Rayonlara qar yağacaq, yollar buz bağlayacaq – Xəbərdarlıq

Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Faktinfo.az-a verilən məlumata görə, fevralın 11-da Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə zəif duman. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0-2° şaxta, gündüz 3-5° isti, Bakıda gecə 1°-dək şaxta, gündüz 3-5° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 75-85 % təşkil edəcək. Azərbaycanın rayonlarında hava şəraiti arabir yağıntılı olacağı, qar yağacağı, duman olacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Gündüz ayrı-ayrı rayonlarda yağıntıda fasilə yaranacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 3-7° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacağı gözlənilir. Xəbərdarlıq Ölkə ərazisində qeyri-sabit hava şəraiti fevralın 14-ü gündüzədək davam edəcək. Arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Əsasən dağlıq və dağətəyi rayonlarda yolların buz bağlama ehtimalı var.

10 Fevral 2017 1:26

Yağış, sulu qar, qar yağacaq –Sabahın hava proqnozu açıqlandı

Sabah Bakıda və Abşeron yarımadasında gün ərzində bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.  Faktinfo.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən xəbər verir ki, gecəyə doğru sulu qara keçəcəyi ehtimalı var. Mülayim şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 1-3° isti, gündüz 5-8° isti, Bakıda gecə 1-3° isti, gündüz   5-7° isti olacağı gözlənilir. Atmosfer  təzyiqi normadan yüksək 769 mm civə sütunundan 773 mm civə sütununa yüksələcək.  Nisbi rütubət  gecə 85-95 %, gündüz 65-75 % təşkil edəcək. Azərbaycanın rayonlarında gözlənilən hava şəraiti səhər şimal rayonlarında, gündüz isə əksər rayonlarda arabir yağış, sulu qar, qar yağacağı gözlənilir.  Ayrı-ayrı yerlərdə duman. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 0-5° isti, gündüz 5-9° isti, dağlarda gecə 2-7° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacağı gözlənilir.  Fevralın 08-i gündüz şimal rayonlarından başlayaraq 11-dək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış, sulu qar, qar yağacağı gözlənilir. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 4-8° aşağı enəcək. Qərb küləyi ayrı-ayrı yerlərdə  arabir güclənəcək. Əsasən dağlıq və dağətəyi rayonlarda yolların buz bağlama ehtimalı var.

7 Fevral 2017 2:01

Dollar, avro və qızıl kəskin endi –Mərkəzi Bank + CƏDVƏL

Azərbaycan Mərkəzi Bankı bu günə olan xarici valyuta və qiymətli metalların məzənnələrini açıqlayıb. Strateq.az Mərkəzi Banka istinadən xəbər verir ki, dolların rəsmi kursu ötən günlə müqayisədə kəskin enib. Belə ki, dünən 1,9111 manata satılan dollar bu gün 1.8769 manata satılacaq. Bu gün avronun rəsmi məzənnəsi də xeyli düşüb. Belə ki, avro bu gün  2.0102 manata dəyişdiriləcək. Halbuki dünən bu məzənnə  2,0593 manat idi. Qızıl da bu gün avro və dollar kimi xeyli  ucuzlaşıb. Digər valyuta və qiymətli metalların qiyməti ilə isə aşağıdakı cədvəldən tanış ola bilərsiniz: 07.02.2017 tarixdən etibarən Valyuta Kod Kurs 1 ABŞ dolları USD 1.8769 1 Avro EUR 2.0102 1 Avstraliya dolları AUD 1.4396 1 Argentina pesosu ARS 0.119 1 Belarus rublu BYN 0.9814 1 Braziliya rialı BRL 0.6023 1 BƏƏ dirhəmi AED 0.511 1 Cənubi Afrika randı ZAR 0.1408 100 Cənubi Korea vonu KRW 0.1639 1 Çexiya kronu CZK 0.0744 100 Çili pesosu CLP 0.2929 1 Çin yuanı CNY 0.273 1 Danimarka kronu DKK 0.2703 1 Gürcü larisi GEL 0.7036 1 Honq Konq dolları HKD 0.2419 1 Hindistan rupisi INR 0.0279 1 İngilis funt sterlinqi GBP 2.3392 100 İndoneziya rupiası IDR 0.0141 100 İran rialı IRR 0.0048 1 İsveç kronu SEK 0.2121 1 İsveçrə frankı CHF 1.8878 1 İsrail şekeli ILS 0.5014 1 Kanada dolları CAD 1.4319 1 Küveyt dinarı KWD 6.1598 1 Qazaxıstan tengəsi KZT 0.0058 1 Qırğız somu KGS 0.0271 100 Livan funtu LBP 0.1244 1 Malayziya rinqqiti MYR 0.4231 1 Meksika pesosu MXN 0.0913 1 Moldova leyi MDL 0.0947 1 Misir funtu EGP 0.1017 1 Norveç kronu NOK 0.2268 100 Özbək somu UZS 0.057 1 Polşa zlotası PLN 0.4682 1 Rusiya rublu RUB 0.0319 1 Sinqapur dolları SGD 1.3269 1 Səudiyyə Ərəbistanı rialı SAR 0.5005 1 SDR (BVF-nun xüsusi borcalma hüquqları) SDR 2.5529 1 Türk lirəsi TRY 0.5071 1 Tayvan dolları TWD 0.0605 1 Tacik somonisi TJS 0.2375 1 Yeni türkmən manatı TMT 0.537 1 Ukrayna qrivnası UAH 0.0691 100 Yapon yeni JPY 1.6769 1 Yeni Zelandiya dolları NZD 1.3805 Qızıl XAU 2302.4871 Gümüş XAG 33.1273 Platin XPT 1899.4228 Palladium XPD 1441.4592

