İransayağı vendetta: Zaminə buraxılan şəxs altı nəfəri güllələdi

f97be322ac5ceb05dd9bd57e41eeb58b

11 Yanvar 2017 20:25

Xəbər 20 dəfə oxunub

İranın Ərak şəhərində qətldə şübhəli bilinən və zaminə buraxılan şəxs onun həbsi ilə əlaqəli olan altı nəfəri öldürüb.

Faktinfo.az  BBC-yə istinadən məlumatına görə, qatil əvvəlcə onu həbs edən polisin evinə gələrək hüquq-mühafizə orqanının işçisini, həmçinin onun anasını, bacısını və qardaşını güllələyib.

Sonra o qətlində ittiham edildiyi şəxsin evinə gələrək mərhumun valideynlərini öldürüb.

Hazırda polis cinayətkarı axtarır.

“Məni hələ də bağışlamayan azarkeşlər var” – Ruslan Abışov

78187

“Neftçi” yeni transferi Ruslan Abışov klubun rəsmi saytına müsahibə verib. Faktinfo.az-ın məlumatına görə, millimizin üzvü  "Neftçi"yə keçidi və yeni komandasının hədəflərindən danışıb - Doğma komandana qayıtmısan. Dönüşün barədə nə deyə bilərsən? - Uzun müddətdən sonra evimə qayıtmışam. Ona görə də özümü çox xoşbəxt hiss edirəm. Mənə etimad göstərib “Neftçi”yə dəvət edən hər kəsə təşəkkür edirəm. - “Neftçi”dəki iddian nədir? Bildiyin kimi, komandanın heyətində bir çox dəyişiklər olub. Bu barədə fikirlərini bilmək istərdik. - “Neftçi”dəki iddiam hər zaman çempionluq olub. Hazırkı mövsüm üçün bu bir qədər çətin görünür. Çempionatda mümkün qədər irəliləməyi düşünürük. Kubokda isə mübarizəni davam etdiririk. Gələn mövsüm isə hədəf yalnız çempionluq olmalıdır. Artıq uğursuz günlər geridə qalsın. Komandadakı dəyişiklik müsbət mənada sözünü deməlidir. Mən buna inanıram. - Son olaraq, azarkeşlərə nə demək istərdin? - “Neftçi”yə keçdiyim üçün tam sevinə bilmədim. Bilirdim ki, məni hələ də bağışlamayan azarkeşlər var. Onların hər birini haqlı sayıram, fikirlərinə hədsiz hörmət edirəm. Lakin indiki məqamda həm mənim, həm də komandamızın azarkeşlərin dəstəyinə ehtiyacı var. “Neftçi”nin bütün tarixi uğurlarının əsas pay sahibi onlardır. (daha&helliip;)

13 Yanvar 2017 16:40