Gülə-gülə, qara Hüseynin oğlu..

19265

12 Yanvar 2017 09:04

Xəbər 13 dəfə oxunub

2009-cu ilin sonlarında Bakıda QHT nümayəndəsi bir amerikalı qız mənimlə görüşmək istədiyini, təhlükəsizlik məsələlələri ilə bağlı söhbət edəcəyini bildirdi.. və görüşdük. Bir neçə saat onu maraqlandıran məsələlər barəsində suallara cavab verib fikir mübadiləsi etdik. Söhbətin bir yerində ölkəmin yaxın gələcəyi haqqında pessimist  düşüncələrimi, ümidsiz olmağımı görüb, söhbətimizə nikbinlik gətirmək üçün  gülə-gülə: “Amma, biz çox ümidliyik” – dedi. Mən: “Siz Amerika vətəndaşısınız, təbii, ümidli olacaqsınız” – dedim. Qız:” Yox, bizim də problemlərimiz var, amma biz indi ümidliyik “. Sözlərinə bir qədər pauza verib: ”Bizim ümidimiz Obamadır” – dedi. Bu, ağappaq amerikalı qızın heç bir irqi narahatlıq keçirmədən bir il əvvəl prezident seçilmiş qaradərili Obamanı ümid yeri bilməsi həmin an mənə tam çatmasa da, illər keçdikcə ABŞ prezidentinə yalnız amerikalıların deyil, dünyanın çox ağlı-qaralı  insanlarının ümid yeri kimi baxdıqlarının şahidi oldum.
Obamanın  ilk qaradərili  ABŞ prezidenti olması, ölkəsinin  iqtisadiyyatını yüksəltməsi, Nobel sülh mükafatı alması tarixi hadisələr olsa da, məncə  prezident olduğu illər üçün əsas göstərici deyil. Dünyanın bütün diktatura rejimləri Obamanın prezidentliyi dövründə keçirdikləri  narahatçılığı heç bir Amerika prezidentinin zamanında yaşamayıblar. Bu 8 ildə ən çox görünən, yaşanan, müşahidə olunan tarixi proseslərin bizlər də şahidi olduq.  Hakimiyyətlərini varislərinə ötürməyi planlaşdıran Liviyada 42 illik Qəddafi rejimi, Misirdə 30 illik Hüsnü Mübarək diktaturası, Tunisdə  arvadı Leyla Ben Əliyə hakimiyyəti devr etməyə hazırlaşan 32 illik Zin -əl Abidin Ben Əli rejimi  “Ərəb baharı” kod adı ilə sona yetdi. Kim nə deyir desin, Amerika prezidentinin siyasi  iradəsi, dəstəyi, planı olmadan ərəb baharı qışa dönə bilərdi. Bu dalğanın davamı Suriyadakı 41 illik Əsədlər hakimiyyətinin sonunu çatdırmaq ərəfəsindədir. Rusiya prezidentinin aqressiv siyasətinin qarşısını son günlərədək sanksiyalar yağışına tutması Obamanın iradəsidir. “Maqnitski qanunu”, diktaturaların icraçı məmurlarına fərdi qaydada tətbiq olunan sanksiyalar,  diktatorların yuxusuna haram qatan Obama siyasətinin nəticəsidir. Dünyaya meydan oxuyan “Əl-Qaidə” liderinin məhv edilməsi də Obamanın prezidentlik dövründə baş verdi. Bizim qonşuda – İranın nüvə silahı yaratmasının qarşısını da məhz özünün dediyi kimi ”bir güllə atmadan“ Obama aldı.
Demokratiya yolunda kövrək addımlarını atan Ukrayna və Gürcüstanın müdafiə olunması, Krımın işğalı ilə barışmaz mövqedə dayanması Obamanın xidmətləridir. Kiçik bir yazıda Amerika prezidenti Barak Obamanın fəaliyyətini təhlil etmək niyyətində deyiləm, amma təsir edən məqamlar var.
Repressiyalarla hakimiyyətlərinin ömrünü uzadan rejimlərə Obama BMT məclisində dərs verdi. “Repressiyalar sosial birliyi təmin edə bilməz. Tarix sübut edir ki, diktaturalar heç vaxt uğurlu idarəetmə forması ola bilməzlər.” Bu Obamanın çıxışından olan bir tezisdir.
