Ölkədə bir sıra təhsil müəssisələrininadları dəyişdirilib

MC

Təhsil naziri Mikayıl Cabbarov təhsil müəssisələrinin adlarının dəyişdirilməsi barədə əmr imzalayıb. Bu barədə APA-ya Təhsil Nazirliyindən bildirilib. Əmrə əsasən, Sumqayıt şəhər Fars-ingilis təmayüllü orta internat məktəbi – Sumqayıt şəhər internat tipli gimnaziya, Sumqayıt şəhər general M.Əsədov adına Tam orta internat məktəbi – Sumqayıt şəhəri general M.Əsədov adına İnteqrasiya təlimli internat tipli gimnaziya, Sumqayıt şəhər sağlamlıq imkanları məhdud uşaqlar üçün Xüsusi internat məktəbi – Sumqayıt şəhər İnteqrasiya təlimli internat tipli gimnaziya, Gəncə şəhər Sanatoriya tipli internat məktəbi – Gəncə şəhər İnteqrasiya təlimli internat tipli gimnaziya, Goranboy şəhər R.Ağakişiyev adına Ümumi orta internat məktəbi – Goranboy şəhər R.Ağakişiyev adına İnteqrasiya təlimli internat tipli gimnaziya, Zaqatala şəhər İnternat məktəbi – Zaqatala şəhər İnteqrasiya təlimli internat tipli gimnaziya, Salyan şəhər A.Səfərov adına Ümumi orta internat məktəbi – Salyan şəhər A.Səfərov adına İnteqrasiya təlimli internat tipli gimnaziya, Siyəzən şəhər Ümumi orta internat məktəbi – Siyəzən şəhər İnteqrasiya təlimli internat tipli gimnaziya, Balakən rayonu Ümumi orta internat məktəbi – Balakən rayonu İnteqrasiya təlimli internat tipli gimnaziya, Mingəçevir şəhər Tam orta internat məktəbi – Mingəçevir şəhər İnteqrasiya təlimli internat tipli gimnaziya, Neftçala şəhər M.Səfərov adına İnternat məktəbi – Neftçala şəhər M.Səfərov adına İnteqrasiya təlimli internat tipli gimnaziya, Lerik şəhər V.İbrahimov adına Tam orta internat məktəbi – Lerik şəhər V.İbrahimov adına İnteqrasiya təlimli internat tipli gimnaziya, Lənkəran şəhər sağlamlıq imkanları məhdud uşaqlar üçün Xüsusi internat məktəbi – Lənkəran şəhər İnteqrasiya təlimli internat tipli gimnaziya, Göyçay şəhər S.Vurğun adına Tam orta internat məktəbi – Göyçay şəhər S.Vurğun adına İnteqrasiya təlimli internat tipli gimnaziya, Tovuz rayonu Qovlar şəhər Qarışıq tipli tam orta internat məktəbi – Tovuz rayonu Qovlar şəhər İnteqrasiya təlimli internat tipli gimnaziya, Şəki şəhər Qarışıq tipli internat məktəbi – Şəki şəhər İnteqrasiya təlimli internat tipli gimnaziya, Bərdə şəhər R.N.Musayev adına (inklüziv komponentli) günüuzadılmış ümumtəhsil orta məktəbi – Bərdə şəhər R.N.Musayev adına İnteqrasiya təlimli internat tipli gimnaziya adlandırılacaq. Hüquq şöbəsinə və De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsinə tapşırılıb ki, qeyd olunan müəssisələrin adlarının dəyişdirilməsi ilə bağlı Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişiklik edilməsi üçün 5 (beş) gün müddətində Azərbaycan Respublikası Nazirlər Kabinetinə müraciət edilsin.Adları göstərilən müəssisə rəhbərlərinə müəssisənin yeni adına uyğun nizamnaməsinin müəyyən olunmuş qaydalar üzrə aidiyyəti dövlət orqanında qeydiyyatdan keçirilməsi, möhür və ştampın hazırlanmasını təmin etməsi tapşırılıb.Əmrin icrasına nəzarət Aparat rəhbəri Mətin Eynullayev həvalə olunub.

