Çavuşoğlu ABŞ-a səfər edəcək

4 Yanvar 2017 01:37

Xəbər 23 dəfə oxunub

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu yanvarın 1-də vəzifəsinin icrasına rəsmən başlayan Birləşmiş Millətlər Təşkilatıının (BMT) baş katibi Antoniu Quterriş ilə görüşmək üçün yanvarın 5-də ABŞ-a səfər edəcək.

Faktinfo.az bildirir ki,  bu barədə nazirliyin yazılı açıqlamasında deyilir.

Qeyd edilir ki, səfər çərçivəsində regional və beynəlxalq məsələrin müzakirəsi nəzərdə tutulur.

BSU təkzib edir…

Faktinfo.az-a Bakı Slavyan Universitetinin  mətbuat xidməti tərəfindən göndərilən  məlumatda bildirilir ki,dünən bir çox saytlar BSU-da əmək haqlarının yubanması ilə bağlı  qərəz nümayiş etdiriblər. Mətbuat xidməti tərəfindən göndərilən  məlumatda bildirilir ki, universitetdə fevral ayının əmək haqqı yubadılır, amma bunun   universitetin rəhbərliyi ilə heç bir əlaqəsi yoxdur. Məlum olduğu kimi, ölkənin 12 universiteti üç aydır ki, tələbələrin təqaüdlərini verə bilmir, bir çox universitetlər isə əmək haqqını yubatmaqdadırlar. Əslində, bunun universitetlərin rəhbərliklərinə heç bir aidiyyatı yoxdur. Təqaüdlərlə bağlı Maliyyə Nazirliyi özü açıqlama yayıb. Orada deyilir: “Dövlət sifarişi ilə ali təhsil və digər müəssisələrdə kadr hazırlığı xərclərinin, o cümlədən təqaüd xərclərinin maliyyələşdirilməsi ilə bağlı Təhsil Nazirliyi tərəfindən hazırlanmış müvafiq normativ hüquqi aktın layihəsi Maliyyə Nazirliyinə təqdim olunub. Həmin layihə təhlil edilərək əsasən məqbul hesab olunub və aidiyyəti üzrə Təhsil Nazirliyinə göndərilib. Sözügedən layihə Təhsil Nazirliyi tərəfindən hökumətə təqdim edildikdən və prosedura uyğun olaraq müvafiq sərəncam Nazirlər Kabineti tərəfindən təsdiq olunduqdan sonra Maliyyə Nazirliyi təhsil və təqaüd xərclərinin maliyyələşdirilməsini tam təmin edəcək". Bu təqaüdlərin məsələsi. Əmək haqlarına gəldikdə isə, bəlli olduğu kimi, ölkədə dolların kursu sabitləşmədiyindən valideynlər təhsil haqlarının ödənişləri ilə bağlı müəyyən poblemlərlə qarşılaşmışlar. Onlar ilin əvvəlindən bəri ödənişlərin bir hissəsini versələr də, onu tam ödəməkdə çətinlik çəkməkdədirlər. Universitet isə əmək haqlarını həmin ödənişlərin hesabına həyata keçirir. Digər tərəfdən, məsələ heç də bəzi saytların yazdığı kimi deyil, yəni universitet hamının maaşlarını saxlamayıb, texniki heyət və xidmət personalı əmək haqlarını əvvəlki qaydada, vaxtında alıblar. Müəllimlərin əmək haqqına gəldikdə isə, onların maaşlarının da ayın sonunadək verilməsi nəzərdə tutulmuşdur. Qaldı universitetdə bayram tədbirinin keçirilməsi və universitet rəhbərliyinin tələbələrlə birgə şənlik etmələrinə, burada qəribə heç nə yoxdur. Biz bununla bağlı onlara ümummilli lider Heydər Əliyevin və Azərbaycan Prezidenti İlham Əliyevin sözlərini xatırlatmağı zəruri hesab edirik. Azərbaycan dövlətinin qurucusu ulu öndər demişdir: “Bu bayram əmin-amanlığın, sabitliyin rəmzidir. Bu bayram ölkədə gedən hüquqi, dünyəvi, sivil dövlət quruculuğunun rəmzidir. Bu bayram insan haqlarına, hüquqlarına olan yüksək hörmət və qayğının rəmzidir. Novruz onu göstərir ki, Azərbaycanda dövlət müstəqilliyi dönməz amil olubdur, müstəqilliyimiz möhkəmlənir, inkişaf edir. Şənliklər onu sübut edir ki, daxili ictimai-siyasi sabitlik bərqərar olubdur. İnsanlar ağır əziyyətlərdən, daxili toqquşmalardan, ədavətdən, ziddiyyətlərdən xilas olub rahat yaşayır, gələcəyə inamla baxırlar”. Azərbaycan Prezidenti cənab İlham Əliyev də ulu öndərin layiqli varisi kimi Novruzun yüksək səviyyədə qeyd olunmasını Vətənə bağlılığın rəmzi kimi dəyərləndirmişdir: “Harada yaşamasından asılı olmayaraq, bu bahar bayramını bütün azərbaycanlılar dərin məhəbbət və ehtiramla qeyd edirlər. Qoy onların bu hissləri dünya azərbaycanlılarının doğma Vətənə, ana dilinə və el-obalarına əbədi bağlılıqlarını daha da gücləndirsin”. Bundan əlavə, BMT-nin Baş Məclisi 2010-cu il fevralın 23-də keçirilmiş iclasında “Beynəlxalq Novruz Günü” adlı qətnamə layihəsini qəbul etmiş və həmin gündən bu bayram qeyd olunur. Belə olduğu təqdirdə BSU-nun prorektorlarının tələbələrlə birgə rəqs etməsində, arada səmimiyyət körpüsünün olmasında nə pis iş var ki? Əslində sevinmək lazımdır ki, universitet rəhbərliyi ilə tələbələr bir-birinə bu qədər yaxın və doğmadır. Qaldı, universitetin tikinti meydanına oxşamasına, bu abadlığın, quruculuğun rəmzidir. Bu universitetə demək olar ki, hər gün xarici qonaqlar gəlir, onların üzünə yüksək səviyyədə təmir olunmuş, abadlaşdırılmış bir ali məktəbin qapıları açılır, üzümüz ağ olur. Universitetdəki tədbirdə müğənnilərin iştirakına gəldikdə isə, bunu birmənalı şəkildə bəyan edirik ki, heç bir müğənni gəlib universitetdə mahnı oxumasına görə universitet rəhbərliyindən pul almayıb. N.Əliyeva YAP-ın Qadınlar Şurasının sədri kimi arada olan xətir-hörmətə əsasən onları dəvət edib və onlarda tədbirdə iştirak ediblər. BSU-nun Mətbuat xidməti

