“Heç kim mükəmməl deyil” – Gülben Ergen

10 Yanvar 2017 01:30

Xəbər 36 dəfə oxunub

Müğənni Gülben Ergen teleaparıcı Erhan Çelik ilə 2 ildir davam edən evliliyini bitirsə də, amma gündəmdən düşmür.

Faktinfo.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, uzun müddət susan Gülben nəhayət dilə gəlib. O, İnstaqram hesabında ürəyini boşaldaraq, yazıb:

“İnsan sevinci və kədəri ilə insandır. Heç kim mükəmməl deyil. Bax, bu yağan qar əlləri üşüməyən uşaq üçün əyləncə, evində sobası yanmayanlar üçün isə faciədir. Kiminsə üzünə baxaraq, onun dərdini anlaya bilərməz”.

“Sənin ananın adı İlhamə yox, Lalədir” – İlhamə Quliyevanın bacısından Orxana

Mərhum xalq artisti İlhamə Quliyevanın bacısı Gülbahar Quliyeva Orxan Nadirovun ittihamlarına cavab verib. Axşam.az-a açıqlama verən G.Quliyeva bildirib ki, bacısının yas mərasiminin xərcini Orxan yox, dövlət ödəyib: “Orxanın danışdıqları yalandır. İnsanlara bu sözləri keçmir, keçməyəcəkdə. Onun bugünə kimi verdiyi müsahibələrin hamısı şər üzərində qurulub. Onun yalanları ayaq tutsa da, yerimədi, axıra kimi də belə gedəcək. “Anam onu dedi, nənəm belə etdi” sözlərini deməsin... Sənin ananın adı İlhamə yox, Lalədir. Onun hərəkəti sui-istifadədir. Deyir 40 gün yas verdim. İlhamə xanımın ölümü ilə bağlı bütün xərcləri Orxan Nadirov yox, dövlətimiz ödəyib. Deyir, guya heç kim bundan başqa yas saxlamayıb. İlk İlhaməni sevənlər yas saxladılar. Bir ildir onun bacıları, qohumları yas saxlayır, heç bir toya getmir. Özü də hamımız yasda da iştirak etmişik. Bacılar qara bayram keçirib, onun ruhuna “Quran” oxutdurublar. Bizim ailə bu məsələ ilə bağlı heç bir açıqlama verməyib. Şoudan, qalmaqaldan uzaq olmuşuq. Deyir miras davası etmirəm, niyə yalan danışır? Heç kim öz xoşu ilə varis olmur. Varisi qanun tətbiq edir. Onun iddiaları qanunsuz olduğu üçün heç yerdə də keçmir”. Qeyd edək ki, O.Nadirov açıqlamasında İ.Quliyevanın bacılarının tək məqsədinin mərhumun mirasına sahib olmaq olduğunu bildirib.

23 Fevral 2017 17:46