Həsən Ruhani Azərbaycan və İran arasında imzalanmış sazişi təsdiqləyib

8 Yanvar 2017 01:30

Xəbər 63 dəfə oxunub

Azərbaycan və İran arasında imzalanmış saziş prezident Həsən Ruhani tərəfindən təsdiq olunub. 

 

APA-nın Tehran bürosunun məlumatına görə,  prezident Həsən Ruhani İran konstitusiyasının 123-cü maddəsini rəhbər tutaraq  parlamentin təsdiq etdiyi qanunun icra olunması ilə bağlı sərəncam imzalayıb.

 

Sərəncama əsasən, Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlıq haqqında” sazişin icrası ölkənin Energetika Nazirliyinə həvalə edilib.

 

 

Qeyd edək ki, Azərbaycan və İran arasında imzalanmış “Xudafərin” və “Qız Qalası” Sazişi 2016-cı ilin dekabr ayının 7-də  İran parlamenti tərəfindən ratifikasiya edilib və ölkənin Konstitusiyaya Nəzarət Şurası tərəfindən təsdiqlənib.

Faktinfo.az

Paşinyan Sərkisyanı ələ saldı: “İsgəndər”, sınıq-salxaq…

Ermənistan Prezidenti Serj Sərkisyanın ötən bazar günü Dağlıq Qarabağda çıxışı zamanı Azərbaycanı “İsgəndər” raketləri ilə hədələməsinə elə onun öz ölkəsində istehza ediblər. Virtualaz.org xəbər verir ki, müxalif deputat, “Çıxış” blokunun liderlərindən biri Nikol Paşinyan Sərkisyanın özünü Emənistanın təhlükəsizliyinə əsas təhdid adlandırıb, onun “İsgəndər” raketi ilə hədələməsini 80-ci illərin “Rekord” televizoronu “Panasonic”-in pultu ilə işə salmaq cəhdi ilə müqayisə edib. Sərkisyan çıxışında ad çəkmədən Paşinyana da eyham vurmuşdu və aprelin 2-nə təyin olunmuş seçkilərdə “evlərin həyətlərində, avtoqarajların damında hoppanıb bacardıqda yüksəkdən qışqıranları yox, xalqın mövcudluğunu qoruyanları” seçmək lazım olduğunu demişdi. Paşinyan isə Sərkisyandan sonra Vanadzorda seçicilərlə görüşündə deyib ki, xalqı bu uçurumdan çıxarmaq üçün onlar evlərin damında tullanmağa da hazırdırlar. “O bizə deyir ki, bizim dama qalxmağımız xoşuna gəlmir. Lakin bağışlayın mən, bu gün Respublika partiyası elə adamların namizədliyini irəli verib ki, 10 il deputat olduqları vaxtda dama yox, heç tribunaya da qalxmayıblar. O zaman bu adamları təzədən niyə deputatlığa namizəd irəli sürmüşünüz?”-Paşinyan deyib. Sərkisyanın hakim partiyanı Ermənistanın təhlükəsizliyinin təminati adlandırması və ali baş komandan kimi “lazım gəlsə gözünü belə qırpmadan” Azərbaycana qarşı “İsgəndər” raketlərini tətbiq edəcəyi haqda dediklərinə cavab olaraq Paşinyan deyib ki, hazırda Sərkisyanın özü Ermənistan üçün ən başlıca təhdiddir. “İsgəndər” raketləri nə qədər müasir texnika olsa da o, ötən əsrin 80-ci illərinin “xoda getməyən” tankları ilə birlikdə vahid təhlükəsizlik sistemi ola bilməz. Bu ona bənzəyir ki, kimsə 80-ci illərin sovet televizoru “Rekord”u “Panasonic”in məsafədən idarə etmə pultu ilə işə salmağa çalışır. Serj Sərkisyan Ermənistanın milli təhlükəsizliyini iflasa uğradıb və xalq onun təhlükəsizlik sahəsində xidmətlərindən imtina etməlidir”-müxalif deputat bildirib.

28 Mart 2017 12:52