17 Mart 2017 18:54

ADAU -da Novruz şənliyi keçirilib

Bəşəriyyətin ən qədim şənliklərindən, mərasimlərindən biri olan Novruz bayramı xalqımızın bu günə qədər yaşatdığı, qoruyub gələcək nəsillərə ötürdüyü, müqəddəsləşdirdiyi bir dəyərdir. Bu bayram özündə dünyanın yaranma və yaşam sirlərindən tutmuş, gələcəyə, xoşbəxtliyə, bolluğa ümidi də əks etdirir. Novruz yeni gün, yeni həyat mənasını daşımaqla həm də azərbaycanlıların yeni ilidir. Çünki məhz Novruzda həyat yenidən canlanır, torpaq qış yuxusundan oyanır, bitkilər baş qaldırır, ağaclar çiçəkləyir, günəşin istisi artır, gecə ilə gündüz bərabərləşir və beləliklə də yeni həyat başlayır.  ADAU-nun mətbuat xidmətindən bildirilib ki, bu müqəddəs bayram təhsil müəssisəsinin bütün fakültələrində yüksək coşqu və böyük məhəbbətlə qeyd edilib. Süfrələr səməni, şirniyyatlar və bərəkət rəmzləri ilə  bəzədilib. Milli geyimli tələbə qızlar və oğlanlar bayram sevincini rəqslər, mahnılar, eləcə də novruza aid səhnəciklərlə yaşayıb. Aqranomluq fakültəsində isə tədbir daha mıhtəşəm formada qeyd edilib. Fakültənin dekanı Məhərrəm İsmayılov müqəddəs günün dəyərlərindən danışıb, dövlətin bu bayramı dünya səviyyəsində tanıtmasından söz açıb və universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərovun adından tədbirə toplaşanları təbrik edib. Rəngarəng musiqilər, mahnı və rəqslər, yumoristik səhnəciklər tədbirin dəyərini qat-qat artırıb. Tələbələrin müəllimləri ilə birgə rəqsləri isə bayrama xüsusi şirinlik gətirib. Bayram şənliyi alovlanan tonqalın ətrafında davam edib və tələbə dünyasına Novruz bayramı doğrudan da yeni gün kimi yazılıb.

