Dünya üçün 2017 çox çətin il olacaq..

bohran

9 Yanvar 2017 11:21

Xəbər 11 dəfə oxunub

“Eurasia Group” nəşr etdiyi hesabatında ABŞ, Çin və Avropada qeyri-müəyyənliklər səbəbindən 2017-nin ikinci dünya müharibəsindən bu yana ən dalğalı il ola biləcəyini qeyd edib.

Dünyanın ən böyük siyasi məsləhət şirkəti “Eurasia Group”a görə, 2017-ci il Donald Trampın rəhbərlik edəcəyi ABŞ, yoluna eyni iqtisadi artım rəqəmləri ilə davam edən Çin və yeni ilə zəifləyən baş naziri ilə başlayan Almaniya üçün ikinci dünya müharibəsindən bu yana ən dalğalı il ola bilər.

“2017-də geosiyasi böhranın olduğu bir prosesə giririk” –deyə qeyd edən şirkət hesabatında beynəlxalq müharibə və ya iri dövlət müəssisələrinin iflası düşünülə bilər”  ifadələrinə yer verib.

“Eurasia”nın hesabatına görə, Trampın Rusiya ilə “buzları” əridəcəyi  siqnalları verməsi, NATO-ya şübhə ilə yanaşması və Avropada yüksələn sağ ilə yaxınlığı, ikinci dünya müharibəsindən sonra yaranmış  qlobal sistemi zəiflədir.

“Eurasia Group”  Almaniya, Fransa, Niderlanddakı seçkiləri, Böyük Britaniyanın Avropa İttifaqından çıxma prosesinin başlayacağını və ABŞ-da güc nisbətlərinin dəyişməsinin inkişaf edən iqtisadiyyatlarda yaratdığı təzyiqi və Avropadakı qaçqın böhranını 2017-nin sabitliyinə yönələn başlıca təhdidlər arasında görür.

Hesabata görə, hakimiyyəti dəyişməyə hazırlaşan Çinin dövlət başçısı  Jinping ABŞ-ın Çin siyasətinin dəyişməsinə sərt cavab verə bilər. O, milli sabitliyi təmin etmək üçün hər hansı bir iqtisadi problemə də həddən artıq reaksiya verə bilər.

AB-Türkiyə arasında imzalanan, ancaq həyata keçməyən qaçqın müqaviləsi, Yunanıstanın borc böhranı və Brexit-dən sonrakı atmosferlə üzbəüz olan Almaniyanın baş naziri Angela Merkel, payızda seçki yarışına girəcək. Merkelin ardıcıl dördüncü dövrdə də qələbə qazanacağını nəzərdə tutan “Eurasia”yaya görə, Fransada apreldə baş tutacaq seçkilərdə ifrat sağçı Milli Cəbhənin qalib çıxması ehtimalı böyükdür.

“Bloomberg” televiziyasına danışan Nyu-York Universitetinin iqtisadiyyat üzrə professoru Nouriel Roubini, Milli Cəbhə lideri Marina Le Penin Fransada prezident seçkisindən qalib çıxmasının Avropa üçün ən böyük risk olduğunu deyib: “Əgər Le Pen  vəzifəyə gələrsə, İtaliyada da AB əleyhdarı bir partiya qalib olsa, bu, Avropa və Avro bölgəsinin sonu ola bilər”.

“Eurasia”nın 2017 üçün nəzərdə tutduğu digər risklər isə belədir:

 1- “Müsbət gedişatda” olan Çin xaric, aralarında Türkiyə, İtaliya, Rusiya, Səudiyyə Ərəbistanı, Cənubi Afrika və Birləşmiş Krallığın da olduğu 14 ölkədə iqtisadi islahatların çatışmazlığı,

2- Siyasətçilərin  iqtisadi çətinliklərdə başda Amerika Mərkəzi Bankı (Fed) olmaqla mərkəzi bankları ittiham etmələri. “Eurasia Group” bu tip “ittihamların” 2017-də qlobal bazarlar üçün risk yaradacağını deyir,

  3- Şimali Koreyanın 20 nüvə silah yaratdığı  nüvə proqramının ABŞ üçün təhlükə yaratması.

4- Türkiyədə dövlət nəzarətinin artması, faizlərin aşağı saxlanılması üçün təzyiqin güclənməsi və iqtisadi  artımda yavaşlamanı dayandırmaq üçün maliyyə təşviqlərə olan asılılığın artması.