3 Avqust 2016 10:26

Təhsil Nazirliyi BDU məzununu müəllum olmaq haqqından necə məhrum etdi? – MƏNTİQSİZLİK

gulnara-kerimova-300x225

Bu gün ölkə mediası və bütövlükdə cəmiyyət qəbul imtahanlarının nəticələrini müzakirə edir, abituriyentlərin yarıdan çoxunun minimum balı toplaya bilməməsini, 200 baldan aşağı nəticə göstərməsini ölkənin təhsil sisteminin acınacaqlı durumda olmasının əlaməti kimi xarakterizə edirlər. Təhsil Nazirliyi rəsmiləri isə daş atıb başlarını tuturlar ki, həmin abituriyentlərin əksəriyyəti ötən illərdə orta məktəbi bitirmiş məzunlardır və onlar tədrisdən bir neçə il öncədən aralaşdıqlarından bu cür acınacaqlı mənzərə ilə rastlaşırıq. Amma gəlin razılaşaq ki, bu gün ölkənin müəllim kontingentinin az qala yarıdan çoxu ötənlərdə ən aşağı ballarla ali məktəblərə qəbul olunmuş şəxlərdir. Son illər ərzində ölkə təhsilinin qara yarasına çevrilmiş Azərbaycan Müəllimlər İnstitutu (AMİ) və onun ölkənin dörd bir tərəfinə səpələnmiş filialları vurma cədvəlini bilməyən, avtobioqrafiyasını və hətta bir çox hallarda adını-soyadını doğru-dürüst yaza bilməyən əli diplomlu savadsızlar ordusu müxtəlif əyri yollarla müəllim adını qazanıblar və beləcə ölkənin gələcəyini -  gənc nəslin savadsız yetişdirilməsinə baiskar olublar. Halbuki ölkənin ən nüfuzlu ali məktəblərinə yüksək balla qəbul olunub uğurla təhsilini başa vuran məzunlar guya qeyri-pedaqoji ixtisas bitirdiklərinə görə müəllim olmaq imkanından məhrum edilirlər. Elə Moderator.az-a daxil olan bir şikayət məktubunda da bundan bəhs edilir. Məmmədov Orxan Əli oğlu 2103-cü ildə Bakı Dövlət Universitetinin tarix fakultəsini bitirib. Bir illik hərbi xidmətdən sonra müəllim işləmək üçün  imtahan verərək 56 balla Şamaxı şəhərində tarix müəllimi işləmək hüququ qazanıb. Amma əmək haqqının heç kirayə puluna çatmaması üzündən 3 aydan sonra öz ərizəsi ilə işdən azad olunub. Bütün il boyu hazırlaşaraq bu il təkrar imtahan verib Bakıdakı məktəblərin birində müəllim işləmək arzusunu isə gözündə qoyublar. Belə ki, sənədlərini verərkən Təhsil Nazirliyindən onu şoka salan cavab alıb - sənin ixtisasın qeyri-pedaqoji olduğuna görə imtahan verə bilməzsən. Orxan Məmmədov da od tutub yanır ki, əgər mənim ixtisasım qeyri-pedaqoji idisə, niyə ötən il imtahan verib gedib 3 ay da dərs demişəm? Üstəlik, necə olur ki, 480 balla daxil olub oxuduğu ən nüfuzlu fakultənin məzunu dərs demək haqqına sahib olmadığı halda hansı əsasla və məntiqlə AMİ-ni saxta yolla, bir çox hallarda 150 balla daxil olub zorla bitirin məzuna auditoriyaya girib şagirdlərin evin yıxmağa icazə verilir? Yəqin ki, Təhsil Nazirliyi və şəxsən nazir Mikayıl Cabbarov Orxan Məmmədov kimi minlərlə gəncin arzularının üstündən niyə xətt çəkilməsini özünəməxsus arqumentlərlə əsaslandırmağa çalışacaqlar. Bu arqumentlərin nə dərəcədə əsaslı olub-olmamasını müəyyənləşdirməyi isə təhsil ekspertlərinin mühakiməsinə buraxırıq.