17 Mart 2017 18:07

Azərbaycan pomidoru: Bakıda 3 manat 50 qəpiyə, Rusiyada cəmi 50 qəpiyə?

Bu günlərdə sosial şəbəkələrin rus seqmentində istifadəçilərdən biri Sankt-Peterburq bazarlarından birindən çəkilmiş fotoları paylaşıb. Həmin fotolara əsasən bazarda bibər cəmi 40 rubla, mandarin 25 rubla, pomidor 20, alma isə 10 rubladır... Virtualaz.org xəbər verir ki, bu fotolar haqlı olaraq jurnalistləri heyrətləndirib. Axı necə ola bilər: indi ki, tərəvəzin bol olduğu yay mövsümü deyil və bazarlarda tərəvəz bol sayılmaz, bu baxımdan qiymət də Rusiya bazarları ilə müqayisədə bu cür “qəpik-quruş” ola bilməz. Nəticədə “Komsomolskaya Pravda” qəzetinin əməkdaşları bazara yollanıblar və məsələni yerində araşdırıblar. Məlum olub ki, sosial şəbəkələrdə yayılan fotolar fotoskopla düzəldilməyib və qiymətlər doğrudan da belə aşağıdır.   Həmin fotolar şəhərin Sena meydanındakı “talkuçka”da çəkilib. Bazara daxil olan jurnalistlər girişdə dayanıb alver edən xaladan soruşublar: “Bu bazarda kiloqramı 20 rubla pomidor haradadır?”. Xala “bax o cərgədə” deyib, “amma birinci cərgədən almayın, onlar 50-yə satır”-xəbərdarlığından da qalmayıb. Jurnalistlər şahidi olublar ki, satıcılar doğrudan da bibərin kiloqramını 40 rubla, pomidorun kiloqramını 20 rubla təklif edirlər. Özü də Azərbaycan pomidorunun. Ən azından piştaxtanın üzərinə yığılmış pomidorun üstündəki qiymət lövhəsində tərəvəzin Azərbaycan malı olduğu göstərilir. Satıcılar bir ağızdan əmin edirlər ki, tərəvəzi Azərbaycan, Özbəkistan və Tackistandan gətirirlər. Əlbətdə, Moskvada dayanmaqla. “Bir hissəsini orada qoyuruq, qalanını bura gətiririk. Lakin Moskvada baha satırıq, Moskva bahalı şəhərdir”-Əzizə adlı özbək satıcı jurnalistə deyir. Ələddin adlı digər satıcı isə daha ətraflı və inandırıcı danışır. Deyir ki, malı Sankt-Peterburqdakı Sofiysk meyvə-tərəvəz bazasından alırlar. Və ona görə ucuz satırlar ki, Azərbaycanda təzə məhsul tezliklə yetişəcək və tərəvəz çoxalacaq. “Mal üstümüzdə qalmasın deyə belə ucuz satırıq”-o əsaslandırmağa çalışır. Qeyd edək ki, Azərbaycan son illər Rusiya bazarlarına meyvə-tərəvəz ixracını artırıb. Azərbaycanda istixanalarda yetişdirilən pomidor, xiyar, bibər, badımcan qış aylarında da Rusiyaya ixrac edilir, iqtisadiyyatın şaxələndirilməsinə yönəlmiş siyasətin istiqamətlərindən biri də kənd təsərrüfatı məhsullarının ixracını genişləndirməkdir. Lakin hazırda Bakı bazarlarında pomidorun (təbii ki, yerli istehsal) 1 kiloqramı 2 manat 50 qəpikdən 3 manat 50 qəpiyə qədər dəyişir. Normal görünüşlü pomidorun 1 kiloqramı 3 manat 50 qəpikdən, yəni 140 rubldan aşağı deyil. O zaman necə olur ki, Azərbaycandan Rusiyaya ixrac edilən pomidoru bundan düz 7 dəfə ucuz qiymətə (təqribən 50 qəpiyə) satırlar?