7 Fevral 2017 10:41

Nazirlə xidmət rəisi arasında ziddiyət yaşanır-İddia

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində rəhbər şəxslər arasında gərginlik yaranıb. Əsas gərginlik nazir Səlim Müslümovla nazirlik yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin rəisi İlqar Qurbanov arasında hökm sürür. Bildirilir ki, İ.Qurbanov nazirin demək olar ki, heç bir sözünü eşitmir, tapşırıqlarına əhəmiyyət vermir. Buna görə də S.Müslümov sözügedən sahəyə nəzarəti demək olar ki, itirmək üzrədir. Nazir vəziyyətdən çıxış yolu kimi həmin xidmətin əhatə dairəsini daraltmaqla İ.Qurbanovun səlahiyyətlərinin azaldılmasına çalışır. Bu barədə məlumatı Bakıpost.az yayıb. Müslümovun həmin sahəylə bağlı son vaxtlar bir sıra dəyişikliklər etməsinin də məhz sözügedən planla bağlı olduğu söylənilir. Daxil olan məlumatlarda xidmət rəisinin tabeliyində olduğu nazirə qarşı çıxa bilməsinin səbəbləri də açıqlanır. Bildirilir ki, nazirin söz keçirə bilmədiyi bu rəis "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri, millət vəkili Cavid Qurbanovun doğma qardaşıdır. 2015-ci ildən bu postu tutan İ.Qurbanov rəhbərlik etdiyi qurumu tam müstəqil şəkildə idarə etməyə çalışır. Bu isə onu tabeliyindəki bütün sahələrdə yenilik etməyə çalışan, buna görə də nazirliyin ən xırda işlərinə belə müdaxilə edən nazir üçün arzuolunmaz adama çevirib. Bildirilir ki, hazırda nazirlə tabeliyində olan xidmət rəisi arasında gərginlik o həddə çatıb ki, S.Müslümov öz işçisindən yuxarı instansiyalara dəfələrlə şikayət edib. Faktinfo.az

