Həbsdə olan MTN generalları məhkəmə qarşısına çıxarılır –Cinayət işi icraata verildi

29 Dekabr 2016 12:45

Xəbər 38 dəfə oxunub

Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin sabiq baş idarə və idarə rəisləri Sübahir Qurbanov, Teymur Quliyev, Natavan Mirvətova, eləcə də həmin qurumun digər vəzifəli şəxsləri Fizuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun cinayət işi icraata verilib.

Cinayət işi Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı yaxın günlərdə məlum olacaq. (APA)

Baş Prokurorluğun mətbuat xidmətinin yaydığı məlumata görə, 2004-2015-ci illər ərzində mütəşəkkil dəstə tərkibində xidməti vəzifələrinin icrası ilə əlaqədar hakimiyyətdən və öz qulluq mövqelərindən sui-istifadə edərək, hakimiyyət həddini və qulluq səlahiyyətlərini aşmaqla qanunvericiliklə müəyyən edilmiş əsaslar olmadan gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edib sahibkarlıq fəaliyyəti ilə məşğul olan ayrı-ayrı şəxslərin telefon danışıqlarına gizli qulaqasma, texniki vasitələrdən, rabitə kanallarından informasiyanın çıxarılması və başqa xidməti sahələr üzrə qanunsuz əməliyyat-axtarış tədbirlərini həyata keçirməklə əldə edilmiş şəxsi, ailə, kommersiya və peşə sirri təşkil edən məlumatlardan istifadə edib, çoxsaylı sahibkarların külli miqdarda əmlaklarını əldə etmək məqsədilə xidməti odlu silah tətbiqi, binalara qanunsuz girməklə müşayiət olunan hücuma məruz qalmış şəxslərin həyat və sağlamlıqları üçün təhlükəli zorakılıqla və belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı basqınlar təşkil edib, nazirliyin inzibati binasına gətirilib ailə üzvləri, yaxın qohumları ilə əlaqə saxlamalarına imkan verməyərək hərəkət sərbəstliklərinin məhdudlaşdırıb, xidməti otaqlarda saxladıb qanunsuz azadlıqdan məhrum etmələrinə şübhələr müəyyən edilib.Bundan başqa, həmin şəxslərin psixi və fiziki zorakılıqlara məruz qalmaqla xəsarətlər almaları, sərbəst buraxılmaları müqabilində tələb olunan vəsaitin əldə olunması üçün ayrı-ayrı şəxslərə və kommersiya banklarına qarşı külli miqdarda borc və kredit öhdəliklərinin yaranması kimi ağır nəticələrə səbəb olan, özlərinin və yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, tutma, həbsə alma və barələrində rüsvayedici məlumatlar yayma hədəsi ilə fiziki və psixi təsirlər göstərilməklə 162 zərər çəkmiş şəxsin ümumilikdə 18 milyon 437 min manat, o cümlədən 6 milyon 449 min manat məbləğində külli miqdarda pul vəsaitlərini, 5 milyon 693 min manat dəyərində zərgərlik məmulatları və daşınmaz əmlaklarını quldurluq və hədə-qorxu ilə tələb etməklə ələ keçirmələrinə, 5 milyon 295 min manat məbləğində nağd pul vəsaitlərini rüşvət kimi almalarına, həmçinin dövlət büdcəsindən xidməti vəzifələrinin icrası üçün ayrılmış 1 milyon manat məbləğində pul vəsaitlərini vəzifə saxtakarlığı ilə mənimsəmələrinə dair şübhələr müəyyən edilib.Zərər çəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsinin təmin olunması üçün məhkəmə qərarları əsasında təqsirləndirilən şəxslər Sübahir Qurbanov, Fizuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Teymur Quliyev, Natavan Mirvətova və qeyrilərinə məxsus ümumilikdə 21 milyon 528 min manat dəyərində əmlak və pul vəsaitlərinin, o cümlədən 20 milyon 971 min manat dəyərində daşınmaz əmlak, 272 min manat dəyərində nəqliyyat vasitələri, 42 min manat dəyərində zərgərlik və digər qiymətli məmulatlar, 88 min manat, 88 min ABŞ dolları və 5 min Avro nağd pul vəsaitləri üzərinə həbslər qoyulub.Təqsirləndirilən şəxslərə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145.3 (Qanunsuz azadlıqdan məhrum etmə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), 178.3.1, 178.3.2 (dələduzluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda ziyan vurmaqla törədildikdə), 179.3.1, 179.3.2 (Mənimsəmə və ya israf etmə mütəşəkkil dəstə tərəfindən külli miqdarda törədildikdə), 181.3.1, 181.3.2 (Quldurluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə), 182.3.1, 182.3.2 (Hədə-qorxu ilə tələb etmə külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə ), 228.4 (Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə), 302.1, 302.2 (Gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4 (Rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən hədə-qorxu tətbiq olunmaqla külli miqdarda və təkrar törədildikdə), 313 (Vəzifə saxtakarlığı), 320.1, 320.2 (Rəsmi sənədləri saxtalaşdırma və bilə-bilə saxta sənədlərdən istifadə etmə), 341.2.1, 341.2.2 və 341.2.3-cü (Bir qrup şəxs tərəfindən silah tətbiq olunmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittihamlar irəli sürülməklə onların barəsində cinayət işi ayrıca icraata ayrılaraq cinayət-prosesual qanunvericiliyin tələblərinə müvafiq olaraq təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərər çəkmiş şəxslər, onların hüquqi varis və nümayəndələri cinayət işinin materialları ilə tanış olublar.Hazırda cinayət işi üzrə ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin vəzifəli şəxslərinin qanunsuz əməlləri və digər epizodlarla bağlı zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Azərbaycanda oğurluq niyə artıb…

