Dövlət Duması Rusiyadakı Azərbaycan diasporunun fəalını mükafatlandırıb

3 Yanvar 2017 11:14

Xəbər 16 dəfə oxunub

Rusiyadakı Azərbaycan diasporunun fəalı Dövlət Duması tərəfindən mükafatlandırılıb.

 

Faktinfo.az saytı APA-nın  Moskva müxbirinə istinadən verdiyi məlumata görə, “Xalqlar Dostluğu” Xeyriyyə Fondunun prezidenti Araz Mürsəliyev Rusiya Federasiyasında millətlərarası sülhün və razılığın qorunub saxlanmasında və möhkəmlənməsində göstərdiyi xidmətlərə görə Rusiya Dövlət Dumasının təşəkkürnaməsinə layiq görülüb.

 

Həmyerlimizə təşəkkürnaməni Dövlət Dumasının Millətlərlə iş üzrə Komitəsinin sədri İldar Qilmutdinov təqdim edib.

 

Bundan başqa Araz Mürəsliyev çox millətli Rusiyada aktiv vətəndaş mövqeyinə, sosial, ictimai və xeyriyyəçilik fəaliyyətinə, millətlərarası və konfensiyalararası sülhün qorunmasında və möhkəmlənməsində xidmətlərinə görə Moskva meriyasının Milli Siyasət və regionlararası əlaqələr Departamentinin rəhbəri Vitali Suçkov tərəfindən də təşəkkürnaməyə layiq  görülüb.

 

Rusiya Federasiyası Millətlərlə iş üzrə Federal Agentliyinin rəhbəri İroq Barinov isə həmyerlimizə Rusiyada xalqlar arasında dostluğun möhkəmlənməsinə və “Xalqlar dostluğu xiyabanı” ümumrusiya millətlərarası aksiyasının keçirdiyinə görə təşəkkür məktubu göndərib.

 

Qeyd edək ki, Araz Mürsəliyev Rusiya Xalqlar Assambleyası Şurası Ümumrusiya İctimai Təşkilatının sədr müavini, Rusiya Dövlət Dumasının Ekspertlər Şurasının üzvü, Dövlət Dumasının deputatı, “Yedinnaya Rossiya” fraksiyasının üzvü Hacımət Səfərəliyevin köməkçisidir. Onun rəhbərlik etdiyi “Xalqlar Dostluğu” Fondu Rusiya Dövlət Dumasının Millətlərlə iş üzrə Komitəsi, Rusiya Xalqlar Assambleyası və Moskva Hökuməti ilə birgə bir sıra layihələr həyata keçirir.

img-2358-03-01-17-12-58 img-2361-03-01-17-12-58

Tramp seçkilərə 2012-ci ildən hazırlaşırmış

Faktinfo.az xəbər verir ki, ABŞ-da noyabr ayında keçirilən prezident seçkilərində qələbə qazanan   Donald Tramp  prosesə 4 il  əvvəldən hazırlaşıb.  CNN-nin topladığı məlumata görə Tramp prezident kürsüsünə oturmazdan öncə ona mənsub olan şirkətlərin 3 min 643 internet sayt adını satın aldığı faktı ortaya çıxıb. 2012-ci ildə alınan "Trampa Səs Vermə", "Trump Getməli" və "Artıq Trampı İstəmirik" kimi sayt adlarının da olduğu qeyd edilən xəbərdə bu yanaşmanın Trampın seçkilərdən 4 il əvvəl prezidentliyə namizəd olma planlarına aid olduğu vurğulanır.Bura Trampın 2015-ci il prezident seçkilərinə namizəd olacağını bildirdiyi vaxtdan bir neçə ay əvvələ təsadüf edən  "Amerikanı Yenidən Hegemon Et" adlı sayt adını və bunun törəmələrini aid etmək olar. Seçki kampaniyası dövründə isə Trampın 93 adı əlavə  satın aldığı iddia edilir. Onun ayrıca özünə qarşı istifadə edilə biləcək sayt adlarını da satın aldığına dair məlumatlar var. Bunlardan   ikisi  Trump Fraud.org və Trump Scam.com-dur. Trampa aid şirkətlərin səlahiyyətlisi Amanda Miller mövzu ilə əlaqədar fikir bildirib. “ Sayt adının bir başqası tərəfindən alınması və ya gələcəkdə  pis niyyətli insanların əlinə keçməsi dünya səviyyəsində bütün böyük şirkətlərin qarşılaşa biləcəyi  bir problemdir. "deyə əlavə edib. Miller şirkətin imicinin qorunması məsələsini çox ciddi qəbul etdiklərini və bu çərçivədə müsbət ya da mənfi adları satın aldıqlarını etiraf edib.

