İqtisadçımız dünya beyin mərkəzlərinin sammitində

axar-az13959899931390590554_vuqar_bayramov

5 Yanvar 2017 01:00

Xəbər 29 dəfə oxunub

İqtisadçı Vüqar Bayramov Dünya Beyin Mərkəzləri Sammitinin İdarə Heyətində təmsil olunacaq.

Faktinfo.az xəbər verir ki, bu barədə informasiyanı iqtisadçı özünün Feysbuk səhifəsində yayıb.

O, burada Cənubi Qafqaz və Orta Asiyanı təmsil edəcəyini açıqlayıb:

“Bu ildən CESD-nin sədri kimi Dünya Beyin Mərkəzləri Sammitinin İdarə Heyətində Cənubi Qafqaz və Orta Asiyanı təmsil edəcəyəm. Söhbət Brukinqs, Karnegi, Bregel, MakKinsey, Harvard Universitetinin Kennedi Məktəbinin və eləcə də Avropa, Amerika və Asiyanın aparıcı beyin mərkəzlərinin liderlərinin cəmləşdiyi heyətdən gedir. Məqsəd beyin mərkəzlərinin təsir edə biləcəyi qlobal və regional məsələlərin elmi və praktik müzakirələrini təşkil etmək, xüsusi konfranslar və buraxılışlar vasitəsi ilə qlobal diqqəti fərqli məsələlərə yönəltməkdir. Artıq keçirəcəyimiz sammitlərin bəzilərinin tarixləri və yerləri də razılaşdırılb. Bu ilin mart ayında Londonda Avropa Beyin Mərkəzləri Sammiti, aprel ayında Vaşinqtonda Şimali Amerika Beyin Mərkəzləri Sammiti, mayda Yaponiyanın Yokohama şəhərində Qlobal Beyin Mərkəzləri Sammiti, noyabrda Sinqapurda Asiya Beyin Mərkəzləri Sammiti və eləcə də Hindistan və Çində regional sammitləri təşkil edəcəyik. Bu sammitlərdə və o cümlədən digər qlobal və regional görüşlərdə regionun üzləşdiyi çətinliklər və eləcə də prespektivlər ilə bağlı çıxış və müzakirələr təşkil etmək imkanım olacaq”.

Rusiya orada bizim əsgərlərimizin olduğunu bilirdi – Türkiyə

teyyare_herbi

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı fevralın 9-da Suriyanın Əl Bab qəsəbəsi ətrafında Rusiya hərbi təyyarəsinin türk əsgərlərini bombalaması ilə bağlı Rusiya tərəfinin məlumatını təkzib edib.  “Hürriyet”-in məlumatına görə, Baş Qərargah bildirib ki, Rusiya prezidentinin sözçüsü Dmitri Peskovun söylədikləri doğru deyil: “Suriyada aparılan əməliyyat çərçivəsində qüvvələrin bir-birinə zərər verməsinin əngəllənməsi məqsədilə iki ölkə arasında 12 yanvar 2017-ci ildə imzalanan və təxminən 1 aydır qüvvədə olan sazişə uyğun olaraq Türkiyə Silahlı Qüvvələri tərəfindən əməliyyat məlumatları rusiyalı tərəf-müqabillərimizlə müntəzəm paylaşılır. Fevralın 9-da bombalanan qüvvələrimiz 10 gündən bəri eyni nöqtədədir. Son olaraq fevralın 8-də Rusiya qüvvələrinin nəzarətindəki ərazidən bizə dost qüvvələrin olduğu nöqtəyə raket atılması ilə əlaqədar qüvvələrimizin olduğu yerin koordinatları həmin gün axşam saat 23:11-də Hmeymim bazasındakı əməliyyat mərkəzinin səlahiyyətli şəxslərinə təkrar çatdırılıb. Eyni saatlarda Ankaradakı Rusiya hərbi attaşesi Baş Qərargaha dəvət edilərək eyni koordinatlar ona da verilib”. Qeyd edək ki, hadisə zamanı 3 türk əsgəri həlak olub, 11-i yaralanıb. D. Peskov hadisənin səbəbini belə izah edib ki, bombalanan yerin koordinatları Türkiyə tərəfindən verilib və orada türk əsgərləri olmamalı imiş: “Bizim hərbçilərimiz zərbələr endirərkən türk tərəfdaşlarımız tərəfindən verilən koordinatlar əsasında hərəkət edib. Həmin koordinatlarda türk hərbçiləri olmamalı idi”. Faktinfo.az

10 Fevral 2017 20:24