31 İyul 2016 11:31

Ali məktəblərə ixtisas seçimi başladı

publika.az1469768667tqdk_teze_bina_080615

Bu gündən etibarən 2016-2017-ci tədris ili üçün ali məktəblərə qəbul olmaq istəyən abituriyentlər üçün ixtisas seçiminə başlanılıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Publika.az-a verilən məlumata görə, ixtisas seçimi avqustun 10-dək davam edəcək.Bu il I-IV qrup üzrə ixtisas seçimində ümumi balı 200-dən, ixtiyari bir imtahan fənni istisna olmaqla qalan hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər.I ixtisas qrupunun "Riyaziyyat", "Fizika", "Nəqliyyat tikintisi mühəndisliyi", "İnşaat mühəndisliyi", "İnformasiya texnologiyaları", "Elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi" ixtisasları üzrə ümumi balı 250-dən, "Kompüter elmləri", "Geologiya" ixtisasları üzrə ümumi balı 300-dən və hər bir fənn üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər."Aqromühəndislik", "Torpaqşünaslıq və aqrokimya", "Balıqçılıq və balıqçılıq təsərrüfatı işi", "Meşəçilik", "Aqronomluq", "Zootexniklik", "Baytarlıq", "Su bioehtiyatları və akvabitkilər" ixtisaslarının, həmçinin Azərbaycan Dövlət Aqrar Universitetinin "Meliorasiya və su təsərrüfatı tikintisi mühəndisliyi", "Ekologiya" və "Əczaçılıq" ixtisaslarının müsabiqəsinə ümumi balı 150-dən az olmayan abituriyentlər buraxılırlar. Bu zaman abituriyentlərin fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq edilmir.I-IV ixtisas qrupları üzrə ümumi balı 350 və daha çox olan abituriyentlərin ixtisas seçiminə buraxılmaları üçün onların fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq olunmur (Azərbaycan Dillər Universitetinin “Tərcümə (dillər üzrə)”, “Beynəlxalq münasibətlər” və “Regionşünaslıq (regionlar üzrə)”, Bakı Dövlət Universitetinin I, II, III qruplarda tədrisi ingilis dilində olan ixtisasları üzrə xarici dil fənni istisna olmaqla).Dövlət sifarişi əsasında ayrılmış yerlərin ixtisas seçimində ümumi balı 250 dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər.

29 İyul 2016 9:14

Abituriyentlərin yarıdan çoxu 200 bal da yığa bilməyib

ab

Tələbə Qəbulu Üzrə Dövlət Komissiyasının (TQDK) II və III ixtisas qruplarının abituriyentləri üçün keçirdiyi qəbul imtahanında imtahan verən 41 800 abituriyentdən 21 652-si (51,8 faiz) 200 baldan aşağı nəticə göstərdiyi üçün müsabiqəyə buraxılmayıb. "Report" xəbər verir ki, iyul ayının 23-ü II qrup üzrə imtahan verən 22 135 abituriyentdən 10 621 nəfəri müsabiqədə iştirak etmək hüququ əldə edib. İmtahan verən 11 514 abituriyent müsabiqə şərtlərini ödəməyib, yəni keçid balını (200 bal) toplaya bilməyib. II qrup üzrə müsabiqədə iştirak etmək hüququ qazanan şəxslərdən 656 nəfər 600 baldan yuxarı nəticə göstərib, 1274 nəfər 500-600, 1984 nəfər 400-500, 2757 nəfər 300-400, 3850 nəfər 200-300 bal arası nəticə göstərib. III qrup üzrə isə 19 673 nəfər imtahan verib. İmtahan nəticələrinə əsasən 9 535 abituriyent müsabiqədə iştirak etmək hüququ əldə edib, 10 138 nəfər isə müsabiqəyə buraxılmayıb. Buna səbəb həmin abituriyentlərin keçid balı (200 bal) toplaya bilməməsidir. III qrup üzrə müsabiqədə iştirak etmək hüququ qazanan şəxslərdən 607 nəfəri 600 baldan yuxarı nəticə göstərib, 1358 nəfər 500-600 arası, 1992 nəfər 400-500 bal arası, 2513 nəfər 300-400 bal arası, 3 065 nəfər isə 200-300 bal arası nəticə göstərib. Qeyd edək ki, ixtisas seçimi bütün qruplar üzrə iyulun 29-dan avqustun 10-dək internet vasitəsilə aparılacaq.

