Gəlin bəyi sınamaq istədi, bəy toydan qaçdı… – FOTOLAR

4 Yanvar 2017 19:01

Xəbər 45 dəfə oxunub

Faktinfo.az xəbər verir ki, Çində toy günü bəyi bir sınaqdan keçirmək istəyən gəlinin xəyalları alt-üst olub. 

Belə ki, evlənməyə hazırlaşan gəlin sevdiyi adamın onu qocalanda da sevib sevməyəcəyini yoxlamaq qərarına gəlib. Bu məqsədlə özünü daha yaşlı göstərən makiyaj etdirərək gəlinlik paltarını geyinib.
Gəlini o vəziyyətdə görən bəy yerindəcə donub qalıb. Gəlindən nəyə görə belə etdiyini soruşanda isə gözəmədiyi cavabı alıb. Gəlinin “70 yaşıma gələndə də məni sevib sevməyəcəyinə əmin olmaq istədim” cavabı bəyi özündən çıxarıb. Gəlindən dərhal makiyajını təmizləməyi istəyib.
Bundan sonra bəylə gəlin arasında mübahisə yaranıb və bəy gəlini orada tək qoyaraq məkanı tərk edib.
Tərk edilən gəlin küçədə təkbaşına ağlaya-ağlaya qalıb.
Image result for Çin'de düğün günü evleneceği adamı test etmeye kalkan çılgın gelin, şoka uğradı..
Image result for Çin'de düğün günü evleneceği adamı test etmeye kalkan çılgın gelin, şoka uğradı..
Image result for Çin'de düğün günü evleneceği adamı test etmeye kalkan çılgın gelin, şoka uğradı..
Image result for Çin'de düğün günü evleneceği adamı test etmeye kalkan çılgın gelin, şoka uğradı..
Bir gelinin başına gelecek en kötü şey damat düğünde kaçtı

2 dönər qarşılığında arvadının üzünə “kislota” atdıran: “Mənim deyilsə, heç kimin olmasın”

Keçmiş arvadının üzünə zəhərli turşu olan “kislota” atdıran Tural Hüseynov və icra edən Vüqar Kərimovun cinayət işi üzrə məhkəmə prosesi davam edib. Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə prokuror Orxan Kəngərli çıxış edib. Dövlət ittihamçısı çıxışında Tural Hüseynov və Vüqar Kərimova 11 il müddətə azadlıqdan məhrum edilməsini istəyib. Zərərçəkmiş şəxsin hüquqi nümayəndəsi Səlahəddin Cəfərov çıxışında təqsirləndirilən şəxslər barəsində qanunda nəzərdə tutulmuş ən ağır cəza verilməsini istəyib: "Hüquqlarını müdafiə etdiyim Nuranə Hüseynovanın vəziyyəti göz qabağındadır. Bunun nəzərə alınması tələb edirik". Təqsirləndirilən şəxsin vəkilləri çıxışa hazır olmadıqları üçün məhkəmədən vaxt istəyib. Proses aprelin 4-ə təyin edilib. Qeyd edək ki, hadisə 2016-cı il mart ayında Pirallahı qəsəbəsində baş verib. 1987-ci il təvəllüdlü T.Hüseynov tanışı, 1981-ci il təvəllüdlü V.Kərimova arvadının üzünə "kislota" atmasını istəyib, bunun qarşılığında isə ona 2 dönər və 1 araq almağı söz verib. Onu da qeyd edək ki, T.Hüseynov məhkəmədə hadisə ilə bağlı keçmiş arvadını qısqandığı üçün bu cür əməl törətdiyini deyib: "Mənim deyilsə, heç kimin olmasın deyə belə etdim". Zərərçəkən Nuranə Hüseynovanın 25 yaşı var. Hadisədən sonra 25 yaşlı qadının bir gözü kor olub. Faktinfo.az

