Flora Kərimovadan Zeynəb Xanlarovaya: “Onun üçün Nisə Qasımova deyiləm”

11 Yanvar 2017 17:18

Xəbər 82 dəfə oxunub

Xalq artisti Flora Kərimovaya bütün televiziyalar efir qadağası qoyub.
Bu barədə  xalq artisti özü məlumat verib. Flora Kərimovanın sözlərinə görə, efir qadağasının səbəbi həmkarı Zeynəb Xanlarova haqqında dediyi fikirlər olub: “Hər yerdə mənə qadağa qoyulub, keçmişdəki kimi… Zeynəb Xanlarova unudur ki, mən ona Nisə Qasımova deyiləm ki, Azərbaycandan illərlə didərgin etsin. Mənim bu millətə torpağa haqqım var. Açıq sözə, fikrimə görə qorxmadan hansısa addım atmağa haqqım var. O haqqımı Zeynəb deyil, Zeynəbin Zeynəbi gəlsin, əlimdən ala bilməz. Mənim dilimdən onun mərhum prezident Heydər Əliyevə qarşı olan etibarsızlığı açıqlanandan sonra televiziya kanalları mənə efir qadağası qoyub. Bu yolla kolda gizlənib, özgənin əli ilə məni susdurmaq istədi. O, həqiqətdən qorxdu. Bir də hər kəsin bildiyi “Şəki əhvalatı”nı açıqlayacağımdan qorxdu.
Məni susdurmağa ordenləri yan-yana düzən Zeynəbin də gücü çatmaz. Nahaq yerə belə etdi, mindirdi məni cin atına… Haralarasa yuxarılara dırmaşıb. Onlar da ya Mətbuat Şurasına dırmaşıb, ya da hansısa bir yuxarılara… Amma dəxli yoxdur, məni susdura bilməz. Oturmuşdum, bir kənarda… Siyasətdən çoxdan gedən bir insanı cin atına mindirməsin”.
Xatırladaq ki, ötən ilin yayında xalq artisti Flora Kərimova həmkarı Zeynəb Xanlarova haqqında ağır ittihamlar səsləndirmişdi. (musavat.com)

İbrahim Tatlısəs: “İşləmirəm,mülklərimi dala qaytarın”

Türkiyənin tanınmış sənətçilərindən olan İbrahim Tatlısəs sosial şəbəkə vasitəsi ilə FETÖ qurbanı olduğunu bəyan edib. Faktinfo.az “Milliyet”ə istinadən bildirir ki, o, 2010-cu ildə Faruk Bayındırın qaynatası Ahmet Özbeydən 6 milyon dollara təyyarə alıb. Lakin təyyarədə texniki problemlər olduğundan pulu ödəməyib. Bunun əvəzində Ahmet Özbey İbrahim Tatlısəsin Etilərdəki 6 milyon dollar dəyərində olan villasına sanksiya qoydurub və bir qədər sonra həmin villanı məhkəmə yolu ilə satışa çıxararaq 1 milyon 530 min dollara özününküləşdirib. Məsələnin bu yerdə olduğunu görən Tatlısəs məhkəməyə üz tutmalı olub. Lakin villasını geri qaytarmağa müvəffəq olmayıb. Məhz elə bu səbəbdən də İbrahim Tatlısəs sosial media vasitəsilə etirazını bildirməyi qərarlaşdırıb: ”Məni vuracaqlarından əvvəlcədən xəbərləri var idi. İndi isə həmin dövrün polisi, naziri, hakimi, hamısı axtarışa verilib. Kimisi məhkəməyə çıxarılıb, kimisi artıq həbs edilib, kimisi isə ölkədən qaçıb. Bəs mənim günahim nə idi? Həm güllələndim, həm təyyarəm əlimdə getdi, həm də evlərimə həbs qoyuldu. Etiraz məktubumu isə 54 gündə rədd edib işi bağladılar. Halbuki bu 1,5-2 ildən tez bağlana bilməz. Niyə Ahmet Özbey həbs edilmir? Kürəkəni ölkədən qaçıb, qızı həbs edilib. Özü isə ortalıqda gəzir. Vəkilinin əli ilə mənim evlərimə, bank hesablarıma həbs qoydurur. 6 ildir heç yerdə işləmirəm. Heç kim necə dolanıram deyə maraqlanmır. Mal-mülkümün geri verilməsini tələb edirəm”.

