Bu təhsil ocağında rəsmən bazar açıblar

uk-98

Yeni tədris ilinin başlanmasına artıq çox az müddət qaldığını nəzərə alsaq, bəzi ali təhsil müəssisələrində də cərəyan edən proseslərin getdikcə aktivliyini artırmasını “normal” qəbul etmək olar. Təbii ki, əgər bu proseslərin özünü normal adlandırmaq olarsa. Əlbəttə, əgər söhbət Azərbaycan Dövlət İqtisad Universitetindən (ADİU) gedirsə, bu zaman istənilən bir halı adi qəbul etməyə məcburuq. Son illər ərzində bu universitetdə hansı qalmaqallar yaşanmayıb ki? Bu xüsusda bizimdovr.az-a daxil olan məlumatlarda rektor Ədalət Muradovun rəhbərliyə gəldiyi ilk günlərdən artıq bu ali təhsil müəssisəsində yeni qaydaların bərqərar olunduğu, həm də bu qaydaların müxtəlif səpgili korrupsiya hallarının daha da dərinləşməsinə yol açdığı bildirilir. İddialara görə, şübhəli tələbə transferlərindən tutmuş, rüşvətin yeni məzənnəsinə qədər bir çox məqamlar artıq çoxdan ADİU-nun fəaliyyətinin ayrılmaz hissəsinə çevrilib. Universitet tələbələrini daha çox narahat edən cəhət isə bundan ibarət olub ki, yeni rektor təyinatından sonra burada rüşvət yığımları indiyədək görünməmiş dərəcədə yüksək həddə çatdırılıb. Yeri gəlmişkən, bir müddət əvvəl  universitet barədə 620 min manat rüşvət qalmaqalından mətbuat yazdı.Orada həyata keçirilən növbəi rüşvət yığımının təfərrüatlarından bəhs olundu və bu  " işi" həyata keçirənlər deyil, sravi müəllimlər qurban verildi,onlara cinayət işi açıldı.Sonradan baş vermiş eybəcərlikləri ört-bastır etmək üçün açıqlama da verildi. Açıqlamada deyilirdi: “Bu gün universitetimizdə ən aktual mövzu buraxılış kurs tələbələrinin diplom ala bilmək ehtimallarının “qiymətləndirilməsilə” bağlıdır. Məlumdur ki, hazırda iqtisad universitetində buraya müxtəlif özəl ali təhsil müəssisələrindən transfer olunmuş tələbələr də təhsil alırlar. Əksəriyyəti bilavasitə Ədalət Muradovun rektor təyin olunmasından sonra belə bir şansı əldə etmiş tələbələrin çoxu, savad baxımından xeyli “axsayırlar”. Buna görə də bu tələbələrin demək olar ki, hamısının onlarla imtahan kəsirləri yığılıb qalıb. Təbii ki, belə olan vəziyyətdə bu tələbələrin diplom almaq şansları da azalır. Amma universitet rəhbərliyi bu şansların artırılması üçün xüsusi formulalar təklif edir. Məsələn, mənim tələbə tanışlarımdan biri ADİU-nun Dünya İqtisadiyyatı fakültəsinə özəl universitetdən transfer olub. Hazırda onun 28 fənn imtahanından kəsiri var. Aydındır ki, belə bir vəziyyətdə onun diplom ala bilməsi demək olar ki, mümkün deyil. Lakin buna baxmayaraq, həmin tələbəyə “işgüzar” bir təklif olunub. Belə ki, o, hər imtahana görə 1000 manat və dövlət imtahanına görə 5000 manat olmaqla, cəmi 33 min manat ödəyərsə, bu zaman onun bütün problemləri həll olunar...” Bununla belə, İqtisad Universitetinin həyatı müəyən yeniliklərdən də məhrum deyil. Belə ki, bir müddət əvvəl universitet özünün Dərbənd filialına daxili imtahanlar əsasında tələbə qəbulu həyata keçirmək hüququ verən lisenziya alıb. Əslində, bu qəbul imtahanları yalnız Rusiya vətəndaşları üçün nəzərdə tutulub. Amma ADİU-nun bəzi işbazları Azərbaycanda keçirilən ali məktəblərə qəbul imtahanlarından keçid balı toplaya bilməyən gənclərimizi də Dərbənd filialına “dəvət edirlər”. Məsələn, universitetin müəllimi olan Eyyub bəy belə “səlahiyyət”lərə sahib olan şəxslərdən biridir (Eyyub müəllim həm də Kooperasiya Universitetində dərs deyir). Bu şəxs ADİU-nun Dərbənd filialına tələbə qəbulunu ortalama 20 min ABŞ dolları müqabilində həyata keçirir. Belə ki, bu yaxınlarda Eyyub müəllim ona bu məqsədlə müraciət etmiş vətəndaşdan ilkin olaraq 21 min dollar istəmişdi. Sonradan isə, məbləğ 19 minə qədər endirilmişdi. Həm də Eyyub müəllim bu məbləğin tam olaraq rektor Ədalət Muradova çatdığını vurğulayıb. Lakin, bizdə olan dəqiq məlumata görə, Dərbənd filialına tələbə qəbulu üçün rektora çatan məbləğ cəmi 15 min ABŞ dollarıdır. Amma ümüd edirik ki, bu rəqəmləri açıqlamağımız Ədalət Muradovla Eyyub müəllim arasında gərginlik yaranmasına səbəb olmayacaq... Materialda adı keçən bütün tərəflərin mövqeyini öyrənə bilərik. Faktinfo.az

10 Sentyabr 2016 12:23

Peşə təhsili müəssisələrinin adları dəyişəcək –Təhsil Nazirliyindən xəbər

tehsil-nazirliyi-manset

Bakı və Gəncə şəhərlərində peşə təhsili müəssisələrinin nömrələrlə adlanması sistemi ləğv olunacaq. Bunu Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru, iqtisad elmləri doktoru, professor Famil Mustafayev deyib.Onun sözlərinə görə, hazırda Bakı və digər şəhərlərdə olan peşə məktəbləri nömrələrlə, məsələn, “1 nömrəli”, “2 nömrəli” peşə liseyi və ya peşə məktəbi adlanır: “Bakıda 26 peşə məktəbi və lisey mövcuddur. Biz bu məsələni araşdıranda belə qərara gəldik ki, peşə təhsil müəssisələrinin yeni imicini formalaşdırmaq üçün ilk növbədə ixtisasları önə çıxaraq. Yəni məktəbləri nömrə ilə deyil, ixtisasla adlandıraq. Məktəblərimizin adları emal sənayesi, texnika və texnologiya, mədəniyyət və sənətkarlıq, turizm və sosial xidmətlər, aviasiya və avtomobil nəqliyyatı, dəniz nəqliyyatı, gəmiqayırma və liman işi, tikinti və quraşdırma, rabitə və informasiya texnologiyaları üzrə dövlət peşə təhsil mərkəzləri olsun. Başqa sözlə, ixtisaslaşma burada prioritet olacaq”. F.Mustafayev qeyd edib ki, artıq bununla bağlı müvafiq təklifləri Nazirlər Kabinetinə təqdim ediblər. Təkliflər artıq razılaşma mərhələsini keçib.Yaxın vaxtlarda məsələ ilə əlaqədar qərarın qəbulu gözlənilir.  