28 Mart 2017 13:20

DAHA BİR “QANUNU OĞRU” ÖLDÜRÜLDÜ – MÜƏMMALI QƏTL

Moskvada "qanuni oğru" müəmmalı şəkildə öldürülüb. Aznews.az xəbər verir ki, ilkin ehtimala görə, 27 yaşlı "qanuni oğru" Maksim Fransuzovu ("Fransuz") yaşadığı mənzilin pəncərəsindən atıblar. Hazırda müstəntiqlər hadisənin səbəblərini araşdırır. Fransuzun oğru dünyasının digər nümayəndələrilə münaqişə zəmnində öldürüldüyü istisna edilmir. Bundan əlavə, onun böyük məbləğdə borca görə öldürülməsi ehtimalı da nəzərdən keçirilir. Kriminal avtoritetin yaşadığı binanın girişindəki nəzarət kameraları və domofon bir neçə gün əvvəl yararsız vəziyyətə salınıb. Qonşuların verdiyi məlumata görə, 4 gün əvvəl kimsə məqsədli şəkildə məftilləri kəsib. Təmir üçün müraciət olunsa da, hələ də sistem bərpa olunmayıb. Qonşuların sözlərinə görə, yerli vaxtla saat 7 radələrində güclü gurultu eşidilib. Diqqətlə baxdıqda blokun girişindəki günəşliyin üstündə Fransuzun meyitini görüblər. Dərhal hadisə yerinə polis, təcili yardım və FHN işçiləri çağırılıb. Kriminal avtoritetlə birlikdə mənzildə onun anası, həyat yoldaşı və 1 il əvvəl dünyaya gələn uşağı yaşayıb. Hazırda hadisə yerində istintaq-əməliyyat briqadası çalışır. Qeyd edək ki, bu, Fransuza təşkil edilən ilk sui-qəsd olmayıb. 2015-ci ilin avqustunda kriminal avtoritet evindən çıxarkən güllələnib. Atəş açan şəxs istintaqdan yayına bilib. Fransuzun həyatı isə həkimlərin səyi nəticəsində xilas olunub. Məlumata görə, 2013-cü ilin iyununda Fransuz "qanuni oğru" Gela Kardava tərəfindən "taclandırılıb". Ded Xasanın ölümündən sonra onun boş qalmış hakimiyyətinə Şakro Molodoy sahib çıxıb. Fransuzun "xaç atası" Gelanın da bu yerə iddialı olması Fransuzu Şakro ilə qarşı-qarşıya gətirib. Bundan əlavə, həbsdə olduğu müddət ərzində həddindən artıq çox avtoritetin "qanuni oğru" adı almasına etiraz edən Şakro yalnız layiq olanların bu titulu almasını istəyib və onlarla avtoriteti bu addan məhrum edib. Həmin vaxt Fransuzun da ünvanına etirazlar səslənib.

14 Mart 2017 18:42

Tələbələrin öldüyü qəzanın baş vermə anı – Video

Bakı-Sumqayıt yolundakı qəzanın baş verdiyi anın görüntüləri yayılıb. Faktinfo.az avtosfer.az-a istinadən xəbər verir ki, görüntülərdən məlum olur ki, qəzaya düşən 50-BN-132 dövlət qeydiyyat nişanlı qırmızı rəngli "Ford"ün sürücüsü körpünün üzərində ötmə əməliyyatı aparır. Göründüyü kimi, o, digər "Ford"u ötməyə çalışır. Özü də sağdan. Hansı ki, sağdan ötmə qadağandır. Lakin Namiq Hüseynov bu cür kobud qayda pozuntusuna yol verərək qəza törədir. Hadisədən əvvəl "ZİL" markalı yük maşını körpünün üzərində xarab olaraq dayanıb. Mişar daşı daşıyan yük maşınının təkəri partlayıb. "ZİL"in sürücüsü maşını körpüdə saxlayaraq guya təhlükəsizlik tədbiri görürmüş kimi, bir neçə mişar daşını yola düzüb. Videodan da göründüyü kimi, "Ford" ötmə əməliyyatı edəndən sonra sol zolağa qayıtmağa çalışır. Lakin sürət yüksək olduğu üçün bunu edə bilmir. Əvvəl yoldakı mişar daşlarına dəyən "Ford" daha sonra sol tətəfdən "ZİL"ə çırpılıb. Məlum olub ki, Namiq Hüseynov uzun illərdir, "Ford" sürür. 2012-ci ildən martın 6-dək o, 61 dəfə cərimə olunub. Təkcə ötən ilə 24 dəfə cərimələnib. Hadisə ilə bağlı mikroavtobusun sücüsü ilə yanaşı "ZİL"in sürücüsü Şəmistanlı Elvin Eldar oğlu da saxlanılıb. Hər iki sürücü dindirilir, onların sərxoş olub-olmadığı da araşdırılır.

9 Mart 2017 15:01