«Azəriqaz» işçilərin hüquqlarını pozur

Mirvari Qəhrəmanlı: «Vəzifəli şəxslər konstitusiyamızda göstərilmiş əmək qanunvericiliyinə aid maddələri bilmədiklərinə görə, işçinin hüquqlarını pozurlar»   Neftçilərin Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Mirvari Qəhrəmanlı SOCAR prezidenti Rövnəq Abdullayevə müraciət edib. Müraciətdə təşkilat sədri şirkətin vəzifəli şəxsləri üçün Əmək qanunvericiliyinin tədrisi üzrə maarifləndirici treninqlərin təşkil edilməsini xahiş edib: "Azəriqaz” İB-nin baş direktorunun satış və istismar üzrə müavini cənab Ruslan Əliyev Azərbaycan Respublikasının Əmək qanunvericiliyinin tələblərini pozaraq, ixtisara saldıqları işçinin Əmək Məcəlləsində nəzərdə tutulmuş hüquq və təminatlarını məhdudlaşdırıb. Belə ki, R.Əliyevin 09 fevral 2016-cı il tarixli məktubu ilə, test imtahanından 22 bal toplamış Dürdanə Məmmədovaya xidmət müqaviləsi əsasında təmirçi-çilingər peşəsi təklif edib. Halbuki, işçi ilə işəgötürən arasında olan əmək münasibətləri, (xüsusən də ştatlı işçilərlə) Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulan qaydada, əmək müqaviləsi ilə rəsmiləşdirilməlidir". Məsələni aydınlaşdırmaq məqsədilə M.Qəhrəmanlının özü ilə əlaqə saxladıq. O, Faktinfo.az-a bildirdi ki, bir mülki məcəllə, bir də əmək məcəlləsi var. Əmək məcəlləsində isə 316-dan yuxarı maddə mövcuddur ki, bu da işə götürənlə işçi arasında əmək münasibətlərini tənzimləyir: "İşçisi ilə əmək müqaviləsi əvəzinə, mülki müqavilə bağlanıbsa, bu, tamamilə biabırçılıqdı. Yəni işçi ilə mülki müqavilənin bağlanması, onun əmək məcəlləsində göstərilən imtiyazlardan, güzəştlərdən məhrum olması deməkdir. Həmin işçiyə əmək məcəlləsindəki güzəştlərin - məzuniyyət, tibbi müalicə və s. şamil olunmur. Heç bir güzəştdən istifadə edə bilmir. Baxın, dövlət orqanı olan «Azəriqaz»da işçi ixtisara düşür və onunla mülki müqavilə bağlanır. Mülki müqavilə isə işçinin hüquqlarını məhdudlaşdırır. Ona görə də, biz Rövnəq Abdullayevə müraciət etdik. Onun idarə və müəssisələrinə rəhbərlik edən vəzifəli şəxslər konstitusiyamızda göstərilmiş əmək qanunvericiliyinə aid maddələri bilmədiklərinə görə, işçinin hüquqlarını pozurlar. Bu, çox ciddi hüquq, qanun pozuntusudur. Çünki mülki məcəllədə heç bir öhdəlik yoxdur. Sadəcə, işinin müqabilində qonorar alırsan. Amma əmək məcəlləsində bunlar nəzərə alınır". Firidun Oruc Faktinfo.az

7 May 2016 2:54

 24 İLDİR ŞUŞA  İŞĞAL ALTINDADIR

Azərbaycan Dövlət Aqrar Universitetinin “İctimai elmlər və Multikulturalizm” kafedrası Şuşanın işğalının 24- cü ildönümü ilə bağlı dəyirmi masa keçirib. ADAU-nun mətbuat xidmətindən bildirilir ki, tədbiri giriş sözü ilə kafedranın müdiri, dosent Azad Bayramov açıb və  qeyd edib  ki, mənfur ermənilər  öz havadarlarının köməyindən istifadə edərək  Azərbaycanın ən  dilbər  guşələrindən biri olan  Şuşanı işğal etməklə orada olan maddi-mədəniyyət  abidələrimizi, xalqımızın milli-mənəvi dəyərlərini də darmadağın edb,  ağır faciələrə yol açıb. Şuşanın işğal tarixini bir daha yada salmaqda məqsəd  tarixi unutmamaq və bundan ibrət dərsi götürməkdir. Azərbaycanın bu qədim, zəngin tarixə və mədəniyyətə malik olan şəhərinin Ermənistan hərbi birləşmələri tərəfindən ələ keçirilməsi ilə Dağlıq Qarabağın işğalı ilə başa çatdırılıb. Baş müəllim A. Axundov, S.Qasımova, müəllim S. Abdullayeva və E. Aslanov isə Şuşanın işğalı nəticəsində xalqımızın başına gətirilən müsibətlərdən, erməni vandalizmindən, dəyən maddi- mənəvi ziyanlardan danışıb. Qeyd ediblər ki,  bu gün həm iqtisadi, həm siyasi, həm də hərbi cəhətdən  güclü  Azərbaycan dövləti var. Aprel ayının əvvələrində  Azərbaycanın Milli Ordusunun   öz hərbi qüdrətini  nümayiş etdirməsi, Azərbaycan ordusunun  düşmənə layiqli cavab  verməsi və əhali  arasında milli ruhun  yüksəlməsi onu göstərdi ki,  tezliklə işğalda olan torpaqlarımız  düşmənlərdən azad  olunacaq.       Faktinfo.az