4 Fevral 2017 12:12

Bakıda köhnə və yeni mənzillər arasında qiymət fərqi dəfələrlə azalıb

Bakı şəhəri ərazisində 2013-2016-cı illər ərzində təkrar mənzil bazarında yeni və köhnə tikili mənzillərin arasındakı qiymət fərqi təxminən 5 dəfə azalaraq 3%-ə düşüb. Fins.az xəbər verir ki, bu, "Əmlak Bazarı İştirakçıları" İctimai Birliyinin monitorinq qrupunun apardığı araşdırmalar nəticəsində üzə çıxıb. Məlumata görə, yeni tikililər isə son 10 il ərzində tikilən binalardır: "Təkrar mənzil bazarı – köhnə və yeni tikilmiş mənzillərə bölünür. Köhnə tikili mənzillər – “stalinka”, “xruşovka”, “brejnevka” və s. layihələrdən ibarətdir, yeni tikililər isə son 10 il ərzində tikilən binalardır". Biriliyin məlumatında deyilir ki, ənənəvi köhnə tikili mənzillərin qiyməti yeni tikili mənzillərdən baha olub və arasındakı qiymət fərqi 15-20% təşkil edib. “Hazırda bu qiymət fərqi 3% təşkil edir: diaqramda göründüyü kimi, Bakı şəhəri üzrə 2013-cü ildən 2016-cı ilin sonuna kimi yeni və köhnə tikili mənzillər arasındakı olan qiymət fərqi ildən ilə azalır. Belə ki, 2013-cü ildə Bakı şəhəri üzrə köhnə tikili mənzillərin yeni tikili mənzillərdən 16% bahalı olduğunu müşahidə edirik, 2016-cı ildə isə bu göstərici 3% təşkil edib. Qiymət fərqinin enmə tendensiyası yeni tikili mənzillərin xeyrinə olduğu zaman, tələbatın qlobal dəyişməsinə səbəb ola bilər. Yəni, yeni, müasir və keyfiyyətli mənzillərə tələbat çoxalır, köhnə tikili mənzillərə isə tələbat tədricən azalır”, - deyə hesabatda qeyd olunub.

2 Fevral 2017 2:29

Azərbaycanda istehsal olunan benzinin də qiyməti qalxacaq – Ekspert

İlham Şaban: “Benzinin qiymətinin 2-ci dəfə artırılmasının əsas səbəbi məhz yanvar ayında manatın məznnəsinin həddən çox aşağı düşməsi ilə bağlıdır” “Əgər 1 həftə ərzində 1 dollar 2 manat olsa, Azərbaycana idxal olunan benzinin qiyməti yenə dəyişəcək”. Bu fikirləri enerji məsələləri üzrə eskpertİlham Şaban Azərbaycana idxal olunan benzinin qiymətinin yenidən artma səbəbin PİA.AZ-a şərh edərkən deyib. Xəbər verdiyimiz kimi Azərbaycana idxal olunan benzinin qiymətində artım baş verib. Artıq yanacaqdoldurma məntəqələrində "AI-95 Premium" və “Aİ-98 Super” markalı benzinin yeni qiymətləri tablolara vurulub. Belə ki, "AI-95 Premium" markalı benzinin yeni qiyməti 1,15 AZN və “Super Aİ-98” markalı benzinin isə 1,20 AZN müəyyənləşib. Qeyd edək ki, bu markalı benzinlər ölkəyə idxal olunur və qiyməti sərbəst tənzimlənir. Xatırladaq ki, qiymət artımı Azərbaycanda istehsal olunan “AI-92” markalı benzin və “L-62” markalı dizel yanacağına tətbiq olunmayıb. Bu məhsulların qiyməti Tarif Şurası tərəfindən tənzimlənir. Onu da qeyd edək ki, ölkəyə idxal olunan benzinin qiyməti bundan əvvəl bu ilin yanvarın 13-də artmışdı. Həmin vaxt “Aİ-95 Premium” markalı benzin 1,05 AZN, “Aİ-98 Super” markalı benzin isə 1,10 AZN idi. Bəs dünya bazarında neftin qiymətində elə artım müşahidə olunmadığı halda 20 gün əzində ölkədə benzinin qiymətininiki dəfə artırılması nəylə bağlıdır? Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı enerji məsələləri üzrə eskpert İlham Şabana müraciət edib. İlham Şaban: “ Manatın öz dəyərin itirməsi dollarla alının hər malın qiymətinin qalxaması ilə müşahidə olunacaq”. Enerji məsələləri üzrə eskpert qeyd edib ki, Azərbaycanda benzinin qiymətinin ikinci dəfə qalxması dünya bazarı ilə bağlı deyil. Benzinin qiyməti qalxması Azərbaycan manatının məzənnəsi ilə bağlıdır: “Azərbaycanda benzinin qiymətinin ikinci dəfə qalxması dünya bazarı ilə bağlı deyil. Benzinin qiyməti qalxması Azərbaycan manatının məzənnəsi ilə bağlıdır. Azərbaycan manatının məzənnəsi hazırda 1.92-dir. Ancaq bundan öncəki artımda Dövlət Neft Şirkəti manatın məzənnəsin 2016-cı ilin orta kursu ilə, yəni 1.60-la götürmüşdür. O artım məhz bu addımın kompensasiya edilməsi üçün idi. Benzinin qiymətinin 2-ci dəfə artırılmasının əsas səbəbi məhz yanvar ayında manatın məznnəsinin həddən çox aşağı düşməsi ilə bağlıdır. Yəni Dövlət Neft Şirkəti bu idxalı kompensasiya etmək fikrində deyil. İkinci bir tərəfdən də 2014-cü ilin 1 yanvar tarixindən Tarif Şurası artıq idxal edilən benzini sırf bazarın öhtəsinə buraxıb. Yəni istehlakçılar özlərini kökləməlidirlər ki, benzinin qiyməti həftəlik də dəyişə bilər. Bu asılı olacaq Azərbaycandakı iqtisadi sitiuasiyadan. Əgər 1 həftə ərzində 1 dollar 2 manat olsa, Azərbaycana idxal olunan benzinin qiyməti yenə dəyişəcək. Və manat yenə dəyərin itirərək 2.20-i olsa, yenə benzinin qiyməti dəyişəcək. Çünki manatın öz dəyərin itirməsi dollarla alının hər malın qiymətinin qalxaması ilə müşahidə olunacaq.