16 Mart 2017 21:09

Baş Prokurorluqdan KİV-ə – Xəbərdarlıq

Azərbaycan Baş Prokurorluğu bir sıra KİV-ə xəbərdarlıq edib. Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya daxil olan məlumatda bildirilir ki, Baş Prokurorluqda aparılmış araşdırmalarla müəyyən edilib ki, son günlər bəzi KİV-də, o cümlədən criminal.az, xeberinfo.com və azpolitika.info internet saytlarında Müdafiə Nazirliyi tərəfindən hər hansı rəsmi açıqlama verilmədiyi halda müvafiq olaraq “Əsgərin intihar etdiyi bildirilir - Bədənində çoxlu yara izləri vardı”, “Daha bir əsgər ölümü” və “Daha bir əsgər ölümü - İntihar, yoxsa?..” başlıqlı məqalələrdə Azərbaycan Respublikası ərazisində qanunsuz fəaliyyət göstərən “Meydan TV”yə istinadən sensasiya naminə məlumatlar dərc edilib. "Ötən dövr ərzində kütləvi informasiya vasitələrinə hərbi və müdafiə məsələləri ilə bağlı məlumatların rəsmi qurumların mətbuat xidmətləri ilə dəqiqləşdirildikdən sonra yayılması tövsiyə edilməsinə baxmayaraq, bundan heç bir nəticə çıxarmadan yuxarıda qeyd edilən internet saytları ölkə qanunvericiliyini kobud surətdə pozmaqla informasiyalar dərc ediblər. Bununla əlaqədar internet saytlarının rəhbərləri Baş Prokurorluğa dəvət edilərək, “Prokurorluq haqqında” qanunun tələblərinə müvafiq olaraq rəhbərləri olduqları internet saytlarında sensasiya naminə informasiyaların yayılmasına son qoyulması tələb edilməklə, gələcəkdə dövlətin rəsmi qurumlarının mətbuat xidmətləri ilə dəqiqləşdirmə aparılmadan sensasiya naminə məlumatların yayılmasını davam etdirəcəkləri təqdirdə barələrində qanunvericilikdə nəzərdə tutulmuş daha ciddi tədbirlər görüləcəyi barədə rəsmi xəbərdar ediliblər", - deyə məlumatda qeyd olunur.

14 Mart 2017 18:08

İcra başçısı şaiyə yaydırır ki…

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin zamanında necə iddialı olması ilə bağlı yerli KİV-də yetərincə xəbərlər yayılıb. Əslində, normal insan halı üçün xarakterik olan bu keyfiyyətdə ambisiyalılıq qəbul olunandır. Amma Gəncə şefi bəzən bu xüsusiyyəti ilə fərqli təəssüratlar da yaradır. DİA.AZ bildirir ki, məsələn zaman-zaman özünü Bakı meri postunda görən və bu posta təyinat ala bilməsi üçün ciddidən çaba sərf edən Elmar Vəliyev hətta rəqib kimi gördüyü bəzi icra başçıları ilə günü bu gün də ədavət saxlayır. Bu arada daxil olan maraqlı bir onformasiya isə Elmar Vəliyevin daha da irəli getməsindən xəbər verir. Gəncədəki qaynaqların bildirdiyinə görə, Elmar Vəliyev bu gün ətrafına "yaxın vaxtlarda yüksək vəzifəyə təyinat ala biləcəyi" haqda xəbər ötürüb. Mənbənin dia.az-a söylədikləri: "Məqsədli şəkildə belə bir şaiyə yaydırır. Əslində onun görəvdən birdəfəlik alacağı haqda hakimiyyət dəhlizlərində çoxdandır xəbərlər yayılır. Elmar Vəliyev isə bunun əksi barədə təəssürat yarada bilməsi üçün belə bir üsulu seçib. Adamları deyirlər ki, giya Elmar Vəliyevə Bakı meri postu təklif olunsa da, guya başçı şəxsən bundan imtina edib". Hər halda baş verənlər maraqlıdır. Və biz də bunları Vəliyevin özünümüdafiə instinkti kimi qəbul edirik... İddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq...

14 Mart 2017 17:07