27 İyul 2016 6:12

52 faiz abituriyent 200 baldan aşağı nəticə göstərib

publika.az146960952567254

Tələbə Qəbulu Üzrə Dövlət Komissiyasının (TQDK) II və III ixtisas qruplarının abituriyentləri üçün keçirdiyi qəbul imtahanında imtahan verən 41 800 abituriyentdən 21 652-si (51,8 faiz) 200 baldan aşağı nəticə göstərdiyi üçün müsabiqəyə buraxılmayıb. "Report"un araşdırmasına əsasən, iyul ayının 23-ü II qrup üzrə imtahan verən 22 135 abituriyentdən 10 621 nəfəri müsabiqədə iştirak etmək hüququ əldə edib. İmtahan verən 11 514 abituriyent müsabiqə şərtlərini ödəməyib, yəni keçid balını (200 bal) toplaya bilməyib.II qrup üzrə müsabiqədə iştirak etmək hüququ qazanan şəxslərdən 656 nəfər 600 baldan yuxarı nəticə göstərib, 1274 nəfər 500-600, 1984 nəfər 400-500, 2757 nəfər 300-400, 3850 nəfər 200-300 bal arası nəticə göstərib.III qrup üzrə isə 19 673 nəfər imtahan verib. İmtahan nəticələrinə əsasən 9 535 abituriyent müsabiqədə iştirak etmək hüququ əldə edib, 10 138 nəfər isə müsabiqəyə buraxılmayıb. Buna səbəb həmin abituriyentlərin keçid balı (200 bal) toplaya bilməməsidir.III qrup üzrə müsabiqədə iştirak etmək hüququ qazanan şəxslərdən 607 nəfəri 600 baldan yuxarı nəticə göstərib, 1358 nəfər 500-600 arası, 1992 nəfər 400-500 bal arası, 2513 nəfər 300-400 bal arası, 3 065 nəfər isə 200-300 bal arası nəticə göstərib.Qeyd edək ki, ixtisas seçimi bütün qruplar üzrə iyulun 29-dan avqustun 10-dək internet vasitəsilə aparılacaq.

27 İyul 2016 1:25

TQDK imtahan nəticələrini elan etdi – 4 nəfər 700 bal topladı

tqdk

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyulun 23-də ali təhsil müəssisələrinə cari ilin məzunları üçün II və III ixtisas qrupları üzrə keçirdiyi qəbul imtahanının nəticələrini elan edib. Faktinfo.az xəbər verir ki, imtahanda iştirak etmiş abituriyentlər TQDK-nın internet saytına daxil olaraq imtahan nəticələri və cavab kartlarının qrafik təsviri ilə tanış ola bilərlər. Abituriyentlər imtahan nəticələrini, həmçinin mobil telefonla iş nömrələrini 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər. Nəticələrə əsasən, imtahanda iştirak etmək üçün sənəd vermiş 29197 abituriyentdən 955 nəfəri imtahana gəlməyib. İmtahanda iştirak edən 28242 abituriyentdən 22 nəfəri qaydaları pozduğu üçün imtahandan xaric olunub və nəticələri ləğv edilib. İmtahanda II ixtisas qrupu üzrə 2 abituriyent (Bakı şəhəri, İ.Hacıyev adına “Tərəqqi” liseyi və BDU-nun nəzdindəki Bakı Türk liseyinin məzunları) , III ixtisas qrupu üzrə də 2 abituriyent (Kürdəmir rayonu, 2 saylı şəhər orta məktəbi və Bakı şəhəri, 220 saylı məktəb-liseyin məzunları) onlara təqdim olunmuş bütün test tapşırıqlarına düzgün cavab verib və maksimum nəticə - 700 bal toplayıb. İxtisas seçimi (həm əvvəlki illərin, həm də cari ilin məzunlarının) bütün ixtisas qrupları üzrə iyulun 29-dan avqustun 10-dək aparılacaq.