6 May 2016 2:08

“Gürcüstanda qadağan olunan dərmanlar bizdə satılır”

Milli Məclisin iclası davam edir. Modern.az xəbər verir ki, deputat Əflatun Amaşov sərhəd keçid məntəqələrində Miqrasiya Xidmətinin strukturunun fəaliyyət göstərilməsi ilə bağlı çıxış edib.O bildirib ki, bu ölkəyə gələn əcnəbilərlə yanaşı, başqa ölkənin vətəndaşı olan azərbaycanlıların da işini yüngülləşdirəcək.“Gürcüstanda rəsmi 230 minə yaxın, qeyri-rəsmi 350 min azərbaycanlı yaşayır. Minlərlə ailə var ki, tərəflərdən biri Gürcüstan vətəndaşıdır və 3 aydan bir sərhədi keçməlidir. Qanunvericiliyə əsasən ölkəyə gələn əcnəbilər 10 gün müddətində qeydiyyata düşməlidir.Onlarsa ya düşür, ya da düşmür, müəyyən probelemlərlə əlaqədar qalır. Nəticədə onlar cərimə ilə üzləşir və ya ölkəyə gəlməsinə məhduyiyyət aparılır.Təklif edirəm ki, sərhəddə Miqrasiya Xidmətinin strukturu fəaliyyət göstərsin. Gürcüstandan təkcə azərbaycanlılar deyil, başqa millətlər də keçir.Sərhəddə qeydiyyata düşmək üçün bu dəyişiklikdən əlverişli istifadə edilə bilər”. Deputat eyni zamanda Gürcüstanda qadağan olunan dərmanların Azərbaycanda istifadəsinə icazə verilməsindən danışıb.“Mən Gürcüstanda yaşayan azərbaycanlılarla danışanda belə problemlə tanış oldum. Gürcüstanda qadağan olunan dərmanların Azərbaycanda istifadəsinə icazə verilir. Nəticədə burada həmin dərmanı reseptsiz alıb Gürcüstana aparılanda şəxs çətinliklərlə üzləşir və ya cərimələr ödəməli olur. Təklif edirəm ki, bu da hansısa qayda da tənzimlənsin”.Milli Məclis sədri Oqtay Əsədov bildirib ki, sərhəddə Miqrasiya Xidmətinin strukturunun yaradılması məsələsinə baxıla bilər. “Lakin ikinci qaldırdığınız məsələ Gürcüstanın daxili məsələdir”,-deyə Oqtay Əsədov cavab verib.

6 May 2016 1:54

​Qazax rayonunda 1 tondan artıq yararsız ət tapılıb

Keyfiyyətsiz və baytarıq-sanitariya cəhətdən yararsız məhsul şikayət əsasında aşkar edilib Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən şikayət ərizəsi əsasında Qazax şəhəri, Z.Tağıyev küşəsi,29 ünvanında yaşayan Ayaz Şəmiddin oğlu Əliyevin işlədiyi Qazax şəhəri, Bakı küçəsində yerləşən köhnə ət kombinatının soyuducularında hissələrə bölünmüş 1 050 kq miqdarında mənşəyi və keyfiyyəti şübhə yaradan, baytarlıq sənədi olmayan ət aşkar olunub. Bu, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətindən (DBNX) "Report"a daxil olan məlumatda bildirilib. Qurumun mütəxəssisləri tərəfindən Qazaxda aşkarlanan və paytaxta gətirilən ətdən baytarlıq qanunvericiliyinə uyğun nümunələr götürərək qida üçün yararlı olub-olmamasının, bakterioloji və biokimyəvi göstəricilərinin müəyyənləşdirilməsi məqsədi ilə Respublika Baytarlıq Laboratoriyasına göndərilib.Laboratoriyanın ekspertizasına əsasən, yoxlanılan 37 nümunə heyvan ətində aparılan bakterioloji müayinə zamanı bakterioloji çirklənmə (BÇQB, stafilakokkus, aureus) aşkar olunub. Biokimyəvi müayinələr (pH, peroksidaza və göydaş reaksiyaları) zamanı isə ətlərin keyfiyyətsiz və baytarıq-sanitariya cəhətdən yararsız olması müəyyən edilib. Müayinə zamanı götürülən nümunələrin 4-nün at əti, qalanların isə iribuynuzlu heyvan əti olması aşkar edilib. Həmçinin, yoxlanılan bütün nümunələrin aqoniya vəziyyətində və ya öldükdən sonra kəsilmiş heyvan ətinin olması müəyyən edilib.Laboratoriya müayinələrinin nəticəsinə uyğun qəbul edilmiş qərara müvafiq olaraq, Qazax rayonunda aşkarlanan və Bakıya gətirilən ətlər baytarlıq-sanitariya tələblərinə uyğun zərərsizləşdiriləcək.