Daxili İşlər Nazirliyinin gündəlik açıqladığı kriminal xronikada oğurluq hallarının artdığı müşahidə edilir. Tamah məqsədilə həyata keçirilən cinayətlərdə çörəkdən tutmuş, mal-qara, mobil telefon, avtomobil, avtomobil hissələri, pul, məişət, geyim əşyaları, elektrik naqilləri və s. kimi oğurluq növlərinə rast gəlinir.   “3-4 manata görə su sayğacları oğurlanır”   Kriminalist Mahmud Hacıyev mətbuata açıqlamasında ölkədə oğurluq hallarının artma səbəblərinə aydınlıq gətirib:   “Oğurluq tamah motivi ilə baş vermiş cinayətdir. Cinayətin obyekti, subyekti, subyektiv tərəfi, obyektiv tərəfi və motivi olduqda cinayət tərkibi yaranır. Əsas əlamətlərdən biri motivdir. Tamah məqsədilə baş vermiş cinayətlərdə bir qayda olaraq demək olmaz ki, hamı “vorzakon”dur, “maloletka”da yatıb, çıxıb, deyə, oğurluq onun peşəsidir. Son vaxtlar oğurluq edənlərin böyük əksəriyyətinin əvvəllər məhkumluğu olmayıb. Çoxu da cavan uşaqlardır. Bu əlamətləri təhlil etdikdən sonra müəyyən etmək olur ki, peşəkar oğrular ümumi tərkibin 5-10 faizini təşkil edir. Bəli, son vaxtlar oğurluq halları artıb. Hətta su sayğaclarının tərkibində qiyməti 3 manat olan ağ maddəyə görə oğurluq edənlər var. Bakının Nizami rayonunda belə faktlar qeydə alınıb”. “Sosial vəziyyət pisləşdikcə oğurluq da artır” Əvvəllər məhkumluq həyatı yaşamayan insanlar bir neçə il həbs cəzası alacağını bilə-bilə 5-10 manatdan, ərzaq məhsullarından ötrü niyə oğurluğa əl atırlar? M.Hacıyev qeyd edir ki, dünyada qəbul edilmiş qaydalara görə, ölkədəki sosial-iqtisadi vəziyyət mənfiyə doğru gedirsə, cinayət faktları da artır: “Bu, 2 vur 2-nin 4-ə bərabər olması qədər konkretdir. Biz deyə bilmərik ki, 2 vur 2  5-ə bərabərdir. Bu, Avropa ölkələri, Afrika ölkələri, həmçinin, Azərbaycan üçün də belədir. Müəyyən obyektiv və subyektiv səbəblərə görə hüquq-mühafizə orqanlarının rəhbərliyində təmsil olunanlar bunu etiraf etməsə də, fakt göz qabağındadır. Milli valyuta 2 dəfə devalvasiyaya uğrayıb, çox sayda iş yerləri bağlanıb, əhalinin kredit borcları artıb və s. Bu əlamətlərin hamısı Azərbaycanda varsa, deməli tamah motivli cinayətlərdə də artım olacaq. Tamah motivli cinayətlərin əksəriyyətini də oğurluqlar təşkil edir. Həmçinin quldurluq, soyğunçuluq, dövlət və bələdiyyə əmlakının oğurluğu da var. Amma şəxsi əmlakın oğurluğu qismində oğurluq faktları daha çox artır. Dünya miqyasında kriminalistika, münasibət psixologiyası və kriminologiya ilə məşğul olan alimlərin və praktiki işçilərin rəyinə görə, sosial-iqtisadi problemlər artırsa, tamah məqsədilə oğurluq halları da onlara adekvat olaraq çoxalır”.   “Həbs çıxış yolu deyil”   Kriminalist bildirir ki, oğurluq etmiş şəxslərin həbs edilməsi vəziyyətdən çıxış yolu deyil: “Bütün bunlara qarşı mübarizə aparmaq lazımdır. Çünki oğurluq həm də xalqımızın milli mentaliteti üçün xarakterik deyil. Doğrudur, hüquq-mühafizə orqanları ayaqdadır, cinayətlərə qarşı dərhal tədbir görürlər. Amma bu nə effekt verir? İnsanların məhkum olunması, həyat tərzinin pozulması məsələnin həlli deyil. Çünki həbsdən çıxandan sonra yenidən cinayət törədib həbsə qayıdır. Bunun müsbət nəticəsi yoxdur. Ona görə də, iqtisadçılar, hüquq-mühafizə orqanlarının əməkdaşları, aidiyyatı qurumlar problemi kompleks şəkildə öyrənməlidirlər və müvafiq qərarlar qəbul etməlidirlər. Çünki bu tədbirlərin reallaşması hüquq-mühafizə orqanlarının səlahiyyətində olan məsələ deyil. Bu hökumət səviyyəsində həll edilməlidir”Modern.az