Obama çıxış yollarını da göstərir: “Millətin gücü insanların uğurundan – onların biliyindən, innovasiyalardan, yaradıcılıqlarından, cəhdlərindən asılıdır. Bu fərdi hüquqdan, azadlıqdan asılıdır”. Obama bu fikirlərini o millətlərə çatdırır  ki, diktaturadan qurtula bilmirlər. Obama insan  azadlığını, hüququnu uca tutmağı vacib bilir: “Buna hörmətsizlik dini güclərin toqquşmasına gətirib çıxaracaq. Biz bundan yaxşı heç nə gözləmirik.” Gözümüzün qarşısında qardaş Türkiyə demokratiyadan uzaqlaşır, diktaturaya yuvarlanır və Obamanın dediyi kimi “dini güclərin toqquşmasına” gəlib çıxıb.
Obamanın necə insanpərvər olması, əxlaqa, mənəviyyata yüksək qiymət verməsini yaşımızın imkan verdiyi, tanıdığımız Amerika prezidentlərinin, heç başqa dövlət başçılarının da simasında görməmişik desək, yanılmarıq. Bu gün Obamanın vidasına münasibət bildirən tanınmış, populyar amerikalılar onu necə çox sevdiklərini, onun haqqında dedikləri ən xoş sözlərini  heç bir prezident haqqında deməyiblər. Vida mərasimində həyat yoldaşı Mişelə də minnətdarlığını bildirməsi  bir mənəviyyat nümunəsi oldu. Mişel də ona layiq xanımdı. Səkkiz illik birinci ledi statusunda Mişel Obama Tunis diktatorunun arvadı Leyla Ben Əlinin səkkiz gündə xərclədiyini xərcləmədi. Əksinə, təzə tərəvəzə verilən pula qənaət etmək üçün Ağ Evin həyətində  öz əliylə bostan belə salmışdı.
“…hər bir insan ləyaqətə və alınmaz hüquqlara sahibdir və heç kimin onu almağa haqqı yoxdur. Ona görə də gələcəyə vahimə ilə yox, ümidlə baxırıq”.
Yazının əvvəlində amerikalı ağappaq qızın niyə qaradərili prezidenti ümid kimi görməsi fikrinə bir az şübhəli yanaşmamı Obama prezidentlik dövründə dağıtmışdı. Obamanın edə biləcəklərinin hamısını etməyə zamanı yetmədi, amma gələndə amerikalılara necə ümidli görünmüşdüsə, gedəndə də diktatorlardan can qurtara bilməyəcəkləri ümidsizliyinə qapılan xalqlara tarixi bir ümid verdi:
“Keçən ay Martin Lüter Kinqin 50 il əvvəl Amerikaya öz arzularını çatdırdığı yerdə durmuşdum. O dövrdə isə mənim irqimin əksər adamları hətta prezident seçkilərində səs verə bilmirdi. Bu ilin başlanğıcında xalqından və bütün dünyadan təcrid edilmiş Nelson Mandelanın on illərlə dustaq olduğu kiçik həbsxana kamerasında durmuşdum. İnsan ruhunun qadir olduğu bu cür dəyişikliklərin şahidi olduğumuz halda, biz necə hesab edə bilərik ki, guya, bugünki çətinlikləri dəf etmək mümkün deyil? Burada iştirak edənlərdən kim iddia edəcək ki, guya, gələcək ruhu azad etmək istəyənlərə yox, onu əzmək istəyənlərə məxsusdur?”.
Onun getməyinə üzülənlər çoxdur, az da olsa sevinənlər də var. Onun prezidentlik dövrünün bitməyini diktatorlar bayram edir, sevinclərini dilə gətirirlər, onun sanksiya ütündən salamat çıxdıqlarına sevinir, ona ümid  edənlərdən qisas alacaqlarıyla əllərini bir-birinə sürtürlər.
Bu ağ –qara dünyaya ümid dolu bir güzgü tutdun, Barak! Gərək adamın içi işıqlı olsun, çölünün rəngi əsas deyil.
Gülə-gülə, Qara Hüseynin oğlu… Gülə-gülə işıqlı adam…

