Dollar yenə qalxacaq –”Goldman Sachs”dən proqnoz

10 Yanvar 2017 13:06

Xəbər 35 dəfə oxunub

“Dollar avro səviyyəsinədək yüksələ bilər”. 

Belə bir proqnozla “Goldman Sachs” investisiya bankının iqtisadçısı Yan Xatsius çıxış edib.

Y. Xatsius hesab edir ki, ABŞ-ın Federal Ehtiyat Sistemi (FED) bu il faiz dərəcələrini üç dəfə – iyun, sentyabr və dekabrda artıra bilər. Bundan sonra isə FED-in faiz dərəcələri Avropa Mərkəzi Bankının (AMB) faiz dərəcələrindən əhəmiyyətli dərəcədə yüksək olacaq: “Burada əsas stimul valyutanın dəyəri deyil, faiz dərəcələri arasında real fərqdir”.

Y. Xatsius bildirib ki, 2019-cu ilə qədər AMB-nin faiz dərəcələrinin artması gözlənilmir.