6 May 2016 12:36

Bakıda fahişə şəbəkəsi və döyülən müştərilər… – Fotolar

İnterpress.az-ın redaksiyasına üz tutan 3 türkiyəli turist, Bakıda işbazların toruna düşüb. Onlar da əksər kafe-barlarla əlbir olan əxlaqsız qadınların qurduqları tələyə düşüb. Belə ki, gecə saatlarında könlünə qadınlarla vaxt keçirmək düşən turistlər “odnoklassniki” sosial şəbəkəsində tanış olduqları qadınla əlaqə saxlayaraq görüş təyin ediblər: "Qadın, söhbət zamanı 25 manata görüşdüyünü bildirdi. Yerləşdirdiyi şəklin altında da şəklin ona aid olduğunu yazmışdı.Nömrəyə zəng edəndə bizi Nizami metrosunun qarşısına çağırdı. Metronun yanında olanda təkrar mənə zəng edin dedi və biz də elə etdik. Bizə Nizami metrosundan köhnə avtovağzal istiqamətində yuxarı tərəfə qalxmağımızı istədi və oradaki marketdən iki qutu siqaret və "RedBull" almağımızı istədi. Biz tapşırılanları alanda onlar artıq bizi gördülər və Mustafa Sübhi küçəsində yerləşən “Kera” kafeyə dəvət etdilər. İçəri girən kimi masanın üstünü biz sifariş vermədən doldurdular. Qızlar içdi, söhbət etdilər. Biz artıq işin nə yerdə olduğunu anladıq və qızlara gedmək istədiyimizi deyəndə bizə hesab gətirildi. Baxdıq ki, 205 manat yazılıb. 105 manat içki, 50 manat da kabinet pulu. Biz hesabın məbləğinə mat qaldıq. Etiraz etdik ki, axı biz sifariş verməmişik, ikincisi də bizəgətirilən içkilər bu məbləğdə deyil. Belə deyəndə içəridən iri cüssəli oğlanlar çıxıb bu məbləği ödəmədən burdan çıxa bilməzsiniz dedilər. Uzun mübahisədən sonra pulumuzun olmadığını izah edə bildik. Bizim üstümüzü axtardılar. Nəyimiz varsa hamısını stolun üstünə boşaltmağı əmr etdilər. Portmana və cibimizdə pul tapmayanda kafenin müdiri bizimlə belə razılaşdı ki, 50 manat verin çıxın. Biz 50 manat ödəyib kafedən uzaqlaşdıq." Zərər çəkən Türkiyə vətəndaşı hadisəni nəql etdikdən sonra jurnalistimiz ondan təkrar o nömrə ilə əlaqə saxlamağı istəyir və eyni nömrəyə zəng olunur.Özünü odnoklassnikidə Leyla kimi təqdim edən qız bu dəfə özünü Əsmər kimi təqdim edir və turistdən yerini soruşur. Turist Sahil metrosunun yaxınlığında olduğunu deyir. Qiymətini soruşan müştəriyə gecəsinin 40 manata olduğunu deyir. Əsmər türkiyəli müştərisini Rəssamlar İttifaqının yaxınlığındakı gül mağazasının qarşısına dəvət edir. Biz çağırılan məkana yollanırıq.Biz Rəssamlar İttifaqının yaxınlığındakı gül mağazasına gəlirik. Dəfələrlə zəng etməyimizə baxmayaraq bu dəfə qadına zəng çatmır. Görüş təyin etdiyi yerə biraz göz gəzdirdik. Gül dükanının yanında “Lion” adlı Pub olduğunu gördüyümüz zaman ehtimal etdik ki, Türkiyə vətəndaşlarının növbəti tələsi burada imiş. Çünki bizimlə telefon danışığında evə dəvət etmədiyi üçün ağıla sadəcə bu ehtimal gəlir. Bu arada qeyd edək ki, bu əxlaqsız həyat tərzi sürən qadınlar bir şəbəkədir. Müxtəlif kafe və barlarla əlbir işlədikləri iddia olunur. Faizlə barların tələsinə müştəri salırlar. İlk olaraq zəng edən müştərilərin harada olduğunu soruşurlar və müştərinin olduğu yerə yaxın bir məkan müəyyənləşdirirlər. Planlarımız baş tutmadığı üçün, Türkiyə vətəndaşları ilə onların tələyə düşürüldüyü ilk məkana müştəri kimi yollandıq. Məkana yaxınlaşdıq, lakin kafeyə daxil olmadan məkanın qarşısında bir qrupun toplandığını və içkili halda mübahisə etdiyinin şahidi olduq. Mübahisəyə uzaqdan qulaq asdıq və sürücü olduğunu deyən bir müştəri də növbəti qurban idi. Qısa mübahisədən sonra gənc oğlan bir neçə nəfər tərəfindən möhkəm döyüldü.  

6 May 2016 11:53

Kommunal borclarınızı və cərimələrinizi telefonla öyrənin

  "Android” əməliyyat sistemində çalışan mobil cihaz istifadəçiləri də "Elektron hökumət" portalının mobil versiyasından faydalana biləcəklər. Faktinfo.az xəbər verir ki, portalın mobil versiyası xüsusi olaraq portativ qurğular üçün optimallaşdırılıb. Bu da tətbiqdən istifadə rahatlığını təmin edir, həmçinin, internet trafikə qənaət olunmasına səbəb olur. “Android” əməliyyat sistemində çalışan mobil cihaz istifadəçiləri ilk vaxtlar "Elektron hökumət" portalı üzərindən təqdim olunan 423 elektron xidmətdən 18-nə öz mobil cihazları vasitəsilə müraciət edə biləcək. Mobil əlavəyə giriş e-imza kartı, istifadəçi adı/şifrə, mobil İD vasitəsilə mümkündür. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 7, Daxili İşlər Nazirliyinin 1, Ədliyyə Nazirliyinin 1, Səhiyyə Nazirliyinin 3 elektron xidmətini, həmçinin, 6 adda arayışı artıq mobil cihazınızdan əldə etmək olar. Həmçinin, "Elektron hökumət" portalının mobil əlavəsi vasitəsilə vətəndaşlar kommunal, ipoteka, Dövlət Yol Polisi tərəfindən tətbiq olunan cərimələr barədə real vaxt rejimində xəbər tuta biləcəklər. Tətbiqin "istifadəçi məlumatları", "favorit elektron xidmətlər" və "son yeniliklər" kimi funksionallıqları var. Mobil tətbiq vasitəsilə aidiyyəti suallarla bağlı “157 Zəng Mərkəzi”nə müraciət etmək mümkündür. Artıq bir çox xidmətlər "Elektron hökumət" portalının mobil əlavəsi vasitəsilə vətəndaşlara daha rahat və yaxındır. Nəzərinizə çatdıraq ki, sözügedən tətbiqi "Play Store"da "«Elektron hökumət» portalı" yazıb axtarış etməklə mobil qurğunuza yükləyə bilərsiniz.