14 Mart 2017 17:58

Böyük müharibə mütləq baş verəcək – Qarabağda

Cəbhədə atəşkəsin pozulması intensivliyi hər keçən gün artmaqdadır. Belə çıxır ki, bu mövqe döyüşüdür, iri ərazi dəyişiklikləri yoxdur. Bunu Şərq.az-a son günlər cəbhədə yaşanan gərginliyin daha da şiddətlənməsindən danışarkən millət vəkili Zahid Oruc deyib. Onun sözlərinə görə, illərlə cəbhə xəttində Ermənistan və Azərbaycan bir-birinə atəş açası deyil: "Böyük müharibə mütləq baş verəcək. Toqquşma qaçılmazdır. Təkcə kəşfiyyat məlumatları ilə deyil, hadisələrin ümumi ictimai müşahidəsi ilə bu qənaətə gəlmək mümkündür ki, real toqquşma baş verəcək. Dağlıq Qarabağın ümumi hissəsi 4,38 min kv.km olduğu halda, həmin 7 rayon ərazisi bundan 2 dəfə böyükdür. Ermənistan tərəfinin Qarabağətrafı rayonlara beynəlxalq arenada hər hansı tarixi, siyasi iddia etməyə əsası yoxdur. Nə desinlər? Cəbrayıl, Füzuli, Kəlbəcər adlarını necə erməniləşdirsinlər? Ancaq onu bufer zona, təhlükəsizlik qovşağı və s. kimi adlandırırlar. Mənə elə gəlir ki, Azərbaycan mühüm hissələrdən onlara zərbəni vuran kimi həmin təhlükəsizlik ərazisi daralacaq və bu Qarabağda konkret olaraq, Şuşada, Xankəndində öz nəticələrini verəcək”. Son olaraq Z.Oruc əlavə edib ki, regional güc mərkəzlərinin, beynəlxalq dövlətlərin müdaxilə etmədiyi şərait yarana bilər: "Bununla Şuşada, Xankəndində bir güllə atmadan, taktika və hərbi tədbirlər yerinə yetirilməklə Qarabağ savaşını uğurla başa vurmaq mümkün olar. Çünki ermənilərin canı və qüvvəsi konkret həmin ərazilərdədir. FAKTİNFO.AZ