9 Sentyabr 2016 10:34

Şəmkir rayon Təhsil Şöbəsində dövlət vəsaiti mənimsənilib

manat_valyuta60

Hesablama Palatasının Kollegiyası müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq dövlət büdcəsinin yerli xərclərindən 2014-2015-ci illərdə və 2016-cı ilin1-ci rübündə Şəmkir rayon Təhsil Şöbəsinə (Şöbə) ayrılmış vəsaitlərin proqnozlaşdırılması və icrası vəziyyəti ilə bağlı həyata keçirilmiş auditin nəticələri üzrə hesabatı müzakirə edərək təsdiqləyib. Audit ümumilikdə 46901,5 min manat məbləğində vəsaiti əhatə edib, ayrılmış vəsaitlərin icra səviyyəsi 91,8%-93,3%-dir. 2015/2016-cı tədris ili üçün Şöbənin strukturu 79 ümumtəhsil məktəbi üzrə ümumilikdə 31059 şagird kontingenti və 1619 sinif komplekti təsdiqləyib, ümumtəhsil məktəblərində 3189 nəfər müəllim çalışıb. Təhsil şöbəsinin ümumtəhsil məktəblərində şagirdlər üzrə orta sıxlıq 19,2 nəfər, o cümlədən I-IV siniflər üzrə 20,0 nəfər, V-IX siniflər üzrə 18,5 nəfər, X-XI siniflər üzrə 18,4 nəfər təşkil edib. 2015/2016-cı tədris ilində rayonun ümumtəhsil məktəblərində vakant olan 57 yer üçün (853 saat dərs yükü) kadr sifarişi verilib. Vakant yerlər üzrə ən çox tələbat əsasən riyaziyyat, fiziki tərbiyyə, biologiya, ibtidai sinif, Azərbaycan dili və ədəbiyyatı müəllimlərinə olub. Təhsilin keyfiyyət göstəricilərinin təhlili nəticəsində attestat alanların yalnız 40,52%-nin qəbul imtahanlarında iştirak etmək üçün müraciət etdiyi, onlardan 41,33%-nin tələbə adını qazandığı, rayon abituriyentlərinin ana dili, riyaziyyat, fizika, kimya, biologiya, tarix, coğrafiya və ingilis dili fənləri üzrə göstəriciləri respublikanın orta göstəricilərindən aşağı olduğu müəyyənləşib. Əməyin ödənilməsi ilə bağlı fəaliyyətin araşdırılması nəticəsində müəyyən olunub ki, lazımı avadanlıqlarla təchiz edilmədiyi halda tədris kabinetinə rəhbərliyə görə, şagirdlərin sayı normadan az olan siniflərin yarımqruplara bölünməsi nəticəsində artıq tarifləşdirilmiş dərs saatlarına görə və dərslərin normadan artıq tarifləşdirilməsi səbəbindən Şöbə tərəfindən artıq əmək haqqı ödənilib. Audit prosesində əvəzlənməmiş, lakin əvəzlənməsi rəsmiləşdirilmiş dərs saatlarına,həmçinin əvəzetmə zamanı əvəzedici müəllimlərə düzgün olmayaraq sinif və kabinet rəhbərlikləri üzrə vəzifələrin əvəz olunmasına görə də əlavə haqq müəyyənləşdirilərək ödənildiyi üzə çıxıb. Azkontingentli ibtidai siniflərdə komplektləşdirilmənin düzgün aparılmaması, siniflər üzrə şagirdlərin say həddinin gözlənilməməsi nəticəsində paralel siniflər yaradılıb, nəticədə artıq büdcə vəsaiti icra edilib. Şöbə tərəfindən tarifləşmə siyahılarına salınmış dərs saatlarının ünvanlı bölgüsünün müvafiq qaydada rəsmiləşdirilməməsi, həmçinin artıq ştat vahidlərinin saxlanması nəticəsində artıq büdcə vəsaitinin ödənişinə yol verilib. Məzuniyyət günləri ilə üst-üstə düşən bayram günlərinin məzuniyyətin təqvim günlərinə daxil edilməsi və artıq hesablanmış iş günləri üçün əmək haqqı ödənilməsi, gənc mütəxəssislər üçün əlavə güzəştlər və stimullaşdırıcı tədbirlərin müəyyən edilməsi ilə bağlı müvafiq qərarla təsdiq edilmiş müddətlərin gözlənilməməsi səbəbindən artıq əmək haqqı və kompensasiya ödənilməsi hallarına yol verilmiş, həmçinin funksional fəaliyyətə aid edilməyən və xərclər smetasında nəzərdə tutulmayan istiqamətlərə vəsait yönəldilib. Bir sıra hallarda vəsaitin satınalma metodlarından istifadə edilmədən xərcləndiyi, icraçıya malların alınmasına görə qaimədə göstərilmiş yekun məbəğindən artıq vəsaitin ödənilməsi, həmçinin şöbə tərəfindən alınan malların ehtimal olunan qiymətlərinin düzgün müəyyənləşdirilməməsi nəticəsində artıq xərcə yol verildiyi müəyyənləşib. Audit dövrünün sonuna kreditor borcun məbləği 5,9 dəfə artaraq 126 min manat olub. Həmin məbləğin 70,1%-ni kommunal xidmətlərin haqqının ödənişi ilə bağlı yaranmış borclar təşkil edib, həmçinin müxtəlif mal-material qiymətliləri uçota alınmayıb. Hesablama Palatasının Kollegiyası Şəmkir rayon Təhsil Şöbəsi tərəfindən yol verilmiş nöqsanların əsasən audit dövründə aradan qaldırıldığı nəzərə almaqla müəyyən edilmiş digər nöqsanların qısa müddət ərzində ləğv edilməsi, həmçinin nöqsanlara yol vermiş vəzifəli şəxslərin qanunvericilik ilə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edib. İcra olunması və həyata keçirilmiş tədbirlər barədə Hesablama Palatasına məlumat verilməsi məqsədilə qərarın surəti Şəmkir rayon Təhsil Şöbəsinə göndərilib. Auditin nəticələri ilə bağlı Milli Məclisə məlumat verilib.

30 Avqust 2016 9:36

12 illik təhsildən imtina olunur – Nazirlik müraciət etdi

publika.az1472535898Без названия (3)

2013-cü ildən Türkmənistanda tətbiq edilən 12 illik təhsil özünü doğrultmayıb. Ölkə yenidən 10 illik təhsilə geri qayıda bilər. Faktinfo.az xəbər verir ki, 10 illik təhsil geri qayıtmaq üçün bu ölkənin Müdafiə Nazirliyi son iki ildə dəfələrlə prezidentə müraciət edib.Buna səbəb ölkədə 18 yaşlıların yaz çağırışı vaxtında təhsillərini başa vurmamalarıdır. Buna görə də Hərbi Komissarlıq planı doldura bilmir.12 illik təhsilin gətirdiyi ikinci problem xərclərlə bağlıdır. Artıq bununla bağlı ölkənin maliyyə və iqtisadiyyat nazirlikləri dövlət başçısına müraciət edib. Ölkədə xərclərin azaldılması ilə bağlı məsələlər gündəmdədir. Bu dəfə isə təhsil xərclərinin azaldılması planlaşdırılır. Bunun üçün müəllimlərin işdən çıxarılması deyil, iş saatları və digər məsələlərdə qənaət etmək planlaşdırılır.Bildirilir ki, ölkədə 10 illik təhsilə qayıdıldığı halda, 12 illik təhsili şagirdlər peşə məktəblərində tamamlayacaq. Hazırda Türkmənistanın peşə məktəblərində 8000 şagird təhsil alır. Orta dərəcəli məktəblərdə ildə 100 min nəfər məzun olur.Qeyd edək ki, Azərbaycanda 12 illik təhsilə keçid planlaşdırılır. Bu məsələ “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda əks olunub.2016-2017-ci illərdə isə Təhsil Nazirliyi tərəfindən 12 illik ümumi təhsilin səviyyələri üzrə nümunəvi fənn kurikulumları, dərslik sahəsində yeni qaydalar hazırlanacaq. 2017–2018-ci illərdə Nazirlər Kabineti və Təhsil Nazirliyi tərəfindən 12 illik ümumi təhsil sisteminə keçid mexanizminə dair təkliflər hazırlanacaq. Bununla yanaşı, 2017-ci ildən başlayaraq, mütəmadi olaraq, tam orta təhsil səviyyəsində təhsil müəssisələri müxtəlif istiqamətlər üzrə bölünəcək.