1 Fevral 2017 4:13

“YENİ ZELANDİYADAN ÖLKƏMİZƏ NORMAL YAĞLAR GÖNDƏRİLİR, AMMA…” – TƏHLÜKƏ

"Kərə yağları əmtəə bazarının ən çox çirklənmiş ərzaq məhsullarından biridir.  Bu sözləri Sherg.az-a bazarlarda saxta yağların kərə yağı adı altında satılması halına münasibət bildirərkən Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov deyib. Onun sözlərinə görə, Kərə yağı ilə bağlı hər gün AİB-ə istehlakçılar tərəfindən müraciətlər daxil olur: " "Ötən həftə sonu bizə Sumqayıtdan nehrə yağı altında satılan əslində isə kərə yağı ilə heç bir əlaqəsi olmayan yağla bağlı məlumat daxil oldu. Hazırda həmin yağın nümunəsini axtarırıq. Kərə yağı ilə bağlı problemlər çoxalıb. Bu mənada keçən il Yeni Zelandiyaya beynəlxlaq konfransa gedən zaman oradan Azərbaycan göndərilən kərə yağının istehsal müəssəsinə baş çəkdim. Həmin zavodda Azərbaycan üçün hazırlanan yağları gördüm. Onun Azərbaycana gətirilmə yollarını öyrəndim. Məlum oldu ki, Yeni Zelandiyadan Azərbaycana normal kərə yağları göndərilir. Yeni Zelandiya yağlarının kərə yağı olduğuna inandım. Gördüm ki, orada Azərbaycana yağ göndərən müəssə gün ərazində 3, 5milyon litr süd emal edir. Bununla belə Azərbaycanın əmtəə bazarının kərə yağı sektorunda ciddi problemlər yaşanır. Cürbəcür qarışıq yağlar kərə yağı altında satışa çıxarılır. Bu məsələ cidi araşdırma tələb edir. Təəsüflər olsun ki, aidiyyatı qurumlar o işi ciddi araşdırmır və əhalinin bununla bağlı məlumatı azdır". Ekspert kərə yağının əlamətlərindən də söz açıb: " Məsələn, hansı yağ bərkdirsə, bu, onun kərə yağına yaxın olmasına sübutdur. Hansı yağı kəsəndə səlis kəsilmirsə, bu kərə yağının yaxşı əlamətidir. Səlis kəsilən yağların tərkibində marqarin və bitki yağları olur. Hansı yağ tez əriyirsə, bu kərə yağının əlamətidir. Kərə yağı bişəndə ayran qoxusu verir. Kərə yağı çox sarı olmamalıdır. Digər problem rayonlardan gələn camış yağlarındadır. Bəzən camış yağlarına marqarin qarışdırırlar ki, bu da artıq onun təbiiliyini itirir.Ümumiyyətlə, əldə satılan yağlardan ehtiyatlı olmaq gərəkir". Qeyd edək ki, bazarlarda heyvanların iç yağı, piylər, bitkilər və mənşəyi bilinməyən kimyəvi materiallardan hazırlanan , xalqa kərə yağı adı altında sırınan yağlar satılır.