24 Fevral 2017 18:43

İlham Əliyev Yaponiya ilə siyasi əlaqələrdən danışdı

Prezident İlham Əliyev Yaponiyanın dövlət nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Faktinfo.az xəbər verir ki ,Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 22-də Yaponiyanın iqtisadiyyat, ticarət və sənaye üzrə dövlət naziri Yoşifumi Matsumuranın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. *** Azərbaycan ilə Yaponiya arasında ikitərəfli əlaqələrin çox yaxşı və uzun tarixə malik olduğunu deyən dövlət başçısı ölkələrimizin müxtəlif sahələrdə uğurla əməkdaşlıq etdiyini vurğulayıb. Faktinfo.az  xəbər verir ki, Prezident İlham Əliyev siyasi sahədə əlaqələrimizin razılıq doğurduğunu deyib. Dövlət başçısı Yaponiyanın maliyyə dəstəyi ilə Azərbaycanda bir çox mühüm layihələrin icra olunduğunu, Yaponiya hökumətinin kreditləri ilə ölkəmizdə çox önəmli infrastruktur layihələrinin artıq istismara verildiyini qeyd edib. Azərbaycanın neft-qaz sektorunda da Yaponiya şirkətlərinin fəaliyyət göstərdiyini vurğulayan prezident İlham Əliyev bu şirkətlərin gələcəkdə də ölkəmizin yeni neft-qaz sahələrində iştirak edəcəklərinə ümidvar olduğunu bildirib. Ölkələrimiz arasında ticarət əlaqələrinin inkişaf etdirilməsi üçün gözəl imkanların olduğunu deyən dövlət başçısı Yaponiyanın iqtisadiyyat, ticarət və sənaye üzrə dövlət naziri Yoşifumi Matsumuranın başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri zamanı bütün bu mövzuların və xüsusilə ticarət dövriyyəsinin artırılması istiqamətində görüləcək işlərin müzakirə ediləcəyinə, geniş fikir mübadiləsi aparılacağına və əməkdaşlıq haqqında qərarlar qəbul ediləcəyinə əminliyini ifadə edib. Azərbaycana ilk dəfə səfər etdiyini vurğulayan Y. Matsumura prezident İlham Əliyevlə görüşündən şərəf duyduğunu deyib. O, ölkəmizə səfərinin Azərbaycan ilə Yaponiya arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyinin qeyd olunduğu bir vaxta təsadüf etməsinin və Azərbaycan-Yaponiya İqtisadi Komitəsinin 9-cu iclasında iştirakının onda böyük sevinc hissi yaratdığını deyib. Y. Matsumura ölkəsinin Azərbaycanla neft-qaz sahəsində əməkdaşlığın gələcəkdə də inkişaf etdirilməsində maraqlı olduğunu deyib. Görüşdə Azərbaycan ilə Yaponiya arasında əməkdaşlığın müxtəlif istiqamətlərdə, o cümlədən qeyri-neft sektoru, sənaye, kənd təsərrüfatı, səhiyyə, insan resursları, yeni yaradılmış sənaye zonalarına texnologiyaların gətirilməsi, sərmayə qoyuluşu və digər sahələrdə inkişaf etdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

22 Fevral 2017 22:02