10 Mart 2017 18:34

Bu akademik adlanan nadan məxluq… – Millət vəkili

Bu akademik adlanan məxluğun 15 cümlədən ibarət mətnində bircə cümlə belə əlahəzrət məntiqin qaydalarına uyğun formada işlənməyib. Faktinfo.az xəbər verir ki,bu sözləri millət vəkili Fazil Mustafa akademik Çingiz QacarınPublika.az saytında dərc olunan müsahibəsində işlətdiyi fikirlərinə cavab olaraq qeyd edib. F.Mustafa bildirib: "Akademik Çingiz Qacar müsahibəsində deyir: "Ümumiyyətlə, mən "türk" sözünün də əleyhinəyəm. Mənim üçün ən əziz dil Azərbaycan dilidir. Gürcü bizə "tatar", rus ayrı söz deyir. Bu baxımdan da türklər bizə çox ziyan gətirib. Hətta ruslardan da çox ziyan vurub. Misal üçün, türklərə görə Azərbaycan musiqisi yox olub. Bizim çox gözəl təsniflərimiz, rəqslərimiz var idi. Hamısı tamam itib gedib. İndi axmaq-axmaq, melodiyasız mahnılar oxuyurlar. Bütün alver də türklərin əlindədir. Marketlərdə hər şey türkcə yazılır. Biz tarixi mahnılarla yaşayırdıq. Ancaq indi o mahnıların çoxu yox olub. Mən istəyirəm ki, hər şey sırf Azərbaycan dilində olsun. Ona görə də keçmiş tariximizdə Azərbaycanın ən böyük düşməni türklər olub". Bu akademik adlanan məxluğun 15 cümlədən ibarət mətnində bircə cümlə belə əlahəzrət məntiqin qaydalarına uyğun formada işlənməyib. Rusdilli ola bilər, ancaq təfəkkürün ifadəsinin rusdilli olmağa nə dəxli? Deyir ki, "mən türk sözünün əleyhinəyəm". Təsəvvür edin, mən deyirəm ki, "ABŞ sözünün əleyhinəyəm". Nə olsun? Mən əleyhinə olsam "ABŞ" sözü olmayacaq? Deyir, mənim üçün ən əziz dil Azərbaycan dilidir. Adamdan soruşarlar ki, bu dil sənə bu qədər əzizdirsə, işlətdyin 15 cümlədə nədən bu dilin anasını bu sayaq ağlatmısan? Sonra deyr ki, "gürcü bizə tatar, rus ayrı söz deyir. Bu baxımdan da türklər bizə çox ziyan gətirib". Akademik titulu daşıyan bu şəxsin ard-arda düzdüyü bu iki cümlənin bir-biri ilə məna əlaqəsini tapana həqiqətən böyük mükafat düşür. Gürcünün bizə tatar, rusun da ayrı söz deməsinə görə türklərin bizə gətirdyi çox ziyan görəsən nədən ibarətdir? Yaxud da: "Misal üçün, türklərə görə Azərbaycan musiqisi yoxa çıxıb..." Allah-Allah, bu boyda fars gəlib işğal edb, rus gəlib işğal edib, amma Azərbaycan musiqisi əsrlərdir yaşayıb, özü də təpədən-dırnağa, özbəöz türk musiqisinin özüdür, əcaba. hansı türk musiqisidir ki, bizim "Qarabağ şikəstəsini" və ya 2Qaytağını" məhv edib?" Millət vəkili ermənilərə uduzmağımızın səbəbi sırasında bu kimi düşüncəni əsas göstərib: "İndi təsəvvür edin ki, Azərbaycanı təmsil edən bu akademik bir erməni akademiki ilə üz-üzə gəlir, debat aparır, müzakirələrə qoşulur. Ermənilərə uduzduğumuz nöqtəni dağda, təpədə, çöllüklərdə axtarmayın, akademik səviyyənin fərqində axtarın, təfəkkürdə, zəkada axtarın! "Keçmiş tariximizdə Azərbaycanın ən böyük düşməni türklər olub!" Bunu söyləyən bir erməni akademik deyil, türkün qurduğu dövlətin titullarını daşıyan və türkə nifrət bəsləyən bir Azərbaycan akademiki olan Çingiz Qacar deyir. Və bu "keçmiş tarix" deyəndə həm də 1918-ci ili nəzərdə tutur. Məhz həmin ildə Azərbaycanı erməni-rus-ingilis işğalından qurtarmış, minlərlə qətlə yetirilmiş, təcavüzə uğramış soydaşımızın qisasın almış türk əsgərini düşmən kimi görür. Və bir gerçəyi unudur ki, o nifrətlə andığın türklər Azərbaycanı ermənlərdən təmizləməsəydi, ən azı siz düşüncədə olanların bu ölkənin akademiki adını daşımaq şansı olmayacaqdı... Adamın müsahibəsində açıqca milli hisslərimizi təhqir etməsini hələ bir tərəfə buraxıram, ən çox üzüldüyüm isə bir Azərbaycan akademikinin bəsit, səviyyəsiz, nadan mühakimə tərzi oldu".