30 Avqust 2016 10:21

Daha bir vəzifəli şəxs işçilərin adına kredit götürüb və… – QALMAQAL

1472472040_0001

Beyləqan Təhsil Şöbəsinin müdiri Xuraman Rüstəmova çətin vəziyyətə düşüb. Bu barədə Beyləqandakı mənbə məlumat verib. Mənbə bildirir ki, Xuraman Rüstəmova Təhsil Şöbəsinin müdiri olmaq üçün həmin vaxt direktor işlədiyi 3 saylı orta məktəbin 20-dən çox müəlliminin adına "Kapital Bank"ın rayon filialından külli miqdarda kredit götürərək icra başçısı Vaqif Abdullayevə verib. İndi isə şöbə müdiri müəllimlərin adına götürdüyü kreditləri ödəyə bilmir. Bu posta təyin olunduqdan sonra məktəb direktorlarından pul yığan Xuraman Rüstəmova hansısa səbəbdən yığımı dayandırıb. Məhz buna görə indi müəllimlərin adına götürdüyü kretidləri ödəyə bilmir. Alınan məlumatda bildirilir ki, şöbə müdiri bankdan müəllimlərin hər birinin adına 2-3 min manat arası kredit götürüb. Ümumi məbləğin 40 min manatdan çox olduğu deyilir. Şöbə müdiri hər ay 1500 manatdan çox ödəniş etməlidi ki, indi buna gücü çatmır. Buna görə də "Kapital Bank"ın rayon filialının rəhbərliyindən güzəştlərin edilməsi üçün xahiş etmək istəyir. Qeyd edək ki, informasiya mənbə Xurman Rüstəmova üçün bankdan kredit götürən müəllimlərin siyahısını redaksiyamıza təqdim edib. Həmin siyahını dəqiqləşdirdikdən sonra təqdim edəcəyik. Aldığımız başqa bir məlumata görə, Xuraman Rüstəmova icra başçısı Vaqif Abdullayevin adından pul yığmağa başlayıb. Belə ki, o, Təhsil Şöbəsində direktorlarla keçirdiyi görüşündə bildirib ki, başçıya "hesab" verməlidi. Buna görə də direktorlara pul yığmağı tapşırıb. Şöbə müdirinin dediklərinin nə qədər həqiqət olub-olmadığını, Vaqif Abdullayevin ondan "hesab" istəyib-istəmədiyini dəqiq bilmirik. Deyilənlər həqiqətdisə, bu hadisə böyük qalmaqala səbəb olacaq. Yox əgər Xuraman Rüstəmova icra başçısının adından istifadə edirsə, demək Vaqif Abdullayevi qəsdən rüşvətxor kimi tanıtmaqda məqsədi var. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.\MilliYol.Az\

29 Avqust 2016 5:45

Ağstafa təhsilinə cavabdehlər maliyyə yoxlamasına pul yığır

download (1)

Son illər Ağstafa təhsilindəki neqativ hallarla bağlı KİV-də saysız-hesabsz yazılar dərc edilib. Ancaq buna baxmayaraq, Ağstafa təhsilində qayda-qanun yaradan tapılmır ki,tapılmır. Əksinə, mütəmadi olaraq yeni-yeni utancverici məlumatlara rəvac verilir.Ağstafa Rayon İcra Hakimiyyəti yetkililərinin rayon təhsilinə dolanışıq kimi baxması,muxtəlif təyinatları bəhanə bilib kənd orta məktəblərində pul yığdırmaları orta məktəblərdə çalışan müəllimləri lap boğaza yığıb. Faktinfo.az saytına yazan şəxsin narahatlıgını nəzərə alsaq demək yerinə düşər ki,  son günlərdə rayon məktəblərində əməlli-başlı gərginlik hökm sürür. Bu da Maliyyə Nazirliyinin nümayəndələri tərəfindən Ağstafada bir sıra sahələrdə, o cümlədən təhsil sistemində aparılan yoxlamalarla bağlıdır. “Faktinfo.az” saytına daxil olan məlumata görə, yoxlamanın gedişi Təhsil şöbəsinin rəhbərliyini çətin duruma salıb. Təhsil şöbəsinin rəhbərliyi yaranmış vəziyyətdən çıxmaq üçün maraqlı üsula əl atıb. Belə ki, maliyyə müfəttişlərini razı “yola salmaq” üçün məktəb direktorlarına göstəriş verilib ki, bütün müəllimlərin hər birindən 50 manatdan yığılsın.Rayon icra hakimiyyətindən verilən bu gostərişdən suii istifadə edilməsi də mümkün variant kimi qeyd olunur.Bunlar isə artıq haqlı narazılığa səbəb olur,  müəllimlər arasında ciddi söz-söhbətə səbəb olur.  Xüsusilə Dağ Kəsəmən, Qıraq Kəsəmən, Zəlimxan,  Böyük Poylu, Kiçik Poylu kəndlərində daha çox narazılıq yaranıb. Bu da həmin kəndlərdə iqtisadi durumun daha ağır olması ilə əlaqələndirilir. Ancaq Təhsil şöbəsinin rəhbərliyi heç kəsə güzəştə getmək fikrində deyil. Belə ki, pul vermək istəməyən müəllimlər kənd orta məktəb direktorları tərəfindən təhdid edilir,onlara bildirilir ki ,gələcəkdə dərs prosesi zamanı ən xırda nöqsanlar belə onlara bağışlanmayacaq. Yeri gəlmişkən, qeyd edək ki, dərs ilinin sonunda attestata görə hər bir şagirddən 20 manat yığılması, bundan başqa rayondakı tikiş sexində ucuz parçadan tikilən keyfiyyətsiz məktəbli formalarının 50 manata satılması da əhali tərəfindən ciddi narazılıqla qarşılanır. Halbuki Bakı Tikiş Evinin kifayət qədər keyfiyyətli olan məktəbli formaları paytaxtda 36 manata satılır. Çoxlu sayda ailələr var ki, 3-4 uşağı məktəbə gedir. Gündəlik tələbat mallarını almağa çətinlik çəkən bu cür ailələr “ağ” qiymətinə həmin formaları necə alsınlar? Rayonun səlahiyyət sahibləri, Təhsil şöbəsinin rəhbərliyi bu cür özbaşınalıqlara yol verməklə geniş kütlə arasında ölkə rəhbərliyinin hakimiyyətə qarşı bir inamsızlıq, küskünlük yaratmırmı?!Hər halda düşünməyə dəyər...Çünki son aylar Ağstafada əhalinin narazı qaldığı səbəblərdən başlıcası təkcə təhsil sistemi deyil.Bu sıralamaya torpaqlarına dair boru kəmərlərinin keçdiyi ərazilərdə ödənilən kompensasiyaları,ünvanlı sosial yardımların verilməsindəki özbaşnalıqları ,maye qazın verilməsində olan səbəbsiz dayanmaları,internetin lazımı şəkildə verilməməsini də aid etmək olar.Ardı var... “Faktinfo.az”  

26 Avqust 2016 3:38

“Biz bu universiteti yenidən qururuq…”

