İranda 3 günlük matəm elan olundu ..

9 Yanvar 2017 11:25

Xəbər 34 dəfə oxunub

İranda Məsləhət Şurasının sədri, sabiq Prezident (1989-1997-ci illər) ayətullah Əli Əkbər Haşimi Rəfsəncaninin vəfatı ilə əlaqədar üç günlük matəm elan olunub.

Bu barədə İRNA agentliyi məlumat yayıb. Həmçinin İran hökuməti ayətullahın dəfni ilə əlaqədar yanvarın 9-nu qeyri-iş günü elan edib.

Qeyd edək ki, 82 yaşlı Rəfsəncani yanvarın 8-də Tehran xəstəxanasında ürək çatışmazlığından dünyasını dəyişib.