10 Mart 2017 11:19

Mövlud Çavuşoğludan sərt xəbərdarlıq:”Əmin olun, əgər qarşımıza çıxarsa, vuracağıq”

Rəsmi Ankara Menbiç şəhərinin PKK-ın Suriya qolu olan YPG/PYD-dən təmizləməkdə qərarlıdır. Türkiyə mətbuatı  xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu amıqlama verib. O, Türkiyənin hədəfinin Əl Babdan sonra Menbiç olduğunu bir daha təkrarlayıb:"Menbiçə getdiyimiz zaman qarşımıza YPG çıxarsa, əmin olun, onları vuracağıq.  Bunu daha əvvəl də açıq və konkret şəkildə bəyan eləmişik". Çavuşoğlu Rakka əməliyyatında Türkiyənin iştirak edib-etməyəcəyinə isə belə cavab verib: "Bu əməliyyatla bağlı hələlik dəqiq qərarımız yoxdur". Xatırladaq ki, YPG/PYD Menbiçə bir müddət əvvəl yerləşib. Həmin vaxtdan Türkiyə ABŞ-ın dəstəyi ilə ora yerləşən YPG-yə və rəsmi Vaşinqtona israrla bunun yolverilməz olduğunu bildirsə də, xeyri olmayıb. Əksinə, şəhərdə YPG-yə bağlı olan qüvvələr hərbi texnika və postların üzərinə Amerika bayrağı asaraq, Türkiyənin tələbini qulaqardına vurublar. Rəsmi Ankara isə hələ illər əvvəl Fərat çayının sağ sahilinin Türkiyə üçün "qırmızı xətt" olduğunu açıqlayıb və kürd qruplarının sahili keçməsi halında vurulacağını bəyan etmişdi. Lakin buna rəğmən, YPG Menbiçə daxil olaraq, oradan İŞİD-i qovaraq, şəhər üzərində hakimiyyətini qurub. Rəsmi Ankaranın atdığı son addımlardan isə görünür ki, Türkiyənin səbr kasası artıq daşmaq üzrədir…

9 Mart 2017 15:34

Tələbə qəbulu ilə bağlı ödənişli xidmətlərin tarifləri açıqlanıb –SİYAHI

Tələbə qəbulu ilə bağlı ödənişli xidmətlərin tarifləri açıqlanıb. Orta ixtisas təhsili müəssisələr tələbə qəbulu ilə bağlı test imtahanında 1 iştirak üçün tarif 20, orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına tələbə qəbulu ilə bağlı qabiliyyət imtahanında 1 iştirak üçün tarif 20, ali təhsil müəssisələrinin bakalavriat (tibb təhsili üzrə əsas təshil) səviyyəsinə qəbulu ilə bağlı test imtahanında 1 iştirak üçün tarif 40, ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsinə tələbə qəbulu ilə bağlı imtahanda (I mərhələ) 1 iştirak üçün tarif 50, ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsinə tələbə qəbulu ilə bağlı imtahanda (II mərhələ) 1 iştirak üçün tarif 60, baza ali tibb təhsili əsasında rezidenturaya qəbulla bağlı test imtahanında (I mərhələ) 1 iştirak üçün tarif 60, baza ali tibb təhsili əsasında rezidenturaya qəbulla bağlı test imtahanında (II mərhələ) 1 iştirak üçün tarif 100, ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına tələbə qəbulu ilə bağlı qabiliyyət imtahanında 1 iştirak üçün tarif 30 və rus bölməsi abituriyentləri üçün Azərbaycan dili üzrə test imtahanında 1 iştirak üçün tarif 10 manat məbləğində müəyyən edilib./Faktinfo.az/

6 Mart 2017 20:10

Ermənilər öz əsgərlərinə müraciət etdi: “Qarabağdan qaçın!” (VİDEO)