156932_res_01

Son vaxtlar Bakı Slavyan Universiteti medianın diqqət mərkəzindədir. Buna səbəb yeni rektorun təyin edilməsindən, professor Nurlana Əliyevanın bu ali təhsil müəssisəsinə rəhbərlik etməyə başlamasından sonra orada həyata keçirilən islahatlardır. Hansı ki, bir çoxları yeni rektorun atdığı addımları universitetdə “kütləvi işdən çıxarmalar” şəklində və ya digər neqativ istiqamətlərdə təqdim etməyə çalışır. Virtualaz.org saytının əməkdaşları son vaxtlar gündəmdə olan Bakı Slavyan Universitetindəki vəziyyəti araşdırmaq, bu ali təhsil müəssisəsində hansı islahatların həyata keçirildiyini öyrənmək üçün rektor Nurlana Əliyeva ilə görüşüb, ondan müsahibə alıb. -Nurlana xanım, əvvəlcə Bakı Slavyan Universitetinə yeni təyin olunmuş rektor kimi bu ali təhsil müəssisəsinin rolu, başqa universitetlərdən fərqi haqda danışardınız...   -Bakı Slavyan Universiteti Azərbaycanda fəaliyyət göstərən ali məktəblər içərisində özünəməxsus yer tutub. Universitetin Fransa, İtaliya, Yunanıstan, Ukrayna, Rusiya, Türkiyə, Bolqarıstan, Çexiya, Polşa və digər ölkələrlə geniş əlaqələri var. Bizim universitetdə müxtəlif ölkələrin mərkəzləri fəaliyyət göstərir, hətta bu ölkələrin səfirlikləri ilə sıx əlaqə saxlayırlar. Hətta müştərək layihələr həyata keçirir, layihə çərçivəsində konfranslar keçirilir, kitablar tərcümə olunur, jurnallar dərc edilir. Müəllim-tələbə mübadiləsi aparılır. Yəni digər universitetlərdən fərqli olaraq Slavyan Universitetinin beynəlxalq əlaqələri daha genişdir. Buna görə də dərk edirik ki, üzərimizə daha böyük vəzifələr qoyulub. Bu işləri aparmaqla, universitetimizi daha yaxşı tanıtmaqla həm Vətənimizi, millətimizi tanıtmış oluruq, həm də burada işləyən müəllimlərin elmi bacarıqlarını dünyaya göstəririk. -Sizin rektor təyin edilməyiniz həm də Universitetin 70 illiyi ərəfəsinə təsadüf edib. Bu yubileylə bağlı hansı hazırlıqlar görülür?   -Bəli, bu il universitetin 70 illiyidir. Ona görə də yubiley tədbirimizi çox yüksək səviyyədə keçirməyi planlaşdırırıq. Təhsil müəssisəsinin əməkdaşlıq etdiyi beynəlxalq universitetlərin, səfirliklərin nümayəndələrini tədbirimizə dəvət edəcəyik. Yubileyə qədər biz Bakı Slavyan Universitetini müasir tələblər baxımından zəngin, maddi - texniki bazası olan, müasir infrastruktura malik universitet səviyyəsinə gətirməyi qarşımıza məqsəd qoymuşuq. İstəyirik ki, qonaqlar bizim təhsil ocağından gözəl təəssüratlarla ayrılsınlar, razı qalsınlar. Onlarda universitetin fəaliyyəti ilə bağlı təsəvvür yaransın, burada çalışan elm adamlarını, akademikləri, professorları tanısınlar. Yubiley tədbiri yüksık səviyyədə keçiriləcək, istəyirik ki, tədbir həm də burada təhsil alan tələbələrin  həyatında yaddaqalan, əlamətdar hadisəyə çevrilsin. -Yeri gəlmişkən, universitetin binasında əsaslı təmir işlərinin getdiyini müşahidə etdik. Sizdən əvvəl bina hansı vəziyyətdə olub? -Deməliyəm ki, universitetin binasının vəziyyəti heç də yaxşı deyildi, hətta acınacaqlı idi. Ona görə ləngimədən təmir işlərinə başladıq.Təmir işləri binanın foyesində, akt zalında, kitabxanada, bütün tədris otaqlarında aparılır. Qapılarda turniketlər quraşdırılır. Binamız 6-mərtəbəlidir, buna görə lift də quraşdırılıb. Muzeylər yenidən qurulur, bir sözlə, universitet nəfis və müasir görkəmə  gətiriləcək. Onu da deyim ki, binada kanalizasiya, su və istilik sistemi də tamamilə yenidən qurulur. Artıq 50 tonluq ehtiyat su anbarı tikilib. Elektrik xəttləri dəyişdirilib, yeni internet xətləri çəkilib, WiFi şəbəkəsi yaradılıb, müşahidə kameraları quraşdırılıb. Kitabxanada, yeməkxanada, arxivdə, foyedə havalandırma sistemi yaradılıb. Biz artıq elektron kitabxananın təşkil edilməsi üçün işlərə başlamışıq. Təhlükəsizlik pilləkənləri bərpa edilib,  tədris otaqlarının sayı artırılıb. Auditoriyaların texniki avadanlıqlarla təmin edilməsi işlərinə başlanmışdır. Kompüterlər, noutbuklar, ağıllı lövhələr, printerlər alınıb. Universitetin yataqxanasının da yenidən qurulması nəzərdə tutulur. -Bəs universitetdə tədrislə bağlı hansı yeniliklər gözlənilir? -Universitetdə hələ də dərslər 20-30 il əvvəlki metodla keçirilir. Halbuki hazırda bütün dünya müasir tədris sisteminə keçib, internet dövrüdür. Tələbələr hərtərəfli məlumatlar almalı, dünyada baş verən elmi  yenilikləri izləməlidirlər. Biz bunları nəzərə alaraq universitetdə tələbələrin internetə çıxış imkanlarını təmin edirik,  kompüterlərlə təchiz edilmiş yeni auditoriyalar yaradırıq. Həmçinin tədrisin idarə olunması və tədris texnologiyalar mərkəzi yaradırıq. İmtahanların təşkilində yeni qaydalar tətbiq olunacaq, tədris sənədləri yenilənəcək, tyutorlar institutu yaradılacaq. (Tyutor şagird və tələbə üçün fərdi təhsil proqramının təşkilinə və aparılmasına rəhbərlik edir) Bu ildən ödəniş əsasında qəbul edilən tələbələrlə müvafiq müqavilə bağlanılacaq. Dekanlıqlarda tələbələrin barəsində məlumat bankı yaradılacaq. Hər tələbə haqqında geniş infornmasiya əldə etmək imkanı olacaq. Tələbə ictimai birliklərinin ideoloji işin aparılması sahəsində fəaliyyəti gücləndiriləcək. Bundan əlavə, universitetin strukturunda da dəyişiklik edəcəyik. Yəni kadr islahatları aparmağı planlaşdırırıq. Görünür  əvvəlki illərdə tələbələrin sayı çox olub. Bu gün isə tələbələrin sayı azalıb. Hazırda universitetdə 3 min tələbə təhsil alır. Tələbələrin sayı azalsa da, işçilərin sayı olduğu kimi qalır. Buna görə də işçilərin sayında ixtisarlar olacaq. Hazırda universitetdə 26 kafedra fəaliyyət göstərir. Hansı kafedraların arasında  fəaliyyət sahəsinə görə uyğunluq varsa onları birləşdiriləcək. Hər bir kafedranın deyilən dərslərə uyğun ədəbiyyatı, kitabxanası olmalıdır. Universitetin qiraət zalının tamamilə müasirləşdirilməsinə çalışacağıq.  Öz üzərində işləmək istəyən tələbənin masasının üstündə heç olmasa noutbuku olmalıdır.   -Universitetin beynəlxalq əlaqələrini genişləndirmək, tələbələrlə işin yenidən qurulması istiqamətində hansı işlər planlaşdırılır? -Dünya ölkələri universitetləri ilə müştərək işləmək, layihələr həyata keçirmək, beynəlxalq konfranslar, tədbirlər hazırlamaq, kitablar, jurnallar dərc etmək, müəllim-tələbə mübadiləsi aparmaq və digər əhəmiyyətli işlər nəzərdə tutmuşuq. Şübhəsiz ki, xarici ölkələrlə dostluq əlaqələrinə diqqət yetirəcəyik. İstəyirik ki, mövcud əlaqələri intensivləşdirək, yeni layihələr işləyək, universitetə qrantlar gətirə bilək. Universitetin tələbə-gənclər təşkilatı var. Fikirləşirik ki, onlarla respublikanın tələbə-gənclər təşkilatı, Yeni Azərbaycan Partiyası, İdman və Turizm Nazirlikləri ilə əlaqələr yaradaq. Məqsədimiz tələbələrimizi  hərtərəfli, kamil vətəndaş kimi yetişməkdir.   