5 May 2016 2:45

5 minədək ailəyə ünvanlı dövlət sosial yardımıtəyin edildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən fevralın 19-dan tətbiqinə başlanılan ünvanlı dövlət sosial yardımı üzrə Vahid Elektron Müraciət və Təyinat Alt Sistemi (VEMTAS) sosial yardım üçün müraciət edilməsini və müraciətlər üzrə ailələrin yardım almaq hüququna baxılaraq qərar qəbulu prosesinin avtomatlaşdırılmış rejimdə, şəffaf şəkildə həyata keçirilməsini təmin edir. Nazirlikdən bildirilib ki, mayın 4-dək "Elektron hökumət" portalındakı "Ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi" elektron xidməti vasitəsilə ailələri təmsil edən şəxslər tərəfindən doldurularaq təqdim edilmiş 83182 "Ərizə-bəyannamə" VEMTAS-da təsdiq edilib. Həmin “Ərizə-bəyannamə”lərdən 72276-sı təmsilçilər tərəfindən təsdiqlənib ki, onlardan 60106-sı sistemdə artıq emal edilib. Emal edilmiş “Ərizə-bəyannamə”lərdən 55234-də bəyan edilmiş məlumatların aidiyyəti qurumların informasiya sistemlərindan alınmış məlumatlar əsasında yoxlanılarkən öz təsdiqini tapmadığı, habelə məlumatların gizlədilməsi halı və digər uyğunsuzluqlar müəyyən olunub. Bu səbəblərdən həmin ailələrə sosial yardımın təyin olunmasından imtina edilib.Emal prosesi aparılmış “Ərizə-bəyannamə”lərdən 68 rayon və şəhər üzrə 20244 nəfər ailə üzvünü əhatə edən 4872 ailəyə VEMTAS tərəfindən ünvanlı sosial yardım təyinatı aparılıb. Təyin edilmiş ünvanlı dövlət sosial yardımlarının orta aylıq məbləği 154,09 manat təşkil edib. Sistemdə təyinatı aparılmış ünvanlı sosial yardımlar üzrə ən yüksək aylıq məbləğ isə 510,09 manat (Ucar rayonu, ailə üzvlərinin sayı 7 nəfər) səviyyəsində qeydə alınıb.Ünvanlı sosial yardımın təyin olunması barədə qərar çıxarıldığı hallarda yardımın məbləği və təyinedilmə müddəti, onun əldə edilməsi üçün plastik kartın hansı bankdan alınacağı barədə vətəndaşa “Ərizə-bəyannamə”də qeyd etdiyi əks əlaqə vasitələrinin birinə (mobil telefona, şəxsi kabinetinə və s.) elektron formada məlumat göndərilir. Yardım təyin olunmasından imtina edildiyi barədə qərar çıxarıldığı hallarda da eyni qaydada məlumat göndərilməklə, imtinanın səbəbləri vətəndaşın diqqətinə çatdırılır. Hər bir vətəndaş imtinanın səbəbini ortadan qaldırmaqla (əgər bu texniki səhvdirsə) etibarnamənin qüvvədə olduğu müddətdə yenidən VEMTAS-a müraciət edə bilər.Ailələri təmsil edən şəxslər sosial yardımın təyin olunması üçün müraciət etdikləri zaman avtomatlaşdırılmış sistemdəki “Ərizə-bəyannamə”də ailə üzvləri, gəlirləri və əmlakı barədə yalnız düzgün məlumatları təqdim etməlidirlər. Çünki VEMTAS 20-dən çox dövlət orqanının və təşkilatın informasiya ehtiyatlarına inteqrasiya şəraitində fəaliyyət göstərir. Vətəndaşlar tərəfindən daxil edilən bütün məlumatlar aidiyyəti qurumların informasiya bazalarında olan rəsmi məlumatlar əsasında yoxlanılır, uyğunsuzluq, yaxud məlumatların gizlədilməsi halı aşkarlandıqda yardımın təyin olunmasından imtina edilir.Ümumiyyətlə, Vahid Elektron Müraciət və Təyinat Alt Sistemi ünvanlı sosial yardımların təyinatı prosesində məmur müdaxiləsi heç bir halda mümkün olmayan, bu prosesin tam şəffaf və obyektiv əsaslarla aparılmasını, sosial yardımların ünvanlılıq prinsipi əsasında çatdırılmasını təmin edən bir sistemdir.