30 Yanvar 2017 7:39

Qar yağacaq, yollar buz bağlayacaq – Xəbərdarlıq

Yanvarın 31-da respublika ərazisində gözlənilən hava şəraiti açıqlanıb. Faktinfo.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən xəbər verir ki, sabah Bakıda və Abşeron yarımadasında Arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 0-3° şaxta, gündüz 1-3° isti, Bakıda gecə 1-3° şaxta, gündüz 1-3° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunundan 771 mm civə sütununa yüksələcək. Nisbi rütubət 85-95 % təşkil edəcək. Gecə və səhər yolların buz bağlama ehtimalı var. Tibbi-meteoroloji proqnoza görə, yanvarın 31-i, fevralın 01-də Abşeron yarımadasında xəzri küləyi və yağıntılı hava şəraiti fonunda soyuq temperatur diskomfortu meteohəssas insanlar üçün çox əlverişsizdir. Milli Hidrometeorologiya Departamenti xəbərdarlıq edir ki, yanvarın 31-dən, fevralın 02-dək Bakıda və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Bəzi yerlərdə arabir intensivləşəcəyi ehtimalı var. Şimal-qərb küləyi arabir güclənəcək. Havanın minimal temperaturu 1-5° şaxta təşkil edəcək. Yolların buz bağlama ehtimalı var. Azərbaycanın rayonlarında hava şəraiti yanvarın 31-də arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq,qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 1-6° şaxta, gündüz 1-5° isti, dağlarda gecə 15-20° şaxta, gündüz 5-10° şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq. Xəbərdarlıq Fevralın 02-si gündüzədək ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edəcək. Arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Yollar buz bağlayacaq.

30 Yanvar 2017 2:02

Fevralda hava necə olacaq?- Proqnoz açıqlandı

Qışın ən soyuq ayları yanvar və fevraldır. Ötən il ən soyuq hava Naxçıvan Muxtar Respublikasında, Böyük Qafqazın dağlıq ərazilərində müşahidə edilib. Həmin ərazilərdə havanın temperaturu mənfi 18-21 dərəcə olub. Yayda isə ən çox istilər iyul-avqust aylarında müşahidə olunur. 2016-cı ildə Mərkəzi Aran rayonlarında, eləcə də Naxçıvan MR-in bəzi ərazilərində havanın temperaturu müsbət 42-43 dərəcə təşkil edib. Bu sözləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova Azərtac-a müsahibəsində söyləyib. G.Məmmədova bildirib ki, bu il yanvara nisbətən mülayim keçdi, lakin ayın son ongünlüyündə respublikamıza Arktik siklonun və Qərbdən soyuq hava kütlələrinin tez-tez daxil olması nəticəsində hava şəraitinin kəskin dəyişildiyi müşahidə olunur. Hazırda Azərbaycanda yağmurlu, küləkli hava şəraiti hökm sürür, ötən günlərlə müqayisədə temperatur bir neçə dərəcə aşağı düşüb. Fevral ayı havanın temperaturunun aşağı olması ilə seçilir. Ötən illərdə də bu ayda rekord dərəcədə şaxtalar müşahidə olunub. 1969-cu ildə Bakıda fevral ayında 10 dərəcə şaxta qeydə alınıb, 2012–ci ildə isə rekord yenilənib. Belə ki, paytaxtda havanın temperaturu mənfi 11 dərəcə şaxta təşkil edib. Bu il də fevral ayında soyuq hava şəraiti hökm sürəcək. Havanın temperaturu bir neçə dərəcə aşağı düşəcək, şimal-qərb küləyi əsəcək və bəzi günlərdə şaxtalı-qarlı hava şəraiti müşahidə olunacaq.

