Fonda $5,8 mlrd mədaxil gözlənilir

9 Yanvar 2017 15:12

Xəbər 40 dəfə oxunub

Dövlət Neft Fondunun proqnozuna görə, 2016-cı ildə Fondun ümumi gəlirləri $5,8 mlrd olacaq. Bu, ötən ilkindən 2,07 dəfə çoxdur.

Belə böyük fərq onunla izah edilir ki, 2016-cı ilin büdcəsində neftin  barreli 25 dollar götürülüb. Amma ötən il Azərbaycan neftinin orta qiyməti 41,7 dollar olub. Nəticədə Fonda $5,8 mlrd mədaxil gözlənilir. Amma məzənnə fərqindən asılı olaraq Fondun dollarla ifadə olunan aktivləri arta və ya azala bilər.

Qeyd edək ki, Fondun gəlirlərinin pik vaxtı 2011-ci ildə olub – $19,99 mlrd. 2014-cü ildə bu göstərici $16,23 mlrd, 2015-ci ildə $7,67 mlrd təşkil edib. 1 oktyabr 2016-cı il üçün ARDNF-nin aktivləri $35 822,1 mln olub. Bunun $1 872,5 mln-ı manatladır.

Azərbaycanda neft hasilatı 7,3% azalıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda sənaye sahəsində 6,5 mlrd. manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,7% az sənaye məhsulu istehsal edilib. Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 5% artıb, neft sektorunda isə 5,1% azalıb. Sənaye məhsulunun 71,8%-i mədənçıxarma sektorunda, 22,5%-i emal sektorunda, 5%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,7%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub. Mədənçıxarma sektorunda neft hasilatı 7,3% azalıb, əmtəəlik qaz hasilatı isə 5,3% artıb. Emal sektorunda qida məhsullarının istehsalı 1%, içkilərin istehsalı 59,8%, toxuculuq sənayesi məhsullarının istehsalı 2,6 dəfə, geyim istehsalı 48,5%, ağacın emalı və ağacdan məmulatların istehsalı 46,7%, kağız və karton istehsalı 4,6%, əczaçılıq məhsullarının istehsalı 58,9%, rezin və plastik kütlə məmulatlarının istehsalı 82,3%, tikinti materiallarının istehsalı 71,2%, metallurgiya sənayesi məhsullarının istehsalı 23%, kompüter və elektron məhsulların istehsalı 82,8%, elektrik avadanlıqlarının istehsalı 3,4 dəfə, sair nəqliyyat vasitələrinin istehsalı 25,6%, mebel istehsalı 73,2% artıb, tütün məmulatlarının istehsalı 63,5%, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 36,2%, poliqrafiya məhsullarının istehsalı 66,1%, neft məhsullarının istehsalı 6,1%, kimya sənayesi məhsullarının istehsalı 6,7%, hazır metal məmulatlarının istehsalı 11,0%, maşın və avadanlıqların istehsalı 66,2%, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri isə 53,7% azalıb. Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 3,3 faiz artıb, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 1,3% azalıb.

14 Mart 2017 18:23

Dollar bahalaşacaq, neft ucuzlaşacaq… – Neçayev

Rubl kəskin ucuzlaşacaq. Bunu jurnalistlərə açıqlamasında Rusiyanın keçmiş iqtisadiyyat naziri Andrey Neçayev söyləyib. “Rusiya OPEK ölkələrini neft hasilatını azaltmağa razı saldığı dövr ərzində Amerika şirkətləri slans neftinin hasilatı üçün texnologiyalarını inkişaf etdirdilər. OPEK və Rusiyanın hasilatı azaltmasından sonra ABŞ dərhal hasilatı artırdı. Bununla ABŞ başqa ölkələrin etdiyi ixtisarların yarısını kompensasiya etmiş oldu. Beynəlxalq Energetika Agentliyinin proqnozlarına əsasən, gələn il ABŞ-da sutkalıq hasilat 9,73 milyon barrelə çatacaq və OPEK-lə Rusiyanın ixtisarından sonra yaranmış boşluğu dolduracaq. Belə olan halda OPEK ölkələrinin ixtisar haqqında razılaşmanı saxlayacaqları böyük sual doğurur. Əgər Tramp özünün seçkiqabağı vədlərini yerinə yetirsə və Meksika körfəzi ilə Arktikada hasilata izn versə, o zaman neft bazarında situasiya kəskin şəkildə pisləşəcək. Buraya yaxın günlərdə ABŞ-ın Federal Ehtiyat Sisteminin faiz dərəcələrinin artırılması gözləntisini də əlavə edin. Bu, həm də dolları möhkəmləndirəcək. Bütün bu faktorlar neftin qiymətinin təxminən 10% düşməsinə imkan yaratdı. Böyük ehtimalla neftin qiyməti bu günlərdə 50 dollardan da aşağı düşəcək. Rubl artıq təzyiq altındadır. Yaxın günlərdə biz dolların daha 2-3 rubl bahalaşmasına şahid olacağıq”, – deyə o bildirib. Faktinfo.az

11 Mart 2017 12:31