Daha sonra tələbələrin dərsdənkənar asudə vaxtlarının düzgün keçirilməsi yönümündə çoxlu işlər nəzərdə tutulub. Biz istəyirik ki, tələbələrimiz muzeylərə getsinlər, bölgələri gəzsinlər, vətənimiz haqqında təsəvvürləri formalaşsın. Çünki vətəni tanımadan, görmədən sevmək çətindir, onu yaxından tanıyaraq, gözəlliklərini görmək, tarixini bilmək lazımdır. Nəzərdə tutduğumuz bütün bu tədbirləri həyata keçirmək üçün yaxşı kadrlarımız, uzun illər həyatını təhsilə həsr eləmiş professorlarımız var. Məktəbin yaddan çıxmış ənənələrini dirçəldəcəyik. Çalışacağıq ki, bizim milli təhsilin üzərində dünyavi təhsil yaradaq. Universitetin milli və bəşəri fəaliyyət göstərməsini istəyirik. Çalışacağıq ki, həm öz dəyərlərimizi unutmayaq, həm də onların üzərində dünya təhsilindəki mütərəqqi islahatları həyata keçirək. -Nurlana xanım, rektor təyinatınızdan sonra müəyyən KİV-lərdə sizə qarşı sanki qaralama kampaniyasını müşahidə edirik. Atdığınız hər addıma müəyyən neqativ don geyindirməyə çalışırlar.  Bu, sizcə təşkilatlanmış hücumlardır, yoxsa? -Həqiqətən mətbuatda mənim haqqımda həqiqətə uyğun olmayan məlumatlar verilir. Düşünürəm ki, bunların əksəriyyəti qərəzli yazılardır. Bu məlumatları yazanlar ya haradansa istiqamətlənirlər,  sifariş alırlar, ya da özlərinin hansısa məqsədini həyata keçirmək istəyirlər. Yazırlar ki, guya mən keçmiş rektorun kadrlarını işdən çıxarıram. Əvvəl işlədiyim kollecdən-Sabir adına Dövlət Pedaqoji Kollecindən buraya mütəxəssislər gətirirəm. Əvvəla onu deyib ki, universitetdə müəllim-tələbə nisbəti uyğunsuz yaradılmışdı. 3 min tələbə var, 644 müəllim-professor heyəti fəaliyyət göstərir. Müəllimlərin 315 nəfərinin elmi adı yoxdur, 295 nəfər 0,5 ştatla, 62 nəfər isə 0,25 ştatla işləyir. Kənar təşkilatlardan 54 nəfər əvəzçiliklə fəaliyyət göstərir. Belə olduqda kimlərinsə ixtisar olunması labüddür. Qaldı kollecdən universitetə kadrların gətirilməsinə, oradan cəmi bir nəfər-təsərrüfat işçisi dəvət etmişəm. Göründüyü kimi KİV-də doğru məlumat yox, qərəzli yazılar dərc olunur. Mən ömrümün yarısını dövlətə, vətənə xidmət etmişəm. Elmlər doktoru-professoram. Prezidentimiz məni Vətənin şərəfli mükafatı  “Şöhrət Ordeni” ilə təltif edib, respublikanın əməkdar müəllimiyəm. Həmçinin Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, Qadınlar Şurasının sədriyəm. Mənim əleyhimə ağzına gələni yazan bilməlidir ki, YAP-ın əleyhinə danışır. Mən bu mövqeyə zəhmətimlə, Vətənimə, xalqıma, onun milli sərvətlərinə sonsuz məhəbbətimlə, peşəkarlığım, sədaqətim, qədirbilənliyimlə gəlib çıxmışam. Hər sözü danışmağı özlərinə rəva bilən KİV nümayəndələrinin bəziləri heç bir mənəvi əxlaqi dəyərlərə qiymət verə bilmrlərsə, öz səviyyələrindən incisinlər. Mətbuat həqiqətə söykənməlidir. Təəssüf ki, bu gün mətbuat işçilərinin arasına təsadüfi insanlar çoxdur. - Sizin müəllimlərin, tələbələrin geyimləri ilə bağlı fikirləriniz də müəyyən rezonans doğurdu. Geyim məsələsi  vaxtaşırı müzakirəyə çıxarılır. Bu barədə cəmiyyətdə müxtəlif fikirlər var. Bəlkə bu,  ondan irəli gəlir ki, bizim tələbə və müəllim cəmiyyətində geyim zövqü, etika normaları aşağı düşüb? -Birincisi hər bir müəllim öz vətəninin ziyalısı olmalıdır. Müəllim zahiri görkəmindən başlamış biliyi, dünyagörüşü, milli-mənəvi dəyərləri özündə birləşdirməlidir. Burada geyim məsələsi xüsusi önəm daşıyır. Bu gün Azərbaycanda hər şey boldur. İndi hər qiymətə geyim almaq olar. Amma bu o demək deyil ki, müəllimlər təhsil müəssisələrinə istədikləri geyimdə gələ bilərlər. Müəllimin zahiri görkəmli ciddi, səliqəli, gözəl olmalı, səxsi nümunəsi ilə tələbəyə sağlam, normal zövq təqdim etməlidir. Vaxtı ilə rəhbəri olduğum kollecdə tələbələrə vahid geyim tətbiq etmişdik. Hamı bir nəfər kimi qara ətək və ağ köynək geyinirdi. Və bu, çox müsbət nəticələr vermişdi. Vahid geyim yalnız zahiri görkəm üçün deyil.  Doğrudur, bu gün insanların həyat səviyyəsi yüksəlib, daha yaxşı yaşayış təmin edilib. Amma hələ də kasıb yaşayan ailələr var. Vahid geyim forması o deməkdir ki, sən heç kimin diqqətini cəlb etmədən dərsə daha diqqətlə yanaşırsan. Eyni və ciddi geyim olanda hamının fikri dərsə yönəlir. Bu baxımdan mən kasıb, imkansız ailələri düşünüb vahid geyim tətbiq edilməsinə tərəfdaram. Lakin bu, mənim şəxsi fikirlərimdir. Hazırda isə Bakı Slavyan Universitetində vahid geyim formasının tətbiqindən heç  söhbət getməyib. Ola bilsin ki, gələcəkdə bunu müzakirəyə çıxaraq. Amma ümumən təhsil müəssisələrində müəllimlərin və tələbələrin geyim məsələsində bəzən əndazəni aşması göz qarşısındadır və bu, bir ziyalı, təhsil təşkilatçısı kimi məni narahat edir. -Qayıdaq universitetdə təhsilin səviyyəsi məsələsinə. Bayaq dediniz ki, bu universitetdə hələ də 20-30 il əvvəlin tədris metodları istifadə olunur. Təhsilin səviyyəsini yüksəltmək üçün konsepsiya hazırlayırsınızmı? Yeni professor müəllim heyətinin cəlb olunması planınızda varmı? -Bakı Slavyan Universitetinin konsepsiyasını hazırlayırıq. Universitetin maddi-texniki bazasının təkmilləşdirilməsi, kadr siyasətində islahat aparılması həyata keçirilir. Tələbələrə, müəllimlərə yeni stimul verən imkanlar yaradacağıq. Oxumaq istəyən, öz üzərində işləyən tələbələrə başqa cür təqaüdlər verəcəyik. Xarici ölkələrlə tələbə mübadiləsi aparılacaq. Hazırda xarici ölkə vətəndaşı olan 145 tələbəmiz var. Bizim tələbələr də xaricdə təhsillərini davam etdirirlər. Gələcəkdə xarici tələbələri universitemizdə cəlb etmək üçün peşəyönümlü təbliğat kampaniyalarına başlamaq niyyətindəyik. Ötən il universitetə tələbə qəbul planı kəsirdə qalıb. Bu isə ürəkaçan hal deyil. Tələbələrin qəbulu normal  dərs yükü deməkdir, hamının bütöv bir ştatla işləməsi deməkdir. Bu il tələbə qəbul planımız 88 faizlə yerinə yetirilmişdir. Deyilənə görə, son 12 ildə universitetə tələbə qəbulu bu səviyyədə olmayıb. Bu il peşəyönümünü daha da gücləndirmək niyyətindəyik. -Bu gün universitet məzunlarının çoxu işsiz qalır və yaxud öz ixtisasları üzrə işləmirlər. Yəqin ki, Slavyan Universitetinin məzunları arasında da iş tapmaqda çətinlik çəkənlər var. Məzunların gələcəkdə seçdikləri ixtisaslar üzrə işlə təmin olunması üçün hansı proqramlar müəyyənləşdirilə bilər? -Bizim tələbələrin hamısı tədris planına uyğun olaraq təcrübə yerlərinə gedirlər. Bir sıra tələbələrimiz jurnalist kimi mətbuat orqanlarda, nazirliklərdə  təcrübə keçirlər, bəziləri məktəblərə gedir, beynəlxalq əlaqələrdə təhsil alanlar isə səfiliklərə göndərilirlər. Yəni tələbələrimiz müxtəlif qurumlarda təcrübə keçirlər. Ən yaxşı tələbələrimizə təcrübə keçdikləri qurumlardan iş təklifi gəlir. Biz istəyirik ki, bu ildən məktəblər, hüquq məsləhətxanaları, səfirlik və digər qurumlarla müqavilə bağlayaq. Həmin qurumların işçiyə olan ehtiyacını nəzərə alıb, mütəxəssis hazırlansın. İstəyirik ki, əvvəlcə işə qəbul üçün testlər tərtib edilsin, imtahan vasitəsilə tələbələrin peşəkarlığı, biliyi yoxlanılsın.  Müqavilə bağladığımız qurumlar  məzunlarımızın savadlı, bilikli, pəşəkar olduğunu görsünlər. Bu vasitə ilə təəbələrimizin bir qismi işlə təmin edilə bilər. Ümumiyyətlə, universitetimizin gələcəyi üçün planlarımız çoxdur. Çalışacağıq ki, hər bir tələbəmiz kamil vətəndaş, peşəkar mütəxəssis kimi doğma universitetin şərəfini qoruya bilsin. -Ətraflı, səmimi söhbətə görə təşəkkür edirik. Müsahibəni apardılar:   Ülviyyə Xudiyeva Gülnar Əliyeva