Neftin qiyməti düşə bilər,Səudiyyə Krallığı razılaşmadan imtina edir

opec

“Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin neft hasilatının azaldılması üzrə razılaşmasının 6 aydan daha çox müddət ərzində həyata keçirilməsinə ehtiyac yoxdur”. Bu barədə Səudiyyə Ərəbistanının energetika naziri Xalid al-Falih deyib: “İstehsalın azaldılmasına dair razılaşmanın icra edilməsi, qlobal tələbatda artımın olması ilə əlaqədar olaraq OPEC digər neft hasilatçıları ilə istehsalın azaldılması müqaviləsini uzatmağa ehtiyac duymaya bilər”, – deyə nazir qeyd edib. O bildirib ki, neft bazarı bu ilin ikinci yarısının sonunda yenidən tarazlaşacaq. Tələbat yay aylarında artacaq və OPEC bazarlarda təklifin kafi olduğundan əmin olmaq istəyəcək: “Razılaşmanın icra edilməsi səviyyəsi və tələbat gözləntiləri nəzərə alındıqda, müqavilənin uzadılmasının vacib olduğunu düşünmürük. 2016-cı ildə bazarda yavaş-yavaş başlayan tarazlıq bu ilin birinci yarısında tam təsirini göstərəcək”. Səudiyyə Ərəbistanı OPEC-in digər üzvləri ilə may ayında Vyanada toplaşaraq bazarı və kartelin istehsal siyasətini qiymətləndirəcək. Həmçinin OPEC üzvü ölkələr qeyri-OPEC ölkələri ilə əldə edilən razılaşma üzrə yanvar ayının sonunda Vyanada görüşərək bu ölkələrin istehsalın azaldılması razılaşmasını necə icra etdiklərini müzakirə edəcəklər. OPEC-in razılaşmasında əsas məqsəd neft hasilatını azaltmaqla qiymətin artmasına dəstək olmaqdır. Qeyd edək ki,bu açıqlama dünya bazarlarında neftin qiymətini ucuzlaşdıra bilər.

16 Yanvar 2017 17:45

Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru:“Tramp ağlına nə gəldi danışmamalıdır”

brenan

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Con Brennan prezident seçilmiş Donald Trampa işə başlayandan sonra “nə gəldi danışmaması” barədə xəbərdarlıq edib. O deyib ki, “bədahətənlik” milli təhlükəsizlik maraqlarına ziddir. Təhlilçilər deyirlər ki, cənab Brennan çox güman Trampın böyük məsələlər barədə vaxtaşırı Tvitterdə yazmasını nəzərdə tutub. Brennan həmçinin deyib ki, Tramp Rusiyanın nəyə qadir olduğunu və ya niyyətlərini lazımınca qiymətləndirmir: "Məncə cənab Tramp Rusiyanın ötən bir neçə ildəki hərəkətlərini bağışlamağın onu hansı yola gətirə biləcəyi barədə çox, çox ehtiyatlı olmalıdır” – deyə Brennan bildirib.  (Azadlıq radiosu) Cənab Brennanın “Fox News Sunday” proqramına müsahibəsindən bir həftə əvvəl ABŞ kəşfiyyatının Rusiyaya dair hesabatı açıqlanmaşdı. Həmin hesabatda deyilirdi ki, Rusiya prezidenti Putin ABŞ seçkisinin nəticələrini təsirləndirməyə çalışıb. Tramp ABŞ kəşfiyyatının gəldiyi nəticələri daim şübhə altına alıb və xüsusi xidmətləri sərt tənqid edib. Bu arada Kreml və Trampın komandası iki liderin guya İslandiyanın paytaxtı Reykyavikdə görüşməyi planlaşdırdıqları barədə xəbərləri təkzib ediblər. Görüş üçün bu şəhərin seçilməsi barədə xəbərlər təhlilçilərin bəzi paralellər gətirməsinə səbəb olmuşdu. Beləki 1986-cı ildə Reykyavikdə Reagan və Qorbaçov arasında görüş Soyuq Müharibənin başa çatması kimi qiymətləndirilmişdi, lakin bu həm də Sovet İttifaqının çöküşünün başlanğıcı idi. Cənab Brennan sözü gedən müsahibədə deyib ki, gələn cümədən prezident olacaq şəxsə “danışmaq və tvit” yazmaq yaraşmaz. Kəşfiyyata barmaq tuşlamaq "Bədahətənlik milli təhlükəsizlik maraqlarına xidmət edən bir şey deyildir. Buna görə də o danışanda və ya reaksiya verəndə dediklərinin Birləşmiş Ştatlara nə kimi böyük nəticə və mürəkkəblik yarada biləcəyini anlamalıdır, – deyən Brennan “burada söhbət təkcə Trampdan getmir, Amerika Birləşmiş Ştatlarından gedir” əlavə edib. MKİ direktoru həmçinin Trampın hesabatın sızdırılmasına görə kəşfiyyatı ittiham etməsinə cavab verib: “Burada ən çox hiddət doğuran kəşfiyyat icmasının nasist Almaniyasına bənzədilməsidir” O, Trampı artıq çoxdandır ki, ictimaiyyətə bəlli olan hesabatın sızdırılmasına görə “kəşfiyyata barmaq tuşlamamağa” çağırıb. Lakin Tramp bu xəbərdarlığa da Tvitterdə cavab verib və bildirib ki, “Washington Post” qəzetinin qocaman jurnalistlərindən Bob Vudvard da hesabatın sızdırılmasına görə xüsusi xidmətləri günahlandırıb. Taump yazıb ki, media ondan üzr istəməlidir.

16 Yanvar 2017 11:59