5 May 2016 1:53

“Abşeron” Gənclər Şəhərciyi qazsız qalıb – Sakinlər prezident və xanımından kömək istəyir

"Abşeron" Gənclər Şəhərciyi qazsız qalıb "Abşeron" Gənclər Şəhərciyinə qazın verilməsi prosesi dayandırlıb. Bu barədə Moderator.az-a bir qrup şəhərcik sakini bildirib. Şikayətçilərin sözlərinə görə, bu ilin yanvar ayından kompleksə qazın çəkilməsi işi başlanılsa da, mart ayının 1-də işlər dayandılıb: "İki ay müddətində cəmi 14 blok qazlaşdırıldı. Sonra şəhərciyi inşa edən "Akkord" tikinti şirkəti qazı çəkən podratçı şirkətin haqqını vermədi. Ona görə də həmin şirkət işi yarımçıq qoyub, getdi. Şəhərcikdəki Mənzil- İstismar İdarəsi isə dayandırılmanın səbəbindən xəbərsiz olduğunu bildirir. Bu da o deməkdir ki, ən azı bu qışı da qazsız keçirəcəyik".Sakinlər dövlət başçısı İlham Əliyev və respublikanın birinci xanımı, Heydər Əliyen Fondunun prezidenti Mehriban xanım Əliyevadan kömək istəyir: "Biz prezidentimizin və xanımının humanist, insanpərvər olduqlarını bilirik. Onlar həmişə bizim yanımızdadır. Bunu bütün davranışları, məxsusi olaraq cəbhədəki gərginliklə bağlı cəbhə bölgələrinə səfər etmələri, şəhid ailələrinə, yaralı əsgər və zabitlərimizə baş çəkmələri ilə bir daha sübut etdilər. Azərbaycan xalqına həmişə diqqət və qayğı göstəriblər. Xalqla prezident və xanımı arasındakı təmaslar çox sıxdır. Bu baxımdan möhtərəm prezidentimizdən və dəyərli xanımından xahiş edirik ki, həmişə olduğu kimi bu dəfə də humanist addım ataraq, problemimizin həllinə dair göstəriş versinlər. Çünki soyuqlar düşən kimi şəhərcikdə həyat iflic olur. Dözülməz vəziyyət yaranır. Şəhərcik gənc ailələr üçün nəzərdə tutulsa da, burada gənclərə "divan tutulur”. Baxın, illərdir ki, binalar tikilib, istifadəyə verilib. Amma qazla təmin edilməyib. Bir çox əlaqədar şəxslərə çoxsaylı müraciətlər olunub. Hər dəfə "qaz növbəti il veriləcək” deyib bizi aldadıblar. Təsəvvür edin ki, şəhərciyə məxsus məktəb və bağça qazlaşdırılıb. Amma sakinlər yaşayan binlara qaz verilmir. Belə olan halda, soyuq havalarda mənzilləri qızdırmaq mümkünsüz olur və nəticədə hamımız xəstə düşürük. Dərdimizə çarə tapılmır. Qışda camaat soyuqdan "qırılır". Bütün mənzillərə qaz xətti çəkilib, sayğaclar quraşdırılıb. Lakin qaz buraxılmır. Mərkəzi istilik sistemi də yoxdur. Evlərimizi "kondisioner" və başqa isitmə vasitələri ilə qızdırırıq. Bunu da cəmi bir ay edə bilirik. Ona görə ki, həmin cihazlardan istifadə etdikdə, ayda ən azı 100-150 manat işıq pulu ödəməli oluruq. Bu da az qala əmək haqlarımızın yarısı deməkdir. Neft-qaz ölkəsində qazsız qalmışıq. Bir sözlə, ümidimiz cənab prezidentimizə və dəyərli xanımına qalıb. Çünki onlar həmişə Azərbaycan xalqının ümid, güvən yeri olublar.Əlbəttə, ölkəmiz və xalqımız əmin əllərdədir. Bu ideyaları rəhbər tutaraq prezidentimizdən və xanımından bizə yardım göstərmələrini, kömək əli uzatmalarını xahiş edirik. İnanırıq ki, məhz onların iradəsi sayəsində problemimiz həllini tapacaq". P.S.Ümid edirik ki, vətəndaşların probleminə hər zaman həssaslıqla yanaşan SOCAR sakinlərin səsini eşidəcək və problemin həlli istiqamətində lazımi addımlar atacaq.