26 Avqust 2016 11:42

Balakən təhsilində kadrlar necə müəyyən olunur – İDDİA

1472021330_0001

Məlumdur ki, bu gün ölkənin təhsil sisteminin yenidən qurulması və inkişafı məqsədilə Azərbaycan dövləti bu sahədə əsaslı islahatlar həyata keçirir. Respublikanın təhsil sahəsində həyata keçirilən bu islahatlar ilk növbədə bütün tədris müəssisələrində, o cümlədən orta-ümumtəhsil məktəblərində, peşə liseyləri sistemində, kollec və universitetlərdə mütərəqqi reformalar nəzərdə tutur. Nəzərə almaq lazımdır ki, bu sahədə əldə olunan uğur və nailiyyətlər ümumilikdə iqtisadiyyatımızın inkişafına da böyük təkan verir. Digər tərəfdən isə etiraf olunmalıdır ki, həyata keçirilən islahatların son nəticələri konkret rayon və bölgələrdə bu sahəyə rəhbərlik edən kadrların həm şəxsi, həm də professional keyfiyyətləri ilə müəyyənləşir. Lakin ölkənin tədris müəssisələrində baş verən çoxsaylı neqativ halların araşdırılması da təsdiq edir ki, Təhsil Nazirliyi tərəfindən bir sıra hallarda məhz kadr məsələlərində ciddi nöqsanlara yol verilir. Nətisədə isə respublikada fəaliyyət göstərən bir çox təhsil şöbələrinə rəhbərlik səriştəsiz kadrlar tərəfindən həyata keçirilir. O cümlədən son vaxtlar Balakən ictimaiyyətinin də bu rayonun təhsil sistemində baş verənlərdən doğan narahatlıqları getdikcə artmaqdadır. Artıq uzun müddətdir ki, Balakən Rayon Təhsil Şöbəsinin yarıtmaz fəaliyyəti bu sahənin inkişafdan qalmasına, bəzi hallarda isə, artıq aşkar geriləmələrin müşahidə olunmasına səbəb olmuşdur. Bu barədə redaksiyamıza Balakəndə olan mənbələrdən mütəmadi olaraq daxil olan məlumatlarda xəbər verilir. Təəssüf doğurucu haldır ki, Balakən təhsilində müşahidə olunan bu geriləmələr, əslində dövlət tərəfindən bu sahənin inkişafına göstərilən böyük diqqət və qayğının fonunda müşahidə olunmaqdadır. Digər tərəfdən də bir çox mənbələr Balakən RTŞ-nin keçmiş rəhbərliyi öz vəzifəsindən alındıqdan sonra əksər problemlərin öz həllini tapacağına ümid edirdilər. Nəhayət, bu ilin əvvəllərində bu dəyişiklik baş verdi. Balakən Rayon Təhsil Şöbəsinin müdiri vəzifəsinə Vahid Əliyev təyin olundu. Lakin aradan keçən müddət ərzində rayon təhsilinin inkişafına olan ümidlər ketdikcə sönməyə başladı. Artıq bu gün Balakəndən aldığımız məlumatlarda bildirilir ki, RTŞ-nin rəhbərliyində olmuş bu kadr dəyişikliyi heç bir müsbət nəticə verməyib. Əksinə, yeni şöbə müdirinin fəaliyyəti bir çox ciddi nöqsanlarla ictimaiyyətin diqqətini cəlb etməyə başlayıb. Bu xüsusda aldığımız məlumatlarda bildirilir ki, Vahid Əliyev vəzifəyə təyin olunduqdan sonra, ilk növbədə rayonun məktəb direktorlarından pul yığımları həyata keçirməyə başlayıb. Belə ki, direktorları ciddi kadr islahatları keçirmək niyyətində olduğu barədə xəbərdar edən yeni şöbə müdiri, bu islahatlar dalğasının təsirindən kənarda qalmaq, yəni öz vəzifəsini itirməmək arzusunda olanları müvafiq “tədbir görməyə” çağırıb. Bu tədbirin isə, müəyyən məbləğdə ödənişlər həyata keçirməkdən ibarət olduğu direktorlara “xüsusi qaydada” izah olunub. Dünən redaksiyamıza daxil olmuş yeni məlumatda artıq “kadr islahatları” əhatəsinə rayonun müəllim heyətinin də düşdüyü bildirilir. Mənbə xəbər verir ki, hazırda Balakən məktəblərində yüzdən artıq müəllim işdən çıxarılıb. İddiaya görə, bu müəllimlərin RTŞ rəhbərliyi tərəfindən onlara qarşı irəli sürülən tələbləri qarşılaya bilmədiklərindən belə vəziyyətə düşüblər. Həmçinin məlumatda xəbər verilir ki, bu gün artıq işdən çıxarılmış müəllimlərin yerinə yeni kadrların qəbulu prosesinə başlanılıb. Mənbə belə bir məqamı da vurğulayır ki, öz iş yerlərini “qoruyub saxlamağa” maddi imkanları çatmayan müəllimlər baş verənlər barədə ölkə rəhbərliyinə müraciət etməyə hazırlaşırlar... Qarşı tərəfin də mövqeyini dərc edə bilərik.