25 İyul 2016 6:58

I və IV qruplarda 22 mindən çox abituriyent 0-200 bal topladı

s1

Azərbaycanın ali təhsil müəssisələrinə cari ilin məzunları üçün I və IV ixtisas qrupları üzrə keçirilən qəbul imtahanının statistik göstəriciləri məlum olub. IV ixtisas qrupu üzrə imtahan verən 5340 abituriyentdən 2823 (“Baytarlıq”, “Su bioehtiyatları və akvabitkilər” ixtisasları, həmçinin Azərbaycan Dövlət Aqrar Universitetinin “Ekologiya” və “Əczaçılıq” ixtisasları üzrə müsabiqə iştirakçıları istisna olmaqla) nəfər 200 baldan yuxarı nəticə göstərərək müsabiqədə iştirak etmək hüququ əldə edib. Onlardan 621-i 200-300 bal, 566-sı 300-400, 588-i 400-500, 602-si 500-600, 446-sı isə 600-700 bal arası nəticə göstərib. Müsabiqə şərtini ödəyə bilməyən 2517 abituriyent 0-200 bal toplayıb. Bu il IV ixtisas qrupu üzrə 3310 plan yeri ayrılıb, onlardan 1970-i Azərbaycan, 155-i Rus, 1185-i isə birgə müsabiqə üçün nəzərdə tutulub. Qəbul planından 1405-i dövlət sifarişli yerlərin payına düşür. Cari il I ixtisas qrupu üzrə isə 31397 abituriyent imtahan verib. İmtahan nəticələrinə əsasən, 11406 abituriyent (“Memarlıq”, “Aqromühəndislik”, “Torpaqşünaslıq və aqrokimya”, “Balıqçılıq və balıqçılıq təsərrüfatı işi”, “Meşəçilik”, “Aqronomluq”, “Zootexniklik, ixtisasları, həmçinin Azərbaycan Dövlət Aqrar Universitetinin “Meliorasiya və su təsərrüfatı tikintisi mühəndisliyi” ixtisası üzrə müsabiqə iştirakçıları istisna olmaqla) müsabiqədə iştirak etmək hüququ əldə edib. Onlardan 4902 nəfər isə 200-300, 3035 nəfər 300-400, 1783 nəfər 400-500, 1114 nəfər 500-600, 572 nəfər isə 600-700 bal arası nəticə göstərib. İmtahan nəticələrinə əsasən, I ixtisas qrupu üzrə keçirilən imtahanda müsabiqə şərtini ödəyə bilməyən 19991 nəfər isə 0-200 bal toplayıb. “Riyaziyyat”, “Fizika”, “Nəqliyyat tikintisi mühəndisliyi”, “İnşaat mühəndisliyi”, “İnformasiya texnologiyaları”, “Elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi” ixtisasları üzrə müsabiqədə ümumi balı 250-dən az olmayan 8741 abituriyent, “Kompüter elmləri” və “Geologiya” ixtisasları üzrə müsabiqədə isə ümumi balı 300-dən az olmayan 6504 abituriyent iştirak edə bilər. Bu il I ixtisas qrupu üzrə 13632 plan yeri ayrılıb, onlardan 11226-sı Azərbaycan, 1357-si Rus, 1149-u isə birgə müsabiqə üçün nəzərdə tutulub. Plandan 5441-i dövlət sifarişli yerlərin payına düşür. Ümumilikdə, bu il ali məktəblərin I və IV ixtisas qrupları üzrə keçirilən qəbul imtahanlarında 36 737 abituriyent iştirak edib. Onlardan 14229-u 200 baldan yuxarı nəticə göstərərək müsabiqə şərtini ödəyib. Hər iki qrup üzrə 22 508 abituriyent isə müsabiqədə iştirak etmək üçün 200 balı toplaya bilməyib. Bu da imtahanda iştirak edən abituriyentlərin 61%-dən çoxunu təşkil edir. Xatırladaq ki, I və IV ixtisas qrupu üzrə qəbul imtahanlarında 6 abituriyent ona təqdim olunmuş bütün test tapşırıqlarına düzgün cavab verərək maksimum nəticə – 700 bal toplayıb. Qeyd edək ki, ixtisas seçimi qəbul imtahanları başa çatdıqdan sonra (həm əvvəlki illərin, həm də cari ilin məzunlarının) bütün ixtisas qrupları üzrə iyulun 29-dan avqustun 10-dək aparılacaq. Hər bir qrup üzrə ixtisasların müsabiqəsində yalnız tələb olunan müsabiqə şərtlərini ödəmiş abituriyentlər iştirak edə bilərlər. 2016/2017-cı tədris ili üçün I, II, III və IV ixtisas qruplarının müsabiqəsində (ixtisas seçimində) ümumi balı 200-dən, hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilər. Ümumi balı 350 və daha çox olan abituriyentlərin müsabiqəyə buraxılmaları üçün onların fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq olunmur. Dövlət sifarişi əsasında ayrılmış yerlərin ixtisas seçimində ümumi balı 250-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər.