5 May 2016 1:42

Məşhur şadlıq sarayının toy oyunu: müştərilər belə aldadılır

Binəqədi rayonu 7-ci mikrorayon, ev 16 A, mənzil 17-də yaşayan Fazil Kərimov “Şahənşah” şadlıq sarayının administratoru tərəfindən aldadıldığını deyir. O, bununla bağlı saytımızın “Poçt qutusu”na yazıb. Publika.az xəbər verir ki, hər şey Fazil Kərimovun övladına toy etmək istəyindən sonra başlayıb: “Övladıma toy etmək üçün bizim ərazidə Binəqədi rayonu, Süleyman Sani Axundov 39 ünvanında yerləşən “Şahənşah” şadlıq sarayının Ramal adlı administratoruna müraciət etdim. Oğlumun toyunu mayın 6-a planlaşdırdım. O mənə bildirdi ki, “Şahənşah” şadlıq sarayında bizim qonaqlar tam yerləşə bilər. Ramala oğlan və qız toyunun bir yerdə olacağını, bu səbəbdən də mənə 600 nəfər qonağın yerləşə biləcəyi geniş zalın lazım olduğunu dedim”.Administrator isə müştəriyə şadlıq sarayının zalında guya 500, amfiteatrda isə 180 nəfər yerləşdirməyin mümkün olduğunu deyərək onu şirnikləndirib: “Ramal məndən 100 manat beh aldı və həmin tarixdə toy üçün təminat verdi. O, mənə dairəvi masalarda 13 nəfər, düzbucaqlı masalarda isə 18 nəfərin yerləşdiyini dedi. Amfiteatrdakı masaların hər birində isə 20 nəfərin rahat yerləşdiyini bildirdi. Hesablamalara əsasən, belə qənaətə gəldim ki, “Şahənşah” şadlıq sarayında 620 nəfər yerləşə bilər. Ancaq şadlıq sarayına baxış keçirəndə məlum oldu ki, dairəvi masalarda 12 nəfər, düzbucaqlı masalarda isə 14 nəfər yerləşdirmək mümkündür. Bu qayda ilə hesabladıqda məlum oldu ki, Ramal məni aldadıb. Bununla razılaşmayıb behi geri istədikdə o məni təqsirkar hesab etdi və pulu verməyəcəyini bildirdi”.“Şahənşah” şadlıq sarayının administratoru tərəfindən aldadılan müştəri pulunu geri istəsə də onu aldatmış administrator bu şadlıq sarayında toy etmək qərarından daşınmış vətəndaşın pulunu vermək istəmir.

5 May 2016 11:35

Sürücülük vəsiqələrində dəyişiklik olacaq – Azərbaycanda

Azərbaycanda sürücülük vəsiqələri beynəlxalq standartlara uyğun dəyişdiriləcək. Faktinfo.az  xəbər verir ki, Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyevin Admiral.az-a verdiyi məlumata görə, vaxtı keçən sürücülük vəsiqələri yeni formada veriləcək. Vəsiqələr çip yaddaşla təmin olunur. Bu zaman vəsiqənin shaibi haqqında məlumatlar həmin yaddaşda qeyd edilir. Bu sürücünün digər ölkələrə getdiyi zaman ondan istifadə etməsinə köməklik edir. Qurum rəsmisi deyir ki, vaxtı bitməyən vəsiqələr də işləyir. Onları etibarlılıq müddəti bitməyənə qədər dəyişməyə ehtiyac yoxdur: "Vəsiqələrin hər birində etibarlılıq müddəti var. Etibarlılıq müddəti bitməyən sürücülük vəsiqələrinin hamısı qüvvədədir". Qurum rəsmisi deyir ki, sürücülük vəsiqələrinin dəyişdirilməsi üçün 18 manat dövlət rüsumu vermək lazımdır: "Sürücülük vəsiqələrinin verilməsinə görə, dövlət rüsumu olaraq, 18 manat ödəmək lazımdır. Vəsiqələrin dəyişdirilməsi zamanı da, 18 manat ödənilməlidir". Qeyd edək ki, sürücülük vəsiqələri ilə bağlı başqa bir yenilik də var. Kənd Təsərrüfatı Nazirliyinin Baş Dövlət Texniki Nəzarət Müfəttişliyi texnikaların ixtisaslı kadrlar tərəfindən idarə olunması, sürücülük kurslarını bitirmiş vətəndaşlardan imtahanların test üsulu ilə qəbulu, sürücülük vəsiqələrinin verilməsi və dəyişdirilməsi ilə əlaqədar müraciətlərin elektron qaydada qəbulunu təmin edib. Nazirlikdən verilən məlumata görə, Bərdə, Ağsu, Qazax, Şəki, Şirvan, Masallı, Qəbələ və Quba daxil olmaqla 8 bölgədə səyyar xidmət qurupu yaradılıb. Artıq 17 rayondan 170 nəfər vətəndaşın sürücülük vəsiqələri dəyişdirilib. Kənd təsərrüfatı sahəsində çalışan mexanizatorlara kömək məqsədi ilə digər bölgələrində də səyyar xidmətlər keçiriləcək.