24 Avqust 2016 12:03

Professor təhsil nazirindən suallarına cavab istəyir

44

«Bakıda ixtisasartırmanı ixtisas əskiltməklə əvəz etməklə xalqdan kimin intiqamını almaq fikrindəsiniz?» Bakı Pedaqoji Kadrların Ixtisasartırma və Yenidənhazırlanma Institutunun sabiq kafedra müdiri Fikrət Əliyevin Təhsil naziri Mikayıl Cabbarova sualları var. Professor Fikrət Əliyev “Azadlıq”a göndərdiyi məktubda həmin suallar da öz əksini tapıb. O, məktubunda yazır: “Təhsil Nazirliyi 2014-cü ilin noyabr-dekabr ayında  instituta üç nəfərlik işçi qrup göndərdi və kollektivə təqdim olunmadan, məqsəd-məramını bildirmədən müəmmalı monitorinqə başladı. Şifahi sorğuya gündə bir neçə mütəxəssis və inzibati-köməkçi personal çağrıldı. Onlar gələndə kollektivə və Elmi Şuraya etinasız yanaşdıqları kimi, gedəndə də nəyi müəyyənləşdirdiyini demədi. Sonra isə bu monitorinqin siluetləri görünməyə başladı. Institutun ixtisasartırma kurslarını imtahanla yenicə bitirən müəllimlərin təkrar sınağı bir daha Nazirlikdə keçirildi.  Təhsil Nazirliyi 1 fevral 2015-ci ildən etibarən institutun bütün fəaliyyətini, funksiya və səlahiyyətini dayandırdı.  O vaxtdan 15 fevral 2016-cı ilədək bütün kateqoriya işçilərinin aylıq maaşlarının 30 faizi nazirliyin göstərişi ilə tutuldu. Dünya Bankının krediti hesabına institut binası  təmir edilsə də, professor-müəllim heyətinin tədris-tədqiqat fəaliyyəti bərpa edilmədi. 2015-2016-cı tədris ilindən başlayaraq, ixtisasartırma kursları xüsusi ayrılmış ümumtəhsil məktəbi binalarında Nazirliyin şöbə işçilərinə tapşırıldı. 15 fevral 2016-cı ildə nazirliyin ixtisasca iqtisadçı-mütəxəssisi Emin Əmrullayev institutun yeni işçi heyətini  komplektləşdirməyə göndərildi. Bu göndərişlə həmin şəxs və onunla göndərilənlər instituta qarşı iftira kampaniyasına başladılar. Bunda məqsəd isə özlərinin instituta təxliyələrini gerçəkləşdirmək idi. Əmrullayev kollektivlə görüşmədən işçilərin fərdi qəbuluna və seçiminə başladı. Yaşlı alimləri, paytaxt müəllimləri korpusunun nüfuzunu qazanmış mütəxəssisləri aldatdı ki, institut artıq ali məktəb statusuna malik deyil. Ona görə də sizi işdə saxlaya bilmərik. Işdən çıxmaq üçün ərizə yazanlar, yazmayanlar da elə həmin gün əmrlə işdən qovuldular. Bu istiqamətdə kifayət qədər yazmaq olar. Indilikdəsə təhsil nazirinə iki sualım var: “Paytaxtın ixtisasartırma taleyini Dünya Bankının kurikulumçuluq missiyasına tabe etdirəcəkdinizsə, onda sələfinizin yaratdığı Kurikulum Mərkəzini niyə ləğv etdiniz? Bakıda ixtisasartırmanı ixtisas əskiltməklə əvəz etməklə xalqdan kimin intiqamını almaq fikrindəsiniz?” Təhsilimizlə bu cür rəftar edənlərə deyirəm. Dünya Bankından kredit çəkməkdən əlinizi çəkin. Bakının Dünya Bankına satılan milli ixtisasartırma səlahiyyətlərini özünə qaytarın”.  

20 Avqust 2016 2:50

Laçın təhsil sistemi iflic vəziyyətinə salınıb – Nazir bunları bilirmi?

1

Laçında təhsil sistemi iflic vəziyyətə gətirilib Laçın Rayon Təhsil Şöbəsi və adıçəkilən qurumun müdiri Malik Vəliyevlə bağlı əldə etdiyimiz ən son bilgilərdə deyilir ki, onun nöqsanlı fəaliyyəti nəticəsində rayon təhsili hər gün bir qədər də geriləyir. Belə ki, hazırda rayon təhsil müəssisələrində diplomu müəmmalı olan şəxslərin çalışdığını iddia edən mənbənin Gundelik-Baku.com-la paylaşdığı informasiyada deyilir ki, bu və digər məsələlərlə əlaqədar mətbuat vasitəsilə Laçın Rayon İcra Hakimiyyətinə, Təhsil Nazirliyinə və digər müvafiq strukturlara lazımı məlumatlar verilsə də, hələ ki, heç kim Malik Vəliyevin fəaliyyətini araşdırmaqda maraqlı görünmür. Məhz elə bu səbəbdən də Laçın Rayon Təhsil Şöbəsinin müdirinin özünü tam arxayın hiss etdiyini, əməllərinə davam etdiyini vurğulayan məlumatlı şəxsin sözlərinə görə, bu gün adıçəkilən rayonun ümumtəhsil məktəblərində siniflərin komplektləşdirilməsi, o cümlədən evdə təhsilin təşkili və pedaqoji işçilərin ixtisasartırma kurslarına göndərilməsi işləri mövcud qanunvericiliyə uyğun şəkildə həyata keçirilmir: «Deyilənlərə görə, Laçın Rayon Təhsil Şöbəsi tərəfindən süni şəkildə məktəblərin, həmçinin siniflərin sayının artırılması hallarına da rast gəlinir. Belə bir addım atmaqla büdcədən ayrılan vəsaitlərin bir hissəsini təyinatdankənar xərclərə sərf etmək mümkündür. Bunun üçün sadəcə olaraq rayonda müvafiq təşkilatlarla əlaqə qurulur, komissiya yaradılır və aydın olur ki, sinif otaqları «balaca» olduğundan şagirdlər üçün narahatlıq yaranır. Buna görə əlavə sinif yaradılır. Əlavə sinif isə sözsüz ki, əlavə gəlir mənbəyi sayılır. Beləliklə də bir sıra məktəblərin adından istifadə edilərək dövlət büdcəsindən vəsait çıxarılır və bir sıra istiqamətlərə yönəldilir. Təbii ki, bu kimi nöqsanların mövcud olmasının məsuliyyəti birbaşa Laçın Rayon Təhsil Şöbəsinin müdirinin üzərinə düşür». Əldə etdiyimiz məlumatlarda həmçinin, o da qeyd olunur ki, bu gün Malik Vəliyevin rəhbərlik etdiyi qurumun tabeliyində fəaliyyət göstərən əksər təhsil müəssisələrində psixoloq, laborant, kitabxanaçı ştatları yalnız kağız üzərində mövcuddur. Bu barədə redaksiyamıza danışan mənbə iddia edir ki, Laçın Rayon Təhsil Şöbəsinin müdiri əksər məktəb direktorlarını, o cümlədən müəllimləri təngə gətirib: «Deyilənlərə görə, Malik Vəliyev təhsil nazirinin müavini Ceyhun Bayramovun himayəsinə arxalandığı üçün heç kimdən və heç nədən çəkinmədən öz bildiyini edir. Belə ki, hər tədris ilinin sonunda Laçın məktəblərində çalışan müəllimlərdən iki ədəd fotoşəkil və 3 manat pul yığılır. Deyilənə görə, rayon təhsil şöbəsindən hər dəfə bunun elektron kataloq üçün edildiyi bildirilir. Lakin indiyə kimi nə kataloq hazırlanıb, nə də pul yığımına son qoyulub. Nəzərinizə çatdırım ki, Laçın məktəblərinin heç birində psixoloq, laborant, kitabxanaçı yoxdur. Lakin onların adları ştat cədvəlində qeyd olunur, məvaciblərini isə direktorlar alır. Əgər müvafiq qurumlar bununla bağlı obyektiv araşdırma aparsalar, o zaman bir çox qaranlıq məqamlara aydınlıq gətirilə bilər». Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

