənilir.Nazirlər Kabinetinin Azərbaycan Respublikasında minimum istehlak səbətinin tərkibinin təsdiq edilməsi haqqında 2005-ci il 23 iyun tarixli qərarı ilə elektrik enerjisinin adambaşına müəyyən edilmiş istehlak norması 50k V/saat, 2002-ci il 22 yanvar tarixli qərarına əsasən isə məskunlaşmamış qaçqınların və məcburi köçkünlərin elektrik enerjisi norması adambaşına aylıq 150 kV/saat təsdiq edilib.

6 Dekabr 2016 11:22

Fakt

Bizi izləyin