Neftin qiyməti düşə bilər,Səudiyyə Krallığı razılaşmadan imtina edir

opec

“Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin neft hasilatının azaldılması üzrə razılaşmasının 6 aydan daha çox müddət ərzində həyata keçirilməsinə ehtiyac yoxdur”. Bu barədə Səudiyyə Ərəbistanının energetika naziri Xalid al-Falih deyib: “İstehsalın azaldılmasına dair razılaşmanın icra edilməsi, qlobal tələbatda artımın olması ilə əlaqədar olaraq OPEC digər neft hasilatçıları ilə istehsalın azaldılması müqaviləsini uzatmağa ehtiyac duymaya bilər”, – deyə nazir qeyd edib. O bildirib ki, neft bazarı bu ilin ikinci yarısının sonunda yenidən tarazlaşacaq. Tələbat yay aylarında artacaq və OPEC bazarlarda təklifin kafi olduğundan əmin olmaq istəyəcək: “Razılaşmanın icra edilməsi səviyyəsi və tələbat gözləntiləri nəzərə alındıqda, müqavilənin uzadılmasının vacib olduğunu düşünmürük. 2016-cı ildə bazarda yavaş-yavaş başlayan tarazlıq bu ilin birinci yarısında tam təsirini göstərəcək”. Səudiyyə Ərəbistanı OPEC-in digər üzvləri ilə may ayında Vyanada toplaşaraq bazarı və kartelin istehsal siyasətini qiymətləndirəcək. Həmçinin OPEC üzvü ölkələr qeyri-OPEC ölkələri ilə əldə edilən razılaşma üzrə yanvar ayının sonunda Vyanada görüşərək bu ölkələrin istehsalın azaldılması razılaşmasını necə icra etdiklərini müzakirə edəcəklər. OPEC-in razılaşmasında əsas məqsəd neft hasilatını azaltmaqla qiymətin artmasına dəstək olmaqdır. Qeyd edək ki,bu açıqlama dünya bazarlarında neftin qiymətini ucuzlaşdıra bilər.

16 Yanvar 2017 17:45

Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru:“Tramp ağlına nə gəldi danışmamalıdır”

brenan

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Con Brennan prezident seçilmiş Donald Trampa işə başlayandan sonra “nə gəldi danışmaması” barədə xəbərdarlıq edib. O deyib ki, “bədahətənlik” milli təhlükəsizlik maraqlarına ziddir. Təhlilçilər deyirlər ki, cənab Brennan çox güman Trampın böyük məsələlər barədə vaxtaşırı Tvitterdə yazmasını nəzərdə tutub. Brennan həmçinin deyib ki, Tramp Rusiyanın nəyə qadir olduğunu və ya niyyətlərini lazımınca qiymətləndirmir: "Məncə cənab Tramp Rusiyanın ötən bir neçə ildəki hərəkətlərini bağışlamağın onu hansı yola gətirə biləcəyi barədə çox, çox ehtiyatlı olmalıdır” – deyə Brennan bildirib.  (Azadlıq radiosu) Cənab Brennanın “Fox News Sunday” proqramına müsahibəsindən bir həftə əvvəl ABŞ kəşfiyyatının Rusiyaya dair hesabatı açıqlanmaşdı. Həmin hesabatda deyilirdi ki, Rusiya prezidenti Putin ABŞ seçkisinin nəticələrini təsirləndirməyə çalışıb. Tramp ABŞ kəşfiyyatının gəldiyi nəticələri daim şübhə altına alıb və xüsusi xidmətləri sərt tənqid edib. Bu arada Kreml və Trampın komandası iki liderin guya İslandiyanın paytaxtı Reykyavikdə görüşməyi planlaşdırdıqları barədə xəbərləri təkzib ediblər. Görüş üçün bu şəhərin seçilməsi barədə xəbərlər təhlilçilərin bəzi paralellər gətirməsinə səbəb olmuşdu. Beləki 1986-cı ildə Reykyavikdə Reagan və Qorbaçov arasında görüş Soyuq Müharibənin başa çatması kimi qiymətləndirilmişdi, lakin bu həm də Sovet İttifaqının çöküşünün başlanğıcı idi. Cənab Brennan sözü gedən müsahibədə deyib ki, gələn cümədən prezident olacaq şəxsə “danışmaq və tvit” yazmaq yaraşmaz. Kəşfiyyata barmaq tuşlamaq "Bədahətənlik milli təhlükəsizlik maraqlarına xidmət edən bir şey deyildir. Buna görə də o danışanda və ya reaksiya verəndə dediklərinin Birləşmiş Ştatlara nə kimi böyük nəticə və mürəkkəblik yarada biləcəyini anlamalıdır, – deyən Brennan “burada söhbət təkcə Trampdan getmir, Amerika Birləşmiş Ştatlarından gedir” əlavə edib. MKİ direktoru həmçinin Trampın hesabatın sızdırılmasına görə kəşfiyyatı ittiham etməsinə cavab verib: “Burada ən çox hiddət doğuran kəşfiyyat icmasının nasist Almaniyasına bənzədilməsidir” O, Trampı artıq çoxdandır ki, ictimaiyyətə bəlli olan hesabatın sızdırılmasına görə “kəşfiyyata barmaq tuşlamamağa” çağırıb. Lakin Tramp bu xəbərdarlığa da Tvitterdə cavab verib və bildirib ki, “Washington Post” qəzetinin qocaman jurnalistlərindən Bob Vudvard da hesabatın sızdırılmasına görə xüsusi xidmətləri günahlandırıb. Taump yazıb ki, media ondan üzr istəməlidir.

16 Yanvar 2017 11:59