4 May 2016 4:12

Göyçayda dövlət sosial müdafiəsi adına Aqşin Qafurov rəzaləti

Göyçayda, Sosial Müdafiəsi Mərkəzində Fuad Seyidov, Fəhmin Cəfərov və baldızı Mərkəzin rəhbəri Aqşin Qafurovun adından açıq aşkar rüşvət alırlar Arxasında Səlim Müslümovun yaxın ətrafı dayanan və buna görə prezident İlham Əliyevin və nazir Səlim Müslümovun qərarlarını, xəbərdarlıqlarını qulaqardın vuran Aqşin Qafurov, “Göyçayda mənəm Bağdadda kor xəlifə” prinsipi ilə işləyir. Ölkədə kasıb vətəndaşların sosial rifahını yaxşılaşdırmaq üçün verilən sosial yardım müavinatı məmurların yağlı tikəsinə çevrilib. Mətbuatda dəfələrlə sosial müavinat yardımına nəzarət və onu təyin edən rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzlərindəki korrupsiya, özbaşınalıq, saxtakarlıqlar barədə məlumatlar verilib. Lakin çox vaxtı vətəndaşlara açıq-aşkar zülm edən bu Mərkəzlər barəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hər hansı bir tədbir görülmür. AzFakt.com-a Göyçaydan daxil olan şikayət məktubunda qeyd olunur ki, Göyçay rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin müdiri Aqşin Qafurov dövlət idarəsində əməlli başlı “bazar” açıb. Bu il sosial yardım almaq üçün təqdim olunan arayışların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sərtləşdirilməsi əslində Aqşin Qafurov tərəfindən daha çox rüşvət yolu ilə qazanc əldə etməsinə səbəb olub. Belə ki, redaksiyamıza daxil olan məlumata əsasən hazırda sosial müavinət almaq istəyən vətəndaşlar öz işlərini yoluna qoymaq və nazirliyin ümumi sisteminə göndərdikləri sənədlərin qəbul olunması üçün öncə Aqşin müəllimin qəbuluna düşməlidirlər. Aqşin müəllimin qəbulunda isə məsələ çox sadədir. Sənədlərin ümumi sistem tərəfindən qəbul olunmasını istəyirsənsə, o zaman nəğd şəkildə 600 manat ver və bu halda heç bir problem olmadan vətəndaş dövlətdən sosial müavinət alacaq, yox əgər Aqşin Qafurova 600 manat vermək imkanın yoxusa, demək ki, ümumi sisemində həmin vətəndaşın ərizəsini qəbul etmək imkanı sıfırdan aşağıdır. Şikayət məktubunda Göyçay sakinləri qeyd edirlər ki, hazırda Aqşin Qafurov onlara zülm edir. Çünki işıq, su, qaz, telefon, torpaq pullarının çeklərini istəyən mərkəz işçiləri vətəndaşlara böyük əziyyətlər verməklə onları yorururlar. Məsələnin ən pis tərəfi isə bütün sənədləri toplayan vətəndaşın sənədlərinin ƏSMM-də sistem tərəfindən qəbul olunmamasıdır. Yəni o qədər əziyyətdən və xərcdən sonra kasıb adamlar yenə Allahın ümidinə qalırlar və bu vəziyyət qətiyyən Aqşin Qafurovun vicdanını sızlatmır. Əksinə daha çox qazanmaq həvəsi ilə cənab Qafurov zülmünü artırır. Rayon sakinləri iddia edirlər ki, əslində nazirliyin ümumi balansına göndərilən sənədlər formal xarakter daşıyır. Yəni bütün sənədlər qəbul olunur və hə cavabı verilsə də, Aqşin Qafurovfun idarəsi onlara rüşvət verməyənlərə yox cavabı verir. Şikayətdə qeyd olunur ki, Aqşin Qafurov özünə o qədər arxayındır ki, vətəndaşlaır qəbul etməli olduğu halda onları qapıdan belə qovur. Vətəndaş Aqşin Qafurovun qəbuluna o zaman girə bilir ki, Mərkəzin müdir müavini Fuad Seyidov müdirin yanına girib vətəndaşında 600-700 manat aldığını deyir. Göyçay sakinlərinin dediklərinə görə, Aqşin Qafurovun Mərkəzdə qurduğu rüşvət yuvasının 2 əsas əsas aparıcısı rüşvət yığıcısı var. Bunlardan birinin onun müavini Fuad Seyidov və digərinin isə Mərkəzin mühasibi Fəhmin Cəfərov olduğu bildirilir. Sosial yardım almaq istəyən şəxslərin bir çoxlarının “işlərini” məhz bu iki şəxs “həll edir”. Bir çox vaxtlar rüşvəti Fəhmin Cəfərovun baldızı Esmiranın aldığı qeyd olunur. Baş mühasib baldızını Mərkəzə işə düzəldərək ondan “pulyığan” kimi istifadə etdiyi qeyd olunur. Sakinlər iddia edirlər ki, Fuad Seyidov və Fəhmin Cəfərovun qohumları, yaxın adamları, tanışları sosial yardım alırlar. Amma kasıb vətəndaşlar bu yardıma uzunmüddətdir ki, möhtacdır. Dövlət tərəfindən imkansız vətəndaşlara ayrılan sosial yardım hesabına qaz vurub qazan dolduran Aqşin Qafurov, Fuad Seyidov, Fəhmin Cəfərov Göyçayda sayılıb, seçinlən “kişilərdən” olublar. Çünki onların altında bahalı avtomobillər, obyektlər, dükanlar, torpaq sahələri və sair əmlaklar var. Sadə vətəndaşın boğazında kəsib özünə var dövlət quran bu üç dələduz haqqında yuxarı dairələrə yüzlərlə şikayətlər göndərilsə də sonda heç bir nəticə olmayıb. Göyçayda hər kəs yaxşı bilir ki, Aqşin Qafurovun arxasında rayon icra hakimiyyəti ilə bərabər, Səlim Müslümovun yaxın ətrafı dayanır. Məhz buna görədə prezident İlham Əliyevin və nazir Səlim Müslümovun qərarlarını, xəbərdarlıqlarını qulaqardına vuran Aqşin Qafurov, “Göyçayda mənəm Bağdadda kor xəlifə” prinsipi ilə işləyir. Qeyd edək ki, Göyçay ƏSMM-dəki rüşvət yuvası ilə bağlı araşdırmamız davam edir və Aqşin Qafurovun rayondakı mal mülkü, obyektlərinin fotolarını yaxın günlərdə oxucularımıza təqdim edəcəyik.