27 Mart 2017 20:37

Röya ilə bağlı gizlinlər: “O, təkcə Hüseyni doğmayıb…” -İddia

Əməkdar artist Elza Seyidcahan belə getsə deyəsən, növbəti açıqlaması ilə yenidən gündəmi bir-birinə vuracaq. Bəstəkar-müğənni bu dəfə həmkarı Röya Ayxanla bağlı bəzi fikirlər söyləyib. Yeniçağ-a açıqlama verən bəstəkar, Röyanın onun sosial şəbəkələrdə müzakirəyə səbəb olan yeni şeirini paylaşdığını deyib: “Görünür o, mənim şeirimdə olan fəlsəfəni anlayıb, buna görə də paylaşıb. Xoşuna gəlməsəydi, paylaşmazdı ki… O da sənəti dərindən anlayır. Röya da hər gün musiqilərlə sevişib, konsertlər doğur. O, təkcə Hüseyni doğmayıb, o qədər mahnılar, konsertlər doğub ki… Hələ yenə doğacaq, doğmasa, tükənəcək”. “Mən o qızı çox istəyirəm. İllər öncə mən öz tədbirimə onu dəvət etmişdim, jurnalistlər ona qarşı çıxdılar. Röyaya görə jurnalistləri yerində oturtdum. Hətta buna görə “SOY” prodakşın mənə iki il qadağa qoydu, verilişlərinə çağırmadı. Mən bunu sonradan bildim. Bir gün “SOY”un rəhbəri Oqtay Əliyev mənə dedi ki, bilirsən, səni bizim verilişlərə niyə çağırmırıq? Dedim ki, yox. Dedi, ona görə ki, sən Röyaya görə jurnalistlərlə münaqişə yaşamısan. Mən həmişə sənət adamlarını müdafiə etmişəm, onları qorumuşam. Röya üçünsə çox şey edərəm. Çünki o, mərd qızdır”. Faktinfo.az

18 Mart 2017 14:18

“Şəbnəm Tovuzlunun lüt şəkilləri var, əsəblərimlə oynamasın, yayaram” – Təranə Qumral

Prodüser Tolik və müğənni Şəbnəm Əsədovanın ötən gün canlı yayımda Təranə Qumralı 720 manatlıq alçaya görə tənqid etməsinə qarşı tərəfdən cavab gecikməyib. Faktinfo.az xəbər verir ki, Mətbuat.az-a açıqlama verən Təranə Qumral həmkarını qadın alverində günahlandırıb: “Çoxları özlərini Təranə və Musayla reklam edir. Tolikə demək lazımdır ki, Musa Musayev Azərbaycanda, Rusiyada toylara gedəndə, sən harada idin? Tolik bizim yaşayış tərzimizi də, ətrafımızı da yaxşı bilir. Mən icazə vermirəm ki, heç bir prodüser, müğənni hansısa məsələyə görə adımı çəksin. Mən nə Şəbnəmdən, nə də Tolikdən qorxmuram. O özü hansı səviyyədədir ki, mənim haqqımda danışsın?" Təranə Qumral Şəbnəm Tovuzlu ilə bağlı bunları deyib: "Bir müddət öncə mətbuat dərc etdi ki, qadın alveri üstündə Şəbnəmi tutublar. Bundan danışım? Şəbnəmin məndə bir qəzetlik lüt şəkilləri var. Lazım gələrsə, o şəkilləri sizə təhvil verə bilərəm. O yetim qızdı, istəmirəm ona toxunum. Mən faktlarla danışan adamam. Heç kimi topuğumdan yuxarı buraxmıram. Hətta onlardan danışdığıma görə utanıram. Şəbnəmin məndə yataqda şəkilləri var. Əsəblərimlə oynamasın. Əgər üstümə gəlməyə davam edərsə, bütün o fotoları yayımlayacam. Dediklərimi bir-bir yazın. Artıq danışmaq istəmirəm, çünki bayram günü qanımı qaraltmaq fikrim yoxdur. Getsin özündən danışsın. Başqasının ərindən kəbinlə uşaq doğan adamdır. Bu boyda ayıbı olan insan Təranədən danışır? 25 ildir Musayla ailəliyəm, mənim arxamda ərim var. Kimin sözü varsa, qarşıma çıxsın. Əlimdə faktlar da var”.  

14 Mart 2017 20:39