25 İyul 2016 12:40

Qafqaz Universitetinin yeni rektoru:“Əvvəlki rektora heç bir vəzifə verilmədi, tamamilə getdi”

elmar-rektor

  Bu gün Qafqaz Universitetində təhvil-təslim işləri həyata keçirilib. Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov APA-ya açıqlamasında deyib ki, bununla da Qafqaz Universiteti Bakı Ali Neft Məktəbinin rektorluğunun idarəçiliyi altında fəaliyyətə başlayıb. Onun sözlərinə görə, iclasda Qafqaz Universitetinin rektoru Ahmet Sanıç könüllü olaraq ərizə yazıb rektor vəzifəsindən azad olunmasını xahiş edib: “Ona əlavə heç bir vəzifə verilmədi və Qafqaz Universitetinin rektoru vəzifəsindən azad olunmaqla işindən tamamilə getdi. Mən artıq Qafqaz Universitetinin rektoru vəzifəsini də icra edəcəm”. Rektor Qafqaz Universitetinin adının dəyişiləcəyi ilə bağlı yayılan xəbərlərə də aydınlıq gətirib. O, bu xəbərlərin doğru olmadığını və Qafqaz Universitetinin adının dəyişilməyəcəyini qeyd edib. E.Qasımovun sözlərinə görə, sadəcə, ali məktəb Bakı Ali Neft Məktəbinin İdarəçiliyi altında fəaliyyət göstərəcək: “Bu il də Qafqaz Universitetinə tələbə qəbulu əvvəlki qaydada aparılacaq. Fürsətdən istifadə edərək Azərbaycanın bütün savadlı abituriyentlərini Qafqaz Universitetində təhsil almağa dəvət edirəm. Tələbələrin təhsili də Qafqaz Universitetinin kampusunda davam etdiriləcək. Universitetinin tələbə və müəllim kontingenti olduğu kimi qalır, sadəcə, universitet Bakı Ali Neft Məktəbinin idarəçiliyinə verilib və rektor olaraq həmin ali məktəbə rəhbərlik edəcəm”.

21 İyul 2016 2:47

Fakt

Bizi izləyin