28 Yanvar 2017 3:23

“Üst dad” kolbasaları ilə bağlı ittiham – Keçmiş işçi şok faktlar açıqladı

"Üst dad"ın məsul şəxsi: "Sən yerini denən, mən o Zəhranı da gətirib ora başa salım" Şirkətin keçimiş işçisi Zəhra Abbasova"Üst dad”kolbasaları ilə bağlı  şok faktlar açıqlayıb. O, qeyd edib ki, bir müddət adıçəkilən firmada çalışıb və qarşılaşdığı qanunsuzluqlara görə işdən ayrılmaq məcbburiyyətində qalıb:"Bizi məcbur edirdilər ki, marketlərdən "vozvrat” olunan vaxtı keçmiş məhsulların üzərinə yeni tarix yapışdıraq. Dəfələrlə mən buna etiraz etdim. Bildirdim ki, insanları bu şəkildə aldatmaq olmaz. Bu məshulları azyaşlı uşaqlar da yeyir. Camaatın balasını zəhərləyib öldürərsiniz. Keçən il dekabr ayının 19-da 9-cu mikrarayonda yerləşən "Bolmart” marketə bir aydan çox vaxtı keçmiş məhsullar satılıb. Kaptit olunmuş kolbasaların rəngi ağardısa, onu vitrindən çıxarmırlar. Üstünü zeytun yağı ilə silirlər ki, kifi təmizlənsin. Mən məsələ ilə bağlı Azad İstehlakçılar Birliyinə şikayət etdim. Təşkilat nümayəndələri baxış keçirdilər. Özləri məsələnin şahidi oldular. Mən işdən çıxandan sonra məlumat aldım ki, işçilərə kolbasaları zeytun yağı ilə silməmək tapşırığı verilib. Mən orada iyrəndiyimdən az qaldı xəstəliyə tutulum”. Şikayətçi bildirir ki, işə qəbul olunarkən onunla əmək müqaviləsi belə bağlanmayıb:"İşçini bir aydan artıq işlətmirlər. Həvəsləndirib işə çağırırlar, bir ayı tamam olan kimi deyirlər ki, maaşa yox, faizə işləyirsən, alver yoxdur. Mən keçən il dekabrın 4- ü işə qəbul olmuşam. Nə maaşı vaxtında verirdilər, nə də avansı. Axırda məlum oldu ki, mənim işə qəbul olunmağımdan firma rəhbərliyinin xəbəri yoxdur”. Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Unikal.org-a bildirib ki, vətəndaşın şikayəti ilə bağlı İqtisadiyyat nazirliyinə, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinə rəsmi müraciətlər göndərilib. Məsələ ilə bağlı qarşı tərəf olaraq şirkətin mövqeyini öyrənmək üçün məhsulların üzərində qeyd olunan nömrə ilə əlaqə saxladıq. Özünü məsul şəxs kimi təqim edən Abbasov soyadlı şəxsin dediklərini olduğu kimi diqqətinizə çatıdırırıq: "Biz o qədər şərəfimizi itirməmişik ki, məhsulun üzərindəki tarixi dəyişdirək. Biz istehsalçıyıq bazara mal satırıq. O mal dükanda olur və bizim o məhsulu yenidən görmək şansımız yoxdur. Mağazada xarab olanda da zibilliyə atılır. Bir nəfərin dedikləri ilə şirkət haqqında pis fikrə düşmək yaxşı deyil. Biz özümüzü tanıyan insanlarıq. Bu şirkəti mən atam, anam üşün qurmamışam. Onlar oturub Naxçıvanda pensiyaları ilə dolanırlar. Biz heç zaman vicdanımızı satmarıq. Bir neçə nəfərin bizdən şikayəti başadüşüləndir. Hamı bizdən razı qala bilməz”. Şirkət təmsilçisinin adını və vəzifəsini soruşduqda O, kobud şəkildə cavab verərək fikirləri belə ifadə edib:” Sən mənimlə görüşmək istəyirsən, yoxsa dediklərimi "Zapis” edirsən. Sən yerini denən, mən o Zəhranı da gətirib ora başa salım. Bu qədər mənim üstümə gəlmək xoşuma gəlmir”.

26 Yanvar 2017 10:51

Fakt

Bizi izləyin