4 May 2016 2:17

TQDK-nın mətbuat xidmətinin sabiq rəhbəri sosial şəbəkələrdən də yoxa çıxdı

  TQDK-nın adı rüşvət qalmaqalında hallanan sabiq mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə əvvəlcə Bakıdan, ardınca da sosial şəbəkələrdən yoxa çıxıb. Axtarışda olan E.Nağızadənin Azərbaycanı tərk etdiyi bildirilir. Bu ilin yanvar ayında TQDK-dan kənarlaşdırılan E.Nağzadənin iki vətəndaşdan işə düzəltmək adı ilə rüşvət aldığı bildirilir. Bakı şəhər sakinləri Vüsal İbrahimov və Zaur Əsgərov hüquq-mühafizə orqanlarına verdikləri şikayət ərizələrində 2015-ci ilin avqust ayında Elnur Nağızadəyə işə düzəlmək məqsədilə 150 min dollar verdiklərini, lakin aldadıldıqlarını bildiriblər. Xatırladaq ki, E.Nağızadə işdən çıxarıldıqdan sonra haqqında cinayət işi başlanıb və axtarışa verilib. Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində fakta görə Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə cinayət işi başlanıb, istintaq hərəkətləri davam etdirilir. Elnur Nağızadə başlanmış cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilərək axtarışa verilib. Hazırda onun tutularaq istintaqa cəlb edilməsi istiqamətində zəruri istintaq və əməliyyat axtarış tədbirləri davam etdirilir. Bu məlumatlardan sonra E.Nağızadənin Azərbaycanı tərk etməsi barədə yayılan məlumatlar inandırıcı olmağa başladı. Cinayət işi açılmadan əvvəl mətbuata açıqlama verən E.Nağızadə öz istəyi ilə işdən ayrıldığını qeyd etmişdi. TQDK-dan verilən açıqlamada da E.Nağızadənin işdən çıxarılma səbəbi belə göstərilmişdi. Rüşvət qalmaqalı gündəmə gəldikdən sonra isə E.Nağızadənin əmisi Tahir Nağıyev mətbuata üz tutaraq etirazını bildirmişdi. O, qardaşı oğlu haqda yazılanların yalan olduğunu deyərək, yaxın zamanda mətbuat konfransı keçirərək bütün məsələlərə aydınlıq gətirəcəyini demişdi. Həmçinin E.Nağızadədən xəbər ala bilmədiklərini deyən Tahir Nağıyev onun taleyindən narahat olduqlarını bildirmişdi. E.Nağızadə ilə bağlı yeni məlumat əldə etmək üçün əvvəlcə onun özü ilə əlaqə saxlamağa çalışdıq. Artıq uzun müddətdir ki, telefonu söndürülən E.Nağızadə sosial şəbəkədən də yoxa çıxıb. Feysbuq sosial şəbəkəsindəki hesabını bağlayan Nağızadənin qohumları ilə də əlaqə saxlamağa çalışdıq. Mətubat konfransı keçirəcəklərinin anonsunu verən Nağızadənin əmisi də sonuncu açıqlamadan sonra gözdən itib. Daha sonra Baş Prokuroluğun mətbuat xidməti ilə əlaqə saxladıq. Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirdi ki, axtarışda olan E.Nağızadənin tutularaq istintaqa cəlb edilməsi istiqamətində zəruri istintaq və əməliyyat axtarış tədbirləri davam etdirilir.(musavat.com)

3 May 2016 4:18

Azadlıq prospektinin təmirinə başlanıldı

Bakıda Azadlıq prospektinin təmiri işlərinə başlanılıb. “Azəravtoyol” ASC-dən Publika.az-a verilən məlumata görə, ilkin mərhələdə Azadlıq prospektinin Ziya Bünyadov prospekti ilə kəsişməsindən, Biləcəri-Baksol avtomobil yolunun kəsişməsinədək olan 3,2 km-lik hissəsi təmir olunacaq. İkinci mərhələdə isə prospektin Biləcəri-Baksol avtomobil yolu ilə kəsişməsindən Binəqədi qəsəbəsinədək olan 2,6 km-lik hissəsinin təmiri planlaşdırılır. Təmir işlərinin ümumi avtonəqliyyat vasitələrinin axınına az təsir etməsi üçün hissə-hissə və yalnız bir istiqamət üzrə müəyyən ərazidə hərəkətin məhdudlaşdırılması tətbiq olunur: "Bu müddət ərzində sürücülərdən mümkün qədər hərəkət istiqamətlərinə uyğun alternativ yollar seçmələri xahiş olunur". Təmir işləri çərçivəsində prospektin köhnə asfalt-beton örtüyünün üst qatı qaşınaraq ərazidən daşınır. Bunun əvəzinə prospektə ikiqat olmaqla yüksək keyfiyyətli asfalt-beton örtüyünün döşənməsi işləri həyata keçiriləcək. Ümumilikdə 50 min kv. metr ərazinin asfaltlanması planlaşdırılır. Bundan başqa, təmir işləri zamanı səth sularının normal kənarlaşdırılması üçün nəzərdə tutulmuş yağış-kanalizasiya sistemi və yağış barmaqlıqları yenilənəcək, kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq baxış qapaqları və yol boyu köhnə səki daşları yeniləri ilə əvəzlənəcək, mövcud piyada səkiləri bərpa olunacaq. Prospektin təmir işləri aparılan hissəsində yerləşən köhnə avtobus dayanacaqlarının ərazisi genişləndirilərək xüsusi “cib”li dayanacaqların yaradılması nəzərdə tutulub. “Cib”li dayanacaqların uzunluğun 20 metr, eni isə 3,5 metr olacaq. İşlər tərtib olunmuş qrafikə uyğun həyata keçirilir və qısa müddət ərzində yekunlaşdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub.

3 May 2016 10:08

Fakt

Bizi izləyin