CBC telekanalında erməni jurnalist Syuzan Caqinyan, hüquq müdafiəçisi Vaan Martirosyan, Ermənistan vətəndaşı Sergey Culakyan fikirləri yer alıb. Videoda erməni xalqına və əsgərlərinə müraciət edən müsahiblər çıxışlarında Ermənistan hakimiyyətinə qarşı çox sərt mövqe tutublar. Videoda Syuzan Caqinyan Ermənistanın başında duran hakimiyyətin ölkənin ermənilərsiz qalması üçün əlindən gələni etdiyi bildirir. "Bu proqramlardan biri də ordudur. Mən belə düşünürəm ki, sizin yerinizə orda Köçəryanın, Sarkisyanın və öz xalqından oğurluq edən bütün digər generalların övladları, uşqları, nəvələri olmalıdırlar. Bu gün Qarabağ müharibəsi erməni xalqını idarə etmək və onları müti qula çevirmək ücün əllərində bir vasitəsir. Onlara uymayın. Nahəyət ki, erməni xalqının əsl düşmənlərinin kim olduğunu dərk edin. Sizin həyatınız onlar üçün əhəmiyyətsizdir. Sizi bu münaqişənin sülh yolu ilə həllini tapmağa çağırıram. Çünki mən şəxsən daha müharibə istəmirəm. İstəyirəm ki, siz də istəməyəsiniz. Hüquq mühafizəçisi Vaan Martirosyan: "Siz əlinizdə silah vətəninizi qoruduğunuzu düşünərkən əsl düşmənlər sizin arxanızda ana-atalarınızın vuraraq onların çörəklərini əllərindən alır. Onları həbsxanaya atır, sizin gələcəyinizdən məhrum edirlər. Nə üçün Qarabağdan olan heç bir insan Qarabağda xidmət etmir. Erməni gəcləri və onların valideynləri ilə heç bir əlaqəsi olmayan torpaqlar uğrunda erməni əsgərlərinin ölməsinin əsas günahkarı Sarkisyan rejimidir. Qarabağı ömürlərində bir dəfə də olsun görməyən irəvanlı gənclər ora göndərilərək nəyin uğrunda vuruşduqlarının fərqinə belə varmadan həlak olurlar.” –deyə bildirib. Ermənistan vətəndaşı Sergey Culakyan: "Yad torpaqlarda qan tökmək nəyə lazımdır. Mən Azərbaycanın işğal olunmuş ərazilərində hərbi xidmət keçmiş erməni gənclərinin bir nümayəndəsi kimi erməni əsgərlərinə müraciət edirəm. Silahlarınızı hazırda bizim ölkəni idarə edən əsl düməninizə tərəf çevirin.” (Faktinfo.az) (daha&helliip;)

4 Mart 2017 15:30

Palmira yenidən terrorçulardan azad edilib

Faktinfo.az xəbər verir ki, Bəşər Əsəd rejiminə tabe ordu birlikləri antik şəhər olan Palmiranı növbəti dəfə terror təşkilatı IŞİD-dən geri alıblar. Rəsmi xəbər agentliyi Sananın görüntülərini paylaşdığı əməliyyata Rusiya da hava hücumu vastəsilə  dəstək verib. Rus döyüş təyyarələrinin və helikopterlerinin aktiv rol oynadığı əməliyyat nəticəsində İŞİD terrorçularının qaçdığı bildirilir. Xatırladaq ki, Palmira son bir il ərzində iki dəfə ələ keçirilib. İŞİD ilk olaraq 20 May 2015-ci ildə qarşıdurmaların ardınca Palmira şəhərini ələ keçirmişdi. Təxminən bir il sonra, 2016-cı ilin mart ayında rejim qüvvələri şəhəri geri almışdı. Ancaq 2016-cı ilin dekabrında Suriya hərbi  birliklər  Hələb şəhərinə yönləndirildiyindən   İŞİD terror təşkilatı  11 dekabrda Palmiranı yenidən ələ keçirmişdi. Qeyd edək ki, Palmira 2011-ci ildə başlayan vətəndaş müharibəsindən əvvəl ölkənin ən məşhur turizm mərkəzlərindən biri olub. YUNESKO-nun Dünya İrs Siyahısında yer alan bu şəhər hər il on milyon turist qəbul edib. Daha əvvəl "bütpərəstlik" rəmzi olaraq gördükləri Bel məbədi və Zəfər Tağını partladan terror təşkilatı İŞİD, son işğal zamanı teatr və məşhur Tetrapylon abidəsini də məhv etmişdi. Palmiranınn tarixi e.ə. 19. əsrə qədər gedib çıxır. Yunan və Roma mənbələrində isə 1. əsrdən etibarən qeydlərdə iştirak edir.

3 Mart 2017 19:34