18 Avqust 2016 10:28

Müəllimlərin maaşı artdı – CƏDVƏL

maa

Nazirlər Kabineti dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin, həmin müəssisələrin direktor və direktor müavinlərinin vəzifə maaşları sxeminin və məbləğlərinin, vəzifə maaşlarına əlavələrin məbləğlərinin təsdiqlənməsi haqqında qərar qəbul edib.   Nazirlər Kabinetindən verilən xəbərə görə, baş nazir Artur Rasizadənin imzaladığı qərara əsasən, müəllimlərinin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan dövlət ümumi təhsil müəssisələrinin direktorlarının aylıq vəzifə maaşı Nazirlər Kabinetinin qərarına 1 nömrəli əlavə – "Dövlət büdcəsindən maliyyələşdirilən müəssisələrdə (Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA), AMEA-nın Naxçıvan və Gəncə bölmələrinin tabeliyində olan elm və elmi tədqiqat müəssisələri istisna olmaqla) çalışan işçilərin əməyinin ödənilməsinin Vahid Tarif Cədvəli"nin 18-ci dərəcəsinə uyğun olaraq 486 manat, direktor müavinlərinin aylıq vəzifə maaşı isə 435 manat müəyyənləşib.   Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin aylıq vəzifə maaşlarının sxemi:     Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan, gənclərin çağırışaqədərki hazırlığı rəhbərlərinin aylıq vəzifə maaşlarının sxemi:     Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin aylıq vəzifə maaşlarına əlavələr:   Ümumi təhsil müəssisələrində bədən tərbiyəsi üzrə şagirdlərlə sinifdənkənar işlər iki və daha çox müəllim tərəfindən aparıldıqda, əlavənin məbləği iş həcmindən asılı olaraq onlar arasında bölünür. (fins.az)

17 Avqust 2016 5:57

TQDK-nın səlahiyyətləri azaldıldı

tqdk

Prezident yeni Fərman imzalayıb. Dövlət İmtahan Mərkəzinin hüquqlarından biri ləğv edilib. Faktinfo-nun məlumatına görə, bu, “Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli fərmanında dəyişikliklər edilməsi barədə fərmanında əksini tapıb. Dəyişikliyə əsasən, Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin Nizamnaməsində əksini tapan Dövlət İmtahan Mərkəzinin qəbul imtahanlarının yekunlarına dair elmi-statistik təhlil aparmaq və nəticələrini Azərbaycan Respublikasının Prezidentinə və Təhsil Nazirliyinə təqdim etmək hüququ ləğv edilib. Digər dəyişikliyə əsasən, Dövlət İmtahan Mərkəzinə fəaliyyət istiqamətlərinə uyğun rəy vermək, təhlillər və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq, elmi tədqiqatlar aparmaq, fəaliyyət istiqamətlərinə uyğun olaraq dövlət informasiya sistemlərindən və ehtiyatlarından, o cümlədən “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemindən informasiya almaq və dövlət qulluğu sahəsində qanunvericiliyin təkmilləşdirilməsinə dair təkliflər vermək hüququ verilib. Qeyd edək ki, indiyə qədər qəbul imtahanlarının yekunlarına dair elmi-statistik təhlil aparılması və nəticələrinin Prezidentə və Təhsil Nazirliyinə təqdim edilməsi Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) və Təhsil Nazirliyiarasında mübahisələrə, ictimai müzakirələrə səbəb olub. TQDK-nın səlahiyyətləri Dövlət İmtahan Mərkəzinə verilib.

10 Avqust 2016 6:44

“Suallarda səhv var idi…” – Nazirlikdən imtahana görə narazı qalanlar

razpredelenie-himiq

Təhsil Nazirliyinin bu il müəllimlərin işə qəbulu ilə əlaqədar keçirdiyi imtahan prosesi ilə bağlı narazılıqlar yaranıb. Bu barədə “Qafqazinfo”ya imtahan verən bir neçə şəxs məlumat verib. Sözügedən şəxslər əsasən də in gizlədilməsindən şikayət edirlər. Sumqayıt şəhər sakini Günel Əliyeva qeyd edi ki, iyul ayının 30-da İqtisadiyyat Universitetində rus dilindən imtahan verib: “ Mən imtahandan 34 bal yığdım. Halbuki minumum 40 bal gözləyirdim. Bəzi sualların quruluşunda səhvlər var idi. Bunu müəllimlər də deyirdi. Bu problemə görə balım aşağı düşdü. İmtahan başlamasından 60 dəqiqə sonra üç nəfər xanım imtahana daxil oldu. Əslində, imtahana gecikənlər otağa buraxılmamalı idi. Nazirlik vakant yerlərinin sayını gizlədir. Ucqar kənd yerlərində vakant yeri 8-10 saat salınır. 25 saatlıq dərsi gizlədib 8 saat edirlər. Keçən il 38 bal toplamışdım, keçid balını keçmişdim. Boş qalan yerlərə düşmədim. Sonradan məlumat açıqlandı ki, həmin yerlər yenə də boş qalıb. Belə məlumat eşitdim ki, 30 bal topladınsa, müqavilə əsasında 1 illik işləmək olar. Əvvəllər işə qəbul imtahanı şəffaf keçirilirdi. Amma son illər artıq bu müşahidə olunmur. Kimin pulu, tanışı varsa nazirlik, rayon təhsil şöbəsi vasitəsilə işə düzəlir”. Nərmin Yusifova isə iyulun 29-da keçirilən imtahan prosesində iştirak edib. İmtahandan 55,2313 bal toplayıb: “Ancaq nazirlik vakant yerləri gizlətdiyi üçün işsiz qalmışam. Bakı şəhərində 300-dən artıq məktəb olduğu halda vakansiyaya riyaziyyat fənni üzrə cəmi 2 yer ayrılıb. Bölgələrdə də eyni vəziyyət müşahidə olunur. Mənimlə eyni problemi yaşayan bir neçə həmkarım da var”.“Qafqazinfo” sözügedən şikayətlərlə bağlı Təhsil Nazirliyinə müraciət edib. Nazirlikdən bildirilib ki, mərkəzləşmiş qaydada keçirilən müəllimlərin işə qəbulu müsabiqəsində test tapşırıqları müvafiq fənlər üzrə ekspertlər tərəfindən hazırlanılmış və dəfələrlə yoxlanılıb. Onların tərtibində hər hansı nöqsan aşkar edilməyib. Əliyeva Günel Telman qızı 2015-ci ildə keçirilmiş müəllimlərin işə qəbulu müsbaiqəsində 38,168 bal, 2016-cı ildə keçirilmiş müsabiqədə isə 34,1423 bal toplayıb. Mövcud qaydalara əsasən, müsabiqənin nəticələri ilə bağlı apelyasiya şikayətinə bütün ixtisaslar üzrə müsabiqə başa çatdıqdan sonra bir həftə ərzində baxılır. Vətəndaş aidiyyəti üzrə Təhsil Nazirliyinə müraciət edə bilər.Eyni zamanda bildiririk ki, müddətli müqavilə ilə (sosial məzuniyyət yerinə, əvəzçilik və saathesabı qaydasında) müəllimlərin işə qəbulu tabelik üzrə təhsili idarəetmə orqanının razılığı ilə müəssisə rəhbəri tərəfindən həyata keçirilir. İşə qəbul zamanı üstünlük mərkəzləşdirilmiş müsabiqədən keçid balı toplayan namizədlərə verilir.Məlumat üçün qeyd edək ki, respublikanın ümumi təhsil müəssisələrində vakant yerlər barədə məlumat Təhsil Nazirliyi tərəfindən yaradılmış elektron baza əsasında toplanılır və www.miq.edu.az saytında yerləşdirilir.

10 Avqust 2016 2:27

Fakt

Bizi izləyin